Məhkəmə qərarları › İş №2-2(102)-384/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-384/2022

01.06.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-384/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli, 2-2(103)-26/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən hesablanmış 126.456,29 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-2(113)-253/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçının icarəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (“Neptun” supermarket) cavabd eh tərəfindən tərtib edilmiş 2019-cu il 25 noyabr tarixli, NDQ N006802 saylı akta əsasən hesablanmış 119.200 (yüz on doqquz min iki yüz) manat məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim L.Əliyeva).

3. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin qismən-iddianın təmin olunduğu hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2020-ci il 29 sentyabr tarixli 2-2(103)-462/2020 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2020-ci il 10 iyun tarixli qətnaməsinin iddianın qismən təmin olunması hissəsində dəyişdirilməd ən saxlanılması qət edilmişdir (hakimlər R.Qurbanov (sədrlik edən- məruzəçi hakim), C.Yusifov və V.Baxışova).

5. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 aprel tarixli, 2-2(102)-123/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)-462/2020 saylı qətnaməsinin qismən-borcun silinməsi hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2022-ci il 24 yanvar tarixli, 2-2(103)-26/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin e-2-2(113)253/2020 nömrəli iş üzrə 2020-ci il 10 iyun tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (hakimlər V.Məmmədov (sədrlik edən-məruzəçi hakim), A.Oruczadə və İ.Kərimli).

8. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İV. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

11. Kassasiya baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsi X1 tərəfindən (işdə olan 01/05-06/3269 saylı, 2021-ci il 12 iyul tarixli etibarnaməyə əsasən) məhkəməyə ünvanlanmış 2022-ci il 28 may tarixli ərizədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli, 2-2(103)-26/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilməsi xahiş edilmişdir. İİİ. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsa slarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır». “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadd a göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”

13. Azərbaycan Respublikası Konstituiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir». İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə ((mətni üçün bax «Tətbiq edilən hüquq» §12) ) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən ed ilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddihüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.

15. Kollegiya cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində imtina barədə 2022-ci il 28 may tarixli ərizəni yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki,şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 191-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından qəbul edilməli və cavabdehin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə cavabdehin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar