Məhkəmə qərarları › İş №2-2(102)-399/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-399/2021

06.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-399/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçılar İddiaçı, Vəkil2, Vəkil3 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X5 Məmulatları Zavodu” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sənədlərin təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili Vəkil1 iştirakları ilə, iddiaçılar İddiaçı, Vəkil2, Vəkil3 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X5 Məmulatları Zavodu” A SC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçılar İddiaçı, Vəkil2, Vəkil3 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 iyul tarixli, 2-2(103)-836/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 02.10.2019-cu il tarixdə Milli Depozit Mərkəzi tərəfindən verilmiş X2 Məlumata görə, emitet: “X5 Məmulatları Zavodu” ASC, Hüquqi ünvan: ünvan 2sabından çıxarışda ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qiymətli kağız sayı 7.230 ədəd qeyd olunmuşdur. 2. 02.12.2020-ci il tarixli Milli Depozit Mərkəzinin məktubuna görə, depozitar sistemində saxlanılan qiymətli kağız mülkiyyətçiləri barədə məlumatlar konfidensial statusu daşıyır. Qiymətli kağız mülkiyyətçiləri yalnız öz lərinə məxsus qiymətli kağızlara dair məlumatları onların saxlandığı depo hesabından çıxarış əsasında əldə edə bilərlər. Səhmdar cəmiyyətin reyestri isə emitentə (onun səlahiyyətli nümayəndəsinə) təqdim edilə bilər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Müraciətdə qeyd olunan digər sənədlər; "xxxx" ASC-nin Nizamnaməsi, bank rekvizitləri, dövlət qeydiyyatı haqqında şəhadətnamə, VÖEN depozitar sistemində emitentiər üçün hesab açılarkən MDM tərəfindən tələb olunan və hesabların formalaşdırılması üçün qeydiyyat xarakteri daşıyan sənədlərdir. Qeyd olunan sənədləri əldə etmək üçün cəmiyyətin dövlət qeydiyyatın a alındığı müvafiq icra hakimiyyəti orqanına və ya səhmdar cəmiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı, Vəkil2, Vəkil3 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X5 Məmulatları Zavodu” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə dair sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, 2-2(113)-957/2021 saylı qətnaməsi ilə iddianın rədd edilməsi və 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

5. Birinci instansiya məhkəməsi hesab e tmişdir ki, iddiaçılar səhmdarı olduqları “X5 Məmulatları Zavodu” ASC-nin ilkin hesabat sənədləri və cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər sənədlərin cavabdehlər tərəfindən təqdim olunması ilə bağlı müraciət etsələr də, qeyd olunan sənədlər onlara təqdim edilməmişdir. İddiaçının “X5 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə yönəlmiş müraciətinin cavabsız qalmasına səbəb göndərilən ünvan üzrə cavabdehin olmamasıdır. Lakin digər cavabdeh Milli Depozit Mərkəzinə iddiaçı tərəfindən ünvanlanmış müraciətin təmin edilməməsinə, tələb olunan sənədlərin iddiaçıya verilməsinə dair səlahiyyətin olmaması səbəb olmuşdur. Bütün bunlarla razılaşmayan iddiaçı cəmiyyətə məxsus sənədlərin təqdim edilməsi üçün məhkəməyə müraciət etmişdir.

6. ASC-nin öz fəaliyyətinə dair sənədləri payçılara və ya təsis çilərə göndərməsinə dair vəzifəsi müəyyən edilməmişdir. Maddi hüquq normasında sadalanan sənədlər iddiaçıların tələbinin əsasını təşkil etməsinə baxmayaraq, həmin hüquq normasında da qeyd olunan sənədlərin dərc edilməsi vəzifə olaraq ASC-nin üzərinə qoyulmuşdur.

7. İddia tələbi iki cavabdehə qarşı yönəlmişdir. İddiaçılar tərəfindən ünvanlanmış sənədlərin təqdim edilməsi tələbi cavabdehin (Milli Depozit Mərkəzi) səlahiyyətlərinə aid edilməmişdir. Bu isə cavabdehin üzərinə belə bir vəzifənin qoyulmasını qeyri mümkün edir. Cavabdeh Milli Depozit Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubda hüquq və vəzifələri barədə məlumatları təqdim etmişdir.

8. Yuxarıda qeyd olunan hər iki cavabdehə qarşı iddiaçılar tərəfindən irəli sürülmüş tələbləri təsdiq edəcək, habelə məhkəmə araşdır ması zamanı müəyyən edilmiş faktları təkzib edəcək sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Məcəllə”) 99.1, 99.2, 99.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 76.1, 76.2, 77.1, 89.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. İddiaçılar həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 iyul tarixli, 2-2(103)-836/2021 saylı qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, 2- 2(113)-957/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa görə, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, 2-2(113)-957/2021 saylı qətnaməsi elektron imza ilə təsdiq edilərək İddiaçı məxsus şəxsi elektron kabinetə 01.05.2021-ci il tarixdə yerləşdirilmiş, iddiaçıların qətnamədən apelyasiya şikayəti verməsi üçün müddətin axımı 01.06.2021-ci il tarixdə bitmişdir.

13. İddiaçı tərəfindən isə apelyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsilə 14.06.2021-ci il tarixdə, yəni müddət ötürüldükdən sonra təqdim edilmiş, müddətin bərpası barədə vəsatət veri lməmişdir.

14. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 135.5, 135.8, 360, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, qətnamədən rəsmi olaraq verildiyi gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər. Həmin qətnamə iddiaçılara poçtla 16 may 2021-ci il tarixdə verildiyi üçün, sonuncular qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmədən 14 iyun 2021-ci il tarixdə elektron qaydad a apelyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə göndərmişlər. Şikayət həmin gün məhkəmənin elektron poçtuna daxil olmuşdur.

17. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci qətnaməsinin «elektron kabinet»də yerləşdirilməsindən iddiaçıların məlumatı olmamışdır. Məhkəmə tərəfindən MPM-nin 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulduğu kimi, həmin məlumat sistem vasitəsi ilə elektron qaydada (elektron poçt, SMS və sair vasitəsilə) çatdırılmalı olduğu halda, onlara belə bir məlumat verilməmişdir. Bununla da Mülki Prosessual Qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı

19. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti ndə göstərilənlərlə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişlər.

20. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

21. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

22. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktik i hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemind ə yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir”. “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır”. “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində y aradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır”. “Maddə

360. Apelyasiya şikayətinin verilmə müddəti Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Maddə

363. Apelyasiya şikayətinin qaytarılması 363.1. Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə”. Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 iyul tarixli, 2-2(103)-836/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarındakı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, 2-2(113)-957/2021 saylı qətnaməsi elektron imza ilə təsdiq edilərək İddiaçı məxsus şəxsi elektron kabinetə 01.05.2021-ci il tarixdə yerləşdirilsə də, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 14.06.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir (bax yuxarıda §§ 12-13).

29. Beləliklə, apelyasiya şikayətinin verilməsi müddəti 01 iyun 2021-ci il tarixdə bitdiyi halda, iddiaçının apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət burаxılmаqlа verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. 30. “X1 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesa b edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. 31. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

32. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddiaçıların məhkəmə qətnaməsindən verdikləri apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, аpelyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddətin burаxılmаqlа verildiyini, müddətin bərpası üçün isə ərizənin vermədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

33. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şi kayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli,

34. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 iyul tarixli, 2-2(103)-836/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

36. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 iyul tarixli, 2-2(103)-836/2021 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar