Məhkəmə qərarları › İş №2-2(102)-375/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-375/2022

14.07.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmala
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-375/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs2 qarşı iş üzrə QƏRAR Açar sözlər: ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs2 qarşı “ölkədən getmə hüququnun müvəqqət i məhdudlaşdırılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli, 2-2(106)34/2022 saylı qətnaməsindən ərzəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 21 sentyabr tarixli, 2-(81)2328/2015 saylı qiyabi qətnaməsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin (bundan sonra – “Departament”) cavabdeh "xxxx" MMC-yə qarşı (bundan sonra – “MMC”) “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbinə dair iddiası təmin olunaraq MMC-dən 282.617,39 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə 2015-ci il 30 oktyabr tarixdə qanuni qüvvəyə min mişdir.

2. X1 (bundan sonra – “H.Cəfərov”) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 192.2.2, 213.2.2, 32.5 va 213.2.2-ci, X2 (bundan sonra – “S.Həsənov”) CM-nin 213.2.2 və 192.2.2-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-13/2015 saylı 2015-ci il 28 oktyabr tarixli hökmündən görünür ki, X3 (bundan sonra – R.Qasımov) 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına, S.Həsənov 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Təqsirli bilinmiş ş əxslər 2009-2011-ci illər ərzində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduqları halda, vergi ödəyicilərinin, o cümlədən MMC-nin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdikləri bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatları daxil etməklə, eləcə də bəyannamələr təqdim etməməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) tələblərini pozaraq, külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar.

3. Hökmlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin mülki iddiası təmin olunaraq, 660.223,56 manat məbləğində pul vəsaitinin R.Qasımovdan və S.Həsənovdan müştərək qaydada, 411.585,11 manat məbləğində pulun isə R.Qasımovdan tutularaq dövlət b üdcəsinə keçirilməsi qərara alınmış, MMC-nin 2010-2011-ci illər ərzində fəaliyyəti nəticəsində dövlət büdcəsinə ödəməkdən yayındırılan məbləğin 92.317,19 manat təşkil etdiyi müəyyən olunmuşdur.

4. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, ********** saylı VÖEN-lə 2007-ci il 28 avqust tarixdə qeydiyyata alınmış MMC-nin rəhbəri Maraqlı şəxs2 olmuş, fəaliyyət istiqaməti “yanacağın topdan satışı”, “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”, “metalın döyülməsi, preslənməsi, ştamplanması və profillənməsi, toz metallurgiyası” və “ixtisaslaşdırılmamış topdansatış” olaraq qeyd olunmuşdur. 5. 2008-ci il 19 may tarixli “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında Müqavilə”dən görünür ki, müqaviləni MMC-nin adından səlahiyyətli şəxs kimi Maraqlı şəx s2 imzalamış və MMC-nin möhürü vurulmuşdur.

6. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Maraqlı şəxs2 2007-ci il 6 iyul tarixdə qeydiyyata alınmaqla ona ********** saylı VÖEN verilmiş, onun fəaliyyət istiqaməti “şəxsi maşınların sürücü ilə icarəsi”, fəaliyyət obyekti "xxxx" olaraq göstərilmişdir.

7. MMC-nin şəxsi hesab vərəqəsinə əsasən, 2020-ci il 21 sentyabr tarixə müəssisənin 246.393,30 manat cəmi ödənilməli borcu mövcud olmuş, MMC-yə göndərilmiş 2020-ci il 12 fevral tarixli “Vergi borcunun ödənilməsinə dair Bildiriş”dən görünür ki, həmin tarixə dövlət büdcəsinə ümumilikdə 246.393,30 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmaqla, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər b arədə məlumat verilmişdir.

8. MMC-yə “Xəbərdarlıq” göndərilərək 2020-ci il 15 sentyabr tarixə dövlət büdcəsinə ümumilikdə 246.393,3 manat vergi borcunun olduğu bildirilmiş və borcun 10 gün müddətində ödənilməsi tələb olunaraq VM-nin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmə hüququnun məhdudlaşdırılması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – “Ərizəçi”) 2021-ci il 29 noyabr tarixdə Maraqlı şəxs2 qarşı (bundan sonra – "xxxx") ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, MMC tərəfindən dövlət büdcəsinə ümumilikdə 246.293,3 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan ərizəçi barəsində (doğulduğu tarix xx.xx.1961, doğulduğu yer – Azərbaycan, Füzuli, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE 0*******) ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan MMC tərəfindən vergi öhdəlikləri Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün onun 2021-ci il 17 noyabr tarixə 246.293,3 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-nin tələblərinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

11. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 73, VM-in 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələrinə istinad olunmuşdur.

12. Cavabdeh ərizəyə qarşı etiraz təqdim etməmişdir.

13. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli, e-2-2(121)2842/2021 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim - N.Misirzadə).

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, vergi borcundan maraqlı şəxsin deyil, R.Qasımovun yayınması, yəni həmin vergi borcunun MMC-yə deyil, R.Qasımova aid olması aşkar edildiyindən və qeyd edilən pul məbləğinin məhz R.Qasımovdan tutularaq dövlət büdcəsinə ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Bu səbəbdən, göstərilən hallar məhkəmə üçün məcburi olmaqla yenidən sübut edilməməlidir.

15. Ərizədə qeyd olunan MMC-nin vergi borcu olmadığından, həmin müəssisəyə hesablanmış vergi borcu R.Qasımov tərəfindən ödənilməli olduğundan, maraqlı şəxsin qeyd olunan müəssisəyə münasibətdə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz.

16. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə maraqlı şəxs qismində barəsində ərizə verilmiş hüquqi şəxsin rəsmi rəhbəri maraqlı şəxsin hüquqi şəxsin vergilərdən yayınmasından məlumatının olması və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etməsi müəyyən edilmədiyindən, məsuliyyətə cəlb edilə bilməz. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən isə ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqi şəxsə nisbətdə, yalnız icra orqanının faktiki rəhbərinə tətbiq edilə bilər. İş materiallarından isə maraqlı şəxsin hüquqi şəxsə faktiki rəhbərlik etdiyi müəyyən olunmamış, bunu təsdiq edən sübut isə ərizəçi tərəfindən məhkəməyə təqdim olunmamışdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 52.2-ci, VM-in 23.1.15-3, 78.3, 78.4-cü, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 9 sentyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 82.4, 355-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, vergi ödəyicisinin dövlət büdcəsinə olan ümumilikdə 246.293,3 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli, 2-2(106)-34/2022 saylı qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ərizə qismən edilmiş, borclu hüquqi şəxs MMC-nin dövlət büdcəsinə olan 153.976,11 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə ic ra orqanının rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına əsas olan hal aradan qalxanadək məhdudlaşdırılmışdır (sədrlik edən hakim – T.Kərimov, hakimlər – T.Heydərov və Z.Zeynalov).

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, hökmlə MMC-nin 2010-2011-ci illər ərzində fəaliyyəti nəticəsində dövlət büdcəsinə ödəməkdən yayındırılan məbləğin 92.317,19 manat təşkil etdiyi müəyyən olunmuş, Vergilər Nazirliyinin mülki iddiası həmin məbləğdə təmin olunaraq cəmiyyətə faktiki rəhbərliyi həyata keçirən şəxslərdən tutulması hökm edilmişdir. Hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan Departamentin MMC-yə qarşı “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbinə dair iddia sı üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ilə cəmiyyətin 2015-ci il 21 may tarixədək olan dövr ərzində fəaliyyəti nəticəsində yaranan 282.617,39 manat vergi borcunun MMC-dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

21. Göründüyü kimi, MMC-nin fəaliyyətindən yaranan vergi borcunun 92.317,19 manat hissəsinin məhz qüvvədə olan hökmə əsasən R.Qasımov və S.Həsənovun cəmiyyətə faktiki rəhbərliyi nəticəsində yaranan borc olduğu sübuta yetirilsə də, qalan 153.976,11 (246.293,3-92.317,19) manat məbləğində vergi borcunun borclu hüquqi şəxsin rəsmi rəhbəri deyil, həmin hüquqi şəxsə faktiki rəhbərlik etmiş digər şəxslərin fəaliyyəti nəticəsində yaranmasını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud olmamışdır.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni VM-in 23.1.15-3-cü, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 9 sentyabr tarixli qərarına, MPM-in 82.4, 355-5.1, 355-5.2, 355-7, 355-7.4, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 25 fevral tarixdə iş üzrə tərəflərə göndərilmiş, qətnamə ərizəçi tərəfindən 2022-ci il 5 mart tarixdə əldə olunmuşdur.

24. Ərizəçi 2022-ci il 7 aprel tarixdə kassasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsini və dövlət büdcəsinə ümumilikdə 246.293,3 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhb əri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. MPM-in 355-7.3-cü maddəsinin tələbi pozulmuşdur. Göstərilən maddə ərizənin təmin və ya rədd edilməsi barədə qətnamə qəbul olunmasını nəzərdə tutduğundan, apellyasiya məhkəməsi tərəfindən maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə qismən deyil, tam təmin olunmalı idi.

26. VM-nin 16.1.1-ci maddəsinin tələbi pozulmuşdur. Vergi ödəyicisi qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən olunmuş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmiş, bu vəzifələr həyata keçirilmədiy i təqdirdə vergi orqanının məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi kimi bir hüququ vardır. Vergi orqanı bu hüquqdan istifadə edərək hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün mülki məsuliyyətə cəlb edilməsini istəmiş, lakin məhkəmə tərəfindən borc məbləğinin müəyyən hissəsi ilə bağlı cinayət işi olduğu bildirilmiş və həmin hissədə borc məbləğinin ərizədə göstərilmiş məbləğin tərkibindən çıxarılması qət edilmişdir. Apellyasiya məhkəməsinin göstərilən maddi hüquq normasının tələbini nəzərə almayaraq apellyasiya şikayətini və ərizəni qismən təmin etmişdir.

27. MPM-in 88, 175.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmiş, vergi ödəyicisinin borcu şəxsi hesab vərəqəsində tam şəkildə, yəni 246.293,3 manat olması öz əksini tapsa da, məhkəmə yanlış olaraq vergi borcunun tam deyil, 153.976,11 manat hissəsinin ödənilməsi üçün maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etmişdir.

28. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi qətnamədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisial əhəmiyyətinə istinad etmişdir. Halbuki, preyudisiallıq hadisənin olub-olmaması hissəsinə aiddir. Qanunvericilik hüquqi şəxsin faktiki rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutmuşdur. Lakin məsələ mül ki məsuliyyət olduqda bu halda yalnız hüquqi şəxsin icra orqanının rəhbəri məsuliyyət daşıyır. Maraqlı şəxs1 ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizədə tələb edilən vergi borcunun məbləği 246.293,3 manat, Yasamal Rayon Məhkəməsinin hökmü ilə MMC barəsində təmin edilmiş məbləğ isə 92.317,19 manat olmuşdur. Həmin hökmlə yayındırıldığı müəyyən olunmuş borc MMC-nin 2010-cu ilə aid vergi borcu olmuşdur. Göründüyü kimi məkhəmənin ərizənin qismən təmin edilməsinə dair gəldiyi nəticəsi əsassız və qanunsuzdur.

29. Məhkəmə tərəfindən araşdırma aparılarkən iş üzrə diqqət yetirilməli əsas xüsusat borcun mövcud olması və təqdim edilmiş sənədlərlə həmin borc məbləğinin öz təsdiqini tapması, eləcə də maraqlı şəxsin ərizədə göstərilən hüquqi şəxsin icra orqanının rəhbəri olmasını təsdiq ed ən sübutların mövcudluğudur. Borc məbləğinin tərkibi, hansı dövrü əhatə etməsi, fərqli rəhbərlərin dövründə yaranmasının isə hər-hansı əhəmiyyəti yoxdur. Bu səbəbdən, apellyasiya məhkəməsi şəxsi hesab vərəqəsində öz əksini tapmış ümumilikdə 246.293,3 manat borca görə maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.

32. Apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikas ının aşağıdakılar nəzərdə tutulmuşdur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;...” “Maddə

78. Vergi öhdəliklərinin yerinə yetirilməsi... 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. 78.4. Verg i öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir....” 35. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 9 sentyabr tarixli Qərarı:... Azərbaycan Respublikası Ver gi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər....”

36. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... Məcəlləsinin müvafiq 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hök mü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüq uqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.” “Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi... 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral t arixli, 2-2(106)-34/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Habelə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Hazırda işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, MMC-nin 2015-ci il 21 may tarixədək d övlət büdcəsinə tutulmalı 282.617,39 manat borcunun olması müvafiq qətnamə ilə, 2010-2011-ci illər ərzində fəaliyyəti nəticəsində dövlət büdcəsinə ödəməkdən yayındırılan 92.317,19 manat borcun R.Qasımov və S.Həsənovun cəmiyyətə faktiki rəhbərliyi həyata keçirdikləri dövrdə yaranmış borc olması isə müvafiq hökmlə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi də mövcud vergi borcunun ödənilməsinin təmin olunması məqsədilə onun icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun, hüququn məhdudlaşdırılmasına səbəb olan hal aradan qalxanadək müvəqqəti məhdudlaşdırılmalı olması qənaətinə gəlmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhz verg i, faiz və cərimələrin, habelə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədi daşıdığından, apellyasiya instansiyası məhkəməsinin maraqlı şəxsin ölkədən getmək hüququnun da məhz buna səbəb olan hal aradan qaldırılanadək, yəni dövlət büdcəsinə olan borc ödənilənədək məhdudlaşdırması qanuni və əsaslı olmuşdur. Belə ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olan mübahisəli borc məbləği dövlət büdcəsinə ödənildikdən sonra belə məhdudlaşdırmanın mövcudluğuna ehtiyac qalmır. Bu səbəbdən, ərizəçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə mübahisələndirilməsinə dair dəlilləri əsaslı olmamışdır.

41. Bu zaman həmçinin qeyd edilməlidir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 21 sentyabr tarixli, 2- (81)-2328/2015 saylı qiyabi qətnaməsi ilə hüquqi şəxsdən tutulmalı olan, məhkəmə hökmü ilə isə konkret şəxslərdən MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış və ödənilməli olan vergilərin məbləği müəyyən edilmişdir. Hazırkı icraat üzrə isə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün hüquqi şəxsin yerinə yetirilməmiş vergi öhdəliklərinin olması kifayətdir. Bu zaman vergi borclarının məbləği o qədər də önəmli əhəmiyyət kəsb etmədiyindən, kassasiya şikayətinin bununla əlaqədar dəlilləri uğurlu hesab edilmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şik ayətinin dəlilləri isə əsassız olduğundan, şikayət təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli, 2-2(106)-34/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 44.Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli, 2-2(106)-34/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar