Məhkəmə qərarları › İş №2-2(102)-373/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-373/2025

21.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-373/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi, mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X8 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X6 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı şifahi şəriklik müqaviləsinin bağlanmış hesab edilməsi və sahiblik, istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 2-2(107)-17/2025 nömrəli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da mülkiyyət hüququ tam pay üzrə cavabdehin adına rəsmiləşdirilmiş daşınmaz əşyalar, Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazası, 4 boksdan ibarət avtomobil təmiri sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satı şı mağazası, “Okean” şadlıq sarayı və “Yeni market” adlı mağazalar üzərində cavabdehə məxsus olan mülkiyyət hüququnun 1/2 hissəsinin cavabdeh tərəfindən iddiaçıya ötürülməsi öhdəliyini və həmin obyektlər fəaliyyətə başladıqları dövrdən etibarən əldə edilən qazancın 1/2 hissəsinin cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilməsi öhdəliyini müəyyən edən şifahi şəriklik müqaviləsinin bağlanmış hesab edilməsi, Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptekə, 1 ədəd adı olmayan cehizlik mağazasına, 4 boksdan ibarət avtomobil təmir sexinə, eyni cərgədə tikinti materialları satışı mərkəzinə, 1 ədəd şərab evinə, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasına, “Okean” şadlıq sarayına iddiaçının daxil olmasına, onun sahiblik istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunia əsaslandırılmışdır ki, tərəflər arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada “adi ortaqlıq” müqaviləsi bağlanmışdır. Bağlanmış həmin müqavilə mülki qanunvericilikdə tənzimlənməyən atipik müqavilə olsa da, qanunvericiliyin imperativ tələblərinə uyğun olmaqla Mülki Məcəllənin 390.1 -ci maddəsinin tələbi ilə tam əhatə olunmuşdur. Bu müddət ərzində sözügedən şifahi müqavilə əsasında, iddiaçı və cavabdeh bərabər sərmayə (pul) və əmək əsasında 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizli k mağazası, 4 boksdan ibarət avtomobil təmiri sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazası, 1.34 ha torpaq sahəsi və “Okean” şadlıq sarayının əldə etmişdirlər. Bununla yanaşı ortaqlar “Yeni market” adlı mağazanın əldə edilməsində hər biri 1/4 paya sahibdirlər. Sözügedən şifahi ortaqlıq müqaviləsinə əsasən həmin ortaqlığın əldə etdiyi bütün daşınan və daşınmaz əşyalar ortaqların bərabər paylı mülkiyyətində nəzərdə tutulmuş və ordan əldə edilən gəlir və xərclər onlar arasında bərabər bölünmüşdür. Ortaqlıq münasibətlərinin yarandığı vaxtdan 2021-ci ilin sonlarına kimi münasibətlər şifahi müqavilədə nəzərdə tutulan qaydada davam etsə də, 2021-ci ilin sonlarından cavabdeh rəsmi sənədlərin və VÖEN-in iddiaçının adına olmamasından sui-istifadə edərək müqavilə üzrə öhdəliklərini pozaraq iddiaçının yuxarıda göstərilən ticari obyektlərdəki və onların gəliri-xərci üzərindəki ortaqlıq payını, sahiblik-istifadə hüququnu təkzib edir. Həmin ticarət obyektlərinin əldə edilməsi, tikilməsi, yenidən qurulması, idarə edilməsi zamanı 3-cü şəxslərlə münasibətlər həm iddiaçı, həm də cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, iddiaçı həmin daşınmaz əmlakların əldə edilməsi zamanı onların idarə edilməsi və gəlir götürülməsi zamanı mülkiyyətçi hüququ ilə hərəkət etmiş 3-cü şəxslər də, cavabdeh də iddiaçını bu cür qəbul etmişlər. Cavabdehin iddiaçının onu öldürməklə hədələməsi əmlakının 50%-ni tələb etməsi, əks halda isə onu öldürəcəyi ilə hədələməsi barədə müraciəti əsasında qəbul edilmiş 2022-ci il 24 oktyabr ta rixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan aydın görünür ki, iddiaçının haqlı mövqeyi pozulmuşdur və bu hal həmin qərarda şahid ifadələri ilə də təsdiq olunur. Hazırda isə iddiaçı və cavabdeh arasında birgə ticarət fəaliyyəti vasitəsilə əldə edilmiş əmlak aktivlərinin kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq bərabər paylı mülkiyyətdə, bərabər paylı istifadədə olduğunu, ticarət obyektlərindən əldə edilən gəlirin-xərcin həmin obyektlərin kimin VÖEN-i əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq bərabər bölündüyünü şərtləndirən şifahi ortaqlıq müqaviləsinin bağlandığının müəyyən edilməsinə və iddiaçının yuxarıda göstərilən ticarət obyektlərinə daxil olmasına, onun sahiblik/istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına zərurət yaranmışdır.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz vərərək bildirmişdir ki, iddianı qəbul etmir, iddiaçı ilə onun arasında nə şifahi sadə ortaqlıq müqaviləsi, nə də şifahi şəriklik müqaviləsi mövcud deyildir. Əgər razılaşma təsərrüfat ortaqlığı ilə bağlı olubsa burda ortaqların ortaqlıq şərtləri, qoyduğu payların vəziyyəti, idarəçilik, qazancın bölgüsü və s. şərtlər nizamnamədə əksini tapmalıdır. İddiaçı bu məsələlərə düzgün hüquqi qiymət verməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından da məlum olur ki, iddiaçı onunla ortaq olduğunu sübut edən hər hansı sənəd, xüsusən pul, mal, sərmayə qoyduğunu təsdiq edən sənəd sübut əlavə etməmişdir. Onun mülkiyyətində olan torpaq sahəsində və obyektdə iddiaçının payı yoxdur və qeyd edilməyib. İddiaçını n onunla ortaq yaratdığı və girməsinə maneə törədildiyini göstərdiyi ticarət obyektinin yerləşdiyi torpağı, torpağın üstündə yerləşən ətkəsmə məntəqəsini o, 2002-ci il 22 oktyabr tarixində Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində keçirilən auksionda müəssisənin əmək kollektivi ilə birlikdə 25329000 manata almışdır. İddiaçı həmin əmək kollektivinin üzvü olmamışdır. 611.1 kv.m sahəsi olan daşınmaz əmlak, yəni qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakın onun mülkiyyətində olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən 2006-cı il 28 aprel tarixdə ********* nömrə ilə qeydə olunmuş çıxarış almışdır. Həmin torpaq sahəsində Ticarət və xidmət obyekti tikmək üçün Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qəbələ RİH başçısının 2009-cu il 3 sentyabr tarixli Sərəncamı ilə ona hazırkı obyektini tikməyə icazə verilmişdir. 2000-ci ilin əvvəllərindən yük avtomobilləri alıb icarəyə vermiş, onların alğı-satqısı ilə məşğul olmuşdur. Bu barədə DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 2024-cü il 22 avqust tarixli arayışını məhkəməyə təqdim etmişdir. Bundan əlavə 1986-cı ildə Zarağan kəndində Qəbələ Məişət Xidməti Kombinatının 100 kv.m sahəsi olan bərbərxananı icarəyə götürmüş, oranı özəlləşdirmiş, yarıya bölərək 2 dükan açmışdır. Biri avtomobil ehtiyat hissələri dükanı, digəri tikinti materialları satışı mağazası olmuşdur. 2013-2014-cü illərdə X18 tikilərkən yolun üstündə olan həmin mağazaları dövlət alaraq ona 12400 manat kompensasiya ödəmişdir. O, həmin mağazaları hazırkı ticarət mərkəzinə köçürmüş və ha zırda da fəaliyyət göstərir. Onun konteyner tipli “Kamaz” maşını olmuş, ona un və tikinti materialları daşımış, o da pulunu ödəmişdir. Zarağan kəndində olan hərbi hissənin həm çölündə, həm də İçində onun yumşaq oyuncaqlar və suvenir mağazaları vardır. X12 İdarəsinin 2024-cü il 8 avqust tarixli 145 nömrəli arayışına əsasən, iddiaçı 2005-ci il 18 avqust tarixindən 2022-ci il 7 iyul tarixinə kimi həmin idarədə fəhlə və sürücü vəzifəsində işləmişdir. Belə bir əmək fəaliyyəti ilə məşğul olan şəxsin onun tərəfindən tikilmiş və yaradılmış əmlaklarda 1/2 payının olması və hansı sərmayə hesabına yarandığını sübut etmək onun öhdəsinə düşür.

4. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli, 2-2(117)1119/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - R.Məcidov).

5. Məhkəmə qey d etmişdir ki, 2002-ci il 24 oktyabr tarixli müəssisənin (Obyektin) alqı-satqı müqaviləsinə əsasən, Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi tərəfindən Qəbələ rayonu Zarağan kəndində yerləşən ətkəsmə məntəqəsi 2002-ci il 22 oktyabr tarixdə auksiona çıxarılmış və keçirilmiş auksionda Cavabdeh əmək kollektivi ilə birlikdə ətkəsmə məntəqəsini satın almışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2006-cı il 28 aprel qeydiyyat tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1.23495 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 2009-cu il 3 sentyabr tarixli 151 nömrəli sərəncamına əsasən, Cavabdeh sifarişi ilə rayonun Zarağan kəndində mülkiyyətində olan 1.23 ha torpaq sahəsində tikiləcək “Ticarət və Xidmət’’ obyektinin layihələndirilməsinə icazə verilmişdir.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 2024-cü il 17 dekabr tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, Qəbələ rayonu Zarağan kəndində yerləşən 1.2349 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-ya şayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.

9. Cavabdeh ilə X7 arasında bağlanmış 2024-cü il 13 noyabr tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.23495 ha torpaq sahəsinin 0.20 ha hissəsini 2025-ci il 13 may tarixədək X4 icarəyə vermişdir.

10. Məhkəmə bildirmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir, iddiaçı onunla cavabdeh arasında şifahi şəriklik müqaviləsinin bağlandığını iddia edir ki, göründüyü kimi tərəflər arasında yazılı müqavilə mövcud deyildir. Halbuki mülki qanunvericiliyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanm a və ya digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı onunla cavabdeh arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağlandığını iddia etsə də, cavabdeh tərəf bu halı təkzib etməklə aralarında belə bir razılaşma olmadığını bildirmişdir. İddiaçının dəlilləri sonuncunun öz sözləri və məhkəmə iclasına dəvət etdiyi şahidlərin izahatlarından ibarət olmuş, cavabdehlə hər hansı ortaqlıq və ya şəriklik münasibətlərinin mövcudluğu ilə bağlı sübutlar təqdim olunmamışdır.

11. Belə ki, tərəflər arasında şəriklik münasibətlərinin mövcudluğ una dair sübut aşkar olunmamış, təqdim edilmiş sənədlər iddiaçının özünə aid halları əks etdirmiş, cavabdehlə şərik olmaları, adı çəkilən qeyri-yaşayış sahələrinin birgə şəriklik fəaliyyəti nəticəsində tikilməsi, ordan əldə edilən gəlirin onunla cavabdeh arasında şərik kimi paylarına münasibətdə bölünməsi hallarını təsdiq etməmişdir. Eyni zamanda cavabdeh də məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə şərik olmadıqlarını, mülkiyyətində olan mübahisə predmeti olan obyektləri özü tikdiyini, iddiaçının köməklik etdiyini, iddiaçının onun işlədiyi idarəyə işə girdiyini, kamaz maşınını onun adına özəlləşdirdiyini, tikinti materialları satışı mağazasını o, qardaşı ilə birgə açdığını, iddiaçının sürücü kimi ma! daşıyıb zəhmət haqqı aldığını və iddiaçı ilə şərik olmadığını bildirmişdir.

12. Bu ndan başqa, məhkəmə iddiaçınln vəsatəti əsasında dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, həmin ifadələr məhkəmə tərəfindən şəriklik faktını təsdiq edən sübut qismində qəbul edilmir. Belə ki, şahidlərin bir qismi iddiaçının qohumları olmaqla yanaşı, işin nəticəsində maraqlıdırlar. Digər şahidlər isə məhkəmə iclasında dindirilməsi zamanı verdikləri ifadələrində tərəflərin şərik olmasını kənardan bildiklərini, tərəflərin özlərinin şərik olmaları barədə onlara heç nə demədiklərini bildirmişlər. X1 isə ifadəsində iddiaçı ilə cavabdehin şərik olduqlarını ona dediklərini bildirmişdir. Həmin şahid ifadəsində tərəflər arasında şəriklik münasibətinin olmasını bildirsə də, bu iş materialları ilə, eləcə də, hər hansı başqa vasitə ilə təsdiq olunmadığından məhkəmə bu ifadəni də fakt ı təsdiq edən sübut qismində qəbul etməmişdir.

13. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən sübut qismində təqdin edilmiş 2 ədəd dəftər, üzərlərində müxtəlif rəqəmlər olan vərəqlər, texniki pasport, çıxarış və s. materiallarla bağlı bildirmişdir ki, 2 ədəd dəftər və vərəqlərdəki məlumatların kim tərəfindən, hansı qaydada, nəyə əsasən tərtib edildiyi, orda qeyd edilənlərin cavabdehlə mövcud münasibətlərə aidiyyətini müəyyən etmək mümkün deyildir. Eyni zamanda həmin dəftər və vərəqələr rəsmi və ya tərəflərin birgə tərtib etdikləri məlumatlar olmadığından, qeyd edilən dəftərlər sadəcə qeydlərdən ibarət olduğundan hazırkı işin sənədi kimi tərəflər arasındakı mübahisəyə aidiyyətini müəyyən etmək mümkün olmadığından təqdim edilmiş 2 ədəd dəftər və vərəqlər sübut qismində qəbul edilə bilməz. Te xniki pasport, çıxarış və s. materialların araşdırılması zamanı isə hazırkı cavabdehlə əlaqəsi olmayan başqa şəxsə aid məlumatlar qeyd edildiyi və həmin məlumatların hazırkı iş üzrə tərəflər arasındakı münasibətləri əhatə etmədiyi müəyyən olunmuşdur. Həmin sənədlər iddiaçının əldə etdiyi əmlaklarla bağlıdır və sonuncunun cavabdehlə şərikliyini təsdiq etmir. Bu səbəbdən də həmin sənədlər də hazırkı mübahisə üçün hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə tərəfindən faktı təsdiq edən sübut qismində qəbul edilməmişdir.

14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən istinad olunan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda tərəflər arasında yaranmış mübahisəni həllinə təsir edəcək halın mövcudluğu yoxdur. Həmin qərarla cavabdehin iddiaçı tərəfindən ölümlə hədələ ndiyinə dair müraciət araşdırılmış və cinayət işinin başlanmasından imtina olunmuşdur ki, həmin qərar yalnız cavabdehin iddiaçı tərəfindən hədələnmədiyi və belə hadisənin mövcud olmadığını təsdiq edir. İddiaçı tərəfin cavabdehin oğlu Asif Həsənovun və Təcəddin Həmidovun iddiaçı və cavabdehin şərik olmalarına dair qərarda olan izahatları hazırkı işə məcburilik xüsusiyyətlərinə malik deyildir. Eyni zamanda həmin şəxslər məhkəmə iclasına şahid qismində dəvət edilə və məhkəmə tərəfindən ifadələri məhkəmə iclasında alına bilərdi ki, tərəflər arasında şərikli münasibətlərin formalaşmasına dair müqavilə mövcud olmadığından qeyd edilən şəxslərin izahatlarının faktı təsdiq edən sübuti əhəmiyyəti yoxdur.

15. Bundan başqa, iddiaçı “Yeni Market” adlı ticarət mağazasında cavabdehlə şərik olduğunu və bu şərikliyin hazırda da davam etdiyini bildirsə də, tərəflər arasında bununla da bağlı yazılı razılaşma mövcud olmamaqla yanaşı, cavabdeh tərəf bu halı inkar edir və iddiaçıya verilən pulun ona köməklik göstərdiyinə görə zəhmət haqqı kimi verildiyini bildirir. Cavabdehin bildirdiklərini isə inkar edəcək mötəbər sübutlar mövcud deyildir.

16. Məhkəmə tərəflər arasında ortaqlıq və ya şəriklik münasibətlərinin mövcud-olubolmamasına münasibətdə qeyd etmişdir ki, birgə fəaliyyət tərəflərin onlara mülkiyyət və istifadə hüquqları ilə məxsus olan əmlaklarından istifadə etməkiə gəlir götürmək məqsədi ilə öz fəaliyyətlərini birləşdirmələrindən ibarətdir. Bu zaman tərəflərin birgə fəaliyyətə qoyduqları mülkiyyət, həmçinin birgə fəaliyyət nəticəsində alınmış məhsul və digər əmlak tərəflərin birgə mülkiy yəti sayılır. Tərəf birgə fəaliyyətdən çıxmaq istədikdə yalnız ümumi mülkiyyətdə olan əmlakın bölgüsü həyata keçirilə bilər. Tərəflər arasında şəriklik münasibətlərinin mövcud olması üçün tərəflər arasında yalnız müqavilə olmalıdır ki, hazırkı iş materiallarından göründüyü kimi belə bir müqaviiə məhkəməyə təqdim olunmamış, iddiaçı cavabdehlə şifahi qaydada ortaqlıq müqaviləsi bağladığını iddia edərək məhkəmə iclasında yazılı müqavilənin mövcud olmadığını etiraf etmişdir.

17. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan qeyriyaşayış sahələri cavabdehin mülkiyyətindədir və iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi, tərəflər arasında olan şifahi danışıq və razılaşmalar cavabdeh tərəfindən təkzib edillir. Bu isə tərəflər arasında iddia olunan şərikli (ortaq) fəa liyyətin əsl şərtləri, tərəflərin qarşılıqlı öhdəlikləri haqqında hər iki tərəfin də qəbul etdiyi real, həqiqi məlumatlar əldə etməyə imkan vermir. Mülki qanunvericiliyə əsasən, təqdim edilmiş DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış”dan göründüyü kimi Qəbələ rayonu, Zarağan kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 1.23495 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh xüsusi (tam) mülkiyyətindədir. Belə olduqda həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazası, 4 boksdan ibarət avtomobil təmir sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hi ssələri satışı mağazası, “Okean” şadlıq sarayı cavabdehin mülkiyyətindədir ki, mülkiyyətçinin öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş mülkiyyət hüquqları vardır. İddiaçı həmin əmlak üzərində yalnız onun mülkiyyətçisi olan cavabdehin yazılı razılığı alınmaqla istifadə və ya sahiblik hüquqlarını həyata keçirə bilər ki, hazırkı vəziyyətdə cavabdehin mülkiyyətindən iddiaçının istifadəsini qanuni edən hər hansı hal və sübut mövcud deyildir. Eyni zamanda qanunvericilikdən də göründüyü kimi mülkiyyətçi üzərində mülkiyyət hüquqlarının mövcud olduğu əmlakla bağlı hərəkət etməkdə sərbəstdir ki, hazırkı vəziyyətdə onun həmin əmlak üzərində mülkiyyət hüquqları (sahiblik, istifadə və ya sərəncam vermək) məhdudlaşdırıla bilməz və ya bununla bağlı mülkiyyətçinin üzərinə hər hansısa öhdəlik qo yulması yolverilməzdir. İddiaçı isə ona məxsus olmayan əmlak (mübahisə predmeti olan obyektlər) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini və həmin əmlaka daxil olmağa yaradılmış maneənin aradan qaldırılmasını iddia edir ki, göründüyü kimi bunda da haqlı olmamışdır.

18. Birinci instansiya, məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 64.1, 69.1, 152.1, 152.5, 386.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 78.1, 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 y anvar tarixli 2-2(107)-17/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - N.Quliyev, hakimlər - Z.Sadiqov, Ə.Kərimov).

21. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsasən, iddiaçı hazırda qüvvədə olan MM-in normalarına istinad edərək mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş mübahisəli qeyriyaşayış sahəsinin cavabdehin mülkiyyətinə keçməmişdən öncə cavabdehlə aralarında həmin daşınmaz əşyaların 1/2 hissəsinin cavabdeh tərəfindən onun adına keçiriləcəyi ilə bağlı ortaqlıq müqaviləsi bağlandığını bil dirmiş, lakin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək tərəflər arasında şifahi ortaqlıq müqaviləsinin 1997-ci ildə bağlandığını bildimişdir.

22. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hazırda qüvvədə olan mülki qanunvericiliyə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bundan başqa ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər, ilkin müqavilə əs as müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İikin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Eyni zamanda, 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş MM-ə istinadən iddiaçı həm hazırda qüvvədə olan, həm də 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş mülki qanunvericiliyə əsasən tərəflər arasında hər hansı yazılı müqavilənin bağlanmasını əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir.

23. Bundan başqa, məhkəmə iddia tələbinin “Yeni Market” adlı mağazanın fəaliyyətindən əldə olunan gəlirin 1/4 hissəsinin cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin hissədə iddianı qismən qəbul etsə də, onun bu etirafı qanun a zidd olduğundan və üçüncü şəxslərin hüquqlarını pozduğundan iddianın həmin hissəsinin təmin olunması üçün əsas ola bilməz. Belə ki, apellyasiya icraatı zamanı iddiaçı və cavabdeh mübahisəli “Yeni Market” adlı mağazanın X7 tərəfindən işlədildiyini və mağazanın fəaliyyətindən əldə olunan gəlirin dörd nəfər X7, X9, iddiaçı və cavabdeh arasında hər birinin payının 1/4 olmaqla bərabər bölündüyünü bildirmişlər. Buna görə də məhkəmə tərəfindən X7 və X9 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər və Tacəddin Həmidov izahatında “Yeni Market” adlı ticarət mağazasını cavabdehdən icarəyə götürərək özünə aid VÖEN-lə işlətdiyini, lakin icarəyə götürdüyü zaman mağaza qeyriyaşayış sahəsi kimi dövlət qeydiyyatından keçmədiyi üçün müqavilənin mağazanın yerləşdiyi torpaq sahəsi ilə bağlı bağlandığını, mağazanın işlədilməsində özündən başqa üç nəfər şərikinin olduğunu, mağazanın fəaliyyətindən götürdüyü gəliri bütün xərclər çıxıldıqdan sonra dörd bərabər hissəyə bölərək hər bir şərikinin payını şəxsən özünə verdiyini, yəni iddiaçının 1/4 payını cavabdehə vermədiyini, bu günə qədər şərikləri ilə aralarında hər hansı mübahisə olmadığını bildirmiş, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Teymur Həmidov və tərəflər onun dediklərini təsdiq etmişlər. Göründüyü kimi mübahisəli “Yeni Market” adlı ticarət mağazasını rəsmən üçüncü şəxs Tacəddin Həmidov işlətdiyindən və mağazanın fəaliyyətindən əldə olunan gəlirin iddiaçıya düşən hissəsi şəxsən iddiaçının özünə verildiyindən iddia tələbinin “Yeni Market” adlı mağazanın fəaliyyətə başladığı dövrdən etibarən əldə edilən qazancın 1/4 hissəsinin cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilməsi öhdəliyini müəyyən edən şifahi şəriklik müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi də təmin oluna bilməz

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, MM-in 64.1, 64.2, 69.1, 152.1, 152.5, 329.1, 329.2, 25. 391, 393, 394, 402.1, 402.2-ci maddələrinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40, 41, 433-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 78.1, 81, 82.4, 89-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 64.1, 152, 386.1, 389.1, 390, 406.1-ci maddələri və Vergi Məcəlləsinin 137-ci maddəsi üzrə - cavabdeh "Yeni market" adlı mağazadan əldə etdiyi gəlirinin yarısını hal hazırda da iddiaçıya verdiyini təsdiq edir. Apellyasiya məhkəməsi isə bu fakta münasibətdə bildirmişdir ki, cavabdeh həmin hissədə iddianı qismən qəbul etsə də, onun bu etirafı qanunazidd olduğundan, və üçüncü şəxslərin hüquqlarını pozduğundan iddianın həmin hissəsinin təmin olunması üçün əsas ola bilməz. Lakin məhkəmə prosesinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan X5 və Teymur Həmidov iddiaçının dediklərini təsdiq etmişlər. Cavabdeh isə birinci instansiya məhkəməsində təqdim etdiyi mövqeyin dən yayınaraq “Yeni market” adlı mağazada iddiaçı ilə hələ də şərik olduğunu etiraf etmişdir. İddiaçının mebel mağazasında Şəhla xanımla hesabat aparması, mebel mağazasına nəzarət etməsi, Tofik bəyə tikinti materialları sifariş etməsi MM 386-cı maddəsində göstərilən əsaslardan birinin yaranmasını təsdiq edir. Bunun tərəflər arasında bağlanmış müqavilə əsasında olduğu heç bir şübhə doğurmasa da məhkəmənin bu məsələdə mövqesizliyi işə düzgün yanaşmamasına, münasibətə düzgün qiymət verilməməsinə səbəb olmuşdur. Məhkəmə etibarlı müqavilənin mövcud olmadığını bildirsə də, əsassız varlanma halının yarandığını da qeyd etməmiş, görülən işlər, ödənilən pulların hansı əsasla yerinə yetirildiyini qeyd etməmişdir. Yəni əgər tərəflər arasında etibarlı müqavilə yoxdursa onların aldıqları ödənişlər, yeri nə yetirdikləri hərəkətlər digər əsaslardan yaranmalıdır. Belə olan halda məhkəmə digər əsaslara istinad etməmişdir. İddiaçının istinad etdiyi müqavilə MM ilə tənzimlənməyən, konkret forma şərti nəzərdə tutulmayan müqavilədir. İşin mübahisəsiz halları əsasında məhkəmə tərəflər arasındakı müqavilənin növünü, şərtlərini və öhdəlikləri müəyyən etməli oiduğu halda "ümumiyyətlə tərəflər arasında müqavilə bağlanmadığına dair" mövqeyini bildirərək işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında şifahi müqavilənin bağlanmış olduğu işin hallarından bariz şəkildə görünür. Cavabdeh özü də iddiaçının onun işçisi olmadığını təsdiq edir. Digər tərəfdən, 1993-cü ildən onlar arasında, şəriklik münasibəti formalaşmış, daha sonra onlar bir yerdə müxtəlif işlər görmüş, iddiaçı cavabdehin f əaliyyət göstərdiyi ticari obyektlərdə söz sahibi olmuş, işçilərə göstərişlər vermiş, onlardan hesabat tələb etmişdir. "Yenimarket"dən əldə etdikləri gəliri yarı böldükləri də işin digər mübahisəsiz halıdır. İddia tələbi tərəflər arasında bağlanmış müqavilənin tanınması ilə bağlı, yəni öhdəliklər hüququnun tənzimləmə sahəsinə aid olsa da məhkəmə korporativ hüquqa aid olan normanı mübahisəyə tətbiq edərək kobud pozuntuya yol vermişdir. Məhkəmə tərəfindən yalnız tam ortaqlığa aid münasibəti tənzimləyən maddəyə istinad olunduğu, nə üçün kommandit ortaqlığa aid münasibəti tənzimləyən və yaxud da məhdud məsuliyyətli cəmiyyətə, səhmdar cəmiyyətə aid münasibəti tənzimləyən normaya istinad olunmadığı anlaşılan deyildir. İddiaçı iddia ərizəsində məhz "ortaq" sözü istifadə olunduğu üçün tam ortaqlığ a aid maddələrə istinad olunduğu və əgər ortaq sözü əvəzinə "payçı" ya da "səhmdar" sözündən istifadə edilmiş olsaydı birinci instansiya məhkəməsinin qətnaməsində mahiyyətə baxılmadan MMC, ASC, QSC-yə aid normalara istinad olunacağını qeyd edir. İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsi tələbini əşya hüququna aid mütləq hüququ (mülkiyyət, ipoteka, servitut və s.) qismində deyil, cavabdehlə bağladığı müqavilə üzrə alacaq hüququ (tələb hüququ) əsasında tələb edir. Yəni, icarəyə verənlə müqavilə bağlamış icarəçi müqavilə əasında mülkiyyətçi olmadığı halda icarə predmetinə sahiblik və istifadə etməyi icarəyə verəndən təiəb edə bilirsə, iddiaçı da cavabdehlə bağlamış olduğu şifahi şəriklik müqaviləsi əsasında eyni tələbləri, cavabdehə yönəltməkdə haqlıdır və bunun üçün iddiaçı nın mülkiyyət hüququnun və ya digər əşya hüququnun olmasına da ehtiyac yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər üzrə tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur. Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya onda n məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.” “Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əq d etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” “Maddə

394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək təsdiqlənməlidir.” barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o ş əxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya ki mi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və mater iallardır.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vas itəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

34. Kassasiya şikayətində istinad olunan MM-in 64.1, 152, 386.1, 389.1, 390, 406.1ci maddələri və Vergi Məcəlləsinin 137-ci maddəsinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

35. İddiaçının istinad etdiyi müqavilənin MM ilə tənzimlənməyən və konkret forma şərti nəzərdə tutulmayan müqavilə olması ilə bağlı dəlillərə dair qeyd edilir ki, MM-in 390.1-ci maddəsində fiziki və hüquqi şəxslərin MM-də nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrin bağlana bilməsi imkanı nəzərdə tutlmu şdur. Lakin belə müqavilələrin şərtləri MM-də göstərilən hallardan asılı olmaqla onlardan kənara çıxmamalıdır. MM-in müvafiq normaları baxımından mülki hüquq münasibətinin yaranması, dəyişdirilməsi və xitamına səbəb olan hüquqi fakt birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin və ya bundan artıq olan tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruridir (MM-in 324.1 və 324.4-cü maddələri). Eyni zamanda, əqdlərin şifahi formada bağlanması da MM-in müddəaları baxımından mümkün mülki hüquqi davranış kimi nəzərdə tutulmuşdur. Buna misal olaraq tapşırıq müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanması alternativlik kimi müəyyənləşdirilmişdir (MM-in 329.2 və 777.2-ci maddələri).

36. MM-in 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (ş əriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsas yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliy yət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməsi və ya edilməməsi hallarında) daşıyırlar.

37. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi müqavilənin, yəni tərəflər arasında iddia ərizəsində göstərilən şərtlərlə şifahi müqavilənin bağlanması halını müəyyən etməmişdir. Belə olan halda isə kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının tələblərinin pozulması barədə dəlillər əsasslı hesab edilə bilməz.

38. Həmin maddələrin tələblərinin pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi və məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırılması isə əsassızdır.

39. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şika yətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının və sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymə t verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qa nunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

42. Cavabdeh tərəfindən “Yeni market” adlı mağaza ilə bağlı hissədə iddianın etiraf edilməsi ilə bağlı dəlillərə dair qeyd edilir ki, iddianın əsasını yalnız tərəflərin birgə fəaliyyəti ilə bağlı müqavilənin deyil, iddia ərizəsində qeyd edilən daşınmaz əmlaklar üzərində cavabdehə məxsus olan mülkiyyət hüququnun 1/2 hissəsinin cavabdeh tə rəfindən iddiaçıya ötürülməsi öhdəliyi ilə bağlı müqavilənin bağlanması təşkil edir. Cavabdeh tərəfindən isə belə öhdəliyi nəzərdə tutulan müqavilənin bağlanması etiraf edilməmiş, yalnız “Yeni market” adlı mağazada iddiaçı və üçüncü şəxslərlə birgə fəaliyyət göstərmələri etiraf edilmişdir.

43. Göründüyü kimi cavabdeh tərəfindən iddia deyil, iddianın əsasında duran faktlardan biri etiraf edilmişdir. MPM-in 52.2 və 191.1-ci maddələrində nəzərdə tutulmuş iddianın etirafı ilə MPM-in 106.3-cü maddəsində nəzərdə tutulmuş faktın etirafı isə müxtəlif anlayışlar olmaqla müxtəlif prosessual nəticələrə səbəb olur. Belə ki, iddianın etirafı iddia tələblərinin təmin edilməsi ilə nəticələndiyi halda, faktın etirafı əks tərəfi sübutetmdən azad edir. Cavabdeh tərəfindən həmin faktın etiraf edilməsi də idd iaçını “Yeni market” adlı mağazada cavabdeh və üçüncü şəxslərlə birgə fəaliyyət göstərməsi ilə bağlı faktın sübut edilməsindən azad etmişdir. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus olan mülkiyyət hüququnun 1/2 hissəsinin cavabdeh tərəfindən iddiaçıya ötürülməsi öhdəliyi ilə bağlı müqavilənin bağlanması təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə isə MPM-in 81, 89-cu maddələri və MM-in 394-cü maddələri ilə əsalandırmış və məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşır.

44. Məhkəmə tərəfindən etibarlı müqavilə olmadığı təqdirdə əsassız varlanma ilə bağlı müddəaların tətbiq edilməməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz.

45. Belə ki, MM-in 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar, yəni cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilməmişdir. Belə olan halda isə əsassız varlanma ilə bağlı müddəaların tətbiq edilməsinə əsaslar mövcüd olmamışdır.

46. İddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsi tələbini əşya hüququna aid mütləq hüququ (mülkiyyət, ipoteka, servitut və s.) qismində deyil, cavabdehlə bağladığı müqavilə üzrə alacaq hüququ (tələb hüququ) əsasında tələb edilməsi barədə dəlillər də əsaslı deyildir.

47. Belə ki, iddiaçının bildirdiyinə görə, yəni iddiaçı tərəfindən bağlandığı iddia edilən müqavilənin şərtlərinə görə mübahisəli daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun ½ hissəsi iddiaçıya verilməlidir. Belə olan halda isə həmin əmlaklar üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı tələblərin əsasını müqavilədən irəli gələn tələb deyil, əşya hüququna aid mülkiyyət hüququ təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı həmin daşınmaz əmlaklar üzərində hər hansı əşya hüququna malik deyildir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 2-2(107)-17/20 25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar