Məhkəmə qərarları › İş №2-2(102)-430/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-430/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-430/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 5-ci il 2 aprel tarixli 2-2(103)373/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC (bundan sonra – “ASC”) ilə "xxxx" MMC (bundan sonra – “MMC”) arasında 2021-ci il 3 sentyabr tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC 05258LE/2019 nömrəli Razılaşma imzalanmışdır. 2. 2021-ci il 17 dekabr tarixində ASC ilə MMC (borclu) arasında bağlanmış DCS00370861-02 nömrəli kredit müqaviləsinə əsasən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir.

3. Bank ilə Borcalan arasında bağlanmış DCS0 0370861-02 nömrəli kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə (bundan sonra – “F.Xamətov”) arasında 2021-ci il 17 dekabr tarixli DGS**********426 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

4. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 21 yanvar tarixində DC00370861-03 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2024-cü il 21 yanvar tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 115.963 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

5. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-03 nömrəli nömrəli maliyyələşdirmə üçün ərizə üzrə borc alanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında 2022-ci il 19 yanvar tarixli DG**********166 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

6. ASC ilə MMC arasında 2022 ci il 4 mart tarixli DC00370861-05 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2024-cü il 4 mart tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

7. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-05 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında 2022-ci il 4 ma rt tarixli DG**********720 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

8. ASC ilə MMC arasında 2022-ci il 18 aprel tarixli DC00370861-06 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2024-cü il 18 aprel tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6.911 manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

9. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-06 nömrəli nömrəli maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında 2022-ci il 15 aprel tarixli DG**********786 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

10. Kredit və zaminlik müqavilələri tərəfləri n elektron imzaları ilə təsdiq olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ASC (bundan sonra – "xxxx") cavabdehlər MMC-yə və Qanuni nümayəndə (bundan sonra – birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCS00370861-02 nömrəli kredit müqaviləsinə əsasən 25.497,42 manat əsas borc, 2.691,02 manat faiz borcu, 603,93 manat cərimə borcu olmaqla, cəmi 28.792,37 manat; DC0037086103 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 62.924,59 manat əsas borc, 6.656,01 manat faiz borcu, 1.515,61 manat cərimə borcu olmaqla, cəmi 71.096,21 manat; DC00370861-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 59,268.83 manat əsas borc, 6.646,71 manat faiz borcu, 1.344,43 manat cərimə borcu olmaqla, cəmi 67.259,97 manat; DC00370861-06 n ömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4.587,86 manat əsas borc, 496,14 manat faiz borcu, 88,65 manat cərimə borcu olmaqla, cəmi 5.172,65 manat məbləğində borcun, gecikmə günü məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 67 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, borcalan qeyd edilən maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 13 yanvar tarixli e-2-2(113)-118/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, DCS00370861-02 nöm rəli müqaviləyə əsasən əsas borc üzrə 9.607,29 manat, faiz borcu üzrə 588,55 manat, cərimə borcu üzrə 500 manat olmaqla, cəmi 10.695,84 manat; DC00370861-03 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 62.890,09 manat, faiz borcu üzrə 6.656,01 manat, cərimə borcu üzrə 1.515,61 manat olmaqla, cəmi 71.061,71 manat; DC00370861-05 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 59.262,31 manat, faiz borcu üzrə 6.406,34 manat, cərimə borcu üzrə 1.344,43 manat olmaqla, cəmi 67.013,08 manat, DC00370861-06 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 4.585,21 manat, faiz borcu üzrə 496,14 manat, cərimə borcu üzrə 88,65 manat olmaqla, cəmi 5.170 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

15. Belə ki, 2024-cü il 14 fevral tarixli maliyyə arayışına əsasən, MMC-nin ASC-yə 2023-cü il 14 dekabr tarixinə DCS00370861-02 nömrəli kredit müqaviləsinə əsasən 25.497,42 manat əsas borc, 993,28 manat hesablanmış faiz borcu, 464,19 manat cərimə borcu olmaqla, cəmi 26.954,89 manat; DC00370861-03 nömrəli maliyyələşdi rmə üçün ərizəyə əsasən 62.924,59 manat əsas borc, 9.568,02 manat hesablanmış faiz borcu, 3.321,26 manat cərimə borcu olmaqla, cəmi 75.813,87 manat; DC00370861-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 59.268,83 manat əsas borc, 7.866,25 manat hesablanmış faiz borcu, 1.544 manat cərimə borcu olmaqla, cəmi 68.679,08 manat; DC00370861-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4.587,86 manat əsas borc, 708,45 manat hesablanmış faiz borcu, 192,83 manat cərimə borcu olmaqla, cəmi 5.489,14 manat borcu vardır.

16. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borclarının məbləğinin müəyyən edilməsi və 2021-ci il 17 dekabr tarixli DCS00370861-02 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək Fond tərəfindən iddiaçıya ödənilmiş faiz subsidiy asının məbləği nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 18 oktyabr tarixli 9/3619 nömrəli ekspert rəyinə əsasən, MMCnin 2023-cü il14 dekabr tarixinə banka DC00370861-03 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 62.890,09 manat, faiz borcu 9.547,33 manat, DC00370861-05 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 59.262,31 manat, faiz borcu 6.406,34 manat, DC00370861-06 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 4.585,21 manat, faiz borcu 706,26 manat, DCS00370861-02 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 9.607,29 manat, faiz borcu 588,55 manat təşkil edir. Bundan başqa rəydə qeyd edilir ki, 2021-c i il 17 dekabr tarixli DCS00370861-02 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək Fond tərəfindən ASC-yə ödənilmiş faiz subsidiyasının məbləği 15.298,45 manat məbləğində müəyyən edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, cavabdehlərdən müştərək qaydada DCS00370861-02 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 9.607,29 manat, faiz bоrcu üzrə 588,55 manat, DC00370861-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 62.890,09 manat, faiz borcu üzrə 6.656,01 manat, DC00370861-05 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 59.262,31 manat, faiz borcu üzrə 6.406,34 manat, DC00370861-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 4.585,21 manat, faiz b orcu üzrə 496,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

19. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia DCS00370861-02 nömrəli müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən, DC00370861-03 nömrəli, DC00370861-05 nömrəli və DC00370861-06 nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə dəbbə pulunun tələb edilməsi hissəsində tam əsaslıdır.

20. Belə ki, cavabdehin DCS00370861-02 nömrəli müqavilə üzrə əsas borcuna münasibətdə 500 manat daha ağlabatan, DC00370861-03 nömrəli müqavilə üzrə 1.515,61 manat, DC00370861-05 nömrəli müqavilə üzrə 1.344,43 manat, DC00370861-06 nömrəli müqavilə üzrə 88,65 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5. 3, 425, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-373/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

24. Məhkəmə kollegiyası apellyasiya şikayət inin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində qeyd olunan “DCS00370861-02 nömrəli müqavilə üzrə ekspert tərəfindən müştərinin borcu kimi silinmiş 15.298,45 manat vəsit müştəri tərəfindən deyil, Fond tərəfindən Banka ödənilmiş məbləğdir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının 4-cü maddəsinə əsasən bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faiz təşkil edir. Yəni cavabdehin 25.497,42 manat borcunun 60 faizi isə 15.298,45 manat təşkil edir ki, bu da cavabdeh tərəfindən edilmiş ödəniş kimi nəzərə alınmamalıdır.” dəlilləri tamamilə əsassızdır.

25. Belə ki, zəmanət Azər baycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydalarına əsasən sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyidir. Ona görə də sahibkarlıq subyektinin krediti üzrə Fond tərəfindən ödənilən vəsaitin məbləği sahibkarlıq subyektinin əsas borcundan çıxılmalıdır. Ona görə də ekspert rəyində 15.298,45 manat məbləğin DCS00370861-02 nömrəli müqavilə üzrə borcdan çıxılması qanunauyğundur.

26. H əmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd edilən əsas borc, faiz borcu və dəbbə pulunun düzgün hesablanmaması formal mülahizələrdir. Belə ki, qeyd edilənlərlə bağlı və ekspert rəyinin mötəbərliyini şübhə altına alan heç bir əsaslı sübut müəyyən edilməmişdir.

27. Bundan başqa, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qəra rı ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin subsidiyalaşdırılması Qaydalarının 1.1-ci maddəsinə; MPM-in 119.1ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

29. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin qismən - iddia tələbi təmin edilməyən hissələrdə ləğv, iddia tələbinin tam təmin edilməsinə dair qərar olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 432.4 və 448.1-ci maddələri üzrə - məhkəmə, bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə, MPM-in 217.1, 220.1 və 220.4-cü maddələrinin tələblərini nəzərə almadan, ekspert rəyini əsas sübut kimi qəbul etmiş, lakin bu rəyin düzgünlüyünü qiymətləndirməmişdir. Ekspert rəyi işin hallarına və müqavilə şərtlərinə zidd tərtib olunmuş, ödənişlərin silinmə ardıcıllığı tərəflər arasında razılaşdırılmış qaydalara uyğun aparılmamışdır. Ekspert DCS00370861-02 saylı maliyyələşmə üzrə müqavilə üzrə 15.298,45 manat məbləğini cavabdeh tərəfindən edilmiş ödəniş kimi göstərmiş, lakin bu məbləğ faktiki olaraq Dövlət tərəfindən SİF vasitəsilə Banka ödənilmiş və cavabdehin öhdəliyinə aid edilməməli idi. Bu isə mülki hüququn aidiyyət prinsipinin pozulmasına səbəb olmuşdur. Ekspert rəyində əsas, faiz və cərimə borclarının silinməsi zamanı təqdim edilən bank çıxarışları ilə uyğunsuzluq yaranmış, müəyyən məbləğlər səhv olaraq digər borc növlərinə yönləndirilmi şdir. Bu isə borcun dəqiq və əsaslandırılmış hesablanmamasına gətirib çıxarmışdır. Məhkəmə, müqavilə şərtlərini və öhdəliyin icrasının gecikmə müddətini lazımi qaydada təhlil etməmiş, nəticədə cavabdehin 241-311 gün gecikmə ilə ödəniş etdiyi hallar düzgün qiymətləndirilməmiş və əsas, faiz və cərimə borcları əsassız şəkildə azaldılmışdır. Qeyd olunan hüquq pozuntuları nəticəsində qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz, çünki o, hüquqi faktlara və sübutlara istinad edilmədən qəbul olunmuşdur.

31. MM-in 467-ci maddəsi üzrə - məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkə n müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir.

32. MPM-in 102.1-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi istinad etdiyi ekspertiza rəyinin kifayət qədər aydın və ya tam olmadığını müəyyən etməli, rəy üzrə əsassız hesablamaların və silinmələrin yolverilməzliyini nəzərə almalı və iş üzrə kompleks şəkildə qiymətləndirilmənin aparılması üçün əlavə (təkrar) məhkəmə ekspertizası təyin etməli idi. Bu tələblə bağlı apellyasiya icraatı zamanı vəsatət qaldırılmış, lakin məhkəmə heç bir əsaslandırma olmadan haqsız şəkildə vəsatəti rədd etmişdir.

33. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən bu maddənin tələblərini pozmuş, eləcə də MM-in 432 və 448.1-ci və 467-ci maddələrinin müddəalarını nəzərə almamış və nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

35. Kassasiya şikayətində qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv və iddia tələbinin tam təmin edilməsinə dair qərar olunmasını xahiş edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin baxış predmeti də iddianın təmin edilməyən hissəsindən ibarət olmuşdur. Ona görə də, hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

36. Azərbayc an Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

432. Öhdəliyin hissə-hissə icrası 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə t utulur: “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

40. Kass asiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

41. Belə ki, kassasiya şikayətində MM-in 432.4 və 448.1-ci maddələrinin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

42. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüqun normalarının pozulması barədə dəlillər isə əsassızdır.

43. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunm adan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

46. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini qiymətləndirmişdir.

47. Əlavə olaraq MPM-in 102.1-ci maddəsinin tələblərinin pozulmasına dair qeyd edilir ki, MPM-in 97.1-ci maddəsinə görə ekspertizanın təyin edilməsi barədə vəsatət yazılı qaydada və əsaslandırılmış formada verilməlidir. İddiaçının nümayəndəsinin vəsatəti isə şifahi qaydada verilmiş və apellyasiya insta nsiyası məhkəməsi də bunu əsas gətirərək vəsatəti təmin etməmişdir.

48. MM-in 467-ci maddəsinin tələblərinin pozulmasına dair qeyd edilir ki, MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində b ağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

49. İşə mahiyyəti üzrə baxan məhkəmə də öz səlahiyyətləri daxilində MM-in 467-ci maddəsini tətbiq etmiş və dəbbə pulunu azaltmışdır. Bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin maddənin tələblərinin pozulması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir.

50. Qeyd o lunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 22(103)-373/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar