Məhkəmə qərarları › İş №2-2(102)-39/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-39/2019

05.02.2019 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-39/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X6 iştirakı ilə İddiaçı “Azəriqaz” İB-nin cavabdeh “X1” restoranının rəhbəri X5 qarşı «qanunsuz tikilinin sökülməsi və sair» barədə ilkin iddia tələbinə, habelə X1restoranının rəhbəri X3 “Azəriqaz” İB-ə qarşı «qaz kəmərinin mühafizə zonasının köçürülməsi» barədə qarşılıqlı iddia tələbinə dair dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-369/2018 saylı iş üzrə 29 avqust 2018-ci il tarixli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Azəriqaz” İB-nin cavabdeh X1restoranının rəhbəri X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən cavabdeh tərəfindən "Azəriqaz" X4 istismarı Sahəsinə məxsus d=377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilən tikilinin (hasarın bir hissəsinin) cavabdehin öz hesabına sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, x rayonu, x küçəsi 2 ünvanında yerləşən, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq, "Azəriqaz" X4 İstismar Sahəsinin balansında və istismarında olan d=377"mm-lik, orta təzyiqlı yeraltı qaz kəmərinin üzərində qanunsuz tikili (hasar) inşa edilmişdir. Cavabdeh tərəfindən tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmışdır. Bu səbəbdən tikili cavabdehin öz hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılmalıdır. X15 Sahəsi tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikilinin (hasarın bir hissəsinin) qaz kəmərinin mühafizə zonasından şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabd eh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tikili (hasarın bir hissəsi) hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmamışdır. Cavabdeh isə qarşılıqlı iddia verərək iddia tələbinin təmin edilməməsini və "Xan Bağı" restoranının yerləşdiyi x rayonu, x küçəsi, 2 ünvandan keçən qaz kəmərinin "x1" restoranının öz vəsaiti hesabına yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-91/2015 saylı, 11 iyun 2015-ci il tarixli qətnaməsi (hakim – Z.M.Tağıyev) ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 25 avqust 2016-cı il tarixli, 2-2(103)-14/2016 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə 2(82)-91/2015 nömrəli, 11 iyun 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2017-ci il tarixli, 2-2(102)-19/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 avqust 2016-cı il tarixli, 2-2(103)-14/2016 saylı qətnaməsi ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-221/17 saylı, 1 0 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(82)91/2015 saylı qətnaməsi baxılan hissədə, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, həmin hissədə ilkin iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən "Azəriqaz" X4 İstismarı Sahəsinə məxsus d=377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilən tikilinin (hasarın bir hissəsinin) cavabdeh X1 restoranının rəhbəri X7 tərəfindən öz vəsaiti hesabına sökülərək mühafizə zonasından çıxarılması və cavabdeh X1restoranının rəhbəri X1 300 manat ekspertiza tədq iqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-166/18 saylı, 04 aprel 2018-ci il tarixli qərarı cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)221/17 saylı, 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş təkrar apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-369/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abıyeva) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(82)-91/2015 saylı qətnaməsi baxılan hissədə, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, həmin hissədə ilkin iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən "Azəriqaz" X4 İstismarı Sahəsinə məxsus d=377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilən tikilinin (hasarın bir hissəsinin) cavabdeh X1restoranının rəhbəri X7 tərəfindən öz vəsaiti hesabına sökülərək mühafizə zonasından çıxarılması qət edilmiş, həmçinin 300 manat ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilmişdir. Cavabdeh kassasiya şikayəti ve rərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-369/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işə baxılması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, 11 iyun 2017-ci il tarixli tikinti- texniki ekspertiza təyin olunmuş ekspert rəyinə əsasən baxış zamanı “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən tədqiq olunan ərazidən keçən qaz kəmərinin müəyyən edilməsi ilə bağlı xüsusi avadanlıq vasitəsi ilə aparılmış axtarış işlərinin nəticəsini nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən X1restoranının həyətyanı sahəsində və eləcə də x küçəsinin sxemdə qeyd olunan hissəsində hər hansı qaz xəttinin keçməsi müəyyən olunmamışdır. Məhkəmə ekspert rəyini iki hala əsasən sübut qismində qəbul etməmişdir. Birincisi ekspertin qazıntı işləri aparmadan xüsusi texniki vasitələrdən istifadə etməklə müyyənləşdirməsidir. İkincisi isə X6 qarşılıqlı iddia ərizəsi verməsi və məhkəmə tikintitexniki ekspertiza təyin edilməsi barədə vəsatətidir. Göstərilən hər iki hal ekspert rəyinin sübut qismində qiymətləndirməməsi üçün əsas deyil. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, ekspertin rəy verilməsi üçün üsul və vasitələr məhkəmə tərəfindən müəyyən oluna bilməz, ekspert tərəfindən bu və ya digər üsulun tətbiq edilməməsi rəyin düzgünlüyü üçün şübhə yarada bilməz. Məhkəmə rəyin verilməsi üçün ekspert tərəfindən seçilmiş üsul və vasitəyə görə rəyi şübhə altına alma bilməz. Bundan başq a, rəy verilməsi üçün seçilən üsul və vasitənin özü də xüsusi bilik tələb edən haldır. Məhkəmə X6 qarşılıqlı iddia ərizəsi verməsini və məhkəmə tikinti-texniki ekspertiza təyin edilməsi barədə vəsatətini faktın təsdiqi və eləcə də ilkin iddianın etirafı kimi qiymət vermişdir. Halbuki, göstərilən vəsatət və qarşılıqlı iddia ərizəsi tərəfin prosessual vasitələridir. Məhkəmə şəxsin müdafiə vasitələrindən istifadə etməsini faktın (ilkin iddianın) təsdiqi kimi qiymətləndirmişdir. Bundan başqa, Mülki-Prosessual Məcəlləyə əsasən iddianın etirafı yalnız yazılı şəkildə verilə bilər. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəmənin 2-2(102)-514/2016 saylı, 21 dekabr 2016-cı il tarixli oxşar qərarı da mövcuddur. Həmin iş üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi “xxxx” MMC-yə qarşı ünvan 3 ünv anında cavabdeh tərəfindən Azəriqaz” X4 İstismarı sahəsinə məxsus d=377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilən tikilinin cavabdehin öz hesabına sökülərək mühafizə zonasından çıxarılmasını tələb etmişdir. Göründüyü kimi X9 eyni ünvanla cavabdehə qarşı da iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-2(102)-514/2016 saylı, 21 dekabr 2016-cı il tarixli oxşar qərarı ilə “Azəriqaz” İstehsalat Birliyinin iddiası rədd edilmişdir. Məhkəmənin sadəcə iddiaçının izahatlarına istinad etməsi və ekspert rəylərini nəzərə almayaraq iddianı təmin etməsi qanunsuz və əsassızdır. Göründüyü kimi məhkəmə iş üzrə prosessual normaları düzgün tətbiq etməməklə səhv hüquqi nəticəyə gəlmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikay ətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə məxsus tikilinin (hasarın) orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında yerləşməsini iddia edərək öz vəsaiti hesabına adıçəkilən qaz kəmərini yerləşdiyi ərazidən çıxararaq mühafizə zonasının bərpa edilməsini məhkəmə qaydasında mübahisələndirir. İşdə olan Nizami rayon X12 əməkdaşları tərəfindən tərtib edilmiş sxemə əsasən tədqiq olunan ərazidəki orta təzyiqli yeraltı qaz kəmərinin B.Çobanzadə küçəsini kəsərək X1restoranının həyətyanı sahəsinə giriş hissədə şərq və cənub istiqamətlərdə yerləşən sərhəd hasarlarının altından keçdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən işin mübahisəli halını - ünvan 2 ünvanda yerləşən X1restoranın həyətyanı sahəsindən d377 mm-lik yeraltı qaz kəmərinin keçib-keçməməsini aydınalşdırmaq üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2014-cü il tarixli, 17825 nömrəli rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, baxış zamanı müvafiq cihazla yeraltı qaz borusunun istiqaməti, yerləşməsi müəyyən olunmuşdur. X1restoranın istifadəsində olan torpaq sahəsinin sol künc hissəsindən D-377 mm diametrində qaz borusu keçdiyi müəyyən olunmuşdur. Eyni zamanda, aparılmış ölçü işləri nəticəsində qaz borusundan təqribən 2 m aralı 4,5x4,9m ölçüdə tikili inşa olunmuşdur. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, ü nvan 5 ünvanda olan "Xan Bağı" restoranının rəhbəri cavabdeh X7 tərəfindən tikilmiş tikili və istifadəsində olan torpaq sahəsi "Azəriqaz" İstehsalat Birliyinin balansında olan orta təzyiqli yeraltı qaz kəmərindən 2 metr aralı inşa olunduğunu və qaz kəmərinin daxilindən keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik Qaydaları"nın tələblərinə və qərara əlavə edilmiş 2 saylı əlavəsinə əsasən həmin tikili və torpaq sahəsi göstərilən qaz kəmərinin mühafizə zonasına düşdüyü və qaz kəmərinə təhlükə törətdiyi müəyyən olunur. İş üzrə keçirilmiş sonrakı təkrar ekspertizaların nəticələri isə 17 dekabr 2014-cü il tarixli, 17825 nömrəli rəylə ziddiyyət təşkil etmişd ir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2015-ci il tarixli, 6190 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən baxış zamanı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən tədqiq olunan ərazidən keçən qaz kəmərinin müəyyən edilməsi ilə bağlı xüsusi avadanlıq vasitəsilə aparılmış axtarış işlərinin nəticəsini nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən «Xan Bağı» restoranının həyətyanı sahəsində və eləcə də B.Çobanzadə küçəsinin sxemdə qeyd olunan hissəsində hər hansı qaz xəttinin keçməsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi 06 may 2015-ci il tarixli, 6190 nömrəli rəyə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının nəticəsi olaraq təqdim edilmiş 21 iyun 2017-ci il tarixli, 11327 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən baxış zamanı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən tədqiq olunan ərazidən keçən qaz kəmərinin müəyyən edilməsi ilə bağlı xüsusi avadanlıq vasitəsilə aparılmış axtarış işlərinin nəticəsini nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən «Xan Bağı» restoranının həyətyanı sahəsində və eləcə də B.Çobanzadə küçəsinin sxemdə qeyd olunan hissəsində hər hansı qaz xəttinin keçməsi müəyyən olunmamışdır. Adı çəkilən sonuncu iki ekspert rəylərindən görünür ki, rəylərin tədqiqat və nəticə hissələri eynidir və hər ikisində ekspertlər xüsusi avadanlıq vasitəsilə axtarış işlərinin aparılması ilə cavabdehə aid obyektin həyətyanı sahəsindən hər hansı qaz xəttinin keçməməsini m üəyyən etmişlər. Halbuki, ekspert rəylərindəhansı xüsusi avadanlıqlardan istifadə olunması tədqiqat hissəsində göstərilməmiş, bu avadanlıqların yeraltı qaz kəmərini aşkar etmək xüsusiyyətinə malik olması qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Beləliklə, faktiki halla bağlı olaraq belə nəticəyə gəlmişdir ki, Nizami rayon X12 əməkdaşları tərəfindən tərtib edilmiş sxem, eləcə də 17 dekabr 2014-cü il tarixli, 17825 nömrəli rəylə mübahisəli ərazidən qaz kəmərinin keçməsi müəyyən olunur. Bu faktı təkzib edən 06 may 2015-ci il tarixli ekspert rəyi və onunla eynilik təşkil edən 11 iyun 2017-ci il tarixli ekspert rəyinə münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunanlar nəzərə alındıqda həmin rəyin verilməsi üçün aparılmış tədqiqatın həqiqətin müəyyən olunması üçün kifayət olmadığı müəyyən edilir. Bununla əlaqədar kassasiya instansiyası məhkəməsi özünün əvvəlki qərarında qeyd etmişdir ki, iş yenidən baxılarkən müvafiq məhkəmə ekspertizası təyin edilməklə ünvan 6 ünvanda yerləşən X1restoranının həyətyanı sahəsində və eləcə də B.Çobanzadə küçəsinin sxemdə qeyd olunan hissəsində hər hansı qaz xəttinin keçib-keçmə diyi dəqiq müəyyən edilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, bir dəfə sözügedən ərazidə X1restoranın hasarının kənarında “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qazıntı işləri aparılmış və hasar kənarında qaz kəmərinin olması müəyyən edilmişdir. X1restoranının həyətinə giriş yalnız ön tərəfdən, əsas qapıdandır, aşkar olunan qaz kəmərinin istiqamətini bilmək üçün əsas girişdən texnika daxil olaraq qazıntı işləri aparılmalıdır. Cavabdeh tərəf hələ o zaman iddia etmişdir ki, qaz kəməri həyətə daxil olmur, hasarın yanından dönür və çölə çıxır. Lakin cavabdeh tərəf həmin vaxt sözügedən obyektin hasar daxilində qazıntı işlərinə icazə vermədiyi üçün qazıntı işləri yarımçıq dayandırılmış və kəmərin məhz həyətin içindən də keçdi yini əyani olaraq göstərə bilməmişlər. Halbuki, sxemlə də, eləcə də onlarda olan yeraltı qaz xəttini göstərən xüsusi aparat vardır ki, həmin aparatla qaz kəmərinin mübahisəli ərazidən keçdiyi müəyyən olunur. Apellyasiya məhkəməsi cavabdehin mane olmayacağı halda mübahisəli ərazidə qazıntı işləri aparılmaqla təkrar məhkəmə tikinti texniki ekspertizasının keçirilməsini müzakirə edərkən cavabdeh tərəf «Xan bağı» restoranının həyətində keçiriləcək hər hansı qazıntı işlərinin obyektin fəaliyyətinin faktiki dayandırılmasına və nəticə olaraq maddi ziyan çəkəcəyinə istinad edərək ekspertizanın keçirilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane o lursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. "Qaz təchizatı haqqında" Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə görə qazla əlaqədar fəaliyyət göstərən hər bir şəxs ətraf mühitə hər cür mənfi təsirdən çəkinməli və bu fəaliyyətdən irəli gələn labüd təsirləri müvafiq tələblərə uyğun olaraq minimuma endirməlidir. Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə görə qa zla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə vəzifələri aşağıdakılardır: müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək müvafiq tədbirlərdən ibarət təhlükəsizliyi və ətraf mühitin qorunmasını təmin edən planı müvafiq icra hakimiyyəti orqanına təqdim etmək; insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq; təsdiq edilmiş metodlara müvafiq olaraq qazın və onun tullantılarının təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək; işləri başa çatdırdıqda ərazini təmizləmək və onu ətraf mühitin qorunması üçün məqbul səviyyədə bərpa etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 5 nömrəli əlavəsinə əsasən aşağı təzyiqli yeraltı qaz kəmərlərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 metr müəyyən edilmişdir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına göstərilən normalar apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Sübutetmə yükünün bölüşdürülməsinə dair normaların və MPM-in 97.5-ci maddəsinin müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya məhkəməsi mübahisələndirilən tiklililərin qaz kəmərinin müzafizə zolağında yerləşməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdehin mübahisəli ərazidə qazıntı işləri aparılmaqla təkrar məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə qarşı çıxdığını və müvafiq şərait yaratmadığını nəzərə almaqla ekspertiza təyin edilən faktı təsdiq olunmuş kimi qəbul etmək də məhkəmə haqlı olmuşdur. Kassasiya şikayətində göstərilən başqa bir iş üzrə çıxarılmış məhkəmə qərarının hazırkı iddianı rədd etməyə əsas verdiyinə dair dəlil də əsassızdır. Belə ki, cavabdeh həmin məhkəmə mübahisəsinin iştirakçısı olmadığından MPM-in 82.3-cü maddəsinə əsasən sözügedən məhkəmə qərarının və orada müəyyən edilmiş halların hazırkı iş üzrə hər hansı preyudisial hüquqi qüvvəsi yoxdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-369/2018 saylı iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar