Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-361/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, zaminlik müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 14 fevral tarixli 2-2(103)-193/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 MMC (borc alan qismində) arasında bağlanmış 2023-cü il 2 oktyabr tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişin şərtlərinə əsasən, bank borcalana 1.000.000 manat məbləğində 120 ay müddətinə, illik maksimum 24 faiz dərəcəsi ilə kredit limiti ayırır, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürür (1.1-ci bənd).
2. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh1 (zamin qismində) arasında bağlanmış 2023-cü il 2 oktyabr tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsinin şərtinə əsasən, zamin borc alanın 2023-cü il 2 oktyabr tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür (1.1-ci bənd). Bankla borcalan arasında bağlanmış 2023-cü il 2 oktyabr tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Sazişə əsasən bank borcalana illik maksimum 24 faiz dərəcəsi ilə 120 ay müddətinə, 1.000.000 manat məbləğində kredit limiti ayırır (2.1-ci bənd). Zamin və borc alan bank qarşısında birgə məsuliyyət daşıyır (4.1-ci bənd). Zamin Baş Saziş üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzr ə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır (4.2). Müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 2023cü il 2 oktyabr tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir (9.1-ci bənd).
3. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 MMC (borcalan qismində) arasında bağlanmış 2023-cü il 2 oktyabr tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən, kreditin məbləği və valyutası – 250 000 manat (1.2-ci bənd ), kreditin müddəti – 6 ay (1.3-cü bənd), kredit üzrə illik faiz dərəcəsi – 14 faiz (1.4-cü bənd), kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması (1.6-cı bənd), güzəşt vaxtı – 5 ay (1.7-ci bənd). Bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 23 faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilir (2.1-ci bənd). Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi, kreditin təminatı, müqavilənin qüvvəyə minməsi, müqaviləyə xitam verilməsi, müqaviləyə vaxtından əvvəl tələb yönəldilməsi və tərəflər arasında bu kredit müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər, habelə kredit limitinin maksimal müddəti, məbləği və faiz dərəcəl əri tərəflər arasında bağlanmış 2023-cü il 2 oktyabr tariхli, GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş ilə tənzimlənir (2.4). 4. 2024-cü il 20 may tarixli maliyyə arayışına əsasən, arayışın verildiyi tarixə Cavabdeh2 MMC-nin 2023-cü il 2 oktyabr tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 250.000 manat, faiz borcu isə 16416,67 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə 2024-cü il 4 iyun tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC (bundan sonra – “MMC”) arasında bağlanmış 2023-cü il 2 oktya br tarixli kredit müqaviləsi üzrə 250.000 manat əsas bоrc və 16.416,67 manat faiz borcu оlmaqla ümumilikdə 266.416,67 manat məbləğində pulun və ödənilmiş 557,25 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 2023cü il 2 oktyabr tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında 2023-cü il 2 oktyabr tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Adıçəkilən baş sazişə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-yə 2023-cü il 2 oktyabr tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi ilə illik 14 faiz dərəcəsi ilə 6 ay müddətinə 250.000 manat məbləğində krеdit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar iddiaçıya olan borclarını ödəməmişlər. 2024-cü il 20 may tarixinə cavabdehin kredit müqaviləsi üzrə 250.000 manat məbləğində əsas bоrcu və 16.416,67 manat faiz borcu оlmaqla cəmi 266.416,67 manat məbləğində kredit bоrcu yaranmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il 18 sentyabr tarixli 9/5818 nömrəli ekspert rəyinə əsasən, 2024-cü il 2 aprel tarixə (müqavilənin müddətinin bitdiyi) cavabdeh MMC-nin 2023-cü il 2 oktyabr tarixli 102875721768/1 nömrəli kredit müq aviləsi üzrə əsas borcu 250.000 manat, faiz borcu 8.749,99 manat təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli e-2-2(113)- 4085/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə MMC arasında 2023-cü il 2 oktyabr tarixli kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış 102875721768/1 saylı kredit müqaviləsi üzrə 250.000 manat əsas borc, 8.749,99 manat faiz borcu olmaqla ümumilikdə 258.749,99 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – N.Əhmədova).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlan dırılmasına rəğmən iddiaya heç bir etiraz etmir. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün, nümayəndəsi/vəkilinin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
10. Mübahisənin mahiyyəti ilə əlaqədar məhkəmə göstərmişdir ki, hazırkı mübahisə üzrə borc v erən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
11. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd etmişdir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqavilə si üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
12. Məhkəmə ekspert rəyinə (bax § 7) göstərilən istinadən hesab etmişdir ki, 2023-cü il 2 oktyabr tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq müqavilənin bitdiyi tarixə (2024-cü il 2 aprel) tutulmalı əsas borc 250.000 manat, faiz borcu isə 8.749,99 manat müəyyən edilməlidir.
13. Bundan başqa, mülki qanunvericiliyə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icr a etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, 2023-cü il 2 oktyabr tarixli 102875- 721768/1 nömrəli kredit müqaviləsi üzrə 250.000 manat əsas borc, 8749,99 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 743.1, 743.2, 742.1, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-193/2025 nömrəli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ekspert rəyi ilə razılaşmadığını bildirsə də, onu şübhə altına almağa əsas verən konkret hallara istinad etməmişdir.
19. Buna görə də, məhkəmə hesab etmişdir ki, həmin rəylə razılaşmamaq üçün əsas yoxdur və birinci instansiya məhkəməsi borcun məbləğini həmi n rəyə əsaslanaraq düzgün müəyyən etmişdir.
20. Hazırkı halda əsas borclunun öhdəliklərinə görə subsidiar məsuliyyət daşımalı olduğu halda məhkəmə tərəfindən birgə məsuliyyət daşımasının müəyyən edilməsi barədə Cavabdeh1 dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MM-in 472.1-ci maddəsi MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu hallar istisna olmaqla zaminin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıdığını müəyyən etmişdir. Hazırkı halda isə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminin subsidiar məsuliyyət daşıması nəzərdə tutulmamışdır, əksinə, müqavilənin yuxarıda göstərilən 1.1, 4.1 və 4.2-ci bəndlərində zaminin borc alanın kredit limiti müqaviləsi üzrə öhdəliklərinə görə borc alanla birgə məsuliyyət daşıması n əzərdə tutulmuşdur.
21. İddiaçı tərəfindən sübutların əslinin təqdim edilməməsi, zaminlik müqaviləsində imzanın ona məxsus olmasının yoxlanılmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, MPM-in 78.11-ci maddəsinin tələblərinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə, bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olun masını tələb edə bilər. Odur ki, hazırkı halda işə birinci instansiyası məhkəməsində baxılarkən cavabdehlər tərəfindən təqdim edilən sənədlərin mötəbərliyi, eləcə də zaminlik müqaviləsinin cavabdeh tərəfindən imzalanması faktı mübahisələndirilmədiyindən sənədlərin əslinin təqdim edilməsinin məhkəmə tərəfindən tələb edilməsi və müqavilədə imzanın həqiqiliyinin araşdırılmasına zərurət mövcud olmamışdır.
22. Digər tərəfdən, Cavabdeh1 apellyasiya şikayətində sözügedən dəlilləri irəli sürsə də, həmin şikayətdə zaminlik müqaviləsinin onun tərəfindən imzalanması faktını, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin mötəbərliyini açıq və aydın şəkildə mübahisələndirilməmişdir. Əksinə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü digər dəlillər (zaminin subsidiar məsuliyyət daşımalı olması və kredit müqaviləsi üzrə əsas və faiz borclarının düzgün müəyyən edilməməsi) zaminlik müqaviləsi üzrə öhdəliklərinin həcminin və məsuliyyətin növünün mübahisələndirilməsinə yönəldilmişdir. Bu isə cavabdehin faktiki olaraq zaminlik müqaviləsini və həmin müqavilə üzrə öhdəliklərinin mövcud olmasını qəbul etməsinə dəlalət edir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739, 740.1, 740.2, 740.8, 743.1-ci, MPM-in 77.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh1 kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 470.1, 472.1-ci maddələri üzrə - Ap ellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə əsassız olaraq razılaşaraq obyektiv araşdırma aparmadan əsas borclu tərəfindən faizlə yanaşı əsas borc üzrə ödəmələri və beləliklə də ümumi borcun azalmasını nəzərə almadan əsassız olaraq hesab etmişdir ki, Cavabdeh1 əsas borclu olan hüquqi şəxslə birgə məsuliyyət daşıyır. Məhkəmə eyni ilə burada da qeyd edilən maddəyə istinad etsə də hansı əsasla Cavabdeh1 borclunun öhdəliyinə görə bank qarşısında subsidiar deyil də birgə məsuliyyət daşıdığını əsaslandırmamış, yanlışlığa yol vermişdir.
26. Məhkəmə ümumiyyətlə Cavabdeh1 iştirakını təmin etmədən qətnamə qəbul etdiyinə görə həmin zaminlik müqaviləsi üzrə Cavabdeh1 aid imzanın həqiqiliyini müəyyən etməli idi. Halbuki, qeyd edilən zaminlik müqaviləsinin kağız daşıyıcısı nə birinci nə də ki apellyasiya instansiyası məhkəməsinə məqsədyönlü şəkildə təqdim edilməmişdir.
27. MPM-in 2.2, 88, 217, 386, 387-ci maddələri üzrə - Hazırki şikayətin 4-cü bəndində maddi hüququn tətbiqinə dair dəlillər qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellyasiya şikayətindəki dəlillərə təhrifedici münasibət bildirilməklə hüquqi qiymət verildiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından mülki prosessual qanunvericiliyin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
28. Məhkəmə kollegiyası şikayətin ə sasını təşkil edən zaminlik müqaviləsinin əslinin və yaxud notarial təsdiq edilmiş surətinin kağız daşıyıcıda iş materiallarına iddiaçı tərəfindən əlavə edilməməsini prosessual pozuntu kimi qiymətləndirmək əvəzinə qeyd etmişdir ki, guya həmin müqavilədəki imzanın mübahisəsini Cavabdeh1 açmadığına görə bu hala qiymət verməmişdir. Halbuki, belə bir sənədin iş materiallarında əsli olmuş olsaydı bununla bağlı zəruri tədbirlər görülər, zəruri olduğu halda bununla bağlı müvafiq iddia verilə bilərdi. Hər bir halda, hətta müvafiq ekspertizanın keçirilməsi üçün də tədqiqat aparılacaq sənədin əslinin təqdim edilməsi zəruriliyini məhkəmə nəzərə almamış, bununla da əlavə olaraq prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
30. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bi lər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin ə vəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyə tdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşk ilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Maddə
740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.... 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) dig ər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir....” “Maddə
743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər....”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
376. İşdə iştirak edən şəxslərin m əhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
35. Məhkəmənin Cavabdeh1 iştirakını təmin etmədən qətnamə qəbul etdiyinə dair dəlillə əlaqədar qeyd olunur ki, iş materiallarına əsasən, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək mövqeyini həmin şikayətdə əsaslandıran Cavabdeh1 və onun vəkili nə apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etmiş, nə də məhkəməyə yazılı şəkildə əsaslandırılmış etiraz, mülahizə, vəsatət, yaxud da yeni sübutlar təqdim etmişlər. MPM-in 376.2-ci maddəsinin (bax § 33) məzmunundan aydın olur ki, qanun işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edil miş tərəflərin məhkəmə iclaslarına gəlmədikləri bütün hallarda apellyasiya instansiyası məhkəməsinin üzərinə işə baxılmasını təxirə salmaq vəzifəsini qoymamışdır.
36. Məhkəmənin zaminlik müqaviləsi üzrə Cavabdeh1 aid imzanın həqiqiliyini müəyyən etməli olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, əvvəla, məhkəmənin öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin etməsi məhkəmənin vəzifəsi deyil, hüququdur (MPM-in 97.1-ci maddəsi – bax § 33). Digər tərəfdən isə, cavabdeh tərəfin zaminlik müqaviləsini və orada Cavabdeh1 adından çəkilmiş imzanın həqiqiliyini əsaslandırılmış şəkildə mübahisələndirməsi, məhkəməyə müvafiq vəsatət verilməsi, Cavabdeh1 imza nümunələrini ekspertiza üçün təqdim etməsi də iş materiallarından görünmür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi zaminlik müqaviləndəki imzaların həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza təyin etməməklə hər hansı qanun pozuntusuna yol verməmişdir.
37. Eyni səbəbdən məhkəmə kollegiyası MPM-in 78.1-1-ci maddəsinə (bax § 33) istinadən məhkəmənin zaminlik müqaviləsinin əslinin və yaxud notarial təsdiq edilmiş surətinin kağız daşıyıcıda təqdim olunmasını tələb etməməsinə dair dəlillərlə də razılaşmır. Belə ki, qeyd olunduğu kimi, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinin, eləcə də zaminlik müqaviləsinin cavabdeh tərəfindən imzalanması faktının cavabdehlər tərəfindən mübahisələndirilməsi iş materiallarından görünmür.
38. O da qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, Cavabdeh1 apellyasiya şikayətində sözügedən dəlilləri irəli sürsə də, h əmin şikayətdə zaminlik müqaviləsinin onun tərəfindən imzalanması faktını, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin mötəbərliyini açıq və aydın şəkildə mübahisələndirilməmişdir. Əksinə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü digər dəlillər (zaminin subsidiar məsuliyyət daşımalı olması və kredit müqaviləsi üzrə əsas və faiz borclarının düzgün müəyyən edilməməsi) zaminlik müqaviləsi üzrə öhdəliklərinin həcminin və məsuliyyətin növünün mübahisələndirilməsinə yönəldilmişdir. Bu isə cavabdehin faktiki olaraq zaminlik müqaviləsini və həmin müqavilə üzrə öhdəliklərinin mövcud olmasını qəbul etməsinə dəlalət edir.
39. Məhkəmə kollegiyası əsas borclu tərəfindən faizlə yanaşı əsas borc üzrə ödəmələrin və beləliklə də ümumi borcun azalmasının nəzərə alınmamasına, məhkəmənin hansı əsasla Cavabdeh1 borclunun öhdəliyinə görə bank qarşısında subsidiar deyil, birgə məsuliyyət daşıdığını əsaslandırmamasına dair dəlillərlə eyniməzmunlu olan dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşdığından və kassator məhkəmənin həmin mövqeyini əlavə tutarlı dəlillərlə təkzib edə bilmədiyindən kassasiya şikayətinin müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür.
40. Məhkəmənin apellyasiya şikayətindəki dəlillərə təhrifedici münasibət bildirilməklə hüquqi qiymət verdiyinə dair dəlili və kassasiya şikayətinin prosessual pozuntularla bağlı digər dəlilləri isə konkretlikdən uzaq olmaqla yalnız ümumi xarakterlə ifadələrlə verilmişdir.
41. Yuxarıda göstəril ənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 33) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 14 fevral tarixli 2-2(103)-193/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu mad dələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 14 fevral tarixli 2-2(103)-193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.