Məhkəmə qərarları › İş №2-2(102)-408/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-408/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-408/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh “X3” MMC-nin oğluna qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi üzrə borcun tutulması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin və iddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(107)-19/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İd diaçı MMC baş direktor vəzifəsini icra edən E.H.Quliyev şəxsində (alıcı), MKTUcar filialının direktoru Ş.V.Səmədov şəxsində (tədarükçü) və xam pambığın istehsalçısı XXX (təsərrüfat) şəxsində 2016-cı il 19 aprel tarixdə 2016-cı il mövsümü üzrə xam pambığın istehsalı və alğı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır.

2. Müqaviləyə əsasən Təsərrüfat (XXX) 500 ha sahədə pambıq əkməyi, hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 2007-ci il 27 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükü üzrə Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonun satınalma qiyməti: birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat. Qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının (MKT İK MMC) mülkiyyətinə verməyi, Tədarükçü (MKT Ucar filialı) gətirilən xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür. Müqavilə "xxxx" MMC-nin baş direktoru vəzifəsini icra edən şəxs və “MKT-Ucar” fil ialının direktoru və XXX tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir.

3. Ağdaş rayon Qobuüstü bələdiyyəsinin 2016-cı il 14 aprel tarixli arayışına əsasən, Yuxarı Nemətabad kəndi ərazisində olan 110 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir.

4. Ağdaş rayon Qobuüstü bələdiyyəsinin 2016-cı il 2 mayl tarixli arayışına əsasən, kəndin ərazisində olan 45 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir.

5. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 14 aprel tarixli arayışına əsasən, Ərəboc ağı kəndi ərazisində olan 150 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir.

6. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 14 aprel tarixli arayışına əsasən, Pirkəkə kəndi ərazisində olan 140 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir.

7. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 2 may tarixli arayışına əsasən, Pirkəkə kəndi ərazisində olan 25 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pam bıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir.

8. Ağdaş rayon Pirkəkə bələdiyyəsinin 2016-cı il 2 may tarixli arayışına əsasən, Ərəbocağı kəndi ərazisində olan 30 hektar torpaq sahələri Ağdaş şəhərində yaşayan "xxxx" fermer təsərrüfatı MMC-nin icraçı direktoru Can Tanrıövə 2016-cı il 1 dekabr tarixədək pambıq əkini üçün müvəqqəti olaraq əvəzsiz verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC (bundan sonra - iddiaçı) cavabdeh “X3” MMC-yə (bundan sonra cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əsas borca görə 23.485,90 manat, hesablanmış cəriməyə görə 57.114,10 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla ümumilikdə 80.630 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 500 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 1000 ton xam pambıq məhsulu istehsal edərək iddiaçıya satmağı öhdəliyinə götürmüş, müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 270.252,40 manat avans vəsait ödənilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh ilk öncə aldığı avans dəyərində xam-pambığı tədarük etməli olduğu halda, yalnız 213.511,20 manat dəyərində 428.859,2 kq xam-pambıq təhvil vermiş, avans üzrə 33.255 manat vəsaiti iddiaçıya geri qaytarmış, nəticədə iddiaçıya 23.485,90 manat borcu qalmışdır. Həmçinin, müqavilənin şərtlərinə görə cavabdeh təhvil vermədiyi xam-pambığın 20 faizi həcmində cəriməni də ö dəməlidir.

11. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 8 sentyabr tarixli, e-2-2(117)302/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Rüfət Məcidov).

12. Həmin məhkəmə bildirmişdir ki, mübahisəli alğı-satqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə XXX arasında bağlanmışdır. XXX tərəfindən isə müqavilə cavabdehin adından bağlanmadığı üçün müqavilədə cavabdeh müəssisəyə məxsus möhürün olması müqavilə üzrə yaranmış öhdəliklərin cavabdeh tərəfindən icra edilməli olması anlamına gələ bilməz. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş maliyyə sənədində də fermerin adı XXX olaraq göstərilmişdir. Cavabdeh mübahisəli alğı-satqı müqaviləsinin tərəfi olmadığından onun həmin müqavilə ilə bağlı heç bir öhdəliyi yaranmamışdır.

13. Həmin qətnamədən id diaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər.

14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya 2020-ci il 12 noyabr tarixli, 22(107)-44/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək işin mülki icraat qaydasında baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (sədrlik edən Gündüz Abbasov, hakimlər Mirbahəddin Hüseynov və Elçin Hüseynov)

15. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddiaçının apellyasiya şikayətinə baxılması üçün işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 29 ya nvar tarixli, 22(102)-97/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən Bəhram Məmmədli, hakimlər Abiddin Hüseynov və Nigar Rəsulbəyova). Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(107)-19/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 8 sentyabr tarixli, 2-2(117)-302/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov)

18. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş halları ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçıya cavabdehin əsl cavabdeh XXXla əvəz edilməsi təklif olunsa da, iddiaçı bundan imtina etmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1096.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1, 9, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 17 may tarixdə iddiaçı və cavabdehə göndərilmişdir.

21. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAA Tİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

22. Məhkəmə alğı-satqı müqaviləsinin cavabdehlə deyil, onun rəhbəri ilə bağlanması səbəbindən cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyinin yaranmamasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, mübahisəli alğı-satqı müqaviləsində və avans xidmətlərin görülməsi barədə aktlarda cavabdeh hüquqi şəxsin möhürü öz əksini tapmışdır. Həmçinin, tərəflər arasında 2016-cı il mövsümü üzrə xam-pambığın alğısatqısına dair müqavilənin imzalanması ilə bağlı iddiaçıya təqdim olunmuş notarial qaydada təsdiq edilmiş imza nümunələrində XXX cavabdeh müəssisənin direktoru kimi təqdim edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

23. Məh kəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

24. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə və vəkil ilə təmsil olunmamış və buna dair məhkəməyə üzrlü səbəbinin olması barədə məlumat verməmişdir. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkəmə iclasının cavabdehin işt irakı olmadan davam etdirilməsini mümkün saymışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düz gün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 202.1. Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qət namə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

29. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

30. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçı MMC-nin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2021-ci il 6 may tarixli, 2-2(107)-19/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməlidir.

31. Apellyasiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, mübahisəli alğısatqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə XXX arasında bağlanmışdır. XXX tərəfindən isə müqavilə cavabdehin adından bağlanmadığı üçün müqavilədə cavabdeh müəssisəyə məxsus möhürün olması müqavilə üzrə yaranmış öhdəliklərin cavabdeh tərəfindən icra edilməli olması anlamına gələ bilməz.

32. İddiaçının kassasiya şikayətinin dəlilinə görə mübahisəli alğı-satqı müqaviləsində və avans xidmətlərin görülməsi barədə aktlarda cavabdeh hüquqi şəxsin möhürü öz əksini tapmışdır. Həmçinin, tərəflər arasında 2016-cı il mövsümü üzrə xampambığın alğı-satqısına dair müqavilənin imzalanması ilə bağlı iddiaçıya təqdim olunmuş notarial qaydada təsdiq edilmiş imz a nümunələrində XXX cavabdeh müəssisənin direktoru kimi təqdim edilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.

34. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər (6.2-ci maddə).

35. İş materiallarına əsasən, tərəflər arasında 2016-cı il 19 aprel tarixli, 16 245 2009 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilə imza və cavabdeh “X3” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi isə müqavilədə cavabdeh müəssisənin möhürünün olmasını əhəmiyyə tsiz hal kimi qiymətləndirməklə müqavilənin bağlandığı tarixdə cavabdehin qanuni təmsilçi, təsisçi və icraçı direktorunun kim olmasını, müqaviləni imzalayan XXX adlı şəxsin cavabdeh müəssisəylə hər hansı əlaqəsinin olub-olmamasını aydınlaşdırmamış, belə əlaqənin mövcud olmadığı müəyyən edildiyi təqdirdə isə müqavilədə cavabdehin möhürünün hansı əsasla öz əksini tapmasını araşdırmamışdır.

37. Bundan başqa, iş materiallarında olan Ağdaş rayon Qobuüstü və Pirkəkə Bələdiyyələrinin sədrlərinin imzası ilə təsdiq olunmuş arayışlardan görünür ki, kəndlərin ərazisindən pambıq əkini üçün ümumilikdə 500 hektar torpaq sahəsi müvəqqəti olaraq cavabdeh təsərrüfatın icraçı direktoru XXXin əvəzsiz istifadəsinə verilmişdir (bax §3-8).

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin predmeti olan müqavilədə onun tərəfi olan XXX “təsərrüfat” olaraq göstərildiyindən və müqavilədə göstərilən 500 hektar torpaq sahəsi ilə bələdiyyələr tərəfindən cavabdeh müəssisənin icraçı direktoru olaraq XXXə pambıq əkini üçün məhz müqavilənin bağlandığı 2016-cı ildə verilmiş torpaq sahələrinin ölçüləri eyni olduğundan iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə nail olmaq üçün həmçinin həmin torpaq sahələrinin kimə məxsus olması və cavabdeh tərəfindən istifadə edilib-edilməməsi məsələsi də aydınlaşdırılmalıdır.

39. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

41. Həmin məcəllənin 202.1-ci maddəsinə əsasən, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir.

42. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

43. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun qərarının 2.4cü bəndi).

45. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya m əhkəməsi həqiqətə nail olmaq üçün tam və hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

47. Məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə işin hallarını araşdırarkən zərurət yarandığı təqdirdə MPM-in 265.4-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərə malikdir.

48. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

49. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən ba xılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

50. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(107)19/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(107)-19/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar