Məhkəmə qərarları › İş №2-2(102)-375/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-375/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-375/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “maliyyələşdirmə üçün ərizələrə əsasən borcun və kredit kartı üzrə overdraft əməliyyatı üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(107)54/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında 2021-ci il 8 fevral tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış və həmin ümumi şərtlər toplusunun 4 bölməsinin 4.1-ci bəndinə əsasən kredit təminatla və ya təminatsız verilə bilər. Kredit təminatla verilərkən “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən və ya sonradan müəyyən edilən təminat predmeti ilə təmin olunur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə, valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra Overdraft limiti) verilir. 6.8-ci bəndinə əsasən müştəri açılan ove rdraftdan “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddətdə istifadə edilə bilər və həmin müddətin sonunda overdraftın istifadə olunmuş hissəsi banka tam olaraq qaytarılır. 2. 2021-ci il 18 iyun tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021-ci il 8 fevral tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/9806 nömrəli razılıq ərizəsini imzalayaraq Cavabdeh bankın rəsmi internet saytında (www.pashabank.az) yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir.

3. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 4 mart tarixli DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit kart əməliyyatı üzrə) bank tərəfindən borcalana 2023-cü il 4 mart tarixinədək, illik faiz dərəcəsi 24% olmaqla nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə biznes kartı üzrə 50.000 manat məbləğində kredit verilmişdir.

4. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 27 aprel tarixli DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana 2024-cü il 27 aprel tarixinədək, illik faiz dərəcəsi 18,56% olmaqla mal alışı məqsədi ilə 50.000 manat məbləğində birdəfəlik kredit verilmişdir. 5. 2021-ci il 8 fevral tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 6.1-ci və 6.8-ci bəndlərinə uyğun İddiaçı ASC Cavabdeh overdraft əməliyyatı üzrə 7.714,94 manat əsas borc, 1.6 87,69 manat cərimə borcu tələb edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 22 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5.921,64 manat əsas, 284,01 manat faiz, 1.158,89 manat cərimə borcu; DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 29.163,63 manat əsas, 5.412,27 manat faiz, 2.655,25 manat cərimə borcu; 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatı üzrə 7.714,94 manat əsas, 1.687,69 manat cərimə borcu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 252 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə borcu (bax § 6) yaranmışdır.

8. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli e-2-2(117)-1040/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5.921,64 manat əsas, 284,01 manat faiz, 100 manat cərimə borcu; DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 29.163,63 manat əsas, 5.412,27 manat faiz, 200 manat cərimə borcu; 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatı üzrə 7.714,94 manat əsas, 100 manat cərimə borcu, həmçinin 252 manat ödənilmiş dövlət rüsumun un tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – M.Hüseynov).

9. Məhkəmə hər üç kredit əməliyyatı üzrə əsas və faiz borclarına münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir.

10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 4 mart tarixli DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit kart əməliyyatı üzrə) bank tərəfindən borcalana 2023-cü il 4 mart tarixinədək, illik faiz dərəcəsi 24% olmaqla nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDVnin ödənilməsi məqsədi ilə biznes kartı üzrə 50.000 manat kredit verilmiş, buna baxmayaraq cavabdeh öhdəliyini la zımınca yerinə yetirmədiyindən ödənilməmiş DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5.921,64 manat əsas borc, 284,01 manat faiz borcu qalmışdır.

11. Həmçinin tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 27 aprel tarixli DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana 2024-cü il 27 aprel tarixinədək, illik faiz dərəcəsi 18,56% olmaqla mal alışı məqsədi ilə 50.000 manat birdəfəlik kredit verilmiş, buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 29.163,63 manat əsas borc, 5.412,27 manat faiz borcu qalmışdır. 12. 2021-ci il 8 fevral tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər t oplusunun 6.1-ci və 6.8-ci bəndlərinə uyğun cavabdehin overdraft əməliyyatı üzrə 7.714,94 manat əsas borc, 1.687,69 manat cərimə borcu qalmışdır.

13. Cavabdeh 2024-cü il 27 avqust tarixində keçirilən məhkəmə iclasında borcunu etiraf etmiş, o cümlədən, 2024-cü il 15 oktyabr tarixində keçirilən məhkəmə iclasında cavabdehin vəkili cavabdehin overdraft əməliyyatı üzrə də borcunun olmasını bildirmişdir.

14. Göründüyü kimi borc cavabdeh tərəfindən etiraf edildiyindən DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5.921,64 manat əsas, 284,01 manat faiz, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 29.163,63 manat əsas, 5.412,27 manat faiz, 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatı üzrə 7.714,94 manat əsas bor c cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. İddianın dəbbə puluna dair tələbini məhkəmə qismən əsaslı hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən DCLT0034348906 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 100 manat, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 200 manat və 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

16. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 462.1, 462.3, 467 və 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 17.İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv, iddianın sözügedən hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 18.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun tam ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(107)-54/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, iddiaçının apellyasi ya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cərimə borcuna aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunaraq, cavabdehdən DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 297 manat cərimə borcu, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 1.458 manat cərimə borcu, 41040AZNSC********** nömrəli kart hesabı üzrə texniki overdraft əməliyyatı üzrə 386 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Mehdiyev və E.Hüseynov).

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyatorlardan iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini cərimə bo rcun azaldılması hissəsində, cavabdeh tərəf isə qətnaməni ümumi qaydada, yəni cavabdehə borcun verilməsinin sübut olunmaması hissəsində mübahisələndirmişdir.

21. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin borcun verilməsinin sübut olunmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır.

22. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq qanunvericilik normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. 2

3. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində iş materialları ilə pulun verilməsinin sübut olunmadığını bildirsə də, cavabdeh 2024-cü il 27 avqust tarixində keçirilən məhkəmə iclasında borcunu etiraf etmiş, o cümlədən, 2024-cü il 15 oktyabr tarixində keçirilən məhkəmə iclasında cavabdehin vəkili cavabdehin overdraft əməliyyatı üzrə də borcunun olmasını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir.

24. Cavabdeh tərəfin faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlillərinə münasibətdə kollegiya ilkin olaraq qeyd etmişdir ki, cavabdeh tərəf işə birinci instansiya məhkəməsində baxılan zaman borcun düzgün hesablanmaması, eyni zamanda da ekspertizanın keçirilməsinə d air məhkəməyə əsaslandırılmış vəsatət verməmişdir. Cavabdeh mübahisələndirdiyi halda borcun düzgün hesablanmaması və ya ekspertiza keçirilməsi ilə bağlı vəsatəti birinci instansiya məhkəməsinə təqdim edilməli idi.

25. Göründüyü kimi, cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılan zaman borc məbləğini mübahisələndirməmişdir. Apellyator tərəfindən hazırkı iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən ekspertizanın təyin edilməklə yeni hal müəyyən edilməyəcək və bu lüzumsuz vaxt itkisinə səbəb olacaqdır.

26. Həmçinin hazırkı işdən görünür ki, cavabdeh tərəf ümumiyyətlə mübahisə predmeti olan borcun məbləğini birinci instansiya məhkəməsində mübahisələndirməmişdir. Belə olan halda isə yeni sübutlar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilm əməli və araşdırılmamalıdır.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cərimənin (dəbbə pulunun) azaldılması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

28. Belə ki, işdən göründüyü kimi, iddiаçı tərəf cаvаbdehdən ümumilikdə 5.501,83 manat məbləğində cərimə (dəbbə pulu) ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə, ümumilikdə 400 manat məbləğində cərimə borcunun tutulması qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə aşağıdır. Belə ki, məhkəmənin hazırda tutduğu cərimənin həcmi (400 manat) təmin olunan əsas borcun 1%-dən az məbləği təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.

30. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, cərimənin miqdаrının bu qədər aşağı оlmаsı ədalətlilik, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından da məqsədəmüvаfiq hesab edilə bilməz.

31. Qeyd edilənlər konteksində və bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 297 manat cərimə borcu, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 1.458 manat cərimə borcu, 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatı üzrə 386 manat cərimə borcu tutularaq iddiaç ıya ödənilməlidir.

32. Bundan başqa kollegiya hesab etmişdir ki, apellyasiya şikayətlərinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26, 59 və 60-cı; MM-in 5.3, 6.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 462.1, 462.2, 465.2, 467, 739.1-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli; “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir” 2009-cu il 9 iyul tаrixli; “S.Əliyevanın şi kayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli; “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarlarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78, 85.1, 88, 167, 184.3, 217.2, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

34. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 448.1 və 448.2-ci maddələri üzrə - Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Bu mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qəbul etdiyi qərarda öz əksini tapmışdır. İş materiallarına nəzər yetirəndə işdə olan sübutların hər birinin yalnız bank tərəfindən birtərəfli qaydada təsdiq edildiyi müəyyən edilir.

36. MM-in 467-ci maddəsi üzrə - Məhkəmə qanunve riciliyin bu tələbinin verdiyi imkanları da cavabdehin mənafeyinə uyğun icra etməmişdir.

37. MM-in 560-cı maddəsi üzrə - Kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qayda da təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir.

38. MPM 9.3-cü maddəsi üzrə - Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin birinci instansiya məhkəməsindən f ərqli olaraq apellyasiya instansiyası bu işdə həmin vəzifələri demək olar ki, tamamilə iddiaçının mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmışdır.

39. MPM 88-ci maddəsi üzrə - Məhkəmə sübutlara qiymət verərkən yalnız iddiaçının təqdim etdiyi birtərəfli dəlilləri əsas götürmüşdür.

40. MPM 217.1-ci maddəsi - Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

41. MPM 218.1-ci maddəsi - Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassız olub iş materialları il ə təsdiqini tapmır. Kredit müqavilələri üzrə 50.000 manat məbləğində vəsaitin cavabdehə verilməsi və qismən ödənişlərin aparılması sənədlərlə və cavabdehin məhkəmədəki etirafları ilə sübuta yetirilmişdir. Borcun məbləği birinci instansiyada mübahisələndirilməmiş, apellyasiyada da sübutlarla əsaslandırılmamışdır. Bankın təqdim etdiyi çıxarış və maliyyə arayışları ödənişlərin müqavilələr üzrə aparıldığını təsdiq edir. Cərimə məbləği məhkəmə tərəfindən əhəmiyyətli dərəcədə azaldılmış, əsas borca nisbətdə adekvat olmuş və müqavilə şərtlərinə uyğun tətbiq edilmişdir. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmadan, sübutları MPM-in tələblərinə uyğun qiymətləndirərək qanuni və əsaslı qətnamə qəbul etmişdir, bu səbəbdən də kassasiya şikayətinin təmin olunmaması tələb edilir. Kassasiya baxışının hədləri

43. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müv afiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən ç əkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidi r....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıy ır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğində n faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğu nu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tər əfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;... 560.3.4. digə r tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxsl ərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hall ar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

48. Cavabdehin dəlil lərinin əsas hissəsi mübahisəli kredit müqavilələri üzrə kreditin cavabdehə verilməsinin sübut olunmaması ilə bağlıdır.

49. İş materiallarından görünür ki, eyni məzmunlu dəlillərə cavabdeh tərəf birinci instansiyada deyil, apellyasiya instansiyasında istinad etmişdir.

50. İş üzrə qəbul edilmiş qətnamələrdən məlum olur ki, kredit vəsaitinin cavabdehə verilməsi, bu kreditlər üzrə cavabdeh tərəfindən qismən ödənişlər edilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.

51. Bundan başqa və ən əsası isə, cavabdeh tərəfin özü kredit borclarını birinci instansiya məhkəməsinin iclaslarında etiraf etmişdir.

52. MPM-in 106.3-cü maddəsinə (bax § 46) əsasən isə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifə sindən azad edir.

53. Bununla əlaqədar məhkəmə kollegiyası MM-in 5.3, 560.1, 560.2, 560.3, 560.3.2 və 560.3.4-cü maddələrinə (bax § 45) istinadən hesab edir ki, borclu cavabdehin müqavilə üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirərək borcunu tam şəkildə kreditor iddiaçıya qaytarmaq əvəzinə, yuxarı məhkəmə instansiyalarında sözügedən əsassız dəlillərə istinad etməsi cavabdehin vicdanlılıq prinsipini pozması və öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.

54. Digər dəlilində isə kassator məhkəmənin, qanunvericiliyin dəbbə pulu ilə bağlı verdiyi imkanları da cavabdehin mənafeyinə uyğun icra etmədiyi qənaətindədir.

55. Halbuki mübahisələndirilən qətnamədən məlum olur ki, iddia ilə tələb olunan cərimənin məbləği məhkəmə tərəfindən əhəmiyyətli dərəcədə azaldılmış və yekun nəticədə təmin olunan əsas borcun cəmi 5 faizini təşkil etmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin dəbbə pulu ilə bağlı gəldiyi nəticə MM-in 467-ci maddəsinin tələblərinə (bax § 45) və bu sahədə formalaşmış məhkəmə təcrübəsinə tamamilə uyğun və ədalətli olmuşdur.

57. Ümumiyyətlə, kassator apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni konkret tutarlı dəlillərlə təkzib edə bilməmiş, yalnız ümumi ifadələrlə kifayətlənmişdir. Ona görə də kassasiya şikayətinin dəlillərinin əksəriyyəti formal xarakterlidir və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

58. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindək i dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(107)-54/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 22(107)-54/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar