Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-38/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit borcunun tutulması, tutmanın girov (ipoteka) predmetinə yönəldilməsi, reyestrdə qeydə alınmalı daşınar əşyalara dair ipoteka müqaviləsinin bağlanması qaydası, zaminlik müqaviləsinin bağlanması, zaminin məsuliyyətinin həcmi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" A SC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli 2-2(103)-99/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı "xxxx" ASC (əvvəlki adı – "xxxx" İKB ASC, bundan sonra – “iddiaçı” və ya “Bank”) ilə Cavabdeh3 MMC (bundan sonra – “MMC”) arasında bağlanmış 2015-ci il 20 avqust tarixli 6-BİZ-2-0-105-5 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən MMC-yə 48 ay müddətinə, illik 10% ödənilmək şərtilə 1.140.000 ABŞ dolları məbləğin də kredit limiti ayrılmışdır.
2. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) arasında sadə yazılı formada tərtib edilmiş 2015-ci il 20 avqust tarixli 6-BİZ2-0-105-5 G saylı girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, X1 Machine, Elevator, Loading Bunker, Elevator 5.5 Mt, Blaching Machine, X4, Cyclon Fan, Select Table, Z Elevator, Silo, X2, Chopping Machine, Chopping Sıeve, Regulator, Bag, Palet Transporter, Scales, Vacuum Machine avadanlıqları Bankın xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, girov predmeti olan əşyalar təqdim edilən sənədlərə (gömrük bəyannamələri) əsasən Cavabdeh4 məxsusdur.
3. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında sadə yazılı formada tərtib edilmiş 2015-ci il 20 avqust tarixli 6-BİZ2-0-105-5 G (A) saylı girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, seriya nömrələri 002747 və 002744 olan fındıq təmizləyici qurğular (bundan sonra – “fındıq təmizləyici qurğular”) və 36-BD084 dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ33021” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021” markalı, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” markalı və “QAZ-33021” markalı avtomobillər (bundan sonra – “avtomobillər”) Bankın xeyrinə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, girov predmeti olan əşyalar təqdim edilən sənədlərə (etibarnamələr) əsasən Cavabdeh1 məxsusdur. 4. 2015-ci il 20 avqust tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə Bankla MMC (direktor Cavabdeh2) arasında bağlanmış 2016-cı il 24 oktyabr tarixli əlavə sazişə əsasən, kredit müqaviləsi üzrə əsas borc məbləği konvertasiya edilərək, 1.839.963 manat, faiz borcu isə 60.897 manat məbləğində müəyyən edilmişdir.
5. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında tərtib edilmiş 2017-ci il 13 iyun tarixli 6-BİZ-2-0-105-15 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 2015-ci il 20 avqust tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə MMC-nin Bank qarşısında 1.140.000 ABŞ dolları məbləğində kredit öhdəliyinin 326.000 ABŞ dolları hissəsinin 48 ay müddətinə illik 10 %-lə hissə-hissə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür (1-ci və 2-ci bəndlər). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC və Cavabdeh2 onun xeyrinə 2015-ci il 20 avqust tarixli kredit müqaviləsi üzrə 1.822.544,69 manat əsas, 566.704,11 manat faiz, 267.385,93 manat cərimə və kredit müqaviləsi üzrə 2019-cu il 20 avqust tarixindən 2020-ci il 16 mart tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 52.147,15 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 2.708.781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki fındıq təmizləyici qurğulara və avtomobillərə, Cavabdeh4 mülkiyyətindəki “X3” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidlə yici-xırdalayıcı maşına, elektrik və ya qeyrielektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran cihaza (bundan sonra – “avadanlıqlar”) yönəldilməsi, həmin əşyaların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına (bax bu qərarın 1-5-ci bəndlərinə) istinad etməklə, tələbini onunla əsaslandırmışdır ki, MMC və Cavabdeh2 kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, 2020-ci il 16 mart tarixinə (maliyyə arayışının verildiyi tarix) Banka tələbdə göstərilən məbləğlərdə borcları qalmışdır.
8. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirm işdir ki, hazırkı iddia ilə bağlı 2019-cu ildə Bankla Yasamal Rayon Məhkəməsində məhkəmə prosesləri olmuş, iddiaçı tərəfindən zəruri sənədlər (kassa məxaric orderləri, girov şəhadətnamələri) təqdim edilmədiyindən həmin iş baxılmamış saxlanılmışdır. Bu sənədlərin təqdim edilməməsinin səbəbi onların ümumiyyətlə mövcud olmamasıdır. Girov predmeti olan avtomobillər mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmamış, yalnız etibarnamə əsasında ona səlahiyyətlər verilmişdir. Avtomobillərin girov qoyulması barədə müqavilələr müvafiq qeydiyyat orqanında qeydə alınmadığından və notarial qaydada təsdiqlənmədiyindən həmin avtomobillərə tutma yönəldilə bilməz. Avadanlıqların girov qoyulmasına dair müqavilə isə Cavabdeh1 tərəfindən imzalanmamış, o, həmin əmlakı girov qoymamışdır. Həmin sənədlərdəki imzalar tam fərqlidir, girov predmetlərinin siyahısı olan əlavədə “Girov qoyan” qrafasında onun imzası yoxdur. Qarşı tərəf bildirir ki, guya həmin əlavələrə oğlu imza edib, lakin Yasamal Rayon Məhkəməsində keçirilmiş xətşünaslıq ekspertizası zamanı məlum olub ki, oğlu ümumiyyətlə bu müqavilə və əlavələrə imza etməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi kredit borcuna görə tutmanın avadanlıqlara və avtomobillərə yönəldilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 may tarixli e-2-2(113)-30/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2015-ci il 20 avqust tarixli kredit müqaviləsi üzrə 1.822.544,69 manat əsas, 566.704,11 manat faiz və 20.000 manat cərimə, habelə 2019-cu 20 avqust tarixindən 2020-ci il 16 mart tarix inədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 51.429,96 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 2.460.678,76 manat pul vəsaitinin müştərək qaydada MMC-dən və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın 2015-ci il 20 avqust tarixli girov müqavilələrinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus fındıq təmizləyici qurğulara və avtomobillərə, Cavabdeh4 məxsus avadanlıqlara yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MMC kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən və Cavabdeh2 2017-ci il 13 iyun tarixli zaminlik müqaviləsi ilə MMC tərəfindən Ba nk qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə məsuliyyət götürdüyündən, kredit borcu tələbi onlara münasibətdə qismən (bu qərarın 9-cu bəndində göstərilmiş məbləğlərdə) təmin olunmalıdır.
11. Tərəflər arasında bağlanmış 2017-ci il tarixli 13 iyun tarixli 6-BİZ-2-0-105-15 nömrəli zaminlik müqaviləsinin predmeti əsasən 20 avqust 2015-ci il tarixli 6-BİZ-2-0-10515 nömrəli tarixli kredit xətti müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan (MMC) tərəfindən kreditor (iddiaçı) qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin (Cavabdeh2) öz üzərinə götürməsidir. Buna görə də iddianın Cavabdeh2 münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur.
12. Məhkəmə kredit borcuna görə tutmanın əşyalara yönəldilm əsi ilə bağlı hissədə vurğulamışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 1.822.544,69 manat məbləğində 48 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın girovla yüklü edilməsi barədə razılığa gəlmişlər və tərəflərin razılığı olmadan girov qoyulmuş avtomobillərin və avadanlıqların satılmasına, girov qoyulmasına və digər əməliyyatların aparılmasına icazə verilmir. Girov predmeti kimi Cavabdeh1 və Cavabdeh4 məxsus iddia tələbində sadalanan əşyalar yüklü edildiyindən iddia həmin hissədə təmin edilərək, tələb üzrə tutma həmin əşyalara yönəldilməli, əşyalar açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait hesabına ümumilikdə 2.460.678,76 manat məbləğində borc iddiaçının xeyrinə ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 270.1, 295.1, 297, 427.3, 442.1, 462.1, 463.1, 467, 470.1, 472.1, 739-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ona münasibətdə zaminliyə xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tutmanın ona məxsus əşyalara yönəldilməsi h issəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
16. Cavabdeh1 də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın ona aid təmin edilmiş hissəsində, yəni tutmanın ona məxsus əşyalara (fındıq təmizləyici qurğular və avtomobillər) yönəldilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Apellyasiya baxışında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 iyul tarixli 4/1019 nömrəli ekspert rəyinə əsasən, iddiaçı ilə Cavabdeh2 arasında bağlandığı qeyd olunan 2017-ci il 13 iyun tarixli zaminlik müqaviləsinin 1-ci vərəqəsində “Zamin” və “Borcalan” qrafalarındakı imzalar, 2-ci vərəqəsində “Zamin”, “Borcalan” və “Direktor Cavabdeh2” qrafalarındakı imzalar – Cavabdeh2 tərəfindən; iddiaçı ilə Cavabdeh1 arasında bağlandığı qeyd olunan 2015-ci il 20 avqust tarixli girov müqaviləsinin 1-7-ci vərəqələrində “Girov qoyan” və “Borclu” qrafalarındakı imzalar və iddiaçı Cavabdeh4 arasında bağlandığı qeyd olunan 2015-ci il 20 avqust tarixli girov müqaviləsinin 1-7-ci vərəqələrində “Girov qoyan” və “Borclu” qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və A.İmanov) 2023-cü il 8 sentyabr tarixli 2-2(103)99/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti rədd, Cavabdeh4 apellyasiya şikayəti tam, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni tələbin 2015-ci il 20 avqust tarixli 6-BİZ2-0-105-15 (G) nömrəli girov müqaviləsində göstərilən avadanlıqlara və 2015-ci il 20 avqust tarixli 6-BİZ-2-0-105-15 (A) nömrəli girov müqaviləsində göstərilən avtomobillərə yönəldilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia rədd edilmiş, qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi MMC-dən (əsas borclu) və Cavabdeh2 (zamin) kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax bu qərarın 10-11-ci bəndlərinə) ilə razılaşaraq, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sonuncu zam inlik müqaviləsindəki imzaların ona məxsus olmadığını bildirsə də, müqavilədəki imzaların ona aid olması Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 iyul tarixli ekspert rəyi ilə öz təsdiqini tapır (bax bu qərarın 17-ci bəndinə). Həmçinin cavabdeh zamin olduğu 326.000 USD məbləği birbaşa olaraq iddiaçının İdarə Heyətinin sədrinə təhvil verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
20. Bununla belə, iddia borcun girov predmetlərinə yönəldilməsi hissəsində qismən əsaslıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 7 iyul tarixli ekspert rəyindən (bax bu qərarın 17-ci bəndinə) göründüyü kimi, Cavabdeh4 ilə bağlandığı qeyd olunan girov müqaviləsi onun tərəfindən dey il, Cavabdeh1 tərəfindən hər hansı təmsilçilik olmadan imzalanmışdır. Belə olan halda, həmin girov müqaviləsinin bağlanmasında Cavabdeh4 iradə ifadəsi mövcud olmamışdır. Beləliklə, həmin tərəflər arasında girov müqaviləsinin bağlanması sübut olunmadığından, iddiaçı tərəfindən həmin müqaviləyə istinad edilərək, kredit borcuna görə tutmanın girov predmetlərinə yönəldilməsi barədə tələbin irəli sürülməsi əsassızdır.
21. Eyni zamanda, iddiaçının girov hüququnun vicdanlı olması nəticəsinə gəlmək üçün əsaslar da mövcud deyil. Belə ki, əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər. Hazırkı işdə iddiaçı girov müqaviləsinin predmeti olan avadanlıqların müqaviləni imzalayan Cavabdeh1 deyil, Cavabdeh4 mülkiyyətində olduğunu bildiyinə görə, vicdanlı əldə edən hesab edilə bilməz.
22. İkinci gi rov müqaviləsi Cavabdeh1lə iddiaçı arasında bağlanan 2015-ci il 20 avqust tarixli 6-BİZ-2-0-105-15 G (A) nömrəli müqavilədir. Həmin müqavilə ilə əlavə 1-də qeyd olunan avtomobillər və avadanlıqlar iddiaçı qarşısında girovla yüklü edilmişdir. Lakin həmin avtomobillərin məhz Cavabdeh1 mülkiyyətində olması heç bir sübutla təsdiq olunmur. Ümumiyyətlə, həmin avtomobillərin mövcudluğu və kimin mülkiyyətində olması barədə sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə iclasında iddiaçının nümayəndələri həmin sübutların olmadığını bildirmişlər.
23. Eyni zamanda, dövlət qeydiyyatı aparılan daşınar əşya kimi avtomobillərlə bağlı tərəflər arasında bağlanmış 2015-ci il 20 avqust tarixli 6-BİZ-2-0-105-15 G (A) nömrəli girov müqaviləsi notariat qaydasında təsdiqlənmədiyinə və dövlət qeydiyyatın a alınmadığına görə həmin müqavilə avtomobillərə aid hissədə əhəmiyyətsiz əqddir. İddiaçının həmin müqaviləyə istinad edərək, kredit borcuna görə tutmanın girov predmeti olan avtomobillərə yönəldilməsi barədə tələb irəli sürməsi əsassızdır. Ona görə də, həmin müqavilədə göstərilən avtomaşınlara aid hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.
24. Bununla belə, MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun Cavabdeh1 məxsus girov predmeti olan fındıq təmizləyici qurğulara yönəldilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 139.2, 182.1, 269.5, 271.1, 280.3, 280.4, 295, 329.1, 337.3, 337.4, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 11.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə istinadla əsaslandır mışdır.
26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsini, iddianın həmin hissədə rədd olunması barədə yeni qərar edilməsini xahiş etmişdir.
28. Cavabdeh2 də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
29. Apellyasiya məhkəməsi tərəfindən MM-in 295, 442, 385.1, 449.4, 428.4, 445.1, 445.2.1, 430.1-ci və MPM-in 88, 390 -cı maddələri düzgün tətbiq olunmamışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir, bu da kreditora məhkəməyə müraciət edərək, borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi üçün əsas vermişdir. Belə olan halda, iddianın qismən, yəni girov predmetlərinə yönəldilməsi hissəsində rədd olunması iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı cavabdehlərə 1.140.000 ABŞ dolları məbləğində kredit verərkən girov qoyulmuş avadanlıqlar və avtomaşınlar ikitərəfli razılığa əsasən qiymətləndirilmiş və verilmiş kreditin təminatı olaraq Banka girov qoyulmuşdur. Girov müqaviləsinin müvafiq bəndlərinə əsasən, girov saxlayanın girovla təmin edilmiş öhdəlik icra olunmadığı halda tələbin girov predmetinə yönəldilməsi hüququ vardır. Lakin məhkəmənin qanunsuz qətnaməsi nəticəsində Bank bu hüququndan məhrum edilmişdir. Məhkəmə qərar qəbul edərkən avtomaşınların məhz girov qoyan Cavabdeh1 mülkiyyətində olmasının sübut olunmadığını qeyd etsə də, düzgün araşdırma aparmayaraq müvafiq sorğular verməmiş və düzgün qənaətə gəlməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, girov müqaviləsi heç bir təmsilçilik olmadan digər girov qoyan Cavabdeh1 tərəfindən imzalanmışdır. Məhkəmə bu hissədə də düzgün araşdırma aparmamış, Cavabdeh1 Cavabdeh4 təmsil edib-etməməsi barədə müvafiq sorğular verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. b) Cavabdeh1 kassasiya şikayətinin dəlilləri
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 2 5 iyul tarixli Qərarındakı hüquqi mövqelər nəzərə alınmamış və “Banklar haqqında” Qanunun 1.0.9-cu, “İpoteka haqqında” Qanunun 10.5, 14, 48-ci maddələri düzgün tətbiq olunmamışdır. Belə ki, Cavabdeh1 münasibətdə digər qovurma aparatları ilə bağlı iddia əsaslı deyil. Kredit müqaviləsindən göründüyü kimi, müqavilə 2014-cü ildə bağlanmışdır və girov müqaviləsi də həmin tarixədir. Sonradan 2016-cı il tarixində MMC ilə (həmin vaxt direktor Cavabdeh2 olub) kredit müqaviləsinə dəyişiklik edilərək, müddət uzadılmaqla kreditin valyutası dəyişilmiş, həmçinin Cavabdeh2lə zaminlik müqaviləsi bağlanmış, lakin girov qoyan Cavabdeh1lə müqavilə yenilənməmiş və bu barədə ümumiyyətlə ona məlumat verilməmişdir. Həmin sazişlər imzalanarkən digər ipotekaların əlavə qeydiyyatı həyata keçirilməmişdir. Konstitusi ya Məhkəməsi Plenumunun mövqeyinə görə, əgər kredit müqaviləsində və ya yeni kredit sazişində verilmiş konkret məbləğ, kreditin faizi və qaytarılma müddəti ipoteka müqaviləsində əksini tapmamışdırsa və yeni saziş bağlanmamışdırsa, girov müqaviləsi üzrə Bank qarşısında öhdəlik yarana bilməz. Belə ki, 2016-cı il 24 oktyabr tarixində həmin razılaşmaya yeni saziş bağlanmış və yeni ödəniş qrafiki verilmişdir, Bu razılaşma imzalanarkən girov qoyana bu barədə məlumat verilməmişdir. Həmin sazişlər imzalanarkən digər ipotekaların əlavə qeydiyyatı həyata keçirilməmişdir.
31. Apellyasiya məhkəməsi MPM-in 1.5, 9.3, 97-ci maddələrinin tələblərini pozmuş, cavabdehin Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək iddianın ona aid hissədə rədd edilməsi barədə ərizəsinə münasibət bildirməmiş, həm çinin imzanın tərəddüdlə ona məxsus olmaması və xətşünaslıq eksperti tərəfindən yanlış rəy verilməsi tələbi araşdırılmamışdır. c) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri
32. MM-in 470.1, 472.1, 472.2-ci maddələri düzgün tətbiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi kimi, apellyasiya məhkəməsi də heç bir əsas olmadan, istinad və müqayisə mənbələri göstərilmədən xətşünaslıq ekspertizasının rəyini əsas götürməklə iddianı təmin etmişdir. Halbuki MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. MM-in 367.1-367.3-cü maddələrinin tələbləri nəzərə alınmamışdır. Zaminlik müqaviləsinin 3.3-cü bəndində zaminlik müqaviləsinin qüvvədə qalma əsası kimi göstərilən zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən müddətinə icra edilməsi zaminliyin verilmə müddətinin təyin olunması kimi qəbul oluna bilməz. Zaminlik müqaviləsində zaminlik müddəti konkret təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən olunmamışdır. Əksinə, həmin müddət qeyri-müəyyən halla bağlanmışdır ki, həmin halın, yəni müqavilənin icrasının nə vaxt həyata keçiriləcəyi aydın deyildir.
34. MM-in 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanması mümkündür. Lakin bu halda zaminin öhdəliyinin yaranması üçün zaminlə kredit müqaviləsini n bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsində qeyd edilmişdir ki, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir.
35. Apellyasiya məhkəməsi MPM-in 88, 217.1-ci maddələrinin tələblərini pozmuş, iş materiallarında bütün lazımi sübutların olmasına baxmayaraq, işin faktiki hallarına olduqca səthi yanaşmaqla qanunsuz qətnamə qəbul etmiş, razılaşma üzrə borcun məsuliyyət daşımayan şəxsdən Cavabdeh2 tutulması ilə bağlı əsassız qətnamə qəbul etmişdir. Bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
36. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsinin aktı müvafiq olaraq girov və zaminilk ilə bağlı hissələrdə mübahisələndirildiyindən qətnamənin qanuniliyi və əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüq uq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq f aktı əşya verilənə qədər mövcud olmalıdır....” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
280. Girov müqaviləsi 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.... 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi nota riat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.” “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə
307. İpoteka müqaviləsi... 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. ” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə
356. İcazə (qabaqcadan verilmiş razılıq) Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Maddə
357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgə r bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədik də və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır....” 40. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....”
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 2019-cu il 11 oktyabr tarixli Qərardadının nəticə hissəsində müəyyən edilmi şdir ki: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifad ə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.”
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslan dırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, s übutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Apellyasiya instansiyası məhkəməsi işə baxaraq iddia tələbinin 2015-ci il 20 avqust tarixli 6-BİZ-2-0-105-15 (G) nömrəli girov müqaviləsində göstərilən avadanlıqlara və 2015-ci il 20 avqust tarixli 6-BİZ-2-0-105-15 (A) nömrəli girov müqaviləsində göstərilən avtomobillərə yönəldilməsi hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş, həmin hissədə yeni qətnamə çıxararaq iddianı rədd etmiş, qətnaməni digər mübahisələndirilən hissədə dəyişdirmədən saxlanılmışdır.
44. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 həmin qətnaməni müvafiq hisssələrdə mübahisələndirmişlər. İddiaçının kassasiya şikayəti üzrə:
45. Tutmanın girov və ipoteka predmetlərinə yönəldilməsinə dair iddia tələbini müvafiq hissədə rədd edərkən apellyasiya instansiyası məhkəməsi mövqeyini mahiyyət etibarilə onunla əsaslandırmışdır ki: 1) Ekspert rəyindən göründüyü kimi, Cavabdeh4 ilə bağlandığı qeyd olunan girov müqaviləsi onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən hər hansı təmsilçilik olmadan imzalanmış, yəni həmin girov müqaviləsinin bağlanmasında Cavabdeh4 iradə ifadəsi mövcud olmamışdır. Eyni zamanda, iddiaçı girov müqaviləsinin predmeti olan avadanlıqların müqaviləni imzalayan Cavabdeh1 deyil, Cavabdeh4 mülkiyyətində olduğunu bildiyinə görə, vicdanlı əldə edən hesab edilə bilməz. 2) Cavabdeh1lə iddiaçı arasında bağlanan girov müqaviləsi ilə yüklü edilən avtomobillərin məhz Cavabdeh1 mülkiyyətində olması, ümumiyyətlə, həmin avtomobillərin mövcudluğu və kimin mülkiyyətində olması sübut olunmur. 3) Dövlət qeydiyyatı aparılan daşınar əşya kimi avtomobillərlə bağlı bağlanmış girov müqaviləsi notariat qaydasında təsdiqlənmədiyinə və dövlət qeydiyyatına alınmadığına görə həmin müqavilə avtomobillərə aid hissədə əhəmiyyətsiz əqddir.
46. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki: 1) Məhkəmə Cavabdeh1 Cavabdeh4 təmsil edib-etməməsi barədə müvafiq sorğular verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. 2) Məhkəmə qərar qəbul edərkən avtomaşınların məhz girov qoyan Cavabdeh1 mülkiyyətində olmasının sübut olunmadığını qeyd etsə də, düzgün araşdırma aparmayaraq müvafiq sorğular verməmiş və düzgün qənaətə gəlməmişdir.
47. Məhkəmə iddiaçının dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
48. Əvvəla, Cavabdeh1 Cavabdeh4 təmsil etməməsi barədə qənaətə gələrkən apellyasiy a instansiyası məhkəməsi xətşünaslıq ekspertizasının rəyinə istinad etmişdir. Həmin rəydən isə aydın olur ki, Cavabdeh4 ilə bağlandığı qeyd olunan girov müqaviləsində onun Cavabdeh4 tərəfindən imzalandığı göstərilsə də, əslində müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır.
49. Bu, o anlama gəlir ki, sözügedən müqavilə Cavabdeh1 tərəfindən Cavabdeh4 əvəzinə imza edilməklə bağlanmışdır. Yəni mübahisəli imza Cavabdeh4 deyil, Cavabdeh1 məxsus olmuşdur.
50. Mübahisələndirilən qətnamədə qeyd edilmişdir ki, iddiaçı girov müqaviləsinin predmeti olan avadanlıqların müqaviləni imzalayan Cavabdeh1 deyil, Cavabdeh4 mülkiyyətində olduğunu bildiyinə görə, vicdanlı əldə edən hesab edilə bilməz.
51. Qətnamədə həmçinin o da göstərilmişdir ki, həmin avadanlıqların məhz Cavabdeh4 mülkiyyətində olması işin müb ahisəsiz halıdır. Çünki bu halı həm həmin cavabdeh, həm də iddiaçının nümayəndələri təsdiq edir.
52. Beləliklə, qətnamədən məlum olur ki, iddiaçı Cavabdeh4lə bağlandığı bildirilən girov müqaviləsinin bağlanması üçün Cavabdeh4 iradə ifadəsinin olmadığından və girov qoyulan predmetlərin Cavabdeh4 məxsus olduğundan məlumatlı idi.
53. Bundan başqa, Cavabdeh1 müqaviləni Cavabdeh4 əvəzinə bağlayaraq sonuncuya məxsus olan əmlakları girov qoymasına Cavabdeh4 hər hansı formada əvvəlcədən icazə verməsi (MM-in 356, 358.1-ci maddələri - bax § 39), yaxud da bu müqaviləni sonradan bəyənməsi (MM-in 357, 358.2-ci maddələri - bax § 39), bu səbəbdən sözügedən girovun Cavabdeh4 üçün hər hansı hüquqi nəticələr yaratması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
54. Məhkəmənin, Cavabdeh1 Cavabdeh4 təmsil edib-etməməsi barədə müvafiq sorğular verməməsinə dair dəlilə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, həmin dəlil heç bir konkretləşdirmə aparılmadan yalnız ümumi xarakterli ifadələrlə ifadə olunmuşdur, digər tərəfdən isə mülki icraatın çəkişmə prinsipi (MPM-in 9.1, 9.3-cü maddələri – bax § 42) ilə uzlaşmır. Belə ki, öz təşəbbüsü ilə ekspertizanın təyin edilməsi istisna olmaqla, məhkəmə mülki icraatda sübut toplamaq səlahiyyətinə malik deyildir. Hətta belə sorğunun göndərilməsi barədə iddiaçının müvafiq qaydada məhkəməyə əsaslandırılmış vəsatət verməsi (MPM-in 78.2-ci maddəsi – bax § 42) də iş materiallarından görünmür.
55. Həmçinin məhkəmənin mülki icraatda sübut toplamaq səlahiyyətinə malik olmaması və iddiaçının özünün müvafiq qaydada məhkəməyə əsaslandırılmış vəsa tət verməməsi barədə qeyd olunanlar digər girov müqaviləsi üzrə məhkəmənin, avtomaşınların girov qoyan Cavabdeh1 mülkiyyətində olub-olmaması ilə bağlı müvafiq sorğular verməməsinə dair dəlilə də aiddir.
56. Digər tərəfdən, məhkəmə kollegiyası dövlət qeydiyyatı aparılan daşınar əşya kimi avtomobillərlə bağlı bağlanmış girov müqaviləsinin notariat qaydasında təsdiqlənmədiyinə və dövlət qeydiyyatına alınmadığına görə avtomobillərə aid hissədə əhəmiyyətsiz əqd olduğuna dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından hesab edir ki, sözügedən sorğuların mübahisənin həllinə hər hansı töhfə verəcəyinin də aydın perspektivləri olmamışdır. Cavabdeh2 kassasiya şikayəti üzrə:
57. Cavabdeh2 apellyasiya şikayətini rədd edən apellyasiya instansiyası məhkəməsi bu mövqeyini mahiyyət etibarilə zaminlik müqaviləsindəki imzaların Cavabdeh2 aid olmasının ekspert rəyi ilə öz təsdiqini tapması və Cavabdeh2 zamin olduğu 326.000 USD məbləği birbaşa olaraq iddiaçının İdarə Heyətinin sədrinə təhvil verdiyini bildirsə də, bunu sübut edə bilməməsi ilə əsaslandırmışdır:
58. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, zaminlik müqaviləsində zaminlik müddəti konkret təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən olunmamışdır. Əksinə, həmin müddət qeyri-müəyyən halla bağlanmışdır ki, həmin halın, yəni müqavilənin icrasının nə vaxt həyata keçiriləcəyi aydın deyildir.
59. Halbuki MM-in 477.0 və 477.0.4-cü maddələrinin (bax § 39) məzmunundan aydın olur ki, zaminliyin müddə ti müqavilədə təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
60. Mübahisəli zaminlik müqaviləsində zaminliyin müddəti konkret təyin edilməsə də, kreditin qaytarılma müddəti dəqiq təsbit olunmuşdur (48 ay).
61. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, baxılan halda da zaminliyin müddəti məhz MM-in 477.0 və 477.0.4-cü maddələrinə uyğun olaraq müəyyən edilməlidir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi həmin məsələ ilə əlaqədar hər hansı hüquq pozuntusuna yol verməmişdir.
62. Həmçinin Cavabdeh2 hesab edir ki, MM-in 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanması mümkündür. Lakin bu halda zaminin öhdəliyinin yaranması üçün zaminlə kredit müqaviləsinin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 4 sentyabr tarixli Qərarının nəticə hissəsində qeyd edilmişdir ki, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir.
63. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir.
64. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli kredit xətti müqaviləsi 2015-ci il 20 avqust tarixində 48 ay müddətinə bağlanmış və həmin müddət sonradan dəyişdirilməmişdir. 65. 2017-ci il 13 iyun tarixli zaminlik müqaviləsinin şərtlərinə görə, Cavabdeh2 sözügedən kredit xətti müqaviləsi üzrə cavabdeh MMC-nin Bank qarşısında 1.140.000 ABŞ dolları məbləğində kredit öhdəliyinin 326.000 ABŞ dolları hissəsinin 48 ay müddətinə illik 10 %-lə hissə-hissə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür.
66. Göründüyü kimi, əsas öhdəliyi yaradan 2015-ci il 20 avqust tarixində bağlanmış 4 illik kredit xətti müqaviləsinin müddəti 2019-cu il 20 avqust tarixində, zaminliyin müddəti isə MM-in 477.0 və 477.0.4-cü maddələrin tələbləri nəzərə alınmaqla, bundan sonra 1 il və ya ən geci 2 il müddətində, yəni müvafiq olaraq il 2020-ci il 20 avqust və ya 2021-ci il 20 avqust tarixində bitməli idi.
67. Halbuki hazırkı iddia ərizəsi məhkəməyə 2020-ci il 21 iyul tarixində, yəni istənilən halda zaminliyin müddəti başa çatmadan verilmişdir.
68. Odur ki, apellyasiya instansiyası məhkəməsi zaminliyin müddətinin bitməsi barədə nəticəyə gəlməməklə hər hansı qanun pozuntusuna yol verməmişdir. Cavabdeh1 kassasiya şikayəti üzrə:
69. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin razılaşmadığı hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdı r ki, MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun Cavabdeh1 məxsus girov predmeti olan fındıq təmizləyici qurğulara yönəldilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir.
70. Cavabdeh1 özünün kassasiya şikayətində iddia edir ki, girov müqaviləsindəki imza ona məxsus deyil, məhkəmə isə xətşünaslıq eksperti tərəfindən yanlış rəy verilməsi tələbini araşdırmamışdır.
71. Halbuki iş materiallarından görünür ki, cavabdeh tərəf həmin dəlilləri məhkəməyə təqdim etdiyi ərizədə (İV cild, i/v 61-62) ümumi xarakterli ifadələrlə qeyd etmiş, bununla bağlı hər hansı dəqiqləşdirmə aparmamış, hətta bir yerdə isə ümumiyyətlə müqavilələrin Cavabdeh1 aldadılaraq imz a etdirildiyini bildirmişdir.
72. Elə kassasiya şikayətində də kassator bununla bağlı əlavə tutarlı dəlillər gətirə bilməmişdir.
73. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi təkrar və ya əlavə ekspertizanın təyin edilməsi səlahiyyətindən istifadə etməməklə hər hansı ciddi hüquq pozuntusuna yol verməmişdir.
74. Kassasiya şikayətinin digər dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, 2016-cı il 24 oktyabr tarixində (cavabdehin direktoru Cavabdeh2 olanda) kredit müqaviləsinə dəyişiklik edilərək, müddət uzadılmaqla kreditin valyutası dəyişdirilmiş, yeni ödəniş qrafiki verilmiş, lakin girov qoyan Cavabdeh1lə müqavilə yenilənməmiş və bu barədə ümumiyyətlə ona məlumat verilməmiş, həmin sazişlər imzalanarkən digər ipotekaların əlavə qeydiyyatı həyata k eçirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, əgər kredit müqaviləsində və ya yeni kredit sazişində verilmiş konkret məbləğ, kreditin faizi və qaytarılma müddəti ipoteka müqaviləsində əksini tapmamışdırsa və yeni saziş bağlanmamışdırsa, girov müqaviləsi üzrə Bank qarşısında öhdəlik yarana bilməz.
75. Kassator öz mövqeyini əsaslandırmaq üçün kassasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun MM-in 307.4, 405.1 və 477.0.1-ci maddələrinin şərhinə dair 2019-cu il 25 iyul tarixli Qərarına istinad etmişdir.
76. Əvvəla, kassatorun istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı girov deyil, ipoteka ilə əlaqədar mövqeləri özündə əks etdirir. Halbuki baxılan işdə mübahisəli əmlaklar girovla yüklü olunmuşdur.
77. Bununla belə, hətta Konstit usiya Məhkəməsi Plenumunun həmin qərarının girovu da əhatə etdiyi fərz edilsə belə, yenə də bu qərarda formalaşdırılmış hüquqi mövqelərin hazırkı mübahisəyə tətbiqi qeyri-mümkündür.
78. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərardadının (bax § 41) nəticə hissəsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə Plenumun 2019-cu il 25 iyul tarixli Qərarı qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
79. Hazırkı mübahisə və onunla əhatə olunan münasibətlər isə yaranma tarixlərinə görə istənilən halda sözügedən Qərarın təsir dairəsinə düşmür. Belə ki, tərəflər arasında girov münasibətləri 2 015-ci ildə yaranmış, hazırkı iddia isə 2020-ci ildə verilmişdir.
80. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 42) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli 2-2(103)-99/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini r əhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli 2-2(103)-99/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.