Məhkəmə qərarları › İş №2-2(102)-406/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-406/2019

27.11.2019 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-406/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: (görülmüş işlərə görə pul tələbi, sübutetmə). GİRİŞ HİSSƏ: Hakimlər: 27.11.2019 Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 MTK-nın vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı pul və əmlak tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-70/2019 saylı, 13 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iqtisadi işə Ali Məhkəmənin binasında, 27 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə (bundan sonra - cavabdehlər) qarşı “pul və əmlak tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.546.280 (bir milyon beş yüz qırx altı min iki yüz) manat pulun iddiaçının xeyrinə tutulması və cavabdehlərdən iddiaçıya məxsus olan 408.200 manatlıq tikinti materiallarının alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı fərdi qaydada tikinti işləri ilə məşğul o lur. Təxminən 2014-cü ilin ortalarında xxx ərazisində yerləşən “Ağ şəhər” tikinti massivində 7 mərtəbəli, 10 girişli yaşayış binasının tikinti işlərinin aparılması üçün cavabdehlərdən olan Cavabdeh1 MMC-nin rəhbərliyi ilə razılığa gəlsə də, fərdi sahibkar kimi qeydiyyatı olmadığından, münasibətlərin rəsmiləşdirilməsi üçün digər Cavabdeh2 MMC-nin rəhbərliyi ilə razılaşmış, əldə olunmuş razılığa əsasən həmin binanın tikinti işlərinin aparılması üçün Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında 05.09.2014-cü il tarixdə 01/09 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tikinti işlərinin aparılması Cavabdeh2 MMC-yə həvalə edilsə də, faktiki olaraq binanın tikinti işləri iddiaçı və onun işə cəlb etdiyi işçilər tərəfindən həyata keçirilmişdir. Eyni zamanda cavabdehlərlə olan razılığa əsasən, tikin ti işlərinin maliyyələşdirilməsi iddiaçı tərəfindən mərhələli şəkildə aparılaraq görülmüş işlərin dəyəri iddiaçıya hər tikinti mərhələsi başa çatdıqda ödənilməli idi. Binanın tikinti işlərinin 80 faizdən yuxarı hissəsi başa çatmasına baxmayaraq, cavabdehlər pulun qalan hissəsini ödəməkdən yayındıqlarından, narazılıq yaranmış və iddiaçı tikinti işlərini dayandırmaq məcburiyyətində qalmışdır. Bunu görən cavabdehlərdən Cavabdeh2 MMC-nin rəhbərliyi sərbəst auditor cəlb edərək, onun fəaliyyətinin yoxlanılmasını istəmiş və 09.08.2016-cı il tarixli 16/49 saylı auditor hesabatının nəticə hissəsinin 12-ci bəndində - təqdim edilmiş sənədlərə əsasən, aparılmış yoxlama nəticəsində cavabdehlərin ona 1.546.280 manat borclu qaldıqları müəyyən edilmişdir. İddiaçı dəfələrlə pulunu tələb etdikdə, cavabdehlə r ümumiyyətlə onu və işçiləri tikinti sahəsinə buraxmayaraq, tikinti sahəsində qalmış olan 408.200 manatlıq tikinti materiallarını da qaytarmaqdan imtina etmişlər. İddiaçı hesab edir ki, cavabdehlər üzərinə düşən öhdəliyi könüllü şəkildə icra etməkdən yayındığından, 1.546.280 manat məbləğdə pul cavabdehlərdən məhkəmə qaydasında onun xeyrinə tutulmalı, o cümlədən, cavabdehlərdən ona məxsus olan 408200 manatlıq tikinti materialları alınaraq ona qaytarılmalıdır. Cavabdeh1 MMC-nin nümayəndəsinin 03.02.2017-ci il tarixli ərizəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2017-ci il tarixli, 2(004)-670/2017 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı ödənilməmiş borc qismində 1.546.280 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçını n xeyrinə tutulması və iddiaçıya məxsus olan 408.200 manat məbləğində tikinti materiallarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddiasına dair mülki iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-71/2018 saylı, 27 sentyabr 2018ci il tarixli qətnaməsi ilə (hakim: A.Ə.Hüseyn) İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “pul və əmlak tələbi”nə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçıdan 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələbini əsaslandıra və bununla bağlı hər hans ı mötəbər sübut təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-70/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-71/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya ş ikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən tam hərtərəfli, obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında işlərin görülməsinə dair yazılı müqavilə olmamışdır. Həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında işə baxılan zaman mülki işlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı təqdim edilmiş, lakin iqtisadi mübahisəyə baxan məhkəmələr tərəfindən heç bir qətnamədə həmin xüsusatlara toxunulmamışdır. Halbuki, cavabdehlər “pul” tələbinə dair Suraxanı Rayon Məhkəməsinə müraciət edərək iddaçıdan onların xeyrinə 181427 manat pul tutulmas ını xahiş etmiş, 06 mart 2017-ci il tarixdə həmin iddia ərizəsinə Suraxanı Rayon Məhkəməsində baxılmış, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, Cavabdeh2 MMC 2014-cü ilin iyun ayında Cavabdeh1 MMC ilə müqavilə bağlayaraq “Ağ şəhər” kimi tanınan ərazidə tikinti işlərinə başlamış, İddiaçına isə özünə məxsus işçi qüvvəsi ilə Cavabdeh2 MMC adından qəlib-beton işlərini həyata keçirmək tapşırılmışdır. 01 avqust 2017-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərarı ilə qətnamə qüvvəsində saxlanılmışdır. Mülki işlə əlaqədar məhkəmə proseslərində iddiaçı tərəfindən təqdim edilmiş 09 avqust 2016-cı il tarixli X4 Hesabatından görünür ki, iddiaçının Cavabdeh1 MMC-dən 1.546.280,00 manat alacağı vardır. Habelə, həmin auditor rəyində iddiaçıya məxsus olan 408.200,00 manat dəyərində tikinti materiallarının hal-hazırda orada istifadə olunması qeyd edilmişdir. Bütün bunlara baxmayaraq, apelyasiya məhkəməsi tərəflər arasında müqavilənin olmamasını əsas gətirərək iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-70/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələ binin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti aşağıdakı səbəblərdən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları na görə,İddiaçı 04.12.2007-ci il tarixdən ********** saylı VÖEN-lə vergi uçotuna alınmış və fəaliyyət növü “Yaşayış və qeyri-yaşayış binalarının tikintisi” olmuşdur. (Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin 01.02.2017-ci il tarixli **********271400 saylı məktubu) Cavabdeh1 MMC (Sifarişçi) ilə Cavabdeh2 MMC (İcraçı) arasında bağlanmış 05.09.2014-cü il tarixli 01/09 saylı müqaviləyə əsasən, İcraçı tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sifarişçinin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə əsasında xxx “Ağ şəhər” adlanan ərazidə 7 mərtəbəli 10 girişli yaşayış evinin tikintisinin d/beton qəlibləmə işlərinin müasir texnologiya əsasında görülməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC (Sifarişçi) ilə Cavabdeh2 MMC (İcraçı) arasında bağlanmış 01.09.2015-ci il tarixli 02/09 saylı müqaviləyə əsasən isə, İcraçı Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sifarişçinin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə əsasında xxx “Ağ şəhər” adlanan ərazidə 7 mərtəbəli 10 girişli yaşayış evinin tikintisinin hörgü suvaq işlərinin texnologiya əsasında görülməsini öhdəsinə götürmüşdür. İddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, müqavilə Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlansa da, faktiki olaraq binanın tikinti işləri o və onun işçiləri tərəfindən həyata keçirilmişdir. Lakin iddiaçı ilə Cavabdeh1 MMC arasında iş görülməsinə dair yazılı müqavilə mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar ü zrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulm asaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəl ik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olma z. İş materiallarında olan məhkəmə qətnamələrindən görünür ki, iddiaçı Cavabdeh2 MMC cavabdeh İddiaçına qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin özünə məxsus işçi qüvvəsi ilə iddiaçının adından qəlib-beton işlərinin həyata keçirildiyini, görülmüş işlərin qüsurla icra edildiyini, cavabdeh işçilərin bir hissəsinin əmək haqlarını ödəmədiyinə görə işçilərin əmək haqlarının Cavabdeh2 MMC tərəfindən ödənildiyini iddia edərək 181427 manat məbləğində pulun İddiaçı tutulmasını xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)994/17 saylı, 06 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7857/17 saylı, 01.08.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 mart 2017-ci il tarix li qətnaməsi ləğv edilərək iddia təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8673/17 saylı, 13 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)7857/17 saylı, 01.08.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh2 MMC-nin adından tikinti işləri görməsi barədə şifahi razılıq cavabdehin etirafedici izahatı, eləcə də Bakı şəhəri Suraxanı rayon məhkəməsində baxılmış mülki işdən məlum olur. Lakin iddiaçı tərəf işlərin görülməsinə dair şifahi razılıq olduğu halda, bu razılığın nədən ibarət olması, hansı şərtlərlə yerinə yetirilməsinə dair də məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. 2(010)-994/17 saylı mülki iş materiallarından da İddiaçı tikinti işlərini hansı həcmdə gördüyü, görülmüş tikinti işlərinə görə Cavabdeh2 MMC-nin nə qədər borcu qalması ilə bağlı konkret, mötəbər sübutlar müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququn un pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər” (§68). Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir” (§93). MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. Lakin sübutetmə predmetinin dəqiqləşdirilməsinə və yeni məlumatlar sorğusuna münasibətdə məhkəmənin aktivliyi saxlanılır. İddiaçı 09.08.2016-cı il tarixli 16/49 saylı “X4 Hesabatı”na istinadən bildirmişdir ki, həmin auditor hesabatının “Nəticə və təkli flər” hissəsinin 12-ci bəndində fiziki şəxslər İddiaçı, onun şəriki X2 və X1 1.546.280,00 manat məbləğində Cavabdeh1 MMC-dən alacağı var. Apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili ilə razılaşmayaraq bildirmişdir ki, auditor rəyində iddiaçının və onun şəriklərinin alacaqları məbləği, hüquq mühafizə orqanları tərəfindən öz təsdiqini tapdıqdan sonra ala biləcəyi ilə şərtləndirildiyindən, həmin rəy hazırkı iddianın əsaslılığını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24 iyul 2018-ci il tarixli, 8868/10031 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçına 2856817,0 manat məbləğində vəsaitin verildiyi müəyyən edild i. Lakin qeyd edilir ki, iş materiallarına əlavə edilmiş məxaric orderləri ilə eyni tarixdə, eyni məbləğdə vəsaitin verildiyi müəyyən edilir (eyni tarixli, eyni məbləğli məxaric orderləri təkrarlanır). Həmçinin, məxaric orderlərinin əsli yox, kserosurəti təqdim edilmişdir və onlar nömrələnməmişdir. Bu səbəbdən eyni tarixdə aparılmış ödənişlərin, bir məxaric orderi olması və ya ayrı-ayrı orderlər olmasına məhkəmə tərəfindən qiymət verilməlidir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, xxx, “Ağ şəhər” massivində inşa edilmiş mübahisəli yaşayış binaları üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyərinin 3.900.982 (üç milyon doqquz yüz min doqquz yüz səksən iki) manat məbləğində olduğu müəyyən olunmuşdur. Mülki iş materiallarında olan 2 saylı formalarda, aktlar da və arayışlarda göstərilən məlumatlarla tədqiq olunan yaşayış binalarının faktiki vəziyyəti üzləşdirilərkən, 2 saylı formalarda, aktlarda və arayışlarda göstərilən tikinti quraşdırma işlərinin tədqiq olunan yaşayış binaları üzrə faktiki olaraq yerinə yetirildiyi müəyyən olunmuşdur. Həmin ekspert rəyindən görünür ki, məxaric orderləri üzrə iddiaçıya verilən məbləğ, görülmüş işlərin ümumi dəyəri və 2 saylı formalarda, aktlarda və arayışlarda göstərilən məlumatlarla tədqiq olunan yaşayış binaları üzrə tikinti quraşdırma işlərinin faktiki olaraq yerinə yetirildiyi müəyyən edilsə də, ekspert rəyi və iş materiallarında olan digər sənədlərin birlikdə araşdırılması nəticəsində iddiaçı tərəfindən işlərin görülməsi müəyyən edilməmişdir. Eləcə də ekspert rəyində İddiaçına 2856817,0 manat məbləğin də vəsaitin verildiyinin müəyyən edildiyi qeyd edilmiş, lakin həmin vəsaitlərin kim tərəfindən, hansı məqsədlə verilməsi həmin məxaric orderləri ilə müəyyən edilməmişdir. Həmçinin, qeyd edilən orderlərin əslləri məhkəməyə təqdim edilməmişdir. Qeyd olunalıdr ki, iddiaçı tələbində cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC- dən ona məxsus olan 408200 (dörd yüz səkkiz min iki. yüz) manatlıq tikinti materiallarının alınaraq qaytarılmasını tələb etsə də, həmin malların cavabdehlərə təhvil verilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərkən prosessual qanunvericiliyin tələlərinə əməl olunmuş, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 417.1.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-70/2019 saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar