Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-45/2024 11.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər x2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər x2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı "borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 sentyabr tarixli 2-2(103)-588 /2023 nömrəli qətnaməsindən iddiaçı "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Podratçı İddiaçı MMC ilə sifarişçi x2MMC arasında 2017-ci il 17 iyul tarixli **** saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı “Dəniz Mall”da yanğınsöndürmə sistemlərinin quraşdırılması işlərini görməyi, sifarişçi isə həmin işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülməli olan işlərin dəyəri əvvəlcə 808.805,57 manat müəyyən edilsə də, sonradan 2018-ci il 29 noyabr tarixində müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 855.409,52 manat (505.567,17 ABŞ dolları) müəyyən edilm işdir. Həmin müqavilə üzrə cəmi 502.567,17 ABŞ dolları məbləğində işlər görülmüş və İddiaçı MMC-yə cəmi 465.476,43 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.
2. Podratçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh2 MMC arasında 2017-ci il 20 fevral tarixli ** saylı * üzrə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı Ağ şəhərdə yerləşən Knightbridge layihəsi üzrə işləri görməyi, sifarişçi isə həmin işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülməli olan işlərin dəyəri əvvəlcə 3.581.263,96 manat müəyyən edilsə də, sonradan 2019-cu il 1 iyul tarixində müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 4.057.815,04 manat (2.258.801,91 ABŞ dolları) müəyyən edilmişdir. Həmin müqavilə üzrə cəmi 2.258.801,9 ABŞ dolları məbləğində işl ər görülmüş və İddiaçı MMC-yə cəmi 2.133.763,01 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İddiaçı”) cavabdehlər x2Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 63.054,33 manat pul vəsaiti və 11.349,77 manat əlavə dəyər vergisi, ümumilikdə 74.404,1 manat pulun x2MMC-dən tutularaq iddiaçıya ödənilməsi, 212.566,11 manat pul vəsaiti və 38.261,89 manat əlavə dəyər vergisi, ümumilikdə 250.828 manat pulun cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 800 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya öd ənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaç ilə x2MMC arasında 2017-ci il 17 iyul tarixində **** saylı "Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və 2018-ci il 20 noyabr tarixində tərəflər arasında "İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 2018-ci il 11 dekabr tarixində tərəflər arasında yekun hesablaşma sənədi imzalanmışdır. Yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 502.567,17 ABŞ dolları (854.474,81 manat) müəyyən edilmişdir. İddiaçı tərəfindən EAAC 536014, EAAD 454002, EAAE 057236, EAAH 013033, EAAO 325828 nömrəli elektron qaimələr təqdim olunmuşdur. Təqdim olunmuş qaimələr üzrə x2MMC tərəfindən 791,420.50 manat ödəniş edilmişdir. Lakin qaimələr üzrə ƏDV xaric 63.054,33 manat (37,090.09 ABŞ dolları) ödənilməmiş məbləğ qalmışdır. 2020-ci il 22 yanvar tarixində tərəflər arasında digər bir yekun hesablaşma sənədi imzalanmışdır. Yekun hesablaşma sənədində qüsurlara görə öhdəlik daşıma müddəti ərzində əks xərclərin tətbiq olunacağı təqdirdə iddiaçıya ödənilməmiş qalan 63.054,3 manat (37.090,09 ABŞ dolları) məbləğin iddiaçıdan tutulması nəzərdə tutulmuşdur. Qüsurlara görə öhdəlik daşıma müddəti 2020-ci ilin noyabr ayında bitmişdir. Belə ki, müqaviləyə 1 saylı qoşmaya əsasən görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti 24 ay müəyyən edilmişdir. İddiaçının işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırıl ması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq ödəniş həyata keçirilməmişdir. İddiaçı ilə cavabdeh2 MMC arasında 2017-ci il 20 fevral tarixində ** saylı "Knightsbridge Paketi T7005 CY6 üçün MEP işləri” üzrə müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və 2019-cu il 4 dekabr tarixində tərəflər arasında "İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 2020-ci il 17 yanvar tarixində tərəflər arasında yekun hesablaşma sənədi imzalanmışdır. Müqaviləyə edilmiş dəyişiklikdə və yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 2.558.801,90 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti ərzində əks xərclərin tətbiq olunacağı təqdirdə ƏDV xaric 212.566,11 manat (125.038,09 ABŞ dolları) qeyd olunan məbləğdən tutulması nəzərdə tutulmuşdur. Lakin görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti 2021-ci il 4 dekabr tarixində bitmişdir. İddiaçının işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır. Lakin cavabdeh2 MMC-yə qalan 212.566,11 manat (125.038,09 ABŞ dolları) məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də ödəniş aparılmamışdır.
5. Cavabdeh x2MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz belə əsasla ndırılmışdır ki, sözügedən sertifikat ancaq siyahı üzrə görülmüş işlərin qəbul edilməsidir, lakin ümumilikdə müqavilədə nəzərdə tutulmuş işlərin və öhdəliklərin müqavilə üzrə qeyd edilmiş icra müddətlərində, yəni tam vaxtında icra edilməsi demək deyil. Bundan başqa həmin sertifikat üzrə natamam və nöqsanlı işlərin siyahısı əlavə olunaraq və iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddiaçı yerinə yetirilmiş işlərin natamam və nöqsanlı yerinə yetirmişdir. Bu nöqsanlar barəsində cavabdeh tərəfindən dəfələrlə digər tərəfə yazılı və şifahi (təşkil olunmuş görüşlərdə) şəkildə məlumat vermişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən iddiaçı öz öhdəliklərini icra etmədiyi təqdirdə, cavabdeh tərəfindən bu öhdəliklərin icrası hissəsində digər üçüncü şəxslər tərəfindən aparıla bilər və bu görülə n işlərin məbləğləri iddiaçıya ödənilməli olan məbləğdən tutulur. Hər hansı bir tikinti layihəsində bir mərhələ bitməmiş digər işlərin başlanmasını tam və ya qismən mümkün olmur, bu da cavabdehə əlavə olaraq layihənin ümumi inşa edilməsi planının icra müddətinin uzadılması və ümumi olaraq əlavə xərclərin olmasıdır. Bu səbəbdən tikinti layihənin hər hansı bir mərhələsinin natamam və ya nöqsanlı olmasının digər növbəti mərhələrin gecikməsinə və dayanmasına səbəb olur. Buna görə cavabdeh bu nöqsanları iddiaçı tərəfindən dərhal aradan qaldırılmadığı üçün bir neçə dəfə müraciət etmişdir. Müqaviləyə əsasən üçünçü şəxslərə müraciət edərək, iddiaçının qeyd etdiyi 2018-ci il 11 dekabr tarixli yekun hesabat sənədində ümumi görülən işlərin dəyəri 502.567,17 (ABŞ dolları) məbləğindən, 37.090,09 ABŞ do llar əskik ödənilməsi əsaslıdır. Belə ki, namatam və nöqsanlı işlər barədə bir neçə dəfə iddiaçıya həm yazılı həm də şifahi məlumat verilmiş, bundan başqa, həm "İşlərin praktiki tamamlanması haqqında sertifikat”ında, həm də 2020-ci il 22 yanvar tarixli sonuncu yekun hesabatda qeyd edilərək və iddiaçı tərəfindən imzalanaraq qəbul edilib və təsdiqlənib. Müqavilə üzrə cəmiyyət tərəfindən öhdəliklər tam icra edilmiş və iddiaçının hər hansı bir məcburi ödənişlər ilə bağlı yaranmış borcunun ümumiyyətlə cavabdehə aidiyyəti yoxdur. Vergi ödənişləri ilə bağlı akt, məhkəmə qərarı və digər sənədlər, tərəflər arasında olan müqaviləyə və iddia predmetinə aid deyildir.
7. Cavabdeh cavabdeh2 MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir.
8. Etirazda göstərilmişdir ki, 2019-cu il 4 dekabr tarixində tərəflər arasında "İşlərin praktiki tamamlanması haqqında sertikifikat” imzalanmışdır. Sözügedən sertifikat yalnız siyahı üzrə görülmüş işlərin qəbul edilməsidir, amma ümumilikdə, müqavilədə nəzərdə tutulmuş işlərin və öhdəliklərin müqavilə üzrə qeyd edilmiş icra müddətlərində, yəni tam vaxtında icra edilməsi demək deyil. Belə ki, müqavilədə işlər 4 mərhələdən ibarət idi və hər bir işin icra müddəti mövcud idi. Müqavilə üzrə icra müddətlərinin dəyişdirilməsi tərəflər arasında hər hansı bir imzalanmış və təsdiqlənmiş formada mövcud olmamışdır. İddiaçı işlərin hər 4 mərhələsi üzrə müəyyən gecikmələr ilə işləri yerinə yetirmişdir. Bu gecikmələr barəsində cavabdeh tərəfindən dəfələrlə digər tərəfə yazılı və şifahi (tə şkil olunmuş görüşlərdə) şəkildə məlumat verilməsinə baxmayaraq, bütün mərhələlərdə gecikmələr baş vermişdir. Bağlanmış müqavilə üzrə hər hansı bir tikinti layihəsində bir mərhələ bitməmiş digər mərhələyə dair işlərin başlanması tam və ya qismən mümkün olmur, bu da cəmiyyət üçün əlavə olaraq layihənin ümumi inşa edilməsi planı üzrə icra müddətinin uzadılması və ümumi olaraq əlavə xərclərin yaranmasına səbəb olur. Bu səbəbdən tikinti layihəsinin hər hansı bir mərhələsində gecikmənin qarşısının alınması üçün MM-ə uyğun olaraq müəyyən dəbbə (cərimə) məbləğləri müqavilədə müəyyən edilmişdir. Müqavilənin 7.4.9-cu bəndində hər gecikdirilmiş həftə üçün cavabdeh tərəfindən iddiaçıdan müqavilənin ümumi dəyərinin 1% məbləğində tutulması qeyd edilib. Cəmi cərimə məbləğinin, ümumi müqavilənin dəyərini n 10%-dən artıq olmaması müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə iddiaçı tikinti layihəsini tikinti zamanı çıxan bütün tullantılardan təmizləməlidir. Lakin iddiaçı bunu etmədiyinə görə həmin iş cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilə əsasında cavabdehin hesabına həyata keçirilmişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən iddiaçı öz öhdəliklərini icra etmədiyi təqdirdə, cavabdeh tərəfindən bu öhdəliklərin icrası hissəsində digər üçünçü şəxslər tərəfindən aparıla bilər və bu görülən işlərin məbləğləri iddiaçıya ödənilməli olan məbləğdən tutulur. Gecikmələr və digər tutmalar barədə bir neçə dəfə iddiaçıya həm yazılı, həm də şifahi məlumat verilmiş, bundan başqa, 2020-ci il 17 yanvar tarixli yekun hesabat iddiaçı tərəfindən imzalanaraq (öz iradə ifadəsini bildirərək) qəbul edili b və təsdiqlənib. Həmin yekun hesabata görə cəmi 125.038,089 ABŞ dolları məbləğində tutmalar həyata keçirilmiş və iddiaçı tərəfindən qəbul edilərək imzalanıb, təsdiqlənmişdir. İddiaçının gecikmə müddəti 113 həftə təşkil edib. Lakin müqavilənin 7.4.9cu bəndinə uyğun olaraq cərimə məbləğinin yuxarı hissəsi müqavilənin ümumi məbləğinin 10 % təşkil etməsini nəzərə alaraq 210.551,12 ABŞ dolları məbləğ iddiaçıdan tutula bilər. Cavabdeh tərəfindən isə yalnız 125.038,089 USD məbləğini iddiaçıdan tutulmuşdur. Müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər tam icra edilmişdir. İddiaçının hər hansı bir məcburi ödənişlərlə bağlı yaranmış borcun ümumiyyətlə cavabdehə aidiyyəti yoxdur və bu, iddiaçının öz məsuliyyəti və öhdəlikləridir. Vergi ödənişləri ilə bağlı akt, məhkəmə qərarı və digər sənədlər, tərə flər arasında olan müqaviləyə və iddia predmetinə aid deyildir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-2-2(113)-483/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə x2MMC arasında bağlanmış 2017-ci il 17 iyul tarixli müqaviləyə əsasən əsas borc üzrə 63.053 manat 15 qəpik, əsas borcun ƏDV məbləği olaraq 11.349 manat 56 qəpik, cəmi 74.402 manat 71 qəpik məbləğində pulun x2MMC-dən tutularaq iddiaçıya verilməsi, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılan 2017-ci il 20 fevral tarixli müqaviləyə əsasən əsas borc üzrə 212.564 manat 75 qəpik, əsas borcun ƏDV məbləği olaraq 38.261 manat 88 qəpik, cəmi 250.826 manat 63 qəpik məbləğində pulun "xxxx" MMC-dən tutularaq iddiaçıya verilməsi, dövlət rüsumunun əvəzi olaraq 615 manat məbləğində pulun müştərək qaydada x2MMC və "xxxx" MMC-dən tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim K.Hüseynov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı iddianı şərti olaraq 2 hissəyə bölmək olar: birinci hissə iddiaçı ilə x2MMC arasında bağlanmış 2017-ci il 17 iyul tarixli **** saylı "Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilə üzrə borcun tələb edilməsi; ikinci hissə isə iddiaçı ilə cavabdeh2 MMC arasında bağlanmış 2017-ci il 20 fevral tarixli ** saylı * üzrə müqavilə əsasında yaranmış borcun tələb edilməsi.
11. Məhkəmə iddianın birinci hissəsinə qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 22 yanvar tarixində 2017-ci il 17 iyul tarixli **** saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilərək göstərilmiş dir ki, görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil edir. Qeyd olunan yekun hesabat sənədinin 1.6-cı bəndinə görə, “əks xərclər tətbiq olunarsa (if applicable) 37.090,74 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2017-ci il 17 iyul tarixli **** saylı müqavilə üzrə öhdəliklərini tam icra edərək, 502.567,17 ABŞ dolları dəyərində olan işlərin icra etdiyini, ancaq qeyd edilmiş məbləğdən 37.090,74 ABŞ dolları məbləğində pulun ödənilmədiyini bildirmişdir.
13. Cavabdeh x2MMC-nin nümayəndəsi isə buna etiraz olaraq görülmüş işlərdə qusurların olduğunu, işlərin icra müddətinin gecikdirildiyini bildirərək, 37.090,74 ABŞ dolları məbləğində pulun əsaslı olaraq ödənilmədiyini bildirmişdir.
14. Göründüyü kimi, x2MmC 37.090,74 ABŞ dolları məb ləğində pulun ödənilməməsinin dəlili kimi, nəzərdə tutulmuş işlərin icra edilmədiyinə deyil, işlərin qüsurlu olması və gecikdirilməsinə istinad etmişdir.
15. Məhkəmə iddiaçının işlərin icra edilməsi ilə bağlı dəlili ilə razılaşaraq, cavabdehin etirazının dəlilini əsassız hesab etmişdir. Belə ki, 2018-ci il 20 noyabr tarixində işlərin praktiki tamamlanması haqqında şəhadətnamədə (sertifikat) müəyyən qüsurların olması göstərilsə də, qeyd edilmiş tarixdən sonra yəni 2020-ci il 22 yanvar tarixində 2017-ci il 17 iyul tarixli **** saylı müqavilə üzrə yekun hesablaşma sənədində, qüsurlarla bağlı hər hansı bir bənd yoxdur. Qeyd edilmiş yekun hesablaşma sənədində ancaq 1.6-cı bəndində "əks xərclər tətbiq olunarsa (if applicable) 37.090,74 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur.
16. Məh kəmə qeyd etmişdir ki, qeyd edilmiş sonuncu 1.6-cı bəndin məzmunu 2017-ci il 17 iyul tarixli **** saylı müqavilənin "Müqavilə məlumatları” hissəsinin "C” bəndi və 11.5-ci bəndinin məzmunu baxımından təfsir edilməlidir. 2017-ci il 17 iyul tarixli **** saylı müqavilənin "Müqavilə məlumatları” hissəsinin "C” bəndindən görünür ki, qüsurlara görə öhdəlik daşıma müddəti (defects liability period) 24 ay müəyyən edilmişdir. 17. 2017-ci il 17 iyul tarixli **** saylı müqavilənin 11.5-ci bəndinə əsasən, "tikinti rəhbəri və müştəri son ödəniş tarixinə qədər 3 iş günündə müştərinin məbləğ tutma niyyəti ilə bağlı ticarət podratçısına yazılı bildiriş (imtina bildirişi) verəcək. Həmin bildirişdə tutulacaq məbləğlər və həmin məbləğlərin tutulma səbəbləri göstəriləcək”.
18. Göründüyü kimi, podratçı iddiaçıy a 2020-ci il 22 yanvar tarixli yekun hesablaşma sənədi tərtib edildikdən sonra x2MMC tərəfindən qüsurlarla bağlı hər hansı bir bildiriş və yaxud pretenziya məktubu verilməmiş və qeyd edilən sənədin tərtib edilməsindən sonra 24 ay müddət keçmişdir.
19. Bununla bağlı Məhkəmə belə nəticəyə gəlmişdir ki, ”İnşaat Servisez” MMC tərəfindən yekun hesablaşma sənədi imzalandıqdan sonra iddiaçıya qüsurlara dair hər hansı bir bildiriş verilmədiyindən, sonuncu müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, 63.053,15 (37.090,09 ABŞ dolları x 1,7) manat məbləğində pul və qeyd edilmiş məbləğin ƏDV-si 11.349,56 manat mələğində pul x2MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə iddianın ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı i lə cavabdeh2 MMC arasında bağlanmış 20 fevral 2017-ci il tarixli ** saylı müqavilə Ağ şəhərdə yerləşən Knightbridge layihəsində işlərin görülməsi ilə bağlıdır. Müqavilə üzrə sifarişçi cavabdeh2 MMC, podartçı isə "X1” MMC-dir. İlk öncə müqavilə üzrə görülməli olan işlərin dəyəri 3.581.263,96 manat müəyyən edilsə də, sonradan xx.xx.2019-cu il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 4.057.815,04 manat (2.258.801,91 ABŞ dolları) müəyyən edilmişdi. Tərəflər arasında xx.xx.2020-ci il tarixində 20 fevral 2017-ci il tarixli ** saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilmişdir. Adıçəkilən sənəddən görünür ki, görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları təşkil edir. Qeyd olunan yekun hesabat sənədinin 1.6-cı bəndində n görünür ki, "əks xərclər tətbiq olunarsa (if applicable) 125.038,89 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur.
21. İddiaçı 2017-ci il 20 fevral tarixli ** saylı müqavilə üzrə öhdəliklərini tam icra etdiyini, ancaq razılaşdırılmış məbləğdən 212.566,11 manat (125.038,89 ABŞ dolları) məbləğində pulun ödənilmədiyini bildirmişdir.
22. Cavabdeh cavabdeh2 MMC etirazında işlərin icrasının 113 həftə gecikdirildiyini, işlərin gecikdirilməsinə görə müqavilədə cərimə bəndinə əsasən 245.643,36 ABŞ dollar tuta biləcəkləri təqdirdə cəmi 125.038,89 ABŞ dollar tutulduğunu, bundan başqa işlər görüldükdən sonra tullantıların daşınmasına 35.092,24 ABŞ dolları xərc çəkildiyini qeyd edərək pulun əsaslı olaraq ödənilmədiyini bildirmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, hazırkı müqavilə üzrə də, tərəfl ər arasında 2020-ci il 17 yanvar tarixində 2017-ci il 20 fevral tarixli ** saylı müqavilə üzrə yekun hesablaşma sənədi imzalamış və görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları olduğu qeyd edilməklə, 1.6-cı bəndində "əks xərclər tətbiq olunarsa (if applicable) 125.038,89 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur.
24. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, əks xərclərə dair qətnamədə yenidən təkrara yol verməmək üçün yuxarıda qeyd edilmiş əsaslandırma bu hissəyə də, tətbiq olunmalıdır. Belə ki, iddiaçı tərəfindən 2017-ci il 20 fevral tarixli ** saylı müqavilə üzrə nəzərdə tutulmuş bütün işlər görülmüş və yekun hesablaşma sənədi imzalanmışdır. Bundan sonra da 24 ay müddətində işlərin qüsuru ilə bağlı iddiaçıya bildiriş verilməmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, işin ic rasının 113 həftə gecikdirilməsi halı görülmüş işlərin dəyərinin ödənilməməsi üçün əsas deyildir
26. Cavabdehin digər dəlili olan tullantıların daşınmasına 35.092,24 ABŞ dolları pulun sərf edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh2 MMC ilə "Bakı Tullantıların Emalı” MMC arasında tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, sonuncu tərəfindən tullantıların daşınması xidməti 2019-cu il 7 avqust tarixində, 2019-cu il 9 sentyabr tarixində, 2019-cu il 9 oktyabr tarixində, 2019-cu il 5 noyabr tarixində həyata keçirilmişdir.
27. Göründüyü kimi, qeyd edilmiş tullantıların daşınması xidməti hətta İşlərin Praktiki tamamlanması haqqında şəhadətnamə imzalanmış olan 2019-cu il 4 dekabr tarixindən də, əvvəl həyata keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən tullantıla r məhz iddiaçının görmüş olduğu işlərlə heç bir bağlılığı olmamışdır.
28. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, 212.564,75 (125.038,089 ABŞ dolları x 1,7) manat məbləğində pul və qeyd edilmiş məbləğin ƏDV-si 38.261,88 manat mələğində pul cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra -MM”) 404.1, 404.2, 752.1, 753.1, 769 və 770-ci maddəoəri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 13.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində ki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 sentyabr tarixli 2-2(103)-588/2023 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-2-2(113)-483/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər M.Məmmədov və A.İmanov).
32. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olmasına dair nəticəni əsaslandıraraq göstərmişdir ki, hər iki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılm ış muzd ödəməyi öhdəsinə götürür.
33. Hazırki işdə isə həmin maddənin tətbiq edilməsi və cavabdehlərdən muzdun tutulması üçün əsaslar mövcud deyildir. (Cavabdeh1 MMC ilə bağlanan 17 iyul 2017-ci il tarixli **** saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqaviləyə münasibətdə) Belə ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 17 iyul 2017-ci il tarixli **** saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilənin bağlanması, müqavilə üzrə görülməli olan işlərin dəyərinin əvvəlcə 808.805,57 manat müəyyən edilməsi, sonradan xx.xx.2018-ci il tarixdə müqavilənin qiymətində dəyişiklik edilərək (Contract Amendment) və görülməli işlərin dəyərinin 855.409,52 manat (505.567,17 ABŞ dolları) müəyyən edilməsi, müqavilə üzrə cəmi 502.5 67,17 ABŞ dolları məbləğində işlərin görülməsi və İddiaçı MMC-yə cəmi 465.476,43 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.
34. Hazırda mübahisəli məqam ödənilməli olan muzdun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı bildirir ki, o, işləri görmüş, lakin Cavabdeh1 MMC ƏDV xaric 63.054.33 manatı (37,090.09 ABŞ dolları) (həmçinin əlavə olaraq 11.349,77 manat ƏDV məbləğini) ona ödəməmişdir. Cavabdeh1 MMC isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4.9-cu bəndinə hər gecikdirilmiş həftə üçün Cəmiyyət tərəfindən iddiaçıdan müqavilənin ümumi dəyərinin 1% məbləğində tutulması qeyd edilib. Cəmi cərimə məbləğin ümumi müqavilənin dəyərinin 10% artıq olmaması müəyyən edilmişdir. Hazırda da iddiaçı işləri natamam gördüyünə görə ona cərimə tətbi q edilmişdir. Eyni zamanda cərimə məbləği 10% deyil, güzəşt olaraq 5%-dən hesablanmışdır. Ona görə də, haqlı olaraq 37,090.09 ABŞ dollar əskik ödənilmişdir.
35. İddiaçı isə həmin dəlilə etiraz edir və bildirir ki, işlərin natamam görülməsi sifarişçinin istəyinə uyğun olmuş və onlar tərəfindən razılaşdırılmışdır. Həmçinin onun işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin dəlilləri əsassızdır. Belə ki, işdən müəyyən olunur ki, tərəflər arasında 22 yanvar 2018-ci il tarixində 17 iyul 2017-ci il tarixli **** saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilərək, imzalanmışdır. Həmin hesablaşma sənədindən göstərilmişdir ki, görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 37.090,74 ABŞ dolları əks xərclər tətbiq olunmuş və yekun ödənilməli olan məbləğin həcmi 465.476,43 ABŞ dolları müəyyən olunmuşdur (həmin məbləğ iddiaçıya ödənilmişdir).
37. İddiaçı tərəfindən həmin sənədin təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir. Lakin o, bildirir ki, həmin sənədi yanılma nəticəsində imzalamışdır. Belə ki, sənəd ingilis dilində tərtib olunduğundan o, həmin sənədi oxumadan imzalamışdır. Ona görə də həmin sənəd özü-özlüyündə etibarsızdır.
38. Məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallara görə bu hal Mülki Məcəllənin 347-ci maddəsinin tələbləri baxımında araşdırılmalıdır. Belə ki, həmin maddələrin tələblərinə görə vacib əh əmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2, 347.2.1, 347.2.2, 347.2.3).
39. Lakin hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı istinad etdiyi halların, yəni həmin sənədin yanılma nəticəsində imzaladığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
40. Sənədin ingilis dilində tərtib edilməsinə dair dəlillərə dair məhkəmə qeyd etmişdir ki, işdən görünür ki, tərəflər arasında bağlanan Ticarət müqaviləsi və bununla bağlı sonradan yaranan bütün sənədlər ingilis dilində tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi işgüzar adətlərə uyğun olaraq tərəflər arasında müqavilə münasibətləri üzrə bütün sənədlər ingilis dilində tərtib olunaraq təsdiqlənmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının həmin hala istinad etməsi əsassızdır.
41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 37.090,74 ABŞ dolları əks xərclər tətbiq olunmuş və iddiaçı da bununla razılaşmışdır. Eyni zamanda həmin hesablaşma sənədinin 2.1-ci bəndində Ticarət Podratçısı (İddiaçı MMC) bununla sözügedən Yekun Hesabatı qəbul etdiyini və 1.7- ci bənddə qeyd olunan məbləğin yuxarıda qeyd olunan Ticarət Müqaviləsinə əsasən icra edilmiş işlərlə əlaqədar ödənilməli bütün məbləğləri əks etdirdiyinə razılıq verdiyini bildirmişdir. Ticarət Podratçısı kimi o, 1.9-cu bənddə qeyd edilmiş məbləğə Ticarət Müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşmışdır. Bundan əlavə, Ticarət podratçısı kimi o, 1.9-cu bənddə göstərilmiş məbləğin Ticarət Müqaviləsinə əsasən Ticarət Podratçısına ödəniləcək bütün məbləğlərin ödənilməmiş qalığını əks etdirdiyi barədə razılaşmışdır. Ticarət Podratçısı razılaşmışdır ki, Ticarət Müqavi ləsinə əsasən bundan sonra Müştəriyə qarşı heç bir iddiası olmayacaq.
42. Göründüyü kimi həmin sənəd müqavilə üzrə tərtib edilmiş ən son yekun hesablaşma sənədi olmuş və həmin anadək yaranan bütün öhdəlikləri və borc məbləğini əks etdirmiş, eyni zamanda iddiaçı razılaşmışdır ki, ticarət müqaviləsinə əsasən bundan sonra müştəriyə qarşı heç bir iddiası olmayacaq.
43. Ona görə də, məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı təkrarən müqavilə üzrə ona ödənilməyən 37.090,74 ABŞ dolları (63.054,33 manat) pul vəsaiti və 11.349,77 manat ƏDV məbləğinin ödənilməsini tələb edə bilməz. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir. (Sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış 20 fevral 2017-ci il tarixli 1330/SC0038 saylı müqaviləyə münasibətdə)
44. İddiaçı ilə Cavabdeh2 MMC arasında 20 fevral 201 7-ci il tarixli ** saylı *nə dair müqavilənin bağlanması, müqavilə üzrə görülməli olan işlərin dəyərinin əvvəlcə 3.581.263,96 manat müəyyən edilməsi, sonradan xx.xx.2019-cu il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmərək (Contract Amendment) və görülməli işlərin dəyərinin 4.057.815,04 manat (2.258.801,91 ABŞ dolları) müəyyən edilməsi, həmin müqavilə üzrə cəmi 2.258.801,9 ABŞ dolları məbləğində işlərin görülməsi və iddiaçıya cəmi 2.133.763,01 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.
45. Hazırda mübahisəli məqam ödənilməli olan muzdun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı bildirir ki, o, işləri görmüş, lakin Cavabdeh2 MMC 212.566,11 manat pul vəsaiti (həmçinin əlavə olaraq 38.261,89 manat ƏDV məbləğini) ona ödəməmişdir.
46. Cavabdeh2 MM C isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4.9-cu bəndində qeyd edilmişdir ki, hər gecikdirilmiş həftə üçün Cəmiyyət tərəfindən iddiaçıdan müqavilənin ümumi dəyərinin 1% məbləğində tutulması qeyd edilib. Cəmi cərimə məbləğin ümumi müqavilənin dəyərinin 10% artıq olmaması müəyyən edilmişdir. Hazırda da iddiaçı işləri gec gördüyünə görə ona cərimə tətbiq edilmişdir. Eyni zamanda cərimə məbləği 10% deyil, güzəşt olaraq 5%-dən hesablanmışdır. Ona görə də, haqlı olaraq 212.566,11 manat əskik ödənilmişdir.
47. İddiaçı isə həmin dəlilə etiraz edir və bildirir ki, işlərin gec görülməsi sifarişçinin hərəkətləri ucbatından olmuşdur.
48. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin dəlilləri əsassızdır. Belə ki, işdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 20 f evral 2017-ci il tarixli ** saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilərək, imzalanmışdır.
49. Həmin hesablaşma sənədindən görünür ki, görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 125.038,89 ABŞ dolları əks xərclər tətbiq olunmuş və yekun hesabatın ümumi dəyəri 2.133.763,01 ABŞ dolları müəyyən olunmuşdur.
50. İddiaçı tərəfindən həmin sənədin təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir. Lakin o, bildirir ki, həmin sənədi də digər müqavilə kimi yanılma nəticəsində imzalamışdır. Belə ki, sənəd ingilis dilində tərtib olunduğundan o, həmin sənədi oxumadan imzalamışdır. Ona görə də həmin sənəd özü-özlüyündə etibarsızdır.
51. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin dəlilləri yuxarıda qeyd olunan əsaslandırmaya görə əsassızdır və həm in mövqenin təkrarlanmasına zərurət yoxdur.
52. Beləliklə, yuxarıda qeyd olunan hesabata əsasən də müəyyən olunmuşdur ki, müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları dolları təşkil etmiş, həmin məbləğə 125.038,89 ABŞ dolları əks xərclər tətbiq olunmuş, yekun məbləğ 2.133.763,01 ABŞ dolları müəyyən olunmuş və iddiaçı bununla razılaşmışdır. Eyni zamanda həmin hesablaşma sənədinin 2.1-ci bəndində Ticarət Podratçısı (İddiaçı MMC) bununla sözügedən Yekun Hesabatı qəbul etdiyini və 1.7-ci bənddə qeyd olunan məbləğin yuxarıda qeyd olunan Ticarət Müqaviləsinə əsasən icra edilmiş işlərlə əlaqədar ödənilməli bütün məbləğləri əks etdirdiyinə razılıq verdiyini bildirmişdir. Ticarət Podratçısı kimi o, 1.9cu bənddə qeyd edilmiş məbləğə Ticarət Müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşırıq. Bundan əlavə, Ticarət podratçısı kimi o, 1.9-cu bənddə göstərilmiş məbləğin Ticarət Müqaviləsinə əsasən Ticarət Podratçısına ödəniləcək bütün məbləğlərin ödənilməmiş qalığını əks etdirdiyibarədə razılaşmışdır. Ticarət Podratçısı razılaşmışdır ki, Ticarət Müqaviləsinə əsasən bundan sonra Müştəriyə qarşı heç bir iddiası olmayacaq.
53. Göründüyü kimi həmin sənəd müqavilə üzrə tərtib edilmiş ən son yekun hesablaşma sənədi olmuş və həmin anadək yaranan bütün öhdəlikləri və borc məbləğini əks etdirmiş, eyni zamanda iddiaçı razılaşmışdır ki, ticarət müqaviləsinə əsasən bundan sonra müştəriyə qarşı heç bir iddiası olmayacaq. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı təkrarən müqavilə üzr ə ona ödənilməyən 212.566,11 manat (125.038,89 ABŞ dolları) pul vəsaiti (həmçinin əlavə olaraq 38.261,89 manat ƏDV) məbləğinin ödənilməsini tələb edə bilməz. Ona görə də, həmin hissədə də iddia tələbi rədd edilməlidir.
54. Birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, hazırki işdə cavabdehlərin etirazına uyğun olaraq həqiqətən də iddiaçının işlərində qüsurların olub-olmamasını, işlərin natamam və ya gec görülməsinin, o cümlədən müqavilə şərtlərinə uyğun olaraq 24 aylıq qüsur müddətinin ötürülüb-ötürülmədiyinin araşdırılmasına zərurət yoxdur. Çünki yuxarıda qeyd olunan və hər iki müqavilə üzrə iddiaçı tərəfindən təsdiq olunan yekun hesablaşma sənədləri ilə ən son haqq-hesablar aparılmış və iddiaçı da Ticarət Podratçısı kimi 1.9-cu bənddə qeyd edilmiş məblə ğə Ticarət Müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşmış və hesabatları təsdiq etmişdir. Həmin hesabatların yanılma nəticəsində bağlanması barədə dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə görə əsassızdır.
55. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətləri təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir.
56. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3 və 752.1-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadl a əsaslandırmışdır.
57. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri:
58. MM-in 324.5, 404.1, 404.2, 425.1, 425.2, 442, 448.1, 448.2, 752.1, 753.1, 769 və 770-ci maddələrinin tələbləri pozulmuşdur - hər iki müqavilə üzrə hər hansı bir məbləğin tutulması üçün ilk növbədə iddiaçıya yazılı bildiriş təqdim edilməli idi. Belə ki, hər iki müqavilənin 11.5-ci maddəsinə əsasən tikinti rəhbəri və ya müştəri son ödəniş tarixinə qədər 3 iş günündə müştərinin məbləğ tutma niyyəti ilə bağlı ticarət podratçısına yazılı bildiriş verməlidir. Həmin bildirişdə tutulacaq məbləğlər və həmin məblə ğlərin tutulma səbəbləri göstərilməlidir. Lakin cavabdehlər tərəfindən qeyd olunan müqavilə şərtlərinə əməl olunmamış, məbləğlərin tutulması ilə bağlı hər hansı yazılı bildiriş göndərilməmiş, həmin silinmələrin hansı səbəbdən olması əsaslandırılmamışdır. Cavabdeh1 MMC ilə bağlanan 2017-ci il 17 iyul tarixli **** saylı müqaviləyə münasibətdə qeyd edilməlidir ki, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və 2018-ci il 20 noyabr tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. Qeyd edilən müqavilə üzrə 2 (iki) yekun hesablaşma sənədi imzalanmışdır. 2018-ci il 11 dekabr tarixli ilkin yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 502,567.17 ABŞ dolları (854,474.81 manat) müəyyən edilmişdir. Təsdiq edilmiş əvv əlki məbləğlər 353.749.69 ABŞ dolları çıxılmaqla ödəniləcək yekun məbləğ 148.817.48 ABŞ dolları müəyyən edilmişdir. Həmin hesablaşma sənədində 37.090,74 ABŞ dolları məbləğində əks xərclərin olduğu və ya belə bir məbləğin çıxılması nəzərdə tutulmamışdır.
59. Qeyd edilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim olunmuşdur. Cavabdeh1 MMC ilkin yekun hesablaşma sənədini imzalamaqla borcu qəbul etmiş, təqdim olunmuş elektron qaimələrə etiraz etməmiş və ilkin yekun hesablaşma sənədini imzaladıqdan və qeyd olunan müqavilə üzrə təqdim olunmuş 2018-ci il 12 dekabr tarixli EAAO 325828 nömrəli son elektron qaimədən sonra heç bir etiraz etmədən 189.935, 44 AZN ödəniş etmişdir.
60. Cavabdeh1 MMC həm iddiaya etirazda, həm apellyasiya şikayətinin dəlillərində yerdə qalan 37.090,74 ABŞ dolları məbləğində pulun ödənilməməsinin səbəbi kimi görülmüş işlərin natamam və nöqsanlı olduğunu göstərir. Belə ki, 2018-ci il 20 noyabr tarixində işlərin praktiki tamamlanması haqqında şəhadətnamədə (sertifikat) müəyyən natamam işlərin olması göstərilsə də, müqavilə şərtlərinə uyğun olaraq həmin nöqsanların aradan qaldırılması ilə bağlı iddiaçıya müraciət edilməmiş, işlər bu formada qəbul edilmiş və eyni zamanda həmin qüsurlarla bağlı və ya işlərin gecikdirilməsi ilə bağlı iddiaçıdan hər hansı məbləğdə pul vəsaitinin tutulacağı nə işlərin praktiki tamamlanması haqqında şəhadətnamədə (sertifikatda), nə də ilkin yekun hesablaşma sənədində nəzərdə tutulmamışdır. 2020-ci il 22 yanvar tarixində tərəflər arasında imzalanmış digər bir yekun hesablaşma sənədinin 1.6-cı bəndində “əks xər clər tətbiq olunarsa” (if applicable) 37.090,74 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur. Bu əks xərclərlə bağlı 37.090,74 ABŞ dollarının tutulması imkanı işlərin natamam və qüsurlu olması ilə əlaqədar deyildir. Əgər tutulması nəzərdə tutulan bu məbləğ həmin hallarla bağlı olsaydı, məhz ilkin yekun hesablaşma sənədində bu məbləğin tutulması nəzərdə tutulardı. Tutulacaq məbləğin hesablandıqdan sonra əlavə olunacağı ilə bağlı cavabdehin dəlili isə tamamilə əsassızdır.
61. Müqavilənin 1.6-cı bəndində “əks xərclər tətbiq olunarsa” (if applicable) ifadəsi adından da göründüyü kimi gələcəyə münasibətdə nəzərdə tutulmuşdur. Əgər natamam və nöqsanlı işə görə cavabdehin məbləğ tutmaq niyyəti olsaydı ilkin yekun hesablaşma sənədində tutulmalı olacaq məbləğlə bağlı müddəa mövcud olardı. Bu ndan başqa, tutulacaq 37.090,74 ABŞ dollarının necə hesablandığı, hansı əlavə görülmüş işlər və çəkilmiş xərclərlə bağlı olduğu və bu xərcləri təsdiq edən hər hansı bir sənəd və açıqlama mövcud olmamışdır. Bu baxımdan 2020-ci il 22 yanvar tarixli yekun hesablaşma sənədində əks xərclərlə bağlı qeyd edilən müddəa 2017-ci il 17 iyul tarixli **** saylı müqavilənin “Müqavilə məlumatları” hissəsinin “C” bəndindən irəli gələrək müəyyən edilmiş olması işin mübahisəsiz halıdır. Belə ki, işlər tamamlandıqdan sonra qüsurlara görə öhdəlik daşıma müddəti (defects liability period) 24 ay müəyyən edilmişdir.
62. İddiaçı məhz bu səbəbdən qeyd olunan yekun hesablaşma sənədini imzalamış və 24 aylıq müddət bitdikdən sonra həmin məbləğin ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə bu məbləğin ar tıq tutulmuş olduğunu bildirdikdə, iddiaçı hüquqlarının pozulduğunu anlamışdır. Əks halda sual yaranmışdır ki, iddiaçı niyə məhz 24 ay gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Əgər 37.090,74 ABŞ dollarında məbləğin cavabdeh tərəfindən artıq tutulduğu barədə məlumatlı idisə niyə məhkəmədə iddia qaldırmamış, bunun üçün 24 ayın keçməsini gözləmişdir.
63. İşin materiallarına əsasən, podratçı iddiaçıya 2020-ci il 22 yanvar tarixli yekun hesablaşma sənədi tərtib edildikdən sonra 24 ay müddətində Cavabdeh1 MMC tərəfindən qüsurlarla bağlı hər hansı bir bildiriş və yaxud pretenziya məktubu verilməmişdir. Bu baxımdan Cavabdeh1 MMC-nin görülmüş işlərin dəyərini (37.090,74 ABŞ dolları) tam olaraq ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh2 MMC ilə bağlanmış 2017-ci il 20 fevral tarixli ** saylımüqa viləyə münasibətdə də qeyd edilməlidir ki, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və 2019-cu il 4 dekabr tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 2020-ci il 17 yanvar tarixli yekun hesablaşma sənədində əks xərclərlə bağlı qeyd edilən müddəa 2017ci il 20 fevral tarixli ** saylımüqavilənin “Müqavilə məlumatları” hissəsinin “C” bəndindən irəli gələrək müəyyən edilmiş olması işin mübahisəsiz halıdır. Belə ki, işlər tamamlandıqdan sonra qüsurlara görə öhdəlik daşıma müddəti (defects liability period) 24 ay müəyyən edilmişdir. Yekun hesablaşma sənədinin 1.6-cı bəndində “əks xərclər tətbiq olunarsa” (if applicable) ifadəsi adından da göründüyü kimi gələcəyə münasibətdə nəzərdə tutulmuşdur. İddiaçı məhz bu səbəbd ən qeyd olunan yekun hesablaşma sənədini imzalamış və 24 aylıq müddət bitdikdən sonra həmin məbləğin ödənilməsi üçün cavabdehə müraciət etmişdir.
64. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur-Məhkəmə iş üzrə mövcud olmuş yazılı sübutlara, müqavilə şərtlərinə, onun əlavələrinə, email yazışmalarına və işin faktiki hallarını təsdiq edən digər sübutlara düzgün və obyektiv qiymət verməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Cavabdeh1 MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
66. Etirazda göstərilmişdir ki, kassasiya şikayətində sadəcə MM-in 324.5, 404.1, 404.2, 425.1, 425.2, 442, 448.1, 448.2, 752.1, 753.1, 769, 770-ci m addələri sadalanmış, lakin həmin maddi hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. İddiaçı kassasiya şikayətini ancaq işin faktiki hallarına istinad etməklə əsaslandırmağa çalışmış, bununla da kassasiya şikayətinin tərtib olunması ilə bağlı Azərbaycan Respublikası MPM-nin tələblərini pozmuşdur. Odur ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında 2018-ci il 22 yanvar tarixində 2017-ci il 17 iyul tarixli **** saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilərək, imzalanmış, görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 37.090,74 ABŞ dolları əks xərclər tətbiq olunmuş və yekun ödənilməli olan məbləğin həcmi 465.476,43 ABŞ dolları müəyyən olunmuşdur (həmin məbləğ iddiaçıya ödənilmişdir). İddiaçı tərəfindən həmin sənədin təsdiq edilməs i işin mübahisəsiz halını təşkil etmişdir. Lakin iddiaçı bildirmişdir ki, həmin sənədi yanılma nəticəsində imzalamışdır, sənəd ingilis dilində tərtib olunduğundan o, həmin sənədi oxumadan imzalamışdır, ona görə də həmin sənəd özü-özlüyündə etibarsızdır.
67. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi hallara görə MM-in 347-ci maddəsinin tələbləri baxımından araşdırılmışdır. Vacib əhəmiyyətli yanılma sadalanan hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2, 347.2.1, 347.2.2, 347.2.3). Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmamışdır. Çünki iddiaçı istinad etdiyi halların, yəni həmin sənədin yanılma nəticəsində imzaladığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Sənədin ingilis dilində tərtib edilməsi barədə dəlillərə dair qeyd edilmişdir ki, tərəflər arasında bağlanan ticarət müqaviləsi və bununla bağlı sonradan yaranan bütün sənədlər ingilis dilində tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi işgüzar adətlərə uyğun olaraq tərəflər arasında müqavilə münasibətləri üzrə bütün sənədlər ingilis dilində tərtib olunaraq təsdiqlənmişdir. İddiaçının həmin hala istinad etməsi əsassızdır.
68. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, müqavilə üzrə görülmüş işlərin ü mumi dəyəri 502.567,17 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 37.090,74 ABŞ dolları əks xərclər tətbiq olunmuş və iddiaçı da bununla razılaşmışdır. 2018-ci il 20 noyabr tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında sertikifikat”da göstərilən natamam və nöqsanları olan işlərin siyahısı göstərilmişdir. Bu sertifikat üzrə natamam və nöqsanları olan işlərin siyahısı əlavə olunaraq, iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmişdir. Yəni bu nöqsanlar və natamam işlər iddiaçı tərəfindən qəbul edilmişdir. 2017-ci il 17 iyul tarixli, x saylı müqavilənin 8.4. bəndinə əsasən qüsurlar və natamam işlər iddiaçı tərəfindən aradan qaldırdığı təqdirdə “İşlərin qüsursuzluğunu təsdiq edən sertifikat” imzalanır lakin bu sənədin olmaması bu natamam və qüsurlu işlərin aradan qaldırılması iddiaçı tərəfindən aparılmadığını göstərmişdir. 2018ci il 20 noyabr tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında sertifikatın” 11 səhifəsində qüsurların siyahısında əvvəl bu qüsurlar yekun hesabat sənədində nəzərə alınması və yekun məbləğdən çıxması, tutulması qeyd edilmişdir. Həmin sertifikat üzrə natamam və nöqsanları olan işlərin siyahısı və 2020-ci il 22 yanvar tarixli yekun hesabat sənədində bu qüsurlara görə müqavilənin ümumi məbləğindən çıxırılmasını, tutulmasını iddiaçı tərəfindən imzalanaraq təsdiq və qəbul edilmişdir. Bundan əlavə həmin yekun hesablaşma ticarət podratçısı kimi iddiaçı, 1.9-cu bənddə göstərilmiş məbləğin ticarət müqaviləsinə əsasən ticarət podratçısına ödəniləcək bütün məbləğlərin ödənilməmiş qalığını əks etdirdiyi barədə razılaşmışdır.
69. Ticarət podratçısı razılaşmışdır ki, ticarət müqaviləsinə əsasən, bundan sonra müştəriyə qarşı heç bir iddiası olmayacaq. Göründüyü kimi həmin sənəd müqavilə üzrə tərtib edilmiş ən son yekun hesablaşma sənədi olmuş və həmin anadək yaranan bütün öhdəlikləri və borc məbləğini əks etdirmiş, eyni zamanda iddiaçı razılaşmışdır ki, ticarət müqaviləsinə əsasən bundan sonra müştəriyə qarşı heç bir iddiası olmayacaq. Ona görə də, Cavabdeh1 MMC hesab etmişdir ki, hazırda iddiaçı təkrarən müqavilə üzrə ona ödənilməyən 37.090,74 ABŞ dolları (63.054,33 manat) pul vəsaiti və 11.349,77 manat ƏDV məbləğinin ödənilməsini tələb edə bilməz. Həmçinin, həqiqətən də iddiaçının işlərində qüsurların olub-olmamasını, işlərin natamam və ya gec görülməsinin, o cümlədən müqavilə şərtlərinə uyğun olaraq 24 aylıq qüsur müddətinin ötürülüb- ötürülmədiyinin araşdırılmasına zərurət olmamışdır. Çünki yuxarıda qeyd olunan və sözügedən müqavilə üzrə iddiaçı tərəfindən təsdiq olunan yekun hesablaşma sənədləri ilə ən son haqqhesablar aparılmış və iddiaçı da ticarət podratçısı kimi qeyd edilmiş məbləğə ticarət müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşmış və hesabatları təsdiq etmişdir. Kassasiya baxışının hədləri
70. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasi ya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağı dakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 75. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair mad di hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
76. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
77. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 32-55-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərin ə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
79. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 sentyabr tarixli 2-2(103)-588/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli A.Q.Hüseynov