Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-391/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliklərin icrası zamanı vicdanlılıq, öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 fevral tarixli 2-2(105)-3/2024 nömrəli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MTK ilə Cavabdeh MTK arasında bağlanmış 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 73 ünvanında ümumi smeta dəyəri 126.600 manat olan 1 sot torpaq sahəsində 2018-ci ilin yanvar-mart aylarında inşa etdiyi "yarımstansiya"dan ortaq istifadə edilməsi üçün Cavabdeh MTK-ya razılıq verməyi öhdəsinə götürmüş, Cavabdeh MTK isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar İddiaçı MTK-ya smeta dəyərinin 50%-nin, yəni 63.300 manatın ödənilməsinə zəmanət vermişdir (sazişin 2.1-ci bəndi). Sazişin şərtlərinə əsasən Cavabdeh MTK İddiaçı MTK-ya ümumi smeta dəyərinin yarısını (63.300 manat) ödədikdən, İddiaçı MTK isə həmin məblə ği tam şəkildə qəbul etdikdən sonra Cavabdeh MTK “yarımstansiya”dan ortaq istifadə etmək hüququ əldə edəcəkdir (2.2-ci bənd). İddiaçı MTK ümumi smeta dəyərinin yarısını (63.300 manat) aldığı zaman Cavabdeh MTK-nın “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı öhdəsinə götürmüşdür (3.1-ci bənd). Cavabdeh MTK ümumi smeta dəyərinin yarısını (63.300 manat) Saziş imzalandığı vaxt İddiaçı MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür (3.2-ci bənd). İddiaçı MTK və Cavabdeh MTK tərəfindən imzalanaraq möhürlənmiş 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində tərəflərin həmin Saziş üzrə yaranan öhdəliklərinin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi (müddəti) göstərilməmişdir.
2. Cavabdeh MTK tərəfindən 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişinə əsasən İddiaçı MTK-ya 2019-cu il 15 oktyabr tarixində 20.000 manat məbləğində avans və 2019-cu il 16 noyabr tarixində 12.000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
3. Cavabdeh MTK 2021-ci il 23 fevral tarixli məktubla Abşeron rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Avtomobil X1 müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 34 ünvanında yerləşən İddiaçı MTK-nın 35/6 voltluq yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MTK-nın binasının elektrik enerjisi ilə təchiz olunmasında istifadə edilməsinə köməklik göstərilməsini xahiş etmiş və həmin müraciət yeraltı kabel xəttinin “lyuk”larının (çıxış quyularının) üstünün doldurulması və üzərindən asfalt örtüyünün çəkilməsi ilə əsaslandırılmışdır. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 2021-ci il 24 iyun tarixli məktuba əsasən, Cavabdeh MTK-ya əvvəl verilmiş 2019-cu il 30 oktyabr tarixli TMX-19/0578 nömrəli texniki şərtlər ləğv olunaraq, ona yaşayış binasının şəbəkəyə qoşulması üçün yeni texniki şərtlərin verilməsi üçün yerinə yetirilməli olan hərəkətlər barəsində müvafiq tövsiyələr verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MTK (bundan sonra-“iddiaçı”) Cavabdeh MTK-ya (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31.000 manat əsas vəsait və 200 manat məhkəmə xərci olmaqla, ümumilikdə 31.200 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin rəhbərliyi (təsisçilər də daxil olmaqla), hər iki MTK tərəfindən Xırdalan şəhərinin H.Əliyev prospektində inşa edilmiş yaşayış binasının elektrik təchizatını təmin etmək məqsədilə tikiləcək yarımstansiyanı birlikdə inşa etməklə, birgə maliyyələşdirmək barədə razılığa gəlmişlər. İlkin şifahi razılıq əsasında verilmiş texniki şərtə uyğun olaraq iddiaçı tərəfindən və onun vəsaiti hesabına hər iki hüquqi şəxs tərəfindən inşa edilmiş yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək yarımstansiya inşa edilmişdir. Tərəflər arasında baş tutmuş şifahi razılaşma daha sonra rəsmiləşdirilmiş və müvafiq olaraq 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi imzalanmışdır.
