Məhkəmə qərarları › İş №2-2(102)-445/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-445/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-445/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, iddiaçının nüfuzuna vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 aprel tarixli 2-2(107)-5/2024 nömrəli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış 2021-ci il 29 iyun tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı qiymətlərin razılaşma protokolunda (Əlavə 1) qeyd edilən texniki avadanlıqları nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən, satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlama vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlav ə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. 3. 2021-ci il 29 iyun tarixli alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşma protokolundan (Əlavə 1) görünür ki, ilkin ödəniş 3.000 manat olmaqla, 18 ay müddətinə, yəni 2022-ci il 29 dekabr tarixinədək hər ay ayda 1.355 manat, sonuncu ay isə 1.348 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüşdür. 4. 2021-ci il 29 iyun tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı (WERTEX Black) satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı və ya MMC”) 2023-cü il 7 avqust tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsi və cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 29 iyun tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mala mülkiyyət hüququ malın dəyəri tam ödənilənədək iddiaçıda (satıcıda) qalmasına baxmayaraq, cavabdeh (alıcı) satıcının razılığı olmadan müqavilənin predmeti olan avadanlığın dax ili konstruksiyasına müdaxilə etmiş, nəticədə avadanlığa zərər vurmuşdur. Bununla bağlı Balakən rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh iddiaçının hüquqlarının müdafiəsi üçün atdığı addımdan xəbərdar olduqdan sonra qərəzli olaraq, işgüzar nüfuzunu hədəf alaraq müştərilər arasında anti-reklam xarakterli təbliğat işləri aparmağa başlamışdır. Cavabdeh, iddiaçının müştərilərinin əlaqə nömrələrini əldə etmiş, “Whatsapp” platformasında “AzEstetik” adlı qrup yaradaraq həmin müştəriləri qrupa əlavə etmişdir. Daha sonra həmin qrup vasitəsilə qrup üzvlərinə şirkətin satışını həyata keçirdiyi avadanlıqların keyfiyyət parametrləri, işgüzar etikası haqqında təhrif olunmuş informasiyalar ötürmüşdür. Cavabdeh qeyd olunan qrupa ünvanladığı səsli ismarıclar vasitəsilə guya ş irkətin satdığı avadanlıqların əvvəllər başqa şəxslər tərəfindən istifadə olunduğunu, eləcə də şirkətin əməkdaşları tərəfindən müştərilərə qarşı nalayiq ifadələrdən istifadə olunaraq onların təhqir olunduğunu iddia etmişdir. Bununla yanaşı cavabdeh, şirkət tərəfindən müvafiq dövlət orqanlarına edilmiş müraciətlərə əhəmiyyətsiz və nəticəsi olmayan tədbirlər donu geyindirərək müştəriləri şirkətin əleyhinə addımlar atmağa təşviq edən çağırışlar etmişdir. Cavabdeh bu cür informasiyaları təkcə “Whatsapp” platformasında deyil, digər sosial şəbəkələr vasitəsilə də yaydığını etiraf edir. cavabdehin iddiaçının işgüzar nüfuzunu hədəf alan hüquqazidd əməlləri bununla yekunlaşmamışdır. Cavabdeh ona məxsus olan “lazer_epilyasiya_zaqatala” adlı istifadəçi hesabı vasitəsilə instagram sosial şəbəkəsində iddiaçının əməkdaşlarını “dolandırıcı, ikiüzlü, mütəşəkkil dəstə” adlandırmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı Balakən Rayon Məhkəməsində 2023-cü il 1 may tarixində keçirilmiş məhkəmə iclasında cavabdeh çıxış edərkən məhkəmə zalında çoxsaylı insanların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidməti adından guya hazırda DTX-da iddiaçı barəsində cinayət işinin başlandığını bildirmişdir. Sədrlik edən hakim, eləcə də şirkətin nümayəndəsi tərəfindən müvafiq faktın həqiqətə uyğun olub-olmaması bir neçə dəfə soruşulduqda cavabdeh proses iştirakçılarının, eləcə də zalda iştirak edən digər şəxslərin qarşısında faktın doğruluğunu əminliklə vurğulayaraq təsdiq etmişdir. Hətta hakim hüquq mühafizə orqanı olan bu cür dövlət orqanının adından yalan məlumat verdiyi təqdirdə məsuliyyətə cəlb olunacağını b ir neçə dəfə ona xatırlatsa da o, israrla öz fikirlərində qalmış və eyni cavabı vermişdir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edilmiş, 2023-cü il 16 may tarixli cavab məktubu ilə cavabdehin iddia etdiyi faktın doğru olmadığı bəlli olmuşdur. Bundan başqa cavabdeh “Azcosmetics” adlı şirkətin Tik-tok istifadəçi hesabında yayımlanmış video-çarxlarla hüquqazidd əməlinə davam etmişdir. Cavabdehin iştirakı ilə hazırlanmış həmin video-çarxda aşağıdakı həqiqətə uyğun olmayan ifadələr yerləşdirilmişdir: “Zaqatala rayonundan cavabdeh aldadıldı. Cihazını qıraqdan idarə edərək pul tələb etdilər!”, “600 Wt gücə sahib “Wertex” cihazını 900 Wt deyib aldadaraq satdılar!!!”, “Özünü həkim kimi təqdim edib sertifikat verdilər!!!” Cavabdehin mövqeyinə görə guya şirkət ona bəyan edilmiş parametrlərdən daha zəif gücə malik aparat satmışdır. Halbuki bu fikir heç bir fakta əsaslanmır və həqiqətə uyğun deyildir. Bununla yanaşı cavabdeh, iddiaçının satıcı olaraq alıcıdan müqavilə üzrə öhdəliklərini icra etməyə dair tələbinə hüquqazidd əməl donu geyindirməyə çalışmışdır. Yuxarıda sadalanan hərəkətlər cari və potensial müştərilər arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələməklə ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur.

7. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli e-2-2(117)-882/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – M.Hüseynov).

8. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 2021-ci il 29 iyun tarixində iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və həmin tar ixdə müqavilədə razılaşdırılmış Wertex lazer aparatı (bundan sonra – “aparat”) təhvil-təslim aktı əsasında alıcıya təhvil verilmişdir. Belə ki, 2021-ci il 29 iyun tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Avadanlığa satıcı 1 il zəmanət verir. Qarantiya müddəti satıcı tərəfindən malın alıcının sahibliyinə verildiyi andan hesablanır. 2021-ci il 29 iyun tarixli alqı-satqı müqaviləsinə dair zəmanət talonuna əsasən, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10.000.000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq başqa aparatla təmin olunur.

9. H əmçinin, qeyd edilən alqı-satqı müqaviləsinə dair X1 (Əlavə 1) əsasən, ilkin ödəniş 3.000 manat olmaqla, 18 ay müddətinə, yəni, 2022-ci il 29 dekabr tarixinədək hər ay ayda 1.355 manat, sonuncu ay isə 1.348 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüş və öhdəliyini lazımınca icra edərək ödənişləri vaxtından əvvəl həyata keçirmişdir. 10. 2022-ci il 20 oktyabr tarixində tərəflər arasında yenidən alqı-satqı müqaviləsi bağlanaraq 1.1-ci bəndinə əsasən, X2 Wertex 1200 (Y4/5) ilkin ödəniş 650 manat olmaqla, 4 ay müddətinə yəni, 2023-cü il 20 fevral tarixinədək hər ay ayda 463 manat, sonuncu ay isə 461 manat olmaqla ödəniş edilməsi şərti ilə cavabdehə satılmışdır. Həmin müqavilə üzrə “WERTEX” tipli cihazlar üçün 10.000.000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yara narsa, müştəri müvəqqəti olaraq əvəzedici aparatla təmin olunur. Zəmanət müddəti 1 ildir. 2021-ci il 29 iyun tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı (X2 Wertex 1200 (Y4/5) satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır.

11. Yuxarıda qeyd olunanlar işin mübahisələndirilməyən hallarıdır və qeyd edilən halları tərəflər izahatları ilə də təsdiq etmişlər.

12. İşin mübahisələndirilən halları isə cavabdeh tərəfindən dövlət qurumlarına şikayətlərində və sosial şəbəkələrdə (whatsapp, instagram) iddiaçı şirkət haqqında işlədilən nalayiq sözlərlə şirkətin işgüzar nüfuzuna zərər vurulub-vurulmaması, həmin ifadələrin işlədilməsində cavabdehin məqsədinin işgüzar nüfuzunu ləkələmək olub-olmaması i lə bağlı halların araşdırılmasından ibarətdir.

13. Məhkəmə mübahisə ilə bağlı iddiaçının iddia tələbinin əsasını təşkil məsələlərə aşağıdakı istiqamətdə qiymət verməyi zəruri hesab etmişdir: - iddiaçı tərəfindən Whatsapp qrupunun yaradılaraq həmin qrupda iddiaçı şirkətin fəaliyyətini və xidmətlərini pisləməsi; - cavabdehin şəxsin instagram hesabında iddiaçı şirkətlə bağlı elanlar yerləşdirməsi və müzakirələrin aparılması; - cavabdeh tərəfindən dövlət qurumlarına rəsmi müraciətlər edilərək yalan informasiyaların verilməsi.

14. Cavabdehin iddia tələbini təkzibi isə aşağıdakı istiqamətlərdə olmuşdur: - aparatın içərisində xəbərsiz çip qurğusunun yerləşdirilməsi və ödənişlər bitdiyi müddətdən sonra da həmin qurğunun iddiaçı şirkət tərəfindən çıxarılmaması; - aparatın gücü ilə bağlı səhv məluma tın verilməsi. Belə ki, 900 WT olduğu qeyd edilmiş, ancaq 600 WT gücündə cihaz satılmışdır; - aparatın ekranının işləməsinin mümkünsüzlüyü bildirərək 2.500 manat məbləğində yeni ekranın satılması; - aparatın mənşəyi və adı barədə yalan informasiyanın verilməsi.

15. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci il 29 iyun tarixli alqı-satqı müqaviləsi əsasında WERTEX aparatı iddiaçı tərəfindən cavabdehə satılmış, zəmanət talonunda 10.000.000 lazer atışa zəmanət verilmiş, sonradan cihazın ekranında problem yarandığından yeni ekran alqı-satqısı haqqında 2022-ci il 20 oktyabr tarixli müqavilə bağlanmışdır. Hər iki müqavilə üzrə məbləğ aylara bölünərək ödənilməsi razılaşdırılmışdır.

16. Məhkəmə müəyyən etmişdir ki, “2021-ci il 29 iyun tarixli müqavilənin 2.1.7-ci bəndində satıcı malın alı cının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlar da təchiz edir.” Bəndin olduğu, 2022-ci il 20 oktyabr tarixli müqavilənin isə 2.1.10-cu bəndində satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinqyoxlamalaqla apara bilər və bu məqsədlə malı onun istifadəsini kənardan məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir.

17. Məhkəmə iclasında müəyyən edilmişdir ki: - iddiaçı tərəf bunu aparatın oğurlanması və digər hallarda məsafədən istifadəsini məhdudlaşdırmaq məqsədi güdmüşdür. İlkin müqavilə üzrə cavabdeh ödənişdə hər hansı bir ləngimə etməsə də, onun bildirdiyinə görə bu cihaz vasitəsilə işləyərkən iddiaçı tərəfindən söndürülmüş və işi yarımçıq qalmışdır. Bu arqumentə qarşılıq olaraq iddiaçı bu hala əsaslı aydınlaşdırma gətirməmiş, aparatın cavabdehə satılan aparatda quraşdırıldığından cavabdehin məlumatı olmamışdır. - cavabdehə satılan aparatda təminat müddəti ərzində təxminən 6.000.000 milyon lazer atışı həyata keçirildiyindən, lakin iddiaçı 10.000.000 milyon lazer atışına zəmanət versə də, sonradan cihazın barında yəni aparatın atış həyata keçirilən hissəsinin təmirini öz vəsaiti hesabına həyata keçirmiş, iddiaçı hüquqi şəxsin nümayəndələri bununla bağlı inandırıcı arqumentlərini təqdim edə bilməmişlər; - cavabdehə məxsus aparat iddiaçı tərəfindən dəfələrlə təmirə alınmış, hər dəfə yeni bir problem yaranmış, iddiaçı aparatın “platasını”, o düzəlmədikdə isə ekranının dəyişməyin zəruri olduğunu bildirmiş, cavabdeh də iddiaçının təklif etdiyi ilə razılaşmış, 2.500 manat müqabilində iddiaçıdan dövri ödənişlə ekran almış, yenidən ekran xarab olmuş, cavabdehin iddiaçıya (işçilərinə) telefon vasitəsilə müraciətlərinə, 8 dəqiqəlik səs yazısına iddiaçı tərəfindən əhəmiyyət verilməmişdir; - cavabdeh məcbur olmuş aparatı başqa bir servisə təqdim etmiş, müəyyən edilmişdir ki, iddiaçının yararsız dediyi “ekran” əslində işlək vəziyyətdədir, cavabdeh bununla bağlı video çəkiliş təqdim etmiş, eyni zamanda, 2023-cü il 2 oktyabr tarixli aray ış təqdim etmişdir; - həmin servisdə müəyyən edilmişdir ki, aparatın içərisində uzaq məsafədən söndürən cihaz quraşdırılmış, həmin cihaz çıxarıldıqdan sonra aparat işlək vəziyyətə düşmüş, aparatın elektrik cihazına qoşulan başlıq 900 VT yazılsa da aparatın içərisində olan idarəetmə panelində 600 VT qeyd edilmişdir. Bununla bağlı video çəkilişə tərəflərin nümayəndələrinin iştirakı ilə baxılmışdır; - cavabdeh qarşılaşdığı problemlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və onun müvafiq qurumlarına müraciətlər etmiş, eyni zamanda iddiaçı Balakən Rayon Polis İdarəsinə, həmin idarələrdə ilkin araşdırma aparılsa da işin mülki xarakter daşıması səbəbindən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir; - qeyd edilən aparatda işləməklə bağlı biliklərin mənimsənilməsi üçün təlimçi olan Sevinc Cəlilovanın ( bundan sonra – “S.Cəlilova”) “doktor” yəni həkim olması ilə bağlı iddiaçı təşkilatın bildirdiyinə münasibətdə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2023-cü il 25 iyul tarixli 3-28/2-H-58xx-xx-6359/2023 nömrəli məktubunda “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrin”də S.Cəlilova barədə məlumatlar daxil edilmədiyi və həmin şəxsin praktiki tibbi fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifkasiya prosesində hər hansı bir ixtisas üzrə iştirak etmədiyini bildirdiyi faktlara əsaslanmışdır. - məhkəməyə təqdim edilən video çəklişlərdə qeyd edilən aparatın hissələrində cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar nəticəsində cavabdehdə aparatın köhnə aparat olması təəssür atını yaratmış; - eyni zamanda, qeyd edilən aparatın üzərinə “Wertex” nişanı qeyd edilsə də, həmin əmtəə nişanının sonradan yapışdırılma olması müəyyən edildiyindən, aparatın daxilində isə idarəetmə paneli və digər hissələrində “ADSS” qeyd edilməsi cavabdehdə aparatın ona satılma adı ilə uyğunsuz olması təəssüratını yaratmış və mənşəyi məlum olmayan məhsul olduğunu bildirmişdir.

18. Məhkəmə tərəflərin izahatlarını işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək bildirmişdir ki, cavabdehin sosial şəbəkələrdə istifadə etdiyi ifadələr və çıxışlar zahirən işgüzar nüfuzu zədələyən ifadələr kimi görünsə də, əslində isə cavabdehin konkret alqı-satqı müqaviləsi əsasında iddiaçıdan aldığı aparatda baş vermiş nasazlıqlar nəticəsində onun daha böyük maddi sıxıntılara düçar olması, onun madd i gəlirinin daha da aşağı düşməsi olmuş, ümumilikdə isə bütün bunlara səbəb iddiaçı təşkilatın nümayəndələrinin davranış və hərəkətləri olmuşdur.

19. Belə ki, cavabdehə satılan cihazda məsafədən məhdudladırma cihazının quraşdırılması, həmin cihazın məqsədli təyinatına uyğun istifadə ediməməsinə, istənilən vaxt cavabdehə satılmış cihazın söndürülməsinə, sonuncunun isə müqavilə öhdəliklərinin icra etməməsinə şərait yaratmışdır. Bundan əlavə, iddiaçı tərəfindən 2.500 manat müqabilində yeni ekranın cavabdehə satılması və sonradan iddiaçı tərəfindən “yararsız” deyilən ekranın işlək vəziyyətdə olması nəticəsində cavabdehin ağır maddi duruma düşməsi də səbəblərdən biridir.

20. Eyni zamanda, “həkim” deyərək təqdim edilən şəxsin sonradan hər hansı bir tibbi təhsilinin və praktiki tibb fəaliyyəti il ə məşğul olmadığını təsdiq edən sənədin olması, bununla bağlı cavabdehin sosial şəbəkədə bildirdiyi faktlar yalan məlumat olmamışdır.

21. Bundan əlavə məhkəmə tərəfindən araşdırılan digər hallar yəni, satılan aparatın üzərində əmtəə nişanın adı ilə içərisində qeyd edilən əmtəə nişanının digər ad altında qeyd edilməsi, aparatın digər servisə aparılmamışdan əvvəl hər hansı bir təmirə getmədiyi halda içərisində olan detallarda əzik-ciziq, sürtünmə, yapışma və digər deformasiyanın olması cavabdeh tərəfindən bu halların sosial şəbəkədə qeyd etməsi də hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. Bütün bunlar nəticəsində cavabdehin iş fəaliyyətinin pozulması və qazanc əldə edə bilməməsini diqqətdən qaçırmaq ədalət prinsipinin tələblərinə zidd olardı.

22. Cavabdehin qəsdən iddiaçının işgüzar nüfuzuna zədə yetirmək məqsədi daşıması fakti sübut olunmur.

23. Belə ki, ona satılmış aparatla bağlı iddiaçının hərəkət və hərəkətsizliyi ilə üzləşdiyi problemlər və düşdüyü maddi zərərlə bağlı bu problemlərin sosial şəbəkədə yayılması və bu məlumatların cavabdeh tərəfindən yalan informasiya olaraq işıqlandırılmasını bildirmək qanuni və əsaslı deyildir. Çünki cavabdeh bildirdikləri hər bir faktla bağlı konkret arqumentlər irəli sürür. İddiaçı tərəf isə əks arqument irəli sürmür və bu halları təkzib edə bilmir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisənin yaranma əsası cavabdeh olan fiziki şəxsin bütün bunlar nəticəsində iş fəaliyyətinin normal olmaması, şəxsin ailə həyatı ilə bağlı gərginliklərin artması səbəbi ilə iddiaçı şirkətin də onun müraciətlərinə vaxtında baxıl maması səbəbindən keçirdiyi hisslərlə bağlı olmuş və haqlı olaraq aldadıldığını düşünmürdür. Yəni, cavabdehin məqsədi iddiaçı şirkətin işgüzar nüfuzunu zədələmək yox, qarşılaşdığı, iddiaçının təqsiri üzündən yaranmış problemlərin həll etmək olmuşdur. 24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Plenum Qərarından da göründüyü kimi, iddiaçı işgüzar nüfuzunun zədələnməsinin nəticələrini sübut etməlidir. Hazırki vəziyyətdə isə iddiaçı şirkət cavabdeh tərəfindən onun fəaliyyətinə və işgüzar nüfuzuna zərər gətirəcək ifadələrin işlənilməsi nəticəsində müştərilərinin sayında azalmanın olmasını və ya bu məlumatların yayılması nəticəsində mövcud müştərilə rlə hər hansı problemlərin yaşanması hallarını sübut edə bilməmişdir.

25. Hazırkı mübahisə üzrə iddiaçı öz tələbini əsaslandırdığı halları sübut edə bilməmiş, cavabdeh iddiaçı barədə sosial şəbəkədə paylaşdığı məlumatların onunla bağlanmış alqısatqı müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən pozulduğu nəticəsində baş verdiyini sübuta yetirmiş, iddiaçının irəli sürdüyü yalan məlumatların yayılması ilə bağlı cavabdehin təqsiri sübuta yetirilməmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 23.2, 23.3, 23.4, 23.5, 23.6, 1096, 1097.1 və 1097.3-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 2.2, 8.1, 9.1, 47. 1, 77.1, 81, 217.3 və 217.4-cü; Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli Qərarının 3-cü bəndində, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.

27. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 aprel tarixli 2-2(107)-5/2024 nömrəli qətnaməsi il ə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində “İnstagram”, “Youtube” və “Tiktok” sosial şəbəkəsində yayılmış məlumatlar, həmin məlumatların paylaşıldığı sosial şəbəkələrdə cavabdeh tərəfindən təkzib olunması; qətnamənin qalan - “cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15.000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – G.Cavadova, hakimlər – V.Məlikov və E.Hüseynov).

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə, müqavilə predmeti olan lazer aparatının yoxlayıcı avadanlıqla (GPS) təchiz edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqaviləni imza etməklə müqavilənin digər şərtləri ilə yanaşı bu şərti də qəbul etdiyini bəyan etmişdir.

30. İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin əldə etdiyi lazer aparatı onlar tərəfindən yalnız 1 dəfə və qısa müddətə söndürülmüş və bundan cavabdehin də xəbəri olmuşdur. Qalan vaxtlarda aparatda problemlərin yaranması başqa səbəblərə görə olmuşdur. Cavabdeh isə aparatın dəfələrlə söndürülmə si səbəbindən işləməməsini bildirmiş və bu halı təsdiq edən sübutlarını məhkəmələrə təqdim etməmişdir. Kollegiya hesab etmişdir ki, sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz.

