Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-446/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, borcun qaytarılması, iddianın etiraf edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 aprel tarixli 2-2(103)-226/2024 nömrəli qətnaməsi ndən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 24 sentyabr tarixli ** saylı alqı-satqı müqaviləsi ilə İddiaçı MMC malmaterialları satmağı, "xxxx" MMC isə həmin malın tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2. 2022-ci il 18 oktyabr tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən "xxxx" MMC İddiaçı MMC-yə 2022-ci il 18 oktyabr tarixinə qalıq borcu ƏDV-siz 930.546,69 manat, ƏDV ilə 1.098.045,09 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 311.073 manat məbləğində əsas borcun və 203.412 manat məbləğində dəbbə pulunu n, cəmi 514.485 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 24 senyabr tarixində tərəflər arasında ** saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə görə mal alıcıya tam həcmdə çatdırıldıqdan sonra 5 bank günü ərzində alıcı satılmış malların dəyərini satıcının bank hesabına köçürməlidir. Malların cavabdehə çatdırılmasına, həmçinin malların dəyəri ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün cavabdehə elektron qaimələrin göndərilməsinə baxmayaraq ödənişin bir qismi olan 453.608 manat məbləğində pulun və ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həddində cərimənin-203.412 manat məbləğinin ödənilməsi üçün aidiyyəti üzrə Mediasiya Şura sına və Kommersiya Məhkəməsinə müraciət ediləcəyi barədə cavabdehə 2023-cü il 4 may tarixində müvafiq pretenziya göndərilmişdir. Preteniya göndərildikdən sonra cavabdeh tərəfindən 142.535 manat məbləğində pul vəsaiti ödənilsə də digər məbləğlər, yəni 514.485 manat məbləğində pul vəsaiti hələ də ödənilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)-4002/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 280.004,56 manat məbləğində əsas borc və 15.553 manat dəbbə pulu, cəmi 295.557,56 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 805 manat məbləğində dövlət rüsumunun 462,47 manat məbləği cavabdehdən tularaq iddiaçıya ödənilməsi, qalan 342,53 manat məbləği iddiaçıya aid edilmiş, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili ƏDV-siz 311.073 manat məbləğində borcu etiraf etmiş, həmçinin həmin borcdan 31.068,44 manat ödənildiyini bildirmiş, bu hal iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin 311.073 manat məbləğində borcu olması cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edildiyindən, həmçinin cavabdeh tərəfindən həmin borc məbləğindən 31.068,44 manat ödənilməsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən təsdiq edildiyindən və eyni zamanda bu hallar işin materiallarında olan sənədlərlə sübuta yetirildiyindən iddiaç ı və cavabdeh həmin faktları sübut etmək vəzifəsindən azaddırlar. Odur ki, göstərilən hallar işin mübahisəsiz xüsusatları kimi qəbul edilməklə, alqı-satqı müqaviləsi üzrə 280.004,56 manat (311.073-31.068,44) vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir.
8. Məhkəmə iddia tələbinin dəbbə pulunun tələb edilməsi hissəsini əsaslı saymış və qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləğ həmin bənddə nəzərdə tutulmuş vaxt çərçivəsində alıcı tərəfindən ödənilmədikdə, alıcı hər gecikdirilmiş günə geçikdirilmiş məbləğin 0,1 % məbləğində, amma vaxtında ödənilməmiş məbləğin 5 %-dən çox olmam aq şərtilə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə məhkəmə tələb olunan cərimə məbləğinin əsas məbləğə tənasübsüz surətdə yüksək olduğunu bildirməklə, onun azaldılaraq 15.553 manat müəyyən edilməli olması nəticəsinə gəlmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 425 və 567-ci maddələrinə, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 88, 106.3, 119.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barə də yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 aprel tarixli 2-2(103)-226/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Oruczadə).
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə taxta məhsulları satılmış, bu barədə qarşı tərəfə elektron qaimələr göndərilmiş, 18 oktyabr 2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdeh iddiaçıya həmin tarixə qalıq borcunun ƏDV-siz 930.546,69 manat, ƏDV ilə 1.098.045,09 manat təşkil etdiyini təsdiq etmişdir.
14. İddiaçı cavabdehin 311073 manat məbləğində borcu ödəmədiyini iddia etmiş, cavabdeh iddia qaldırıldıqdan sonra borc üzrə ödəniş etmiş, qalıq 280.004,56 manat məbləğində əsas borcun ödənilmədiyini cavabdehin nümayəndəsi və vəkili Vəkil2 14 noyabr 2023-cü il tarixli məhkəmə iclasında təsdiq etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, əsas borcla bağlı hissədə qətnamənin cavabdeh tərəfindən apellyasiya insta nsiyası mərhələsində mübahisələndirilməsi əsassızdır.
15. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili bundan ibarətdir ki, mediasiya barədə bildirişin tarixi 03 iyul 2023-cü il olmuş və ilkin mediasiya sessiyası 07 iyul 2023-cü il tarixə təyin edilmiş, bildirişin göndərilmə tarixi ilə ilkin mediasiya sessiyasının keçirilməsi tarixləri arasında 4 günlük müddət olmuş, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinin tələbi pozulmuşdur. Buna görə də iddia ərizəsi qaytarılmalı və ya baxılmamış saxlanılmalı idi.
16. Məhkəmə həmin dəlil üzrə qiymətləndirmə apararaq göstərmişdir ki, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı proses olduğundan, apellyasiya şikayətində qey d edilmiş bu əsas iddianın baxılmamış saxlanılması üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsinin qaytarılması və baxılmamış saxlanılması əsasları MPM-də konkret olaraq müəyyən edilmiş, MPM-nin 152.1.6-1-ci maddədə qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia qaytarılmalıdır.
17. Dəbbə pulu tələbinin təmin edilmədiyi hissə ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləğ həmin bənddə nəzərdə tutulmuş vaxt çərçivəsində (5 (beş) bank günü ərzində) alıcı tərəfindən ödənilmədikdə, alıcı hər gecikdirilmiş günə geçikdirilmiş məbləğin 0,1 % məbləğində, amma vaxtında ödənilməmiş məbləğin 5 %-dən çox olmamaq şərtilə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı halda iddia qaldırılan tarixə cavabdehin qalıq borcu 311.073 manat olmuş, məhkəmə tərəfindən müqavilə şərti və MPM-nin 467-ci maddəsinin tələbi nəzərə alınaraq cavabdehdən həmin məbləğin 5 %-i məbləğində 15.553 manat dəbbə pulu tutulmuşdur.
18. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu tələbi ilə bağlı hissədə qətnamə qanuni və əsaslı olduğundan həmin hissədə qətnamənin ləğv edilməsi barədə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 466.1, 467, 567 və 568.1-ci maddələrinə, MPM-in 52.2 və 220.4-cü maddəl ərinə istinadla əsaslandırmışdır.
20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 21. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9.1 və 29.2-ci maddələri, MM-nin 6.3 və 11.1-ci maddələri, MPM-nin 78.1, 149.2.4-1, 150.1.7, 152.1.1 və 259.0.13-cü maddələri üzrə-2023-cü il 3 iyul tarixində iddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etmək üçün ərizə ilə Bakı 14 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin tarixdə mediator tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştirak etmək üçün bildiriş göndərilmişdir. Bildiriş cavabdeh tərəf indən 2023-cü il 6 iyul tarixində alınmışdır. 2023-cü il 7 iyul tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış verilmişdir. Mediator tərəfindən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinin tələbi pozulmuşdur. Həmin norma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən imperativ norma olduğu üçün mediator qeyd edilən tələbi gözləməli idi. Cavabdehə ilkin mediasiya sessiyasına hazırlaşması üçün vaxt verilməli olduğu halda bu vaxt ona verilməmişdir. Hətta mediator tərəfindən bildiriş göndərilən zaman 5 günlük tələbə əməl edilməmiş, bildiriş göndərilən zaman bildirişin tarixi 2023-cü il 3 iyul olmuş, ilkin mediasiya sessiyası 2023-cü il 7 iyul tarixinə təyin edilmişdir. Bildirişin göndərilmə tarixi ilə ilkin mediasiya sessiyasının keçirilməsi tarixləri arasında 4 günlük müddət olmuşdur. Qeyd edilən tələblərə mediator tərəfindən əməl edilib-edilməməsi hakim tərəfindən yoxlanılmalı və iddia ərizəsi geri qaytarılmalı idi. Birinci instansiya məhkəməsinə işin baxılmamış saxlanılması barədə vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir.
22. MM-nin 567-ci maddəsi üzrə - iddiaçı malın təqdim edilməsi ilə əlaqədar təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə zamanı isə təhvil-təslim aktlarının olmasını sübut edə bilməmişdir.
23. MPM-nin 97.1 və 97.3 -ci maddələri üzrə - iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl və veriləndən sonra cavabdeh tərəfindən pul vəsaitləri və ƏDV ödənilmişdir. Mülki işin tam və obyektiv araşdırılması üçün müqavilə müddəti ərzində və iddia əriz əsi məhkəməyə veriləndən sonra nə qədər pul vəsaitinin ödənildiyinin və nə qədər borc qaldığının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yaranmış, birinci instansiya məhkəməsinə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatət verilsə də, həmin vəsatət də təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
25. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə al araq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin h ərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır..... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
31. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işin müəyyən edilmiş mübahisə olunmayan hallarına görə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi və vəkili, cavabdehin iddia olunan borcunun olmasını təsdiq etmiş, icraat gedişində həmin borcdan 31.068,44 manat ödənilmiş, qalıq 280.004,56 manat təşkil etmişdir. Buna görə də, məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçı satılmış mal-materiala görə ödənilməyən 280.004,56 manat borcun tutulmasını tələb etməkdə haqlıdır.
32. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, borc məbləğinin düzgün müəyyən edilməməsindən ibarət olmuşdur.
33. Məhkəmə kollegiyası cavabdehin işə mahiyyəti üzrə baxılarkən mövcudluğunu təsdiq etdiyi borcla bağlı hazırda kassasiya şikayətində irəli sürdüyü dəlillərin formal olduğunu nəzərə alaraq, cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 14-16-cı bəndləri). Kollegi ya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
34. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təs diq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
35. Cavabdehin kassasiya şikayətinin məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair dəlilli ilə bağlı qeyd olunmalıdır ki, MPM-nin 97.1.- ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər.
36. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 aprel tarixli 22(103)-226/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar