Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-443/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı x1 Cavabdeh BOKT MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı x1 Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-326/2024 nömrəli qətn aməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin revolver fondunda cəmləşən vəsait hesabına X2 subkreditlərin verilməsi məqsədi ilə ** ilə Cavabdeh BOKT MMC arasında 2015-ci il 8 iyul tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.01-ci bəndinə əsasən, ***i layihə ərazisində südlük ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün müqaviləyə uyğun olaraq təqdim olunan sifarişlər əsasında BOKT-u kredit xətti şəklində tranşlarla vəsaitlə təmin edəcəkdir. BOKT öz növbəsində bu müqavilənin şərtlərinə müvafiq qaydada X2 kredit xətti açaraq vəsaiti tranşlarla ayıracaq. - 2.01-ci bəndinin İİİ alt bəndi olan faiz dərəcəsi: BOKT tərəfindən dövlət büdcəsinə ödəniləcək fa iz dərəcəsi illik 2 faiz, BOKT-un X2 verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil olmaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında ***i tərəfindən azaldıla bilər. - 2.01-ci bəndinin İV alt bəndi olan faizlərin hesablanması: vəsait BOKT-un hesabına daxil olduqdan sonra növbəti bank günündən başlayaraq hesablanacaqdır. - 2.01-ci bəndinin V alt bəndi olan geri ödəmə: BOKT benefisiar tərəfindən ödənilən faiz məbləğlərini rübdə bir dəfə dövlət büdcəsinə, əsas borc üzrə olan ödənişləri isə növbəti ayın ilk 5 iş günü ərzində ***i tərəfindən açılan “Revolver Fond” hesabına köçürməlidir. - 2.02-ci bəndinə əsasən, BOKT aldığı borc vəsaitini əks etdirmək üçün özünün balans hesabında ayrıca passiv hesab açmalıdı r. - 2.03-cü bəndinə əsasən, BOKT tərəfindən Ağcabədi, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən benefisiarlara kreditlər bu müqavilənin və ***i, "xxxx" ASC və BOKT arasında bağlanılmış 3 tərəfli memorandumun şərtlərinə uyğun veriləcəkdir. - 2.04-cü bəndinə əsasən, BOKT hər bir subborcalan X3 uçotunu aparmalı və müvafiq məlumatları ***inə təqdim etməlidir. - 4.01-ci bəndinə əsasən, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir. - 5.01-ci bəndinə əsasən, BOKT qarşı tərəfin yazılı qaydada razılığı olmadan bu müqavilə ilə bağlı hər hansı bir hüququ və öhdəliyi başqasına tapşıra bilməz. - 6.01-ci bəndinə əsasən, BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. BOKT öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisiarların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəkdir. - 6.06-cı bəndinə əsasən, BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına BOKT-a və "xxxx" ASC-yə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməlidir.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı Layihələri və Kreditlərin idarə edilm əsi üzrə Dövlət Xidməti ilə Cavabdeh BOKT MMC arasında “Kənd yerlərinin kompleks inkişafı layihəsi”nin kənd yerlərində maliyyə xidmətlərinin göstərilməsi komponentinin icrası üzrə 2015-ci il 8 iyul tarixində bağlanan əlavə kredit müqaviləsinə 2016-cı il 1 sentyabr tarixində aşağıdakı dəyişikliklər edilmişdir: - 2.01-ci bəndin Vİ alt bəndi - subkreditlərin müddəti və məbləği: BOKT tərəfindən bu müqaviləyə uyğun olaraq hədəf benefisiarlara subkreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40.000 manatadək olacaqdır. - 10.01-ci bənd - bu müqavilə 5 il müddətinə b ağlanılır və tərəflərin imzaladığı gündən qüvvəyə minir.
3. Kənd Təsərrüfatı Nazirliyi yanında yanında KT üzrə Dövlət Xidməti tərəfindən Mədəd kredit MMC-nin hesabına 2015-ci il 28 oktyabr tarixli 870 nömrəli ödəniş tapşırığına əsasən 92.000 manat, 2015-ci il 2 dekabr tarixli 939 nömrəli ödəniş tapşırığına əsasən isə 51.100 manat ödəniş edilmişdir.
4. Cavabdeh BOKT MMC-yə kənd yerlərinin kompleks inkişafı layihəsindən ayrılan vəsaitin məbləği 336.659,6 manat, qaytarılan vəsait 66.303,32 manat və qalıq borc 270.356,2 manat təşkil edir (2023-cü il 7 oktyabr tarixli kreditlərə dair məlumat cədvəli). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı x1( bundan sonra-“iddiaçı”) 2023-cü il 10 avqust tarixində Cavabdeh BOKT MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 2023-cü il 30 may tarixinə 2015-ci il 8 iyul tarixli müqavilə üzrə yaranmış 270.300 manat əsas məbləğ üzrə borc, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat vəsait olmaqla, cəmi 271.200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2015-ci il 8 iyul tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamış və nəticədə maliyyə arayışının tərtib edildiyi-2023-cü il 30 may tarixinə 2015-ci il 8 iyul tarixli müqavilə üzrə 270.300 manat əsas məbləğ üzrə borc yaranmışdır. Pretenziya məktubun un göndərilməsinə və xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir.
7. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək öhdəliklərin icra edilməməsinə görə mülki məsuliyyətin yalnız onun üzərinə qoyulması ilə razılaşmamış, göstərmişdir ki, sığorta üçün ayrılan vəsait "xxxx" ASC-yə tərəflər arasında bağlanmış üç tərəfli müqavilə əsasında ödənilmiş, sözügedən müqavilədə iddiaçı tərəf üç tərəfli anlaşmaya əsasən həmin vəsaitin "xxxx" ASC-yə verilməsini həyata keçirən tərəf olmuş, belə olan halda iddiaçı tərəfindən cavabdeh şəxs qismində "xxxx" ASC də məhkəmə prosesinə cəlb edilməli olduğu halda, iddiaçı bunu etməmiş və cavabdehlik yalnız hazırki iş üzrə cavabdehin üzərinə qoyulmuşdur. Bundan başqa, əlavə kredit müqaviləsi üzrə borclular iddiaçı tərəfindən seçilmiş və onlar a veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsində subkreditorların üstün mənafeyinin nəzərə alınması, əsasən kreditlərin zaminsiz və girovsuz verilməsinin BOKT-un fəaliyyətini tənzimləyən qanunvericilik normalarına ziddir. Həmçinin, tərəflər arasında imzalanmış müqaviləyə görə benefisiarlar (borclular) tərəfindən ödənilən əsas və faiz borclarının müqaviləyə uyğun olaraq dövlət büdcəsinə və “Revolver Fond”un hesabına köçürülməsini təmin etmək cavabdehin əsas vəzifəsi kimi müəyyən olunduğundan, borclu şəxslərə verilmiş kreditlərin vaxtında qaytarılmaması cavabdehin risk dairəsindən kənara çıxmışdır.
8. Cavabdehin nümayəndəsi 2023-cü il 21 noyabr tarixli ərizə ilə məhkəməyə müraciət edərək 2015-ci il 8 iyul tarixli əlavə kredit müqaviləsinin icrası ilə bağlı 66.303,32 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarıldığını, qalıq borcun hazırda 270.356,2 manat təşkil etdiyini qeyd etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 dekabr tarixli e-2-2(113)-4425/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2015-ci il 8 iyul tarixli müqavilə üzrə 270.300 manat borc, mediasiya xərcinin əvəzi olaraq 400 manat və hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 350 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 160,30 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim G.Namazova).
10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə ca vabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 270.300 manat əsas məbləğ üzrə borc yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş müqavilə üzrə cəmi 270300 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.
11. Məhkəmə iddiaya etirazda göstərilən dəlillərə qiymət verərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq h eyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri *** (bundan sonra-Agentlik) keçirilməsi və həmin Fərmanın 3.1-ci bəndinə əsasən bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Göründüyü kimi, "xxxx" ASC-nin hüquq və öhdəlikləri hazırkı iddiaçı hüquqi şəxsə keçmiş və hal-hazırda müqavilə üzrə də hüquq və öhdəliklərdə hazırkı hüquqi şəxsdə olduğundan və hüquqları ötürülmüş ASC-nin hazırkı iş üzrə cavabdeh qismində qoyulması qanunauyğun hesab edilə bilməz.
12. Cavabdehin etirazının dig ər dəlilini əlavə kredit müqaviləsi üzrə borclular iddiaçı tərəfindən seçilmiş və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsi subkreditorların üstün mənafeyinin nəzərə alınması, (əsasən kreditlərin zaminsiz və girovsuz) verilməsi BOKT-un fəaliyyətini tənzimləyən qanunvericilik normalarına zidd olduğunu bildirmişdir.
13. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edərək ona əsaslanmışdır ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən BOKT-nun təminatlı və təminatsız kreditlər verə biləcəyi nəzərdə tutulmuşdur. Bundan əlavə müqavilə üzrə borcluların iddiaçı tərəfindən seçilməsi barədə cavabdehin irəli sürmüş olduğu faktı da əsassızdır. Həmin faktın əsaslarını təsdiq edən cavabdeh tərəfindən hər hansı sübut mə hkəməyə təqdim edilməmişdir.
14. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, BOKT-un öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəyi barədə razılığa gəlinmişdir. Göründüyükimi müqavilənin bəndlərində də cavabdehin k reditin ayrılmasına yekün qərarın verilməsi hüququna malik olması qeyd olunmuşdur. Bundan əlavə kreditlər BOK-un təqdim etmiş olduğu siyahılar əsasında subkredit götürülən şəxslərə ayrılmışdır.
15. Cavabdehin digər dəlilləri isə tərəflər arasında imzalanmış müqavilənin bəndində BOKT-in əsas vəzifəsi benefisiarlar( borclular) tərəfindən ödənilən əsas və faiz borclarını müqaviləyə uyğun olaraq dövlət büdcəsinə və “Revolver Fond”un hesabına köçürülməsini təmin etmək olduğunu və borclu şəxslərə verilmiş kreditlərin vaxtında qaytarılmaması cavabdeh olaraq Cavabdeh BOKT MMC-nin risk dairəsindən kənara çıxmasıyla bağlı olmuşdur.
16. Bununla bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh bu dəlilləri də formal mülahizələrə əsaslanır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin müqavilənin 2.01ci bəndinin İİİ alt bəndi olan faiz dərəcəsi: BOKT tərəfindən Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi illik 2 faiz, BOKT-un AFT-lərə verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil omlaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında KTKDA tərəfindən azaldıla bilərcəyi, müqavilənin 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməli olduğu vurğulanmışdır.
51. Qeyd olunan müqavilənin şərtlərindən də göründüyü kimi cavabdeh ona ayrılmış kredit məbləğini benefisiar şəxslərə subkredit verilməsi hüququnu əldə etmiş, həmçinin həmin kreditlərdən gəlir əldə edilməsi də nəzərdə tutulmuş və ona ayrılmış əsas və faiz borcun büdcəyə verilməsi öhdəliyini həvalə edilmi şdir. Yəni cavabdeh əlavə kredit müqaviləsi üzrə kreditin qaytarılması öhdəliyi barədə iddiaçı qurumla razılığa gəlmişdir.
17. Məhkəmə cavabdehin subkredit götürülən şəxslər tərəfindən borcların qaytarılmaması onu risk dairəsindən kənara çıxması ilə bağlı qeyd etmişdir ki, tərəf arasıdna imzalanmış müqavilənin 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun alınmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməli olduğu nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin müqavilə üzrə subkreditorların borclarını qaytarılmaması onun öhdəliklərinin icrasından azad edilməsi mənasına gəlməməlidir. Çünki həmin borcların yığımına məsul şəxs kimi cavabdeh üzərinə öhdəlik götürmüşdür.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 399.1, 442, 443.1, 448.1, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-326/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edə n hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə “Kənd yerlərinin Kompleks İnkişafı” layihəsi fondunda cəmləşən vəsait hesabına X2 sub-kreditlərin verilməsi məqsədi ilə 336.659,6 manat vəsait ayrılmış, həmin vəsait hesabına cavabdeh tərəfindən X2 subkreditlər verilmiş, bu vəsaitin 66.303,32 manatı qaytarılmış və 270.356,2 manat qalıq borc qalmışdır.
22. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, bu vəsait “Kənd yerlərinin Kompleks İnkişafı” layihəsi üzrə X2 təmina tsız olaraq verildiyindən və iddiaçının tələb etdiyi vəsait fermer təsərrüfatları tərəfindən cavabdehə qaytarılmadığından cavabdehin hazırda bu vəsaiti iddiaçıya ödəmək öhdəliyi yaranmadığı üçün iddia rədd edilməlidir.
23. Məhkəmə apellyasiya şikayətinin dəlilini qiymət verərək göstərmişdir ki, əvvəla mübahisə üzrə tərəflərin hüquq və vəzifələrinin nədən ibarət olduğunu müəyyənləşdirmək üçün tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Mülki Məcəllədə hansı müqavilə növünə uyğun olduğu araşdırılmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə istifadə məqsədi kredit verən tərəfindən müəyyən edilməklə və müəyyən müddətdən sonra qaytarılması şərti ilə faizlə pul vəsaiti verilmiş, cavabdeh həmin vəsait hesabına subkreditlər verərək gəlir əldə etmişdir. Müqavilənin 10.1-ci bəndində müqavilənin müddəti 5 il müəyyən edilmiş, 4.0.1-ci bənddə qeyd edilmişdir ki, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir.
24. Məhkəmə hesab etmişdir ki, 08 iyul 2015-ci il tarixli müqavilədə cavabdehin əsas kredit borcunu hansı tarixdə qaytarmalı olduğu konkret qeyd edilməsə də, müqavilənin şərtləri bir-biri ilə əlaqəli şəkildə təfsir edilərək müqavilə müddətinin 5 il müəyyən edildiyi, müqavilənin 4.0.1-ci bəndində “əsas borcun geri qaytarılma müddətinin sonu”na kimi faizlərin ödənilməli olduğunun nəzərdə tutulduğu nəzərə alınarsa müəyyən olunur ki, verilmiş əsas kredit vəsaitinin qaytarılması cavabdeh tərəfindən mü qavilə müddətinin sonunda icra edilməli idi. Müqavilədə əsas borcun subkreditlər qaytarıldıqdan sonra iddiaçıya qaytarılmalı olduğuna dair şərt nəzərdə tutulmamışdır.
25. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında 16 iyun 2021-ci il tarixdə imzalanmış “Anlaşma memorandum”unda cavabdehi kreditin qaytarılması ilə bağlı öhdəliyin icrasından azad edəcək hər hansı bənd nəzərdə tutulmamışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə bu vəsait hesabına subkreditlər verilməli olan şəxslərin dairəsinin əvvəlcədən müəyyən edilməsi (ailə fermer təsərrüfatları) və subkreditlərin təminatsız verilməsi də cavabdehi öhdəliyin icrasından azad etmir.
26. Məhkəmə MM-nin 448.1-ci maddəsinə is tinadla qeyd etmişdir ki, hazırda cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən müqavilə müddətinin sonunadək sub-kreditlərin qaytarılmama riski olduğunu əvvəlcədən gördüyü və ya görməli olduğu halda müqaviləyə qaytarılmamış sub-kreditlərə görə onu məsuliyyətdən azad edən şərtin əlavə edilməsini tələb etməmişdir. Buna görə də, məhkəmə belə qənətə gəlmişdir ki, MM-nin 739.1-ci maddəsinə əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra edərək qalıq kredit vəsaitini iddiaçıya qaytarmağa borcludur.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 399.1, 404.1, 442, 443.1, 448.1 və 739.1-ci maddələrinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1 və 17.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh tərəfindən həmi n qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 425.1,425.2,427.3,442,445,1,448.1 və 739.1-ci maddələri üzrə - əlavə kredit müqaviləsi “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin Revolver fondunda cəmləşən vəsaitlər hesabına X2 subkreditlərin verilməsi məqsədilə bağlanmışdır. Bu layihə pilot layihəsi, yəni sınaq xarakterli olduğuna görə, müqavilənin bütün şərtləri də layihənin məqsədinə uyğun olaraq hazırlanmış və subkreditlər də iddiaçının müəyyən etdiyi şərtlərə uyğun olaraq cavabdeh tərəfindən benefisiarlara verilmişdir. Cavabdehin əsas funksiyası həmin kreditləri müvafiq tranşlarla bene fisiarlara vermək olmuşdur. Müqavilədən göründüyü kimi, cavabdeh tərəfindən subkreditlərin hansı ərazidə verilməsi, məqsədi, faiz dərəcəsi, faizlərin hesablanması qaydası, geri qaytarılması ( geri ödəmə), subkreditlərin müddəti və məbləği iddiaçının məhz özü tərəfindən müəyyənləşdirilmişdir.
30. Əlavə kredit müqaviləsinin 2-ci bəndinin V alt bəndi müqavilənin mühüm şərti olmaqla, kreditin geri ödənilməsi, yəni kredit və faizlərin BOKT tərəfindən hansı qaydada geri qaytarılması barədədir. Müqavilənin sözügedən bəndinə uyğun olaraq BOKT-un əsas vəzifəsi benefisiarlar (borclular) tərəfindən ödənilən əsas və faiz borclarını müqaviləyə uyğun olaraq dövlət büdcəsi və “Revolver Fond”un hesabına köçürülməsini təmin etməkdir. Cavabdeh müqavilə üzrə öhdəsinə düşən həmin öhdəliyi yerinə yetirmiş, b enefisiarlar tərəfindən qaytarılan borcları vaxtında müqavilə üzrə göstərilən hesablara köçürmüşdür. Verilmiş kreditlərin qaytarılmaması halları müəyyən edildiyi vaxtdan cavabdeh üzərinə düşən bütün öhdəlikləri yerinə yetirərək, borclulara verilmiş kreditlərin qaytarılması istiqamətində özündən asılı olan bütün hüquqi tədbirləri görmüşdür. Kredit müqaviləsinin bəndlərində benefisiarlar tərəfindən kreditin qaytarılmadığı təqdirdə, həmin vəsaitlərin cavabdehin öz vəsaiti hesabına geri qaytarılacağı barədə qeyd mövcud deyil.
31. Kredit müqavilələri bağlandığı ilk vaxtlarda borclular müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan onlar bu öhdəliklərini yerinə yetirmək iqtidarında olmamışlar. Cavabdehin əməkdaşları dəfələrlə müştərilərin yaşadığı ünvanlarda yaranmış problemlərin həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparmaqla monitorinqlər keçirmişlər. Yaranmış problemin həlli üçün bir neçə dəfə iddiaçıya, Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verilmiş, məsələnin həll olunmasına dair təkliflərin müzakirə olunduğu bildirilsə də, məsələnin həlli yolu ilə bağlı konkret təklif verilməmişdir. Halbuki, əlavə kredit müqaviləsinin 3.01-ci bəndinin tələbinə görə iddiaçı iş planı və büdcəyə uyğun olaraq cavabdehə maliyyə və texniki yardım dəstəyi göstərməli olduğu halda, bu vəzifəni yerinə yetirməmişdir. Müqavilənin yerinə yetirilməsində bütün məsuliyyətin birtərəfli olaraq cavabdehin üzərinə qoyulması yolverilməzdir. İddiaçı müqavilə tələblərinin yerinə yetirilməsi ilə bağlı cavabdehə lazımi dəstəyi verməmiş və nəticədə öhdəliklərin icrasınd a problemlər yaranmışdır.
32. İkitərəfli müqavilənin şərtlərindən biri kimi borclu şəxslərdən hər hansı bir girov və zaminliklə bağlı təminatın alınmamasına dair müddəaların mövcud olması kreditlərin qaytarılmamasına zəmin yaratmışdır. Bu nöqteyi-nəzərdən kreditlərin vaxtında qaytarılmamasında cavabdehin təqsirli hərəkətləri mövcud deyildir. Bundan başqa, əlavə kredit müqaviləsində subkredit müqavilələrinin cavabdehin təqsiri olmadan icra olunmadığı halda cavabdehin məsuliyyət daşıyacağı nəzərdə tutulmamışdır.
33. Məhz tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin düzgün təfsir edilməməsi, iddiaçının mənafeyinə uyğun olaraq təfsir olunması nəticədə düzgün olmayan və cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. Maddi hüquq normaları hazırkı mübahisəyə birtərəfli qaydada tətbiq edildiyindən və bu normaların kommersiya mübahisəsində iddiaçının mənafeyinə uyğun təfsir olunması həmin qətnamənin kassasiya qaydasında ləğvini şərtləndirir.
34. MPM-in 9.1, 9.2, 9.3, 88, 386, 372.1, 372.6, 372.7 və 387.2-cü maddələri üzrə apellyasiya məhkəməsi işin materiallarında olan sübutları tam və hərtərəfli araşdırmamış, işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İş üzrə MPM-nin 386-cı maddəsinin də tələbləri po zulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Etiraz onunla əsaslandırılmışdır ki, 2015-ci il 8 iyul tarixli əlavə kredit müqaviləsinin 2.01-ci bəndinin v yarımbəndi - BOKT-a benefisiarlar tərəfindən ödənilən vəsaitlərin hansı müddətdə və hansı formada iddiaçıya ödənilməsi ilə bağlı BOKT-un öhdəliklərinə dair məsələləri tənzimləyir və benefisiarlar tərəfindən ödəniş olmadığı halda BOKT-un məsuliyyətdən azad olunmasını müəyyən etmir.
37. Əlavə kredit müqaviləsinin 6.01-ci bəndinə əsasən, BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. Beləliklə krediti vermə səlahiyyətlər inə malik olduğu üçün subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına borcun ödənilməsinə nəzarət etmək vəzifəsi BOKT-a məxsusdur. Həmçinin, benefisiarlar tərəfindən öhdəliklərin icra olunmadığı halda müqavilədə BOKT-un öhdəlikdən azad olunmasına dair müddəa da mövcud deyil. Müqavilənin kredit müqaviləsi olması, o cümlədən ödənişlər, faizlər və müddətin müqavilədə əks olunmasına əsasən, habelə qanunvericiliklə də kredit münasibətlərinin mahiyyətinə istinad edildikdə, BOKT-lar ödənişlərlə bağlı birbaşa məsuliyyət daşıyırlar. Kassasiya baxışının hədləri
38. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılaca qdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifad əsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğ ul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 41. “Bank olmayan kredit təşkilatları” haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
15. BOKT-lərin fəaliyyəti 15.1. BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər (hazırki redaktə). 15.1. BOKT maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər ve rə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız maliyyə bazarlarına nəzarət orqanın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər (2023-cü il 6 iyul tarixli 940-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə)....” “Maddə
17. Kredit müqaviləsi... 17.2. BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir (hazırki redaktə). 17.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə borcalan arasında bağlanılan kredit müqaviləsində ən azı aşağıdakılar öz əksini tapmalıdır (2023-cü il 2 4 fevral tarixli 823-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə): 17.2.1. tərəflərin adları və hüquqi ünvanları; 17.2.2. kreditin məqsədi; 17.2.3. kreditin məbləği; 17.2.4. kreditin qaytarılma müddəti; 17.2.5. kreditin qaytarılma üsulu; 17.2.6. təminatın forması (təminatlı kredit verildikdə); 17.2.7. kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir); 17.2.8. kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi; 17.2.9. tərəflərin məsuliyyəti....”
42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağ ıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
45. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qərarın 21-26-cı bəndləri) və hesab edir ki, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymət ləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
46. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-326/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.