Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-472/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmlakın qaytarılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-236/2021 sa ylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 1997-ci il 13 iyun tarixli mülkiyyət haqqında şəhadətnaməyə əsasən, Bakı şəhərində yerləşən “Xəzər” özü qalxıb üzən qazma qurğusu İddiaçı müştərək müəssisəsinin mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2 2020-ci il 22 oktyabr tarixli məktubuna əsasən trestin istifadəsində Xəzər” özü qalxan üzən qazma qurğusu mövcud deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC (bundan sonra - iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (bundan sonra mətndə cavabdeh) və Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh2nə (bundan sonra - Trest) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavab dehin iddiaçıya məxsus olan “Xəzər” özüqalxan qazma qurğusunu təhvil verməsi, iddiaçının əmlakı cavabdehin istifadəsində olan ərazidən götürməsinə şərait yaradılması və bunu əngəlləyən bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlak 1997-ci ildə İddiaçı Müştərək Müəssisəsinin adına özəlləşdirilmiş və bu barədə 1997-ci il 13 iyun tarixli və 14 saylı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Müəssisəsi 2006-cı il 8 dekabr tarixdə yaradılmışdır ki, hazırkı işdə İddiaçı MMC onun hüquqi varisidir. Cavabdehə uzun müddət istifadəsiz qalmış əmlakın geri götürülməsi barədə müraciət edilsə də bu müraciətlər cavabsız qalmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli, 2-2(113)-578/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Fərrux Qasımov).
6. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə əmlakın geri tələb edilməsi əsasının 2 şərti mövcud olmalıdır. Bu şərtlərə tələb edənin əmlakın mülkiyyətçisi olması və əmlakın özgənin qanunsuz sahibliyində olması daxildir. Hazırkı halda, iddiaçının əmlakın mülkiyyətçisi olması formasında ilk şərt mövcud olsa da, ikinci şərt, yəni əmlakın cavabdehin sahibliyində olması öz təsdiqini tapmamışdır.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.2, 452.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-236/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Afaq Nuriyeva, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn).
10. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 452.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 7 iyul tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
13. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı məhkəməyə əmlakın cavabdehdə olmasına dair bir sıra sübutları təqdim etmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş texniki baxış barədə sənəddə əmlakın Lökbatan körpüsünd ə yerləşdiyi və xüsusən sahildən dəniz istiqamətində baxdıqda körpünün sağ tərəfindən olduğu göstərilmişdir. Həmçinin, Google earth proqramı vasitəsilə əldə olunan şəkillərdən əmlakın uzun illər həmin yerdə olması və yerini dəyişmədiyi aydın olmuşdur. Lakin, cavabdeh məhkəməyə əmlakın onda olmamasına dair heç bir sübut təqdim etməmiş, bu zaman məhkəmə MPM-in 106.2-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, həmin maddənin tələblərinə görə tərəf məhkəməyə sübut təqdim etmədikdə məhkəmə həmin halı sübut olunmuş hesab edə bilər. Məhkəmə isə heç bir sübutlara əsaslanmadan yalnız cavabdehin əmlakın onda olmamasına dair məktubuna istinad etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən məktubu imzalayan məsul şəxsin məhkəmə iclasında şahid kimi izahatının alınması barədə iddiaçının vəsatəti isə məhkəmə tərəfindən təmin olunmamışır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
17. Kassasiya instansiyası m əhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üç ün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
20. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
21. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən əmlakın geri tələb edilməsinin qanunvericiliklə nəzərdə tutulmuş şərti mövcud olmamışdır.
22. İddiaçı məhkəmənin mövqeyini o əsasla mübahisələndirmişdir ki, o məhkəməyə əmlakın cavabdehdə olmasına dair bir sıra sübutları təqdim etmiş, cavabdeh isə əmlakın onda olmadığını sübut edə bilməmişdir.
23. İş materiallarından aydın olduğu kimi mübahisə predmeti olan qazma qurğusu iddiaçının mülkiyyətində olmuşdur (bax §1).
