Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-426/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-426/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: kredit müqaviləsi üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin girovda qalmasına zərurət aradan qalxmışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşı faizlərin silinməsi və s. tələbləri, “xxxx” X3 ASC-nin “xxxx” MMC-yə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)261/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,“xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xxx 2016-cı il tarixli ****** nömrəli kredit sazişinə əsasən əsassız hesablanmış cərimə və faiz məbləğini n silinməsi; sözügedən müqavilə üzrə borcun tam şəkildə ödənilmiş hesab edilməsi; xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməklə X2 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilin girovdan çıxarılması; ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-447/2018 saylı, xxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbinə verdiyi sonuncu dəqiqləşmə ilə “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xxx 2016-cı il tarixli **** nömrəli kredit sazişinə əsasən əsassız hesablanmış 5.913 ABŞ dolları dəbbə pulu, 10.458 ABŞ dolları faiz borcu, ümumilikdə 16.372 ABŞ dolları borcun silinməsi; sözügedən müqavilə üzrə borcun tam şəkildə ödənilmiş hesab edilməsi; 07.07.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməklə X2 məxsus olan ünvan 2 ünvanında yerləşən əmlakın girovdan çıxarılması, əmlakın girovdan çıxarılması ilə bağlı bütün işlərin görülməsi vəzifəsinin bankın üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə görə “xxxx” MMC ilə Cavabdeh İKB ASC arasında xxx 2015-ci il tarixində illik 25 faiz dərəcəsi ilə 12 ay müddətinə 47.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə imzalanmış, həmin kreditin təminatı kimi, X2 məxsus mənzil Cavabdeh İKB ASC-nin xeyrinə yüklü edilmişdir. (müqavilə tarixi xxx 2015). Borclu kimi iddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmiş, kr editora, yəni Cavabdeh İKB ASC-nə əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməsinə baxmayaraq Bank, faiz borcunun və cərimə borcunun olduğunu iddia edərək, ipoteka ilə yüklü edilmiş mənzili ipotekadan çıxarmaqdan imitina etmişdir. Bir neçə dəfə Banka müraciət etməsinə baxmayaraq, Bank Müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, əksinə cəmiyyətin banka 17000 dollar məbləğində borcunun olduğunu iddia etmişdir. 47000 dollar məbləğində kreditin adi siravi riyazi hesablamalara əsasən 25 faizi, cəmi 10000 dollara yaxın pul etməsinə baxmayaraq Banka 15000 dollara kimi faiz borcu ödənilmişdir. Bankın hansı üsul və vasitələrlə bu məbləği hesabladığı aydın deyil, müqavilə müddəti 2016-cı ildə bitsə də, Bank əlavə faizlər hesablamışdır. Həmçinin “xxxx” X3 ASC “xxx x” MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən Cavabdeh İKB ASC-nin xeyrinə xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10.458,52 ABŞ dolları faiz, 5.913,9 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 16.372,42 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 2 otaqlı, 28,8 kv.m yaşayış sahədən ibarət 16 A nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, 2 otaqlı, 28,8 kv.m yaşayış sahədən ibarət 16 A nömrəli evin 14 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X2 məxsus olan mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinə görə xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC Cavabdeh İKB ASC-də illik 25%-lə 12 ay müddətinə 47.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Borcun təminatı olaraq, X1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yer ləşən, 2 otaqlı, 28.8 kv.m yaşayış sahədən ibarət 16A nömrəli evin 14 nömrəli mənzili 2015-ci il xxx tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il xxx tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il xxx “xxxx” MMC-nin xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10.458.52 ABŞ dolları faiz, 5.913.9 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 16.372.42 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, “xxxx” MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə b ildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına göndərilmiş ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(81)-74/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xxx 2015-cı il tarixli, **** nömrəli kredit müqaviləsinin təmin edilməsi məqsədilə xxx 2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti kimi göstərilmiş X2 məxsus olan ünvan 3 ünvanında yerləşən əmlak girovdan çıxarılmış, qalan hissədə iddia tələbi təmin edilməmiş, Cavabdeh İKB ASC-nin qarşılıqlı iddia tələbləri təmin edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı iddiaçıya aid edilmiş, 20 manatı isə “xxxx” ASC-dən alınaraq “xxxx” MMC-yə ödənilmiş, qarşılıqlı iddia ərizəsinin verilməsi üzrə ödənilmiş dövlət rüsumu “xxxx” ASC-nin özünə aid edilmiş, iş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 manat və təkrar məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür (hakim – A.P.Oruczadə). Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-261/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh “Cavabdeh İKB” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2 04 fevral 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “xxxx” MMC-yə xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İKB ASC-dən illik 25 faizlə 12 ay müddətinə 47.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmiş, xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun bağlanma tarixi xxx 2016-cı il tarix olmasına baxmayaraq, kredit müqaviləsi üzrə əsas borc tam olaraq xxx 2017-ci il tarixdə bağlanmış, beləliklə, xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 (bir) il 5 (beş) ay müddəti keçdikdən sonra əsas borcu tam olaraq ödənilmiş, borclu tərəfindən kredit borcu vaxtında ödəmədiyi səbəbindən kredit müqaviləsinə əsasən borcluya əlavə faiz və cərimə hesablanmış və xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlərdən cərimə məbləğinə silinmiş, bundan başqa kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi, “xxxx” MMC tərəfındən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, bu səbəbdən də “xxxx” MMC tərəfındən götürülmüş kreditə görə hesablanmış faiz və cərimə, “xxxx” MMC tərəfindən ödənilməlidir, həmçinin ekspert qarşısında cərimə borcun müəyyən edilməsi və ödənilən məbləğlərdən cərimə borcuna silinib-silinməməsinin müəyyən edilməsi barədə sual qoyulmasına baxmayaraq, ekspert tərəfindən həmin suala cavab verilməmiş, halbuki kredit müqavilələri üzrə öhdəliklər vaxtında icra edilmədiyindən, “xxxx” MMC-nə cərimə məbləği hesablanmış və həmçinin ödənişlərindən cərimə məbləğlərinə silinmələr aparılmış, lakin ekspert cərimə ilə bağlı suala cavab verməmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı “xxxx” MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)261/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “xxxx İKB” ASC arasında bağlanmış xxx 2015-ci il tarixli, **** nömrəli kredit müqaviləsinə əsasən bankdan 12 ay müddətinə, illik 25% olmaqla 47.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi ipoteka saxlayan “xxxx İKB” ASC, digər tərəf ipoteka qoyan X4 və borc alan “xxxx” MMC adından X5 arasında xxx 2015-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri 46 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xxx 2015-ci il tarixli “İpoteka Müqaviləsinə” əsasən ipotekanın predmetini - ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 28.8 kv/m olan 2 otaqlı –mənzil təşkil etmiş, hazırki tələbində iddiaçı kredit öhdəliyini tam icra etdiyinə görə həmin öhdəlikdən irəli gələn halların aradan qalxmalı olduğunu, “xxxx İKB” ASC isə “xxxx” MMC tərəfindən öhdəliklərin tam icra edilmədiyini iddia edi r və həmin kredit öhdəliyi üzrə cərimə, faiz borclarını tələb edir, **** saylı, xxx 2018-ci il tarixli ekspert rəyinə görə təqdim olunmuş hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, “xxxx” MMC ilə Cavabdeh İKB ASC arasında bağlanmış xxx 2015-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin Cavabdeh İKB ASC-nə ödənilməli olan borc qalığı müəyyən olunmur, Borcalan tərəfindən 2005,24 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmiş, Bank tərəfindən xxx 2015-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamış, həmçinin 22936 saylı, xxx 2018-ci il tarixli ekspert rə yinə görə cari hesabdan çıxarış məlumatları “xxxx” MMC-nin xxx 2017-ci il tarixə iddiaçı Cavabdeh İKB ASC-nə 2.005,24 ABŞ dolları məbləğində artıq ödəniş etdiyi müəyyən olunur (kredit müqaviləsinin bitdiyi xxx 2016-cı il tarixdən xxx 2017-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır), tərəflər arasında imzalanmış xxx 2015-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xxxx 2017-ci il tarixə cavabdeh “xxxx” MMCnə cərimə borcu hesablanmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə faiz borcunun olması ekspert rəyləri ilə öz təsdiqini tapmamış, eləcə də borcalan - iddiaçının artıq ödəməsinin olduğu müəyyən edilmiş, tərəflər arasında bağlanmış müqavilənin 1.14-cü bəndinə görə gecikdirilmiş borc yaranacağı halda tətbiq olunan sanksiyalar hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% həcmində banka dəbbə pulu ödəyir, “xxxx” ASC 5931,9 ABŞ dolları məbləğində cərimə borcunu tələb etsə də, həmin borcun yaranması əsasları, əsas borcun ödənilməsinin gecikdirildiyi günlər, həmin günlərə hesablanmış cərimə borcunun məbləği, ümumi cərimə məbləğinin hesablanması qaydası və s. barədə maliyyə arayışı, hesabdan çıxarış və s. sənədləri nə ekspertizaya, nə də məhkəmələrə təqdim etməmiş, kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcunun mövcudluğu iş üzrə öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbi təmin edilə bilməz, tərəflər arasında mövcud olmuş kredit müqaviləs i üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin girovda qalma zərurəti də aradan qalxmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə q aytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmələr iş materiallarına i stinad etməklə iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası ekspert rəylərinə əsasən iddiaçının kredit müqaviləsi üzrə faiz borcunun olmasının təsdiq edilmədiyini, eləcə də iddiaçının artıq ödəməsinin olduğunu, “xxxx” ASC 5.931,9 ABŞ dolları məbləğində cərimə borcunu tələb etsə də, həmin borcun yaranması əsasları, əsas borcun ödənilməsinin gecikdirildiyi günlər, həmin günlərə hesablanmış cərimə borcunun məbləği, ümumi cərimə məbləğinin hesablanması qaydası və s. barədə maliyyə arayışı, hesabdan çıxarış və s. sənədləri nə ekspertizaya, nə də məhkəmələrə təqdim etmədiyini, beləliklə, kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcunun mövcudluğunun sübut edilmə diyini, tərəflər arasında mövcud olmuş kredit müqaviləsi üzrə borclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin girovda qalma zərurətin də aradan qalxdığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəl inmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-261/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-426/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-426/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver