Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-472/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə obyektinin boşaldılması, əmlakın natura şəklində alınması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “əşyaların geri qaytarılması və s.” ilk iddia; cavabdehin iddiaçıya qarşı “borcun ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2024-cü il 20 fevral tarixli 2-2(103)140/2024 nömrəli qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarəyə verən Cavabdeh ilə icarəçi Mirzəyeva Tahirə Səyyaf qızı arasında bağlanmış 2021-ci il 16 avqust tarixli icarə müqaviləsinə (bundan sonra – “icarə müqaviləsi”) əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 304,7 kv.m olan qeyri-yaşayış binasının 120 kv.m hissəsini (bundan sonra – “icarə obyekti”) 2023-cü il 16 avqust tarixinədək icarəçiyə icarəyə verməyi, icarəçi də bunun qarşılığında icarəyə verənə aylıq 120 manat icarə haqqı ödəməyi, habelə 2022-ci il 16 fevral tarixindən əvvəl icarə obyektindən çıxarsa, sonrakı altı aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İcarə müqaviləsinin 7-ci bəndində müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
3. İcarəçi 2021-ci ilin oktyabr ayından qeyri-yaşayış sahəsindən istifadə etmir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. Mirzəyeva Tahirə Səyyaf qızı (bundan sonra – “iddiaçı”) 2023-cü il 3 fevral tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan 82 kisə un – ümumi dəyəri 3.444 manat (hər kisənin qiyməti 42 manat olmaqla), 1 ədəd üç gözlü peç – dəyəri 500 manat, xəmir qarışdıran – dəyəri 1.500 manat, 10 kisə duz – dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba – dəyəri 500 manat, 55 ədəd çörək bişirən list – dəyəri 500 manat, soyuducu – dəyəri 200 manat, 2 ədəd tərəzi – dəyəri 70 manat, çörək şkafı – dəyəri 100 manat olan əmlakların və ya onların dəyərinin əvəzi kimi 6.870 manat pulun, həmçinin 2021-ci il 16 avqust tarixindən 2023-cü il 16 avqust tarixinə qədər cəmi 730 gün üçün əldən çıxmış 36.500 manat gəlirin (hər gün üçün 50 manat olmaqla), 200 manat mediasiya üçün ödənilən 234 manat dövlət rüsumu, 117 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən tərəflər iddiaçının ən azı 2 il icarə obyektində fəaliyyət göstərəcəyinə dair razılığa gəlsələr də, 2021-ci il 3 oktyabr tarixində cavabdehin nümayəndəsi icarəyə götürülmüş obyektin açarını ondan almış və icarə haqqını 8 00 manat ödəyəcəyi barədə məlumat vermiş, əks halda isə obyektdən çıxmağını tələb etmiş, sonradan isə iddiaçı icarə obyektindən çıxarılmış, ona məxsus əşyalar və avadanlıqlar isə icarə obyektində qalmışdır. İddiaçı onun obyektdə gündəlik qazancının ən azı 50 manat olduğunu, 2021-ci il 16 avqust tarixindən 2023-cü il 16 avqust tarixinədək cəmi 730 gün, hər gün üçün 50 manat olmaqla 36.500 manat gəlirinin əldən çıxdığını qeyd etmişdir.
6. Cavabdeh 2023-cü il 6 mart tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin 2021-ci il 16 avqust tarixli, 3m-1751 reyestr qeydli müqaviləsinə xitam verilməsi, cavabdehin xeyrinə icarə müqaviləsi üzrə 480 manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 manat məbləğində pu lun, vurulmuş maddi ziyana görə 245 manat pulun, ümumilikdə 1.445 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınaraq geri ödənilməsi və əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla iddiaçıya məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin özünün hesabına çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 11 iyul tarixli 9/3485 nömrəli ekspert rəyində əşyaların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.480 manat müəyyən edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli e-2-2(113)1245/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddianın icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli e-2-2(113)1245/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, icarə obyektində olan 15 kisə un, 1 ədəd üçgözlü peç, 1 ədəd xəmir qarışdıran, 2 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list, 1 ədəd soyuducu, 2 ədəd tərəzi və 1 ədəd çörək şkafının cavabdehdən alınaraq iddiaçıya qaytarılması, qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa, onların dəyəri kimi 2.480 manat məbləğində pulun, həmçinin mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, qarşılıqlı iddia qismən təmin olunmaqla cavabdehə məxsus icarə obyektində bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çaynik, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 un dolu kisələrin iddiaçı tərəfindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissələrlə təmin olunmaması qət edilmişdir (hakim – K.Hüseynov).
10. Məhkəmə ilk iddia tələbləri barədə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi 2023-cü il 17 aprel tarixli məhkəmə hazırlıq iclasında ilkin iddia ərizəsində göstərilmiş əşyaların hamısının deyil, yalnız 15 kisə un, 1 ədəd soyuducu, 1 ədəd üç gözlü peç, 1 ədəd xəmir qarışdıran, 2 ədəd tərəzi, 55 ədəd çörək bişirən list, 1 ədəd çörək şkafı, 2 ədəd çörək qarışdıran arabanın icarə obyektində olduğunu bildirmiş, iddiaçı isə ilk idd ia ərizəsində göstərmiş olduğu bütün əşyaların icarə obyektində olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin icarə obyektində olduğunu etiraf etdiyi əşyaların iddiaçıya geri qaytarılmalı olduğunu bildirmiş, habelə qətnamə icra olunan zaman əşyaların mövcud olmayacağı təqdirdə 2.480 manat məbləğində pulun (bax § 7) cavabdehdən tutularaq iddiaçıya verilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə ilk iddiaçının əldən çıxmış faydanın nədən ibarət olmasını əsaslandıra bilməməsi səbəbindən ilk iddia tələbinin 36.500 manat əldən çıxmış gəlirin tələb edilməsi hissəsində əsassız olduğunu bildirmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 157.2, 675 və 700.1-ci; Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Həmçinin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qarşılıqlı iddianın qismən təmin edilən hissəsində ləğv, qarşılıqlı iddianın tam həcmdə təmin və ilk iddianın qismən təmin olunduğu hissəsində dəyişdirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-140/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsinin hər bir əşyanın qiyməti dəqiq göstərilməklə dəyişdirilərək cavabdehə məxsus icarə obyektində olan hər kisənin dəyəri 40 manat, ümumilikdə dəyəri 600 manat olan 15 kisə un, dəyəri 150 manat olan 1 ədəd üçgözlü peç, dəyəri 850 manat olan 1 ədəd xəmir qarışdıran, hər birinin dəyəri 100 manat ümumilikdə dəyəri 200 manat olan 2 ədəd çörək daşıyan araba, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 550 manat olan 55 ədəd çörək bişirən list, 1 ədəd soyuducu (dəyəri aydın deyil), hər birinin dəyəri 30 manat, ümumilikdə dəyəri 60 manat olan 2 ədəd tərəzi və dəyəri 70 manat olan 1 ədəd çörək şkafının, qətnamə icra olunan zaman əşyalar mövcud olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
15. Apellyasiya instansiya məhkəməsi ilk iddia üzrə mövqeyini belə əsaslandırmışdır ki, əşyaların qaytarılması hissəsində ilk iddia tələblərinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtləri qismən mövcuddur.
16. Belə ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında (2023-cü il 17 aprel tarixli) iştirak edən cavabdehin nümayəndəsi ilkin iddia ərizəsində göstərilmiş əşyaların hamısının deyil, yalnız 15 kisə unun, 01 ədəd soyuducunun, 01 ədəd üç gözlü peçin, 01 ədəd xəmir qarışdıranın, 02 ədəd tərəzinin, 55 ədəd çörək bişirən listinin, 01 ədəd çörək şkafının, 02 ədəd çörək qarışdıran arabanın qeyri-yaşayış sahəsində olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən etiraf olunan əşyalar istisna olmaqla iddia ərizəsində sadalanan digər əşyaların (67 kisə un və digər əşyaların) cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddia tələblərini qismən təmin etmişdir.
17. Eyni zamanda həmin əşyaların bazar qiymətinin nə q ədər təşkil etdiyinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 11 iyul tarixli 9/3485 nömrəli ekspert rəyinə əsasən əşyaların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.480 manat müəyyən edilmişdir. Həmin rəyin tədqiq hissəsində isə qeyd olunmuşdur ki, internet saytlarının məlumatlarından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən istifadədə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri aşağıdakı kimi müəyyən olunur: hər kisəsinin dəyəri 40 manat, ümumilikd ə dəyəri 600 manat olan 15 kisə un, dəyəri 150 manat olan 01 ədəd üçgözlü peç, dəyəri 850 manat olan 01 ədəd xəmir qarışdıran, hər birinin dəyəri 100 manat ümumilikdə dəyəri 200 manat olan 02 ədəd çörək daşıyan araba, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 550 manat olan 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu (dəyəri aydın deyil), hər birinin dəyəri 30 manat, ümumilikdə dəyəri 60 manat olan 02 ədəd tərəzi və dəyəri 70 manat olan 01 ədəd çörək şkafı.
18. Bununla belə birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində hər bir əşyanın qiymətini dəqiq göstərməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi hər bir əşyanın qiyməti dəqiq göstərilməklə dəyişdirilməlidir.
19. Eyni zamanda, 36.500 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə ilk iddia tələbləri rədd edilməlidir. Belə ki, hazırki işdə MM-in 443.4-cü maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Çünki iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, o cümlədən gündəlik 50 manat qazancının olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Bu baxımdan, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.
20. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, 82 kisə unun alınmasına dair iddiaçı tərəfindən təqdim edilən qəbz sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin qəbz unların icarə obyektində olmasını deyil, özüözlüyündə yalnız unun alınmasını təsdiq edir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar mə hkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. İş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır.
21. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 21.2, 157.2, 157.4, 443.1, 462.1 və 700.1-ci, MPM-in 77.1, 102, 107 və 119.1-ci maddəl ərinə istinadla əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 21-ci maddəsi üzrə - Məhkəmə iddiaçının subyektiv hüququnun olmasına düzgün qiymət verməmiş, nəticəsində iş üzrə yanlış qətnamə qəbul etmişdir.
24. Məhkəmə MM-in 157.4-cü maddəsinin tələblərini nəzərə almamışdır.
25. MPM-in 418.1 və 418.2-ci maddəsi üzrə - İddiaçıya vurulmuş maddi zərərdən heç bir vəsait cavabdehdən onun xeyrinə tutulmamışdır.
26. Kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd edilmişdir ki, məhkəmə təkrar ekspertizanın keçirilməsinə dair idd iaçı tərəfindən verilmiş vəsatəti qərəzli olaraq təmin etməmişdir. Ekspert tərəfindən əşyaların dəyəri kimi müəyyən edilmiş qiymətlər həqiqəti əks etdirməmiş və ekspertiza da onun iştirakı olmadan keçirilmişdir. İddiaçının təkcə xəmir qarışdıran aparatın işlənmişi 1.200 manatdır (hazırda isə bazar qiyməti 1.500 manat), çörək bişirən 3 gözlü peç ayrı 500 manatdan aşağı deyil, təzəsi isə daha bahadır, çörək daşıyan araba 2 ədəd cəmi 500 manat, 55 ədəd çörək bişirən list 500 manat, soyuducu 200 manat, çörək şkafı 100 manat olsa da, ekspert bunlara aşağı qiymət təyin etmişdir. Məhkəmə xarab olmuş və cavabdeh tərəfindən işlədilmiş unu da nəzərə almamışdır. Ona görə də ekspertiza iddiaçının iştirakı ilə keçirilməli idi.
27. Məhkəmə cavabdehin onu icarə obyektindən məcburi şəkildə çıxarmaqla iki il bir ay müddətində işsiz qalması və 36.500 manat gəlirindən məhrum olması ilə nəticələnən delikt və müqavilənin 7-ci bəndinə zidd olan hərəkətinə düzgün hüquqi qiymət verməmişdir.
28. İcarə obyektində 82 ədəd un kisəsi qaldığı halda məhkəmə bunu cavabdehin etirafına əsasən 15 kisə hesablamışdır. İddiaçı məhkəməyə həmin 82 ədəd kisə unun alınmasını təsdiq edən qəbzləri təqdim etsə də, məhkəmə həmin qəbzləri sübut qismində qəbul etməmişdir. Bundan başqa, məhkəmə qətnamədə 15 kisə unun olduğunu qeyd etsə də, həmin unun saxlanma müddətinin ötdüyünü, yararsız hala düşdüyünə və dəyərinin 405 manat olmasına da, düzgün qiymət verməmişdir.
29. Məhkəmə cavabdehin iddiaçıya məxsus əşyaları ələ keçirərək onun əvəzinə, dəyərindən iki dəfə az ödəniş etməsinə şərait yaratmışdır. Halbuki cavabdeh iddiaç ını obyektdən çıxartdıqdan sonra həmin obyekti iddiaçıya məxsus avadanlıqlarla birlikdə 2022-cü ilin yay aylarında başqasına icarəyə vermiş, həmin obyekt “ləzgi çörəyi” kimi fəaliyyət göstərmişdir. Bütün bunlar işə əlavə olunmuş video sübutla öz təsdiqini tapsa da, məhkəmə həmin hüquqi faktlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
31. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri baxımından hazırkı icraat çərçivəsində onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq ilk iddia tələbinin təmin olunmadığı hissələrdə yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ( real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulma dıqda bu qayda qüvvədə olmur....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəy ə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
34. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsa ssız hesab edir.
36. Məhkəmə tərəfindən iddiaçının subyektiv hüququnun olmasına düzgün qiymət verilməməsinə dair dəlil həqiqəti əks etdirmir, ən azından, ona görə ki, əgər belə olsaydı, iddia tələbi ümumiyyətlə rədd edilməli idi. Digər tərəfdən, mübahisələndirilən qətnamədə bununla bağlı hər hansı mövqe də ifadə olunmamışdır.
37. Kassator öz dəlillərində mübahisəli əşyalar üçün ekspertin müəyyən etdiyi qiymətlərlə razılaşmadığını bildirsə də, bununla bağlı yalınız ümumi xarakterli ifadələrlə kifayətlənmişdir. Belə ki, iddiaçının öz mövqeyini təsdiq edən mötəbər sübutları, konkret dəlilləri işə baxan məhkəmələrə təqdim etməsi iş materiallarından görünmür. Halbuki mübahisələndirilən qətnamədən məlum olur ki, ekspert tədqiqatı internet saytlarının məlumatları, ticarət mərkəzlərində mövcud o lan qiymətlər və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə aparılmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassator ekspert rəyi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilmədiyindən həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz.
39. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin olunması barədə iddiaçının vəsatətini qanunda göstərilən əsasların olmaması səbəbindən təmin etməməklə də MPM-in 102-ci maddəsinin (bax § 34) tələbləri baxımından, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
40. İddiaçının 82 ədəd kisə unun alınmasını təsdiq edən qəbzləri məhkəməyə təqdim edilməsinə dair dəlilinə münasibətdə isə a pellyasiya instansiyası məhkəməsi həmin qəbzlərin unların icarə obyektində olmasını deyil, özü-özlüyündə yalnız unun alınmasını təsdiq etdiyini bildirmiş, bu səbəbdən də sözügedən qəbzləri sübut kimi qiymətləndirməmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini MPM-in 80-ci maddəsinin (bax § 34) tələblərinə tamamilə uyğun hesab edir.
42. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya 36.500 manat məbləğində əldən çıxmış fayda formasında zərər dəyməsinə dair dəlillərlə də razılaşmır.
43. Belə ki, müqavilə öhdəliklərinin pozulması nəticəsində əldə çıxmış fayda formasında zərərin mövcud olması üçün MM-in 443.4-cü maddəsində (bax § 33) isə göstərilən dispozisiya şərtlərinin, yəni kreditorun həmin faydanı əldə etmək üçün gördüyü tədbirlərin həyata keçirilməsi və bu məqsədlə apardığı hazırlıq işləri mövcud olmalıdır.
44. Lakin hazırkı halda sözügedən dispozisiya şərtlərinin hər hansı birinin mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Hətta mübahisələndirilən qətnamədən aydın olur ki, iddiaçı gündəlik 50 manat qazancının olmasını təsdiq edən sübutları belə işə baxan məhkəmələrə təqdim etməmişdir.
45. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu tələbin əsassızlığı barədə gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
46. Cavabdehin iddiaçıya məxsus əşyaları ələ keçirməsinə məhkəmənin şərait yaratmasına dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının, cavabdeh tərəfindən etiraf olunan əşyalar istisna olmaqla, iddia ərizəsində sadalanan digər əşyaların (67 kisə un və di gər əşyaların) cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları MPM-in 77.1-ci maddəsinin (bax § 34) tələblərinə uyğun olaraq təqdim etməsi iş materiallarından görünmür.
47. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi müvafiq iddia tələbinin qismən əsaslı olması barədə gəldiyi nəticə qanunsuz sayıla bilməz.
48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-140/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-140/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.