7. Tərəflərin inşa etdiyi yaşayış binaları Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşməklə, yaxın məsafədə inşa olunmuşdur. İddiaçı tərəfindən 2018-ci il 1 may tarixində "xxxx" ASC-yə ərizə ilə müraciət olunaraq, binanın elektrik enerjisi ilə təchiz olunması üçün texniki şərtin verilməsi xahiş edilmişdir. Texniki şərtin verilməsini təmin edən idarənin rəhbəri iddiaçının rəhbərliyini qəbul edərkən qonşuluqda yerləşən və cavabdeh tərəfindən inşa edilmiş yaşayış binası ilə birlikdə istismar edilməsi üçün transformator məntəqəsinin (TM) qurulmasını və hər iki binanın həmin TM-dən elektrik enerjisini qəbul etməsini tövsiyə etmişdir. İddiaçının rəhbərliyi ilkin olaraq bundan imtina etsə də, daha sonra xərclərin bölünməsi şərtilə layihə razılaşdırılmışdır. Bu razışlamaya bütün xərclər daxil edilmiş və ümumi xərc 126.600 manat təşkil etmişdir. İddiaçı tər əfindən 500 metr məsafədən TM-ə qədər olan hissədə asfaltın qazılması və torpaq işləri yerinə yetirilmiş, hər iki MTK-nı təmin edəcək elektrik xətti üçün 8 ədəd olmaqla 2.000 metr boru xətti çəkilmiş, qazıntı işləri bitdikdən sonra TM-dən çəkilmiş yeraltı xətt üzrə hər 100 metrdən bir çıxış (“lyuk”) qoyulmuş, TM-in inşa edilməsi üçün fiziki şəxsə məxsus torpaq sahəsi alınmış, TM-in quraşdırılması üçün qoruyucu məntəqə inşa edilmiş və digər bütün zəruri işlər görülmüşdür. Daha sonra iddiaçı inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq cavabdeh TM-in hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və TM-ə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə cavabdehin rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat ver ilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Xeyli müddət sonra dövlət layihəsi olaraq yollarda təmir işlərinin aparılması nəticəsində xətlərdən çıxışlar (“lyuk”lar) bağlanmışdır. İddiaçının bunda heç bir təqsiri yoxdur və buna görə o məsuliyyət daşımır. Yəni rəhbərliyinin səhlənkarlığı nəticəsində cavabdehin binasının TM-ə qoşula bilmədiyinə, yaxud qoşulmaq istəmədiyinə görə iddiaçı məsuliyyət daşımır və bu hal qarşı tərəfin Razılaşma Sazişi üzrə məsuliyyətini aradan qaldırmır.
8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyul tarixli e-2-2(119)506/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim Z.Sadıqov).
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə iddiaçı tərəfindən inşa olunmuş yeraltı elektrik xətti və transformator məntəqəsi ilə əlaqədar tərəflər arasında müəyyən edilən münasibətlər mahiyyət etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) “Əşyadan istifadə hüquqları”nın nəzərdə tutulduğu 11-ci fəslində təsbit olunmuş “Uzufrukt” münasibətlərinə aid olmasına baxmayaraq, həmin Razılaşma Sazişi notariat qaydasında təsdiqlənməmiş və Sazişdə qeyd olunan hüquqların uzufruktuara, yəni cavabdehə keçməsi faktiki olaraq baş tutmamış və yaxud daşınmaz əşyalarla bağlı halda isə həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, yuxarıda qeyd olunan texniki səbəblərə (çıxış quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla ört ülməsi və s.) görə cavabdehin elektrik enerjisi ilə təmin olunmaq üçün 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində nəzərdə tutulan iddiaçıya məxsus qurğu və avadanlığa, yəni sonuncunun inşa etmiş olduğu yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşulması mümkün olmamışdır.
11. Beləliklə də, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə nəzərdə tutulan qaydada öhdəliklərin icra olunması, yəni iddiaçının inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında cavabdeh özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilməmiş və mövcud şəraitə və texniki səbəblərə görə artıq bu qoşulmaya zərurət də aradan qalxmışdır. Odur ki, cavabdehin qo şula və istifadə edə bilmədiyi avadanlıqla əlaqədar 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində ödənilməsi nəzərdə tutulan pul vəsaitinin ödənilməmiş hissəsi ilə əlaqədar verilmiş iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.
12. Məhkəmə bu nəticəsini MM-nin 263.1, 264, 385.1, 389.1, 393, 394, 404, 425.1, 425.2, 427.5 və 447.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəifndən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(105)-113/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehdən 31.000 manat əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 31.200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər F.Məmmədov və M.Rzayev).
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi əsas hal odur ki, edilmiş müraciətlərdən sonra AAYDA əməkdaşları ilə yol sahəsində lyukların olub-olmaması yoxlanılmış və Agentlikdən bildirilmişdir ki, yol çəkilən ərazidə həmin lyuklar üzərində qapaq olmamışdır, olsa idi cihaz vasitəsilə tapılardı. L yuklar üzərində qapaqların olmaması onlardan istifadənin yararsızlığına səbəb olmuş və bu səbəbdən cavabdeh özü xərc çəkib texniki şərt almışdır.
16. Məhkəmə quyuların üstü örtülmədiyinə görə, yəni qapaqların olmaması səbəbindən asfaltın altında qalmış quyuları (“lyuk”ları) tapmağın mümkün olmaması və cavabdehin ondan istifadə edə bilməməsi barədə dəlili əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktın (səh. 72) məzmunundan görünür ki, baxış zamanı yeni çəkilmiş yol hissəsinə düşməyən ərazidə inşa edilmiş elektrik quyularından ikisi aşkar edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, çəkilmiş 6 boru xəttinin yarısından elektrik xətləri çəkilmiş, digər üçü isə boşdur.
17. Məhkəmə qeyd etmişdir ki, çəkilmiş elektrik xətləri iddiaçı tərəfindən özünə məxsus y aşayış binaları üçün çəkilmiş, digərləri isə cavabdehə məxsus yaşayış binalarına elektrik xəttinin çəkilməsi üçün saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən həmin xətlər çəkilmiş, quyuların üstü də örtülmüşdür. Mübahisə üzrə vacib məqam sonradan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan dairəsindən Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospektində yolun genişləndirilməsi və təmir bərpa işlərinin yerinə yetirilməsi olmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçıya ünvanlanmış 2022-ci il 12 oktyabr tarixli məktubdan görünür ki, həmin işlər 2019-cu ilin noyabr-dekabr aylarında yerinə yetirilmişdir. Tərəflər arasında bağlanmış Razılaşma Sazişinin 2.1-ci bəndindən isə görünür ki, iddiaçı ümumi smeta dəyəri 126.600 manat ola n 1 sot torpaq sahəsində artıq 2018-ci ilin yanvar-mart aylarında inşa etmişdir. Razılaşma bağlanan zaman isə "yarımstansiya"dan ortaq istifadə edilməsi üçün cavabdehə razılıq verməyi öhdəsinə götürmüşdür.
18. Məhkəmə hesab etmişdir ki, lyukların yararsız hala düşməsi ilə bağlı iddiaçının məsuliyyəti müəyyən olunmur. Belə ki, iddiaçı öz üzərinə müqavilə ilə düşən öhdəliyi icra etmiş və bu iddiaçıya məxsus yaşayış binalarında elektrik xəttinin çəkilməsi ilə də təsdiqini tapır.
19. İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, inşa işlərini bitirdikdən sonra iddiaçı inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq cavabdeh transformator məntəqəsinin hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və transformator məntəqəsinə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə cavabdehin rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı tərəfindən müraciət olunan vaxtda elektrik xəttini çəkmək imkanı olmamışdır.
20. Beləliklə, iddiaçı tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurların, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsinin iddiaçının təqsiri üzündən baş verməsi təsdiqini tapmamış və cavabdeh bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.2, 442, 777.1, 777.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-2(102)-109/2023 nömrəli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(105)-113/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (məruzəçi hakim–İ.Dadaşov, hakimlər B.Məmmədli, E.Şamayev).
24. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işi n məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış razılaşma sazişi əsasında cavabdeh tərəfindən iddiaçıya 32.000 manat pul ödənilmiş, lakin texniki səbəblərə (çıxış quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsi və s.) görə cavabdehin elektrik enerjisi ilə təmin olunmaq üçün iddiaçıya məxsus qurğu və avadanlığa, yəni sonuncunun inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşulması mümkün olmamışdır. Bununla da, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə nəzərdə tutulan qaydada öhdəliklər icra olunmamış, yəni cavabdeh iddiaçının inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasın da özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilməmişdir.
25. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, lyukların yararsız hala düşməsi ilə bağlı iddiaçının məsuliyyəti müəyyən olunmur, iddiaçı öz üzərinə müqavilə ilə düşən öhdəliyi icra etmiş, iddiaçı inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmiş, cavabdeh isə transformator məntəqəsinin hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və transformator məntəqəsinə qoşulmanı təmin etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının özünün inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə həmin transformator məntəqəsindən təmin etməsinin tərəflər arasında bağlanmış sazişin bütün şərtlərinin onun tərəfindən yerinə yetirilməsi ilə heç bir əlaqəsi yoxdur və bu hal məhz cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinin təsdiqi kimi qəbul edilə bilməz. Cavabdeh müqavilə münasibətlərinə daxil olarkən tikdirdiyi yaşayış binasını daha sərfəli şərtlərlə və daha az maliyyə məsrəfləri ilə elektrik enerjisi ilə təmin etmək marağında olmuş, bu məqsədlə də öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək 32.000 manat məbləğində qismən ödəniş həyata keçirsə də, əldə etməyə çalışdığı məqsədə nail ola bilməmiş, bu gün isə razılaşma şərtlərinə uyğun olaraq onun məhz iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunması onun iradəsindən asılı olmayaraq mümkün deyildir.
27. Apellyasiya məhkəməsi işin faktiki hallarını düzgün dəyərləndirməmiş, bu isə öz növbəsində MM-in 425 və 442-ci, həmçinin MPM-in 88-ci maddələrinin pozulması və sonda isə qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. Apellyasiya məhkəməsi həmçinin mübahisəyə aidiyyəti olmadığı halda MM-nin 777.1 və 777.2-ci maddələrinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
28. İşə yenidən baxılarkən razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsinin səbəbləri, bunda tərəflərdən hər birinin təqsirlilik dərəcəsi, razılaşma üzrə onların hər birinin gördüyü işlər, tədbirlər dəqiq müəyyən edilməli, iddiaçının inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında cavabdehin özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilmədiyi və mövcud şəraitə və texniki səbəblərə görə artıq bu qoşulmaya zərurətin aradan qalxdığı, müqavilə məqsədlərinə (cavabdehin tikdiyi yaşayış binasının iddiaçıya məxsus TM-dən elektrik enerjisi ilə təmin olunması) hazırda nail olmağın mümkünsüzlüyü düzgün qiymətləndirilməli, nəticə olaraqsa mübahisənin qanuni həlli təmin edilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(105)-77/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2023-cü il 20 noyabr tarixli 3-16-16/2-10/4969 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən 2018-ci il 29 iyun tarixində təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlərdə nəzərdə tutulmuş işlər (trassanın qazılması, plastik boruların qazılmış xəndək lərə yerləşdirilməsi, lyukların qoyulması, yuvaların quraşdırılması və sair) iddiaçı tərəfindən icra edilmişdir. 2018-ci il 29 iyun tarixində təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlər əsasında icra edilmiş işlər nəticəsində 8 ədəd quyu inşa edilmiş, həmin quyuların daxilində 6 ədəd elektrik kabeli boruları çəkilərək, üçünün daxilindən elektrik xətti keçdiyi müəyyən olunmuşdur. Eyni zamanda, Xırdalan elektrik yarımstansiyasından iddiaçı tərəfindən inşa edilmiş bir girişli binaya qədər yeraltı çəkilmiş elektrik trassasında vaxtı ilə inşa edilmiş elektrik quyularından yalnız 2 quyu yola düşmədiyinə görə qalmış, digər quyular isə H.Əliyev prospektinin yenidən qurulması və yolun genişləndirilməsi zamanı asfaltın altında qalmışdır. Baxış keçirilməsi mümkün olmuş borular, lyuklar, yuvalar, kabel xətləri 2018-ci il 29 iyun tarixində təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlərə uyğun quraşdırılmışdır. Xırdalan şəhəri, H.Əliyev prospekti 34-də yerləşən iddiaçının 35/6 kV yarımstansiyasından həmin ərazidə yerləşən cavabdehin yarımstansiyasına qədər məsafədə texniki şərtlərə əsasən boru, lyuklar və yuvalar quraşdırılmışdır. Həmin boru, lyuklar və yuvalar istifadə edilməklə Xırdalan şəhəri, H.Əliyev pr. 34-də yerləşən iddiaçının 35/6 kV yarımstansiyasından həmin ərazidə yerləşən cavabdehin yarımstansiyasına qədər məsafədə texniki şərtlərə əsasən yeraltı kabel xətti çəkilmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 fevral tarixli 2-2(105)-3/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Süleymanova, hakimlər A.Mahmudov, E.Əhmədov).
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, araşdırılan tələb üzrə mübahisə doğuran hal tərəflərin müqavilə öhdəliyini lazımınca icra etməsi məsələsinin müəyyən edilməsi və bu kontektsdə qiymətləndirmə ilə bağlıdır.
32. Ekspert rəyi ilə iddiaçı tərəfindən cavabdehin yarımstansiyasına qədər məsafədə texniki şərtlərə əsasən boru, lyuklar və yuvalar quraşdırıldığı, kabel xətləri çəkildiyi göstərilsə də, rəydə olan bəzi xüsusatlara aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə ekspert məhkəmə iclasında dindirilmiş və ekspertin izahatı ilə müəyyən edilmişdir ki, elektrik quyularından yalnız 2 quyu yola düşmədiyinə gör ə qalmış, həmin quyulara baxış keçirilsə də, digər quyular H.Əliyev prospektinin yenidən qurulması və yolun genişləndirilməsi zamanı asfaltın altında qaldığından ekspert tərəfindən tədqiqata obyektinə baxış keçirilməsi mümkün olmamış, iş materiallarında olan sənədlər əsasında nəzəri qaydada rəy verilmişdir.
33. Məhkəməyə təqdim olunmuş Biləcəri ETSİ tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xidməti məlumatdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu əsasında Biləcəri ETSİ-yə ünvanlanmış müraciətə yerində baxılmış və məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında iddiaçıya məxsus 1 girişli, 16 mərtəbəli yaşayış binası üçün verilmiş TX-18/0633 saylı 2018-ci il 29 iyun tarixli texniki şərtin bəndləri yerinə yetirilmişdir. Eyni zamanda cavabdehin elektrik təchizatı üçün nəzərdə tutulmuş və iddiaçı ilə razılaşmaya əsasən lyuklar və borular vardır, lakin hal-hazırda istifadəsi mümkün deyildir. Buna səbəb isə Xırdalan-Binəqədi yolunun genişləndirilməsi zamanı lyukların asfalt örtüyünün altında qalaraq istifadəyə yararsız vəziyyətə düşməsidir.
34. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən texniki şərtlərə uyğun olaraq iddiaçıya məxsus 1 girişli, 16 mərtəbəli yaşayış binası üçün verilmiş TX-18/0633 saylı 2018-ci il 29 iyun tarixli texniki şərtin bəndləri yerinə yetirilmişdir. Eyni zamanda cavabdehin elektrik təchizatı üçün nəzərdə tutulmuş və iddiaçı ilə razılaşmaya əsasən texniki şərtlərə uyğun lyuklar və yuvalar quraşdırılmışdır.
35. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi cavabdeh müqavilə münasibətlərinə daxil olarkən tikdirdiyi yaşayış binasını daha sərfəli şərtlərlə və daha az maliyyə məsrəfləri ilə elektrik enerjisi ilə təmin etmək marağında olmuş, bu məqsədlə də öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək 32.000 manat məbləğində qismən ödəniş həyata keçirsə də, əldə etməyə çalışdığı məqsədə nail ola bilməmiş, bu gün isə razılaşma şərtlərinə uyğun olaraq onun məhz iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunması mümkün deyildir.
36. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 1 fevral tarixli məktubundan görünür ki, yolların təmiri və tikintisi zamanı üzdə görülən bütün kommunikasiya qapaqları tərəflərindən yenidən bərpa olunaraq layihədə nəzərdə tutulmuş hündürl ük səviyyəsində qaldırılmışdır.
37. Sadalananlardan göründüyü kimi cavabdeh iradəsindən asılı olmayaraq iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunmanı həyata keçirə bilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan işlərin görülməsi heç də müqavilə öhdəliyinin yerinə yetirilməsi kimi qiymətləndirilmə bilməz. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi öhdəlik lazımınca icra edilməlidir. Lakin iddiaçı yuva və quyuların quraşdırılmasını, kabel xətlərinin çəkilməsini yerinə yetirsə də, həmin kabel xətlərinin keçdiyi lyukların üzəri qapaqlarla örtülməmişdir, bu isə nəticədə yolların təmiri zamanı həmin quyuların asfalt örtük altında qalmasına səbəb olmuş və cavabdehin həmin quyulardan istifadəsini mümkünsüz etmiş, cavabdeh yeni texniki şərtlərlə yeni xətt çəkmək məcburiyyətində qalmış və hazırda cavabdeh tərəfindən həmin qoşulmanın həyata keçirilməsinə zərurət aradan qalxmışdır.
39. Quyuların qapaqlarla örtülməməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəmə sorğusuna olan cavabı ilə müəyyən olunur. Belə ki, arayışdan göründüyü kimi yolların təmiri və tikintisi zamanı üzdə görülən bütün kommunikasiya qapaqları tərəflərindən yenidən bərpa olunaraq layihədə nəzərdə tutulmuş hündürlük səviyyəsində qaldırılmışdır. Aydınlaşdırılmış bu xüsusat onu deməyə əsas verir ki, əgər lyuklar qapaq örtüklə örtülmüş olsaydı, quyuların yeri görünmüş olardı və təmir bərpa işləri görüldükdən sonra onlar yenidən asfalt örük üzərindən götürülərək bərpa olunardı.
40. Kollegiya qeyd olunanlara istinadən hesab etmişdir ki, iddiaçı müqavilə öhdəliyini qüsurlu yerinə yetirmiş, bu isə öhdəliyin lazımınca icra edilməməsi qənaətinə gəlməyə əsas verir. Belə olan halda iddiaçının müqavilə öhdəliyinin icra edilməməsi əsası ilə çıxış edərək cavabdehə qarşı mövcud iddia tələbini qanuni və əsaslı hesab etmək olmaz.
41. Araşdırılan mübahisə üzrə cavabdehin öhdəliyin icra edilməməsində təqsiri müəyyən edilməmişdir. Cavabdeh öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşıya bilər ki, pozuntu onun cavabdeh olduğu haldan irəli gəlmiş olmuş. Lakin göründüyü kimi iddiaçı tərəfindən müqavilə öhdəliyinin lazımınca icra edilməməsi nəticəsində cavabdeh iradəsindən asılı olmayaraq razılaşdırılmış məqsədə çata bilməmiş və bu səbəbdən də pul ödənişinin ödənilməsi barədə öhdəliyini yerinə yetirməmişdir.
42. A pellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 389.1, 425.1, 425.2, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
43. İddiaçı tərəfindən həmin qətnamədən verimiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
44. MM-nin 386, 425, 442-ci maddələri üzrə - işin mübahisələndirilən yeganə halı elektrik xətti keçən hissədə lyukların üzərinə qapaq qoyulması ilə bağlıdır. TM-in inşa edilməsini, yarımstansiyadan kabel xəttinin keçəcəyi plastmas boruların çəkilməsi və digər işlərin görülməsini qəbul edən cavabdeh iddianı o əsasla qəbul etmir ki, layihədə (texniki şərtdə) nəzərdə tutulmuş lyukların üzərinə qapaq qoyulmamışdır. M əhkəmə cavabdehin həmin etirazını və yolun genişləndirilməsini icra etmiş təşkilatın məktubunu əsaslı hesab etməklə iddianı təmin etməmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyil və ümumilikdə icraat zamanı müəyyən edilmiş mübahisəsiz hallar cavabdehin həmin dəlilini ümumiyyətlə təkzib edir. Belə ki, iş materiallarına əlavə edilmiş (cild 1, səh 63) cavabdehin AAYDA və Abşeron RİH-nə ünvanlanmış məktubunda göstərilir ki, quyuların üzərinə qapaqları qoyulmuş, lakin yol genişləndirilərkən həmin qapaqlar bərpa edilməmiş və itmişdir. Cavabdeh özü də qapaqların qoyulduğundan məlumatlı idi. Lakin sonradan müraciətləri əsasında məsələni həll etməkdən imtina edən AAYDA-nın yerli təşkilatı öz üzərindən məsuliyyəti atmaq üçün guya qapaqların qoyulmamasına dair iddia səsləndirmiş və cavabdeh də bunu qəbul edərək təqsiri yolu çəkən təşkilatda deyil, məhz iddiaçıda görməklə öhdəliyi icra etməkdən yayınmışdır. İş materiallarında olan (səh.151) AAYDA-nın Qanuni nümayəndə məktubunda qeyd olunur ki, Xırdalan şəhərindəki H.Əliyev prospektinin abadlaşdırılması zamanı mövcud (gözlə görünən) kommunikasiya baxış quyuları prospektin asfalt beton səviyyəsinə qaldırılmışdır. Elektrik enerjisi xəttinin çıxış quyularının yeri (koridanları) təyin edildikdən sonra həmin quyuların bərpasına münasibət bildirmək mümkündür. İş materiallarnda olan (səh.204) texniki şərtdə qapaqların sayı və forması, ölçüləri öz əksini tapmışdır. Belə ki, sənədin “Qeyd” hissəsində aşağıdakılar göstərilmişdir:
1. Quyugövdəsi M-300 markalı betondan yerinə yetirilir;
2. Quyuqapağının üst səviyyəsi yol və səki səviyyəsinin konstruksiyası ilə uyğunlaşdırılmalıdır;
3. Quyugövdəsinin montajından əvvəl istehsal sahəsində daxildən və xaricdən 3 qat bitum mastikası ilə hidrolizasiya olunur. İş materiallarına əlavə edilmiş (səh.221) istismara buraxılma aktından müəyyən olunur ki, bütün işlər texniki şərtə uyğun icra edilmişdir. İş materiallarında olan (səh.215) sxemdə xəttin getdiyi marşrut və istiqaməti göstərilmişdir. İş materiallarına əlavə edilmiş (səh.218) “kabel xəttinin quraşdırılmasının qapalı işləri üzrə” 2018-ci il 14 avqust tarixli aktda digər işlərin görülməsi ilə yanaşı 8 ədəd lyukun qoyulması öz əksini tapmışdır. "xxxx" ASC-nin 2024-cü il 8 fevral tarixli məktubunda (cild 2, səh.96) göstərilmişdir ki, 2018-ci il 29 iyun tarixli texniki şərtin icrası təmin edilmişdir. Elektrik təchizatı üç ün nəzərdə tutulan lyuklar və borular asfalt örtüyününün altında qalmış, bu səbəbdən hazırda istifadəyə yararsız vəziyyətdədir. İş materiallarına əlavə edilmiş (cild 2, səh.10-12) ekspert rəyində qeyd olunmuşdur ki, işlər texniki şərtə uyğun olaraq icra edilmişdir. Tərəflər arasında imzalanmış Saziş artıq bitmiş (icra edilmiş) işlərə dair öhdəliklərin icrasını özündə ehtiva edirdi. Yəni sazişin imzalandığı tarixə artıq birinci tərəf üzərinə düşən vəzifələri icra etmişdi. Sazişin imzalanması ilə birlikdə ikinci tərəfin vəzifəsi pul öhdəliyini icra etmək idi. İşdən görünür ki, icra edilməli işlər 2018-ci ilin avqust ayında başa çatmışdır (2018-ci il 14 avqust tarixli Elektra müəssisəsi tərəfindən tərtib edilmiş akt), tərəflər arasında razılaşma isə 2019-cu il 14 oktyabr tarixində, yəni bir i l iki ay sonra imzalanmışdır. İşlərin görüldüyündən və necə görüldüyündən məlumatı olan cavabdeh təşkilatın səlahiyyətli şəxsləri əgər quyulara qapaq qoyulmamışdısa, razılaşmanı imzalamaqdan imtina etməli idilər. Lakin belə hal baş verməmişdir, çünki quyuların üzərinə qoyulmuş qapaqlar saziş imzalanandan sonrakı tarixə həmin yolda başlamış təmir işləri ilə əlaqədar bağlanmışdır. Bütün bunlara baxmayaraq, məhkəmə iddianın həllində cavabdehin lyuklara qapaq qoyulmaması barədə etirazını və işin nəticəsində dolayısı ilə maraqlı olan AAYDA-nın 2024-cü il 1 fevral tarixli məktubunu nəzərə almışdır.
45. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Birincisi, işdən müəyyən olunur ki, 500 metrlik məsafədə çəkilmiş xəttin kəskin kəsişmə nöqtələri mövcuddur və quyuların qazılmaması mümkün deyil. Kəskin kə sişmə nöqtəsindən boruların döşənməsi və xəttin çəkilməsi quyu (lyuk) olmadan texniki baxımdan istisna olunur. İkincisi, işin mübahisəsiz halıdır ki, xəttin əsas hissəsi H.Əliyev prospektinin kənarındakı səki ilə çəkilmişdir. Səkinin üzərində diametri 80 sm olan quyunun qapaqsız saxlanması mümkün deyil. Bu bir qayda olaraq işıqlandırılmayan küçədə insan həyatı üçün təhlükə mənbəyidir, üstəlik nəzərə alınsa ki, quyudan yüksək gərginlikli elektrik xətti keçir, ən əsası isə insanların və nəqliyyatın sıxlıq təşkil etdiyi həmin küçədə qeyd edilən ölçüdə lyukların qapaqsız saxlanmasına heç kim imkan verməzdi. Üçüncüsü, ekspert rəyi və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, xəttin yolun təmirə düşməyən hissəsində quyuların üzərində qapaqlar mövcuddur. Cəmi 8 ədəd quyunun 2- nə qapaq qoyulub, digər 6-na qoyulmamasının heç bir məntiqli açıqlaması yoxdur. Dördüncüsü, iş materiallarında olan istismara qəbul aktı və digər sənədlərdən müəyyən olunur ki, işlər texniki şərtə uyğun icra edilmişdir. Beşincisi, texniki şərtin istismara qəbul edilməsinə səlahiyyətli orqan olan "xxxx" ASC işlərin texniki şərtə uyğun icra edildiyini qəbul edirsə, belə olan halda işləri kortəbii görərək qapaqların üstünə asfalt örtüyü çəkən AAYDA-nın deyil, məhz ASC-nin rəyi daha mötəbər hesab edilməli idi. Dolayısı ilə işin materiallarında lyuklara qapaq qoyulmamasına dair cavabdehin etirazı və quyuların üstünü bağlamış AAYDA-nın rəyindən başqa hər hansı mötəbər və tutarlı sübut mövcud deyil. Lakin məhkəmə iddianın təmin edilməsi üçün yetərli olan sübutları düzgün təhlil etmədən, iddianın rədd edilməsindən ibarət əsassız nəticəyə gəlmişdir.
46. Digər tərəfdən, işdən müəyyən olunur ki, işlərin görülməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh elektrik kabelinin çəkilməsini təmin etməmiş, yolun təmir edildiyini görən iddiaçının nümayəndələri kabelin çəkilməsini tələb etmiş, hətta cavabdehə təklif edilmişdir ki, maddi imkanları yoxdursa, iddiaçı bunu həll etsin, daha sonra cavabdeh çəkilmiş xərci ödəyər. Lakin cavabdeh maddi imkanı olmadığını əsas gətirərək elektrik kabelini çəkməmişdir. Qeyd edilənlərlə yanaşı həm də nəzərə almaq lazımdır ki, 2006-cı ildə yaşayış binasını inşa etmiş cavabdeh təşkilatın çətin vəziyyətini nəzərə alan iddiaçı heç bir əlavə maddi marağı olmadan yaşayış binasına elektrik xəttinin çəkilməsi üçün ilkin olaraq öz vəsaitini xərcləmiş, yüksək s əviyyədə TM inşa etmiş, hətta kabel çəkə biləcəyəni də təklif etmiş, lakin cavabdeh iddiaçının bu davranışlarına adekvat münasibət sərgiləmədən, ona qarşı əsassız ittihamlar irəli sürərək vicdanlı davranmamış və öhdəliyini icra etməmişdir. İddiaçı təşkilat razılaşmanın şərtlərini lazımi qaydada və vaxtında icra etmişdir, hazırkı yaranmış vəziyyət iddiaçının təqsirindən deyil, AAYDA tərəfindən asfalt örtüyünün kortəbii çəkilməsindən qaynaqlanır, buna görə isə iddiaçı məsuliyyət daşımamalıdır.
47. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra “MPM”) 14, 77, 88, 97, 217-ci maddələri üzrə - məhkəmə tərəfindən yalnız cavabdehin izahatının və AAYDA-nın məktubunun nəzərə alınması, lakin zəruri olan və işin həllində əhəmiyyət kəsb edən digər sübutlara düzgün hüquqi qiymət ver ilməməsi prosessual normaların pozulmasına və işin düzgün olmayan həllinə gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin arayışla birmənalı şəkildə sübut olunur ki, quyuların üzərində dəmir qapaqlar olmamışdır. Dəmir qapaqlar olsaydı, asfalt örtük üzərindən götürülərək dəmir qapaqlar (yuvalar) bərpa olunardı. Kassasiya şikayətində işin yalnız faktiki hallarına istinad olunmuşdur. Məhkəmənin səlahiyyəti isə işin faktiki hallarını araşdırmaq deyil, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaqdır. Apellyasiya məhkəməsinin qətnaməsi hazırkı iş üzrə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq qəbul edilmişdir. Görülmüş işlərin nədən ibarət olması və həcmini sübut etmək vəzifəsi id diaçının vəzifəsi olsa da, iddiaçı öhdəliyini icra etdiyini sübut edə bilməmişdir. Həmçinin cavabdeh iradəsindən asılı olmayaraq iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunmanı həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan işlərin görülməsi heç də müqavilə öhdəliyinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı yuva və quyuların quraşdırılmasını, kabel xətlərinin çəkilməsini yerinə yetirsə də, həmin kabel xətlərinin keçdiyi lyukların üzəri qapaqla örtülməmişdir, bu isə nəticədə yolların təmiri zamanı quyuların asfalt örtük altında qalmasına səbəb olmuş və cavabdehin həmin quyulardan istifadəsini mümkünsüz etmiş, cavabdeh yeni texniki şərtlərlə yeni xətt çəkmək məcburiyyətində qalmış və hazırda cavabdeh tərəfindən həmin qoşu lmanın həyata keçirilməsinə zərurət aradan qalxmışdır. Cavabdehin öhdəliyin icra edilməməsində təqsiri müəyyən edilməmişdir. Cavabdeh öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşıya bilərdi ki, pozuntu onun cavabdeh olduğu haldan irəli gəlmiş olsun. Lakin göründüyü kimi iddiaçı tərəfindən müqavilə öhdəliyinin lazımınca icra edilməməsi nəticəsində cavabdehin iradəsindən asılı olmayaraq razılaşdırılmış məqsədə çata bilməmiş və bu səbəbdən də pul ödənişinin ödənilməsi barədə öhdəliyini yerinə yetirməmişdir. Kassasiya baxışının hədləri
49. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya ins tansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. …” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. …” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerin ə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
52. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sü but etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Baxılan iş üzrə mübahisələndirilən məsələ tərəflərin müqavilə öhdəliklərini lazımınca icra etmələrinin müəyyən edilməsi ilə bağlı olduğundan, bununla bağlı hüquqi qiymətləndirmənin aparılması məqsədilə əvvəlki kassasiya icraatı zamanı icrası məcburi olan göstərişlər verilməklə, iş yeni apellyasiya baxışına göndərilmişd ir.
54. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tikintitexniki ekspertizası keçirilmiş, ekspert rəyi ilə iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən 2018-ci il 29 iyun tarixində təsdiq edilmiş TX-18/0633 nömrəli texniki şərtlərdə nəzərdə tutulmuş işlərin (trassanın qazılması, plastik boruların qazılmış xəndəklərə yerləşdirilməsi, lyukların qoyulması, yuvaların quraşdırılması və sair) iddiaçı tərəfindən icra edildiyi müəyyən edilmişdir.
55. Həmçinin Biləcəri ETSİ tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xidməti məlumata əsasən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında Biləcəri ETSİ-yə ünvanlanmış müraciətə yerində baxılmış və məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında iddiaçıya məxsus 1 girişli, 16 mərtəbəli yaşayış binası üçün verilmiş TX-18/0633 saylı 2018-ci il 29 iyun tarixli texniki şərtin bəndləri yerinə yetirilmişdir. Eyni zamanda cavabdehin elektrik təchizatı üçün nəzərdə tutulmuş və iddiaçı ilə razılaşmaya əsasən lyuklar və borular vardır, lakin halhazırda istifadəsi mümkün deyildir. Buna səbəb isə Xırdalan-Binəqədi yolunun genişləndirilməsi zamanı lyukların asfalt örtüyünün altında qalaraq istifadəyə yararsız vəziyyətə düşməsidir.
56. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən texniki şərtlərə uyğun olaraq iddiaçıya məxsus 1 girişli, 16 mərtəbəli yaşayış binası üçün verilmiş TX-18/0633 saylı 2018-ci il 29 iyun tarixli texniki şərtin bəndləri yerinə yetirilmişdir. Eyni z amanda cavabdehin elektrik təchizatı üçün nəzərdə tutulmuş və iddiaçı ilə razılaşmaya əsasən texniki şərtlərə uyğun lyuklar və yuvalar quraşdırılmışdır.
57. Məhkəmə cavabdehin texniki şərtlərə uyğun lyuklar və yuvalardan istifadə etməsinin yolun genişləndirilməsi səbəbindən mümkünsüz olmasına, iddiaçı tərəfindən razılaşma sazişi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi kimi qiymətləndirərək, iddianın əsassız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
58. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (MM-nin 425.1-ci maddəsi).
59. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı tərəfindən müvafiq texniki şərtlərə uyğun işlər yerinə yetirilməsinə, transformator məntəqəsinin (tərəflər arasında 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişinin bağlanmasınadək 2018-ci il ilin yanvar-mart aylarında yekunlaşmasına) hazır olmasına baxmayaraq, cavabdeh yeraltı elektrik xəttinə və transformatora qoşulmanı təmin etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında, qoşulmanın həyata keçirilməməsini iddiaçı tərəfindən müraciət olunan vaxtda elektr ik xəttini çəkmək imkanının olmaması ilə izah etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazır təqdim etdiyi icranı cavabdehin sonradan yolun genişləndirilməsi tədbirləri çərçivəsində yerinə yetirilmiş işlərə görə qəbul edə bilməməsinin nəticələrinə görə sonuncunun məsuliyyətinin müəyyən edilməsi və yerinə yetirilmiş işlərin dəyərinin tutulmasına dair iddianın təmin olunmaması MM-nin 442 (bax bu qərarın 51-ci bəndi) və 446-cı maddəsinin tələblərinə zidd olmuşdur.
60. MM-nin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 446.2-ci maddəsinə əsasən kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin.
61. Məhkəmə kollegiyası, MM-nin 446-cı maddəsində müəyyən edilən dispozisiya şərtlərinin olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində nəzərdə tutulan, cavabdeh üçün yerinə yetirdiyi işlərin dəyərini tələb etməkdə haqlıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmələr tərəfindən işin mahiyyəti üzrə araşdırma aparıldığından, əlavə sübutların araşdırılmasına zərurət olmadığından və müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün ol duğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddia əsaslı olduğundan iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulm uş və ya düzgün tətbiq edilməmiş olsun.
63. Azərbaycan Respublikasının MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 fevral tarixli 2-2(105)-3/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən 31.000 (otuz bir min) manat əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 31.200 (otuz bir min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.