24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 27. “İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Haqqında” A vropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021-ci il 17 fevral tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçi nin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Göründüyü kimi hüququn ümumbəşəri prinsipləri və milli qanunvericilik mülkiyyətin toxunmaz olduğunu və mülkiyyət hüquqlarının dövlət tərəfindən qorunduğunu müəyyən etmişdir.
30. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iddiaçının mülkiyyətində olan “Xəzər” özüqalxıb üzən qazma qurğusunun cavabdehin istifadəsində olub-olmaması, olduğu təqdirdə istismara, üzməyə yararlı olub-olmaması, sökülübsökülməməsi və yerləşdiyi yer barədə məlumatın əldə edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu gönd ərmiş, Cavabdeh2 tərəfindən məhkəməyə göndərilən cavab məktubunda “Xəzər” özü qalxıb üzən qazma qurğusunun onların istifadəsində olmadığı göstərilmişdir. 31. 2020-ci il 20 fevral tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisə predmeti olan qurğunun onların istifadəsində olduğunu, lakin sonradan balansdan silindiyini bildirmişdir (iş.v 129, cild 1).
32. Cavabdehin nümayəndəsinin izahatında qurğunun əvvəllər onlarda olduğunu göstərdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə cavabdehin qurğunun onların istifadəsində olmadığına dair sorğuya cavabını iddia tələbinin rədd edilməsi üçün əsas olaraq götürməkdə haqlı olmamışdır. Həmçinin, mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı hüququn ümümbəşəri prinsiplərinin və milli qanunvericiliyin tələbləri baxımından iddia çı ona məxsus əmlakın hissələrə bölünərək mənimsənildiyini israrla iddia etdiyindən məhkəmə göstərilən məsələyə iş üzrə hərtərəfli araşdırma apararaq reaksiya verməli idi.
33. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
35. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəməyə ona məxsus qurğunun cavabdehin nəzarətində olan ərazidə olduğuna dair şəkilləri və google earth proqramı vasitəsi ilə əldə olunmuş görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə isə həmin sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin nümayəndəsinin qurğunun əvvəllər onların istifadəsində olmasına dair izahatı baxımından iddiaçıya məxsus qurğunun tərəflər arasında mövcud olmuş hansı münasibətlərin əsasında cavabdehin istifadəsinə verilməsini aydınlaşdırmamışdır.
36. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələ b və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
37. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
38. MPM-in 79.1-ci maddəsinə görə, yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.
39. MPM-in 202.1-ci maddəsinə əsasən, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır.
40. Prosessual qanunvericiliyin istinad olunan normaları baxımından hazırki halda məhkəmə iş üzrə düzgün nəticəyə gəlmək üçün yerində müayinə etmək səlahiyyətindən də istifadə etməmişdir. Halbuki, məhkəmənin yerində müayinə etmək barədə qərardad çıxarması cavabdeh üçün məhkəmənin sorğusuna sadəcə bir məktubla cavab vermək əvəzinə, mövcud olduğu halda iddia tələbini təkzib edə biləcək daha mühüm sübutların təqdim edilməsi zərurəti yarada bilərdi. İş materiallarına əsasən isə, mübah isə predmeti olan qurğunun istismara yararsız hala düşməsi səbəbindən onun yerində müayinə edilə bilməməsi istisna olunur.
41. Həmçinin, işdən göründüyü kimi, iddiaçı ona məxsus mübahisə predmeti olan qurğunun üzərinə həbs qoyulması və onun sökülməsinin dayandırılması barədə iddianı təmin etmə tədbiri barədə ərizə vermiş, məhkəmə tərəfindən həmin ərizə təmin olunmamışdır. Halbuki, iddianın təmin etmə tədbiri barədə ərizənin təmin olunacağı halda, onun icra məmuru tərəfindən icrası zamanı iddiaçıya məxsus mübahisə predmeti olan qurğunun cavabdehin nəzarətində olan ərazidə olub-olmaması barədə müfəssəl fikir formalaşa bilərdi ki, bu da məhkəmənin gələcəyi yekun nəticənin legitimliyi baxımından önəmli olardı.
42. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
43. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun qərarının 2.4cü bəndi).
45. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
46. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılma ması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların əldə olunması və qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
48. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
50. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)236/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-236/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.