Məhkəmə qərarları › İş №2-2(102)-421/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-421/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-421/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin S ığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(103)-352/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında 15 oktyabr 2019-cu il tarixdə **nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci, 2.1-ci, 4.2-ci və 6.10-cu bəndlərinə əsasən, bank 36 ay müddətinə, illik 20% olmaqla, 200 000 manat məbləğində krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kredit alanının mülkiyyətinə verir, kredit alan isə həmin kredit lərdən məqsədli, təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. 2. "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh1 Rafiq qızı (zamin) arasında bağlanmış 15 oktyabr 2019- cu il tarixli **nömrəli zaminlik müqaviləsinə əsasən, bank və Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli **nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Rafiq qızı bank qarşısında öz üzərinə zamin qismində məsuliyyət götürmüşdür. 3. "xxxx" (ipoteka saxlayan) ASC, Cavabdeh1 Rafiq qızı (ipoteka qoyan) və Cavabdeh2 (kredit alan) arasında bağlanmış və Bakı şəhəri 54 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 15 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, kredit müq aviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Rafiq qızı tərəfindən ünvan 1 ünvanında olan 0,1345 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280,1 m2 olan 306 nömrəli bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı əsasında 400 000 manat məbləğində qiymətləndirilmişdir. Sözügedən ipoteka müqaviləsində göstərilmiş ipoteka predmetinin yüklülüyü Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 98 nömrəli reyestr kitabının 9967 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Bank tərəfindən tərtib edilmiş 7 avuqst 2023-cü il tarixli **********007 nömrəli maliyyə arayışına görə, kredit alanın 15 oktyabr 2019-cu il tarixli **nömrəli kre dit müqaviləsi üzrə 01 avqust 2023-cü il tarixinə banka 166 319,80 manat əsas, 85 214,63 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 6606,60 manat olmaqla, ümumilikdə 258 141,03 manat borcu vardır. 5. "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına ünvanladığı 4 avqust 2023cü il tarixli xəbərdarlıq məktubu ilə 258 141,03 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 6. 30 yanvar 2023-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlərdən görünür ki, ipoteka saxlayan tərəfindən kredit alana və ipoteka qoyana müvafiq bildirişlər göndərilmiş, bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin Bakı şəhər Ərazi İdarəsinə 10 fevral 2023-cü il tarixdə təqdim olunmuş və 14 fevral 2023-cü il tarixdə ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. 7. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı şəhəri 12 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə arayış tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ( bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına ( bundan sonra ayrı-ayrılıqda Cavabdeh2 və Cavabdeh1 və ya birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166.319,80 (bir yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) ma nat əsas, 85.214,63 (səksən beş min iki yüz on dörd manat altmış üç qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 6.606,60 (altı min altı yüz altı manat altmış qəpik) manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində mediasiya xərci, iş üzrə ödənilmiş 145 (bir yüz qırx beş) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsumun cavabdehlərdəm müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.1345 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinə yönəldilmə si, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqav ilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********997 saylı 04 avqust 2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 2023-cü il 1 avqust tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 258141,03 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2024-cü il tarixli, 9/9009 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, **nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 15 oktyabr 2022-ci il tarixinə əsas borc üzrə 169.352,98, faiz borcu üzrə 56.096, 09 manat, 01 avqust 2023-cü il tarixinə əsas borc üzrə 169.352,98, faiz borcu üzrə 56.096,09 manat, əldən çıxmış fayda borcu üzrə 6.727,08 manat, 01 avqust 2023-cü il tarixinə əsas borc üzrə 169352,98, faiz borcu üzrə 56096,09 manat, əldən çıxmış fayda borcu üzrə 7573,84 manat məbləğində müəyyən olunur. 11. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 31 may 2024-cü il tarixli, LP-084/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin likvid dəyəri 421.000 manat, bazar dəyəri 468000 manat təşkil edir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli e-2-2(113)241/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər dən müştərək qaydada 166319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borc, 56096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229022,49 manat (iki yüz iyirmi doqquz min iyirmi iki manat qırx doqquz qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı, ödənilmiş mediasiya və dövlət rüsumuna görə 486,30 manat (dörd yüz səksən altı manat otuz qəpik) olmaqla, ümumilikdə 229568,79 manat (iki yüz iyirmi doqquz min beş yüz altmış səkkiz manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin ilkin satış qiymətinin 421000 (dörd yüz iyirmi bir min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 177,40 manatının (yüz yetmiş yeddi manat qırx qəpik) cavabdehlərsən müştərək qaydada, 22,60 manat (iyirmi iki manat altmış qəpik) hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 266,20 manatının (iki yüz altmış altı manat iyirmi qəpik) cavabdehlərdən müştərək qaydada, 33,80 manat (otuz üç manat səskən qəpik) hissəsinin iddiaçıdan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Axundova).

13. Birinci instansiya məhkəməsi qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilm iş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun müqavilə müddətinin sonuna olan faiz məbləği) təmin edilməli, cavabdehlərdən müştərək qaydada 166319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borc, 56096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229022,49 manat iddiaçının xeyrinə tutulmalıdır.

14. Məhkəmə borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı q eyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Rafiq qızına məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Ona görə də iddia bu hissədə təmin edilməlidir.

15. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasə n məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan, ünvan 1 ünvanında olan 0.1345 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 kv.m olan 306 nömrəli bağ evinin likvid dəyərinin 421000 (dörd yüz iyirmi bir min) manat olması müəyyən edilmişdir. Belə olan halda ipoteka predmetinin ilkin satış qiyməti 421000 (dörd yüz iyirmi bir min) manat mə bləğində müəyyən edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 470, 472 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3 və 41.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 115.0.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. İddiaçı tərəfindən qətnamədən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-faiz borcunun 56 096 manat müəyyən olunması hissəsində ləğv edilməsi və faiz borcunun tutulması ilə bağlı hissədə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

18. Qətnamədən həmçinin Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək onun qismən-faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 mart tarixli 2-2(103)-352/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər L.Əİiyeva və Z.Şirinov).

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Cavabdeh2 öhdəliyini lazımınca icra etmədiyini mübahisələndirməsə də, faiz borcunun olmadığını irəli sürmüş, iddiaçı bank isə cavabdehlərdən tutulan faiz borcunun məbləği ilə razılaşmamışdır. Digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması m üəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.

21. Faiz borcunun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı hər iki tərəfin irəli sürdüklərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına arqumentlərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim edilməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə faiz borcunun 15 oktyabr 2022-ci il tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləği dəqiqləşdirilmişdir.

22. Ekspertiza rəyini mübahisələndirən tərəf yalnız formal dəlillər ilə kifayətlənməməli, ekspertiza zamanı istifadə edilən tədqiqat üsullarının və yax ud materiallarının yanlış olması barədə konkret sübutlar təqdim etməlidir. İddiaçının ekspertiza rəyini yalnız özü tərəfindən tərtib edilmiş daxili sənədlər əsasına mübahisələndirməsi, cavabdehin isə, ümumiyyətlə, konkret dəlil təqdim etməməsi ekspertiza rəyinin mötəbərliyini şübhə altına alınması üçün əsas ola bilməz.

23. Məhkəmə, Cavabdeh2 şikayətini ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə də əsassız hesab edərək göstərmişdir ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur. Cavabdeh əmlakın bazar dəyərinin 1 000 000 manat məbləğində olmasını qeyd etsə də, bununla bağlı hər hansı dəlil və ya əmlakın dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişdir. Eyni zamanda o nu da qeyd etmək lazımdır ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, 2019-cu ildə bağlanmış ipoteka müqavilələsində müəyyənləşdirilən qiymətlə müqayisədə, qiymətləndiricinin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.

24. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 317, 319.1, 319.6, 385, 386.1, 390.5, 404, 425, 442, 448.1, 472, 500.1 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 34.1 və 39.3-cü maddələrinə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 17 və 18-ci maddələrinə, MPM-in 14.2, 77.1, 80, 81, 88, 97.1, 103.1, 217.3 və 3 85-ci maddələrinə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

25. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MPM-in 386, 416 və 418-ci maddələri üzrə - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli rəyində ziddiyyət mövcuddur. Yüksək faiz borcu hesablanmış, hətta faiz borcundan da faiz tutulmuşdur. Kredit müqaviləsinin müddəti 3 il nəzərə alınsa, müqavilə üzrə borc 2022-ci il 15 oktyabr tarixinə hesablanmalı olduğu halda cavabdehdən əlavə olaraq 166.319,80 manat (yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) əsas borc, 56.096,09 manat (əlli altı min doxsan altı manat doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 6.606,60 manat (altı min altı yüz altı manat altmış qəpik) faiz məbləği olmaqla, cəmi 229022,49 manat (iki yüz iyirmi doqquz min iyirmi iki manat qırx doqquz qəpik) tələb olunması əsassızdır. Cavabdeh tərəfindən banka müxtəlif vaxtlarda ödənişlər edilmiş, həmin ödənişlər əsas məbləğdən deyil, faiz borca silinmişdir ki, bu da düzgün deyildir. Bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsi, 2022-ci il 1 5 oktyabr tarixinə borcun əsas və faiz hissələrinin nə qədər olmasının araşdırılması vacibdir. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Belə ki, həmin əmlakın qiyməti müəyyən olunmuş ilkin satış qiymətindən qat-qat yüksəkdir. Apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədərki redaksiya) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə 3

19. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsasla nan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklə rin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşək arlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 31. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;...” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Məcəlləsinin müvafiq 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yarad ır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....”

33. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli qərardadında aşağıdakılar nəzərdə tutulur: “...

13. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq ma ddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşma sı əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və cavabdehin iddia olunan faiz borcunun məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertizanın keçirilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Həmçinin ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ek spertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 18-ci maddəsi).

37. Hazırki halda, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 12 aprel 2024cü il tarixli, 9/9009 saylı rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən sübutlar işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə zərurət olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəy qiymətləndirilərkən MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmişdir.

38. Cavabdeh2 ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiy a instansiyası məhkəməsi kassatorun eyni məzmunlu apellyasiya şikayətinin dəlilinə də qiymət verərək göstərmişdir ki, cavabdeh ipoteka predmeti olan bağ evinin real bazar dəyərinin daha artıq olduğunu bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

39. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə bax ılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız oldu ğundan təmin edilməməlidir.

41. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 mart tarixli, 2-2(103)-352/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar