Məhkəmə qərarları › İş №2-2(102)-450/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-450/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-450/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(104)-62/2025 nömrəli qət naməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC tərəfindən Cavabdeh2 15 387,20 manat məbləğində betona dair 2022-ci il 14 noyabr tarixli 144989 nömrəli qaimə ötürülmüş və həmin qaimə təsdiq edilmişdir.

2. Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin hesabına betonla bağlı 13 040 manat məbləğində vəsait köçürülmüşdür. 3. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası 2023-cü il 17 oktyabr tarixli **********27-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 adınadır. 4. ünvan 1 ünvanında yerləşən 0,4896 ha torpaq sahəsində ümumi sahəsi 5 177,40 kv.m otaq sayı 107 olan qeyri-yaşayış sahəsi **********27-06301 reyestr nömrəsi ilə Cavabdeh1 məxsusdur. Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,4896 ha olan torpaq sahəsi **********27 reyestr nömrəsi ilə Cavabdeh2 məxsusdur.

5. Cavabdeh2 ilə X3 arasında bağlanmış 2022-ci il 17 oktyabr tarixli 14 saylı xidmət müqaviləsindən və bank hesabından çıxarışdan görünür ki, icraçı sifarişçinin tapşırığına əsasən bütün layihələrdə aparılan tikintidə istifadəsi nəzərdə tutulan dəmir dirəklərin, cilouzların, ayaqaltıların quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 hesabından X1 hesabına 5 350,43 manat vəsait köçürülmüşdür. 6. 2024-cü il 12 iyul tarixli üzləşmə aktında qeyd edilmişdir ki, həmin tarixə "xxxx" MMC-nin Goranboy Klinikasının "xxxx" MMC-yə 90 269,30 manat borcunun olması "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq olunmuşdur.

7. Tikinti sahəsinin ətrafında beton daşıyan maşınlar dayanmış və həmin maşınların üzərində "xxxx" MMC yazısı vardır, maşınlardan tikintiyə beton boşaldılmışdır (iş materiallarında olan foto şəkillər).

8. Osman, Nicat və Ramil arasında betonun borcu ilə bağlı mübahisə gedir, Nicat borcun Ramilin borcu olduğunu qeyd edərək Osmana deyir ki, “həmin torpağa gələn betondan Ramilin 70 000 sizə verəcəyi var, mənim də Ramilə verəcəyim var, mən Ramilə verəcəm, o da sənin pulunu verəcək, söhbət budur”. Osman betona olan 70 000 manat borcun kim tərəfindən ödəniləcəyi ilə bağlı Ramilə sual verir. Ramil də betona görə 70 000 manat borcun Nicatın borcu olduğunu və Nicat tərəfindən ödəniləcəyini bildirir (iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, səs yazısının tərəflə ri olan iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 razılığı ilə tədqiq edilmiş audio diskdə olan səs yazıları).

9. Cavabdeh3 ilə Cavabdeh1 arasında tikintinin aparılması, malların alınması, tikintiyə nəzarət olunması, tikintiyə çəkilmiş xərclərlə bağlı müzakirələr aparılır (Cavabdeh2 tərəfindən təqdim edilmiş audio-video diskdə olan səs yazısı və görüntü).

10. Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Goranboy şəhəri C.Cabbarlı küçəsində tkintisinə başladığı hospitalla əlaqədar mülki münasibətlərə uyğun olaraq aralarında yaranmış şifahi və yazılı müqavilə əsasında "xxxx" MMC-dən betonların alınması ilə bağlı ödə məli olduğu 240 040 manat pulun 171 920 manatını ödəyib qalan 68 750 manat pulu ödəməməklə üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün mülki münasibətlər zəminində yaranmış münasibətlər pozulmuşdur (2023-cü il 5 oktyabr tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 11. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 18 mart tarixində cavabdehlər Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 68 750 manat borc, 26 250 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 375 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını x ahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayında Cavabdeh1 atasına məxsus Goranboydakı torpaq sahəsində klinika tikintisi üçün betona ehtiyacını bildirmiş, qiymət və ödənişin hər ayın 20-də edilməsi barədə iddiaçı ilə razılaşmışdır. Cavabdeh1 sifarişləri əsasında klinikaya beton göndərilmiş, ilk aylarda ödənişlər vaxtında edilsə də, sonradan gecikmələr yaranmış, “maddi sıxıntı” səbəbi ilə borcun tezliklə bağlanacağı və betonun verilməsinin davam etdirilməsi xahiş olunmuşdur. Cavabdeh1 atasının imkanlı sahibkar olması və ilkin nizamlı ödənişlər iddiaçıda inam yaratdığından iş bitənədək tədarük davam etmiş, lakin obyekt tamamlandıqdan sonra Cavabdeh1 borcun ödənilməsindən imtina etmişdir. Bununla bağlı prokurorluq və polisə şikayətlər verilmişdir. Goranb oy RPŞ-nin 2023-cü il 5 oktyabr tarixli qərarından görünür ki, Cavabdeh1 digər tədarükçülərə (o cümlədən İsayev Raminə və pəncərə işlərini görən Vüsal Əliyə) də ödənişləri tam etməmişdir. İddiaçı bildirmişdir ki, cavabdehlərin hüquqa zidd hərəkətləri səbəbindən şirkət əmək haqlarının ödənilməsində çətinliklərlə üzləşmiş, şirkətin rəhbərliyi isə mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən, mənəvi ziyanın əvəzi kimi 40 000 manat vəsait də tutulmalıdır.

13. MMC-nin 2024-cü il 10 iyun tarixli çıxarışına görə "xxxx" MMC tərəfindən Cavabdeh1 sifarişi əsasında Goranboy rayonu ərazisində tikilən klinikaya 2 899,5 kub.m həcmində 240 040 manat məbləğində beton göndərilmiş, bundan 171 290 manat ödənilmiş, 68 750 manat borc qalmışdır.

14. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli e-2-2(1 15)738/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən - Cavabdeh1 68 750 manat pul və 296,95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir (hakim – G.Quliyeva).

15. Məhkəmənin mövqeyi belə olmuşdur ki, Goranboy şəhəri, C.Cabbarlı küçəsində Cavabdeh2 məxsus torpaq sahəsində hospital tikilmiş, sonradan həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Tikintiyə iddiaçı tərəfindən beton verilməsi iddiaçı nümayəndələrinin və Cavabdeh3 izahatları, şahid ifadələri, foto-video materiallar və Cavabdeh2 ödəniş qəbzi ilə təsdiq olunur. İddiaçı 2 899,5 m³ (240 040 manat) beton göndərildiyini, 171 290 manat ödənildiyini, 68 750 manat borc qaldığını iddia etmiş, Cavabdeh3 da məhkəmədə və 2023-cü il 5 oktyabr tarixli qərarda bunu təsdiqləmişdir. Səs yazı sında Cavabdeh1 borcu Cavabdeh3 yönləndirsə də, Cavabdeh3 borcun Cavabdeh1 aid olduğunu bildirir. Beləliklə, məhkəmə 68 750 manat qalıq borcu sübuta yetirilmiş saymışdır.

16. Məhkəmə hesab etmişdir ki, betonun alqı-satqısı üzrə münasibət "xxxx" MMC ilə alıcı qismində Cavabdeh1 arasında yaranmış, tikinti onun nəzarəti altında aparılmış, beton həmin tikinti üçün verilmiş, ödəniş öhdəliyini də Cavabdeh1 götürmüşdür. Cavabdeh2 satıcı ilə ayrıca razılaşma/öhdəlik götürməsi və ya Cavabdeh1lə müştərək cavabdehliyi sübuta yetirilməmişdir.

17. Mənəvi zərərin əvəzinin tutulması tələbinə münasibətdə məhkəmə bildirmişdir ki, mənəvi zərər, mahiyyətcə, fiziki şəxsin şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına aiddir. İddiaçı isə hüquqi şəxsdir və işgüzar nüfuzuna dəymiş zərərlə bağlı ayrıca tələbi irəli sürülməmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 23.1, 23.6, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(104)-62/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 296,95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək Cavabdeh1 296.95 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi, G.Cavadova və L.Süleymanov).

21. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsas tələb üzrə əsaslandırıcı və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən dövlət rüsumunun Gəncə Kommersiya Məhkəməsi üçün yox, Gəncə Şəhər Məhkəməsi üçün köçürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə əvvəlcə Gəncə şəhər Məhkəməsinə müracət etmiş, iş materiallarında olan 2024-cü il 12 mart tarixli ********** nömrəli qəbzdən göründüyü kimi dövlət rüsumu da həmin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş, lakin iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla verildiyinə görə geri qaytarılmış, iddiaçı həmin rüsum ödənişi barədə qəbzi iddia ərizəsinə əlavə etməklə Kommersiya Məhkəməsinə müraciət etmişdir.

22. Kollegiya hesab etmişdir ki, həmin xüsusat qətnamənin ləğv olunaraq iddianın baxılmamış saxlanması üçün əsas olmamalıdır. Ona görə ki, hər bir halda dövlət rüsumu işin məhkəmədə baxılması üçün dövlət nəfinə tutulan məbləğdir və son nəticədə iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxmış birinci instansiya məhkəməsi həmin halı nəzərə almamış və düzgün olmayaraq 296,95 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Halbuki həmin məbləğ cavabdehdən dövlət mədaxilinə alınmalı idi. Ona görə də apellyasiya şikayəti qismən təmin edilərək qətnamə həmin hissədə dəyişdirilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə Cavabdeh1 iştirakı olmadan baxılaraq çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilinə münasibətdə vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh1 məhkəmə bildirişi, SMS bildirişi göndərilmiş və elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin iclaslar ında iştirak etmiş, digər cavabdehlər baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də bu dəlil əsassızdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının Cavabdeh1lə podrat və ya alqı-satqı müqaviləsi bağlamadığına görə sonuncunun iddiaçı qarşısında öhdəliyinin yaranmaması ilə bağlı dəlilini də əsassız hesab edərək bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi tərəflər, yəni iddiaçı ilə Cavabdeh1 beton alğı-satqısı ilə bağlı şifahi qaydada razılığa gəlmiş, iddiaçı cavabdehi qeyri-yaşayış binasının tikintisi üçün betonla təmin etmiş, həmin xüsusat iş materialları, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş tərəflər və şahid ifadələri ilə təsdiq olunmuşdur.

