Məhkəmə qərarları › İş №2-2(102)-402/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-402/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-402/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 mart tarixli 2-2(106)-44/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC ilə Cavabd eh4 arasında bağlanmış 2021-ci il 29 iyun tarixli 022L**********58 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 1.000.000 manat məbləğində krеdit хətti açılmışdır.

2. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 2022-ci il 31 may tarixli 022R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 48.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.6667% olmaqla 36 ay müddətinə kredit alana verir.

3. İddiaçı QSC ilə ayrı-ayrılıqda Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 2021-ci il 30 iyun tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məs uliyyət daşıyır.

4. İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh4 arasında bağlanmış 2021-ci il 29 iyun tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 m2 yaşayış, 129.7 m2 köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evi 2021-ci il 29 iyun tarixli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 32.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, Cava bdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birgə – “cavabdehlər”) müştərək qaydada iddiaçının 022R********** saylı krеdit razılaşması (bundan sonra – “kredit razılaşması”) üzrə 34.943,78 manat məbləğində krеdit bоrcu, 3.880,64 manat məbləğində faiz bоrcu və 1.121,76 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 39.946,18 məbləğində bоrcun tutulması, Neftçala şəhəri, Səməd Vurğun küçəsində olan 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 m2 yaşayış, 129.7 m2 köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evinin (bundan sonra – “ipoteka predmeti”) açıq hərracda satılaraq əldə olunmuş vəsaitin ümumi borcun ödənilməsinə yönədilməsi, həmin vəsait çatmadıqda qalan borcun cavabdehlərdən ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2023-cü il 27 iyun tarixindən banka qaytarmamışdır.

7. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 20 noyabr tarixli e-2-2(121)977/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək kredit razılaşması üzrə 34.915,77 manat məbləğində əsas borc, 3.355,41 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu və dövlət rüsumları da daxil olmaqla cəmi 38.582,02 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiyməti 32.071 manat müəyyə nləşdirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim: Z.Abbasov).

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh4 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.

9. Qeyd olu nanlara əsasən məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ekspert rəyi əsasında məhkəmə tərəfindən 32.071 manat məbləğində müəyyənləşdirilməklə əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 307.6, 307.7, 309.1, 317.1, 317.2-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3, 39.3.3, 41.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiya larının 2020-ci il 20 iyul tarixli 01 saylı qərardadına istinadla əsaslandırmışdır.

11. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin predmetin açıq hərracdan satılması satışdan əldə olunmuş vəsaitin iddiaçıya ödənilməsi hissələrində ləğv olunaraq həmin hissələrdə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 mart tarixli 2-2(106)-44/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Q.Əliyev – sədrlik edən və məruzəçi, T.Kərimov və C.İmanov).

13. Birinci instansiya məhkəməsinin qətnaməsini n əsaslandırma və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ipoteka qoyan Cavabdeh2 nitq və eşitmə qüsurlu bir şəxs kimi 3-cü qrup əlil olmasından dolayı ipoteka müqaviləsinin etibarsız sayılmasından ibarət dəlil tam əsassızdır. Belə ki, kredit müqaviləsi üzrə borc alan ipoteka qoyanın arvadı Cavabdeh4, zaminlərdən biri isə oğlu Cavabdeh3dur. Bundan başqa ipoteka qoyan Cavabdeh2 özü də zaminlərdən biridir. Ailə olaraq cavabdehlər kredit müqaviləsi münasibətlərinə girmişlər və bu addımın ailədə müzakirəsi aparılmadan atılması mümkünsüzdür.

14. Bundan başqa cavabdeh ipoteka qoyan tam fəaliyyət qabiliyyətli bir şəxsdir, onun savadsız, nitq və eşitmə qusurunun olması, yazmaq və oxumaq qabiliyyətinin olmaması əqdin etibars ız sayılması üçün əsas deyildir. İşin müəyyən olunan hallarına əsasən mübahisələndirilən əqdin (ipoteka müqaviləsi) bağlanmasında tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi müəyyən olunmuşdur. Həmin əqd tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsidir. Əks halda Cavabdeh2 onunla bağlanılan zaminlik müqaviləsinin də eyni əsaslarla etibarsızlığını bildirər, apellyasiya şikayətində zamin kimi üzərinə qoyulan məsuliyyətdən azad olunmasını tələb edərdi.

15. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü, MM-in 6.2, 14.1, 14.2.1, 28, 269.2, 307.1, 307.3, 307.4, 307.5, 307.6, 307.7, 317.1, 317.2, 319.1, 342, 385.1, 386.1, 442, 448.1-ci, “İpoteka haqqında” Qanunun 9.1, 10.1, 10.4, 11.1, 11.2, 11.3 və 34.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin qismən, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin predmetin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçıya ödənilməsi hissələrində ləğv olunaraq həmin hissələrdə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

17. Mülki Məcəllənin 337.1, 337.4, 340, 346.1 və 739-cu maddələri üzrə - etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Lakin iddiaçı kredit və ipoteka müqaviləsi bağlayarkən Cavabdeh2 3-cü dərəcə əlilliyinin olmasını, uşaqlıqdan bəri nitq-eşitmə qabiliyyətinin məhdud, savadsız olmasını və mövcud sağlamlıq v əziyyətinin onun iradəsini ifadə etməsinə mane olduğunu nəzərə almamışdır. İş üzrə hər iki instansiya məhkəməsi də əqdin etibarlılıq şərti olan iradə meyarını qiymətləndirmədən qərar qəbul etmişdir. Belə ki, savadsız, eşitmə və nitq qabiliyyəti məhdud olan şəxsin şüurlu şəkildə öz hərəkətlərinin mənasını başa düşərək iradəvi akt bağlaması reallıqdan uzaqdır. Həmçinin bu hallar yaşayış evi ipoteka ilə yüklü edilən zaman notariat hərəkətini aparan notarius tərəfindən də nəzərə alınmamışdır.

18. MPM-in 88, 217 və 220.4-cü maddələri üzrə - məhkəmə tərəfindən qətnamə qəbul edilərkən sübutlar iş üzrə əhəmiyyət kəsb edən hallarla qarşılqlı olaraq təhlil olunmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən gəlinən nəticə düzgün şərh edilməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

20. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - tələbin ipoteka predmetinə yönəldilməsi, həmin predmetin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçıya ödənilməsi hissələrində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı yalnız qeyd olunan hissələrdə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

346. Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nət icəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Pros essual Məcəlləsinin müvafiq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

26. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına aid edilən şərt.

27. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə MM-in 337.1, 339-350-ci və s. maddələrində göstərilmişdir.

28. Cavabdehi Cavabdeh2 istinad istinad etdiyi hallara əsasən, o əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin pozulduğunu iddia edir və onun etirazının qanuni əsasını MM-in 346-cı maddəsi təşkil edir.

29. MM-in 346.1-ci maddəsinin tələblərinə görə, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd etibarsız sayıla bilər.

30. MM-in 346.2, 346.3 və 346.4-cü maddələrindən isə müəyyən edilir ki, həmin maddə istənilən fiziki qüsura görə deyil, şəxsin şüurunun itməsi, müvəqqəti psixi pozuntu və ruhi xəstəliyə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə bağlanmış əqdin etibarsızlığını nəzərdə tutmuşdur. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.

32. Apellyasiya instansiyası məhkəməsi isə Cavabdeh2 anlaqlılığını müvəqqəti itirən şəxs kimi qiymətləndirilməmişdir.

33. Məhkəmənin gəldiyi həmin nəticənin işin hallarına uyğun olmaması və sübutların düzgün qiymətləndirilməməsi barədə dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qay dalara riayət edilib-edilməməsini yoxlayır.

35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməl idir.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 mart tarixli 2-2(106)-44/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar