Məhkəmə qərarları › İş №2-2(102)-377/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-377/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-377/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il tarixli 11 aprel tarixli 2-2(119)-458/2022 saylı qərardadına əsasən, Sumqayıt Şəh ər Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “ASC”) 2021-ci il 2 dekabr tarixində Cavabdehə (bundan sonra – “Cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdehdən 6.873,60 manat əsas və 648,07 manat faiz borcu olmaqla, cəmi 7.521,67 manat məbləğində borcun və 95,22 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il 1 aprel tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan 2(060)-686/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – Ə.Ələkbərov).

3. Sumqayıt Şəhər Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kredit sifarişinin qiymətləndirmə formasından görünür ki, Cavabdeh ticarət sektorunda, şəxsi biznes məkanında meyvə-tərəvəz ticarəti sahəsində 25 ildən artıq fəaliyyət göstərir. Cavabdehin fərdi sahibkar statusuna (VÖEN **********) malikdir və iddiaçı Bankdan krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar kredit götürmüş, cavabdehlə bu məqsədlə müqavilə bağlamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 44.2.2 -ci maddələrinə, Azərbayca n Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 13,19-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 11 aprel tarixli 2-2(119)-458/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Sadiqov).

6. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbinin predmeti - cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaq ədar yaranan mübahisə deyil, şəxsi istehlak məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir.

7. Sumqayıt Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 1, 24.2, 25.1, 26.1, 32.7-ci, AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

8. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik... Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan m übahisələr başa düşülür.” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırı lmış qərardad çıxarır.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə

44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi... 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:... 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;...”

9. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən ed ilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fə aliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüq uqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, mübahisə predmeti olan 2019-cu il 26 aprel tarixli 4-M-1-0-371-19 nömrəli kredit müqaviləsinin tərəflərindən birinin hüquqi şəxs (ASC), digərinin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (Cavabdeh) olmasına baxmayaraq, həmin müqavilənin 2.2-ci bəndində kreditin şəxsi istehlak məqsədilə verilməsi qeyd edilmişdir.

12. Eyni zamanda, mikrokreditin alınması üçün ərizədə kreditin məqsədi “bağ evinin təmiri” qeyd edilmişdir.

13. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin istinad etd iyi kredit sifarişinin Qiymətləndirmə forması anketinin “Ümumi məlumat” qrafasındakı yazılar isə sadəcə Cavabdeh fəaliyyət növünü özündə əks etdirir və kreditin verilmə məqsədinə (“şəxsi istehlak”) qətiyyən təsir etmir.

14. AMP-nin mövqeyinə (bax yuxarıda § 9) görə, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

15. Göründüyü kimi, subyekt tərkibindən fərqli olaraq mübahisənin predmeti və münasibətlərin xarakteri MPM-in 24.2 və 26-cı ma ddələrinə (bax yuxarıda § 8) uyğun olaraq, işin kommersiya məhkəməsində baxılmasına imkan vermir.

16. Odur ki, hazırkı mübahisə mülki iş hesab edilməli və baxılmaq üçün ümumi məhkəməyə göndərilməlidir.

17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 32.7, 403-1.6, 403-1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar