Məhkəmə qərarları › İş №2-2(102)-392/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-392/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-392/2025 25.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi, müqavilənin qismən etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pulun tutulması və müqavilənin qismən etibarsız hesab edilməsi tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(104)-4/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 29 sentyabr tarixində satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 017 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, satıcı mebel istehsalı fəaliyyətindən yaranmış mal-qalıqlarını (bundan sonra mal adlandırılacaq) alıcıya təqdim edir. Alıcı isə həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul edir. - 1.2-ci bəndinə əsasən, hazırkı müqavilə satıcının əvvəlki mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının alıcıya keçirilməsi və alıcının fəaliyyətinin təmin edilməsi məqsədilə bağlanır. - 4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. - 4.3-cü bəndinə əsasən, alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıc ının çəkdiyi və çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə satılmış malların ƏDV ilə birlikdə dəyəri olan 198.240 manat və borclunun icranı gecikdirdiyi üçün qeyd olunan məbləğin 5 faizinin, yəni 9.912 manat pul və ödənilmiş 500 manat dövlət rüsumu (200 manat mediasiya xərci və 300 manat dövlət rüsumu) da nəzərə alınmaqla, ümumilikdə 208.652 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həm çinin 2020-ci il 29 sentyabr tarixli 017 saylı alqı-satqı müqaviləsinin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci il 30 sentyabr tarixində iddiaçı dəyəri ƏDV ilə birlikdə 198.240 manat olan mebel avadanlıqları cavabdehə satmışdır. Bununla əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatı vasitəsilə cavabdehin elektron qutusuna EBAQ 665616 nömrəli elektron qaimə-faktura göndərilmiş və həmin qaiməfaktura təsdiq edilmiş, lakin cavabdeh tərəfindən ona olan 198.240 manat borc hələ də ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən 2021-ci il 15 iyun tarixli məktubla cavabdehə müraciət olunsa da, cavabdeh borcu ödəməmişdir. Həmçinin, müqavilə bağlanarkən iddiaçı aldadıldığından müqa vilə qismən etibarsız sayılmalıdır.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Ulusoy Group MMCnin həm təsisçisidir, şirkətin 50 % pay sahibidir, digər təsisçi isə bərabər payla Ak Turandır. Cavabdeh MMC İddiaçı və Ak Turanın şərikli fəaliyyəti olmuşdur. Belə ki, adı çəkilən şəxslər arasında xx.xx.2017-ci il tarixli birgə ortaqlıq haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər "xxxx" MMC müəssisəsini yaradıb birgə fəaliyyət göstərmək niyyətində olublar. "xxxx" MMC-nin yaradılmasına baxmayaraq İddiaçı öz VÖEN-lə sərildikdən kənar ayrıca digər şəriki Ak Turanın avadanlıqlarını öz balansına qoyaraq 2017-2020-ci illərdə fəaliyyət göstərib və Barış Mebel MMC ilə bağlı il kin razılaşmanı pozub. Ak Turan isə İddiaçı qeyd olunan hərəkətlərindən ciddi narazı qalmışdır. Bunun nəticəsində tərəflər 2020-ci ilin mart-aprel aylarından etibarən həm İddiaçı VÖEN lə fəaliyyətini, həm də "xxxx" MMC-nin fəaliyyətini dayandırıb, yenidən, 2020-ci ilin avqust ayında düzgün olan Cavabdeh MMC şirkətini qurublar və şərikli münasibətlərini yeni şirkət Cavabdeh MMC-nin adından aparmağa başlamışdılar. Yeni şirkət qurularkən əvvəlki şərikli fəaliyyətdən, yəni ki, İddiaçı malları qalmışdır. Məhz bu malların yeni yaradılmış Ulusoy Group MMC şirkətinə keçirilməsi məsələsini həll etmək lazım idi ki, Ulusoy Group MMC fəaliyyətə başlaya bilsin. Bu məsələni həll etmək üçün İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli formal olaraq alqı-satqı müqaviləsi imzalanmışdı və İd diaçı xx.xx.2020-ci il tarixdə Ulusoy Group MMC-yə elektorıı qaimə-faktura təqdim etmişdi. Elektron qaimə-faktura isə təsdiqlənmişdi və həmin mallar Cavabdeh MMC-nin balansına keçmişdi. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı yalnız malların təqdim edilməsi ilə bağlı satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul olunmuş qərar əsasında həyata keçirilir. Qanunda müqavilə azadlığı vardır ki, tərəflər istədikləri müqaviləni bağlaya bilərlər. Odur ki, iddia tələbi ƏDV-nin ödənilməsi hissəsi istisna olmaqla qalan hissələrdə əsassızdır.

5. Cavabdehin nümayəndəsi Ak Turan məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh MMC-nin həm təsisçisi, həmdə şirkətin əlli faiz pay sahibidir və Cavabdeh MMC yaradılarkən təsisçilərin öhdəlikləri olmuşdur və həmin öhdəlikdən biri kimi İddiaçı balansında olan əmlakların Cavabdeh MMC-yə verilməsi olmuşdur. Tərələr arasında heç bir real alqı-satqı əməliyyatı olmamışdır, yalnız malların əvvəlki şərikli fəaliyyətdən yeni şərikli fəaliyyətə köçürülməsi olmuşdur.

6. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 17 iyun tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən satılmış malların ƏDV ilə birlikdə dəyəri olaraq 198.240 manat, 200 manat mediasiya xərci, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198.730 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – K.Vəliyev).

7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 29 sentyabr tarixində 017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni satıcı adından iddiaçı, alıcı adından isə cavabdehin rəhbəri Ak Turan imzalamışlar. Müqavilənin obyekti satıcıya məxsus daşınar əşyalar olmuşdur. Elektron qaiməyə əsasən 017 nömrəli alqı-satqı müqaviləsi əsasında 198.240 manat dəyərində yataq və yemək dəstləri cavabdehə (alıcı) təhvil verilmişdir. Bunlarla bərabər həmin alqı-satqı müqaviləsində verilmiş əşyaların dəyərinin ödənilməli olmaması barədə müddəalar da qeyd olunmuşdur ki, mübahisənin də kökündə məhz bu məsələ dayanır.

8. Məhkəmə malların əvəzinin ödənilmədən verilməsi barədə müqavilədə yazılmış olan müddəalara münasibət olaraq qeyd etmişdir ki, müqavilə növü kimi alqı-satqı müqaviləsi seçilmiş və müqavilənin bəndlərində müqavilə tərəfləri olaraq “alıcı” və “satıcı” göstərilmişdir. Həmçinin müqavilədə malların satıcı tərəfindən alıcıya verilməsi, o cümlədən malların vergi qaimə-faktura əsasında alıcıya təhvil verilməsi şərtləndirilir. Belə olan vəziyyətdə müqavilənin məzmununun qanunla imperativ olaraq müəyyənləşdirilmiş qaydasına zidd davranış istisna olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. MM-in 567-658-ci maddələrini əhatə edən 29-cu fəslində alqı-satqı müqaviləsinə dair çoxlu sayda müddəalar göstərilmişdir. Lakin həmin müddəalın hər hansı birind ə alqı-satqı müqaviləsində əşyanın əvəzsiz verilməsinin mümkün edən hallar nəzərdə tutulmamışdır.

9. Məhkəmə müqavilədə yazılmış olan və malların əvəzinin ödənilmədən verilməsi barədə ifadələri müqavilənin məzmunu ilə bütövlükdə müqayisə edərək daha sonra qeyd etmişdir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir hesab olunmur. Həmin ifadələrin hərfi mənasına əsaslanmaq, tərəflərin iradə ifadəsinin həqiqi mənasına və alqısatqı müqaviləsinin məzmununun qanunla imperativ qaydada müəyyənləşdirilmiş qaydasına zidd yanaşma olardı. Müqavilədə olan 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlər zahirən əvəzsizlik görünüşü yaratmış olsa da, satıcının həqiqi niyyətinə və alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş məzmununa uyğun olmadığından, bu mənada hüquqi nəticə yaratmaq keyfiyyətinə malik d eyil. Məhkəmə iclasında səsləndirilən səs yazısından eşidilir ki, danışıqlar məqamında, yəni müqavilə imzalanmamışdan əvvəl məzmunu satıcıya alqısatqı müqaviləsi kimi təqdim edilir. Tərəflər arasında olan danışıqlar onların iradə ifadəsinin şifahi formasıdır.

10. Məhkəmə müqavilədə malların qiymətinin və borcun ödənilməsi müddətinin göstərilməməsi barədə qeyd etmişdir ki, malların qiyməti qaimə-faktura sənədində nəzərdə tutulmuşdur. Bundan başqa, MM-in 597.1-ci maddəsində deyilir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, MM-in 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafi q surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında olan yazışmalardan görünür ki, iddiaçı malların dəyərinin ödənilməsini cavabdehdən tələb etmişdir.

11. Məhkəmə MM-in 352-ci maddəsinə istinad edərək iddia tələbinin müqavilənin qismən etibarsız hesab edilməsi hissəsinin əsassız olması qənaətinə gəlmiş və qeyd etmişdir ki, müqavilənin etibarsız sayılması tələb olunan hissələrində malların verilməsindən bəhs olunur ki, malların verilməsi olmadan müqavilə bağlana bilməzdi. Qismən etibarsız sayılmanın əsasları mövcud olmamışdır.

12. Məhkəmə 9.912 manat məbləğində gecikmə faizinin tutulması tələbini də əsassız hesab edərək, iddia tələbinin həmin hissə üzrə də təmin olunmaması qənaətinə gəlmişdir.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 390, 404.1, 404.2, 427.4, 442, 448.1, 567 və 599.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(104)-4/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamış, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə mediasiya prosesinə görə çəkilmiş xərcin iddiaçıya aid olunması qət edilmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – R.Mamedov və A.Bayramov).

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələblərinə ayrıayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddianın müqavilənin bəndlərinin etibarsız hesab edilməsi hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Çünki, iddianın həmin hissəsi bilavasitə alqı-satqı müqaviləsinin predmeti olan malların dəyərinin ödənilməsi məsələsinin həllinə təsir göstərir.

17. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından, kollegiya həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin rəhbəri Ak Turanla münasibətləri normal olduğundan ona inanaraq tərtib edilən sənədləri, o cümlədən mübahisələndirilən alqı-satqı müqaviləsini oxumadan imzaladığını iddia etmişdir. Başqa sözlə, iddiaçı müqavilənin 1.1, 1.2, 4.2 və 4.3-cü bəndlərinin onun iradə ifadəsini əks etdirmədiyini əsas göstərməklə həmin bəndlərin etibarsız olduğunu iddia etmişdir. Halbuki, müqavilə iddiaçının bilavasitə özünün iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. O cümlədən, iddiaçı tərəf müqavilənin surətinin onlara verilmədiyini bildirsə də, lakin tərəflər arasında bağlanmış müqavilənin 7.6-cı bəndində təsbit edilmişdir ki, müqavilə iki səhifədən ibarətdir, Azərbaycan dilində tərtib olunm uş və tərəflərə təqdim olunur. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimədə (İ cild, səh. 41) mübahisələndirilən müqavilənin bağlandığı tarix və nömrəsi barədə məlumatlar göstərilmişdir. İşin bu halı da bir daha iddiaçı tərəfin göstərilən dəlillərinin əsassız mülahizələr olduğunu təsdiq etmişdir.

19. Məhkəmə kollegiyası MM-in 339.3-cü maddəsini vurğulayaraq qeyd etmişdir ki, işin halları göstərilən hüquq normaları baxımından tədqiq olunduqda, iddiaçının cavabdeh tərəfindən aldadılmaqla müqavilənin bağlanması barədə nəticəyə gəlməyə əsas verən halların mövcud olmadığı görünür. İddiaçı könüllü olaraq cavabdehlə müqavilə bağlamış və hüquqi nəticələri görərək bunu arzu etmişdir. Bir sözlə tərəflər arasında bağlanmış əqd iddiaçının həqiqi iradə ifadəsini əks etdi rmişdir. Həm də nəzərdən qaçırmaq olmaz ki, MMin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Hazırkı müqavilənin etibarsız sayılması tələb olunan hissələrində malların verilməsi; malların dəyərinin ödənilməsi qaydası və s. bəhs olunur ki, göstərilən bəndlər olmadan ümumiyyətlə müqavilə bağlana bilməzdi. İşin göstərilən halı da bir daha onu deməyə əsas verir ki, əqdin mübahisələndirilən bəndlərinin etibarsızlığından söhbət gedə bilməz.

20. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin alqı-satqı müqaviləsi üzrə malların dəyərinin ödənilməsi hissəsini də əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlə dən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri sistemli şəkildə təhlil edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı və Ak Turan cavabdeh şirkətdə 50 faiz pay sahibidirlər. Bununla belə, tərəflər arasında bağlanmış müqavilənin şərtləri isə MM-in 567-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin predmeti malların alqı-satqısı deyil də, mebel istehsalı fəaliyyətindən yaranmış mal qalıqlarının satıcı tərəfindən alıcıya təqdim edilməsi olmuşdur. Eyni zamanda, müqavilədə alıcının da həmin malları dəyəri ödənilmədən satıcıdan qəbul etməsi nəzərdə tutulmuşdur ki, işin bu halı da müqavilədə göstərilən malların alqı-satqı predmeti olması halını birmənalı olaraq təkzib edir. Xüsusilə, tərəflər müqavilə şərtləri ilə razılaşmışlar ki, müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. Əqdin ad olaraq “alqı-satqı müqaviləsi” kimi rəsmiləşdirilməsi, müqavilə tərəflərinin adının da “satıcı” və “alıcı” göstərilməsi əqdin alqı-satqı müqaviləsi olması anlamına gəlmir. Çünki, müqavilənin təfsiri zamanı əsas faktorlar iradə ifadəsi, müqavilənin şərtləri, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətləri və s. elementlərdir.

21. İddiaçı tərəfin “CD diskdəki səs yazılarını məhkəməyə təqdim etmişlər, səs yazısında cavabdehin nümayəndəsi müqaviləni oxuyub izah edir v ə malların cavabdehə satılmasını bildirir” barədə arqumentləri də kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, əvvəla müqavilə şərtlərinin təfsiri nəticəsində əqdin alqı-satqı müqaviləsi olmadığı məlum olur. Digər tərəfdən də həmin səs yazısı müqavilə bağlandıqdan sonra qeydə alınmışdır.

22. Məhkəmə kollegiyası müqavilənin şərtlərini MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından tədqiq edərək, müqavilədə göstərilən malların alqı-satqı predmeti olmadığı və alıcının həmin malların dəyərini ödəmək öhdəliyi daşımadığını qənaətinə gəlmişdir. Belə ki, tərəflərin müqavilədən sonrakı hərəkətlərindən müəyyən edilir ki, müqavilədə göstərilən mallar iddiaçı tərəfindən cavabdehə təqdim olunmamışdır. İddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, cavabd eh də malların ona təhvil verilmədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə də bu məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nda elektron qaimənin forması müəyyən olunmuşdur. Həmin formaya görə elektron qaimədə müəssisənin rəhbəri, malları təhvil verən-təhvil alan və s. məlumatlar göstərilməlidir. Hazırkı işdə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimə isə göstərilən tələblərə cavab vermir. Bu halda, həmin elektron qaimə müqavilədə göstərilən malların cavabdehə təhvil verilmiş olması qənaətinə gəlməyə əsas sayıla bilməz. İstər alqı-satqı, istərsə də əvəzsiz istifadə müqaviləsi natamam ikitərəfli müqavilə olduğundan müqavilə üzrə hər hansı maddi obyekt alan üçün hüquq və vəzifələr müqavilə bağlandığı anda deyil, məhz satanın və ya əvəzsiz istifadəyə verənin müqavilə öhdəliklərini yerinə yetirməsi nəticəsi olaraq yaranır. Hazırkı işdə isə iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş olması müəyyən edilməmişdir. 23. “Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf malları qəbul etdiyini etiraf etmişdir” barədə iddiaçı tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında cavabdehi onun nümayəndəsi (təsisçi) Ak Turan və digər nümayəndəsi (vəkil) Vəkil2 təmsil etmişlər. Vəkil2 verdiyi izahatında elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirmişdir (İ cild səh. 180, məhkəmə iclas protokolu). Bununla belə, həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi (təsisçi) Ak Turan da iştirak etmiş, lakin Ak Turan malların onlara təhvil verildiyini bildirməmişdir. Əksinə, o bildirmişdir ki, real heç bir alqı-satqı əməliyyatı olmamışdır.

24. Kollegiya qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə işin nümayəndə vasitəsilə aparılması nəzərdə tutulmuşdur. Baxılan işdə nümayəndə (vəkil) Vəkil2 iddianı qismən etiraf edərək elektron qaimə fakturanın təsdiqləndiyini və malların cavabdehin balansına keçdiyini bildirsə də, nəzərə almaq lazımdır ki, vəkil hüquqi şəxsin təsisçisi, işçisi və ya digər məsul şəxsi deyildir. Yəni vəkil tərəflər arasındakı sahibkarlı q fəaliyyətinin bilavasitə və ya dolayı yolla iştirakçısı deyil. O, hazırkı məhkəmə mübahisəsi başladıqdan sonra hüquqi xidmət göstərilməsi barədə müqavilə əsasında işə cəlb edilmiş şəxsdir. Cavabdehin təsisçisi Ak Turandır, həmin şəxs də məhkəmə iclasında verdiyi izahatında malların onlara təhvil verilmədiyini bildirmişdir. Aparılan təhlilin yekunu olaraq, kollegiya malların qəbul edilməsi məsələnin həllində cavabdehin təsisçisi Ak Turanın məhkəmə iclasında verdiyi izahatın əsas götürülməsi qənaətinə gəlmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, iddianın etiraf edilməsinin qanuna zidd olubolmaması yalnız iddia tələblərinin öz-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, h əmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab oluna bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə, iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul oluna bilməz.

26. Qeyd olunanlara əsasən kollegiya iddiaçının 2020-ci il 29 sentyabr tarixində 017 nömrəli müqavilədə göstərilən malların dəyərini cavabdehdən tələb etməkdə haqlı olmaması qənaətinə gəlmişdir. Bununla belə, müqavilədə göstərilən malların iddiaçı tərəfindən cavabdeh təqdim edilməsi sübuta yetirilmədiyindən, həmin malların əlavə dəyər vergisi də cavabdehdən tutul a bilməz. Çünki, əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə, keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır (“Əlavə dəyər vergisi haqqında” Qanun maddə 1). Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuşdur ki, ƏDV məbləğinin ödənilməsi alıcının ümumi yığıncağı tərəfindən qəbul olunmuş qərar əsasında həyata keçirilir. Belə qərarın qəbul edilməsi isə iş materiallarından müəyyən olunmamışdır.

27. Gəldiyi qənaətə uyğun olaraq kollegiya müqavilə üzrə borcun ödənilməsindən irəli gələn digər tələb üzrə (beş faiz borcu) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Çünki müqavilə üzrə borcun tutulması tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna etmişdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.5, 339.3, 352, 390.1, 404.1, 404.2 və 567-ci maddələrinə və MPM-in 14.1, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İş materiallarına əlavə edilmiş CD-daşıyıcıda əks olunmuş səs yazısı, mübahisəli hüquqi münasibətin məğzini təşkil edən alqı-satqı müqaviləsinin mahiyyətini, tərəflərin qarşılıqlı razılığını, malın faktiki təhvil verilməsini və cavabdeh tərəfin bu faktlara münasibətini açıq və qəti şəkildə sübut edən əhəmiyyətli sübutlardan biridir. Həmin səs yazısı, tərəflər arasında bağlanmış müqavilənin faktiki imzalanması zamanı baş vermiş danışıqları, tərəflərin iradəsini və niyyətlərini əks etdirir və buna görə də sübut hüququ baxımından birbaşa əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə əks olunan səs yazısına istinad olunmuş, lakin həmin sübut forma və məzmun baxımından düzgün təhlil edilməmiş və nəticə etibarilə sübut kimi hüquqi dəyəri nəzərə alınmamışdır. Lakin təqdim olunmuş səs yazısının mətnindən açıq şəkildə görünür ki, ifadələr cavabdehin nümayəndəsinin iddiaçının müqaviləni oxumaq və onunla tanış olmaq hüququnu məhdudlaşdırmağa yönəlmiş davranışını, dig ər tərəfdən isə müqavilənin formalaşması zamanı baş verən iradə pozuntusunu göstərir. Bundan əlavə, səs yazısında cavabdeh nümayəndəsinin müqaviləni iddiaçıya təqdim edərək onun imzalanmasına nail olduğu, səs mühitində imzalanma səslərinin də eşidildiyi aydın şəkildə müəyyən olunmuşdur. Bu ifadələrdən aydın şəkildə görünür ki, cavabdeh tərəfin nümayəndəsi iddiaçıya müqaviləni oxumağa imkan vermək əvəzinə onu tələsdirərək müqaviləni oxumamasını istəmiş və bu hərəkəti ilə iddiaçının iradə azadlığına müəyyən səviyyədə təsir göstərmişdir. Müqavilənin məzmunu barədə cavabdeh nümayəndəsi özü izahat verərək söhbət edilən sənədin alqısatqı müqaviləsi olduğunu, malın təhvil verildiyini və müvafiq qaimə-faktura əsasında hüquqi münasibətlərin formalaşdığını birbaşa təsdiq etmişdir. Belə olan halda, a pellyasiya məhkəməsinin səs yazısının hüquqi dəyərini nəzərə almaması və oradakı məzmunu təhrif etməsi sübutların qiymətləndirilməsi prinsiplərinə ziddir. Bundan əlavə, məhkəmənin həmin səs yazısını “müqavilədən sonra qeydə alınmış” kimi qiymətləndirməsi də həqiqətə uyğun deyil, çünki səs yazısı zamanı müqavilənin imzalanması da baş verir. Başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid oluna bilməz. Bu baxımdan, təqdim olunmuş səs yazısı qanuni yolla əldə edilmiş, bilavasitə tərəflər arasında baş vermiş, hüquqi münasibətin məzmununu əks etdirən sübutdur.

31. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanmış sorğular əsasında əldə edilmiş rəsmi məlumata görə, cavabdeh tərəfindən 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 31 dekabr tarixinədək olan dövr ərzində ölkəyə hər hansı mal və ya xammal idxalı həyata keçirilməmişdir. Apellyasiya məhkəməsi təqdim edilmiş gömrük məlumatlarını, cavabdehin idxal və daxili alış sənədlərinin yoxluğunu, eləcə də cavabdehin ixrac etdiyi məhsulların mənşəyi ilə bağlı qeyri-müəyyənliyi nəzərə almamış, bu hallara ümumiyyətlə toxunmadan qətnamə qəbul etmişdir. Bu fakt müqavilənin faktiki icrasını və cavabdeh tərəfindən iddiaçıdan malların qəbul edildiyini birbaşa sübut edən dolayı sübut kimi çıxış edir. Cavabdehin ixrac etdiyi malların növü, tərkibi və miqdarı ilə iddiaçı tərəfindən təqdim edilən malların uyğunluq təşkil etməsi, müqavilənin icra olunduğunu və malların cavabdeh tərəfindən təhvil alındığını təsdiqləyir. İddiaçı tərəfindən təqdim olunmuş Dövlət Gömrük Komitəsinin rəsmi cavabı - mübahisəyə aid olan dövrdə cavabdeh tərəfindən ölkəyə heç bir mal və ya xammal idxal edilmədiyini sübut edən rəsmi sənəddir. Bu sənəd rəsmi dövlət qurumu tərəfindən tərtib olunduğuna və MPM-in 89.1-ci maddəsinə əsasən rəsmi sənəd hesab olunduğuna görə onun hüquqi qüvvəsi və dəlil kimi əhəmiyyəti mübahisələndirilə bilməz.

32. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 17 iyun tarixli 2- 2(115)433/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, Bakı Kommersiya Məhkəməsində müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Lakin həmin iddia Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli qətnaməsi ilə rədd edilmiş, bu qətnamə isə apellyasiya və kassa siya instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Bu o deməkdir ki, 2020-ci il 29 sentyabr tarixli müqavilənin etibarsızlığına dair iddianın hər üç instansiya tərəfindən rədd olunması ilə müqavilənin hüquqi qüvvədə olması artıq hüquqi qənaət kimi formalaşmış və tərəflər üçün məcburi hüquqi əhəmiyyət kəsb edən məhkəmə aktı ilə təsdiqlənmişdir. Sonradan cavabdehin eyni müqaviləyə dair (e-qaimə faktura və müqavilənin ləğvi ilə bağlı) müxtəlif iddialar irəli sürməsi, bu mövqeyini müxtəlif məhkəmə instansiyalarında mübahisələndirməsi, lakin hər dəfə bu iddiaların rədd edilməsi faktı onun iddia və müdafiə mövqeyinin əsassız olduğunu bir daha təsdiqləyir. Əlavə olaraq, cavabdehin malların ona ümumiyyətlə təhvil verilmədiyini iddia etməsi artıq məhkəmə mübahisəsinin predmetindən yayınmaq və s üni müdafiə mövqeyi formalaşdırmaq məqsədi daşıyır.

33. Cavabdehin məhkəmə icraatının müxtəlif mərhələlərində verdiyi ifadələrdəki ziddiyyətlər, xüsusilə iddia ərizəsinə dair verdiyi etirazda iddianın “elektron qaimə-faktura üzrə 30.240 manat ƏDV məbləğinin ödənilməsi hissəsində” qəbul edilməsindən, eləcə də 2022-ci il 29 mart tarixli etiraz ərizəsində “Bütün mallar və mal qalıqları yeni şirkətə keçirildi” ifadəsindən açıq şəkildə göründüyü kimi, malların təhvil alındığına təsdiqlər məhkəmə tərəfindən qiymətləndirilməli və cavabdehin sonrakı ziddiyyətli mövqelərinə qarşı hüquqi mövqe kimi nəzərə alınmalı idi. Lakin apellyasiya məhkəməsi tərəfindən bu ziddiyyətli ifadələrə hüquqi qiymət verilməmiş, bu hallar araşdırılmamış, nəticədə isə qəbul edilmiş məhkəmə aktı yetərli əsaslandırmadan və məntiqi ardıcıllıqdan məhrum olmuşdur. Eyni zamanda, cavabdeh Turan Ak Bakı Kommersiya Məhkəməsində məhkəmə iclasında bilavasitə özü tərəfindən verilmiş izahatında bildirmişdir ki, “iddiaçı cavabdeh şirkətin həm təsisçisi, həmdə şirkətin əlli faiz pay sahibidir və cavabdeh şirkət yaradılarkən təsisçilərin öhdəlikləri olmuş, həmin öhdəlikdən biri kimi iddiaçının balansında olan əmlakların cavabdehə verilməsi olmuşdur. Tərəflər arasında heç bir real alqı-satqı əməliyyatı olmamış, yalnız malların əvvəlki şərikli fəaliyyətdən yeni şərikli fəaliyyətə köçürülməsi olmuşdur”. Qeyd olunan izahatdan açıq şəkildə görünür ki, cavabdeh malların təhvil alındığını bir daha təsdiqləmişdir. Qeyd olunan izahat cavabdehin nümayəndələri tərəfindən deyil, bilavasitə cavabdeh Turna Ak tərəfindən, yəni fiziki şə xs kimi özü tərəfindən verilmişdir. Bu hal məhkəmə protokolları və iş materialları ilə təsdiq olunan açıq bir faktdır. Belə şəraitdə apellyasiya instansiyasının həqiqətə uyğun olmayan və sübutlarla təkzib edilən bu yanaşması, iş üzrə həqiqətin tam və hərtərəfli araşdırılmaması ilə nəticələnmiş, cavabdehin öz etiraflarının hüquqi nəticələri düzgün qiymətləndirilməmişdir. Nəticə etibarilə apellyasiya instansiyası tərəfindən bu sübutlara və izahatlara yönəlik ziddiyyətli və əsassız mövqe qəbul edilmiş, bu isə Ali Məhkəmənin formalaşdırdığı hüquqi yanaşmalara uyğun gəlməməklə yanaşı, qətnamənin qanuniliyi və əsaslılığı baxımından ciddi şübhələr doğurur.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-fakturanın for ması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına əsasən, cavabdehə elektron qaimə-fakturanın təsdiq edilməməsi üzrə belə səlahiyyət verməsinə baxmayaraq, cavabdeh bundan istifadə etməmiş, bu da elektron qaimə-fakturanın təsdiq edilməsi ilə nəticələnmişdir. Bu halda elektron qaimə-fakturanın proqram təminatı tərəfindən təsdiqlənməsi, hüquqi cəhətdən qəbul edənin iradəsi ilə eyniləşdirilir və artıq bu sənədin hüquqi qüvvəyə minməsi üçün əlavə hərəkətə ehtiyac qalmır. Beləliklə, qəbul edənin elektron qaimə-faktura ilə bağlı 5 günlük qanuni müddət ərzində heç bir hərəkət etməməsi, onun passiv davranışının hüquqi nəticə doğurması ilə nəticələnir. Bu, həm qanunvericiliyin məqsədinə, həm də hüququn ümumi prinsiplərinə uyğundur. Bu qəbul edənin passiv davranışının hüquqi nəticə doğurması prinsipinə əsaslanır (lat. qui tacet consentire videtur - susan razı olmuş sayılır). Yəni əgər qanunvericilik şəxsə konkret müddət daxilində etiraz və ya düzəliş hüququ verirsə, lakin bu hüquqdan istifadə olunmursa, bu halda susma razılıq kimi qiymətləndirilir və sistem elektron qaimə-faktura təsdiq olunmuş sayır. 35. 2020-ci il 29 sentyabr tarixli müqavilənin obyekti satıcıya məxsus daşınar əşyalar olmuşdur. Cavabdeh tərəfin malların əvvəlki şərikli fəaliyyət çərçivəsində əldə olunması və müqavilənin formal xarakter daşıması barədə arqumentləri yalnız ehtimala əsaslanan mülahizələrdən ibarət olub, hər hansı hüquqi qüvvəyə malik sübutlarla təsdiqlənməmişdir. İş materiallarında bu istiqamətdə təqdim olunmuş hər hansı maliyyə sənədi, şərikli mülkiyyət hüququnu təsdiqləyən sənəd, inventar siyahısı və ya ortaqlıq müqaviləsi yoxdur. Həmin malların iddiaçıya məxsus olması və alqı-satqı müqaviləsinin predmeti kimi onun tərəfindən təqdim edilməsi iş üzrə mübahisə doğurmayan hal kimi qəbul edilmişdir. Belə ki, müqavilədə satıcının, yəni iddiaçının mülkiyyətində olan malların MMC-yə satılması qeyd olunmuşdur. Əgər mallar əvvəllər tərəflərin ortaq mülkiyyətində olmuşdursa, bu zaman onların hüquqi rejimi “birgə mülkiyyət” və ya “paylı mülkiyyət” prinsiplərinə əsaslanmalı idi. Belə olan halda həmin mallar üzərində alqı-satqı hüququ yalnız digər mülkiyyətçinin razılığı ilə mümkündür. Halbuki, bu cür halların heç biri sübut olunmamışdır. Belə halın olmadığı nəzərə alındıqda, cavabdehin iddialarının hüquqi əsası olmadığı qənaətinə gəlmək labüddür. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən də c avabdehin bu iddiasının araşdırılması və sübutlarla təsdiqlənməsi istiqamətində heç bir prosessual hərəkət həyata keçirilməmişdir. Bu məsələyə dair müvafiq izahatlar almaq, sənədləri araşdırmaq və ya tərəflərin niyyətini aydınlaşdırmaq üçün heç bir tədbir görülməmişdir.

36. Apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə əsaslanılan mühüm müddəalardan biri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 2020-ci il 29 sentyabr tarixli 017 nömrəli alqı-satqı müqaviləsinə əsasən malların cavabdehə təhvil verilməsi halları məhkəmə baxışında obyektiv sübutlarla təsdiqini tapmamışdır. Halbuki, iş materiallarına əlavə olunmuş 2020-ci il 30 sentyabr tarixli elektron qaimə-fakturanın surətindən açıq şəkildə görünür ki, ümumi dəyəri 198.240 manat olan yataq və yemək dəstləri iddiaçı tərəfindən cavabdehə (alıcı) məhz 017 nömrəli müqavilə əsasında təqdim edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin nümayəndəsi və vəkili Vəkil2 öz izahatında açıq şəkildə etiraf etmişdir ki, “2020-ci il 30 sentyabr tarixində iddiaçı tərəfindən təqdim edilən elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiqlənmiş və mallar cavabdehin balansına keçmişdir”. Bu izahatın özü cavabdeh tərəfin malların təhvil alınmasını qəbul etdiyini sübut edir. Bununla belə cavabdeh tərəf və apellyasiya məhkəməsi malların təhvil verilmədiyini bildirərək, yalnız təhvil-təslim aktının təqdim olunmamasına istinad etmiş və elektron qaimə-fakturanın hüquqi qüvvəsini nəzərə almamışlar. Təhvil-təslim aktının mövcud olmaması, malların faktiki olaraq təhvil verilmədiyini sübut etmir. İddiaçı tərəfdən təhvil-təslim aktının tərtib olunmamasının səbəbləri əsaslandırılmış sübutlarla müşayiət olunmuşdur. Qeyd olunan faktların sübut olunması məqsədilə iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyinin müvafiq rəsmi sənədləri - 2023-cü il 24 may tarixli “Əmlakın yerində qiymətləndirilməsinə dair akt”, eləcə də 2023-cü il 11 avqust tarixli 88 nömrəli və 2023-cü il 8 sentyabr tarixli 103 nömrəli sərəncamları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən bəlli olur ki, X5 küçəsi, 72A ünvanında yerləşən əmlak kompleksi iddiaçı tərəfindən cavabdehə icarə əsasında təqdim olunmuş və bu da malların faktiki təhvil yerinin və hüquqi münasibətlərin mövcudluğunu bir daha təsdiqləmişdir. Eyni ərazi daxilində həyata keçirilmiş bu hərəkət üçün nəqliyyat vasitəsinin cəlb edilməsinə və ya ayrıca t əhvil-təslim sənədinin tərtibinə praktiki zərurət yaranmamış, tərəflər arasında da bu proses razılaşdırılmış və təbii qarşılanmışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir.

37. Apellyasiya məhkəməsinin 2025-ci il tarixli qətnaməsində konseptual uyğunsuzluq vardır: bir tərəfdən müqavilə “etibarlı” və “qanunvericiliyə uyğun” hesab olunur, digər tərəfdən isə həmin müqavilənin xarakteri ilə bağlı qeyri-müəyyənlik yaradılır və iradə uyğunluğu sual altına alınır. Belə bir ziddiyyət məhkəmə aktının hüquqi sabitliyini pozur. Həmçinin müqavilənin hüquqi qüvvədə olması ilə bağlı daha əvvəl aparılmış ayrı işlərdə formalaşmış və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına – yəni preyudis ial aktlara apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Müvafiq instansiyalarda aparılmış ayrı mübahisələrdə araşdırılmış və həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müqavilənin etibarlılığı rəsmən təsdiq edilmişdir. Belə ki, digər iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli 2-2(113)-1943/2023 saylı qətnaməsi ilə Ak Turan tərəfindən müqavilənin etibarsız hesab edilməsi tələbi rədd olunmuşdur. Bu qətnamə üzrə verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-687/2023 saylı qətnaməsi ilə təmin edilməmiş, Ali Məhkəmənin 2-2(102)-691/2023 saylı qərarı ilə isə kassasiya şikayəti təmin olunmamış və beləliklə, müqavilənin etibarlılığı hüquqi baxımdan artıq yekun şəkildə təsdiq olunmuşdur. Lakin hazırki iş üzrə ape llyasiya məhkəməsi alqı-satqı müqaviləsinin etibarlı olubolmamasına dair şərh edilməsi nəticəsində artıq müəyyən edilmiş hüquqi həqiqətləri nəzərə almamış, bu faktlara preyudisial qiymət verməmiş və nəticədə maddi hüquq normalarının düzgün tətbiq edilməsinə əngəl yaratmışdır.

38. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 125-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi, MPM-in 77.1, 88, 217, 218-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.3 və 3.4-cü maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh k assasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

40. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən işin obyektiv və tam araşdırılma aparılmadığına istinad olunmuş, lakin iddiaçı bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış və bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də kassasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla formaldır və həmin hallar iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan, apellyasiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya baxışının hədləri

41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.” “Maddə

390. Müqavilə azad lığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı ə şyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. ” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə hə llinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq e tmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstəri lməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəs ində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

46. Kassasiya şikayətində qeyd edilən səs yazısına və digər sübutlara, habelə işin hallarına düzgün qiymət verilməməsi barədə dəlillər isə əsassızdır.

47. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

48. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan biri nci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin hallarının və sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi, toplanması, tədqiq edilməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

49. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tər əfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın g örünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

50. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutlara v ə işin hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 2020-ci il 29 sentyabr tarixli müqavilənin iddiaçının cavabdeh tərəfindən aldadılmaqla bağlanması barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. Habelə, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin bütün şərtləri, o cümlədən tərəflər arasındakı münasibətlər, tərəflərin müqaviləyə qədərki danışıqları və onların sonrakı hərəkətlərini təhlil edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh həmin müqavilənin predmetini təşkil edən malların dəyərini ödəmək öhdəliyini daşımır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən nəticələrə gələrkən istinad etdiyi maddi hüquq normalarının tələblərini pozmamış və gəldiyi nəticəni MPM-in 220.4 və 292.2-ci maddələrinə uyğun olaraq əsaslandırmışdır.

52. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticələrin bir-birinə zidd olması olması barədə dəlillər də əsassızdır.

53. Belə ki, müqavilənin qismən etibarsız hesab edilməsi barədə tələblərə iddianın əsasını təşkil edən hallar və həmin hallara uyğun iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 339.3-cü maddəsinə uyğun qiymət verilmiş və həmin müqavilə aldadılma halı olmadan bağlanmış etibarlı əqd kimi qiymətləndirilmişdir.

54. Müqavilənin predmeti və xarakterinə isə MM-in 324.5, 390.1, 404, 567-ci maddələrinə uyğun qiymət verilərək müəyyən edilmişdir ki, tərəflər həmin müqavilənin predmetini təşkil edən malların dəyərinin ödənilməməsi barədə razılığa gəlmişlər.

55. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi hallar tətbiq etdiyi maddi hüquq normalarına uyğun olmaqla ziddiyyət təşkil etmir.

56. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli 2-2(113)-1943/2023 nömrəli qətnaməsi ilə Ak Turan tərəfindən irəli sürülmüş müqavilənin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi, müqavilənin etibarlılığına hüquqi qiymət verilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən preyudisial halların nəzərə almaması barədə dəlillər də əsassızdır.

57. Belə ki, həmin iddianın əsası ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh MMCnin təsisçisi olduğuna görə 2020-ci il 29 sentyabr tarixli müqavilə hüquqi şəxsə aidiyyəti olan şəxslə bağlanmış əqd hesab edilir, lakin həmin müqavilə bağlanarkən MM-in 49-1.2- ci maddəsinin tələblərinə (müqavilə bağlanarkən müstəqil auditor rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qərarı qəbul edulməmişdir) ria yət olunmamışdır.

58. Göründüyü kimi həmin iddianın əsası ilə hazırki iddia üzrə cavabdehin etirazının əsasında duran hallar tamamilə fərqlidir və həmin iddia üzrə məhkəmənin müəyyən etdiyi hallar hazırki iddianın həlli baxımından preyudisial əhəmiyyət daşımır.

59. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində cavabdehin iddinın qismən etiraf etməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə buna hüquqi qiymət verməməsi dəlillər əsaslıdır.

60. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X2 tərəfindən imzalanmış iddia ərizəsinə dair etiraz təqdim edilmişdir (cild 1, i/v 92-95).

61. Həmin etirazda işin faktiki halları qeyd edilmiş və iddia tələbinin qismən təmin edilməsi xahiş edilmişdir.

62. MPM-in 52.2, 52.5, 191.1, 191.3, 19 1.4-cü maddələrinin tələblərinə görə cavabdeh ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə isə iddianın tam və ya qismən etiraf edilməsinin qanuna zidd olub-olmamasını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmamasını yoxlamalı və bundan asılı olaraq müvafiq prosessual hərəkətləri yerinə yetirməlidir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

63. Bundan əlavə, MPM-in 106.3-cü maddəsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsasl andırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

64. Apellyasiya instansiyası məhkəməsi isə prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almayaraq cavabdehin nümayəndəsinin verdiyi ərizəyə və həmin ərizədə qeyd edilən faktlara ümumiyyətlə münasibət bildirməmişdir.

65. Bu baxımdan kollegiya hesab edir ki, pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyildir.

66. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək iş y eni apellyasiya baxışına qaytarılmalı, müqavilənin qismən etibarsız hesab edilməsi barədə tələblərin rədd edilməsi hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(104)-4/2025 nömrəli qətnaməsi qismən – pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə müqavilənin qismən etibarsız hesab edilməsi barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar