Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-426/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sahibliyin qanunsuz sahibdən qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, X4 cəlb olunmaqla “əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 fevral tarixli 2-2(104)-25/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2014-cü il 31 iyul tarixli 9 nömrəli kredit müqaviləsi ilə kreditor "xxxx" ASC müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 875.000 manat məbləğində tranşlarla 60 ay müddətinə kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, kredit borcalana soyuducu anbarın alınıb quraşdırılması məqsədilə verilmişdir. 2. 2014-cü il 31 iyul tarixli 01/3 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.
3. İddiaçı 2014-cü il 20 oktyabr - 2014-cü il 23 oktyabr tarixlərində Türkiyə Respublikasından 126.562,57 ABŞ dollar ı dəyərində sökülmüş halda soyuducu və onun hissələrini idxal etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2016-cı il 2 noyabr tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı pul tələbi üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Samux rayonunun Əhmədbəyli kəndində yerləşən 1,650576 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında sözügedən torpaq sahəsi 66.937,50 manat olmaqla "xxxx" ASC tərəfindən əldə edilmişdir. 5. "xxxx" ASC ilə Cavabdeh MMC arasında 2022-ci il 14 aprel tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi 87.000 manata Cavabdeh MMCyə satılmışdır və hal-hazırda həmin torpaq sahəsi Cavabdeh MMC-nin xüsus i mülkiyyətindədir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada verilməsi, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126.562,57 ABŞ dolları, əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40.000 manat və dövlət rüsumu kimi ödənilmiş 545 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsindəki anbarlar iddiaçıya məxsus olduğundan cavab deh həmin əmlakı qaytarmalı və ya dəyərini ödəməlidir.
8. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-dən 2022-ci il 14 aprel tarixində dəyəri ödənilməklə əldə etdiyi əmlakda iddiaçıya məxsus soyuducu-dondurucu kamera mövcud deyil. İddiaçı öz iddiasında haqlıdırsa, soyuducudondurucu kameraya aid müvafiq sənədləri təqdim etməlidir. Torpaq sahəsində yarımçıq anbar və tikililər mövcuddur. Əmlakın alqı-satqısı həyata keçirilən zaman əmlak üzərində üçüncü şəxsə aid bina, tikili və qurğuların olması cavabdehə bildirilməmişdir. Cavabdeh vicdanlı alıcıdır, torpaq sahəsini almazdan əvvəl iddiaçı ilə əlaqə saxlamış, əvvəllər iddiaçıya məxsus olmuş əmlakın artıq satışa çıxarıldığını və cavabdehin həmin əmlakı almaq niyyəti olduğunu bildirmiş, əmlaka dair hər hansı idd iası varsa, bildirməsini xahiş etmişdir. İddiaçı ona banka olan borclarını ödəyəcəyini və əmlakı geri qaytaracağını bildirmişdir. Bir müddət sonra bankın nümayəndəsi onunla əlaqə saxlayaraq, iddiaçıya verilmiş müddətin sona çatdığını, iddiaçının borcunu ödəmədiyini bildirmişdir. Bundan sonra 2022-ci il 14 aprel tarixində bankla torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır.
9. Cavabdeh hüquqi şəxsin rəhbəri X3 birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, o, torpaq sahəsini anbarla birlikdə almışdır. Anbarların iddiaçıya aidiyyəti yoxdur, vergi idarəsinin məktubundan da göründüyü kimi, iddiaçı elə bir əmlaka sahib olmamışdır.
10. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 sentyabr tarixli e-2-2(115)67/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim - K.Vəliyev).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınar və daşınmaz əmlakların hüquqi rejimləri qanunvericilikdə fərqli olduğundan, ilk növbədə mübahisəli əmlakın daşınar və ya daşınmaz olmasının müəyyən edilməsi mübahisənin həlli baxımından əhəmiyyətli olmuşdur. Bu məqsədlə mühəndis-texniki ekspertizası təyin olunmuş və tədqiqat aparmış ekspert rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq soyuducunu daşınar əmlak hesab etmişdir.
12. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, əmlak daşınardırsa, daşınar sözünün mənasından başa düşüldüyü kimi, bu cür əşyanın, ən azından, hər hansı nəqliyyat vasitəsi ilə bir yerdən başqa yerə aparılması mümkün olmalıdır. Ekspert obyektə baxış keçirmiş, obyektin 17.5 metr enində, 26.5 metr uzunluğunda metal-beton konstruksiyadan ibarət və eyni zamanda üzərində dəmirdən dam örtüyünün olmasını müəyyən etmiş, lakin onu daşınar əşya saymışdır.
13. Məhkəmə hesab etmişdir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metalbeton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyri-mümkündür. Ekspert rəyində onu da göstərmişdir ki, beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüşdür, anker boltların üzərinə boltqayka ilə bərkidilməklə metal konstruksiya yığılmışdır. Ekspert, soyuducu anbarın qaynaq vasitələri ilə bərkidilən metal konstruksiyanın texnologiyaya uyğun şəkildə sökülməsini mümkün saymışdır. Rəydən açıq-aşkar görünür ki, soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkündür. Obyektin yerinin ekspert rəyində qeyd olunan üsulla dəyişdirilməsi soyuducu anbarın deyil, anbarın tikilməsində və quraşdırılmasında istifadə olunan materialların ayrıayrılıqda götürülməsi anlamını verir. Bir halda ki, soyuducu anbar sökülməklə götürülür, onun təyinatının pozulması və bununla da tənasübsüz zərərə məruz qalması halı qaçılmazdır. Qeyd olunanlara əsasən mübahisəli obyektin daşınmaz əmlak olması aşkara çıxır. Hazırkı iş üzrə iddiaçı və cavabdeh ipoteka müqaviləsində tərəf olmamışlar. Ona görə də qanunun ipoteka saxlayana və ipoteka qoyana aid müddəaları onlara şamil edilmir. Lakin işin belə bir halı da mövcuddur ki, "xxxx" ASC ipoteka saxlayan olmuş və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmiş olduğu vəziyyətdə cavabdehə satmışdır. “İpoteka haqqında” Qanunun 53-cü maddəsində üçüncü şəxsə məxsus bina, tikili və ya qurğuların yerləşdiyi torpaq sahəsinin ipotekası ilə bağlı müddəalar yer almışdır. Həmin maddədə göstərilir ki, ipoteka qoyana deyil, başqa şəxsə məxsus binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsi ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.8 və 240.2-ci maddələri də iddia tələbinin qanuni əsasının olmamasını göstərir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 135.4, 135.5, 157.8 və 240.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 51.2 və 51.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Apellyasiya məhkəməsi tərəfindən "xxxx" ASC və X4 (ipoteka qoyan) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(104)-26/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməs i mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının, həmçinin 545 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddianın qalan hissədə təmin olunmamış, 4 ədəd soyuducu-dondurucu kameranın sökülməsi xərcinin iddiaçıya aid olunması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov).
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən kredit vəsaiti ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində soyuducu anbarın alınıb quraşdırılması məqsədi ilə verilmiş və borclu işin müəyyən hissəsini icra edərək soyuducu anbara aid avadanlıqları alıb müəyyən quraşdırma işlərini görmüşdür. Yəni soyuducu anbar kredit müqaviləsinin şərtlərinə uyğun olaraq və ipoteka saxlayanın razılığı ilə q uraşdırılmış və həmin soyuducu anbar iddiaçıya məxsus əmlakdır. İşə üçüncü şəxs kimi cəlb edilmiş ipoteka qoyan da həmin əmlakın, yəni soyuducu anbarın iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Belə olan halda ipoteka qoyanın özünə məxsus əmlakı ipoteka predmeti olmuş torpaq sahəsindən götürə və ya həmin əmlakdan məhdud istifadə hüququ (servitut) ilə istifadə edə bilər.
19. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində soyuducu anbar borcverən, həm də ipoteka saxlayan "xxxx" ASC-nin investisiya layihəsinə və verilmiş kreditin təyinatına uyğun olaraq, yəni ipoteka saxlayanın razılığı ilə quraşdırılmışdır. İpoteka predmetinə tələb yönəldiyinə görə iddiaçının ipoteka predmeti olmuş torpaq sahəsi ndən özünə məxsus əmlakı götürmək hüququ vardır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducu-dondurucu kameranı dəyərini ödəmədən əldə etdiyinə görə, həmin əmlak naturada və yaxud onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.2, 1091.1, 1091.2 və 1092.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 49.1, 51.1, 51.2 və 52-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Azərbaycan Respublikasının Ali Məhk əməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(102)-325/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın qismən təmin edilmiş hissəsində ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – K.Abiyeva, hakimlər – Z.Əliyev və Z.Babayev).
24. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi qətnaməsində maddi hüquq normalarına, o cümlədən MM-in 157.2-ci maddəsinə istinad etsə də, işin halları baxımından həmin normanın dispozisiya şərtlərinin mövcud olub-olmamasını müəyyən etməmişdir.
25. Hazırkı iş üzrə mübahisəli əşyalar (soyuducu anbarlar) daşınar əşya olduğundan birinci dispozisiya şərt inin yoxlanılması zamanı mülki qanunvericiliyin daşınar əşyalar üzərində mülkiyyət hüququ ilə bağlı müvafiq normaları da nəzərdən keçirilməlidir. MM-in 166.1-ci maddəsinin tələbinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Göründüyü kimi, qanun daşınar əşyanın sahibinin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi prezumpsiyasını müəyyən edir. Baxılan iş üzrə mübahisəli daşınar əşyalar hazırda cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun sahibliyində olduğundan, MM-in 166.1-ci maddəsinin tələbi baxımından sonuncunun mülkiyyətində olması ehtimal edilir. Bunun əksinə, iddiaçı həmin əşyaların onun mülkiyyətin də olduğunu iddia etdiyindən, MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür.
26. Bu faktın təsdiqi üçün ilk növbədə iddiaçının həmin əşyalara mülkiyyət hüququnu həqiqi hüquq əsasında başqa şəxsə vermədiyi müəyyən olunmalıdır. Belə ki, MM-in 181.1 və 181.4-cü maddələrində göstərilir ki, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Göründüyü kimi, daşınar əşyaya mülkiyyət hüququnun keçməsi üçün mülkiyyətçi əşyaya sahibliyi məhz sərəncam vermək niyyəti ilə əldə edənə verməli dir. Yəni əşyanın müvəqqəti olaraq başqa şəxsin sahibliyinə (istifadəsinə, saxlancına və s.) verilməsi onun üzərində mülkiyyət hüququnun birbaşa sahibliyi əldə edənə keçməsinə səbəb olmur.
27. Qeyd edildiyi kimi, iddiaçı özünə məxsus soyuducu anbarları ipoteka saxlayan Bankın və ipoteka qoyan Z.Nəzərovun razılığı ilə 2014-cü ildə ipoteka predmeti olan torpaq sahəsində quraşdırmış, bundan sonra 2022-ci ildə Bankla aralarında olan kredit mübahisəsi üzrə məhkəmə qətnaməsinin icrası qaydasında Bank ipoteka predmeti olan həmin torpaq sahəsini əldə etmiş və hazırkı iş üzrə cavabdeh MMC-yə satmışdır. Hazırda da mübahisəli əmlaklar həmin torpaq sahəsindədir. Ona görə də, qeyd edilənlər nəzərə alınmaqla, ilk növbədə iddiaçının mübahisəli əmlakları kredit borcunun müvafiq məbləğdə azaldılması müqabi lində Bankın sahibliyinə mülkiyyət hüququ ilə verib-verməməsinə, MMin 181.1 və 181.4-cü maddələrinin dispozisiya şərtlərinin olub-olmamasına hüquqi qiymət verilməlidir.
28. Həmçinin Samux rayonunda 1,60578 ha torpaq sahəsinin qiymətinin 87.000 manat təşkil etməsinin qeyri-mümkün olması, ödənişin tək torpağa görə deyil, həm də onun üzərində olan tikililər (qurğular) üçün aparılması, bankın mülkiyyətində olan torpaq sahəsini üzərindəki qurğu ilə birlikdə cavabdehə satmasına dair cavabdehin dəlillərinə düzgün hüquqi qiymət verilməsi, bunun üçün iş üzrə tərəflərlə yanaşı Bankın da mövqeyinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Apellyasiya məhkəməsi tərəfindən bu məqsədlə Bank iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirakı təmin olunmamışdı r. Belə ki, 2023-cü il 13 dekabr tarixində keçirilmiş məhkəmə iclası bankın nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə təxirə salınmışdır. Lakin 2024-cü il 10 yanvar tarixində keçirilmiş növbəti məhkəmə iclasında bankın iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi məsələsi müzakirə olunmamış və məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir.
29. Yeni apellyasiya baxışında qeyd olunan prosessual pozuntular aradan qaldırılmaqla tərəflərin, o cümlədən bankın iştirakı ilə yuxarıda qeyd olunan hüquqi məsələlər müzakirə edilməli, eləcə də MM-in 157 və ya 182-ci maddəsinin dispozisiya şərtlərinin olub-olmaması müəyyən edilməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.
30. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.1, 157.2, 166. 1, 181.1, 181.4, 182 və 1091-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1 və 51.2-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 fevral tarixli 2-2(104)-25/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının cavabdehdən tutulması” hissəsində ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,6057 6 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının tutulmasına” dair iddiası rədd olunmuşdur (sədrlik edən hakim – R.Məcidov, hakimlər – G.Cavadova və İ.Həsənov).
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi qətnaməsində maddi hüquq normalarına, o cümlədən MM-in 157.8-ci maddəsinə istinad etsə də, mübahisənin həllinə düzgün maddi hüquq normalarına tətbiq etməmişdir.
33. Hazırkı iş üzrə mübahisəli əşyalar (soyuducu anbarlar) daşınar əşya olduğundan birinci dispozisiya şərtinin yoxlanılması zamanı mülki qanunvericiliyin daşınar əşyalar üzərində mülkiyyət hüququ ilə bağlı müvafiq n ormaları da nəzərdən keçirilməlidir. Belə ki, MM-in 166.1-ci maddəsinin tələbinə əsasən, daşınar əşyanın sahibi haqqında Qanun daşınar əşyanın sahibinin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi prezumpsiyasını müəyyən edir. Baxılan iş üzrə mübahisəli daşınar əşyalar hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun sahibliyində olduğundan, MM-in 166.1-ci maddəsinin tələbi baxımından sonuncunun mülkiyyətində olması ehtimal edilir. Bunun əksinə, iddiaçı həmin əşyaların onun mülkiyyətində olduğunu iddia etdiyindən, MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, id diaçı bank qarşısında öhdəliklərini icra etmədiyindən banka borcu qalmış və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə tələb ipoteka predmetlərinə yönəldilmişdir. Birinci apellyasiya icraatı zamanı müəyyən olunmuş işin faktiki hallarından fərqli olaraq hazırki icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı və ipoteka qoyan torpaq sahəsini təhvil verərkən soyuducu anbarlara bütün dəyərli hissələrini (qapı, pəncərə, mühərriklər və s.) götürmüşlər torpaq sahəsində yalnız sendvic panel və yerin təkinə bərkidilmiş dəmir konstruksiyalar qalmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi ləvazimatları ilə birgə əmlakın satın alınması dəyəri 126.562,57 ABŞ dolları olsa da, torpaq sahəsi bankın mülkiyyətinə keçdiyi zaman daşınar əşyanın bütün dəyərli hissələri götürülmüş və yerd ə qalan panellərin dəyəri iddia olunan qədər deyildir. Bu hal iddiaçının vəkili tərəfindən etiraf edilmişdir. Görünür ki, qeyd olunan panellər həmin vaxt iddiaçıya lazım olmamış və onların varlığı iddiaçı üçün əhəmiyyət kəsb etməmişdir. Belə ki, borc tələbi ipoteka predmetlərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2016-cı il 2 noyabr tarixli qətnaməsi əsasında yönəldilmiş, torpaq sahəsi 2021-ci il 14 iyul tarixli aktla icra qurumu tərəfindən banka təhvil verilmiş, mübahisə predmeti olan torpaq sahəsi üzərində bankın mülkiyyət hüququ 2020-ci il 30 yanvar tarixində dövlət qeydiyyatına alınmış və bank öz əmlakını cavabdehə 2022-ci il 14 aprel tarixində satmışdır. İddiaçı torpaq sahəsində qalmış panellərlə bağlı uzun müddət keçməsinə baxmayaraq banka müraciət etməmiş və həmin əşyaları tələb etməmişdir.
35. Yuxarı instansiyası məhkəməsinin mövqeyinə uyğun "xxxx" ASC-nin mövqeyi öyrənilmiş və sonuncu 2025-ci il 21 fevral tarixli 2025/199/4440 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının hazırda "xxxx" ASC-yə kredit borcu mövcuddur, ipoteka ilə yüklü edilmiş əmlaklar hərrac keçirilməklə bankın hesabına keçirilmiş, əmlakların boşaldılması və qalıq borcunun ödənilməsi üzrə icra hərəkətləri aparılmışdır. Torpaq sahəsi üzərində soyuducu anbar mövcud olmamış və bununla bağlı hər hansı güzəşt nəzərdə tutulmamışdır. İpoteka ilə yüklü edilən torpaq sahəsi hərracda Banka təklif olunmuş, hərracın yekunlarına dair protokol və müqaviləyə əsasən 67.000 manata balansa götürülmüşdür. Torpaq sahəsi balansa götürülən zaman ərazidə soyuducu kamera olmamış, yalnız panel lərdən ibarət konstruksiya tipli yarımtikili olmuşdur. Torpaq sahəsi 87.000 manata cavabdehə satılmışdır. Qətnamə ilə torpaq sahəsinin qiyməti 105.000 manat qiymətləndirilmişdir. İddiaçı satış qiymətini mübahisələndirməmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən alıcıya torpaq sahəsinin satıldığı bildirilmiş, alıcı torpaq sahəsi ilə birlikdə tikilinin əldə edilməsində marağı olduğunu bildirmişdir. Sözügedən torpaq sahəsində yarımtikilinin olub olmamasından asılı olmayaraq bank torpaq sahəsinin satılmasında marağı olmuşdur.
36. Göründüyü kimi, cavabdeh torpaq sahəsini bankdan əldə etdiyi zaman torpaq sahəsi üzərində olan panellərdən ibarət yarımçıq tikilinin əldə edilməsində maraqlı olmuşdur. Bu isə torpaq sahəsini məhz üzərindəkilərə görə əldə edildiyinə dair cavabdehin dəlillərini təsdiq et mişdir. Torpaq sahəsinin banka məxsus olması üzərində olan daşınarların da banka məxsusluğu şübhə doğurmadığından və cavabdeh hazırki vəziyyətdə vicdanlı olduğundan ondan hər hansı əmlak və ya pul tələb edilə bilməz.
37. Bankın nümayəndəsinin torpaq sahəsinin 105.000 manata məhkəmə tərəfindən qiymətləndirilməsi və torpaq sahəsinin dəyərinin artıq olması ilə bağlı dəlillərinə münasibətdə qeyd olunmuşdur ki, torpaq sahəsinin hərracdan satılması məqsədi ilə ona qoyulan qiymətin həqiqiliyi keçirilmiş hərracın nəticələri ilə təsdiq edilmişdir. Torpaq sahəsinin likvid dəyəri 105.000 manat müəyyən edilməsinə baxmayaraq, keçirilmiş hərrac və 67.000 manata torpaq sahəsinin banka təhvil verilməsi ona dəlalət etmişdir ki, ipoteka predmeti olan torpağın bazar dəyəri o qədər olmamışdır. Bankın alıcının olmaması səbəbindən ikinci hərracdan sonra dəyəri ikinci dəfə azaldılmış torpaq sahəsinin 67.000 manata əldə olunması və 2 il sonra 87.000 manata satılması ona dəlalət etmişdir ki, torpaq sahəsinin real dəyəri o qədər olmamışdır. Torpaq sahəsinin 87.000 manata cavabdehə satılması onu göstərmişdir ki, cavabdehə torpaq sahəsi satılarkən qiymətinə üzərindəkilərin də təsiri olmuşdur.
38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.1, 157.2, 166.1, 181.1, 181.4, 182 və 1091-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1 və 51.2-ci maddələrinə, MPM-in 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya mə hkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 152.1, 152.5, 157.2, 181.7, 184.1 və 184.2-ci maddələri üzrə - daşınar əşyaların iddiaçıya məxsus olması, bundan başqa əşyaların cavabdehin qanunsuz sahibliyində olması və cavabdehin həmin əşyalara qanunsuz sahiblik etməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, bankın nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, onlar torpağı satmış və cavabdeh ilə aralarında həmin daşınar əşyaların da satılması ilə bağlı hər hansı rəsmi və ya qeyri rəsmi razılaşma olmamışdır. Aralarında olan razılaşma yalnız torpaq sahəsinə aid olmuşdur. Məhkəmənin panellərin həmin vaxt iddiaçıya lazım olmaması və onların varlığının iddiaçı üçün əhəmiyyət kəsb etməməsi ilə bağlı mövqeyi əsassızdır və belə yanaşma iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. İddiaçı MM-in 181 və 184-cü maddələrinin tələbi baxımından öz əşyasında imtina etməmiş, mülkiyyət hüququnu itirməmiş, cavabdeh sonradan əşyanın ona və banka məxsus olmamasını bilə-bilə qanunsuz sahiblik etmişdir. Həmçinin cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, “biz iddia ərizəsi verməmişdən qabaq iddiaçı ilə aramızda müzakirələr olmuşdur. Hətta onlara bildirdim ki, istəyirsiz həmin torpağı özünüzə satım”. Bu müzakirələrdən sonra iddiaçı cavabdehi 2-3 ay gözləmiş və müsbət həll yolunu tapmayınca məhkəmə iddia qaldırmışdır. Bankın nümayəndəsi də məhkəmə iclasında “torpağı satmadıqlarını və cavabdeh ilə aralarında həmin daşınar əşyalarında satı lması ilə bağlı hər hansı rəsmi və ya qeyri rəsmi razılaşma olmadığını, aralarında olan razılaşmanın yalnız torpaq sahəsinə aid olduğunu” bildirmişdir. Göründüyü kimi, bank yalnız torpaq sahəsini balansa götürmüş və yalnız torpaq sahəsini hərraca çıxarmışdır. Həmçinin torpaq sahəsinin banka məxsus olması üzərində olan daşınarların da banka məxsusluğunun şübhə doğurmadığını qeyd edən məhkəmə hansı səbəbdən nəzərə almamışdır ki, həmin əşyalar daşınardır və bankla iddiaçı arasında ipoteka müqaviləsi bağlanan zaman həmin əşyalar orada olmamış və sonradan soyuducu anbar kimi quraşdırılmışdır. Beləliklə də bankın sərəncam hüququ yalnız torpaq sahəsi üzərində olmuş və hərracda yalnız torpaq sahəsi çıxarılmışdır. Apellyasiya məhkəməsinin əmlakın dəyəri ilə bağlı gəldiyi nəticə də həqiqəti əks etdi rmir. Belə ki, cavabdehə torpaq sahəsinin satılarkən qiymətinə üzərindəkilərin də təsirinin olması ilə bağlı mövqe əsassızdır. Çünki əgər qəbul olunsa ki, məhkəmə cavabdehi vicdanlı alıcı hesab edir, onda hansı səbəbdən cavabdehin həmin əşyaları daşınmaz əmlak hesab etməsi və alan zaman daşınmaz əmlak kimi aldığı sual olunur. Əgər vicdanlı əldə edən idisə, onda torpaq alınan zaman həmin əşyanın daşınmaz əmlak kimi qeydə alınıb-alınmamasını bankdan sənəd tələb etməli idi. Alqı satqı da ona uyğun olmalı idi. Sadəcə formal mülahizəyə və cavabdehin nümayəndəsinin izahatına əsaslanaraq, cavabdehə torpaq sahəsi satılarkən qiymətinə üzərindəkilərin də təsirinin olması yanaşması əsassızdır. Çünki məhkəmə özü də qeyd etmişdir ki, torpaq sahəsinin real dəyəri o qədər olmamış və torpaq sahəsinin 87.0 00 manata cavabdehə satılması onun göstərmişdir ki, cavabdehə torpaq sahəsi satılarkən qiymətinə üzərindəkilərin də təsiri olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, bankın nümayəndəsi məhkəmə iclasında “torpağı satmadıqlarını və cavabdeh ilə aralarında həmin daşınar əşyaların satılması ilə bağlı razılaşma olmadığını, razılaşmanın yalnız torpaq sahəsinə aid olduğunu” bildirmişdir. MM-in 181.1-maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Belə olan halda bankın hansı həqiqi hüquq əsası rəhbər tutduğu sual olunur. Çünki məhkəmə özü də qeyd etmişdir ki, “torpaq sahəsi balansa götürülən zaman ərazidə soyuducu kamera olmamış, yalnız panellərdən ibarət konstruksiya tipli yarımtikili olmuşdur”. Həmç inin məhkəmə qeyd etmişdir ki, “sözügedən torpaq sahəsində yarımtikilinin olub olmamasından asılı olmayaraq, bank torpaq sahəsinin satılmasında marağı olmuşdur”. Göründüyü kimi, məhkəmənin mövqeləri ilə gəldiyi nəticə uyğun deyil və həqiqəti əks etdirmir.
41. MPM-in 88, 418.1, 418.2 və 418.3-cü maddələri üzrə - iddianın əsası kimi göstərilən bütün halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, həmin sübutların bir-birini tamamlanmaması əsası ilə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci ma ddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” “Maddə
166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.” “Maddə
181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyə t hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.” “Maddə
182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.”
45. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MP M-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
48. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
49. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
50. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüqun normalarının pozulması barədə dəlillər isə əsassızdır.
51. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
52. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliy yətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
53. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məh kəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 fevral tarixli 2-2(104)-25/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.