31. Bundan başqa, cavabdeh lazer aparatında yoxlayıcı avadanlığın (GPS) olmasını əvvəlcədən bilmişdir. Bu baxımdan məhkəmə cavabdehin GPS barədə məlumatsız olması, onun razılığı olmadan həmin cihazın aparatda yerləşdirilməsi barədə dəlillərini inandırıcı hesab etməmişdir. İddiaçının həmin lazer aparatının yoxlayıcı avadanlıq (GPS) vasitəsilə dəfələrlə söndürülməsi barədə dəlilləri də iş materialları ilə təsdiq olunmur. Bu baxımdan hesab edilməlidir ki, bunlarla bağlı cavabdehin sosial şəbəkələrdə bildirdikləri həqiqət deyil.

32. Eyni zamanda, cavabdehin digər dəlili ondan ibarətdir ki, müqavilə üzrə ona 900 W T gücündə, təzə lazer aparatının satılması nəzərdə tutulsa da, ona 600 WT gücündə işlədilmiş cihaz təhvil verilmiş, bununla da o, MMC tərəfindən aldadılmışdır. Bunları iddia edən cavabdeh məhkəməyə videogörüntü təqdim etmişdir.

33. Məhkəmə bildirmişdir ki, cavabdehin bu dəlili də əsassızdır və iş materialları ilə sübuta yetirilmir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş “Beijing ADSS Development Co” LTD-nin məktubunda göstərilir ki, iddiaçı 2017-ci ildən “Beijing ADSS Development Co” LTDnin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət 600 WT gücündə lazer aparatı istehsal etmir.

34. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportdan görünür ki, iş üzrə tərəflər arasında bağlanmış 2021-ci il 29 iyun tarixli nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə “WERTEX” markalı, 900 WT gücündə lazer aparatı satılmışdır.

35. Bundan başqa cavabdeh bildirmişdir ki, lazer aparatı başqa şirkətin servisində söküldükdən sonra aparatın hissələrində cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar aşkar edilmişdir. Cavabdeh bu dəlili ilə bağlı məhkəməyə videogörüntü təqdim etmişdir.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin müzakirə olunan dəlilləri də əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntüdə görünən aparatın məhz tərəflər arasında bağlanmış 2021-ci il 29 iyun tarixli nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılan lazer aparatının olması təsdiq olunmur.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax §26).

38. Cavabdeh kassasiya şikay əti verərək həmin qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 fevral tarixli Qərardadı üzrə - Cavabdeh 2022-ci il 20 oktyabr tarixli müqaviləni ümumiyyətlə bağlamadığını bildirmiş, lakin məhkəmə bunu da araşdırmamışdır. Cavabdeh ümumiyyətlə 2022-ci il 20 oktyabr tarixli nisyə alqı-satqı müqaviləsi mübahisələndirərək imzanı ona məxsus olmamasını bildirsə də, məhkəmə tərəfindən cavabdehin bu dəlilinə hüquqi qiymət verilməmiş dir. 40. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli 4 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı üzrə - İş materiallarından, iddiaçı barəsində çoxsaylı məhkəmə mübahisələri, sosial şəbəkələrdə olan araşdırmalar, ayrı-ayrı sahibkarların eyni xarakterli şikayətləri, cavabdehin təqdim etdiyi dəlillər və sübutlardan müəyyən olunur ki, cavabdehin təqdim etdiyi məlumatlar mübahisələndirilən hissədə doğrudur. 41. “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikas ının Konstitusiya Məhkəməsinin Plenumunun 2006-cı il 31 may tarixli Qərarı və “Məhkəmə Qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarı üzrə - Məhkəmə tərəfindən müqavilədə qeyd edilən yoxlayıcı aparatın nədən ibarət olması araşdırılmamışdır. Hakim kimin hansı sübuta əsaslanmasına əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsində icraatdan məlumatı olmadığı üçün iddiaçının nümayəndəsinin izahatını mötəbər sübut kimi qəbul etmişdir.

42. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsinin izahatına əsaslanmaq əvəzinə birinci instansiya məhkəməsinin iclaslarına və protokollara baxılmış olsa idi müəyyən edə bilərdi ki, qeyd edilən iclasda müəyyən edilir ki, yoxlayıcı avadanlığı, sonradan isə müqavilədə əlavə etdiyi məhdudlaşdırmaq fun ksiyası olan cihazı guya yalnız aparatın oğurlanması və digər hallarda məsafədən istifadəsini məhdudlaşdırmaq məqsədi ilə quraşdırmaq niyyəti güdmüşdür. Ancaq nə ilə bunu sübut edir məlum deyil, bununla əlaqədar kütləvi şikayətlər var.

43. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, ilkin müqavilə üzrə cavabdeh ödənişdə hər hansı bir ləngimə etməsə də, onun bildirdiyinə görə bu cihaz vasitəsilə işləyərkən iddiaçı tərəfindən söndürülmüş və işi yarımçıq qalmışdır. Bu arqumentə qarşılıq olaraq iddiaçı bu hala əsası aydınlaşdıra bilməmiş, aparatın cavabdehə satılan aparatda quraşdırıldığından cavabdehin məlumatının olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, yaranmış ziddiyyəti məhkəmə araşdırmaq əvəzinə apellyasiya məhkəməsində iddiaçının izahatını əldə rəhbər tut araq izahatı sübut kimi qəbul etmiş, cavabdehin izahatını, birinci instansiya məhkəməsində verilən izahatları nə üçün qəbul etməməsini ümumiyyətlə qətnamədə qeyd etməmişdir.

44. Bundan başqa məhkəmə hardan müəyyən etdi ki, qeyd edilən GPS avadanlığı ilə cəmi bir dəfə məhdudiyyət qoyulub və bunu cavabdehə xəbərdarlıq edilib.

45. Hazırkı iddiaçının özünün sorğu nəticəsində aldığı və digər məhkəmə mübahisəsində sübut kimi təqdim etdiyi 2023-cü il 20 aprel tarixli GPS.AZ firmasının iddiaçının rəhbərliyinin özünün sorğusuna cavab olaraq qeyd edilir ki, iddiaçıya satdığı aparatlara quraşdırdığı GPS cihazları yalnız avadanlıqların yerdəyişməsini və lokasiyasını izləməyə imkan verir, funksionallığın məhdudlaşdırılmasına heç bir təsir göstərmir.

46. Məhkəmənin bundan xəbərinin olmaması başa düşülən dir, ancaq iddiaçının izahatını sübut kimi qəbul etməsi başa düşülən deyildir.

47. Bundan başqa kassasiya şikayətinə əlavə edilən iddiaçının iştirakı ilə keçirilən məhkəmə qətnamələrindən müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin sadaladığı problemlər heç də təkcə ona qarşı yönəlməmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli 2-2(115)-351/2023 nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 6 sentyabr tarixli 2-2(104)-188/2023 nömrəli qətnamələri ilə hazırkı iş üzrə cavabdehin fikirlərinin haqlı olduğu, əlavə sübuta ehtiyac olmadığını, iddiaçının nümayəndəsinin izahatını əsas götürməklə cavabdehdən sübut tələb edilməsi tamamilə ədalətsiz və qərəzli mövqedir.

48. Məhkəmənin növbəti əsaslanması bundan ibarətdir ki, bundan əlavə cavabdeh bildirir ki, lazer aparatı başqa şirkətin servisində söküldükdən sonra aparatın hissələrində cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar aşkar edilmişdir. Cavabdeh bu dəlili ilə bağlı məhkəməyə videogörüntü təqdim etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, təqdim olunmuş videogörüntüdə görünən aparatın məhz tərəflər arasında bağlanmış 2021-ci il 29 iyun tarixli nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılan lazer aparatının olması təsdiq olunmur. Məhkəmənin bu dəlili də cavabdehə qarşı qərəzli münasibətin nəticəsidir. Cavabdeh tərəfin qeyd edilən dəlili yalnız ona münasibətdə olmuş olsa idi, bu başa düşüləndir, ancaq sosial şəbəkələrdə olan şikayətçilərin şikayətlərindən, iddiaçının digər müştəriləri ilə aralarında olan məhkəmə qətnamələrindən tam təsdiq olunur ki, bu fakt mövcudd ur və xüsusi sübuta ehtiyac yoxdur. Bu qədər iş adamlarının işlərini saxlayıb iddiaçı və satdığı avadanlıqlara dair mübahisə açmaları cavabdehin sübutsuz haqlı olmasını təsdiq edir. 49. “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 8 yanvar tarixli Qərarı üzrə Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş “Beijing ADSS Development Co” LTD-nin məktubunda göstərilir ki, iddiaçı 2017-ci ildən “Beijing ADSS Development Co” LTDnin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət 600 WT gücündə lazer aparatı istehsal etmir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportdan görünür ki, iş üzrə tərəflər arasında bağlanmış 2021-ci il 29 iyun tarixli nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə “WERTEX” markalı, 900 WT gücündə lazer aparatı satılmışdır. İş materiallarına əlavə edilən və tərəflər arasında baxılaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən müəyyən olunur ki, cavabdehə X2 Wertex 1200 (Y4/5) markalı mal satılmışdır. Özünün verdiyi zəmanət talonunda WERTEX 600 yazılıb. Burda da iddiaçının ziddiyyətli mövqeyinin olması məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdeh nəyi sübut etməlidir ki, əgər iddiaçının özünün Zəmnət Talonunda WERTEX 600 yazılmışsa.

50. Bundan başqa aparatın üzərinə “Wertex” nişanı qeyd edilsə də, həmin əmtəə nişanının sonradan yapışdırılma olması müəyyən edildiyindən, aparatın daxili ndə isə idarəetmə paneli və digər hissələrində “ADSS” qeyd edilməsi cavabdehdə aparatın ona satılma adı ilə uyğunsuz olması təəsüratını yaratmış və mənşəyi məlum olmayan məhsul olduğunu bildirmişdir. İddiaçı adların fərqli olmasını, cihazın içi ilə üstünün fərqli olmasını, buna cihaz satılandan illər sonra onlarla şikayətçilərdən sonra, sosial şəbəkələrdə müzakirələrdən sonra proses gedişində mal aldığı zavoddan sifarişlə arayış alıb məhkəməyə sübut kimi təqdim edib özünün haqlı olmasını sübut etməsinin heç bir əsası yoxdur.

51. İddaçının zavoddan cihazları istədiyi formada sifariş verdiyi kimi sifarişlə aldığı Çin arayışının mötəbərliyini sübut etməyin mümkünlüyü olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Çin arayışından əvvəl və hazırda şikayətə əlavə edilən sosial şəbəkədə olan reklam və təqdimatlardan, texniki pasportlardan görünür ki, heç bir zavod 900 bar olan avadanlıq istehsal etmir. Çin arayışını verən zavodun özünün öz səhifəsində 900 bar gücündə avadanlıq quraşdırılan cihaz yoxdur. Bu isə iddiaçının təqdim etdiyi Çin arayışının mötəbər sübut olmamasına deməyə kifayət qədər əsas verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin məqsədi iddiaçı ilə eyni sahədə kommersiya fəaliyyəti ilə məşğul olan rəqib şirkətin tapşırığı və şifahi təlimatları əsasında iddiaçıya mümkün qədər daha çox maddi ziyan vurmaq, işgüzar nüfuzumuza xələl gətirmək, iddiaçını müştərilərinin və tərəfdaşlarının gözündə nüfuzdan salmaqdır. Onun bu tip əməllərdən islah olmadığına əmin olduq dan sonra iddiaçı şirkət tərəfindən hazırda ona qarşı yeni əsaslarla Balakən rayon məhkəməsində xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi başlanmış və Şəki Kommersiya məhkəməsində işgüzar nüfuzun müdafiəsi ilə bağlı yeni iddia qaldırılmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayətində istinad etdiyi heç bir kobud maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Odur ki, iddiaçı qeyd olunanları nəzərə alaraq, kassasiya şikayəti əsassız olduğu üçün rədd edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsi iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağı dakılar nəzərdə tutulur: “Maddə

46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İİİ. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.”

56. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məl umatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafi q olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zə rəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər....”

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli Qərarının 3-cü bəndində aşağıdakılar göstərilmişdir: “...məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyy ət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla y ayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır...” 58. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarında aşağıdakılar göstərilmişdir: “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərab ər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur...”

59. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh tərəf 2022-ci il 20 oktyabr tarixli müqaviləni ümümiyyətlə imzalamamış, onun təqdim etdiyi sübutları məhkəmə araşdırılmamışdır.

62. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin məhkəmə tərəfindən hazırkı qərarın 29-36-ci bəndlərində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır.

63. Məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin tələbini rəhbər tutaraq kassasiya şikayətinin məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, həmin dəlillər MPMin 385-ci maddəsinin tələbinə görə apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

64. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 65. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə t ərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

67. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 aprel tarixli 2-2(107)-5/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar