Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-439/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızı məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 12 aprel tarixli 2-2(103)313/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı MM C arasında bağlanmış 18.05.20-2 nömrəli, 2020-ci il 18 may tarixli podrat müqaviləsində qeyd edilir ki, podratçı İddiaçı MMC Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri yerinə yetirməyi, sifarişçi Cavabdeh MMC isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 432.395 ABŞ dolları məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərinə əsasən işlərin təhvil verilməsinin KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.
2. Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bə zək işlərinin yerinə yetirilməsi üçün tərəflər arasında bağlanmış 18.05.20 nömrəli, 18 may 2020-ci il tarixli podrat müqaviləsindən irəli gələn mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmış, məhkəmənin 2021-ci il 15 dekabr tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı iddiasının rədd, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən 114.433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120.000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli, e-22(113)-3633/2021 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh MMC tərəfindən görülən işlər üçün İddiaçı MMC-yə ödənilməli olan 114.433 ABŞ dolları məbləğindən 63.000 ABŞ dolları məbləğində dəbbə pulunun çıxılması və yekun olaraq Cavabdeh MMC-dən 51.433 ABŞ dolları məbləğində əsas borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddiaların təmin edilməməsi, qətnamənin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli qətnaməsind ən Azərbaycan Respublikası Ali Məhkəməsinə hər iki tərəf kassasiya şikayəti verilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)637/22 nömrəli, 2022-ci il 6 dekabr tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 24 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 72.919 ABŞ dolları məbləğində əsas borc, 127.124,11 ABŞ dolları məbləğində dəbbə pulu, mediasiya prosesində iştirak etməklə bağlı ödənilən 400 manat, eləcə də 230 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20 0.043,11 ABŞ dolları və 630 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh “Çayxona № 1” restoran şəbəkəsinin “Dəniz Mall” Ticarət Mərkəzində açılması üçün icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin həmin restoranlar şəbəkəsinin konseptinə uyğun təmir edilməsini iddiaçıya həvalə etməklə, iddiaçıya həmin təmirlə əlaqədar olaraq 789.149,22 pul ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, bəzi tikinti malları konseptə uyğun olaraq sifarişçi və ya françayzinqin sahibi tərəfindən təqdim edilməli idi. Təmir işlərinin investisiyasının bir qismini “Vasilchuki” şirkəti, bir qismini isə cavabdeh maliyyələşdirməli idi. Pulların b ir qisminin xaricdən gəlməsi səbəbindən cavabdehin təklifi ilə ödənilməli olan pul məbləği iki yerə bölünərək, bir öhdəlik üzrə iki müqavilə - 18.05.20-2 nömrəli 2020-ci il 18 may tarixli və 18.05.20 nömrəli 2020-ci il 18 may tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrdən biri ilə ödənişlər nağdsız şəkildə, yəni bank hesabına köçürmə yolu ilə, digəri isə nağd şəkildə həyata keçirilməli idi. Müqaviləyə əsasən iddiaçı (podratçı) cavabdehin (sifarişçi) xeyrinə müqavilə ilə müəyyənləşdirilmiş işləri görməli, cavabdeh isə görülən işlərin müqabilində 432.395 ABŞ dolları ödəniş həyata keçirilməli idi. Müqavilə ilə iddiaçının üzərinə düşən bütün öhdəliklər icra edilmişdir, görülmüş işlər sifarişçi cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nö mrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən cavabdeh tərəfindən ödənilməli olan 432.395 ABŞ dolları məbləğindən 72.919 ABŞ dolları məbləğində borc qalmışdır. İddiaçı tərəfindən müqavilənin 2.3 və 8.4-cü bəndlərinin tələbləri pozulmuş, nəticədə cavabdehin iddiaçı qarşısında 72.919 ABŞ dolları məbləğində məsuliyyəti yaranmışdır. Belə ki, müqavilə şərtləri əsasında iddiaçının üzərinə düşən bütün öhdəliklər icra edilmiş, götürülmüş işlər şifarişçi cavadeh tərəfindən qəbul edilmişdir. Müqavilənin 8.4cü bəndinə əsasən işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçının öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məb ləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin, cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğlərin gecikdirilməsi (ödənməməsi) səbəbi ilə iddiaçı müqavilədə göstərilən öhdəliklərin icrası, işçilərin əmək haqlarının və digər xərclərin ödənişini həyata keçirmək üçün "xxxx" ASC ilə 2020-ci il 29 dekabr tarixli, DC00072193-04 nömrəli kredit müqaviləsi bağlamış və 60.000 manat borc götürmüşdür. Cavabdehin iddiaçıya əsas borc olaraq 72.919 ABŞ dolları, dəbbə pulu olaraq 127.124,11 ABŞ dolları məbləğində borcu mövcuddur.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 448.1, 465.2-ci maddələrinə istinad edilmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandı rılmışdır ki, tərəflər arasında “Dəniz mall” ticarət mərkəzində yerləşən qeyriyaşayış binasının təmiri ilə bağlı həqiqətən 2020-ci il 18 may tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında mübahisə ortaya çıxmış və ona hazırda Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılmaqdadır. Tərəflər arasında iddia edilən kimi nağd şəkildə muzdun ödənilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Aydındır ki, podrat müqaviləsinin bağlanma prosesi bir günə yekunlaşmır. Tərəflərin nümayəndələri, texniki işçiləri müqavilə şərtləri ilə bağlı müzakirələr aparırlar. İddiaçının məhkəməyə təqdim edərək əsasında pul tələb etdiyi “müqavilə” imzalanmasına baxmayaraq, layihədən başqa bir şey deyildir. İddiaçı elektron məhkəmə sisteminə ona nağd şəkildə pul ödənişini təsdiqləyən kassa mə xaric sənədlərini təqdim etmişdir. Həmin ödənişlərin varlığı tərəflər arasında iddia edilən müqavilənin bağlandığını təsdiq etmir. Ona görə ki, podrat müqaviləsi üzrə işlərin görülməsi zamanı razılaşdırılmış smetadan kənara çıxmaların ola biləcəyi aşkardır. Həmin kənarlaşmaların əvəzi cavabdeh tərəfindən ödənilmişdir. Dolayısı ilə, qeyd edilən ödənişlər yuxarıda qeyd edilən podrat müqaviləsi üzrə həyata keçirilmişdir. 2020-ci il 18 may tarixli, 18.05.20-2 nömrəli müqaviləyə nəzər saldıqda görünür ki, müqavilədə muzdun nağd şəkildə ödəniləcəyinə dair hər hansı göstəriş yoxdur. Əksinə, Müqavilənin 2.3.3-cü bəndinə görə, “Sifarişçinin Podratçıya ödəmə öhdəliyi Sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır”. İddiaçı iddia ərizəsi və təqdim etdiyi digər sə nədlərdə bu müqavilə üzrə ödənişlərin “nağd şəkildə” edilməsinə dair bir müqavilə bəndinə istinad edə bilməmişdir. Müqavilənin 2.3.3-cü bəndi isə tam əksini deyir: ödəniş nağdsız edilməlidir. Müqavilədə muzdun əvvəlcədən ödənilməsinə dair heç bir bənd yoxdur. Əgər nağd şəkildə ödənişlər, iddiaçının iddia etdiyi kimi, bu müqavilə üzrə həyata keçirilmişdisə, onda bu hal müqavilədə nəzərdə tutulmalı idi. Digər tərəfdən kassa məxaric sənədlərində də bu müqaviləyə istinad yoxdur. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İş materiallarında iddiaçının bağlandığını iddia etdiyi müqavilə üzrə işləri gördüyünü və cavabdehə təhvil verdiyini təsdiq edən heç bir sübut yoxdur. Halbuki, iddiaçının özünün tələ binin əsası kimi istinad etdiyi müqavilənin 5-ci bəndinə görə, görülmüş işlərin qəbuluna dair yazılı akt tərtib edilməli, burada görülmüş işlərin dəyəri də öz əksini tapmalı idi. Tərəflər arasında baş tutmuş məhkəmə işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 114.433 ABŞ dolları əsas və 5.567 ABŞ dolları dəbbə pulu, cəmi 120.000 ABŞ dolları pul tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və cavabdehdən iddiaçının xeyrinə 51.433 ABŞ dolları əsas borc tutulmuş, qətnamə 5.567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi nin qətnaməsi ilə qismən rədd edildikdən sonra belə bir tələblə çıxış edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli e-2-2(113)-4151/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 72.919 ABŞ dolları məbləğində əsas borc və 4.000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 76.919 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 242 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı mübahisə predmeti olan 18.05.20-2 nömrəli müqavilə üzrə podrat işləri ye kunlaşsa da, cavabdeh tərəfindən cəmi 359.476 ABŞ dolları ödənilmiş, ödənilməyən məbləğ 72.919 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərindən görünür ki, işlərin təhvil verilməsi KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçirilməlidir. Lakin tərəflər arasında işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən müvafiq qaydada imzalanacaq sənədlərin mövcud olmaması işin faktiki halları ilə təsdiqini tapsa da, cavabdeh tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlərin görülməsi mübahisələndirilmir. Buna baxmayaraq, mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsi nağd şəkildə həyata keçirilmişdir. Bunu iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş kassa məxaric orderləri təsdiq edir.
11. Hazırkı mübahisə üzrə hüquqi nəticənin mövcud olması, yəni işin görülərək başa çatdırılması mübahisə doğurmur. Cavabdehin iddia tələbinə etirazını o hal təşkil edir ki, 18.05.20-2 nömrəli müqavilə imzalandığına baxmayaraq, layihədir. Həmçinin, məhkəməyə təqdim olunmuş nağd şəkildə pul ödənişini təsdiq edən kassa məxaric sənədləri tərəflər arasında iddia edilən müqavilənin bağlandığını təsdiq etmir. Həmin ödənişlər smetadan kənara çıxmalara görə ödənilmiş məbləğlərdir. Yəni həmin ödənişlər 18.05.20 nömrəli podrat müqaviləsi üzrə həyata keçirilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, etirazın dəlilləri əsassızdır. Belə ki, mübahisə predmeti olan müqavilə layihə kimi nəzərdə tutulsa idi, sifarişçi və podratçı tərəfindən imzalanması mümkün deyildi. İşin faktiki halları ilə təsdiq olunur ki, tərəflər arasında bir deyil, iki müqavilə bağlanmış, hətta mübahisə predmeti olan müqavilə üzrə ödənişlər də aparılmışdır. Cavabdehin nümayəndəsi həmin ödənişlərin aparılmasını smetadan kənara çıxma kimi qiymətləndirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, tərəflər arasındakı digər məhkəmə mübahisəsinə baxılarkən də cavabdehin nümayəndəsi tərəfindən smetadan kənara çıxmalarla bağlı hər hansı məlumat verilməmişdir.
13. Məhkəmə 72.919 ABŞ dolları məbləğində əsas borca tənasübsüz olaraq 127.124,11 ABŞ dolları məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etməmişdir. Belə ki, öhdəliklərin yerinə yetirilmədiyi iddiaçıya məlum olduğu andan, hətta 1-ci müqavilə üzrə iddia ərizəsi ilə müraciət olunarkən hazırkı müqavilə üzrə də məhkəməyə müraciət etmək imkanı olsa da, iddiaçı bu imkandan istifadə etməmiş, 2022ci il 19 iyul tarixində müraciət etmiş, bununla da zərərin həcminin artmasına şərait yaratmışdır. Buna görə də, hesablanmış 127.124,11 ABŞ dolları məbləğində dəbbə pulunun məbləği azaldılaraq 4.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
14. Bundan əlavə, məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 242 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 21.3, 405.1, 405.2, 462.1, 463.1, 467, 752.1, 753.1, 769-cu, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəbbə pulu hissəsində dəyişdirilək, cavabdehdən iddiaçının xeyrinə 127.124,11 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məh kəməsinin qətnaməsini tam ləğv edilməsi və iddiaçının iddiasının tam rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli 2-2(103)-313/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia cavabdehdən iddiaçının xeyrinə 72,919 ABŞ dolları pulun və 4.000 ABŞ dolları dəbbə pulunun tutuıması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilmişdir (sədrlik edən-məruzəçi h akim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddiasına görə “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikintiquraşdırma və bəzək işləri ilə bağlı sifarişçi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 18 may 2020-ci il tarixdə 18.05.20 saylı və 18.05.20-2 nömrəli iki podrat müqaviləsi bağlanmışdır. İddiaçı bir obyektlə bağlı iki podrat müqaviləsi bağlanılmasının səbəbini belə izah edir ki, hazırda iddianın əsasını təşkil edən podrat müqaviləsi ilə bağlı maliyyələşmə “Vasilchuki” şirkəti tərəfindən nağd olaraq həyata keçirilməli idi. İddiaçı iddia edir ki, 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə işlər tam icra edilmiş, təhvil verilmiş, müqavilə üzrə görülmüş işlərin dəyəri nağd olar aq qismən ödənilmiş, 72919 ABŞ dolları borc qalmışdır.
20. İş materiallarından görünür ki, tərəflər arasında 2020-ci il 18 may tarixli 18.05.20 saylı podrat müqaviləsindən irəli gələn qarşılıqlı tələblərlə bağlı məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.
21. Cavabdeh tərəf 18.05.20-2 nömrəli podrat müqaviləsi imzalansa da, həmin müqavilənin layihə olduğunu, sifarişçi təfəfindən iki layihədən birinin seçildiyini və bütün işlərin 18.05.20 saylı müqavilə əsasında görüldüyünü, o cümlədən ödənişlərin də həmin müqavilə əsasında həyata keçirildiyini göstərmişdir.
22. Cavabdeh tərəf 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə hər hansı iş görülmədiyini bildirdiyi halda, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, bu müqavilə üzrə işin görülərək başa çatdırılması mübahisə doğurmur və cavabdeh tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlərin görülməsi mübahisələndirilmir. Məhkəmə MPM-nin 385.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermiş, iddiaçı tərəfindən sübutlarla təsdiq edilməli olan halı yalnız izahata əsasən sübut edilmiş hal hesab etmişdir.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddianın əsası kimi istinad edilmiş podrat müqaviləsi ilə bağlı iddia ərizəsində qeyd edilmiş hallar işin materialları ilə təsdiq edilmir. Belə ki, iddia ərizəsində eyni bir obyektlə bağlı 18.05.20-2 nömrəli ikinci podrat müqaviləsinin bağlanılması həmin müqavilə üzrə görüləcək işlərin dəyərinin nağd ödəniləcəyi barədə tərəflər arasında razılaşma olması ilə əsaslandırılsa da, müqavilədə belə bir şərt nəzərdə tutulmamış, əksinə müqavil ənin 2.3.3-cü bəndində qeyd edilmişdir ki, sifarişçinin podratçıya ödəmə öhdəliyi sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır. 24. 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə işlərin icra edilməsi, o cümlədən cavabdeh tərəfindən həyata keçirilmiş nağd ödənişlərin məhz qeyd edilən müqavilə üzrə həyata keçirilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərində işlərin təhvil verilməsinin KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.
25. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “Vasilchuki” şirkətinin əməkdaşı olduğu bildirilən “Aleksandr Zayçev” adlı şəxsə cavabdehin göndərdiyi email yazışma ları həmin şəxsin cavabdehin səlahiyyətli şəxsi olmadığı nəzərə alınaraq işin hər hansı halını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Hətta sübut kimi qəbul edilərsə belə, həmin yazışmaların məzmununda 18.05.20-2 nömrəli podrat müqaviləsinə istinad olmadığından, bəzi yazışmalarda isə podrat müqaviləsi üzrə ödənişlərin bir hissəsi nağd həyata keçiriləcəyi halda endirim ediləcəyinə dair qeydlər olduğundan, email yazışmaları iddianın əsaslı olduğuna dair nəticəyə gəlmək üçün kifayət qədər mötəbər sübut hesab edilmir.
26. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, əgər həqiqətən 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu olsaydı, tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə podratçı qarşılıqlı iddia ərizəsində hər iki müqavilə üzrə borcun ödəni lməsini tələb edərdi. İşin materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, 18.05.20-2 nömrəli podrat müqaviləsi üzrə borcun ödənilməsinə dair cavabdehə pretenziya məktubu 2022-ci il 27 yanvar tarixdə, digər iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən 2021-ci il 15 dekabr tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnamə qəbul edildikdən sonra göndərilmişdir.
27. Apellasiya məhkəməsi gəldiyi nəticəni MM-in 463.1, 467, 752.1, 753.1, 769-cu, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri
29. MM-in 390, 399.2, 404, 465, 770-ci maddələrinin tələbləri pozulmuşdur-MM-in 404cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi müqavilənin təfsir olunması üçün tərəflər arasındakı mövcud işgüzar adətlər, danışıqlar və yazışmalar mühüm əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən sözügedən müqavilənin layihə deyil, real müqavi lə olmasını təsdiq edən sübutlar, işgüzar yazışmalar (Bakı Apellyasiya Məhkəməsinin 22(103)-324/2022 saylı 2022-ci il 24 may tarixli qətnaməsi və Ali Məhkəmənin 2-2(102)637/2022 saylı 2022-ci il 6 dekabr tarixli qərarı ilə bu hal sübuta yetirilmişdir) təqdim olunsa da, məhkəmə tərəfindən 404-cü maddənin tələbləri pozulmaqla qətnamə çıxarılmışdır.
30. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanan müqavilə MM-in tələblərinə zidd deyil. Hüquqi şəxslər arasında bağlanan bu müqavilə üzrə real münasibətlər mövcud olmuş, həmin münasibətlərin mövcudluğu qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-324/2022-ci il saylı 2022-ci il 24 may tarixli qətnaməsi (Ali Məhkəmənin 2-2(102)-637/2022 saylı 2022-ci il 6 dekabr tarixli qərarı ilə qüvvədə saxlanmışdır) və tərəflər arasında möv cud olan işgüzar yazışmalarla öz təsdiqini tapır.
31. Müqavilə üzrə nəzərdə tutulmuş KS-1 və KS-2 sertifikatları əsasında qəbul qanunvericilikdə nəzərdə tutulmamış və bu səbəbdən belə bir sənəd bağlanmış iki podrat müqaviləsinin heç biri üzrə tərtib edilməmişdir.
32. Təqdim olunan email yazışmaları ilə müqavilənin layihə olmaması, həmin müqavilə üzrə ödənişlərin həyata keçirilməsi öz təsdiqini tapır. Nəzərə almaq lazımdır ki, iki ayrı müqavilə üzrə iddiaçının bir tələblə və ya iki ayrı tələblə çıxış etməsi onun müstəsna hüququdur və tələbin ayrı və ya birlikdə verilməsi sübutların qiymətləndirilməsi meyarı kimi çıxış edə bilməz və bu məsələ üzrə məhkəmənin mülahizə, fikir və rəy bildirməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Cavabdeh müqavilənin layihə olmasını bildirsə də, bu halı təsdiq edən sübut məhkəməyə təqdim olunmamış, sözügedən müqavilənin əhəmiyyətsiz olmasına dair hər hansı bir işgüzar yazışma mövcud deyil, əksinə iddiaçı tərəfindən təqdim olunan email yazışmalarından görünür ki, hər iki müqavilə üzrə ödənişlər müzakirə edilir, tərəflərin razılaşdıqları ödənişin qrafikində hər iki müqavilə üzrə ödənişlər nağd və nağdsız şəkildə öz əksini tapır. Həmin ödənişlərin ümumi məbləği 22(103)-324/2022 saylı işin predmeti olan müqavilənin ümumi dəyərindən çoxdur. Lakin bu məsələlərə məhkəmə tərəfindən qiymət verilməmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-313/2022 saylı, 2023-cü il 12 aprel tarixli qətnaməsinin 6-cı səhifəsinin 14-cü bəndində, eləcə də cavabdehin izahatında qeyd olunmuşdur ki, “iddiaçı elektron məhkəmə sisteminə ona nağd şəkildə pul ödənişini tə sdiqləyən kassa məxaric sənədlərini təqdim etmişdir. Razılaşdırılmış smetadan kənara çıxmaların ola biləcəyi aşkardır. Həmin kənarlaşmaların əvəzi cavabdeh tərəfindən ödənilmişdir. Dolayısı ilə, qeyd edilən ödənişlər yuxarıda qeyd edilən podrat müqaviləsi üzrə (2-2(103)-324/2022 saylı 2022-ci il 24 may tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə artıq baxılmış müqavilə nəzərdə tutulur) həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh təqdim olunan kassa məxaric qəbzləri üzrə ödənişləri qəbul edir, lakin həmin ödənişlərin hazırkı müqavilə üzrə deyil, 2-2(103)-324/2022 saylı iş üzrə kənarlaşmalara görə ödənildiyini qeyd etmişdir. Lakin bu halı təsdiq edən hər hansı bir akt, yazışma, əlavə sübut təqdim etməmiş, məhkəmə reallıqda kənarlaşmaların olub-olmamasını araşdırmamışdır. Məhkəmə id diaçının işləri təhvil verməsinə dair sübutların olmamasına istinad etsə də, kənarlaşmalara dair (hansı ki, bu kənarlaşmalar da təhvil verilməlidir) təhvil-təslim aktı və ya hər hansı bir sənəd tələb etməmişdir. Smetadan kənara çıxma olduğu halda sifarişçi tərəfindən razılaşdırılmış muzd ödənilməli idi. Qüsur olduğu halda isə əlavə icra tələb olunmalı idi. Göründüyü kimi işlərin siyahısı, icra edilməli olan müddətlər qabaqcadan smeta ilə dəqiq müəyyənləşdirildiyi halda kənara çıxmanın mövcud olması inandırıcı deyil, hətta cavabdeh kənara çıxma üzrə kifayət qədər yüksək məbləğlər üzrə ödəniş həyata keçirməli olmadığı halda belə bir ödənişi etdiyini bildirir. Əgər məhsuldakı qüsurların aradan qaldırılması üçün belə bir ödəniş edilmişdirsə, əlavə icra barədə tələbin olması barədə məhkəməyə sübut təqdim edilməli idi.
34. Məhkəmə tərəfindən çəkişmə prinsipinə formal əməl olunmuşdur. Belə ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayətindən, eləcə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 6-cı səhifəsinin 14-cü bəndindən görünür ki, cavabdeh müqavilənin layihə olmasını qeyd etmişdir. Lakin məhkəmə müqavilənin layihə olmasını qeyd edən tərəfdən həmin faktı təsdiq edən sübutların təqdim edilməsini tələb etməmişdir. İddiaçı tərəfindən təqdim olunan yazışmalarda bunun əksini təsdiq edən hallara dair isə sübutlar tələb edilmiş və bu sübutlar iddiaçı tərəfindən təqdim edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl olunmamış, iki standart tətbiq edərək, müqavilənin layihə olmasına istinad edən tərəfi həmin halı sübut etməkdən azad etməklə, bu vəzifəni id diaçıya həvalə etmişdir. İddiaçı tərəfindən bu hal sübuta yetirildikdə isə sübutun qəbul olunmazlığına istinad edilmişdir (Qətnamənin 9-cu səhifəsi, 26-cı bəndi).
35. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, 2-2(103)-324/2022 saylı iş üzrə (sədrlik edən R.Qurbanov) cavabdehin nümayəndəsi tərəfindən “Aleksandr Zayçev” adlı şəxsin iddiaçının direktoru Bəxtiyar Əliyevə və digər şəxslərə göndərdiyi emaillər sübut qismində təqdim olunmuş, hər iki tərəf bu yazışmaların işgüzar yazışma olmasını qəbul etmiş, həmin yazışmalara sübut kimi qiymət verilmiş, bu sübutlar əsasında 2-2(103)324/2022 saylı 2022-ci il 24 may tarixli qətnamə çı xarılmışdır. Bakı Apellyasiya Məhkəməsi “Aleksandr Zayçev” adlı şəxslə olan yazışmaya sübut kimi qiymət verdiyi öz qətnaməsinin preyudisiallığını qəbul etməyərək, hazırkı işdə həmin şəxslə olan email yazışmalarını sübut kimi qəbul etməmişdir. Bundan başqa 2-2(103)-324/2022 saylı 2022-ci il 24 may tarixli qətnamə ilə podrat müqavilələri üzrə təmir edilməli olan obyektin təhvil verilməsi öz təsdiqini tapır və eyni zamanda Dəniz Mall ticarət mərkəzində həmin restoranın fəaliyyət göstərməsi iddiaçını işlərin təhvil verilməsini sübut etmək vəzifəsindən azad edir.
36. Məhkəmə tərəfindən kommersiya işi hərtərəfli araşdırılmamış, iş üzrə cavabdeh tərəfindən istinad olunan lakin araşdırılmamış kifayət qədər məqamlar mövcud olduğu halda bunlar araşdırılmamış, iddiaçının istinad etdiyi halların təsdi qi ilə bağlı baxışın keçirilməsi, tikinti-texniki ekspertizanın təyini tələb olunsa da, təmin olunmamışdır. Hərtərəfli araşdırmanın həyata keçirilməsi üçün aşağıdakı hallar və suallar məhkəmə tərəfindən araşdırılmalı idi: 1) Layihənin nə üçün imzalanıb möhürləndiyi müəyyənləşdirilməmiş, layihələrin hər birinin smetasının olması aydınlaşdırılmamış, hər bir müqavilə üzrə ayrı-ayrı məbləğlərin, ayrı-ayrı smetaların (ayrı-ayrı işlərin) olması müzakirə edilməmişdir. 2) İki ayrı müqavilə üzrə iki ayrı məbləğin, iki ayrı smetanın olması iddiaçının istinad etdiyi halı (ümumi işin iki hissəyə bölünməsi) dolayı yolla təsdiq edir. Bu halın birbaşa təsdiqi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi tələb olunmuşdur. Tikinti-Texniki ekspertiza əsasında sifarişin icra edildiyi oby ektdə görülən ümumi işlərin həcmini müəyyənləşdirirək, bu işlərin iki smetanın cəmi olub-olmaması sualının ekspert tərəfindən cavablandırılması ilə işin hərtərəfli araşdırmasını təmin etmək mümkün olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya görə 18.05.20-2 saylı müqavilənin bağlanmasındakı məqsəd işlərin əvəzinin nağd şəkildə ödənilməsi ilə bağlı olmuşdur. Halbuki, iddiaçının bağlandığını iddia etdiyi müqavilənin özündə belə muzdun nağd deyil, köçürmə yolu ilə ödəniləcəyi qeyd edilmişdir (2.3.3-cü bənd). Bu isə bir daha təsdiq edir ki, iddiaçının məhkəməyə təqdim edərək əsasında pul tələb etdiyi müqavilə layihədən başqa bir şey deyil.
38. İddiaçı kassasiya şikayətində istinad etdiyi məhkəmə aktlarının məzmununu təhrif etmişdir. Belə ki, həmin məhkəmə işi çərçivəsində 18.05.20-2 saylı podrat müqaviləsinin varlığı ümumiyyətlə müzakirə predmeti olmamışdır. Bu dəlil hazırkı iş üzrə apellyasiya baxışında da iddiaçı tərəfindən dəfələrlə səsləndirilmiş, apellyasiya məhkəməsi həmin işin materiallarını tələb edərək araşdırmış, nəticədə bu dəlilin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir.
39. İddiaçının kassasiya şikayətinin növbəti dəlili dəbbə pulu ilə bağlıdır. Mövcud olmayan müqavilə üzrə hər hansı öhdəliyin, o cümlədən dəbbə pulu borcunun varlığından söhbət gedə bilməz.
40. İddiaçı MM-in 770-ci maddəsinə istinad edə bilmək üçün ən azı işləri gördüyünü və qəbul etmək üçün cavabdehə təqdim etdiyini, cavabdehin isə onun qəbulundan yayındığını isbat etməli idi. İş materiallarınd a bu halların mövcudluğunu təsdiqləyən hər hansı sübut yoxdur. İddiaçı bağlandığını iddia etdiyi müqavilə üzrə hansı işləri gördüyünə dair sübut təqdim edə bilməmiş, hətta bu işlərin nədən ibarət olduğunu təsvir də edə bilməmişdir.
41. İddiaçı 18.05.20-2 saylı müqavilənin nağd ödəniş üçün əsas kimi çıxış etdiyini iddia etsə də, iki mühüm məqama aydınlıq gətirə bilmir: birincisi, müqavilədə muzdun nağd şəkildə ödəniləcəyinə dair hər hansı göstəriş yoxdur. İkincisi, müqavilədə muzdun əvvəlcədən ödənilməsinə dair heç bir bənd yoxdur. Nağd şəkildə ödənişlər iddiaçının iddia etdiyi müqavilə üzrə həyata keçirilmişdisə, onda bu hal müqavilədə nəzərdə tutulmalı idi.
42. Əvvəlki məhkəmə proseslərinin predmetini təşkil etmiş podrat müqaviləsinin hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Həmin müq avilədən doğan mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Buna görə də cavabdehin bu halla bağlı hər hansı sübut təqdim etmək vəzifəsi də yox idi.
43. MPM-in 14-cü maddəsinin tələbinin pozulmasına dair dəlillə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı iddia etdiyi halları təsdiq edən sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməli idi. İşdə bu barədə heç bir sübut yoxdur. İddiaçı ekspertiza keçirilməsi barədə məhkəməyə vəsatət belə verməmişdir.
44. A.Zaytsev cavabdehin işçisi, eləcə də iddiaçı və cavabdeh arasında bağlanmış podrat müqaviləsinin tərəfi deyil. Dolayısı ilə iddiaçının A.Zaytsevlə yazışması hələ tərəflər arasında ikinci bir podrat müqaviləsinin bağlandığı nəticəsinə gəlməyə əsas vermir. Kassasiya baxışının hədləri
45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Pod rat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə y etirildikdən sonra ödəməlidir.”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 51.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhk əməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
52. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edilməsini zəruri hesab edir ki, baxılan iş üzrə tərəflər arasında 2020-ci il 18 may tarixli 18.05.20 saylı podrat müqaviləsindən irəli gələn qarşılıqlı tələblərlə bağlı məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilmişdir (bax yuxarıda bu qərarın 2-4-cü bəndləri).
53. Hazırki işdə iddiaçı eyni bir obyektlə bağlı, eyni tarixli, 18.05.20-2 nömrəli ikinci podrat müqaviləsinin bağlanılmasını həmin müqavilə üzrə görüləcək işlərin dəy ərinin nağd ödəniləcəyi barədə tərəflər arasında razılaşma olması ilə əsaslandırılsa da, sözügedən müqavilənin 2.3.3-cü bəndinə görə sifarişçinin podratçıya ödəmə öhdəliyi sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, sözügedən müqavilənin 1.1.6-cı bəndinə əsasən podratçı tərəfindən yerinə yetirilmiş işlər sifarişçiyə təhvil verilməlidir. Lakin baxılan işdə, iddiaçı tərəfindən məhz mübahisəli ikinci podrat müqaviləsi üzrə işlərin sifarişçiyə təhvil verilməsinə dair sübutlar işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim olunmamışdır. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası mə hkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Qətnamənin ləğvinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. 55.Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlilləri üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. 56.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 57.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 aprel tarixli 2-2(103)-313/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov İ.Ə.Şəfiyev