Məhkəmə qərarları › İş №2-2(102)-459/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-459/2025

01.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-459/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş vəsaitin geri qaytarılması 01.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli 2-2(103)-361/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC tərəfindən X6 İstismarı İdarəsinə ünvanlanmış 2024-cü il 22 fevral tarixli 18 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin rəhbərliyi bildirir ki, Tarif Şurasının qərarına görə 2021-ci il noyabr tarixindən sənaye və kənd təsərrüfatında 1 m3 qazın tarif qiyməti ƏDV-li 0,22 manat təyin olunmuşdur. Buna baxmayaraq, Cəmiyyətə qazın sərfiyyatının 1 m3 qiymətini 0,25 manat hesablamaqla, e-qaimə təqdim edirsiniz. Xatırladılır ki, İddiaçı MMC sənaye obyekti "xxxx" MMC-nin istehsal bazası üzərində fəaliyyət göstərir, (buna görə müraciət zərurəti yaranmamışdır) qaz sayğacı da "xxxx" MMC-nin balansında olmaqla, qaz sərfiyyatı həmin sayğacın göstəriciləri üzrə hesablanır. Xahiş edilir, 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixə qədər e-q aimə əsasında artıq hesablanmış ƏDV-li 28.626,81 manat məbləği bank hesabına ödəməklə, növbəti qaz sərfiyyatını 1 m3 üzrə ƏDV-li 0.22 manat hesablanmasına təlimat verəsiniz. Hesablama: 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixədək qaz sərfiyyatı – ******* m3; 0.25 manat hesablanan dəyəri – 260.287,23 manat; 0.22 manat hesablanan dəyəri – 229.052,70 manat. Fərq –28.626,81 manat.

2. X6 İstismarı İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2024-cü il 2 aprel tarixli, 14-2-2-10/2-664/2024 nömrəli məktubda qeyd edilmişdir ki, X6 İstismarı İdarəsinə daxil olmuş (daxilolma: 2024-cü il 7 mart, 14-2-2-10/1-214/2024 nömrəli) 2024-cü il 22 fevral tarixli, 18 nömrəli məktubla tarif dəyişikliyi barədə müraciətinizə baxılmışdır. Bununla bağlı bildirilir ki, müraciətiniz əsasında “Meqa Trade" MMC-nin **********00001 saylı abonent hesabında tarif 2024-cü il 1 fevral tarixində "ticarət və xidmət”-dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilmiş, **********00000 saylı abonent hesabı isə istehsalatla əlaqəsi olmadığı üçün “ticarət və xidmət”-dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilməmişdir.

3. İddiaçı MMC tərəfindən Energetika Nazirliyinin Enerji X1 (surəti: Cavabdeh İB-yə) ünvanlanmış 2024-cü il 6 aprel tarixli, 24 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin rəhbərliyi bildirir ki, Tarif Şurasının qərarına görə noyabr 2021-ci ildən sənaye və kənd təsərrüfatında 1 m3 qazın tarif qiyməti ƏDV-li 0,22 manat təyin olunmuşdur. Buna baxmayaraq, Tarif Şurasının 2021-ci il 16 oktyabr tarixli qərarını kobud surətdə pozaraq, X6 İstismarı İdarəsi tərəfindən Cəmiy yətə qazın sərfiyyatının 1 m3 qiymətini 0.25 manat hesablamaqla, e-qaimə təqdim olunur. İddiaçı MMC sənaye obyekti "xxxx" MMC-nin istehsal bazası üzərində fəaliyyət göstərir, sənaye tipli qaz sayğacı da "xxxx" MMC-nin balansında olmaqla, qaz sərfıyyatı həmin sayğacın göstəriciləri üzrə hesablanır. Qanunsuz hesablamaya görə, artıq hesablanmış dəyərin qaytarılması haqda X6 İstismarı İdarəsinə müraciət olunmasına baxmayaraq, tələb bərpa olunmamışdır. Xahiş edilir, 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixədək e-qaimə əsasında artıq ödənilmiş ƏDV-li 28.626,81 manat məbləği və tərəflər arasında təsdiq olunmuş müqaviləyə görə X6 İstismarı İdarəsi tərəfindən aylar üzrə artıq yayındırılmış vəsaitə hesablanmış 12.000 manat əlavə cərimə haqqının ödənilməsinə təlimat verəsiniz. Hesabl ama: xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qaz sərfiyyatı – ******* m3; 0.25 manat hesablanan dəyəri – 260.287,23 manat; 0.22 manat hesablanan dəyəri – 229.052,70 manat. Fərq – 28.626,81 manat.

4. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2024-cü il 27 may tarixli, 14- 2-2-10/2-1159/2024 saylı məktubda qeyd edilmişdir ki, Cavabdeh İB-dən baxılması üçün X6 İstismarı idarəsinə 2024-cü il 2 may tarixində daxil olmuş qaz hesab kodunda yaranmış borc barədə 2024-cü il 1 may tarixli elektron müraciətinizin araşdırılması zamanı İddiaçı MMC-nin **********00001 saylı kodla qeydiyyatda olan abonent hesabında tarif dəyişikliyi edilməsindən ötrü tərəfinizdən 2024-cü il 22 fevral tarixli məktubla X6 İstismarı idarəsinə etdiyiniz müraciətə tərəfimizdən baxılaraq toplanmış materia llarla “Azəriqaz" İB-nə müraciət olunduğu, Birliyin qərarına əsasən qeyd olunan hesabda 2024-cü il 1 fevral tarixindən tarif dəyişikliyi edilərək, hər 1 m3 qaz üçün 0,22 manat hesabatın aparıldığı müəyyən edildi. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda “Qaz paylayıcısı” ilə “Təbii qazın alqı-satqısı” barədə bağladığınız müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli, 2-2(102)-453/2023 nömrəli qətnaməsi İcra və probasiya şöbəsi tərəfindən icraata başlama haqqında qərarla “Qaz paylayıcısı”na müraciət edildikdə sözügedən məsələ müvafiq qaydada həyata keçiriləcəkdir.

5. Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2024-cü il 6 may tarixli, 3-15-2-4/2-239/2024 saylı məktubda qeyd edilmişdir ki, Sizin, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş qaz sərfiyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətinizə X2 Agentliyinin Lənkəran filialında baxılır. Müraciətdə qeyd olunan faktların hərtərəfli araşdırılmasının təmin olunması üçün aidiyyəti orqana rəsmi sorğu göndərilmişdir. Sorğuya cavab alındıqdan sonra araşdırmanın tam başa çatdırılması mümkün olacaqdır. Bununla əlaqədar, əlavə araşdırmaların aparılması məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərinə uyğun olaraq müraciətə baxılması müddətinin 30 iş günü uzadılması na ehtiyac yaranmışdır. Araşdırmanın nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir.

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2024-cü il 31 may tarixli, 3-15-2-4/2-T-112-5986/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən “Meqa Trade" MMC-nin sərfiyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətiniz X2 Agentliyinin (bundan sonra - Agentlik) Lənkəran filialında araşdırılır. Bununla əlaqədar, Agentliyin Lənkəran filialının müfəttişləri "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda yerləşən obyektin qaz təsərrüfatına baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edil mişdir. Baxış zamanı məlum olmuşdur ki, sənaye qaz qurğuları üçün G-1000 markalı 83045596 nömrəli, məişət qaz qurğuları üçün isə G-25 markalı 75109136 nömrəli qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-də G25 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "Meqa Trade” MMC 2014-cü il 21 fevral tarixindən ********** VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli “Təbii qazın ölkədaxili tariflərin in tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın cədvəl bölməsinin 6.2.3-cü yarımbəndində Sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr üçün 0,22 manat təsdiq edilmiş ve bu Qərar 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh İB-yə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixil 13 nömrəli “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən "xxxx" MMC-nin hesabına işlənmiş təbii qazın hesabatına müvafiq qaydada yenidən baxılması üçün məktub göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.

7. Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2024-cü il 20 iyun tarixl i, 3-15-2-4/2-341/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən "xxxx" MMC-nin sərfiyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətiniz X2 Agentliyinin Lənkəran filialında araşdırılmışdır. Bununla əlaqədar, Agentliyin Lənkəran filialının müfəttişləri "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda yerləşən obyektin qaz təsərrüfatına baxış keçirmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənaye qaz qurğuları üçün G-1000 markalı 83045596 nömrəli, məişət qaz qurğuları üçün isə G-25 markalı 75109136 nömrəli qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-də G2 5 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "xxxx" MMC 2014-cü il 21 fevral tarixindən ********** VÖEN-le 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın cədvəl bölməsinin 6.2.3-cü yarımbəndində Sənaye ve kənd təsərrüfatı sahələri üçün her kub metr üçün 0,22 manat təsdiq edilmiş və bu Qərar 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh İB-yə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli “Təbii qazın ölkədaxli tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən "xxxx" MMC-nin hesabına işlənmiş təbii qazın hesabatına müvafiq qaydada yenidən baxılması üçün məktub göndərilmişdir. Cavabdeh İB-nin cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC müraciət etdiyi tarixdən, yəni 2024-cü il 1 fevral tarixindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı” sahələri üzrə 22 qəpik olmaqla, Cavabdeh İB-nin abonentlərin uçotu sistemində dəyişdirilmişdir və hal-hazırda bu tariflə təbii qazdan istifadə edir. Vəsaitin geri qaytarılması və ya debitor borcla əvəzlənməsi məsələsi ilə bağlı qeyd edilmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkün deyildir. Cavabdeh İB-nin cavab məktubunun təhlili zamanı qeyd edilən məsələyə aidiyyəti üzrə baxılmadığı müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, “Qazdan istifadə Qaydalarının 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, istehlakçı qaz paylayıcısına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

8. İddiaçı MMC ilə Cavabdeh İB arasında 2022-ci il 26 iyul tarixli Razılaşma Protokolu (debitor bor cun ödənilməsi haqqında) bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, istehlakçı təbii qazdan istifadəyə görə Cavabdehnə 2022-ci il 26 iyul tarixə 40.285,43 manat məbləğində borcunun olmasını qəbul edir. Həmin razılaşmanın 1.2-ci bəndində qeyd edilmişdir ki, həmin borcdan ilkin olaraq 2022-ci il 28 iyul tarixində 10.000 manat ödədikdən sonra qalan 30.285,43 manatı təbii qazın aylıq sərfiyyatının dəyərindən əlavə olaraq 2022-ci ilin iyul ayının 31-nə kimi 5.000, qalan 25.285,43 manatı 2022-ci ilin avqust ayı ərzində Cavabdehnə ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçıya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üz rə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Həmin razılaşmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Razılaşma Protokolu üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Həmin razılaşmanın 3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. Həmin razılaşmanın 4-cü bəndində qeyd edilmişdir ki, bu Razılaşma Protokolu tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 nüsxədə tərtib olunur. Nüsxələrdən biri X4, ikincisi X6 İstismarı İdarəsində saxlanılır.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 yanvar tarixli e-2-2( 113)-203/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00001 nömrəli abonent koduna 21 aprel 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 18.233,25 manat məbləğində borc silinmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 10. “İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sərfiyyatı üzrə 2021ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixədək artıq ödənilmiş 31.234,53 manat pul vəsaitinin cavabde hdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının 2021-ci il 16 oktyabr tarixli Qərarına əsasən 2021-ci il 1 noyabr tarixindən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiyməti 0.22 manat müəyyən olunmuşdur. Bildirilir ki, MMC sənaye obyekti "xxxx" MMC-nin istehsal bazası üzərindən fəaliyyət göstərir və qaz sayğacı da "xxxx" MMC-nin balansında olmaqla, qaz sərfiyyatı həmin sayğacın göstəriciləri üzrə hesablanır. Yəni MMC-nin fəaliyyət növü süd məhsullarının istehsalı olduğu üçün qaz sərfiyyatı sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3 -i 0.22 manatla hesablanmalıdır. Lakin cavad ehin X6 İstismar İdarəsi tərəfindən 2021-ci il 1 noyabr tarixindən MMC-yə qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə - 1 m3 -i 0.25 manatdan hesablanmışdır. Nəticədə 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixədək qaz sərfiyyatı üzrə artıq hesablanmış 31.234,53 manat borc büdcəyə ödətdirilmişdir. 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixədək qaz sərfiyyatı – ******* m3 0.25 manatdan hesablanan dəyəri – 260.287,23 manat, 0.22 manatdan hesablanan dəyəri – 229.052,70 manat, fərq - 31.234,53 manat. MMC tərəfindən bununla bağlı dəfələrlə cavabdehin X6 İstismar İdarəsinə yazılı müraciətləri olmuşdur. Lakin məsələnin müsbət həlli istiqamətində heç bir real addım atılmamışdır. Sonuncu dəfə yazılan müraciətə verilmiş cavab məktubuna görə, müraciət edilən tarixdən, yəni 2024-cü il 1 fevral tarixindən Azərbaycan Respublikasının Tarif Şurasının 2024-cü il 16 oktyabr tarixli 13 saylı qərarına əsasən tarif dəyişdirilərək 1 m3 üçün 0.22 manat olmuşdur. Köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün isə vəsaitin geri qaytarılması mümkün deyildir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 dekabr tarixli e-2-2(113)-5698/2024 nömrəli qətnaməsi (qətnamədə düzəliş edilməsi barədə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla) ilə iddia qismən təmin edilərək **********00001 saylı abonent hesabı üzrə qaz sərfiyyatına görə 2021-cil il 1 noyabr tarixindən 2024-cü il 1 fevral tarixədək artıq ödənilmiş 28.626,81 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdi r (hakim – Z.Axundova).

13. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına görə, iddiaçı 2014-cü il 21 fevral tarixindən 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Cavabdeh iddiaçını təbii qazla təchiz etmiş və iddiaçı tərəfindən həmin xidmətlərə görə ona müvafiq ödənişlər edilmişdir. 14. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif Şurasının 2021-ci il 16 oktyabr tarixli Qərarına əsasən 1 noyabr 2021-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiymətinin 0.22 manat müəyyən olunmasına, iddiaçının fəaliyyət növünün süd məhsullarının istehsalı olduğu üçün iddiaçıya qaz sərfiyyatının sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3 üçün 0.22 manatla hesablanmalı olmasına baxmayaraq, cavadeh tərəfindən 2021-ci il 1 noyabr tarixindən iddiaçıya qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə 0.25 manatdan hesablanmışdır. Nəticədə 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 1 fevral tarixədək qaz sərfiyyatı üzrə artıq məbləğlər hesablanmış və ödənilmişdir. İddiaçı tərəfindən bununla bağlı müraciətlər olunmuş, lakin artıq ödənilmiş vəsait qaytarılmamış, iddiaçıya köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün vəsaitin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir.

15. Belə ki, 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 16 fevral tarixədək artıq ödənilmiş vəsait yox, 2021-ci il 1 noyabr tarixindən 2024-cü il 1 fevral tarixədək artıq ödənilmiş vəsaitin geri qaytarılmalı olduğu nəzərə alınmalıdır. Müəyyən olunmuşdur ki, iddiaçının **********00001 saylı abonent hesabında tarif 2024-cü il 1 fevral tarixində "ticarət və xidmət”-dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilmiş, yəni 2024-cü il 1 fevral tarixində tarifdə müvafiq dəyişiklik edilmişdir.

16. Təqdim olunmuş abonent saldosundan müəyyən olunmuşdur ki, 2021-cil il 1 noyabr tarixindən 2024-cü il 1 fevral tarixədək ******* m3 qaz sərfiyyatı olmuş, həmin sərfiyyatın 72933 m3-i akt əsasında hesablanmışdır (məbləği 18.233 manat olmuş, məhkəmə qərarı əsasında silinməsi qət edilmişdir). Beləliklə, həmin dövr üzrə ümumi sərfiyyat 954227 m3 (1027160-72933=954227 m3), sərfin məbləği isə 0,25 qəpikdən 238.556,75 manat olmuşdur. Həmin məbləğin ödənilməsini cavabdeh tərəf m übahisələndirməmişdir (əvvəlki məhkəmə iclasında nümayəndəsi iştirak etmişdir). Həmin sərfiyyat 0,22 qəpikdən hesablandıqda, 209.929,94 manat edir. Beləliklə, arada olan fərq 28.626,81 manat təşkil edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1-ci bəndinə, “Qazdan istifadə Qaydalarının 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 3.1-ci bəndinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarının 6.2.3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli 2-2(103)-361/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).

20. İş üzrə müəyyən edilmiş hallara görə, iddiaçı 2014-cü ildən etibarən süd məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicisi kimi qeydiyyata a lınmış və təbii qazla cavabdeh qurum tərəfindən təmin olunmuşdur. Halbuki, istehsal fəaliyyəti sənaye sahəsinə aid olsa da, 2021-ci ilin noyabr ayından etibarən qaz sərfiyyatı sənaye tarifləri ilə deyil, ticarət və xidmət tarifləri əsasında hesablanmışdır.

21. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, 2021-ci ilin noyabrından 2024-cü ilin fevralına qədər olan dövr ərzində ******* m³ qaz sərf olunmuş, onun müəyyən hissəsi çıxıldıqdan sonra qalan 954227 m³ üçün ticarət tarifi ilə 238.556,75 manat ödəniş edilmişdir. Halbuki eyni həcmdə qaz sənaye tarifləri ilə hesablandıqda bu məbləğ 209.929,94 manat təşkil edəcəkdi. Beləliklə, cavabdeh tərəfindən artıq 28.626,81 manat vəsait tutulmuşdur.

22. X2 Agentliyinin Lənkəran filialı tərəfindən aparılan araşdırma nəticəsində də müəssisə nin sənaye fəaliyyəti ilə məşğul olduğu, müvafiq sayğacların quraşdırıldığı və abunəlik kodlarının sənaye təyinatlı olduğu təsdiq edilmişdir. X8 aidiyyəti qərarına əsasən qazın qiyməti sənaye subyektləri üçün 0.22 manat müəyyən edildiyi halda, bu tarif yalnız 2024-cü il fevralın 1-dən tətbiq edilmişdir. Halbuki qərar daha əvvəl qüvvəyə minmiş və bu müddət ərzində səhv hesablanmış məbləğin geri qaytarılması təmin edilməmişdir.

23. Cavabdeh tərəfindən cavab məktubunda köhnə illərin hesabat dövrü yekunlaşdığına görə vəsaitin qaytarılmasının mümkün olmadığı bildirilsə də, bu cavab adekvat araşdırmaya əsaslanmamış və mövcud qaydaların mahiyyəti nəzərə alınmamışdır. Təbii qazdan istifadə qaydalarında da istehlakçının belə hallarda məhkəməyə müraciət etmək hüququ açıq şəkildə nəzərdə tutulur.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1, 5.2, 5.4-ci bəndinə, “Qazdan istifadə Qaydalarının 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 3.1-ci bəndinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarının 6.2.3-cü bəndinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 389-390, 425, 1093.1 və 1095-ci ma ddələri üzrə - İddiaçı cavabdehə daha əvvəllər təbii qazdan «ticarət və xidmət sahəsində» istifadə etdiyini bəyan etmiş, heç bir zaman da təbii qazdan «sənaye və kənd təsərrüfatı sahəsində» istifadə etdiyini daha öncə bildirməmiş və yalnız 2024-cü il 22 fevral tarixində 18 nömrəli məktubla tarif dəyişikliyi barədə cavabdehin X6 İstismarı İdarəsinə müraciət etdikdən sonra iddiaçının həmin müraciəti əsasında tarif dəyişikliyi ona 2024-cü il 1 fevral tarixindən tədbiq edilməklə təbii qazdan istifadəsi «ticarət və xidmət sahəsi»ndən «sənaye və kənd təsərrüfatı sahəsi»nə keçirilmişdir.

27. Tərəflərin təbii qazdan istifadəsi üzrə alqı-satqı öhdəlikləri 2021-ci il 31 mart tarixində bağlanmış AMX-1534/2021 nömrəli müqavilə ilə tənzimlənir.

28. Məhkəmələr iddia tələbinin həlli ilə bağlı məsələyə dü zgün hüquqi qiymət verməmiş, tərəflər arasında mövcud olan qazın alqı-satqı müqaviləsinin müddəalarını, təbii qazın müqavilə üzrə tarif qiymətini və iddiaçının daha əvvəllər cavabdehi təbii qazdan istifadəsi üzrə xidmət göstərdiyi sahə barədə (“ticarət və xidmət sahəsi” və ya “sənaye və kənd təsərrüfatı sahəsi” üzrə fəaliyyətləri barədə) yazılı şəkildə tanış edib-etməməsini araşdırmamışdır.

29. Bundan əlavə, 2021-ci il 1 noyabr tarixindən təbii qazın tarif qiymətini 1 m-ə görə cavabdeh Birliyə 25 qəpikdən ödəməklə hər 1 m-ə münasibətdə 3 qəpikdən məhrum olmuş iddiaçı müqavilə öhdəliklərinin icrası ilə əlaqədar gözlənilən məqsədə uyğun hərəkət etmiş cavabdehdən verdiyini geri tələb edə bilməz.

30. MPM-in 4.3, 149.2.4, 150.2, 152.1.6 və 259.0.1-ci maddələri üzrə - İddiaçı cavabdehin “elektro n məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə müvafiq kommersiya mübahisəsi üzrə mübahisənin məhkəməyə qədər həlli və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi barədə zəruri sənədləri (iddia ərizəsi və ona əlavə edilmiş sənədləri) göndərməmiş və bu barədə təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, kommersiya mübahisəsi üzrə mübahisənin məhkəməyə qədər həlli məqsədilə iddia ərizəsinə müvafiq kommersiya işi ilə əlaqədar olmayan, "xxxx" MMC-nin direktoru Rüfət Qocayev tərəfindən ********** nömrəli vergi ödəyicisi X5 2024-cü il 14 iyun və 2024-cü il 24 iyul tarixlərdə göndərilmiş sənədlər əlavə edilmişdir. İddiaçı müvafiq kommersiy a mübahisəsi üzrə mübahisənin məhkəməyə qədər həlli və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi barədə qanunla müəyyən edilmiş zəruri təsdiqedici sənədləri (iddia ərizəsinin cavabdehnin elektron kabinetinə göndərilməsi barədə) cavabdehə qarşı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsinə əlavə etməmiş və hazırda da bu qaydanı tətbiq etmək imkanı iddiaçı üçün itirilmişdir. Məhkəmələr iş materiallarını ətraflı tədqiq etmədikləri üçün kommersiya mübahisələri üzrə bu önəmli qanun pozuntusunu müəyyən etməmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əs aslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 34. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

5. QAZİN D ƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tər əfindən ödənilməsi tələb edilə bilməz. … Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....” “Qazdan istifadə Qaydalarının 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən... müəyyən edilir; 3.2-ci bəndinə əsa sən qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.

35. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə (6.2.3-cü bənd) 0,22 manat, digər sahələr üzrə (6.2.4-cü bənd) 0,25 manat təşkil edir.

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Əlavə olaraq kassasiya şikayətinin – iddiaçının təbii qazdan «sənaye və kənd təsərrüfatı sahəsində» istifadə etdiyini daha öncə bildirməməsi və yalnız 2024-cü il 22 fevral tarixində tarif dəyişikliyi barədə müraciəti əsasında tarif dəyişikliyinin ona 2024-cü il 1 fevral tarixindən tədbiq olunması barədə dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə tə sdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 42. “Qazdan istifadə Qaydaları”nın müddəalarına əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir.

43. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minmişdir.

44. Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, "xxxx" MMC-də G25 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "xxxx" MMC 2014-cü il 21 fevral tarixdən ********** VÖEN-le 9 sa ylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur.

45. Göründüyü kimi cavabdehin yuxarıda göstərilən dəlilləri əsassızdır, MMC 2014cü il tarixdə dövlət qeydiyyatına alınmış və faəliyyət növü “sənaye və kənd təsərrüfatı sahəsi” üzrə olmuşdur, iddiaçının xidmət göstərdiyi sahə (fəaliyyət növü) barədə məlumat verib-verməməsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının sözügedən qərarı qüvvəyə mindiyi 2021-ci il 1 noyabr tarixindən tarif dəyişikliyi cavabdeh üçün məcburi olmuş və həmin tarixdən etibarən də edilmiş dəyişikliyə uyğun hesablama aparılmalı idi.

46. Cavabdehin bilməli olduğu halda iddiaçı tərəfindən məlumat verilən tarixə qədər tar if dəyişikliyini tətbiq etməməklə ödənişləri hesablaması hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

47. Kassasiya şikayətinin mübahisənin məhkəməyə qədər həlli məqsədilə iddia ərizəsinə müvafiq kommersiya işi ilə əlaqədar olmayan sənədlərin əlavə edilməsi ilə bağlı dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh istinad olunan bu halı işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələrində mübahisələndirməmiş və apellyasiya şikayətində də bu barədə dəlili olmadığından apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamışdır.

48. Nəzərə almaq lazımdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə göt ürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli 22(103)-361/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar