Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-369/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış malın ödənilməsi, öhdəliklərin pozulması və ya lazımınca icra olunmaması, müqavilə üzrə dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-144/2024 nömrə li qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2021-ci il 19 aprel tarixli SA-01 saylı (bundan sonra – “İ müqavilə”) və 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı (bundan sonra – “İİ müqavilə”) müqavilələri bağlanmışdır. Həmin müqavilələrinin: - 1.2-ci bəndinə əsasən, “Alıcı” malı, bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər dəfə “X3” əsasında müəyyən ediləcək qiymətlər həcmində sifariş verib ala bilər. - 2.1-ci bəndinə əsasən, “Alıcı” ilə “Satıcı” arasında müəyyən ediləcək “X1” nəzərdə tutulacaq qiymətlər əsasında hesablaşma yolu ilə həyata keçiriləcək. - 2.2-ci bəndinə əsasən, “Alıcı”, “X3”nda müəyyən edilmiş məbləğin 100%-i həcmində ödənişini “X3”nda müəyyən edilmi ş tarixə əsasən həyata keçirəcəkdir. - 3.1.1-ci bəndinə əsasən, satıcı malı müqavilənin və yaxud protokolun bağlanılması tarixindən etibarən 30 gün ərzində lazımi keyfiyyətdə Alıcıya çatdırılmalıdır. 2. 3.1.2-ci bəndinə əsasən, bu müqaviləyə əlavə edilmiş X2 əsasən sifariş edilmiş malı Alıcıya təhvil-təslim aktına əsasən təhvil verməlidir.
3. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə 2021-ci il 31 yanvar tarixli, EBBQ seriyalı, 500435 saylı elektron qaiməyə əsasən 57.835,70 manat dəyərində (4.058,40 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 4. 2021-ci il 13 iyul tarixli 02 saylı X2 əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqavilə üz rə satılacaq malların cəmi dəyəri 548.571,20 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin 2022-ci il 31 dekabr tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.
5. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə 2021-ci il 14 iyul tarixli, EBBE seriyalı, 829911 saylı elektron qaiməyə əsasən 548.571,20 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır.
6. Malların qismən geri qaytarılması barədə 2021-ci il 16 sentyabr tarixli, EBBJ seriyalı, 262864 saylı elektron qaiməyə əsasən 829911 saylı elektron qaimə üzrə təqdim olunan mallardan 7.886,20 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
7. M alı, işin və xidmətlərin təqdim edilməsi barədə 2022-ci il 5 yanvar tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaiməyə əsasən 87.281,41 manat dəyərində (6.743,81 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 8. 2022-ci il 5 yanvar tarixli 09 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacaq malların cəmi dəyəri 87.281,41 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin 2022-ci il 31 dekabr tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.
9. Malların qismən geri qaytarılması barədə 2022-ci il 31 yanvar tarixli, EBBQ seriyalı, 499930 saylı elektron qaiməyə əsasən 192404 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 2.905,16 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 10. 2022-ci il 31 yanvar tarixli 10 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacaq malların cəmi dəyəri 57.835,70 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin 2022-ci il 31 dekabr tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.
11. Malların qismən geri qaytarılması barədə 2022-ci il 31 yanvar tarixli, EBBQ seriyalı, 497780 saylı elek tron qaiməyə əsasən 829911 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 70.976,20 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
12. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBBE seriyalı 829911 nömrəli elektron qaiməyə əsasən 37.373,80 manat ödəniş edilmişdir (2022-ci il 10 may tarixli "xxxx" ASC”nin ödəniş sənədi).
13. Cavabdeh MMC-nin İddiaçı MMC-yə alınmış mallar üzrə 574.547,75 manat ödənilməmiş borcu qaldığı (o cümlədən EBBE seriyalı 829911 nömrəli elektron qaimə üzrə 548.571,20 manat) müəyyən edilmişdir (2021-ci il 22 iyun - 2023-cü il 20 iyun dövrlərini əhatə edən hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş 2023-cü il 20 iyun tarixli “Üzləşmə aktı”). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 14. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 12 iyun tarixində iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xeyrinə Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) alqı-satqı müqavilələri üzrə 574.547,95 manat əsas borc, 28.727 manat faiz borcu, 400 manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş 583,7 manat dövlət rüsumunun, cəmi 604.258,2 manatın tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi § 1, 5, 6, 11-13-cü bəndlərində göstərilən hallara istinad olunmaqla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdehin 548.571,20 azn məbləğində aldığı mallara görə İ müqavilə üzrə ödənilməyən əsas borcunun 432.335 manat təşkil etdiyi bildirilmişdir. Cavabdehin İİ müqavilə üzrə əsas borcu 142.211,95 manat, hər iki müqavilələrə əsasən 3 ədəd qaimə üzrə cəmi borcu isə 574.547,95 manat təşkil etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbini qismən qəbul edərək izahatında 2021-ci il 23 iyun tarixli müqavilə üzrə EBBP seriyalı 192404 nömrəli elektron qaimədə göstərilən 87.281 manat məbləğdən 84.376,25 manatı və EBBQ seriyalı 500435 nömrəli elektron qaimə üzrə 57.835,70 manat dəyərində malların verilməsini və borcun mövcudluğunu qəbul etdiyini, lakin üçüncü - EBBE seriyalı 829911 nömrəli elektron qaimədə göstərilən məbləği qəbul etmədiklərini və həmin malların cavabdehə verilmədiyini bildirmişdir. Digər iki qaimədən fərqli olaraq bu qaimə cavabdehin imza və möhürü ilə təsdiq edilməmişdir ki, ümumi yyətlə elektron-qaimə malların təhvil verilməsini sübut etmir və onunla yanaşı təhvil-təslim aktı da mövcud olmalıdır. Həmin malların verilməsinə dair təhvil-təslim aktının mövcud olmaması iddiaçı tərəfindən müqavilə öhdəliyinin icra olunmaması qənaətinə gəlməyə əsas verir. Üzləşmə aktı isə ümumi dövriyyəni əks etdirməklə məhkəmə prosesi gedişatında təqdim edilmişdir və həmin akt borcla bağlı olmamışdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli e-2-2(113)3531/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 manat əsas borc məbləği və 16.869 manat faiz borcu, 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə 142.211,95 manat əsas borc və 5.549,75 manat faiz borc u, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 886,96 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin olunmamışdır (hakim – G.Namazova).
18. Məhkəmə iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilənin bağlanmasını, iddiaçı tərəfindən müxtəlif vaxtlarda 87.281,41 manat, 57.835,70 manat və 548.571,20 manat dəyərində malların cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə həmin malların dəyərinin tam olaraq ödənilmədiyini müəyyən edərək 9 saylı “Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş 87.281,41 manat dəyərində malların 2022-ci il 5 yanvar tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaimə əsasında təqdim edildiyini, həmin mallardan 2.905,16 manat dəyərində malların EBBQ seriyalı 499930 nömrəli elektron qaiməyə əsasən alıcı tərəfindən satıcıya geri qaytarıldığını bildirmişdir. Həmçinin 2022-ci il 31 yanvar tarixli 10 saylı ”Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş 57.835,70 manat dəyərində mallar 2022-ci il 31 yanvar tarixli EBBQ seriyalı 500435 saylı elektron qaiməyə əsasən təqdim edilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. 2022-ci il 5 yanvar tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaimə üzrə 84.376,25 manat məbləğində borcun və 2022-ci il 31 yanvar tarixli EBBQ seriyalı 500435 saylı elektron qaimə üzrə 57.835,70 manat məbləğində borcun mövcudluğu iş materialları və cavabdehin etirafı ilə təsdiq edilmişdir. 19. 2021-ci il 13 iyul tarixli 02 saylı X1 qeyd olunan 548.571,20 manat dəyərində malların 2021-ci il 14 iyul tarixli, EBBE seriyalı, 8 29911 saylı elektron qaiməyə əsasən təhvil verilməsini cavabdehin nümayəndəsi mübahisələndirsə də, həmin qaimə üzrə verilən malların bir qismini iki dəfə olmaqla elektron qaimə əsasında iddiaçıya geri qaytarmış və hətta həmin qaimə üzrə müəyyən qədər ödənişlər də edilmişdir. Geri qaytarma qaimələri və ödəniş sənədi ilə 548.571,20 manat dəyərində malların həqiqətən də iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi sübut olunduğundan məhkəmə cavabdehin təhvil-təslim aktının mövcud olmamasına istinadən həmin qaimə üzrə borc məbləğinin inkarının əsassız olması nəticəsinə gəlmişdir.
20. İddiaçı 2022-ci il 31 dekabr tarixindən etibarən bir il müddətində illik 5% hesablamaqla cəmi 28.727 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə tələb olunan məbləğlə qismən razılaşaraq fa iz borcunun 2022-ci il 31 dekabr tarixindən etibarən (cavabdehin öhdəliyinin icrası hüququnun nəzərdə tutulduğu ən son günündən) bir il müddətinə deyil, 2023-cü il 11 oktyabr tarixinə (qətnamənin qəbul olunduğu tarixə) kimi hesablanmasını qanuna uyğun hesab etmişdir. Beləliklə, 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 manat borca dair (432.335 x 5% = 21.616,75 manat: 12 ay = 1.801 manat (1 ay) x 9 ay = 16.209 manat + 660 manat (1.801 manat: 30 gün = 60 manat x 11 gün = 660 manat) = 16.869 manat faiz borcu, 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə isə cəmi 142.211,95 manat borca dair (142.211,95 manat x 5% = 7110,59 manat: 12 ay = 592,50 manat (1 ay) x 9 ay = 5.332,50 manat + 217,25 manat (592.50 manat: 30 gün = 19,75 manat x 11 gün = 217,25) 5.549,75 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 445.7, 567, 597.1, 600.1 və 600.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən apellyasiya şik ayəti verərək, onun qismən, iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-144/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı əsaslandırma ilə razılaşmış və bildirmişdir ki, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək sırf birinci müqavilə üzrə 829911 saylı elektron qaimə üzrə 432.335 man at məbləğində mallara dair təhvil-təslim aktının mövcud olmamasına istinadən həmin qaimə üzrə borc məbləğini ödəməməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz. 25. 22.06.2021-xx.xx.2023-cü il dövrlərini əhatə edən 2023-cü il 20 iyun tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya alınmış mallar üzrə 574.547,75 manat ödənilməmiş borcu qaldığı (o cümlədən EBBE seriyalı 829911 nömrəli elektron qaimə üzrə 548.571,20 manat) müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
26. Alqı-satqı müqavilələrinə əsasən malların təhvil verilməsi təhvil-təslim aktı əsasında müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Cavabdeh özü də malları iddiaçıya məhz elektron qa imələrlə qaytarmışdır.
27. Cavabdeh tərəfin iddiaçı tərəfdən 2021-ci il 19 aprel tarixli SA/01 saylı müqavilə üzrə EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 548.571,20 azn məbləğində aldığı mallara görə ödənilməyən əsas borcu 432.335 manat təşkil edir. 28. 2022-ci il 10 may tarixli Kapital Bank ASC-nin ödəniş sənədindən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBE seriyalı 829911 nömrəli elektron qaiməyə əsasən 37.373,80 manat ödəniş edilmişdir.
29. Göründüyü kimi 829911 saylı qaimə üzrə verilən malların bir qismini iki dəfə olmaqla elektron qaimə əsasında iddiaçıya geri qaytarmış və hətta həmin qaimə üzrə müəyyən qədər ödənişlər də edilmişdir. Geri qaytarma qaimələri və ödəniş sənədi ilə sübut olunur ki, 548.571,20 manat dəyərində mallar həqiqətən də idd iaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
30. Cavabdehin 548.571,20 manat dəyərində malların təhvil verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin malların verilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi müqaviləyə əsasən 548.571,20 manat dəyərində malların iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş olması qənaətinə gəlməyə əsas vermişdir.
31. Birinci instansiya məhkəməsi 5.549,75 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 404.1, 404.2, 442, 445.7, 567, 597.1, 598.3, 600.1, 600.4-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu; 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına; MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
34. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməs i və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. MM-in 567 və 600.4-cü maddələri üzrə - Məhkəmə tərəfindən MM-in 567-ci maddəsinə istinad olunsa da, iddiaçı həmin maddənin tələblərini pozmuş və malın verilməsini həyata keçirməmişdir. Tələb etmək hüququ isə yalnız malın verilməsi təmin olunduqdan sonra yarana bilərdi.
36. MPM-in 8.1, 8.2, 9.1, 9.3, 14.1, 77.1 və 88-ci maddələri üzrə - Məhkəmə tərəfindən sübutlar tam araşdırılmayaraq onlara düzgün hüquqi qiymət verilməmiş və malın verilməsi halları iş materialları ilə müəyyən olunmamışdır.
37. MPM-in 217.1, 217.3 və 218-ci maddələri üzrə - Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Alıcıya təhvil verilmiş malların təhvil-təslim aktına görə, təhvil verilməsi zəruri hal kimi qeyd olunsa da iddiaçı tərəfindən qeyd olunan aktlar iş materiallarına əlavə olunmamış, həmin malların təhvil verilməsi sübuta yetirilməmişdir. 2021-ci il 13 iyul tarixli 02 saylı X2 görə, iddiaçı tərəfindən cavabdehə 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə satılacaq malların cəmi dəyərinin 548.571,20 manat olması göstərilsə də, sonradan həmin borcun 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsinə əsasən yarandığı qeyd olunmuşdur.
38. Kassasiya şikayətinin digər məsələlər hissəsində cavabdeh qeyd etmişdir ki, hər iki müqavilənin 3.1.2-ci bəndlərində malların alıcıya təhvil-təslim aktına əsasən təhvil verilməsi zəruri hal kimi qeyd olunsa da, iddiaçı tərəfindən qeyd olunan aktlar iş materiallarına əlavə olunmamış və həmin malların təhvil verilməsi sübuta yetirilməmişdir. Qətnamədə tərəflər arasında bağlanmış 2021-ci il 23 iyul tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satılacaq malların cəmi dəyərinin 548.571,20 manat olması göstərilsə də, həmin qətnamənin qət etdi hissəsində cavabdehdən 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 manat (548.571,20 – 37.373,80 – 7.886,20 – 70.976,20 = 432.335) manat əsas borc məbləğinin yarandığı qeyd olunmuşdur. Bu halın mövcudluğu qətnamənin əsaslandırıcı hissəsi ilə nəticəvi hissə arasında ziddiyyətlərin olmasına, iş materiallarında olan sübutların təhrif olunmasına əsas yaratmış və eyn i zamanda iddiaçının özünün də istinad etdiyi dəlil və sübutları əsassız olmuşdur.
39. Məhkəmə prosesinin gedişatında cavabdeh tərəfindən iddiaçının sübutları şübhə altına alındıqdan və üzləşmə aktı ortaya çıxdıqdan sonra iddiaçı mövqeyini tam dəyişərək böyük məbləğ təşkil edən əsas borcun (432.335 manat borcun) 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə deyil, 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə yarandığını bildirmişdir. İş materiallarında olan 2021-ci il 13 iyul tarixli 02 saylı X2 əsasən isə iddiaçı tərəfindən cavabdehə 548.571,20 manat dəyərində malın 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə verilməsi qeyd olunmuşdur. Məhkəmə malın müqavilə tələblərin uyğun olaraq verilməsinin sübuta yetirilmədiyini nəzərə a laraq buna uyğun olaraq məsələyə hüquqi qiymət verilməli idi. İş materallarında olan ziddiyyətli məqamların ortadan qaldırılması, malın verilib-verilməməsi, onunla bağlı hansı ödənişlərin mövcud olması və hansı məbləğin hansı müqaviləyə aid olması ilə bağlı sualların cavablandırılması ilə əlaqədar cavabdehin məhkəmə mühasibatlıqekspertizasının keçirilməsi barədə vəsatəti təmin edilməmiş, bununla yanaşı məhkəmə əsassız olaraq faiz borcunun da mövcud olduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, ödəniş sənədlərindən, elektron qaimələrdən, hər iki şirkət tərəfindən 2023-cü il 20 iyun tarixində təsdiq olunmuş üzləşmə aktından iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi ilə bağlı hər hansı pozuntunun mövcud olmadığı görünür ki, belə olan halda cavabdeh əşyanı qəbul etmiş və malın dəyərini ödəmək öhdəliyi yaranmışdır.
41. Cavabdehin 2021-ci il 19 aprel tarixli SA/01 saylı müqavilə üzrə 2021-ci il 14 iyul tarixli elektron qaimə üzrə aldığı malların ümumi dəyəri 548.571,20 manat, həmin mallara görə ödənilməyən əsas borcu 432.335 manat təşkil etmişdir. Geri qaytarma qaimələri və ödəniş sənədi ilə 548.571,20 manat dəyərində malların həqiqətən də iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi sübut olunur. Cavabdeh elektron qaimələr üzrə təqdim edilmiş mallardan qaytarmalar etmiş, habelə müəyyən qədər ödənişlər də həyata keçirmiş, yekunda isə 2021-ci il 19 aprel tarixli müqavilə üzrə bu günə olan əsas borcu 432.335 manat, 2021-ci il 23 iyun tarixli müqavilə üzrə isə bu günə olan əsas borcu 142,211,95 manat təşkil etmişdir.
42. Cavabdehin faiz borcunun məhkəmə tərəfindən müəyyən edilməsi isə birbaşa qanunun tələbindən irəli gəlmişdir və hər bir halda əsas borcla birlikdə ödənilməlidir. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna o lmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş va xtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7 (zamana görə qüvvədə olan redaksiyası). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyən ləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 60 0.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-fakt ura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “...əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətl ərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir...”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında müəyyən edilmişdir ki: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir...” 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin fak tlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....”
50. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxış ı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatət i və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
52. Kassator qeyd edir ki, qətnamədə tərəflər arasında bağlanmış 2021-ci il 23 iyul tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satılacaq malların cəmi dəyərinin 548.571,20 manat olması göstərilsə də, həmin qətnamənin qət etdi hissəsində cavabdehdən 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 manat (548.571,20 – 37.373,80 – 7.886,20 – 70.976,20 = 432.335) manat əsas borc məbləğinin yarandığı qeyd olunmuşdur. Bu halın mövcudluğu qətnamənin əsaslandırıcı hissəsi ilə nəticəvi hissəsi arasında ziddiyyətlərin olmasına, sübutların təhrif olunmasına əsas yaratmış və eyni zamanda iddiaçının özünün də istinad etdiyi dəlil və sübutları əsassız olmuşdur.
53. Halbuki bu deyilənlər ümumiyyətlə reallığı əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırma (“Apellyasiya instansiyası məhkəməsinin mövqeyi”) hissəsində birmənalı şəkildə qeyd olunmuşdur ki, cavabdeh tərəfin iddiaçı tərəfdən 2021-ci il 19 aprel tarixli SA/01 saylı müqavilə üzrə EBBE seriyalı 829911 saylı 2021-ci il 14 aprel tarixli elektron qaimə üzrə 548.571,20 AZN məbləğində aldığı mallara görə ödənilməyən əsas borcu 432.335 manat təşkil edir.
54. Həmçinin qətnamənin əsaslandırma hissəsinin digər yerlərində də oxşar məzmunlu fikirlər yer almış və heç bir yerində sözügedən borcun 2021-ci il 23 iyul tarixli SA-02 saylı alqı-satqı müqaviləsindən irəli gəldiyi nət icəsinə gəlinməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə (“qət etdi”) hissəsində ümumiyyətlə hər hansı borc məbləği göstərilməmişdir.
56. Kassasiya şikayətinin digər dəlillərinə görə, məhkəmə prosesinin gedişatında cavabdeh tərəfindən iddiaçının sübutları şübhə altına alındıqdan və üzləşmə aktı ortaya çıxdıqdan sonra iddiaçı mövqeyini tam dəyişərək böyük məbləğ təşkil edən əsas borcun (432.335 manat borcun) 2021-ci il 23 iyun tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə deyil, 2021-ci il 19 aprel tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə yarandığını bildirmişdir.
57. MPM-in 53-cü maddəsinin (bax § 50) tələbinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırla nması yekunlaşana qədər iddianın əsasını dəyişməyə haqlıdır.
58. İş materiallarında birinci instansiya məhkəməsinin 2023-cü il 21 avqust tarixli hazırlıq iclasının protokolundan (İ cild, i/v 61-63) görünür ki, iddiaçı tərəf öz mövqeyinin əsaslandırmasına düzəliş edərək, sözügedən borc üzrə tələbin məhz 2021-ci il 19 aprel tarixli müqavilədən irəli gəldiyini bildirmişdir.
59. Göründüyü kimi, iddiaçı iddiasının əsasını məhz hazırlıq mərhələsində dəyişmişdir. Odur ki, bununla bağlı işə baxan məhkəmələr tərəfindən hər hansı hüquqi pozuntusuna yol verilməmişdir.
60. Kassator öz dəlillərində hansı ödənişlərin mövcud olması və hansı məbləğin hansı müqaviləyə aid olması ilə bağlı sualların və digər sualların cavablandırılması ilə əlaqədar cavabdehin məhkəmə mühasibatlıq-ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin edilmədiyini bildirsə də, borcun həcmi müəyyən olunarkən işə baxan məhkəmələr tərəfindən konkret olaraq hansı hesablama səhvlərinə yol verildiyini, hansı ödənişlərin nəzərə alınmadığını dəqiqləşdirməmiş, yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmişdir.
61. Nəzərə alınmalıdır ki, ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsində (bax § 50) məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur.
62. Mübahisələndirilən qətnamədə isə hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün əsasların müəyyən edilmədiyi qeyd olunmuşdur.
63. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
64. Həmçinin kassator bildirir ki, məhkəmə əsassız olaraq faiz borcunun da mövcud olduğunu qey d etmişdir.
65. Mübahisəlındirilən qətnamədən isə məlum olur ki, iddiaçıya dəymiş zərərin məbləği MM-in 445.7-ci maddəsinə əsasən hesablanmışdır. Belə ki, həmin maddənin zamana görə qüvvədə olan redaksiyasına (bax § 45) görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
66. Göründüyü kimi, cavabdehin faiz borcuna dair tələbi birbaşa qanundan irəli gəlmişdir.
67. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi bununla bağlı da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
68. Kassasiya şikayətində göstərilən qalan dəlillərlə eyniməzmunlu olan dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
69. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
70. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin digər dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və ümumilikdə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 50) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 50) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-144/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(103)-144/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.