Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-434/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, bununla bağlı şikayətə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 iyun tarixli e-2-2(113)-3383/2023 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İŞİN HALLARİ 1. 2022-ci il 20 iyun tarixli Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektinin aktının surətindən görünür ki, Bakı Yüksək Voltlu X2 (2001-ci il 30 aprel tarixli 002975 nömrəli Texniki pasport) ünvan 1 ünvanında yerləşən tikinti altı olan 18.950,8 m2 ümumi sahənin balans saxlayıcı və ya mülkiyyətçi kimi hissəsində “Bakı Yüksək Gərginlikli X3 qeyd edilmişdir. 2. "xxxx" Səhmdar Cəmiyyəti haqqında 2001-ci il 26 aprel tarixli, 198 nömrəli məlumatdan görünür ki, torpaq sahəsinin yerləşdiyi yerin sahəsi 27.281,6 m2 göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bakı Kommersiya Məhkəməsindəki icraat
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 5 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 27.281,6 m2 torpaq sahəsinin 2001-ci il 30 aprel tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 40 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1 ünvanında yerləşən, cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 27.281,6 m2 torpaq sahəsinin 1.500 m2 hissəsində cavabdeh tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 2001-ci il 26 aprel tarixli 198 nömrəli sərəncamı ilə “Azərelektroterm” X4 tabeliyində olmuş Bakı Yüksək Voltlu X1 bazasında cavabdehin cəmiyyəti yaradılmış və onun səhmləri 2005-ci il 25 yanvar tarixdə tam özəlləşdirilmişdir. Cavabdehin səhmləri tam özəlləşdirilsə də, yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş, dövlət mülkiyyətində qalmışdır. Cavabdeh tərəfindən tikinti işləri 2001-ci il 30 aprel tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 iyun tarixli e-2-2(113)-3383/2023 saylı qərardadı ilə verilmiş ərizə geri qaytarılmışdır (hakim – E.Abdullayev).
6. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məh kəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Lakin iddiaçı iddia ərizəsində dövlət mülkiyyətində olan 27.281,6 m2 torpaq sahəsinin 1.500 m2 hissəsində cavabdeh tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyini qeyd etsə də, 27.281,6 m2 torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə müqavilə təqdim etməmişdir. Belə olduğu halda tərəflər arasında müqavilə münasibətləri yaranmamışdır.
7. Bundan başqa, dövlət orqanları kommersiya mübahisələrində subyekt qismində məhdud çərçivədə iştirak edə bilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarında da dövlət orqanlarının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə hansı hallarda komme rsiya işi üzrə subyekt qismində iştirak edə bilməsi göstərilmiş, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə isə subyekt qismində çıxış etməsinin mümkün olmadığı qeyd olunmuşdur.
8. Hazırkı iş üzrə ƏMDX ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdikləri mülki hüquqi əqd bağlanmamışdır. Bu isə hazırki iş üzrə iddiaçı qismində çıxış edən dövlət orqanının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə subyekt qismində iştirak etməsi əsasının olmadığı qənaətinə gəlməyə əsas verir.
9. Göründüyü kimi, iddiaçı dövlət orqanı olmaqla, tərəflərin arasında müqavilə münasibətləri yaranmamış və buna görə məhkəmə hesab edir ki, “dövlət mülkiyyətində torpaq sahəsinin texniki paspor tda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi” tələbi tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir və hazırki tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya mübahisəsi ilə bağlı iş kimi deyil, mülki iş kimi ümumi məhkəmədə baxılmalıdır.
10. Bakı Kommersiya Məhkəməsi öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 12, 23 və 25-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 31.1, 3 2.3, 35.2 və 152.1.3-cü maddələrinə istinad etmişdir.
11. İddiaçı həmin qərardaddan 2023-cü il 23 iyun tarixində şikayət verərək, qərardadın ləğv olunmasını və iddiaya mahiyyəti üzrə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Şikayətdə göstərilmişdir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən, dövlət əmlak ının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək Xidmətin vəzifəsidir. Belə ki, hazırki iş üzrə cavabdeh kommersiya hüquqi şəxsdir və iş üzrə mübahisə mahiyyət etibarı ilə cavabdehin sahibkarlıq fəaliyyətindən həyata keçirilməsindən irəli gəlir. Mübahisəli torpaq sahəsi özəlləşdirmə və icarə obyektidir və həmin sahənin özəlləşdirilməsindən və ya icarəyə verilməsindən əldə olunan vəsaitlər dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddianın əsas mahiyyəti cavabdehin dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlar əldə etmədən, yəni torpaq sahəsini özəlləşdirmədən və ya i carə müqaviləsi bağlamadan həmin sahədə qanunsuz tikinti işləri aparmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olması, nəticədə dövlət qarşısında yerinə yetirməli olduğu öhdəliklərdən yayınmaqla sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə tətbiq olunan yuxarıda qeyd olunan qanun normalarının tələblərinin pozulması ilə bağlıdır. Beləliklə, cavabdeh kommersiya hüquqi şəxsdir və hazırkı mübahisəyə tətbiq olunmalı olan yuxarıda qeyd olunan maddi hüquq normaları mahiyyət etibarı ilə sahibkarlıq fəaliyyətini tənzimləyən normala aiddir. Plenum Qərarının 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfi n kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Bu baxımdan, hazırkı iş üzrə iddiaçı hazırkı iddia üzrə hüquqi şəxs qismində çıxış etdiyini nəzərə alaraq hesab edirik ki, cavabdeh sahibkarlıq subyekti olmaqla iddia mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan hazırkı iddiaya kommersiya məhkəməsində baxılmalıdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli e-2-2(113)-3383/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Həmin qərardadda Bakı Kommersiya Məhkəməsi göstərmişdir ki, iddiaçı özü şikayətdə (həm də iddia ərizəsində) cavabdehin torpaq sahəsini özəlləşdirmədən, icarə müqaviləsi bağlamadan həmin sahədə tikinti işləri apardığını qeyd etmiş, bu isə o deməkdir ki, tərəflər arasında kommersiya münasibətləri, yəni torpaqla bağlı müqavilə münasibətləri yaranmamışdır. Həmçinin iddiaçı şikayətində hər iki tərəfin kommersiya hüquqi şəxs olduğunu qeyd etsə də, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqi şəxs olsa da, məhz kommersiya hüquqi şəxs deyil. II. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında nəzərdə tutulmuşdur ki: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin h əyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliy yətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin hə yata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzm unlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir....
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərd ən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata ke çirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır....”
16. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakter i nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.”...” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər....” “Maddə
152. İddia ərizəsinin qaytarılması... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” III. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
17. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birgə araşdır araq hesab edir ki, şikayət əsassız, Bakı Kommersiya Məhkəməsinin qərardadı isə qanunidir.
18. Belə ki, dövlət qurumu olan iddiaçı iddia ərizəsində dövlət mülkiyyətindəki torpaq sahəsində cavabdeh tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa olunduğunu qeyd etmiş, lakin torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə müqavilə təqdim edilməmişdir. Belə olduğu halda, tərəflərin arasında müqavilə münasibətləri yaranmamışdır.
19. Plenum Qərarının 25-ci bəndinə (bax yuxarıda § 15) görə, müqavilə-öhdəlik hüquq münasibətlərdən fərqli olaraq, əşya hüquq münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə dövlət orqanlarının sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxıl malıdır.
20. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə tərəfləri arasında müqavilə-öhdəlik hüquq münasibətləri mövcud deyildir. Çünki tərəflər arasında mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdikləri mülki hüquqi əqd bağlanmamışdır. İddiaçının əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən, yəni dövlət nəzarəti tədbiri kimi, monitorinq həyata keçirərkən mübahisəli dövlət torpağında cavabdeh tərəfindən özbaşına obyekt tikdiyini aşkar etmiş, hazırkı mübahisə də məhz həmin səbəbdən yaranmışdır. Bu baxımdan, mübahisə əşya hüququnun müdafiəsi ilə bağlıdır.
21. Digər tərəfdən, kommersiya hüquqi şəxsləri, adından göründüyü kimi, digər sahibkarlıq subyektləri ilə özlərinin maddi, yəni kommersiya maraqlarını bu və ya digər formada təmin etmək məqsədilə işgüzar münasibətlər qururlar.
22. İddiaçı isə ümumiyyətlə kommersiya hüquqi şəxsi deyildir və istər onun iddia ərizəsindən, istərsə də hazırkı şikayətindən aydın olur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin müvafiq bəndlərinə istinad edərək, yəni bilavasitə öz xidməti funksiyalarından çıxış edərək dövlət maraqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmişdir.
23. Bu isə o anlama gəlir ki, hazırkı mübahisənin aidiyyəti müəyyən edilərkən hüquqi əsas kimi, Plenum Qərarının 25-ci bəndi rəhbər tutulmalı, mübahisə qeyrikommersiya mübahisəsi kimi qiymətləndirilməlidir.
24. Qeyd edilənləri nəzərə alaraq qarış ıq məhkəmə tərkibi Plenum Qərarının 25-ci bəndinə, habelə MPM-in 24.2 və 25.1-ci maddələrinə (bax yuxarıda § 16) istinadən hesab edir ki, iddiaçının şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 iyun tarixli e-2-2(113)-3383/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 iyun tarixli e-2-2(113)-3383/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.