Məhkəmə qərarları › İş №2-2(102)-436/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-436/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-436/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-436/2024 Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 aprel tarixli, 22(103)-222/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Subpodratçı "xxxx" ASC və podratçı Cavabdeh MMC arasında bağlanmış 2021ci il 7 may tarixli 01/21 nömrəli subpodrat müqaviləsinə görə subpodratçı podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiyalarla bağlı işlərin (müqavilənin ayrılmaz tərkib hissəsi əlavə 1-də göstərilən) yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin: - 2.3-cü bəndinə əsasən, subpodratçı subpodrat müqaviləsi üzrə işləri əlavə 3-də nəzərdə tutulmuş 2021-ci il 30 oktyabr tarixinədək başa çatdırıb qüsursuz halda podratçıya təhvil verməlidir. - 22.5-ci bəndinə əsasən, forma 2 hər iki tərəfdən təsdiq edildikdən sonra podratçının təqdim etdiyi nümunəyə uyğun podratçı tərəfindən 2 nüsxədə forma 3 hazırlanır və orada aylıq görülmüş işə görə ödənilməli olan məbləğ müvafiq cərimələr, avans və digər tutulmalar və digər maliyyə sanksiyaları, subpodrat müqaviləsindən və qanunvericilikdən irəli gələn digər tutulmalar çıxılmaqla hesablanaraq forma 3-də ödənilməyə müəyyən edilmiş məbləğə uyğun subpodratçı tərəfindən təqdim olunan hesab və hesab-faktura əsasında forma-2 təsdiq olunduqdan 45 gündən sonra ödənilir. 2. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə aşağıdakı elektron qaimələr təqdim edilmişdir. - 2021-ci il 24 dekabr tarixli EBBO 616740 nömrəli (1.555.460,33 manat); - 2021-ci il 16 avqust tarixli EBBG 474985 nömrəli (666.662,19 manat); - 2021-ci il 16 avqust tarixli EBBG 476478 nömrəli (64.802,91 manat); - 2021-ci il 27 sentyabr tarixli EBBJ 800126 nömrəli (1.391.719,48 manat); - 2021-ci il 20 oktyabr tarixli EBBL 017084 nömrəli (1.675.171,49 manat); - 2021-ci il 28 oktyabr tarixli EBBL 499809 nömrəli (953.440 manat); - 2021-ci il 1 dekabr tarixli EBBN 353798 nömrəli (939.290,81 manat).

3. Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə 2021-ci il 30 dekabr tarixində 100.000 manat, 2021-ci il 2 dekabr tarixində 477.605,50 manat, 2022-ci il 16 iyun tarixində 100.000 manat, 2021-ci il 22 noyabr tarixində 15.000 manat, 2021-ci il 29 oktyabr tarixində 808.000 manat, 2021-ci il 18 avqust tarixində 580.674,11 manat, 2021-ci il 28 sentyabr tarixində 700.000 manat, 2022-ci il 25 iyul tarixində 100.000 manat, 2022-ci il 25 yanvar tarixində 50.000 m anat, 2021-ci il 27 dekabr tarixində 400.000 manat vəsait ödənilmişdir. 4. "xxxx" ASC tərəfindən təqdim olunmuş 2023-cü il 25 may tarixli maliyyə arayışında Cavabdeh MMC-nin "xxxx" ASC-yə vergi uçotuna görə 687.099,11 manat və 123.677,95 manat ƏDV olmaqla, cəmi 810.777,66 manat debitor borcu vardır.

5. Cavabdeh MMC tərəfindən təqdim olunmuş 2023-cü il 28 noyabr tarixli maliyyə arayışında Cavabdeh MMC-nin "xxxx" ASC-yə vergi uçotuna görə 642.129,10 manat və 115.583,23 manat ƏDV olmaqla, cəmi 757.712,33 manat debitor borcu qalığı yaranmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV xaric 687.099,71 manat pul, 410 manat mediasiya xərci və ödənilmiş 567,10 mana t dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

8. Cavabdeh MMC birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, cavabdehdən ödənilməsini tələb etdiyi 500.000 manatdan çox olan məbləğin maliyyə əsasını təsdiq edəcək mötəbər sübutları təqdim etməmişdir. Belə ki, iddiaçı qarşılıqlı olaraq razılaşdırılmış hər hansı üzləşmə aktına deyil, birtərəfli olaraq tərtib olunmuş maliyyə arayışına istinad edərək, ərizəsindəki məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, iddiaçı müqavilədə göstərilən qaydada, müddətdə və həcmdə sifarişi y erinə yetirib cavabdehə təqdim etdiyini təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Cavabdeh iddia tələbini 642.129,10 manat hissədə qəbul etmiş, həmin hissədə iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmiş, iddianın qalan hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş 2021-ci il 20 oktyabr tarixli EBBL 017084 nömrəli elektron qaimə üzrə işlər iddiaçı tərəfindən tam təhvil verilməmişdir. Belə ki, həmin qaimənin əsasını təşkil edən “Forma 2” cavabdeh tərəfindən imzalanmamış və həmin qaimə üzrə tələb edilən borc 53.065,05 manat məbləğində azaldılmalıdır. Sonuncu qaimə üzrə təhvil aktının imzalanmamasına səbəb artıq tərəflər arasında münasibətlərin pozulması olmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 dekabr tarixli, e-2-2(113)49 13/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.T.Həsənova) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 2021-ci il 7 may tarixli subpodrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 5.454.042,23 manat əsas, 981.727,61 manat ƏDV borcu ödənilmişdir.

11. İddiaçı iddia ərizəsində qalıq borcun ƏDV xaric 687.099,71 manat olmasını göstərmiş, cavabdeh yazılı etirazında hər hansı borcunun olmamasını bildirmiş, daha sonra məhkəmə iclasında maliyyə arayışı verərək, ödənilməli olan borc məbləğinin ƏDV xaric 642.129,10 manat olmasını təsdiq etmişdir. Cavabdeh iddiaçı tərəfindən ona təqdim olunmuş 2021-ci il 20 oktyabr tarixli EBBL 017084 nömrəli elektron qaimə üzrə işlərin iddiaçı tərəfindən tam təhvil verilmədiyini, qüsurlu icra olunduğunu, bu səbəbdən həmin qaimə üzrə tələb edilən borcun 53.065,05 manat məbləğində azaldılmalı olmasını bildirmişdir.

12. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmamış və göstərmişdir ki, mübahisəli qaiməyə cavabdeh tərəfindən etiraz verilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş sənədlərindən görünür ki, həmin qaimə üzrə cavabdeh tərəfindən 2021-ci il 29 oktyabr, 2022-ci il 16 iyun və 2021-ci il 29 oktyabr tarixlərdə ödənişlər edilmişdir.

13. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında tələb edilən borcun son elektron qaimə (2021-ci il 24 dekabr tarixli EBBO 616740) üzrə qaldığını göstərmişdir. Bundan əlavə, cavabdeh iddiaya qarşı ilk etirazında ümumiyyətlə borcunun olmamasını bəyan etmiş, yalnız məhkəmə baxış iclasında 2021-ci il 20 oktyabr tarixli EBBL 017084 nömrəli elektron qaimə üzrə işlərin tam icra edilmədiyini göstərmişdir.

14. Məhkəmə qanunvericiliyin tələblərini, eləcə də cavabdehin 2021-ci il 7 may tarixli podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ƏDV xaric 687.099,71 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 752.1, 753.1 və 769-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

16. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qismən ləğv edilməsi və iddianın qismən, 642.129,10 manat hissədə təmin edilməsi, qalan hissədə isə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 aprel tarixli 2-2(103)-222/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 08 dekabr tarixli, e-2-2(113)-4913/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi ape llyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh 2021-ci il 20 oktyabr tarixli EBBL seriyalı 017084 nömrəli elektron qaiməni qismən mübahisələndirsə də, konkret hansı işlərin tələb olunan keyfiyyətdə və müddətdə görülüb təhvil verilməməsini dəqiq göstərə bilməmiş, həmin elektron qaiməyə etiraz etməmiş, əksinə onun tərəfindən həmin qaimə üzrə 2021-ci il 29 oktyabr tarixində 43.782,12 manat və 2022-ci il 16 iyun tarixində digər iki ədəd qaimə ilə birgə 100.000 manat ödənişlər edilmişdir.

19. Bundan əlavə, iddiaçı tərəfindən 8 ədəd təhvil-təslim aktı təqdim edilmişdir. Həmin aktlardan cəmi görülmüş işlərin dəyəri 619.885,68 manat, 1.799.108,97 manat, 3.218.945,83 manat, 4.014.954,99 manat və 5.333.141,71 manat olan beş ədəd təhviltəslim aktı hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilmişdir. Digər, yəni cəmi görülmüş işlərin dəyəri 7.034.335,17 manat, 7.111.218,83 manat və 7.119.150,58 manat olan üç ədəd təhvil-təslim aktı isə yalnız iddiaçı tərəfin möhür və imzaları ilə təsdiq edilmişdir. Lakin, cavabdeh həmin üç ədəd təhvil-təslim aktını təsdiq etməsə də, onun tərəfindən verilmiş maliyyə arayışında cəmi 7.193.482,2 manat, yəni 8 ədəd aktlarda göstərilən cəmi işlərin dəyərindən də (7.119.150,58 manat) artıq məbləğdə işlərin görülməsi etiraf olunmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisələndirdiyi podrat işlərinin, yəni 2021-ci il 20 oktyabr tarixli EBBL seriyalı 017084 nömrəli elektron qaimə üzrə 53.065,05 manat məbləğində işlərin görülməsi sübut olunmuş və ona görə də, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən həmin məbləğdə qalıq borcun da cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

21. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 77, 78.2 və 97.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsasların olmaması səbəbi ilə cavabdehin vəsatətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Lakin məhkəmə həmin əsasların nədən ibarət olmasına dair hər hansı izah təqdim etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borc məbləği qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla təsdiq edilmişdir. İddiaçı qarşılıqlı razılaşdırılmış hər hansı üzləşmə aktını deyil, birtərəfli tərtib edilmiş maliyyə arayışına istinad edərək, ərizəsindəki məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında uzun müddətli və iri həcmli işlərin görülməsinə dair müqavilə münasibəti olduğundan və iddiaçının tələb etdiyi məbləğin maliyyə əsasını araşdırmaq üçün xüsusi bilik tələb edildiyindən, məhkəmə ekspertizasının keçirilməsinə zərurət yaranmışdır. Məhkəmə isə işin obyektiv araşdırılması üçün xüsusi əhəmiyyət kəsb edəcək ekspertizanı təmin etmədən və cavabdehin prosessual hüquqlarına formal yan aşaraq qətnamə qəbul etmişdir.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşü lür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə dax il olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmək lə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətində cavabdeh iddianın tam rədd olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmununa görə, tələb olunan borcun 642.129,10 manat hissəsi etiraf olunmuş, mübahisələndirilə n məbləğ isə 53.065,05 manat (vergilər daxil) təşkil etmişdir.

32. Cavabdeh həmin hissədə öhdəliyinin olmamasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən razılaşdırılmış işlər lazımi keyfiyyətdə və müddətdə görülməmişdir.

33. Lakin, cavabdehin etirazın həmin dəlillərinin sübutetmə vəzifəsi onun üzərində olmasına baxmayaraq, bununla bağlı hər hansı mötəbər sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

34. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düz gün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. Apellyasiya məhkəməsi isə işdə olan sübutları səlahiyyətləri çərçivəsində əlaqəli olaraq qiymətləndirmiş və iddiaçının müqavilə ilə üzərinə götürdüyü podrat işlərini mübahisələndirilən hissədə, yəni 2021-ci il 20 oktyabr elektron qaimə üzrə icra etməsinin sübut olunması nəticəsinə gəlmişdi r. Bu zaman apellyasiya məhkəməsi tərəfindən sübutların tədqiqi və qiymətləndirilməsi ilə bağlı mülki prosessual hüquq normalarının pozulmasına yol verməsi kassasiya icraatında müəyyən olunmamışdır.

36. Məhz bu səbəbdən, məhkəmə kollegiyası iş üzrə məhkəmə ekspertizanın keçirilməli olmasına dair kassasiya şikayətinin dəlilini əsassız hesab edir.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 09 aprel tarixli, 2-2(103)-222/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar