Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-454/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli 2-2(107)36/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasın da baxılmışdır. İşin halları
1. Cavabdeh İddiaçı MMC-nin Zərdab Filialına ünvanlanmış 2021-ci il 25 yanvar tarixli ərizəsindən görünür ki, Cavabdeh 2021-ci təsərrüfat ilində ona məxsus olan 10 ha pay torpağında pambıq əkmək üçün (icarə əsasında götürdüyü) bütün aqrotexniki tədbirləri və müqavilə öhdəlikləri yerinə yetirməklə, xam pambığın yayındırılmasına və yalnız İddiaçı MMC-nin Zərdab Filialına təhvil verməklə aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunmasına, yığım mövsümü başa çatanadək əkin sahələrinin qorunub saxlanmasına, pambıq əkini üçün nəzərdə tutulan tələblərin optimal müddətdə və keyfiyyətdə aparılmasını və xam pambığın təhvil verilməsini həyata keçirmək məqsədilə onunla müqavilə bağlanmasını xahiş etmişdir.
2. İddiaçı MMC ilə “fermer” qism ində hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 131 nömrəli müqaviləyə əsasən müqavilənin predmetini İddiaçı MMC-nin Zərdab Filialı tərəfindən “fermer” Cavabdeh məxsus (və ya icarədə olan) Ucar rayonunda yerləşən 10.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Filiala” təhvil verilməsi və “Filial” tərəfindən “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir.
3. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu Müq avilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir; 8.2-ci bəndinə əsasən bu Müqavilə üzrə pambıq becərilməsi ilə bağlı “Fermer”ə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə “Fermer” ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. 4. 2021-ci il 31 may tarixli PAM00007626 nömrəli ödəniş tapşırığından görünür ki, ödəyən müştəri İddiaçı MMC-nin bank hesabından alan müştəri Cavabdeh 400 manat məbləğində suvarma üçün ödəniş edilmişdir; 5. 2021-ci il 28 iyul tarixli PAM00015920 nömrəli ödəniş tapşırığından görünür ki, ödəyən müştəri İddiaçı MMC-nin bank hesabından alan müştəri Cavabdeh 1.000 manat məbləğində kətmənləmə və seyrəltmə üçün ödəniş edilmişdir. 6. 2021-ci il üzrə tərtib edilmiş “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzlərindən və arayışlarından görünür ki, 2021-ci il 25 yanvar tarixli 131 nömrəli müqavilə üzrə İddiaçı MMC tərəfindən 2021-ci təsərrüfat ilində “fermer” qismində Cavabdeh mal (dərman, gübrə və s.) verilmiş, müxtəlif işlər görülmüş və xidmətlər göstərilmişdir. 7. 2022-ci il 5 yanvar tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” barədə Aktdan görünür ki, 2021-ci il 25 yanvar tarixli 131 nömrəli müqavilə üzrə İddiaçı MMC tərəfindən 2021-ci təsərrüfat ilində pambıq məhsulunun yetişdirilməsi üçün “fermer” qismində Cavabdeh ümumilikdə cəmi 29.776,77 manat dəyərində mal (dərman, gübrə və s.) və təsərrüfat işlərinin görülməsi ilə əlaqədar avans (pul) verilmiş, müxtəlif işlər görülmüş və xidmətlər göstərilmişdir. Lakin həmin qeyd olunan mal və xidmətləri qəbul etmiş Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq həmin pambıq yetişdirilmə mövsümündə cəmi 12.835,03 manat dəyərində 18.689,85 kq xam-pambıq məhsulu İddiaçı MMC-yə təhvil verilsə də, ümumilikdə 29776,77 manat məbləğində iş və xidmətlərin dəyərinin qalan hissəsi, yəni 16941,74 manat hissəsinin əvəzi xam-pambıq məhsulu təhvil verməklə ödənilməmişdir. Nəticədə Cavabdeh İddiaçı MMC-yə cəmi 16.941,74 manat məbləğində borcu yaranmışdır. Həmin Akt İddiaçı MMC-nin nümayəndələri və Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir.
8. Cavabdeh 2024-cü il 26 iyul tarixli “borcun etirafı” barədə ərizəsində göstərilmişdir ki, o, İddiaçı MMC-nin Zərdab filialı ilə 2021-ci il 25 yanvar tarixli 131 saylı alqı-satqı müqaviləsi əsasında Ucar rayonunda 10 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirməyi öhdəsinə götürmüşdür. Mövsümün sonunda 29.776,77 manat xərcə qarşı o, 12.835 manat məbləğində xam pambıq təhvil vermiş və onun Cəmiyyətə 16941,74 manat borcu qalmışdır. Borcun qalmasında obyektiv və subyektiv səbəblər var. O, borcuna etiraz etmir və avqust 2024-cü ildə 5000 manata qədər ödəməyi və 2025-ci il mövsümündə isə pambıq əkib borcu xam pambıqla bağlamağa söz verir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 16.941,74 manat məbləğində borcun və 140,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olu nmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il 25 yanvar tarixli 131 saylı alqı-satqı müqaviləsinə əsasən Ucar rayonunda 10,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 29.776,77 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 240,00 manat məbləğində çöp doğrama, 345,00 manat məbləğində şum, 27.111,77 manat məbləğində gübrə və dərman, 1.400,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait və 680,00 manat məbləğində çiyid olmaqla, ümumilikdə 29.776,77 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, cəmi 12.835,03 manat dəyərində 18689,85 kq xam-pambıq təhvil vermiş və onun çəkilmiş xərclərdən hazırkı dövrə kimi 16.941,74 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, Cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir.
11. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli e-2-2(117) 1352/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 16.941,74 manat məbləğində borcun və 140,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim M.Hüseynov)
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan müqavilə mahiyyət etibarı ilə podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır.
13. Cavabdeh tərəfindən 12.835.03 manat dəyərində olan 18689.85 kq xam-pambıq iddiaçıya təhvil verilmiş və nəticədə cavabdehin müqavilə üzrə 16941.74 manat borcu yaranmışdır. 14. “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, 2022-ci il 5 yanvar tarixinə cavabdehin iddiaçıya 16941.74 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının nümayəndələri və ca vabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir.
15. Göründüyü kimi tərəflər aralarında həmin aktla müqavilənin icrası ilə bağlı akt tərtib edildiyi tarixə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aparmış, üzləşmə cavabdeh tərəfindən imzalanmış, pambığın becərilməsinə görə ümumilikdə 29776.77 manat xərc çəkilmiş, cavabdeh tərəfindən 12835.03 manat dəyərində xam-pambıq qaytarılmış, qalan məbləğ ödənilmədiyindən yekun borc 16941.74 manat (297xx.xx-12835.03 =16941.74) müəyyən olunmuşdur.
16. Cavabdeh qalıq borcu ödəmədiyindən 16941.74 manat borcu yaranmışdır ki, bu hal cavabdehin ərizəsi ilə də etiraf olunur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli 2-2(107)-36/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim Z.Sadiqov, hakimlər E.Hüseynov və Ə.Kərimov).
20. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir k i, cavabdeh, 2021-ci il 25 yanvar tarixli 131 nömrəli müqavilənin və eyni zamanda, həmin müqavilənin bağlanması və icrası üzrə tərtib edilmiş sənədlərin, o cümlədən də 2021-ci təsərrüfat ili üçün “10 hektar torpaq sahəsində pambıq əkini üçün mal və xidmətlərin göstərilməsi və əldə edilən xam pambıq məhsulunun iddiaçıya təhvil verilməsi” barədə müqavilə bağlanması ilə əlaqədar cavabdehin 2021-ci il 25 yanvar tarixli ərizəsinin, 2021-ci il 31 may tarixli PAM00007626 nömrəli ödəniş tapşırığının, 2021-ci il 28 iyul tarixli PAM00015920 nömrəli ödəniş tapşırığının, 2021-ci il üzrə tərtib edilmiş “Malların fiziki şəxslərə təhvil-qəbul” qəbzlərinin və arayışların, 2022-ci il 5 yanvar tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” barədə Aktın və cavabdehin 2024-cü il 26 iyul tarixli “borcun etiraf ı” barədə ərizəsinin mötəbərliyini mübahisələndirməsə də, həmin Müqaviləni və digər sənədləri “fermer” qismində deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X8 X2 Təcrübə Stansiyasının “direktoru kimi” imzaladığını və buna görə də, məlum müqavilə əsasında yaranan öhdəliklərin X5 aid olduğunu bildirməklə, iddia tələbinə qarşı etiraz etmişdir.
21. Lakin yuxarıda sadalanan həmin sənədlərin heç biri ilə cavabdehin bu mövqeyi və bu dəlili öz təsdiqini tapmamışdır. Çünki, 2021-ci il 25 yanvar tarixli 131 nömrəli müqavilə və həmin müqavilənin icrası ilə əlaqədar tərtib edilmiş bütün sənədlərdə qeyd olunan öhdəliklərin, hüquqların və vəzifələrin hüquqi şəxsə deyil, “fermer” qismində məhz cavabdehə aid olduğu təsdiq edilmişdir.
22. Cavabdehin apellyasiya şikayətini n dəlillərinin təsdiqi kimi təqdim etdiyi X3 2021ci ilin 2-ci rübü üzrə tərtib olunmuş maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar hesabat və torpaq sahəsinə dair Dövlət aktı da 2021-ci il 25 yanvar tarixli 131 nömrəli müqavilədə nəzərdə tutulan öhdəliklərin həmin Müəssisə tərəfindən icra edilməli olmasını və yaxud, bu müqavilənin qeyd olunan Müəssisəyə aidiyyətinin olmasını təsdiq etmir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 390.4, 399.1, 404.5, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 600.1, 600.4, 752.1, 752.2, 739.1 və 769-cu maddələrinə, MPM-in 14.2, 77.1, 88, 106.3, 119.1, 119.5, 217.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilmə si və iddia rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MPM-in 9, 54, 185.6-cı maddələri üzrə-cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə teleqram vurularaq xəstə olması səbəbindən məhkəmə iclasınının növbəti tarixə təxirə salınması xahiş olunsa da, məhkəmə əsassız olaraq onun xəstə olmasına inanmadan məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirərək, çəkişmə prinsipini və cavabdehin özünü müdafiə hüquqlarını pozaraq tələm-tələsik qətnamə qət etmişdir. Halbuki, məhkəmə növbəti iclasa gələrkən cavabdehdən xəstə olmasını təsdiq edən sənəd tələb edə bilərdi. Apellyasiya instansiyası məhkəməsi də qətnamə qət edərkən bu pozuntunu nəzərə almamışdır. Məhkəmə qətnamələrində ca vabdehin fiziki şəxs olmasını bildirən VÖEN qeyd olunmuş, lakin həmin VÖEN-in iddiaçı ilə müqavilə imzalanan vaxtdan qabaq fəaliyyətinin dayandırıldığı nəzərə alınmamışdır.
26. İşə baxan məhkəmələr iddia tələbi üzrə əsl cavabdehin kimliyini araşdırmadan qətnamə qət etmişlər. Belə ki, müqavilədə qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ETPİ-nin X4. Müqavilə imzalandığı dövrdə Cavabdeh X3 direktoru vəzifəsində işlədiyinə görə iddiaçı ilə müqavilə onun tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən işlər və xidmətlər Şirvan Tərcübə stansiyasının torpaqlarında həyata keçirilmiş, gübrələr və digər mallar X3 anbarlarına təhvil verilmişdir. Həmçinin iddiaçıya verilmiş 18.689,85 kq həcmində 12.835.03 manat məbləğində xam pambıq məh sulu da X3 anbarından iddiaçıya təhvil verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına i stinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı mü qavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
34. Kassasiya şikayətin in cavabdehin əsl cavabdeh olmaması barədə eyni məzmunlu dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Kollegiya cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
35. Kassatorun digər dəlili isə birinci instansiya məhkəməsinin, məhkəmə iclas(lar)ında cavabdehin nümayəndəsinin iştirakını təmin etməməsi, yəni çəkişmə prinsipini pozması ilə bağlıdır.
36. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1- ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə «Elektron məhkəmə» informa siya sistemi vasitəsilə (elektron kabinetə yerləşdirilməklə) lazımi qaydada məlumat verilmiş, iş üzrə cavabdeh xəstə olduğu üçün teleqramla müraciət edərək məhkəmə iclasının təxirə salanmasını xahiş etsə də, MPM-in 185.1-ci maddəsinin tələblərinə əməl edərək, bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Bu baxımdan işə baxılmasının təxirə salınmaması, MPM-in 185.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələblər i nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 mart tarixli 2-2(107)-36/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.