Məhkəmə qərarları › İş №2-2(102)-436/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-436/2019

29.10.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-436/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, tərəflərin iştirak olmadan İddiaçı “xxxx” Müəssisəsinin Cavabdeh MTK-ya və 3-cü şəxs Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sökülmüş mənzilin əvəzinin və kirayə haqqının verilməsi haqqında iddia tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı Müəssisə tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim.A.Oruczadə; iş No 2-2(81)-120/2019) iddianın qismən təmin edilməsi; iddiaçı Müəssisəyə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu,18-ci Dağlıq küçəsi, ev 1, 401 nömrəli mənzilin yerləşdiyi və cavabdeh MTK tərəfindən sökülmüş binanın yerində tikiləcək yeni yaşayış binasının cavabdeh MTK ilə binanın mərtəbəsini razılaşdırılmaqla, iddiaçı Müəssisənin adına sahəsi əvvəlki sahədən 25% artıq sahəsi olan mənzilin ayrılması və bununla əlaqədar müvafiq sənədləşmələr aparılmasının cavabdeh MTK-ya həvalə edilməsi; həmin mənzilin boşaldıldığı gündən, 26 oktyabr 2017ci il tarixdən 2019-cu il fevral ayınadək ödənilməli olan aylıq 250 manat kirayə haqqı birdəfəlik 3.750 manat məbləğində pulun, cavabdeh MTK-dan iddiaçı Müəssisənin xeyrinə 01 fevral 2019-cu il tarixdən başlayaraq cavabdeh MTK tərəfindən inşa edilən bina tam başa çatana və iddiaçı Müəssisəyə təhvil verilənədək hər ay 250 manat kirayə haqqının tutulması; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova, iş № 22(103)-308/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən iddiaçı Müəssisə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “xxxx” Müəssisəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında iddiaçı Müəssisəyə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu,18-ci Dağlıq küçəsi, ev 1, 401 nömrəli mənzilin yerləşdiyi və cavabdeh MTK tərəfindən sökülmüş binanın yerində tikiləcək yeni yaşayış binasının 4-cü mərtəbəsində iddiaçı Müəssisənin adına 1 otaqlı mənzilin ayrılmasının və bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasının, habelə həmin mənzilin boşaldıldığı gündən, yəni 26.10.2017-ci il tarixdən başlayaraq bu mənzilə müvafiq yeni mənzilin verildiyi günədək hər ay 250 manat məbləğində kirayə haqqının iddiaçı Müəssisəyə ödənilməsinin cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİL LƏRİ İddiaçı Müəssisə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və hüquq normalarının tələblərini pozmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə cavabdeh MTK arasında bağlanmış 14.07.2017-ci il tarixli müqavilənin 2.1-ci bəndində MTK binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin tarixindən 3 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək qanunvericilikdə n əzərdə tutulmuş qaydada müqavilələr imzalamaq öhdəliyini öz öhdəsində götürmüşdür. Məlumdur ki, tərəflər arasında nə məhkəməyədək, nə də ki, məhkəmə proseslərində razılıq əldə olunmamış və hər hansı müqavilə bağlanmamışdır. Ayrılacaq mənzilin mərtəbəsi barəsində razılıq əldə edilmədiyinə görə də iddiaçı Müəssisə bu barədə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmələr tərəfindən bu məsələsinin həlli yenidən tərəflərə həvalə edilmiş və mübahisəli olan bu hal həll edilməmiş qalmışdır. Belə ki, məhkəmələr iddiaçı Müəssisəyə ayrılacaq mənzilin yeni yaşayış binasının 4cü mərtəbəsində verilib-verilməyəcəyini konkret olaraq göstərməmişdir. Əgər məhkəmə mübahisənin həllini məhkəmədən kənar qaydada tərəflərin öz öhdəsinə buraxmışdırsa, belə bir vəziyyətdə iddianı rədd etməməli, bu hissədə icraata xi tam verməli idi. Lakin məhkəmə iddiaçı Müəssisənin yeni yaşayış binasının məhz 4-cü mərtəbəsində ona mənzil ayrılması ilə bağlı tələbini rədd etməklə, onu yenidən belə bir tələblə çıxış etmək hüququndan məhrum etmişdir. Belə bir qətnamə isə yalnız cavabdeh MTK-nın mənafelərinə xidmət etməklə, onun gələcəkdə iddiaçıya istənilən mərtəbədən mənzil vermək imkanını yaratmış, bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin və 3-cü şəxs İcra Hakimiyyətinin nümayəndələri gəlmədiyindən və bunun s əbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 225370 nömrəli ÖM seriyalı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, 18-ci Dağlıq küçəsi, 1 saylı evin 18,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 401 sa ylı mənzil iddiaçı Müəssisənin mülkiyyətinə verilmiş; xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1351 saylı reyestr kitabında 202926 səhifə 30/5150 nömrəsi ilə 11 fevral 2005-ci il tarixdə qeydə alınaraq qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında 5 il müddətinə Binəqədi rayon İcra Hakimiyyətinə mülki, məzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmə nzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” 20.07.2017-ci il tarixli 174 saylı sərəncamına əsasən Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2.314,66 m2 torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilmiş, ayrılmış torpaq sahəsinə Cavabdeh MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilmiş və həmin sərəncamın 2-ci bəndinin 1-ci abzasına əsasən, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında yerləşən yataqxananın sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi Cavabdeh MTK-nə həvalə edilmişdir. İşin materiallarında olan, Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanılmış 14 iyul 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK öz üzərinə binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin tarixindən 3 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, qanunvericikdə nəzərdə tutulmuş qaydada müqavilələr imzalamaq, yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılışdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25% artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək öhdəlikləri də götürmüşdür. İşin materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” Layihə İnstitutunun “ünvan 1 ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında 23 oktyabr 2017-ci il tarixli aktı”na əsasən, binanın uzun müddət təmirsiz istismarını, Tikinti Norma və Qaydalarına cavab verməməsini, şəhərin Memarlıq görünüşünə uyğun olmamasını və binada aparılacaq təmir-bərpa və gücləndirmə işlərinin texniki və iqtisadi cəhətdən səmərəsiz olduğunu nəzərə alaraq, yataqxana binasının sökülməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı “xxxx” müəssisəsi Bakı şəhəri, B inəqədi rayonu, 18-ci Dağlıq küçəsi, 1 saylı evin, 18 kv.m-dən ibarət 1 otaqlı, 401 nömrəli mənzilin mülkiyyətçisi olmuş, həmin ünvanda mövcud yataqxana və ətraf torpaq sahəsi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən yeni binanın tikilməsi məqsədilə Cavabdeh MTK-nın daimi istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətini yalnız iddiaçı Müəssisə və yalnız məhkəmə qətnaməsi ilə Müəssisəyə verilməsi qət edilmiş mənzilin mərtəbəsinin tərəflər arasında razılaşdırılması hissəsində mübahisələndirmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə hüquqi qiymət veriləcəkdir. Araşdırılan qətnamədən göründ üyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2.314,66 kv.metr torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilmiş, ayrılmış torpaq sahəsinə Cavabdeh MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilmişdir. Odur ki, mülkiyyətçi iddiaçı “xxxx” Müəssisəsinin mülkiyyət hüquqları qorunmalı, lakin bu hüquqlarla Cavabdeh MTK-nın istifadə hüquqları arasında müvafiq balans yaradılmalıdır. Cavabdeh MTK Binəqədi rayon İcra Hakimiyyəti ilə bağlanılmış müqavilə ilə binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda razılaşdırılmış mərtəbələrdə mənz il sahəsi ilə təmin etmək öhdəliyi götürmüşdür. Eyni zamanda yeni tikilən binada veriləcək sahəsi əvvəlki sahədən 25% artıq sahəsi olan (18 kv.m + 25%) 1 otaqlı mənzilin mərtəbəsi cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəliyin şərtlərinə müvafiq olaraq tərəflər arasında razılıq yolu ilə müəyyən edilməlidir. İddiaçı Müəssisə cavabdeh MTK tərəfindən sökülmüş binanın yerində tikiləcək yeni yaşayış binasının 4-cü mərtəbəsində həmin Müəssisəsinin adına 1 otaqlı mənzilin ayrılmasının və bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasını tələb etsə də, tələbi dəqiq deyildir. Belə ki, iş üzrə müəyyən edilir ki, cavabdeh MTK tərəfindən sökülmüş binanın yerində tikiləcək yeni yaşayış binasında müxtəlif sahəli 1 otaqlı mənzillər mövcuddur. Həmçinin, iş üzrə müəyyən edilir ki, iddiaçı Müəssisənin təl əb etdiyi 4-cü mərtəbədə 1 otaqlı mənzillərin sahəsi 64 - 65 kv.m-dən başlayır. İddiaçı Müəssisənin mülkiyyətində olan mənzilin sahəsi isə 18 kv.m olmuşdur. Sözügedən sahədə qanuni olaraq istifadə hüququ əldə etmiş cavabdeh MTK Binəqədi rayon İcra Hakimiyyəti ilə bağlanılmış 14 iyul 2017-ci il tarixli müqavilə ilə binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25% artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək öhdəliyi götürmüşdür. Belə olan halda, mənzilin sahəsi dəqiqləşdirilməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, qəzalı vəziyyətdə olan, vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində dövlətin müvafiq qərarları ilk növbədə orada yaşayan sakinlərin - yataqxana sakinlərinin mənzil - məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. İddiaçı Müəssisənin mənzilinin mövcud sahəsinin 25 % artıq həcmində təmirli mənzil verilməsi ilə mülkiyyətçi ilə həmin binanın yerləşdiyi torpaq sahəsinin istifadəçisi arasında müvafiq tarazlıq yaradılmalıdır. İddiaçı Müəssisənin dəlillərindən fərqli olaraq, iddiaçı Müəssisəyə mənzilin yeni inşa edilən binanın 4-cü mərtəbəsində verilməsi tərəflər arasında müqavilə münasibətlərində razılaşdırılmamışdır. Tərəflərin sərbəst iradə ifadələri əsasında onların qarşılıqlı razılığı ilə müəyyən edilməmiş şərtlərin müqavilə şərti kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir və mülki qanunvericiliyin müqavilə azadlığı prinsipinə ziddir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı Müəssisənin iddia tələbi qismən əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qismən təmin edilmişdir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-cü maddəsinə müvafiq olaraq müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı Müəssisənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Kassasiya şikayətində iddiaçı Müəssisə qeyd edir ki, onun sökülmüş mənzilinin əvəzində yeni tikiləcək binanın 4-cü mərtəbəsində mənzilin verilməsi tələbi qeyri-müəyyən deyil, real tələbdir və bu tələb təmin oluna bilərdi. Lakin hazırki iş üzrə müəyyən edilmiş hallardan məlumdur ki, mübahisəli binanın 4-cü mərtəbəsində iddiaçı Müəssisənin sökülmüş mənzilinə uyğun mənzil yoxdur və bu halda mənzilin tələb edilməsi 1 otaqlı mənzilin əvəzində məsələn, 3 otaqlı mənzilin tələb edilməsi kimi yolverilməz tələbdir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və t ərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı “xxxx” Müəssisəsi nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar