Məhkəmə qərarları › İş №2-2(102)-410/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-410/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-410/2022 24.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması tələbi, alqı-satqı, elektron qaimə, üzləşmə aktı, imza Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli 2-2(107)-3/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxmışdır. I. İŞİN HALLARİ

1. Təchizatçı İddiaçı MMC (bundan sonra – “İddiaçı”) ilə diler Cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında bağlanmış 2018-ci il 10 yanvar, 2019-cu il 8 yanvar və 2020-ci il 5 yanvar tarixli ötürülən malların satışı haqqında müqavilələrə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən cavabdehə 2020-ci il 27 yanvar tarixdən 2020-ci il 21 dekabr tarixədək ümumilikdə 356.798,43 manat məbləğin əks olunduğu 9 ədəd elektron qaimə göndərilmişdir (iş.v123-131, cild İ). 3. 2 020-ci il 25 sentyabr tarixli üzləşmə aktından görünür ki, həmin tarixə cavabdehin iddiaçıya 132.508,71 manat borcu olmuşdur.

4. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə 2020-ci il 13 aprel tarixli bildirişlə müraciət etmiş və 172.213,31 manat borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2020-ci il 15 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış 144.381,51 manat debitor borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 5 yanvar tarixli ötürülən malların satışı-alışı haqqında müqaviləyə və əvvəlki müqavilələrə əsasən iddiaçı cavabdehə iri buynuzlu və xırda buynuzlu və xam süd məhsullarının satışını sifarişçinin sifarişinə uyğun olaraq həyata keçirməli, qarşı tərəf isə bunun müqabilində əldə etdikləri məhsulun dəyərini ödəmək öhdəliyi götürmüşdür. Qeyd olunan müqavilələr üzrə cavabdeh öhdəliyini qismən yerinə yetirmişdir. Belə ki, iddiaçı 2018-ci il 1 yanvar tarixdən 2020-ci il 31 mart tarixədək cavabdehə müqavilələrin şərtlərinə əsasən xam süd məhsulları və diri çəkidə iri buynuzlu heyvan məhsulları göndərmiş və cavabdehin iddiaçıya həmin məhsulların satışından 172.213,31 manat debitor borcu əmələ gəlmişdir. Cavabdehə müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bi ldiriş (pretenziya) göndərilmişdir. Bildirişin təqdim edildiyi dövrdən iddia ərizəsinin qaldırıldığı dövrədək qarşı tərəf ümumi borc məbləğindən bir qədər ödəmişdir. Cavabdeh 2020-ci il 5 yanvar tarixli və bu tarixdən əvvəl bağlanmış “xam süd və diri çəkidə iri buynuzlu heyvan məhsullarının satışıalışı haqqında” müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmiş və müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin müqavilə şərtlərini pozması və müqavilə öhdəliklərindən imtina etməsi iddiaçının hüquqlarını pozmaqla, ona ciddi maddi ziyan vurur.

7. İddiaçının nümayəndəsi Vəkil1 2020-ci il 21 oktyabr tarixində iddia tələbinin həcminin azadılması barədə ərizə verərək, cavabdehdən 132.508,71 manat borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş e tmişdir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 385.1, 386.1, 389.1, 427.3, 430.1, 442, 443.1-ci maddələrinə istinad edilmişdir.

9. Cavabdeh 2020-ci il 21 oktyabr tarixində iddia tələbinə qarşı etiraz təqdim edərək iddianı qəbul etmədiyini bildirmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Ötürülən malların satışı-alışı haqqında” müqaviləyə əsasən o (“Diler” qismində) iri buynuzlu və xırda buynuzlu və xam süd məhsullarının satışını həyata keçirmək və bunun müqabilində əldə olunan məhsulun dəyərini ödəmək öhdəliyini götürmüşdür. Həmin müqaviləyə əsasən o iddiaçıdan mal almaqla onların satışını həyata keçirdirdi. Hazırda iddiaçı tərəfindən qeyd olunan məbləğ, yəni borc mövcud deyildir və onun iddiaçı cəmiyyətə öd ədiyi ödənişlər nəzərdən keçirilərsə borcun mövcud olmadığı görünər. İddiaçı bir neçə dəfə üzləşmə aktlarını onun mühasib işlərini görmüş Tural Nəsurullayevə imza etdirməklə borc məbləğini şişirtmişdir. İddia verildikdən sonra borcunun bu qədər olmadığından şübhələnərək bank hesabından çıxarış almış və ona 2020-ci il 20 oktyabr tarixdə məlum olmuşdur ki, onun ümumiyyətlə iddiaçıya borcu yoxdur, əksinə iddiaçının ona borcu vardır. Onun mühasib işlərini görən Tural bütün işlərlə məşğul olduğundan və onun hesab və ödənişlərlə heç bir əlaqəsi olmadığından bunu bilməmişdir. Lakin, sonradan mühasib tərəfindən hesablama aparıldıqdan sonra iddiaçıya artıq ödəmələrinin olduğu bəlli olmuşdur. Təkcə 2020-ci il yanvarın 1-dən sentyabr ayının 28-nə kimi iddiaçıya 135.814 manat pul vəsaiti ödəmişdir. İd diaçı ümumiyyətlə məhkəməyə yalnız üzləşmə aktlarını təqdim etmişdir. İddiaçı tərəfindən sifarişlər və sifarişlər əsasında ona təqdim edilmiş malların sənədləri təqdim edilsəydi müəyyən olunardı ki borcun yoxdur. Hazırda fermasında yüzlərlə mal-qara mövcud deyil və yuxarıda qeyd olunan məbləğ təkcə 2020-ci il ərzində ödənilmişdir. 2019-cu ilin cari ilində 407.874 manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı məhkəməyə borcu təsdiqləyən kifayət qədər sübutlar təqdim etmədiyindən iddia təmin olunmamalıdır. İddiaçının təqdim etdiyi üzləşmə aktından görünür ki, üzləşmə aktına o imza etməmişdir və imza Turala məxsusdur. Cavabdeh qaimələr və malların alınmasına və təhvil verilməsinə dair sənədlər təqdim edildiyi təqdirdə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq eks pertizasının təyin olunmasını xahiş etmişdir.

10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 2 mart tarixli e-2-2(117)-8/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il 30 aprel tarixli 9/1970 nömrəli ekspert rəyinə əsasən alğı-satqı aktlarına görə iddiaçı tərəfindən cavabdehə 2018-ci ildə 12.710,23 manat dəyərində, 2019-cu ildə 60.7281,60 manat dəyərində və 2020-ci ildə 76.060,81 manat olmaqla ümumilikdə 696.052,64 manat dəyərində məhsul satılmışdır. Cavabdehin AFB Bankda 2017-ci il 16 may tarixdə açılmış ***-*******-1 nömrəli hesabından iddiaçının hesabına xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralıqlarında 421.874 manat, xx.xx.2020xx.xx.2020-ci il tarixləri aralıqlarında 136.014 manat pul vəsaiti ödənilmişdir. Eyni zamanda 2021-ci ilin yanvar ayında ödənilmiş 2.434 manat və 2019-cu ilin noyabr ayında nağd ödənildiyi qeyd olunan 5.655,93 manat (ödəniş qəbzi və başqa sübut yoxdur) nəzərə alınacağı təqdirdə ümumilikdə 565.977,93 manat ödəniş edilmiş və nəticədə 130.074,71 manat (696.052,64-565.977,93) ödənilməmiş borc qalmışdır.

11. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 17 iyun tarixli e-2-2(117)-8/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 132.508,71 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim R.Məcidov).

12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 5 yanvar tarixli ötürülən malların satışı haqqında müqaviləyə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdır ma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 132.508,71 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib və təsdiq edilmiş 2020-ci il 25 sentyabr tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Buna baxmayaraq cavabdeh üzləşmə aktına etiraz edərək aktın onun deyil, mühasibi kimi işləyən Tural tərəfindən imzalandığını bildirdiyindən və borc məbləğini mübahisələndirdiyindən məhkəmə araşdırması ilə 2018, 2019 və 2020-ci illərdə iddiaçı tərəfindən cavabdeh ilə bağlı təq dim edilmiş (elektron qaydada imzalanmış və cavabdeh tərəfindən şəxsən, sistem vasitəsilə qəbul edilmiş) bütün elektron qaimələr, həmin illərdə cavabdeh tərəfindən malların satışı ilə əlaqədar təqdim edilmiş elektron qaimələr, cavabdeh tərəfindən bəyan edilən vergi, vergi orqanı tərəfindən aparılan yoxlama zaman hesablanan vergi məbləğləri barədə məlumatlar 10 saylı ƏVİ-dən alınmış və tərəflərin təqdim etdiyi sənədlər, bank hesablarından çıxarışlar və vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlar əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ekspert rəyi verilmişdir (bax yuxarıda §10).

13. Cavabdeh 2.434 manat pulun ona məxsus olmadığını, həmin pulun Mila şirkəti tərəfindən Aqrokompleksə ödənilməli olan pul olduğunu və Mila şirkəti tərəfindən ona ödənilmiş pulu iddiaçı tərəfə göndərdiyini bildirmişdir. Göründüyü kimi, ekspert rəyində araşdırılması məhkəmənin səlahiyyətinə buraxılmış 2.434 manat pul vəsaiti cavabdeh tərəfindən borcunun əvəzi kimi iddiaçıya ödənilən pul məbləği deyildir. Ekspert tərəfindən müəyyən edilmiş 130.074,71 manat borc və cavabdehə aid olmayan 2.434 manat cəmləndikdə cavabdehin iddiaçıya olan borcunun məbləği 132.508,71 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan 132.508,71 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Eyni zamanda məhkəmə cavabdehin aktlardakı imzaların ona məxsus olmaması və bu səbəbdən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan aktlardakı imzaların cavabdeh tərəfindən icra olunmadığı nəz ərə alınsa belə mübahisə predmeti olan 132.508,71 manat borc ekspert rəyi ilə öz təsdiqini tapır. Ekspert rəyinin təsviri hissəsindən göründüyü kimi, ekspertiza tədqiqatı yalnız cavabdehin mübahisələndirdiyi aktlar əsasında deyil, elektron qaimələr, bank hesablarından çıxarış və digər vergi məlumatlarına əsasən aparılmışdır. Cavabdehin borcu eyni zamanda vergi orqanlarından alınmış məlumatlar əsasında təsdiqini tapdığından və bunun məhkəmə araşdırmasının lüzümsuz uzadılmasına yönəlməsi kimi dəyərləndirildiyindən cavabdehin məhkəmə-xəttşünaslıq ekspertizasının aparılmasına dair vəsatəti rədd olunmuşdur.

15. Həmçinin cavabdeh tərəfindən 105.000 manat dəyərində 12 baş iri buynuzlu heyvanların və 74.000 manat dəyərində süd məhsullarının dəyərini nəğd şəkildə iddiaçıya ödəlidiyi iddia olunsa da bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, bu halın həqiqətə uyğun olduğunu sübuta yetirilməmişdir.

16. Məhkəmə mövqeyini MM-in 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 567-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh 2021-ci il 19 iyul tarixində apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli 2-2(107)-3/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şik ayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Məlikov, hakimlər – G.Cavadova və E.Hüseynov).

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli hüquq normalarını düzgün tədbiq etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır (bax §16).

21. Həmin qətnamə 2022-ci il 23 fevral tarixli tərəflərə göndərilmiş, məhkəmə qətnaməsini 2022-ci il 2 mart ta rixdə əldə edən cavabdeh 2022-ci il 22 aprel tarixində kassasiya şikayəti verərək onun qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MPM-in 1.5, 9.3, 97-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, cavabdehin imza atmadığı qaimələrə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, cavabdeh xəttşünaslıq ekspertizasının keçirilməsini tələb etmişdir. Məhkəmə cavabdehin sübutlarına qiymət verməmiş, onları təkzib edən halları əsaslandırmamışdır. Cavabdeh hesab edir ki, məhkəmə xəttşünaslıq ekspertizası təyin etməli, işdə olan qaimələrdəki imzaları yoxlamalı idi. Ümumilikdə 33.531,7 manat dəyərində olan yalnız mal qara onun tərəfindən alınmamış, nə 74.410,05 manatlıq süd məhsullarının satışına dair qəbzlərdə nə də aktlardakı imzalar ona məxsus olmamışdır.

23. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sənədləri (göy, sarı, yaşıl rəngdə olan aktlar) araşdırmadan ekspertizaya göndərmiş, ekspert araşdırma aparmadan, vergi qaimələrinə deyil, aktlara əsaslanmaqla rəy vermişdir. İddiaçı əvvəl borcun 2020-ci ildə 2020ci il 5 yanvar tarixli müqavilə üzrə yarandığını, daha sonra isə borcun 2018-2019-cu illərdən qaldığını bildirmiş, məhkəmə göstərilən hala hüquqi qiymət vermədən borcun 2020-ci ildə yaranması nəticəsinə gəlmişdir. Cavabdeh qeyd edir ki, iddiaçı ilə onun arasında 2018-ci ildə ümumiyyətlə alış-veriş olmamışdır.

24. Məhkəmənin iddia tələbinin əsası kimi qəbul etdiyi elektron qaimələrin demək olar k i, 80.000 manat hissəsi məhkəmə mübahisəsi dövründə vurulmuş, 2020-ci ilin mart ayından sonra təqdim edilən və cavabdeh tərəfindən təsdiq edilməyən (sistem təsdiq edib) qaimələrin kökündə isə heç bir alış aktı olmamışdır.

25. Həmçinin, 2020-ci il 3 yanvar tarixli, S-E/20 saylı aktdakı və 74.410,05 manatlıq süd məhsullarının satışına dair qəbzlərdə və aktlarda imzalar cavabdehə məxsus olmamışdır. İddiaçı tələb etdiyi borcun hardan yaranmasını əsaslandırmamışdır.

26. Cavabdeh tərəfindən təqdim olunan 2019-cu il 1 fevral tarixli üzləşmə aktında onun qalıq borcunun 5844,08 manat olduğu təsdiqini tapmış, həmin akt iddiaçının “əsli ilə düzdür” möhürü ilə və mühasib İbrahim Abdullayevin imzası ilə təsdiqlənib. İddiaçının təqdim etdiyi sənədlərdə isə cavabdehin borcu şişirdilmişdir.

27. Digər, 201 9-cu ilin iyul ayına aid olan üzləşmə aktında isə iddiaçının cavabdehə 31.000 manat borcunun olduğu öz əksini tapmışdır. Halbuki, iddiaçı həmin dövrdə cavabdehin 204.466,13 manat borcunun olduğunu iddia etmişdir. Cavabdeh hesab edir ki, istinad etdiyi aktlar onun 2018-ci ildə iddiaçıya, 2019-cu ildə isə iddiaçının ona qalıq borcunun olduğunu sübut etmişdir.

28. İddiaçı tərəfindən 2020-ci ilin iyun ayından dekabr ayına kimi vurulmuş qaimələr tam, 2020-ci il 27 yanvar tarixdə 51.000 manat, 2020-ci il 26 fevral tarixdə 60.970 manat, 2020-ci il 29 mart tarixdə 51.865 manat elektron qaimələr isə qismən əsassız olmuşdur. 2020-ci il 26 iyun, 2020-ci il 14 avqust, 2020-ci il 28 avqust, 2020-ci il 9 sentyabr, 2020-ci il 21 dekabr tarixli qaimələr heç bir alış aktına əsaslanmadığından sübut kimi qəb ul oluna bilməzdi. Həmin dövrdə cavabdeh iddiaçıdan ümumiyyətlə mal almamışdır. 29. 2020-ci il 27 yanvar tarixli, 51.000 manat, 2020-ci il 26 fevral tarixli, 60.970 manat, 2020-ci il 29 mart tarixli, 51.865 manat qaimələr qismən ləğv olunmalıdır. Həmin dövrdə cavabdeh yanvar ayı üzrə 20.871,40 manat, fevral ayı üzrə 17.510,20 manat, mart ayı üzrə 11.294,80 manat, aprel ayı üçün 2.782,40 manatlıq olmaqla iddiaçıdan ümumilikdə 52.458,8 manatlıq mal almışdır. Bu səbəbdən, iddiaçıya müraciət edilərək 2020-ci il 26 iyun tarixli, 2020-ci il 14 avqust tarixli, 2020-ci il 28 avqust tarixli, 2020-ci il 9 sentyabr tarixli, 2020-ci il 21 dekabr tarixli qaimələrin tam, 2020-ci il 27 yanvar tarixli, 2020-ci il 26 fevral tarixli, 2020-ci il 29 mart tarixli qaimələrin qismən ləğv edilərək, yanvar ayı üzr ə 20.871,40 manatlıq, fevral ayı üzrə 17.510,20 manatlıq, mart ayı üzrə 11.294,80 manatlıq, mart ayı üzrə 11.294,80 manatlıq, aprel ayı üzrə 2.782,40 manatlıq elektron qaimə vurulması xahiş olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırki icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) fo rmada bağlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üç ün müəyyən forma təyin edilməsin....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə q aydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “2. Elektron qaimə-fakturanın tərtib edilməsi 2.1. Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra İnternet Vergi İd arəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. 2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir:... 2.2.4. əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.);...”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsasl andıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

97. Məhkəmən in ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

39. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

40. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə mübahisəli 132.508,71 manat borc ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, ekspert tərəfindən müvafiq rəy digər sənədlərlə yanaşı eyni zamanda elektron qaimələr əsasında verilmişdir.

42. Tərəflər arasında münasibətlərin yarandığı və müvafiq qaimələrin tərtib olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiq i, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur. Hazırkı halda isə, iş materiallarında olan, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə “əsas:müqavilə” olaraq göstərilsə də, bunun elektron qaimələrin konkret olaraq hansı müqavilə və ya digər sənədlər əsasında göndərilməsi öz əksini tapmamışdır.

43. Bundan başqa, iş materiallarında cavabdehin iddiaçıya 132.508,71 manat borcunun olmasına dair və cavabehin orada icra olunmuş imzanın ona məxsus olmadığını bildirdiyi 2020-ci il 25 sentyabr tarixli üzləşmə aktı mövcud olsa da, iş materiallarında eyni zamanda i ddiaçının cavabdehə borcunun olmasına dair və iddiaçının adından yuxarıda göstərilən 2020-ci il 25 sentyabr tarixli aktda da imzası əks olunmuş İ.Abdullayev tərəfindən imzalanmış sənədlər də mövcud olmuş, lakin məhkəmə qeyd olunan ziddiyyətli məqama qiymət verməmişdir.

44. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, işin yenidən baxılması zamanı qeyd olunan ziddiyyətli məqamların aydınlaşdırılması zərurəti yaranmışdır.

45. Digər tərəfdən cavabdeh süd məhsullarının satışına dair qəbzlərdə və üzləşmə aktlarındakı imzaların ona məxsus olmaması səbəbindən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

46. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsasla ndırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

47. Buna baxmayaraq, məhkəmə isə 2022-ci il 17 fevral tarixli məhkəmə iclas protokolunda işdə iştirak edən şəxslərin müraciət və vəsatətlərinin olmadığı göstərilmiş, habelə MPM-in tələblərinə uyğun olaraq vəsatətə münasibət bildirmədən, vəsatətin təmin edilmədiyi təqdirdə əsaslandırılmış qərardad qəbul etmədən, sadəcə qətnamədə ekspertizanın aparılmasına dair vəsatətin rədd olunduğunu göstərmişdir. Halbuki, müvafiq ekspertiza keçirilməklə onun nəticələrindən asılı olaraq digər (təkrar məhkəmə-mühasibatlıq ekspertizası və s.) prosessual hərəkətlərin edilməsi nəticəsində iş üzrə tam, obyektiv və ədalətli nəticə əldə oluna bilərdi.

48. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına c avab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

50. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

51. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

52. MPM-nin 217.3-cü maddəsinin təl əbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə t ərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

55. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

57. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instan siyası məhkəməsinə göndərə bilər.

59. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli, 2-2(107)3/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli, 2-2(107)-3/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar