Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-473/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 aprel tarixli 2-2(103)-377/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış 2022-ci il 1 aprel tarixli “Kredit Müqaviləsi”nə (bundan sonra – “kredit müqaviləsi”) dair ümumi şərtlər toplusunun 2022-ci il 1 aprel tarixli 028/M nömrəli razılaşmanın 1.3-cü bəndinə əsasən Cavabdeh MMC müqaviləni imzalamaqla, krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öz öhdəsinə götürməyi qəbul etmişdir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün Borc alana İllik 6 % hesablanmaq şərti ilə, 24 ay müddətinə 351.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən borc alan isə bu müqaviləyə əs asən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. - 1.4-cü bəndinə əsasən FİFD-6 % təşkil edir. - 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği Borc alanın "dövriyyə vəsaitinin artırılması" məqsədi üçün nəzərdə tutulmuşdur. - 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması faizlər aylıq, əsas məbləğ müddət ərzində olmaqla 2024-cü il "1" aprel tarixinə kimi tam ödənilməklə həyata keçiriləcəkdir. - 4.4-cü bəndinə əsasən qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir. - 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri vaxtında ödənilməd ikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,1 % miqdarında vaxtı keçmiş faiz ödəyir. - 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə İcra edilmədikdə Borc alan Borc verənə verilmiş kredit məbləğinin 12 % miqdarında dəbbə pulu (cərimə) ödəyir. - 4.8-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Borc alan Borc verənə dəymiş zərərin əvəzini ödəməyə bor cludur. - 4.9-cu bəndinə əsasən borc alan müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir. - 5.4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəmək borc alanın vəzifəsidir. - 7.1-ci bəndinə əsasən bu müqavilə 2024-cü il 1 aprel tarixinə qədər bağlanılır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər Borc alan tərəfindən Borc verənə qaytarılmalıdır.
2. Ləğv prosesində olan İddiaçı ASC-nin 2024-cü il 9 fevral tarixli, **********989 nömrəli bildiriş məktubunda Cavabdeh MMC 2022-ci il 1 aprel tarixində imzalanmış 028/M nö mrəli “Kredit Müqaviləsi”nə əsasən gecikmə yarandığı qeyd olunmuş və öhdəliyin icrası tələb olunmuşdur.
3. Ləğv prosesində olan İddiaçı ASC-nin 2024-cü il 15 fevral tarixli **********153 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 2024-cü il 16 yanvar tarixə ləğv prosesində olan İddiaçı ASC qarşısında 2022-ci il 1 aprel tarixində imzalanmış 028/M nömrəli “Kredit Müqaviləsi”nə əsasən kredit üzrə öhdəlikləri 351.000 manat əsas borc, 21.838,50 manat faiz borcu, cəmi 372.838,50 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. LPO İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 351.000 manat məbləğində əsas və 21.838,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 372838,50 manat pul vəsaitinin, həmçinin iş üzrə ödənilmiş 662,84 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması iddiaçı lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir.
6. Məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2024cü il 30 sentyabr tarixli, 3-16-16/2-9/680 3/2024 nömrəli ekspert rəyinə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin 2024-cü il 16 yanvar tarixinə kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas borc 351.000,00 manat, faiz borcu 23.125,50 manat, 2024-cü il 1 aprel tarixinə əsas borc 351.000,00 manat, faiz borcu 27.513,00 manat olması müəyyən olunmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 9 yanvar tarixli e-2-2(113)-298/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 351.000 manat məbləğində əsas və 21.838,50 manat məbləğində faiz borcu olmaqla, cəmi 372.838,50 manat pul vəsaiti, həmçinin iş üzrə ödənilmiş 662,84 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş dir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% olmaqla 351.000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, aldığı krediti və faizini qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır.
9. Məhkəmə borc məbləğinə münasibətdə qeyd etmişdir ki, ekspertiza nəticəsində kredit müqaviləsi üzrə 2024-cü il 16 yanvar və 2024-cü il 1 aprel tarixə əsas borc iddia tələbi ilə eyni, faiz borcun məbləğləri isə iddia ərizəsində tələb edilən faiz borcun məbləğindən çox olduğu müəyyən olunmuşdur. 1
0. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən faiz borcu həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 21.838,50 manat məbləğində tutulmalıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 448.1 və 739cu, MPM-in 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 aprel tarixli 2-2(103)-3 77/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
14. Məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçı tərəfindən 2024-cü il 9 fevral tarixində cavabdehlərə xəbərdarlıq məktubu göndərilməklə və həmin müqavilədə kredit məbləğinin tam şəkildə qaytarılması tələb olunmaqla iddiaçının müqavilənin ləğv edilməsinə yönəldilmiş iradəsi ifadə olunmuşdur. Odur ki, mübahisəli kredit müqaviləsi həmin tarixdən birtərəfli qaydada ləğv olunduğundan iddiaçı kredit müqaviləsi üzrə faizləri həmin tarixədək olan müddət üçün tələb edə bilər. İş materiallarından isə müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində 2024-cü il 16 yanvar tar ixədək, yəni müqavilə ləğv olunanadək olan müddət üçün hesablanmış borcun ödənilməsini tələb etmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi (bax §6) ilə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğlərini həmin rəyə əsasən iddia tələbləri həddində müəyyənləşdirməkdə haqlı olmuşdur.
16. Pretenziya məktubunun göndərilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarına 2024-cü il 9 fevral tarixli pretenziya məktubu və həmin məktubun 2024-cü il 20 fevral tarixində poçt vasitəsilə cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamə əlavə olunmuşdur.
17. İddiaçı ilə borcun ödənilməsinə möhlət verilməsi barədə razıl ığa gəlmələri, bu səbəbdən müəyyən müddət ərzində ödənişlərin edilməməsinə dair dəlillərə gəldikdə isə qeyd olunmuşdur ki, cavabdeh həmin ödənişlərə möhlət verilməsi barədə bank ilə razılaşma əldə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, həmin dəlillər də əsassızdır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1 və 448.1-ci, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, işin isə yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi üzrə - Məhkəmə, cavabdehin borcun ödənilməsinə möhlət verilməsinə dair göstərilənlərə münasibət bildirməməkdə haqlı olmamış və həqiqətin müəyyən edilməsini təmin etmək məqsədilə iddiaçının bu barədə izahatını dinləmədən əsassız nəticəyə gəlmişdir.
21. MPM-in 4.3, 106.1, 149.2.4, 150.2, 150.1.6, 152.1.6 və 418.1-ci maddələri üzrə Məkhəmə iş üzrə iddiaçı ilə cavabdehin borcun ödənilməsinə möhlət verilməsinə dair halları araşdırmamışdır. İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmədən iddia ərizəsini vermiş, lakin məhkəmə iddia ərizəsini qeri qaytarmadan qanunun tələblərini pozmuşdur. Kommersiya mübahisələri üzrə pretenziya işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilm əlidir. İddiaçı isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə borcunun ödənilməsinə dair pretenziya verməmişdir.
22. Digər məsələlərdə kassator məhkəmənin mövqeyi (bax §14, 16) ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamədən verilən apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə borcunun ödənilməsinə dair məlumat verməmişdir. İddiaçı ilə borcun ödənilməsinə möhlət verilməsinə dair razılıq əldə edilmişdir. Ona görə də, borc bir müddət ödənilməmişdir, sonradan isə bankın fəaliyyəti dayandırılmışdır. Bundan sonra isə iddiaçı cavabdehə borcun tələb edilməsi barədə pretenziya göndərmədən məhkəməyə müraciət etməklə MPM-nin tələblərini pozmuşdur. Cavabdehin borcun ödənilməsinə möhlət verilməsinə dair razılıq əldə edildiyini göstərm əsi öz təsdiqini tapsa da, məhkəmə bunlara əhəmiyyət verməmişdir. Qətnamədə göstərilmişdir ki, apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ g əlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəl iyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayta rmağı öhdəsinə götürür....”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə m üəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. müvafiq...” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən q anunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansi yası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində (bu Qərarın §§ 20-22) göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
31. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi hallar tədqiq olunmuş və iş materialları ilə təkzib olunduğu müəyyən edilmişdir.
32. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tət biq edilmişdir.
33. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəm ə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 aprel tarixli 2-2(103)-377/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.