25. Məhkəmə kollegiyası mövqeyini MM-in 385. 1,386.1, 389.1, 390.1, 406.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 567-ci, MPM-in 9.1, 9.2, 9.3, 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 389.1, 405.1, 405.2, 752.1 və MPM-in 54.1, 54.2-ci maddələri üzrə apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 alqı-satqı münasibətinin tərəfi olması ilə gəldiyi nəticə iddia ərizəsinə istinadla əsaslandırılmışdır. Belə ki, bu mövqe əsassızdır və işin halları ilə üst-üstə düşmür. Əksinə iddiaçı ilə Cavabdeh1 arasında alq-satqı münasibətlərinin olmaması, bu münasi bətlərin iddiaçı ilə Cavabdeh3 arasında olması barədə konkret sübutlar apellyasiya şikayətində göstərilmişdir. Həmçinin 2023-cü il 5 oktyabr tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh3, Cavabdeh2, iddiaçının nümayəndəsi Hacıyev Teymurun izahatlarından da görünür ki, iddiaçı Cavabdeh1lə podrat və ya alqı-satqı müqaviləsi bağlamamış, qeyriyaşayış sahəsinin tikintisi ilə bağlı podrat tapşırığını Cavabdeh1 qarşısında Cavabdeh3 qəbul etmiş və iddiaçı ilə Cavabdeh3 arasında isə beton alqı-satqı münasibətləri mövcud olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi sözügedən izahatların heç birinə hüquqi qiymət verməmiş, onları öz qətnaməsində müzakirə etməmiş və buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyri -yaşayış sahəsinin Cavabdeh1 adına qeydiyyata alındığını göstərsə də, nəzərə almamışdır ki, işin hallarından da görünür ki, ünvan 2 ünvanında Cavabdeh2 məxsus torpaq sahəsi olmuş və qeyri-yaşayış sahəsi də həmin torpaq sahəsi üzərində inşa edilmiş, torpaq sahəsi və üzərində tikilmiş qeyriyaşayış binası 2023-cü il 17 oktyabr tarixində Cavabdeh2 adına qeydiyyata alınmış və 2024-cü il 27 may tarixində həmin qeyri-yaşayış binası özgəninkiləşdirilərək Cavabdeh1 mülkiyyətinə keçmişdir. Hazırkı işin hallarından görünür ki, tikinti işi üçün beton qeyriyaşayış sahəsinə 2022-ci ildə gətirilmişdir. Yəni beton verilərkən əmlak Cavabdeh2 adına qeydiyyatda olmuşdur. Hətta hazırkı iş üzrə iddia ərizəsi 2024-cü il 18 mart tarixində məhkəməyə verilərkən də qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətində olmuş dur. Göründüyü kimi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi beton alqı-satqısının tərəfi kimi qəbul edilsə belə, bu halda da Cavabdeh1 iddiaya cavab verməli olan şəxs kimi çıxış edə bilməz.

29. Həmçinin iş materiallarında olan və iddiaçının məhkəməyə təqdim etdiyi Cavabdeh2 ilə İsayev Ramin arasında bağlanmış 2022-ci il 17 oktyabr tarixli xidmət müqaviləsindən də görünür ki, qeyri-yaşayış sahəsinin tikintisində istifadə olunan dəmir dirəklərin, cilouzların, ayaqaltıların quraşdırılması xidmətinin göstərilməsi müqaviləsində tərəf kimi mülkiyyətçi Cavabdeh2 çıxış etsə də, müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır. Yəni qeyd olunanlar göstərir ki, Cavabdeh1 bütün proseslərdə Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi kimi çıxış etmiş, yəni sifarişçi Cavabdeh2 olmuşdur. Bu da onu göstərir ki, m əhkəmə birinci instansiya məhkəməsi kimi eyni səhvi təkrarlayaraq işin hallarını düzgün müəyyənləşdirməmişdir.

30. Bundan əlavə apellyasiya məhkəməsi betonun dəyərinin əksər hissəsinin bilavasitə Cavabdeh1 tərəfindən ödənildiyini qeyd etsə də, bu da iş materialları ilə öz təsdiqini tapmır. Betona görə ödənişlər Cavabdeh1 tərəfindən edilməmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim olunan 2022-ci il 14 noyabr tarixli elektron qaiməfakturadan və 2022-ci il 18 noyabr tarixli hesabdan çıxarışdan görünür ki, 13 040 manat və 2 347 manat ƏDV Cavabdeh2 VÖEN hesabından iddiaçıya köçürülmüşdür. Habelə 2022ci il 19 noyabr tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 VÖEN hesabından İsayev Raminə 5 350,43 manat vəsait ödəmişdir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi nin İİ hissəsi, “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsi və MPM-in 108.1.1, 119.2, 124.1, 150.1.2, 152.1.5, 259.0.12-ci maddələri üzrə - iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməməsi iddia ərizəsinin geri qaytarılmasına, əgər iş icraata götürülmüşdürsə və qətnamə qəbul edilənədək rüsum ödənilərək bu nöqsan aradan qaldırılmayıbsa, iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olur. Qanunvericiliyin müddəalarından da görünür ki, bu qaydalar imperativ xarakterlidir və rüsumla bağlı nöqsanın aradan qaldırılması ilə bağlı başqa alternativ həll yolu müəyyənləşdirilməmişdir. Həmçinin məhkəmə iddiaçının ödəməli olduğu dövlət rüsumunu birbaşa cavabdehdən dövlət nəfinə tutulması barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, dövlət rüsumu birbaşa cavabdehdən dövlət nəfinə o ha lda alınır ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş olsun. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda, iddiaçının ödəmədiyi rüsum məsələsini qətnamə ilə həll etmiş və yuxarıda istinad olunan prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

32. Həmçinin o da nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsinin bu mövqeyi formalaşmış məhkəmə təcrübəsinə də ziddir. Belə ki, məhz rüsumun konkret olaraq iddia verilən məhkəmənin təyinatına ödənilməsinin məcburliyi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də mövcuddur və bu barədə Ali Məhkəmənin qərarı da şikayətə əlavə olunmuşdur. Ali Məhkəmənin də çoxsaylı qərarlarında ifadə ol unan mövqelərə görə iddia və ya şikayət hansı məhkəməyə verilirsə, rüsumun təyinatında da mütləq həmin məhkəmə göstərilməlidir. Əks təqdirdə şikayət və ya iddia mümkün sayılmamalıdır. Ümumiyyətlə, iddiaçı tərəfindən iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun birbaşa cavabdehdən dövlət nəfinə tutulmasının hüquqi əsası yoxdur və adı çəkilən normaların tələblərinə ziddir.

33. Qanunvericilikdə iddia ərizəsinin verilməsinə görə ödənilən dövlət rüsumunu ödəmək iddiaçının vəzifəsi olmuşdur. Məhkəmə isə iddiaçının üzərinə qoyulan dövlət rüsumunu ödəmək vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Burada nəzərə almaq lazımdır ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məhkəmə məsrəfi olaraq qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulması ilə iddi açının ödəməli olduğu dövlət rüsumunun birbaşa dövlət nəfinə ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması halları eyni deyildir. Sonuncu hal cavabdehin qanunda nəzərdə tutulmuş əsaslar olmadan dövlət ödənişləri ödəməyə məcbur edilməsidir.

34. Halbuki Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Bundan başqa iddia ərizəsində iddianın qiyməti 95 000 manat olduğundan ödənilməli olan dövlət rüsumu 375 manat təşkil etmişdir. İddianın qismən təmin edilməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsinə uyğun olaraq 296,95 manatın dövlət nəfinə ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Bu da o deməkdir ki, dövlət rüsumunun 78,05 manat hissəsi (375 manat – 296,95 manat = 78.05 manat) yenə də dövlət büdcəsinə ödənilməmiş qalmışdır. Deməli iddianın yerdə qalan rədd edilmiş hissəsi, yəni iddia tələbinin 26 250 manat hissəsi ilə bağlı kommersiya məhkəməsində xidmətlər göstərilməsinə və hüquqi hərəkətlər edilməsinə baxmayaraq həmin hissədə dövlət büdcəsinə haqq (dövlət rüsumu) ödənilməmişdir. Bu səbəbdən hər bir halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etirazında vurğulamışdır ki, cavabdehin şikayətdə qeyd etdiyi dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və heç bir hüquqi əsasının olmaması müəyyənləşdirilməmi şdir. Ona görə də kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.

38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş ü zrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərə k, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya i nstansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

42. Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayəti mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə eyni məzmunlu olmaqla apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlillər hərtərəfli araşdırılmaqla düzgün qiymət verilmiş və Kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 beton alğı-satqısı ilə bağlı şifahi qaydada razılığı gəlmiş, iddiaçı cavabdehi qeyri-yaşayış binasının ti kintisində istifadə etdiyi betonla təmin etmiş, həmin xüsusat iş materialları, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş tərəflər və şahid ifadələri ilə təsdiq olunmuşdur.

43. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

44. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(104)-62/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar