Məhkəmə qərarları › İş №2-2(102)-423/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-423/2025

03.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-423/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3dan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “qaz kəmərinin mühafizə zonasının pozulmasının qarşısının alınması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 fevral tarixli 2-2(106)-24/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 28 oktyabr tarixli və 2019-cu il 26 dekabr tarixli xəbərdarlıq məktubları ilə İdarə tərəfindən magistral qaz kəmərinin mühafizə zonasından inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərinin mühafizə zonasından uzaqlaşdırması və kəmərin mühafizə zonasını əvvəlki vəziyyətinə gətirməsin təmin olunması, əks təqdirdə qanunvericiliyə uyğun olaraq, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq olunmuşdur.

2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X4 Agentliyinin İdarəyə ünvanladığı 2020-ci il 21 yanvar tarixli məktubundan görünür ki, araşdırma zamanı tikinti işlərin Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparıldığı məlum olmuşdur. Cavabdeh kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılan tikinti işlərinə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə edilmişdir.

3. Lənkəran rayonu Separadi kəndində yerləşən aşağıdakı kənd təsərrüfatı təyinatlı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrinin müvafiq çıxarışlarına əsasən Cavabdeh xüsusi mülkiyyətindədir: - 0,63 ha (2017-ci il 17 mart tarixli ********** nömrəli çıxarış); - 0,38 ha (2017-ci il 26 aprel tarixli ********** nömrəli çıxarış); - 0,1387 ha (2018-ci il 7 may tarixli ********** nömrəli çıxarış); - 0,12 ha (2018-ci il 18 iyul tarixli ********** nömrəli çıxarış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 13 yanvar tarixində Cavabdehə qarşı iddia ərizəsi və sonradan “i ddiaçı tələbin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının X5 kəmərləri sahəsinin istismarında olan 1020/1220 mm diametrli “AstaraQazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən Lənkəran rayonu Separadi kəndi ərazisində magistral qaz kəmərindən 6 metr aralıda (uzunluğu 8.6 metr, eni 7.6 metr, hündürlüyü 0.7 metr) məsafədə inşa olunmuş qanunsuz tikililərin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi, ödənilmiş dövlət rüsumunun və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Separadi kənd sakini olan cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və Təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq X5 kəmərlərinin balans və istismarında olan magistral qaz kəmərinin 57-ci km-liyində (Lənkəran rayonunun Separadi kəndi ərazisində) kəmərin mühafizə zonasında, kəmərdən 6 metr aralıda (uzunluğu 8,6 metr, eni 7,6 metr, hündürlüyü 0,7 metr) və 16 metr aralıda (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2,9 metr) qanunsuz tikililər inşa etməklə magistral qaz kəmərinin mühafizə zonasını pozmuşdur. Mag istral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran rayon polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan əlavə, cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də həmin tikili sökülməlidir. Bundan başqa, qanunvericiliyə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fi ziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə razılaşma isə mövcud deyildir. Cavabdehin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət mülki qanunvericiliyə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür.

6. Məhkəmə tərəfindən məhkəmə-mühəndis-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın a parılmasına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmuşdur.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 2023-cü il 25 avqust tarixli 3-21-3-43/2-2390/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, araşdırma zamanı Lənkəran rayonu Separadi kəndində yerləşən cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur (“Astara-Qazıməmməd” yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta ox u iddiaçının nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir). Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı cavabdeh tərəfindən Lənkəran rayonu Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə AstaraQazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur.

8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 4 oktyabr tarixli 3-16-16/2-10/6844 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 2023-cü il 25 avqust ta rixli 3-21-3-43/2-2390/2023 nömrəli mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, Separadi kəndində yerləşən cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur (“Astara-Qazıməmməd” yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta oxu iddiaçının nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir). Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə “Astar a-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur.

9. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 16 aprel tarixli 2-2(121)-680/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının X5 Kəmərləri Sahəsinin istismarında olan 1020/1220 mm diametrli “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə yerləşən Lənkəran rayonu, Separadi kəndi ərazisində cavabdeh tərəfindən inşa edilmiş ferma tikilisinin bir hissəsi və “AstaraQazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşən Lənkəran rayonu, Separadi kəndi ərazisində cavabdeh tərəfindən inşa olunmuş yaşayış evinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməklə mühafizə zonası əvvəlki vəziyyətinə gətirilmə si, dövlət rüsumunun əvəzi olaraq 20,40 manat və mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 95 manat olmaqla, ümumilikdə 115,40 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – E.Abdullayev).

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi tikililər (ferma və yaşayış evi) cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. İddiaçı tərəfindən magistral qaz kəmərinin mühafizə zonasından inşa olunmuş tikililərin sökülərək magistral qaz kəmərinin mühafizə zonasından uzaqlaşdırması və kəmərin mühafizə zonasını əvvəlki vəziyyətinə gətirməsinin təmin edilməsi, əks təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq, hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa olunmuş tikililərlə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran Rayon Polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin cavabdeh qeyd olunan məsələ ilə bağlı heç bir addım atmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

11. Araşdırma zamanı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, mütəxəssis və ekspert rəyləri ilə “Lənkəran rayonu, Separadi kəndində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililərdən birin in (ferma tikilisinin) “Astara- Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi və cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə AstaraQazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi” müəyyən olunmuşdur.

12. Eyni zamanda, mübahisələndirilən tikililərin cavabdehin mülkiyyətində olan torpaq sahələrində olması işin mübahisəsiz halı olsa da, torpaq sahəsinin mülkiyyətdə olması özü özlüyündə onun üzərində lazımi icazələr almadan, ş əhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırkı halda tikililər qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından, aşağıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır.

13. Qanunvericilik aktı normalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qanunsuz tikililər inşa etmiş, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, 29-cu maddəsinə, MM-in 180.1180.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23 və 2.24-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 yanvar tarixli Fərmanının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MP M”) 14.2, 77.1 və 185.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 fevral tarixli 2-2(106)-24/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə tərkibi iş üzrə toplanmış sü butları tədqiq etməklə, apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gələrək, qətnamənin ləğv olunması üçün konkret əsasların müəyyən edilmədiyini bildirmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, 29-cu maddəsinə, MM-in 180-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23 və 2.24-cü bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 yanvar tarixli Fərmanının 2-ci bəndinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 140, 146.2, 152.4 və 152.9-cu maddələri üzrə - İşin mübahisəsiz halı bundan ibarətdir ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.38 ha, 0.12, 0.63 ha, 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri cavabdehin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmazdır və dövlə t tərəfindən müdafiə olunur. Xüsusi mülkiyyət hüququ özlüyündə mülkiyyət üzərində sərəncam vermə hüququnu da ehtiva edir. Aydındır ki, cavabdeh öz mülkiyyəti barədə müstəqil surətdə sərəncam vermək hüququna malikdir. Həmçinin sözügedən əmlaklar üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsi tərəfindən cavabdehə çıxarışlar da verilmişdir. Öz növbəsində çıxarışların verilməsi əsasları da qanunvericilikdə göstərilmişdir. Qanunsuz olduğu halda çıxarışın verilməsindən söhbət gedə bilməz. Aydındır ki, cavabdeh xüsusi mülkiyyət üzrə sərəncam vermə hüququndan istifadə etmiş və hüquq ərazilər üzrə qeydiyyatı tarixindən etibarən əmələ gəlmişdir. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə ed ə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 2017-ci il 26 aprel tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. 2018ci il 18 iyul tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. 2017-ci il 17 mart tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehi n xüsusi mülkiyyətindədir. 2018-ci il 7 may tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Belə olan halda, cavabdeh əmlak üzərində qanuni mülkiyyət hüququna yiyələnmiş, əmlaklar barədə sərəncam vermə hüququndan yararlanaraq, ondan mülahizəsi daxilində istifadə etmişdir. Bu zaman həm torpaq sahəsindən, həm də onun tərkib hissəsi hesab olunan yaşayış və qeyri-yaşayış və ferma tikilisi üzərində mövcud olan hüququndan istifadə etmişdir. Habelə ona müvafiq çıxarışları əldə edərkən bu barədə hər hansı məlumat verilməmişdir. Cavabdeh mülkiyyət hüququna yiyələndiyi əmlak barədə mülahizələr aparmış, bu barədə məlumatlı olmamışdır.

