Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-404/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Nümayəndə1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) qarşı iş üzrə QƏRAR açar sözlər: tender prosedurunun və nəticələrinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının vəkili Kərimli Nurlan Əzizağa oğlunun, cavabdehin nümayə ndələri X2, Nümayəndə2 oğlunun, vəkili Bayramov Anar Şakir oğlunun iştirakları ilə, iddiaçı Nümayəndə1 MMC-nin cavabdeh xxx qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) “tender prosedurunun və nəticələrinin ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı Nümayəndə1 MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2-2(103)-314/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 27.02.2020-ci il tarixli detallı layihələndirmə və tikinti işləri üçün Tender Elanında “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, xxx yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, ti kinti icazəsinin planlaşdırılması) və tikintisiüzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafiq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Tender elanına görə tikinti işlərinin 33.200 kv.m. ərazidə həyata keçirilməsi və inşa ediləcək binanın ümumi mərtəbə sahəsinin 67.926 kv.m., hündürlüyünün isə təqribən 160 metr təşkil edəcəyi qeyd olunmuşdur. Bundan başqa, tender elanında aşağıdakı tələblər irəli sürülmüşdür: “Təkliflər Sorğusu prosedurunda iştirak etmək istəyən ərizəçilər müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən aşağıdakı sənədləri 06 mart 2020-ci il, saat 17:00-dək elektron poçt vasitəsilə təqdim etməlidirlər”; “Təkliflər Sorğusu sənədlərinin potensial iddiaçılara göndərilməsindən sonra onlardan xahiş ediləcəkdir ki, 03 aprel 2020-ci i l, saat 12:00- dan gec olmayaraq, ixtisas tələbləri üzrə sənədləri bağlı zərfdə olmaqla 1 çap variantında və 1 elektron variantda Mərkəzi Banka təqdim etsinlər”; Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilməməsi qeyd edilmişdir. 2. 18.03.2020-ci il tarixli, 69-A/NWC və 69-B/NWC nömrəli məktublarla iddiaçı Nümayəndə1 MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək, 27.02.2020-ci il tarixdə elan edilmiş tenderin azad və ədalətli rəqabət şəraitində Azərbaycan Şirkətləri üçün, həmçinin konsorsium və ya birgə müəssisə formasında, birbaşa iştirak imkanlarının təmin olunması xahiş olunmuşdur. 3. 01.05.2020-ci il tarixli, 101-A/NWC nömrəli məktubla iddiaçı Nümayəndə1 MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edərək, 69-A/NWC və 69-B/NWC sadalanmış əsasları, Mərkəzi Bankın 28.04.2020-ci il tarixli, 09-00232-202 saylı məktubu ilə bildirdiklərini nəzərə alaraq, 27.02.2020-ci il tarixdə Mərkəzin Bankın saytında elan olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının tikintisi üzrə tenderinin keçirilməsinin üslub və şərtlərinin araşdırılmasını, həmin tenderin Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə Azərbaycan Respublikasının “X1” və “Antiinhisar fəaliyyəti haqqında” Qanunlarının tələblərinə uyğunluğu barədə rəy bildirilməsi xahiş olunmuşdur.
4. Azərbaycan Respublikası Mərkəzi Bankı Nümayəndə1 MMC-yə ünvanlanmış məktubunda bildirmişdir ki, Azərbaycan Re spublikasının “Dövlət satınlamaları haqqında” Qanununun (bundan sonra Qanun) 8.1-ci maddəsi malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakının ümumi əsaslarını müəyyən edir. Bu müddəa heç də istənilən şəxsin ixtisasından, səriştə və ya təcrübəsindən yaxud qabiliyyətindən asılı olmayaraq satınalma müsabiqəsinə buraxılmalı olduğu anlamına gəlmir. Həmin maddənin özündə bu ümumi qaydadan istisnalar nəzərdə tutulur ki, onların arasında ixtisas uyğunluğunun müəyyənləşdiriməsi ilə bağlı istisnalar da var. Qanunun 6-cı maddəsi iddiaçılar üçün ixtisas göstəricilərinin müəyyənləşdirilməsi sərbəstliyini müəyyən edir. Buna əsasən, iddiaçıların layihəni gerçəkləşdirmək üçün lazımi keyfiyyətlərə malik olmasının müəyyən edilməsi məqsədilə ixtisas uyğunluğu meyarları müəyyən edilmişdir. Həmin meyarların müəyyən edilməsində tikinti mütəxəssisləri qismində dünyada, o cümlədən Azərbaycanda geniş surətdə tanınan və göydələn qüllələrin tikintisi layihələrində böyük texniki müşavirlik təcrübəsinə malik olan - Cənubi Koreya Respublikasının “Heerim” mühəndislik şirkətinin ekspert rəyləri əsas götürülmüşdür. Bu zaman nəzərə alınmışdır ki, layihə qeyri-adi dizayn həlləri və yüksək texniki mürəkkəbliklə fərqlənir. Belə ki, yeni tikilidə fasad müxtəlif bucaqlar altında əyilən, habelə, düz elementlərdən ibarət burulmuş səth təşkil edir və bu elementlərin fəzada həndəsi uzlaşması yüksək mürəkkəblik yaradır, isitmə, havalandırma və soyutma sistemləri (HVAC) fasad şüşələnməsi daxilində günəşdən kölgələnmə, 4borulu fankoil sistemi, göydələn daxilində “Asma Bağça" kimi elementlərin quraş dırılmasını nəzərdə tutur və nağd pul mərkəzi ilə əlaqədar yüksək təhlükəsizlik tələbləri yüksək səviyyədə sınanmış təcrübə və səriştə tələb edir. Əlavə olaraq, layihə məsləhətçisi “Heerim” şirkəti tərəfindən vahid podratçıya üstünlük verilməsi həm də, onunla bağlı olmuşdur ki, vahid podratçının cəlb edilməsi layihə üzrə müqavilə öhdəliklərinin sabitliyi və konsoiidasiyasını təmin edir və layihə risklərini azaldır. Müsabiqə barədə elanda İddiaçılar tərəfindən sənədlərin mərhələlərlə təqdim edilməsi nəzərdə tutulmuşdur. 06.03.2020-ci il tarixinin yalnızca müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən sənədlərin təqdim edilməsi üçün son tarix olaraq müəyyənləşdirilməsi onun məqsədi baxımından adekvat və əsaslı olmuşdur. Həmçinin, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə lazım ol an sənədlərin təqdim edilməsi üçün 4 həftədən (1 (bir) təqvim ayından) çox vaxt ayrılmışdır ki, bu da, kifayət qədər yetərli bir müddətdir. Satınalma müsabiqəsi barədə elan dövlət satınalmalarının vahid internet portalında bildiriş formasında yerləşdirilmişdir. Əlavə olaraq, satınalma müsabiqəsi barədə məlumat eyni vaxtda “Azərbaycan” qəzetində, Mərkəzi Bankın internet saytında və www.qlobaltender.com saytında yerləşdirilmişdir. Eyni zamanda satınalma müsabiqəsinin elanı və X4 mətni Mərkəzi Bankın 12.02.2020-ci il tarixli 12 mb nömrəli Əmri ilə yaradılmış Tender komissiyası tərəfindən təsdiq edilib və Qanunun tələbinə uyğun olaraq Komissiyasının tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliklərinin nümayəndələri daxil edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Nümayəndə1 (bundan sonra – “iddiaçı”) cavabdeh xxx (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi üzrə cavabdeh tərəfindən 27 fevral 2020-ci il tarixdə elan olunmuş tender (təkliflər sorğusu) prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək, ləğv olunması və həmin tenderin “X1” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yenidən təşkil edilməklə, iddiaçı Nümayəndə1 MMC-nin qeyd olunan satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı 27 fevral 2020-ci il tarixdə öz rəsmi saytında “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisiüzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafiq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Tender elanına görə tikinti işlərinin 33.200 kv.m. ərazidə həyata keçirilməsi və inşa ediləcək binanın ümumi mərtəbə sahəsinin 67.926 kv.m hündürlüyünün isə təqribən 160 metr təşkil edəcəyi qeyd olunmuşdur. Nümayəndə1 MMC ilk əvvəl 18 mart 2020-ci il tarixdə cavabdehə müraciət edərək, “Azərbaycan Respublik ası Mərkəzi Bankının yeni inzibati binası”nın tikintisi üzrə keçiriləcək tenderdə qanunvericiliyin tələblərinin nəzərə alınmasını, qanun pozuntularının aradan qaldırılmasını və tenderdə iddiaçının hüquqi şəxslərin birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına imkan yaradılmasını xahiş etmişdir. İddiaçı sözügedən tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət etmiş və cavabdeh tərəfindən yol verilən pozuntuların aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Üçüncü şəxs iddiaçının, ona ünvanladığı müraciətdə göstərilən halları nəzərə almış və cavabdehə ünvanladığı telefonoqramda (ASİMDX-15/01- 7/119S saylı 30 mart 2020-ci il tarixli) satınalma prosedurunun şərtlərinin q anunvericilik tələblərinə uyğunlaşdırılması, iştirakla bağlı sənəd qəbulu müddətinin uzadılması, dövlət vəsaitlərinin qənaətlə xərclənməsi, səmərəli rəqabətin təmin olunması, bütün iddiaçılara eyni cür ədalətli münasibətin göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə hüquqi şəxslər birliyi (konsorsium) formasında satınalmada iştirak etmək niyyətində olan podratçıların sözügedən satınalmada iştirakına şərait yaradılmasını tövsiyə etmişdir. Həmçinin üçüncü şəxsin cavabdehə ünvanladığı digər (ASİMDX-15/01- 7/167S saylı 04 may 2020-ci il tarixli) telefonoqramda qeyd olunmuşdur: “... cəriməyə məruz qalmamaq və Mərkəzi Bankın yeni inzibati binasının tikinti işləri üzrə satınalmaların “X1” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməsi və qeyd olunan satına lmada iştirak etməkdə maraqlı olan malgöndərənlərə (podratçılara) münasibətdə ayrı-seçkiliyə yol verilməməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi tövsiyə olunur”. Bundan sonrakı müddət ərzində iddiaçı cavabdehə, üçüncü şəxsə və digər instansiyalara müraciətlər ünvanlayaraq, bir daha tenderin qanunvericiliyin tələblərinə uyğun yenidən təşkil edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ən son, yəni 09-00276-2020 saylı 21 may 2020-ci il tarixli məktubu və iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh öz məktubunda iddiaçıya dolayı şəkildə bildirmişdir ki, iddiaçının guya “xüsusi təhlükəsizlik və spesifik tikinti tələblərinə cavab verən yüksək səviyyədə sınanmış tikinti təcrübəsi” yoxdur. Həmçinin cavabdeh imtina məktubunda qeyd etmişdir: “Sizin konsorsium ilə bağlı iddianıza gəldikdə isə bildiririk ki, nə “X1” Qanunda, nə də hər hansı digər qanunvericilik aktında “hüquqi şəxslər birliyi”nin və ya “konsorsium”un anlayışı verilməmişdir.” Tender elanı cavabdehin rəsmi internet saytında 27 fevral 2020-ci il tarixdə (həftənin cümə axşamı günü) yerləşdirilmiş və maraqlı ərizəçilərdən öz sənədlərini 06 mart 2020-ci il, saat 17:00-dək təqdim etməsi tələb olunmuşdur. 29 fevral 2020 və 01 mart 2020-ci il tarixləri həftənin qeyri-iş günləri sayılan şənbə və bazar günləri olduğundan, potensial maraqlı ərizəçilərə, o cümlədən İddiaçıya bu elandan xəbər tutub, tələb olunan sənədləri təqdim etməsinə cəmi 6 gün vaxt ayrılmışdır. Bu miqyasda olan və dövlət vəsaiti hesabına maliyyələşdirilən layihə üzrə tender elanının verildiyi gündən müra ciətlərin təqdim edilməsinə qədər cəmi 6 günün müəyyənləşdirilməsi, tender barədə məlumatın geniş yayımlanması, maraqlı şəxslərin diqqətinə çatdırılması və tenderə müraciət üçün hazırlıq baxımından olduqca məhdudlaşdırıcı şərtdir və qabaqcıl beynəlxalq təcrübəyə uyğun deyildir; Potensial iddiaçılardan ixtisas tələbləri üzrə sənədlərinin 03 aprel 2020-ci il, saat 12:00-dan gec olmayaraq təqdim etməsi tələbi də məhdudlaşdırmışdır. Belə ki, Novruz bayramı ilə əlaqədar 20-28 mart 2020-ci il tarixləri Azərbaycanda qeyri-iş günləri olduğuna görə, bu müddət yerli iddiaçıları əlverişsiz şəraitdə qoymuşdur. Dövlət satınalmaları üzrə tender və müsabiqələrin elan olunduğu dövlət satınalmalarının vahid internet portalı olan saytında 27 fevral 2020-ci il tarixli elanın yerləşdirilməməsi də əlavə məhd udlaşdırma» halıdır. Tender barəsində dövlətin mərkəzləşdirilmiş məlumat resursu (mənbəyi) üzərindən xəbər tutmaq üçün müvafiq şərait təmin olunmamışdır. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Tender elanının digər şərtlərinə görə, “Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilmir”. Cavabdehin bu tələbi qanunsuz olmaqla yanaşı, iddiaçını, habelə digər potensial ərizəçiləri tenderdə iştirakdan demək olar ki, məhrum etmişdir. Qanunvericiliyə görə, “hüquqi şəxslər birliyi”nin və ya “konsorsium”un anlayışının verilib-verilməməsi iddiaçını hüquqi şəxslər birliyi və ya konsorsium formasında tenderdə iştirakdan məhrum edə bilməz (Cavabdeh elandan əlavə, öz imtina məktubunda belə bir əsas göstərmişdir). Cavabdeh iddiaçını faktiki olaraq özünün elan etdiyi tenderdə iştirakdan məhrum etmiş, iddiaçının sonradan ona ünvanladığı müraciətləri isə əsassız olaraq təmin etməmişdir. Bundan başqa cavabdeh “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılmast) və tikintisi üzrə satınalmanı təkliflər sorğusu metodu ilə deyil, məhz açıq tender üsulu ilə təşkil etməli idi. Lakin cavabdeh nədənsə, bundan yayınm ışdır. X1” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2ci hissəsində qeyd olunur: Müəyyən edilsin ki:... həmin Qanunun 17.1-ci, 20.1-ci və 41.2ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Q-12 nömrəli, 20 may 2013-cü il tarixli Qərarının 1-ci bəndinə görə, dövlət satına lmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilmişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozmaqla, tenderi öz mülahizəsinə görə təşkil etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, e-2-2(113)-1609/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – A.Əliyeva).
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinin tətbiqi zamanı hər-hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçı nizamnamə üzrə cəmiyyətin quruluşu və strukturu Konsorsium və ya birgə müəssisə formasında olmaması müəyyən olunduğu üçün iddiaçı cəmiyyətin mübahisələndirdiyi tenderdə iştirak etməsinə hər-hansı maneənin olmadığı təsdiq olunur.
9. Məhkəmə bu qənaətini “X1” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “X1 qanun”) 4.1, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6, 4.1.7, 4.1.8, 4.1.9, 4-1.1, 4-1.2, 41.3, 4-1.4, 6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7, 6.8, 6.9, 8.1, 8.2, 8.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2-2(103)-314/2021 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) iddiaçının ape lyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, e-2-2(113)-1609/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisələndirilən tender elanı təkcə Mərkəzi Bankın “www.globaltender.com” saytında deyil, eyni vaxtda “Azərbaycan" qəzetində də yerləşdirilmişdir.
13. İddiaçı ümumiyyətlə, tender müsabiqəsində iştirak etməmiş, tender iştirakçısı olmamışdır.
14. İddiaçının iddia ərizəsində və şikayətində mübahisələndirdiyi əsas məsələlərdən biri və ilk öncəsi cavabdehin tender elanı üzrə “Təkliflər sorğusu”nda - “konsorsium və ya birgə müəssisəsinin müsabiqədə iştirakına yolverilməzliyi barədə olan 4-cü bəndi təşkil edir. 15. "Dövlət satınalmaları haqında qanun”una əsasən dövlət sat ınalma prosedurları üzrə iştirakçılıqda istisnalara yol verilir. İddiaçının hüquqi-təşkilat forması öz nizamnaməsi əsasında fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətidir və tender müsabiqəsində məhdud məsuliyyətli cəmiyyətin iştirakına məhdudiyyət qoyulduğu müəyyən edilmir.
16. İddiaçının cavabdehə ünvanlanmış olan tendər elanı üzrə müsabiqədə iştirak etmək niyyətini ifadə edən rəsmi müraciətinin (ərizəsinin) mövcudluğu iş materialları ilə müəyyən olunmur. İddiaçının iddia ərizəsində istinad etdiyi cavabdehə və üçüncü şəxsə ünvanlanmış məktublarına gəldikdə isə, həmin məktublar özündə tender elanı şərtlərindən narazılığını ifadə edən şikayət xarakterli və sorğu mənasını ehtiva edən müraciətləri əks etdirir.
17. İddiaçı, tender elanında təsbit olunan şərtlər daxilində əvvəlcədən müsab iqəyə buraxılmaq üçün zəruri olan bütün sənədləri toplayıb tender komissiyasına təqdim edilməsinin mümkünsüzlüyünü görmüş, bütün bunlar isə onda müsabiqədə iştirak etmək imkanı olmadığı ehtimalını yaratmış, bunun nəticəsi olaraq da Təkliflər sorğusunda nəzərdə tutulan ixtisas sənədlərinə malik olmadığı halda, müsabiqədə iştirak etmək niyyətini ifadə edən konkret ərizə və ilə cavabdehə müraciət etməmişdir.
18. İddiaçı 27.02.2020-ci il tarixli Tender elanı üzrə onu qane etməyən cəhətləri və şərtlərini, həmin elanı üzrə dörd aydan da çox davam edən və 06.04.2020-ci il tarixdə başa çatan sənədlərin mərhələlərlə qəbulu çərçivəsində, məhkəmə qaydasında mübahisələndirməmiş və cavabdehə qarşı onun müsabiqəyə buraxılması tələbini irəli sürməmiş, 2 ay keçdikdən sonra yalnız, birbaşa, hazırkı tender prosedurunun və onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. Bankın tikiləcək inzibati binası (qülləsi) 160 metr hündürlüyünə malik olacağı nəzərə alınmaqla, Tender elanında təkliflər sorğusunun 4-cü bəndində təsbit olunan əsas və ən başlıca şərt ondan ibarətdir ki, “podratçı kimi müsabiqədə “açar təslimi” əsasında hündürlüyü 150 metrdən az olmayan qüllənin tikintisini tamamlamış ərizəçilər iddiaçı qismində iştirakına yol verildiyi” nəzərdə tutulmuşdur.
20. İddiaçının belə bir tikinti təcrübəsinə malik olmasına dair sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının nümayəndəsi isə izahatında bu vaxtadək cəmiyyətin hündürlüyü 150 metrdən az olmayan bina tikintisini həyata keçirmədiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, tərəf lərindən hazırda belə bir bina (qüllə) tikilməkdədir. Göründüyü kimi, iddiaçı tərəfindən hündürlüyü 150 metrdən az olmayan binanın (qüllənin) tikintisi tamamlamamışdır. Ən azından bu faktor onun tərəfindən tender müsabiqəsinə 150 metrdən az olmayan qüllə tikintisi təcrübəsinə malik olmasını təsdiq edən ixtisas sənədi təqdim edilməsinin tamamilə mümkünsüz olduğunu deməyə əsas verir.
21. Məhkəmə bu qənaətini "Dövlət satınalmaları haqında qanun”un 8.1, 48.2, 54.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikası Maliyyə Naz irliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədəQ-12 nömrəli 20 may 2013-cü il tarixli Qərarının 1-ci bəndinə görə, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin)ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilmişdir.
24. Cavabdeh qanunvericiliyin tələblərini pozmaqla, tenderi öz mülahizəsinə görə təşkil etmişdir (şübhəsizdir ki, elan olunmuş tender üzrə layihənin dəyəri 50,0 (əlli) min manatdan dəfələrlə artıqdır) (bax yuxarıda § 6). 25. " X1” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə görə, malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.
26. X9 Tenderi satınalma müsabiqəsinin əsas metodu kimi müəyyən edir. İki mərhələli tender və ya təkliflər sorğusu, məhdud iştiraklı və qapalı tender, kotirovkalar sorğusu və bir mənbədən satınalma metodları isə həmin Qanunda müəyyən edilən xüsusi hallara və/və ya ehtimal olunan qiyməti 50,0 (əlli) min manatdan aşağı olan mallara (işlərə, xidmətlərə) şamil olunur. 27. “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin plan laşdırılması) və tikintisi üzrə müsabiqə birmənalı şəkildə "X1” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq Konsorsium və Birgə Müəssisələrin (hüquqi şəxslər birliklərin) iştirakına hər hansı qadağa qoyulmamaqla Təkliflər Sorğusu ilə yox, Açıq Tender üsulu ilə aparılmalıdır.
28. Həmçinin qeyd olunan Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş istisna halları yalnız rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliklərin dövlət mənsubiyyətinə şamil oluna bilər. Qanunun 8.2-ci və 8.3-cü maddələri bunun təfərrüatlarını tam açıqlayır. Digər sözlərlə, "X1” Azərbaycan Respublikası Qanununda və ya dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliklərin hər hansı t enderdə və ya satınalma müsabiqəsində iştirakına, onların dövlət mənsubiyyətinə görə məhdudlaşdırmalardan başqa, hər hansı digər qadağalar və ya məhdudlaşdırmalar nəzərdə tutulmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
30. İddiaçının vəkili Kərimli Nurlan Əzizağa oğlu kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
31. Cavabdehin nümayəndələri X5, Nümayəndə2 və vəkil Bayramov Anar Şakir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının n əzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36. "Dövlət satınalmaları haqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 8.Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı 8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şə xslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər”. “Maddə
48. Təkliflər sorğusu prosedura 48.2. Satınalan təşkilatbildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna olmaqla,təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilətəkliflərinin açılacağı gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalında elandərc etdirir. “Maddə 54.Satınalmanın sənədlər toplusu 54.2. Satınalmanın sənədlər toplusu satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır və satınalma müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank günü ərzində bitirilir və 5 il ərzində satınalan t əşkilatda saxlanılır, sonra müəyyənləşdirilmiş qaydada arxivə verilir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2-2(103)-314/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, X1 qanun”a əsasən dövlət satınalma prosedurları üzrə iştirakçılıqda istisnalara yol verilir. İddiaçının hüquqi-təşkilat forması öz nizamnaməsi əsasında fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətidir və tender müsabiqəsində məhdud məsuliyyətli cəmiyyətin iştirakına məhdudiyyət qoyulduğu müəyyən edilmir.
39. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, tender elanında təsbit olunan şərtlər daxilində əvvəlcədən müsabiqəyə buraxılmaq üçün zəruri olan bütün sənədləri toplayıb tender komissiyasına təqdim edilməsinin mümkünsüzlüyünü görmüş, bütün bunlar isə onda müsabiqədə iştirak etmək imkanı olmadığı ehtimalını yaratmış, nəticədə “Təkliflər sorğusu”nda nəzərdə tutulan ixtisas sənədlərinə malik olmadığı halda, müsabiqədə iştirak etmək niyyətini ifadə edən konkret ərizə ilə cavabdehə müraciət etməmişdir.
40. İş materiallarına əsasən Bankın tikiləcək inzibati binası (qülləsi) 160 metr hündürlüyünə malik olacağı nəzərə alınmaqla, Tende r elanında təkliflər sorğusunun 4-cü bəndində təsbit olunan əsas və ən başlıca şərt ondan ibarətdir ki, “podratçı kimi müsabiqədə “açar təslimi” əsasında hündürlüyü 150 metrdən az olmayan qüllənin tikintisini tamamlamış ərizəçilərin iddiaçı qismində iştirakına yol verildiyi” nəzərdə tutulmuşdur. İddiaçının belə bir tikinti təcrübəsinə malik olmasına dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, iddiaçı tərəfindən hündürlüyü 150 metrdən az olmayan binanın (qüllənin) tikintisi aparılmamış, eləcə də iddiaçı tender müsabiqəsində iştirak etməmiş, tender iştirakçısı olmamış, iş materialları ilə iddiaçının cavabdehə ünvanlanmış, tender elanı üzrə müsabiqədə iştirak etmək niyyətini ifadə edən rəsmi müraciətinin (ərizəsinin) mövcudluğu müəyyən olunmamış, qeyd edilən hallar isə bi r daha iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğunu təsdiq edir.
41. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinin tətbiqi zamanı hər-hansı qanun pozuntusuna yol verilmədiyini, həmçinin nizamnamə üzrə iddiaçı cəmiyyətin quruluşu və strukturunun Konsorsium və ya birgə müəssisə formasında olmadığını, buna görə də iddiaçı cəmiyyətin mübahisələndirdiyi tenderdə iştirak etməsinə hər-hansı maneənin olmadığının təsdiq olunduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
42. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən i şə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2-2(103)-314/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
44. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2-2(103)-314/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.