Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-441/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “kredit və lizinq müqavilələri üzrə borcun ödənilməsi və.s” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2025-ci il 13 mart tarixli 2-2(103)-76/2025 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" İKB ASC ilə "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış 2016cı il 27 may tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 14 %-lə 60 ay müddətinə 1 052 322 manat məbləğində Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatları lizinqə verilmişdir. Bundan sonra Bankla 2017-ci il 15 avqust tarixində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanmış və lizinq müqaviləsi üzrə öhdəliklər "xxxx" İstehsalat Məmulatları MMC-dən Cavabdeh1 MMC-yə ötürülmüşdür (2017-ci il 31 mart tarixində imzalanmış 3 nömrəli Əlavədə lizinq obyekti təsvir edilmi şdir). 2. "xxxx" İKB ASC ilə "xxxx" İstehsalat Məmulatları MMC arasında bağlanmış 2016cı il 9 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 12 %-lə 144 ay müddətinə 1 130 779 manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1 267,1 m2 əmlak kompleksi lizinqə verilmişdir. Bankla 2017-ci il 15 avqust tarixində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanmış və lizinq müqaviləsi üzrə öhdəliklər "xxxx" İstehsalat Məmulatları MMC-dən Cavabdeh1 MMC-yə ötürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2020-ci il 16 iyun tarixində iddia və daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək “Dadaş–N“ MMC-dən (bundan s onra – “MMC”), Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə 2019-ci il 18 iyul tarixli kredit müqaviləsi üzrə 709 085,46 ABŞ dolları əsas, 392 766,23 ABŞ dolları faiz, 367 399,38 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1 469 251,07 ABŞ dolları məbləğində borcun, 2 101,22 manat ödənilmiş dövlət rüsumunun və digər xərclərin tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (bundan sonra –"xxxx") yönəldilməsi, MMC-dən iddiaçının xeyrinə 2016-cı il 27 may tarixli daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra – “birinci lizinq müqaviləsi”) üzrə 109 390,46 manat faiz, 78 249,79 manat cərimə borcu və 1 760,20 manat əldən çıxmış fayda olmaqla ümumlikdə 189 400,45 manat məbləğində borcun tutulması, MMC-dən və Cavabdeh3 iddiaçının xeyrinə 2016-ci il 9 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra – “ikinci lizinq müqaviləsi”) üzrə 322 929,41 manat məbləğində əsas, 453 125,07 manat faiz borcu və 114 868,87 manat cərimə borcu olmaqla ümumlikdə 890 923,35 manat məbləğində borcun tutulması, MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatlarının (bundan sonra – "xxxx") iddiaçıya qaytarılması, MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267,1 m2 əmlak kompl eksinin (“ikinci lizinq obyekti”) boşaldılaraq iddiaçıya qaytarılması, 2019-ci il 17 iyul tarixli baş kredit müqaviləsinin, birinci və ikinci lizinq müqavilələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına və lizinq müqaviləsinin 1.4 və 6.3-cü bəndlərinə istinadla belə əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən lizinq müqavilələrinin şərtləri vaxtında yerinə yetirilmədiyi üçün lizinq obyektləri iddiaçıya qaytarmalıdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 mart tarixli 2-2(113)-50/2024 nömrəli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 2024-cü il 12 iyun tarixli ekspert rəyinə əsasən birinci lizinq m üqaviləsi üzrə MMC-nin banka hazırda borcu “0” manat, müqavilənin bitdiyi tarixdə mükafat borcu isə 54 982,86 manat, ikinci lizinq müqaviləsi üzrə isə əsas borcu 322 926,57 manat, mükafat borcu 379 597,61 manat təşkil edir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 iyul tarixli 2-2(113)-50/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək kredit və lizinq müqavilələrinin ləğv olunması, kredit müqaviləsi üzrə ümumilikdə 1.136.851,69 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 3 300 000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, MMC-dən birinci lizinq mü qaviləsinə əsasən mükafat borcu üzrə 54 982,86 manat, cərimə borcu üzrə 2 700 manat olmaqla cəmi 57 682,86 manat məbləğində pulun tutulması, ikinci lizinq müqaviləsinə əsasən əsas borc üzrə 322 929,41 manat, mükafat borcu üzrə 379 597,61 manat, cərimə borcu üzrə 16 000 manat olmaqla cəmi 718 527,02 manat məbləğində pulun tutulması, eləcə də digər məhkəmə xərclərinin müvafiq məbləğdə cavabdehlərdən tutulması qət edilmişdir (hakim: Kənan Hüseynov).
7. Məhkəmə hesab etmişdir ki, birinci lizinq müqaviləsinə əsasən mükafat borcu üzrə ekspert rəyində müəyyənləşdirilmiş 54 982,86 manat məbləğində pul MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin həmin məbləğlə iddiaçı da razılaşmışdır. Bundan başqa həmin müqavilə üzrə 2 700 manat məbləğində dəbbə pulu daha ağlabatandır.
8. Məhkəmə vurğulamı şdır ki, iddiaçı MMC-dən həmin müqavilə üzrə 1 760,20 manat əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, əldən çıxmış faydanın nədən ibarət olduğunu sübut edə bilmədiyi üçün iddia həmin hissədə təmin oluna bilməz.
9. Məhkəmə iclasında iddiaçı tərəfdən adı çəkilən lizinq müqaviləsi üzrə tam məbləğin tələb edilib-edilməməsi soruşulmuş və iddiaçı da müqavilə üzrə tam məbləğin tələb olunduğunu bildirmişdir. Ona görə də bu lizinq müqaviləsi üzrə lizinq obyektinin iddiaçıya qaytarılması hissəsində iddia təmin edilə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə əsasən ikinci lizinq müqaviləsi üzrə borclunun banka əsas borcu 322 926,57 manat, mükafat borcu 379 597,61 manatdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı tərəf ekspert rəyinin həmin hissəsi ilə razı olduğunu bildirmiş dir. Ona görə də MMC-dən həmin rəydə müəyyənləşdirilmiş məbləğlər tutulmalıdır.Həmçinin həmin müqavilə üzrə 16 000 manat məbləğində dəbbə pulu daha ağlabatandır.
11. Məhkəmə ikinci lizinq müqaviləsi üzrə lizinq obyektinin qaytarılması ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçıdan lizinq müqaviləsi üzrə tam məbləğin tələb edilibedilməməsi soruşulmuş, iddiaçı da tam məbləğin tələb olunmadığını bildirmişdir. Bu müqavilə üzrə lizinq obyektinin dəyəri 1 130 779 manatdır. Ekspert rəyinin təsviri əsaslandırıcı hissəsindən görünür ki, həmin lizinq müqaviləsi üzrə ödənilməli əsas məbləğ 496 304,48 manat, ödənilməli mükafat məbləği isə 810 657,04 manat, ümumilikdə isə 1 306 961,52 manat təşkil edir. Həmin ekspert rəyinə əsasən ödənilmiş əsas məbləğ 173 377,91 manat, ödənilmiş mükafat məbl əği 431 059,43 manat, cəmi, 604 437,34 manat təşkil etmişdir. Məhkəmə tərəfindən isə hazırda əsas borc üzrə 322 929,41 manat, mükafat borcu üzrə 379 597,61 manat məbləğində pul olmaqla cəmi, 702 527,02 manat məbləğində pul tutulmuşdur.
12. İkinci lizinq müqaviləsi üzrə MMC tərəfindən edilmiş olan cəmi 604 437,34 manat və məhkəmə tərəfindən tutulan 702 527,02 manat əsas və mükafat məbləği toplandıqda görünür ki, 1 306 964,36 alınır. Yəni qeyd edilmiş məbləğ lizinq müqaviləsi üzrə nəzərdə tutulan əsas və mükafat məbləğlərinin tam cəmini əhatə edir.
13. Ona görə də məhkəmə hesab etmişdir ki, ikinci lizinq obyektinin iddiaçıya qaytarılması tələbi təmin oluna bilməz. Həmçinin lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcə də artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda iddiaçı həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı, eyni zamanda verilmiş lizinq obyektinin geri qaytarılmasını tələb etməsi nə qanunun mahiyyəti uyğundur, nə də yuxarıda qeyd olunmuş məqsədlərə nail olmağa yönəlmişdir.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, müqavilələr üzrə öhdəliklərin icra edilməsi cavabdeh tərəfindən pozulduğundan kredit müqaviləsi və lizinq müqavilələri ləğv olunmuş hesab edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 269.5, 317.1, 425, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5-ci, Mülki Prosessual Məcəlləsinin (bunda n sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli 2-2(103)-76/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, L.Əliyeva və T.Mahmudova).
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyal arının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli qərardadının 48-ci bəndinə istinadı ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Ali Məhkəmənin qeyd edilən qərardadı ödənişlər müqabilində lizinq alanın lizinq obyektinə mülkiyyət hüququnun tanınması məsələsinə aydınlıq gətirmiş və hazırkı mübahisəyə aidiyyəti yoxdur. İddiaçının həm müqaviləyə xitam verilməsini, həm də müqavilədə nəzərdə tutulan ödənişlərin tam olaraq tələb etməsi onun lizinq obyektlərinin sahiblikdən geri istəməsini istisna edir. Odur ki, məhkəmənin bu qənaəti əsaslıdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 269.5, 317.1, 427.3, 442, 443.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5 və 7487.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 748-1.12, 748-1.12.4-cü maddələri üzrə - lizinq alan tərəfindən iki dəfədən artıq olaraq lizinq ödənişlərinin ardıcıl olaraq ödənilməməsi, lizinq müqaviləsinin xitamına səbəb olmaqla lizinq obyektinin mübahisəsiz lizinq verənə verilməsi üçün əsasdır. Cavabdeh tərəfindən hər iki lizinq müqavilələri üzrə lizinq ödənişləri iki dəfədən daha artıq olmaqla vaxtında icra olunmamış, həmçinin lizinq obyektinin qaytarılması ilə bağlı lizinq alana yazılı mür aciət edilməsinə baxmayaraq bu tələbə məhəl qoyulmamışdır. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini, Azərbaycan Respublikasının qanunvericiliyini və bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq obyektinin qaytarılması tərəflər arasında bağlanmış müqavilə və mülki qanunvericiliyə əsasən birbaşa göstəriş kimi qoyulsa da, məhkəmə tərəfindən nə müqavilə üzrə razılaşdırılmış tələb, nə də mülki qanunvericiliyin qeyd olunan norması nəzərə alınmamış, qanunvericiiyin həmin tələbləri pozulmuşdur. Məhkəmələr tərəfindən qanunun onun mahiyyətinə zidd şəkildə tətbi qi iddiaçını həm müqavilə müddətinin sonuna qədər olan pul məbləğindən, həm də mülkiyyətində olan lizinq obyektindən məhrum olmasına gətirib çıxarır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli qərardadının 43 və 48-ci bəndləri üzrə - Ali Məhkəmənin qeyd olunan lizinq mübahisələri ilə əlaqədar məhkəmə təcrübəsininin vahidliyinin təmin edilməsi üçün qərardadında göstərilmiş mövqedən də bəlli olur ki, lizinq alan tərəfindən aparılmış ödənişlər olsa belə, bu lizinq obyektinə lizinq alanın mülkiyyət hüququnun tanınması üçün əsas deyildir, lakin hər iki məhkəmə instansiya sı tərəfindən hazırkı iş üzrə məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Ali Məhkəmənin mövqeyinə zidd yanaşma irəli sürülmüşdür. Məhkəmənin iş üzrə gəldiyi bu nəticə heç bir normativ hüquqi akta və hüquqi əsaslandırmaya söykənmir.
23. Belə ki, lizinq müqaviləsi üzrə faizlərin, ödənişlərin gecikdirildiyi təqdirdə əlavə faiz və cərimələrin hesablanacağı barədə tərəflər arasında əvvəlcədən razılaşdırılmış şərt müqavilədə öz əksini tapmışdır. Həmin faizlərin və cərimələrin hesablanması ilə bağlı müddəa lizinq müqaviləsinin digər şərtlərinə və qanuna zidd deyildir. Yəni cavabdeh tərəfindən gecikdirilmiş əsas və faiz borcu, eləcə də cərimə borcu üzrə pulun tələb edilməsi və onun tutulması, müqavilənin lizinq obyektinin geri qaytarılması ilə bağlı şərtinin qüvvədən düşməsinə səbəb olmur. Məhkəmə q ətnaməsində borc məbləği ikinci lizinq müqaviləsinin müddətinin sonuna qədər, yəni tam borc məbləği tələb olunmamasına baxmayaraq bunun əksi formada qeyd edilmişdir. Buna əsasən də istinad olunan qərarın bu işin mahiyyətinə zidd olduğu, hazırkı işə aid olmadığı qənaətinə gəlinmişdir. Eləcə də birinci lizinq müqaviləsi üzrə qüvvədə olma müddəti bitməsinə baxmayaraq məhkəmə yenə də borc məbləğinin tam tələb edilməsi ilə lizinq obyektinin tələb olunmasının birbirinə zidd olduğunu vurğulamışdır. Lakin yuxarıda qeyd olunan maddənin məzmunundan və istinad olunan qərarın mahiyyətindən aydın olur ki, müqavilə üzrə müddət bitibsə və lizinq ödənişləri iki dəfədən çox icra edilməyibsə, bu halda lizinq alan qeyd-şərtsiz lizinq obyektini lizinq verənə qaytarmalıdır.
24. Məhkəmənin lizinq obyektinin qay tarılması barədə iddia tələbini təmin etməməsi iddiaçının hazırda da həmin lizinq obyektlərindən gəlir qazanmaq imkanının itirməsinə, cavabdehin isə əsassız şəkildə onları qanunsuz sahibliyində saxlayaraq mənfəət əldə etməsinə səbəb olmuşdur.
25. Lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər müqavilələrin şərtlərindən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ö dənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Göstərilənləri nəzərə alaraq lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
26. İcranın lizinq alan tərəfi ndən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyənləşdirilmişdir. Apellyasiya şikayətində istinad olunan maddi hüquq normalarının mənasından, habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqedən aydın olur ki, lizinq alan, özünə məxsus lizinq obyektini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verir və lizinq alanın müqavilə üzrə müəyyən məbləğlərdə ödənişləri etməsi, onu (lizinq alanı) həmin obyektin mülkiyyətçisinə çevirmir. Lizinq müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, lizinq alan lizinq ödənişlərini müqavilə şərt lərinə uyğun tam həcmdə həyata keçirdiyi halda, lizinq obyekti onun mülkiyyətinə keçir.
27. İşdə olan sənədlərdən göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış ikinci lizinq müqaviləsi üzrə müqavilənin qüvvədə olma müddəti 2028-ci il 9 sentyabradək, müqavilə üzrə lizinq ödənişinin məbləği isə 1 130 779 manat müəyyənləşdirilmişdir. MMC tərəfindən 2024-cü il 19 yanvar tarixinədək əsas borc üzrə 173 377,91 manat, faiz borcu üzrə 430 556,04 manat, hesablanmış dəbbə məbləğindən isə 503,39 manat ödəniş olunmuşdur. Müqavilə üzrə cavabdehin qeyd olunan məbləğlərdə ödəniş etməsi işdə olan məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, habelə 2024-cü il 24 iyul tarixli müstəqil auditor rəyi ilə təsdiq olunur. Cavabdeh tərəfindən müqavilə üzrə əsas borca görə 173 377,91 manat məbləğində ödəniş oldun duğu nəzərə alınmış və 2024-cü il 19 yanvar tarixinə hesablanmış əsas borc olaraq 322 929,41 manat, faiz borcu olaraq 453 125,07 manat, dəbbə pulu olaraq 114 868,87 manat məbləğində pulun ödənilməsini və eyni zamanda lizinq obyektinin iddiaçıya qaytarılmasını tələb etmişdir.
28. Göründüyü kimi iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb ikinci lizinq müqaviləsi üzrə 2024-cü il 19 yanvar tarixinə olan borcun tutulması və lizinq obyekti olan əmlak kompleksinin qaytarılması təşkil edir. Lakin işə baxan məhkəmələr işin hallarını tam, hərtərəfli araşdırmamış, təqdim olunan sübutlara düzgün qiymət verməmiş, cavabdehdən ödənilməsi tələb olunan əsas borcun 2024-cü il 19 yanvar tarixinə hesablanmasına əhəmiyyət verməmişdir. Bunun nəticəsidir ki, məhkəmələr lizinq obyektinin qaytarılması hissəsin də bankın əsaslı olan iddiasını təmin etməmişlər.
29. MPM-in 88-ci maddəsi üzrə - iddiaçı məhkəməyə müraciət edərkən borcun mövcud olması və ödənilməməsi ilə bağlı zəruri sənədlər təqdim etmiş, lakin cavabdeh tərəfindən borcun olmaması ilə bağlı heç bir sənəd verilməmişdir. Yəni iddiaçı tərəfindən təqdim olunmuş sübutlar: lizinq müqavilələrinin şərtləri, lizinq obyektinin hansı şərtlərlə lizinq alana keçməsi və s. xüsusi mühüm əhəmiyyət kəsb edən detallar araşdırılmamışdır.
30. MPM-in 418.2 və 418.3-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfin təqdim etdiyi sübutlar nəzərə alınmadan, cavabdeh tərəfin isə mövqeyini təsdiqləyən sübutlar tam, ətraflı və digər sübutlarla eyni qaydada qiymətləndirilmədən kobud prosessual pozuntuya yol verilərək çıxarılmışd ır. Ona görə də qətnamə ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın hər iki lizinq müqaviləsi üzə verilmiş lizinq obyektlərinin qaytarılması hissəsində hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.... 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır”. “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ikinci lizinq müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində ləğv olunmalı və iş bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Kassasiya şikayətinin dəlillərindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki lizinq müqaviləsi üzrə əmlakların iddiaçıya qaytarılmaması hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci lizinq müqaviləsi ü zrə obyektin iddiaçıya qaytarılması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normaları (bax: § 34) düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə qüvvədə saxlanılmalıdır.
38. Lakin kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, ikinci lizinq müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
39. Kassator bildirir ki, cavabdehə qarşı irəli sürdüyü tələb ikinci lizinq müqaviləsi üzrə 2024-cü il 19 yanvar tarixinə olan borcun tutulması və lizinq obyekti olan əmlak kompleksinin qaytarılması təşkil etsə də, apellyasiya instansiyası tərəfindən bu tələbə doğru hüquqi qiymət verilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakı normaların əlaqəli surətdə təhlil və dəyərləndirilməsini zəruri hesab edir.
40. MM-in 747.1-ci maddəsinə görə lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Eləcə də MM-in 748-2.5-ci maddəsində təsbit edilmişdir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
41. Həmçinin MM-in 748-10.1-ci maddəsində qeyd olunmuşdur ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq o byektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
42. Bundan başqa tərəflər arasında bağlanmış ikinci lizinq müqaviləsinin 1.5.1-ci maddəsindən görünür ki, lizinq alan yalnız hazırkı müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra əmlaka olan mülkiyyət və sərəncam hüququnu əldə edə bilər.
43. Qeyd olunan normaların və müqavilənin müvafiq bəndinin əlaqəli təhlilindən aydın olur ki, lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi üçün lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişlərin hamısı lizinq alan tərəfindən ödənilməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli qərardadının 43-cü bəndində də göstərilmişdir ki, həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır.
45. Hazırkı iş üzrə də ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də (bax: iş materialları, İ cild, səhifə 149-151) mövcud olan ödəniş qrafiki üzrə bütün lizinq ödənişləri cavabdeh tərəfindən ödənilməlidir. Həmin ödəniş qrafikinə görə sonuncu ödəniş tarixi 2028-ci il 9 sentyabr olmaqla bu müqavilə üzrə lizinq ödənişl ərinin ümumi məbləği 2 138 669 manat təşkil edir. Lakin iddia tələbindən və kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı həmin müqavilə üzrə 2024-cü il 19 yanvar tarixinə olan borcun tutulmasını tələb etmiş, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim olunmuş 2024-cü il 12 iyun tarixli ekspert rəyində ikinci lizinq müqaviləsi üzrə 2024-cü il 19 yanvar və 1 mart tarixinə olan borclar hesablanmışdır.
46. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin ikinci lizinq müqaviləsi üzrə cavabdehdən tutduğu məbləğ ümumilikdə 718 527,02 manat olmaqla həmin müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş ümumi lizinq ödənişinin məbləğinə uyğun gəlmir və bu lizinq müqaviləsi üzrə obyektin cavabdehin mülkiyyətinə ötürülməsinə zəmin yaradan hüq uqi fakt kimi dəyərləndirməni istisna edir.
47. MPM-in 218.1-ci maddəsinə görə hakim qətnamə qəbul edərkən iddianın təmin olunub-olunmadığını, iş üzrə tətbiq olunacaq qanunu, tərəflər arasındakı hüquqi münasibətləri, iş üçün əhəmiyyətli olan və olmayan halları, müəyyən edilmiş və edilməmiş faktları müəyyən etməli, həmçinin sübutlara hüquqi qiymət verməlidir. Bu qiymətləndirmə zamanı sübutların mümkünlüyü, aidiyyəti və mötəbərliyi bu Məcəllənin 80, 81 və 88-ci maddələrin tələbi baxımından nəzərə alınmalıdır.
48. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən adı çəkilən prosessual hüquq normalarının tələbləri pozulmuş, ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafi ki nəzərə alınmamış və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmuşdur.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ikinci lizinq müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində ləğv olunmalı və iş bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, ikinci lizinq müqaviləsi üzrə obyektin iddiaçıya qaytarılması məsələsi yuxarıda sadalanan maddi hüquq normalarının, bu müqavilənin müvafiq bəndlərinin və MPM-in 14.1-ci, 88 və digər əlaqəli maddələrinin təl əblərinə riayət olunmaqla yenidən qiymətləndirilməlidir.
50. Göstərilənləri və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli 2- 2(103)-76/2025 nömrəli qətnaməsi qismən - 2016-cı il 9 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.