21. MM-in 53.1, 53.2, 53.3 və 54.2-ci maddələri, Azərbaycan Respublikasının Prezidentinin “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” 2009-cu il 20 iyul tarixli Fərmanı, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı və 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi” üzrə - Mülki qanunvericiliyin, o cümlədən yuxarıda qeyd edilmiş Fərman və Nizamnamələrin tələblərindən məlum olanlara görə, İdarəsi, ümumiyyətlə, mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyil. Buna baxmayaraq, məhkəmələr qanunvericiliyin hərtərəfli araşdırmasını həyata keçirməmiş, hüquqi şəxs olmadığı halda İdarənin iddia tələbini əsassız olaraq təmin etmi şdir. Məhkəmə tərəfindən iddia tələbinin əsaslılığından öncə iddiaçının subyektiv hüquqa malik olub-olmaması, yəni onun mülki prosessual fəaliyyət qabiliyyəti araşdırılmalı idi. İddianın əsaslılığı isə ikinci növbədə araşdırılmalıdır. Buna baxmayaraq iddia tələbi təmin edilmişdir. İddiaçının isə, ümumiyyətlə, mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Belə ki, 2006-cı ildə təbii qazın qəbulu, nəqli və təhvili üzrə texnoloji proseslərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Qaz Əməliyyatları Departamentinin bazasında Qaz Əməliyyatları İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi” haqqında müvafiq Fərmanına uyğun o laraq, Qaz Əməliyyatları İdarəsinin adı dəyişdirilərək İdarə adlandırılmışdır. 2013-cü ildə İdarənin strukturu təkmilləşdirilmiş, “Azəriqaz” İstehsalat Birliyinin 7 magistral qaz kəməri sahəsi və Qaz kəmərlərinin korroziyadan mühafizəsi, elektrik təchizatı və radio-rabitə sahələri İdarənin tərkibinə verilmişdir. İdarə təbii qaz həcmlərinin səmərəli idarə olunması, eləcə də qazın qəbulu və nəqli sistemləri vasitəsilə respublikanın enerji dəhlizinə ötürülməsi işi üzrə normativ qaydalara uyğun texniki, texnoloji və metroloji əməliyyatların aparılması, həmçinin İB-yə məxsus qaz həcmlərinin müvafiq müqavilə çərçivəsində Gürcüstana ixrac və nəqlinin həyata keçirilməsi ilə məşğul olur. Azərbaycanın daxili bazarında təbii qazın satışının "xxxx" ASC-yə həvalə edilməsi ilə bağlı qərarın icrasını təm in etmək məqsədilə imzalanmış Xidmət müqaviləsinə əsasən,İdarə təhvil-təslimin təşkili xidməti, qaz müqavilələri və əməliyyat protokolları üzrə qazın qəbulu, ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) – "xxxx" ASC, “Azəriqaz” İB və Naxçıvan MR Qaz İstismar Xidməti müəssisələrinə nəqli, təhvil-təsliminin idarə olunması və bunlara aid olan texnikitexnoloji, metroloji və müqavilə şərtləri çərçivəsində nəzərdə tutulan digər əməliyyatları həyata keçirir. SOCAR və Türkmənistanın “Türkmənqaz” şirkəti arasında təbii qazın alqısatqısı müqaviləsi ilə bağlı bütün hüquq və öhdəliklərin icra edilməsi İdarəyə tapşırılmışdır. Eyni zamanda, SOCAR,“SOCAR Trading SA”, “SOCAR Enerji” və BOTAŞ şirkətinin Avropa və Türkiyə bazarına çatdırılması məqsədilə bağladıqları qazın təhvili müqavil ələri üzrə SOCAR-a aid bütün hüquq və öhdəliklərin icra edilməsi də İdarəyə həvalə olunmuşdur. Hazırkı iddia üzrə İdarə iddiaçı qismində məhkəməyə müraciət etsə də, iddiaçı o yox, onu yaratmış hüquqi şəxs çıxış edə bilərdi. Mülki qanunvericiliyin, o cümlədən yuxarıda qeyd edilmiş Fərman və Nizamnamələrin tələbindən aydın olur ki, İdarə, ümumiyyətlə, mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyil. Buna baxmayaraq, məhkəmələr qanunvericiliyin hərtərəfli araşdırmasını həyata keçirməmiş, hüquqi şəxs olmadığı halda İdarənin iddia tələbini əsassız olaraq təmin etmişdir.

22. MPM-in 49.1 və 152.1-ci maddələri üzrə - MM-in 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də MPM-in 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə mal ik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Bununla da müəyyən edilir ki, iddiaçı qismində İdarə çıxış də bilməz, yalnız həmin hüquqi şəxsi təmsil edə bilər. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, məhkəmələr tər əfindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarmalı idi. Lakin müvafiq məhkəmə instansiyaları işi hərtərəfli araşdırmadığından əsassız nəticəyə gəlmiş, ədalətsiz qərar qəbul etmişlər. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Bel əliklə, hazırkı iş üzrə iddiaçı tərəfin ümumiyyətlə iddia ərizəsinin verilməsi ilə bağlı subyektiv hüquqlara malik olmadığı aydın olur. İddiaçı hazırkı iş üzrə subyektiv hüquqa malik olmadığından, iş üzrə iddiaçı qismində çıxış edə bilməz. Hüquqi şəxs hesab edilməməsi onu mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmasını istisna edir. Belə olan halda iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır.

23. MPM-in 217.3-cü maddəsi üzrə - Hazırkı işin halları və tərəflərin müqavilə üzrə öhdəlikləri apell yasiya məhkəməsi tərəfindən aydın şəkildə əsaslandırılmamışdır. Belə ki, məhkəmə qətnaməsi tərəflərin hazırkı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarına münasibətdə habelə yanlış qanunvericilik aktlarına (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 yanvar tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi) istinad edilərək qəbul edilmişdir. O cümlədən, iddiaçının fəaliyyətini tənzimləyən hüquqi aktlar - Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 20 iyul tarixli “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi” haqqında Fərmanı, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 ya nvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi, habelə MM-in 53.1, 53.2, 53.2, 54.2-ci maddələrinin tələbləri nəzərə alınmamışdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 3 iyul tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyun tarixli, “İ.Şabanovanın şikayəti üzrə” 2012-ci il 27 avqust tarixli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 22 fevral tarixli qərarları üzrə - Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, işə baxan məhkəmə, ilk növbədə iddia qal dırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız bundan sonra iddia tələbinin əsaslılığı araşdırılmalı, tələbə hüquqi qiymət verilməlidir. İddiaçı isə öz hərəkətlərinə hüquqi ixtiyara malik olmadığından, hazırkı iş üzrə iddiaçı kimi mülki prosessual fəaliyyət qabiliyyətinə malik ola bilməzdi. Buna baxmayaraq, işə baxan məhkəmə bu halları araşdırmamış, idarənin fəaliyyətini tənzimləyən aktları nəzərə almadan onu əsassız olaraq mülki prosessual fəaliyyət qabiliyyətli hesab etmişdir.

25. Kassator şikayətinin digər bölməsində bildirir ki, MM-in 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də MM-in 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyi bundan ibarətdir ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 22 fevral tarixli qərarından görünür ki, hüquqi şəxslər mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, MM-in 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayr ıca bölməsi isə filial sayılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Etirazda qeyd olunmuşdur ki, cavabdeh kassasiya şikayətində “inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğunu və mülkiyyətçi kimi həmin hüququndan məhdudlaşdırılmaya məruz qalmadan istifadə edə bilmə imkanını” vurğulamışdır.

28. Lakin istər milli, istərsə də beynəlxalq qanunvericiliyə əsasən, mülkiyyət hüququ mütləq hüquq deyil.

29. Bundan başqa, mülkiyyətdə olan torpaq sahəsinin üzərində belə tikinti işləri ilk növbədə təhlükəsizlik baxımdan müvafiq tələblərə uyğun şəkildə aparılmalıdır. İddiaçının sözügedən id dianı qaldırmaqda ilk məqsədi cavabdeh və onun ailə üzvlərinin həyat və sağlamlıqlarını qorumaqdan ibarət olmuşdur.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.23-cü bəndinə əsasən, “magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır”.

31. Bu iş üzrə isə qaz kəmərini istismar edən orqanın razılığı mövcud deyil. İş materiallarından göründüyü kimi, cavabdeh qanunvericilikdə göstər ilən qaydalara zidd olaraq tikili inşa etmişdir. Bu da fiziki şəxslərin həyat və sağlamlığı üçün real təhlükədir.

32. Məhkəmə araşdırması zamanı mübahisəli tikilinin inşasının qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmaması, yəni onun özbaşına tikili olması müəyyən edilmişdir.

33. Bundan başqa, hazırkı iş üzrə Azərbaycan dövləti tərəfindən beynəlxalq öhdəliklərin pozulmaması məqsədilə iddiaçı qurum bu iddia tələblərini irəli sürmüşdür. Apellyasiya məhkəməsi obyektiv araşdırma apararaq, insanların həyatına real və birbaşa risk mövcud olduğu halda səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmışdır. İş üzrə mövcud olan ekspert rəyindən də müəyyən edilir ki, cavabdehin inşa etdiyi tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasına düşür.

34. İddiaçının mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmaması ilə bağlı cavabdehin dəlilinə gəldikdə qeyd olunmalıdır ki, MPM-in 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada qeydə alınmış hüquqi şəxsdir və müstəqil şəkildə öz hüquq və qanuni maraqlarını məhkəmədə müdafiə etmək hüququna malikdir. Kassasiya baxışının hədləri

35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-i n 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiy yət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin ərazisi vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi hüququ qanunla qorunur. İİİ. Hər kəsin yerində daşınar və daşınmaz əmlak ola bilməz. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər....” 38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası nın 1 saylı Protokolu”nun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 39. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Qanun əsasın da insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.2. İnsan hüquqlarına və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib ol malıdır. 3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər....”

40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəs t surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....” “Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, d igər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surə tdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” 41. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

19. Mühafizə zonası və tədbirləri...

2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir (2021-ci il 27 may tarixli 337-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 19-cu maddənin 2-ci hissəsinin ikinci cümləsində “müvafiq qaz qurğusu na xüsusi” sözləri “sənaye qaz qurğusunun istismarına” sözləri ilə əvəz edilmişdir)....”

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Magistral boru kəmərlərinin mühafizəsi... 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.... 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir....”

43. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli Fərmanında aşağıdakılar nəzərdə tutulur: “2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşı nmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxm anın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

46. Kassatorun dəlillərinin bir qismi mülkiyyətin toxunulmazlığının, yəni cavabdehin öz mülkiyyətində olan torpaq sahələri barədə müstəqil surətdə sərə ncam vermək hüququnun əsaslandırılması ilə bağlıdır.

47. Bununla əlaqədar qeyd olunur ki, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda, bu hüquq digər insan və vətəndaş hüquqları kimi, mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Aşağıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir.

48. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-c u maddələrinə (bax § 37) görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 49. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu”nun 1-ci maddəsinə (bax § 38) əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyə tin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 50. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə (bax § 39) görə, Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəz ərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Konstitusiyanın müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

51. MM -in 152.1 və 152.5-ci maddələrinə (bax § 40) görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə cəmiyyətin və onun üzvlərinin təhlükəsizliyi (həyat və sağlamlığının mühafizəsi), eləcə də fasiləsiz etibarlı qaz təchizatının təmin olunması sahəsində dövlətin mühüm iqtisadi maraqlarının qorunması baxımından cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması yolveriləndir.

53. Belə ki, iş üzrə qəbul olunmuş qətnamələrdə magistral qaz boru kəmərlərinin mühafizə zonalarında qanunsuz, o cümlədən tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla, aidiyyəti qurumlarla müəyyən edilmiş qaydada razılaşdırmadan tikinti işlərinin aparılmasının qadağan olunması mövcud qanunvericilik normalarına geniş istinadlar verilməklə konkret şəkildə əsaslandırılmışdır.

54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşdığından bu istiqamətdə təkrar hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

55. O da qeyd olunmalıdır ki, iş üzrə qətnamələrdən məlum olur ki, mübahisəli tikililər üzərində cavabdehin mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

56. Kassatorun dəlillərinin digər qismi isə iddiaçının hüquqi şəxs olmaması, bu səbəbdən hazırkı iddianı vermək üçün subyektiv hüquqa, eləcə də mülki və mülkiprosessual hüquq və fəaliyyət qabiliyyətinin olmamasının əsaslandırılması ilə bağlıdır.

57. Halbuki açıq resurs olan internet vergi idarəsinin məlumatlarından məlum olur ki, iddiaçı hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün bütün maddi və prosessual hüquqlara malikdir.

58. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPM- in 217.1-ci maddəsinə (bax § ) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 fevral tarixli 2-2(106)-24/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025- ci il 25 fevral tarixli 2-2(106)-24/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar