Məhkəmə qərarları › İş №2-2(102)-391/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-391/2022

14.07.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmala
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-391/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi X Maraqlı şəxs1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli, 2-2(104)-60/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. “Vergi borcunun ödənilməsinə dair” 2020-ci il 28 sentyab r tarixli **********6 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan “X1” MMC-nin (bundan sonra – “MMC”) vergilər üzrə 28.472,38 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 2.273,40 manat olmaqla dövlət büdcəsinə ümumilikdə 30.745,78 manat borcu olmuşdur. MMC-yə 2020-ci il 20 oktyabr tarixə dövlət büdcəsinə ümumilikdə 31.457,59 manat vergi borcunun olması ilə əlaqədar “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xəbərdarlıq” göndərilmişdir.

2. MMC-nin nizamnaməsinin 4.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir.

3. MMC-nin təsisçisinin 2020-ci il 14 may tarixli qərarının surətindən görünür ki, MMC ləğv edilmiş, Kamilli Ramil Sabir o ğlu (bundan sonra – "xxxx") MMC-nin direktoru vəzifəsindən azad edilmiş, Maraqlı şəxs1 (bundan sonra – “Maraqlı şəxs1”) təsviyəçi təyin edilmiş və qanuni təmsilçiyə dair bütün səlahiyyətlər ona həvalə edilmişdir.

4. MMC-nin 2020-ci il 2 iyun tarixli dövlət reyestrındən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs1dur (bundan sonra Maraqlı şəxs1).

5. X-in 2022-ci il 11 fevral tarixli məktubundan görünür ki, hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən MMC 2020-ci il 18 may tarixdə ərizə ilə müraciət edərək ləğv prosesinə daxil olmuş və Maraqlı şəxs1 təsviyəçi təyin edilmişdir. Lakin ləğv prosesi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 59.6-cı maddəsinə əsasən bir il ərzində yekunlaşdırılmadığından 2021-ci il 10 iyun tarixdə hüqu qi şəxs ləğv prosesindən çıxarılmış və yenidən ləğv prosesinə başlama barədə müraciət olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. Ərizəçi 2021-ci il 26 noyabr tarixində Maraqlı şəxs1 qarşı xüsusi icraat üzrə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 30.831,2 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra-“VM”) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2020-ci il 16 noyabr tarixinə dövlət büdcəsinə ve rgi ödəyicisi olan MMC-nin (VÖEN: 2**3849611) 30.831,20 manat məbləğində (o cümlədən, vergilər üzrə 28.472,38 manat, faizlər üzrə 2.358,82 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-in 65-ci maddəsinə əsasən 2020-ci il 28 sentyabr tarixli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ünvan 1 ünvanında yaşayır.

8. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ərizəçinin tələbi ilə razılaşmayaraq, məhkəmədən onun borclu hüquqi şəxsin icra orqanının rəhbəri olubolmaması barədə məlumatları özündə əks etdirən sənədlərin vergi orqananından tələb edilməsini xahiş etmiş, məhkə mənin sorgusuna əsasən vergi orqanı MMC-nin təsisçisinin 2020-ci il 14 may tarixli qərarını (bax yuxarıda §4) məhkəməyə təqdim etmişdir.

9. Ərizə Azərbaycan Respublikası Konstitusiyasının 60 və 73-cü maddələrinə, VM-in 16.1.1, 65, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1, 17.1.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 305.1.12, 355-5, 355-6, 355-7-ci maddələrinə istinadla əsaslandırılmışdır.

10. Maraqlı şəxs1 məhkəməyə ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, MMC-nin nizamnaməsinin 4.6-cı maddəsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. MM-in tələblərinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qanunvericiliyin tələblərinə görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi hüquqi şəxsin icra orqanın rəhbəri, yəni MMC-nin nizamnaməsinə əsasən direktor barəsindədir. Maraqlı şəxs isə nə qanunvericiliyin tələblərinə nə də nizamnaməsinə əsasən MMC-nin icra orqanının rəhbəri deyildir. O, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilidir. Göstərdiyi vəkillik fəaliyyəti ilə əlaqədar olaraq müqavilə əsasında MMC-nin ləğvetmə prossesini icra edir, MMC-nin icra orqanının rəhbəri deyildir və MMC-nin hər hansı bir borcunun olub-olmamasının təsviyyəçi olaraq ona heç bir aidiyyatı yoxdur.

11. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli e-2-2(115)129/2021 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim R.Məmmədov).

12. Həmin məhkəmə hesab etmişdir ki, borclu hüquqi şəxsin nizamnaməsinə görə cəmiyyətin icra orqanına rəhbərliyi direktor həyata keçirdiyi halda, təsisçinin qərarı ilə cəmiyyət ləğv edildiyi üçün onun direktoru vəzifəsindən azad edilmiş və hazırki iş üzrə Maraqlı şəxs1 hüquqi şəxsin icra orqanının rəhbəri deyil, təsviyəçi təyin olunmuşdur. Maraqlı şəxs1 borclu hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə təmin edilə bilməz.

13. Məhkəmə nəticəsini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, VM-in 16.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 60.1, 60.3, 60.4, 91.1, 91-2.1-ci maddələrinə, MPM-in 355-5.1, 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Ərizəçi 2021-ci il 14 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 may tarixli 2-2(104)-111/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ş.Rzaquliyev (sə drlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq (bax yuxarıda §§ 12-13), qətnaməsini eyni qanunvericilik aktlarına, həmçinin VM-in 23.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci; MPM-in 217.3, 217.4, 355-7.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Ərizəçi 2021-ci il 27 iyul tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(102)-488/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir ( hakimlər B.Qəribov (sədrlik edən və məruzəçi), B.Məmmədli və İ.Dadaşov).

19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanunvericilik təsviyəçi üçün hüquqi şəxsin icra orqanı kimi davranmaqla bağlı vəzifələrini müəyyən etmiş, habelə onun bu vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməli olduğunu göstərmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hüquqi şəxsin təsviyəçisi ilə onun icra orqanının rəhbəri, direktoru və qanuni təmsilçisi kimi şəxslər arasında vəzifə və məsuliyyətləri baxımından konkret olaraq hansı fərqlərin olması mücərrədliyi yaranır. Belə ki, hüquqi şəxsin icra orqanı, direktoru və ya qanuni təmsilçisi onun fəal iyyətinə normal dövrdə rəhbərliyi həyata keçirdiyi halda, təsviyəçi isə hüquqi şəxsin ləğv prosesində ona anoloji rəhbərliyi həyata keçirir. İşin materiallarından göründüyü kimi, hazırki halda da təsviyəçi Maraqlı şəxs1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 2020-ci il 2 iyun tarixində verilmiş çıxarışda MMC-nin qanuni təmsilçisi olaraq göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə qətiyyətli və obyektiv nəticəyə nail olmaq üçün təcviyəçi ilə hüquqi şəxsin normal fəaliyyət dövründə icra orqanı və ya onun rəhbərini arasında hansı fərqliliyin olması aydınlaşdırılmalıdır.

20. Bundan başqa, hüquqi şəxsin ləğv edilməsi barədə qərar və onun möhürü təsviyəçinin təyin olunduğu tarixdən 15 gün ə rzində hüquqi şəxslərin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim olunur, müvafiq icra hakimiyyəti orqanı isə təqdim olunmuş məlumatları aldığı tarixdən 5 gün ərzində hüquqi şəxslərin dövlət reyestrində müvafiq məlumatları daxil edir.

21. Həmçinin, hüquqi şəxsin ləğvetmə prosesinin ümumi müddəti bir ildən artıq ola bilməz. Məhkəmə qeyd etmişdir ki, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin qəbul olunduğu tarixdə 1 illik müddət tamamlanmasa da, hazırda həmin müddət tamamlanmışdır. Belə olan halda, ləğvetmə prosesinin yenidən başlanılması ifadəsinin hansı məna kəsb etməsi, qanunverciliklə nəzərdə tutulmuş 1 illik müddət tamamlandığından MMC-nin onun ləğv oluması barədə qərardan əvvəlki vəziyyətə qayıtması, və ya sadəcə ləğv prosesinin yenidən başlanılması, habel ə Maraqlı şəxs1 MMC-nin təsviyəçisi olaraq ləğvetmə ilə bağlı ona verilmiş səlahiyyətlərin icrasına davam edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə, MM-in 49.3, 59.2-1, 59.6, 60.1, 61.1, 60.4, 60.5, 61.2-ci, MPM-in 417.1.3, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-60/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Vəkil (sədrlik edən-məruzəçi), R.Mamedov və A.İsgəndərova).

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, MMC-nin təsisçisinin 2020-ci il 14 may tarixli qərarı ilə MMC ləğv edilmiş, R.Kamilli MMC-nin direktoru vəzifəsindən azad edilmiş, Maraqlı şəxs1 təsviyəçi təyin edilmiş və qanuni təmsilçiyə dair bütün səlahiyyətlər ona həvalə edilmişdir. Maraqlı şəxs1 MMC-nin təsviyəçisi təyin edilməklə MM-nin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyəti ona keçmişdir. MM-nin 91,91-2.1,60, 49.2, 49.3, 59.6, 61.2-ci maddələrinin məzmunundan da göründüyü kimi, qanunverici təsviyəçi üçün hüquqi şəxsin icra orqanı kimi davranmaqla bağlı vəzifələrini müəyyən etmiş, habelə onun bu vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi ü çün məsuliyyət daşıdığını göstərmişdir. Digər tərəfdən işin materiallarından da göründüyü kimi, təsviyəçi Maraqlı şəxs1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 2020-ci il 2 iyun tarixli çıxarışda MMC-nin qanuni təmsilçisi olaraq göstərilmişdir. Bu barədə hüquqi şəxsin reyestr məlumatlarında da müvafiq düzəlişlər aparılmış və bununla bağlı məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Lakin bununla yanaşı məhkəmə hesab etmişdir ki, qanunvercilikdə hüquqi şəxsin ləğv edilməsi proseduru ilə bağlı konkret müddətlər müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, hüquqi şəxsin ləğv edilməsi barədə qərar və onun möhürü təsviyəçinin təyin olu nduğu tarixdən 15 gün ərzində hüquqi şəxslərin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim olunur, müvafiq icra hakimiyyəti orqanı isə təqdim olunmuş məlumatları aldığı tarixdən 5 gün ərzində hüquqi şəxslərin dövlət reyestrində müvafiq məlumatları daxil edir. Digər tərəfdən, MM-in 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Odur ki, həmin məhkəmə tərəfindən ləğvetmə prosesi üçün qanunvercilikdə nəzərdə tutulmuş 1 illik müddət tamamlandığından, MMC-nin onun ləğv olunması barədə qərardan əvvəlki vəziyyətə qayıtması, habelə MMC-nin ləğv prosesini n əlavə müddətlərdə yenidən başlanılmasına dair təsisçinin qərarının olub-olmaması, əgər yeni belə bir qərar qəbul edilmişsə təsviyəçinin kimin təyin edilməsi barədə verilmiş məhkəmə sorğusuna cavab məktubunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi göstərmişdir ki, hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən MMC 2020-ci il 18 may tarixində ərizə ilə müraciət edərək ləğv prosesinə daxil olmuş və Maraqlı şəxs1 təsviyəçi təyin edilmişdir. Lakin ləğv prosesi MM-in 59.6-cı maddəsinə əsasən bir il ərzində yekunlaşdırılmadığından 2021-ci il 10 iyun tarixdə hüquqi şəxs ləğv prosesindən çıxarılmış və yenidən ləğv prosesinə başlama barədə müraciət olunmamışdır.

25. Beləliklə, MMC üçün qan unvericilikdə nəzərdə tutulmuş 1 lillik ləğvetmə prosesi başa çatmış, lakin hüquqi şəxsin ləğv prosesi həmin müddət ərzində yekunlaşmamış, eyni zamanda ləğv prosesinin yenidən başlanılması ilə bağlı hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət daxil olmadığından hüquqi şəxs ləğv prosesindən çıxarılmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs1 hazırda MMC-nin təsviyəçisi eyni zamanda qanuni təmsilçisi hesab edilmədiyindən onun həmin hüquqi şəxsə münasibətdə hər hansı öhdəliyi, həmçinin həmin hüquqi şəxs qarşısında vəzifələrinin yerinə yetirilməməsinə görə hər hansı məsuliyyəti qalmamışdır. Odur ki, hazırkı vəziyyətdə Maraqlı şəxs1 hüquqi şəxs MMC qarşısında onun öhdəlikləri üçün məsuliyyət daşımadığından, hüquqi şəxsin ödənilməmiş borclarına görə onun ölkədən getmək hüq uqunun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanının ərizəsi təmin edilə bilməz.

26. Məhkəmə gəldiyi nəticəsini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, VM-in 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü; MM-in 49.2, 49.3, 59.6, 60.1, 60.3, 60.4, 60.5, 60.6, 61.2, 91, 91-2.1, MPM-in 14.2, 77.1, 78.1, 80, 88, 106.1, 217.4, 355-5.1, 355-7.1, 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Qətnamə 2022-ci il 9 fevral tarixli məktubla tərəflərə göndərilmiş, ərizəçi qətnaməni 2022-ci il 22 fevral tarixdə əldə etməklə ondan 2022-ci il 13 aprel tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

28. MM-in 60.4-cü maddəsinin tələbi pozulmuşdur-qanunvericilkdə ləğv komissiyası təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək o cümlədən təsviyəçiyə hüquqi şəxsin borclarının ödənilməsi ilə bağlı hərəkətlər etmək öhdəliyi qoyulmuşdur. Çünki, hüquqi şəxsin ləğvi ilə bağlı qərar ümumi yığıncaq tərəfindən qəbul edilərkən, hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad edilərək onun yerinə təsviyəçi təyin olunur və hüquqi şəxsin icra orqanının rəhbərinin səlahiyyətləri, o cümlədən qanunvericilklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində təsviyəçi fəaliyyət göstərir. Göründüyü kimi, təsviyəçi həm rəhbərin səlahiyyətlərin, həm də qanunvericiliklə təsviyəçiyə məxsus olan səlahiyyətləri daşıyır.

29. MM-in 49.1-ci maddəsinin tələbi pozulmuşdur-hüquqi şəxsin ləğvetmə prosesini həyata keçirən (təkbaşına olduqda təsviyəçi, kollegial olduqda ləğv komissiyası) qanunvericiliklə fəaliyyəti nəzərdə tutulmuş hüquqi şəxsin orqanıdır. Ləğv prosesində hüquqi şəxsin adından çıxış etmək, hüquqi şəxsi təmsil etmək səlahiyyəti də ləğvi həyata keçirən şəxsə məxsusdur.

30. MM-in 59-cu maddəsinin tələbi pozulmuşdur-qanunvericilikdə hüquqi şəxsin ləğv prosesi hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən 1 ildən çox olmaması qeyd edilmişdir. Ləğv prosesinin bir ildən artıq davam etməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

31. MPM-nin 88-ci, 175.1-ci və 217-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münas ibət bildirilməmişdir, iş üzrə maraqlı şəxsin MMC-nin icra orqanın rəhbəri olmasına dair sübutlar təqdim edilsə də, məhkəmə bu sübutlara münasibət bildirməyərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlili mötəbər sübut kimi qəbul edərək qərar qəbul etmişdir. Məhkəmə qərarında Maraqlı şəxs1 MMC-nin təsviyəçisi və eyni zamanda qanuni təmsilçisi hesab edilmədiyindən onun hüquqi şəxsə münasibətdə hər hansı öhdəliyinin, həmçinin həmin hüquqi şəxs qarşısında vəzifələrinin yerinə yetirilməməsinə görə hər hansı məsuliyyətinin qalmamasını qeyd etmiş, lakin, Maraqlı şəxs1 bir illik ləğvetmə müddəti bitdiyindən təsviyəçi olmasa da, hansı səbəbdən qanuni təmsilçi hesab olunmamasını əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri

32. Maraqlı şəxs1 tərəfindən 2022-ci il 21 may tarixində təqdim olunmuş, kassasiya şikayətinə qarşı etirazda göstərilmişdir ki, təsviyəçinin tək məqsədi cəmiyyətin ləğv prossesini tam səkildə başa çatdırmaq istiqamətində addımlar atmaqdır (MM-in 60.3cü maddəsi). Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Ərizəçi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə

73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həc mdə və vaxtında ödəmək hər bir kəsin borcudur....”

37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

49. Hüquqi şəxsin orqanları... 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu z amanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir....” “Maddə

59. Hüquqi şəxsin ləğvi... 59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur....” “Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedic i) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.... 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez b ir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər.” “Maddə

61. Hüquqi şəxsin ləğvi qaydası... 61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu M əcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir....” “Maddə 91 -2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir....”

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;...” “Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədik də, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;...” “Maddə

77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir....” “Maddə

78. Vergi öhdəliklərinin y erinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir....”

39. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Prosessual Məcəlləsinin müvafiq... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutla rın qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən e tdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir....” “Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.... 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir....” 40.Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, « Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir». İV. Kassasiya instansyiası məhkəməsinin mövqeyi

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə 2020-ci il 14 may tarixində MMC-nin ləğv edilməsi barədə Qərar qəbul edilmiş, R.Kamilli MMC-nin direktoru vəzifəsindən azad edilmiş, Maraqlı şəxs1 təsviyəçi təyin edilmiş və qanuni təmsilçiyə dair bütün səlahiyyətlər ona həvalə edilmişdir (bax yuxarıda § 3). Lakin ləğv prosesi MM-in 59.6-cı maddəsində nəzərdə tutulmuş 1 (bir) il ərzində yekunlaşdırılmadığından, 2021-ci il 10 iyun tarixdə hüquqi şəxs ləğv prosesindən çıxarılmış və yenidən ləğv prosesinə başlama barədə müraciət olunmamışdır (bax yuxarıda § 5).

42. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən halına istinadən belə qənaətə gəlmişdir ki, Maraqlı şəxs1 hazırda MMC-nin təsviyəçisi eyni zamanda qanuni təmsilçisi hesab edilmədiyindən, onun həmin hüquqi şəxsə münasibətdə hər hansı öhdəliyi, həmçinin həmin hüqu qi şəxs qarşısında vəzifələrinin yerinə yetirilməməsinə görə hər hansı məsuliyyəti qalmamışdır.

43. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək, ərizəçinin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, Maraqlı şəxs1 MMC-nin təsisçisinin 2020-ci il 14 may tarixli qərarı ilə hüquqi şəxsin təsviyəçisi təyin edilmiş və bununla əlaqədar qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər ona həvalə edilmişdir. Başqa sözlə, Maraqlı şəxs1 həvalə edilmiş qanuni təmsilçilik səlahiyyətlərinin yaranma əsası onun təsviyəçi funksiyasından və hüquqi şəxsin ləğv prosesinə başlanmasından irəli gəlmişdir. Hüquqi şəxsin ləğvetmə prosesi isə MM-in 59.6-cı maddəsində nəzərdə tutulm uş müddətdə yekunlaşmamış və vergi orqanın təqdim etdiyi məlumata əsasən hüquqi şəxs ləğv prosesindən çıxarılmış və yenidən ləğv prosesinə başlama barədə müraciət olunmamışdır (bax yuxarıda § 5).

44. Məhkəmə kollegiyası hüquqi şəxsin ləğv prosesində olmamasını nəzərə alaraq ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, baş tutmamış ləğvetmə prosesindən irəli gələn qanuni təmsilçilik səlahiyyətləri maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz.

45. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə q əbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdir ilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli, 2-2(104)-60/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: A.Q.Hüseynov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar