Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-485/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “X2 Company” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh “X2 Company” MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 02 mart tarixli, 2-2(103)-161/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə c avabdeh arasında bağlanmış 2018-ci il 7 may tarixli HA 004/0518 saylı alqı-satqı müqaviləsində satıcı (iddiaçı) satır, alıcı (cavabadeh) isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda göstərilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir.
2. Müqavilənin 2-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında və elektron qaimə ilə müəyyən ediləcək razılaşma protokollarında və elektron qaimə ilə müəyyən ediləcək razılaşma protokolları tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Malların qiyməti al ıcıya təhvil verildikdən sonra bir ay ərzində bank köçürmə yolu ilə ödənilir.
3. Müqavilənin 4.2-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. Müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
4. İddiaçı ilə cavabdeh tərəfindən tərtib olunmuş 24 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya 2020-ci il 24 noyabr tarixə ƏDV daxil 184.468,81 manat borcunun olmasını təsdiq etmişdir. Üzləşmə aktı tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur.
5. EAAN 530458 nömrəli 2018-ci il 12 noyabr tarixli, EAAN 530458 nömrəli 2018-ci il 12 noyabr tarixli, EAAN 532212 saylı 2018-ci il 12 noyabr tarixli, EAAN 535215 nömrəli 2018-ci il 12 noyabr tarixli, EAAN 779421 nömrəli 201 8-ci il 22 noyabr tarixli, EAAN 777955 nömrəli 2018-ci il 22 noyabr tarixli, EBAQ 208228 nömrəli 2020-ci il 21 sentyabr, 2020-ci il 21 sentyabr tarixli, EBAP 127301 nömrəli 2020-ci il 25 avqust tarixli, EBAN 865573 nömrəli 2020-ci il 20 avqust tarixli, EBAN 869437 nömrəli 2020-ci il 20 avqust tarixli, EBAN 865258 nömrəli 2020-ci il 20 avqust tarixli, EBAN 752404 nömrəli 2020-ci il 17 avqust tarixli, EBAN 752381 nömrəli 2020-ci il 17 avqust tarixli, EBAK 032192 nömrəli 2020-ci il 18 may tarixli, EBAJ 863842 nömrəli 2002-ci il 14 may tarixli, EBAJ 863970 nömrəli 2020-ci il 14 may tarixli, EBAJ 864177 nömrəli 2020-ci il 14 may tarixli, EBAJ 864151 nömrəli 2020-ci il 14 may tarixli, EBAJ 864088 nömrəli 2020-ci il 14 may tarixli, EBGAJ 864311 nömrəli 2020-ci il 14 may tarixli, EBAJ 864378 nömrə li 2020-ci il 14 may tarixli, EBAJ 864456 nömrəli 2020-ci il 14 may tarixli, EBAJ 864431 nömrəli 2020-ci il 14 may tarixli, EBAF 092724 nömrəli 2020-ci il 15 yanvar tarixli, EBAF 092305 nömrəli 2020ci il 15 yanvar tarixli, EBAF 091984 nömrəli 2020-ci il 15 yanvar tarixli, EBAJ 091597 nömrəli 2020-ci il 15 yanvar tarixli, EBAF 091386 nömrəli 2020-ci il 15 yanvar tarixli, EBAF 091100 nömrəli 2020-ci il 15 yanvar tarixli, EBAB 289660 nömrəli 2019-cu il 16 oktyabr tarixli, EBAB 290471 nömrəli 2019-cu il 16 oktyabr tarixli, EBAB 292134 nömrəli 2019-cu il 16 oktyabr tarixli, EBAB 294729 nömrəli 2019-cu il 16 oktyabr tarixli, EBAB 293082 nömrəli 2019-cu il 16 oktyabr tarixli, EAAX 356661 nömrəli 2019-cu il 19 iyul tarixli, EAAX 358875 nömrəli 2019-cu il 19 iyul tarixli, EAAX 362252 nömrəli 2019-c u il 19 iyul tarixli, EAAX 362989 nömrəli 2019-cu il 19 iyul tarixli, EAAX 367222 nömrəli 2019-cu il 19 iyul tarixli, EAAX 367298 nömrəli 2019-cu il 19 iyul tarixli, EAAU 328649 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 328197 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 325939 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 317805 nömrəli 2019-cu il 13 may tarixli, EAAQ 074113 nömrəli 2019-cu il 6 fevral tarixli, EAAQ 074963 nömrəli 2019-cu il 6 fevral tarixli, EAAQ 075474 nömrəli2019-cu il 6 fevral tarixli, EAAQ 075613 nömrəli 2019-cu il 6 fevral tarixli, EAAQ 078109 nömrəli 2019-cu 6 fevral tarixli, EAAQ 633941 nömrəli 2019-cu il 20 fevral tarixli, EAAQ 632970 nömrəli 2019-cu il 20 fevral tarixli, EAAQ 629244 nömrəli 2019-cu il 20 fevral tarixli, EAAU 302452 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 3 02619 nömrəli 2019cu il 13 may tarixli, EAAU 316661 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 317805 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 325939 nömrəli 2019-cu il 13 may tarixli, EAAU 328197 nömrəli 2019-cu il 13 may tarixli, EAAN 534876 nömrəli 2018-ci il 11 dekabr tarixli, EAAN 535633 nömrəli 2018-ci il 11 dekabr tarixli, EAAO 446986 nömrəli 2018-ci il 17 dekabr tarixli, EAAO 618596 nömrəli 2018-ci il 24 dekabr tarixli, EAAO 617748 nömrəli 2018-ci il 24 dekabr tarixli, EAAO 617547 nömrəli 2018-ci il 24 dekabr tarixli, EAAO 616884 nömrəli 2018-ci il 24 dekabr tarixli, EAAO 616295 nömrəli 2018-ci il 24 dekabr tarixli, EAAO 707528 nömrəli 2018-ci il 26 dekabr tarixli, EAAO 708375 nömrəli 2018-ci il 26 dekabr tarixli, EAAO 711472 nömrəli 2018-ci il 26 dekabr tarixli, elektron qaimələrdə id diaçı tərəfindən cavabdehə müxtəlif adda, qiymətdə və çeşiddə mallar təhvil verildiyi qeyd edilmişdir.
6. Cavabdehə ünvanlanmış 2021-ci il 04 may tarixli pretenziya məktubunda, iddiaçı cavabdehdən aralarında bağlanmış 2018-ci il 7 may tarixli HA 004/0518 saylı müqaviləyə əsasən yaranmış 161.180,26 manat borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 7. "xxxx" ASC-nin Azadlıq filialı tərəfindən verilmiş sənədlərə əsasən cavabdehin bank hesabından iddiaçının bank hesabına 2020-ci il 15 yanvar tarixdə 40.000 manat, 2020-ci il 25 avqust tarixdə 4.800 manat, 2019-cu il 21 fevral tarixdə 21.000 manat, 2019cu il 6 fevral tarixdə 27.000 manat məbləğində pul köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsi ndə icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “X2 Company” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 184.468,81 manat məbləğində əsas borc, 16.675,14 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 201.173,95 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
9. Daha sonra, iddiaçı 2021-ci il 27 avqust tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, cavabdehdən ƏDV daxil 184.468,81 manat məbləğində əsas borc və 2020-ci il 25 avqust tarixdən 2021-ci il 29 iyun tarixədək illik 8 faiz hesablanmaqla faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslan dırılmışdır ki, tərəflər arasında olan 2018-ci il 7 may tarixli, HA 004/0518 saylı müqaviləyə əsasən cavabdehə müxtəlif adlarda mallar satılmış, lakin bu günə qədər qalmış ƏDV daxil 184.468.81 manat ödənilməmişdir.
11. Tərəflərindən 2021-ci il 4 may tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkləri ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin məbləğdə pul ödənilməmiş, ödənilməli olan məbləğlə əlaqədar elektron qaimələr əlavələri ilə birlikdə cavabdehə göndərilmiş və qarşı tərəfdən tam olaraq təsdiq edilmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 448.1, 448.2, 439.3, 449.1, 449.2, 439.3cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust e-2-2(113)-3330/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 9/6361 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 2020-ci il 25 avqust tarixdən 2021-ci il 29 iyun tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz ümumilikdə 8.398,37 manat, həmin pul vəsaiti üzrə 2 faiz dərəcə ilə hesablanan faiz 2.640,23 manat təşkil edir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 oktyabr tarixli, 2-2(103)-3330/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 184.468,81 manat əsas borc və 11.038,60 manat faiz borcu, cəmi 195.507,41 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim –Ü.Həsənova ).
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2018-ci il 7 may tarixli HA 004/0518 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Məhkəmə bu qənaətini MM-in 385.1, 398.1, 399.1, 442, 56 7, 598.1, 598.2, 600.1, 600.4, 439.3, 445.1, 448.2, 439.3 maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli, 2-2(103)-161/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 oktyabr tarixli e-2-2(113)-3330/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Baxışova (sədrlik edən), R.Qurbanov, V.Məmmədov).
21. Apelyasiya instansiyası məhkəməsi be lə qənaətə gəlmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir. Məhkəmə tərəfindən işdəki sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək alınmış malların dəyəri olan 184.468,81 manat borcu (ƏDV daxil) iddiaçıya ödəməmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2021-ci il 28 sentyabr tarixli 9/6361 nömrəli ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış a lqı-satqı müqaviləsi üzrə 2020-ci il 25 avqust tarixdən 2021-ci il 29 iyun tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz ümumilikdə 8.398,37 manat, həmin pul vəsaiti üzrə 2 faiz dərəcə ilə hesablanan faiz 2.640,23 manat təşkil edir.
23. Cavabdehin, apellyasiya şikayətində məhkəmə tərəfindən təmin edilmiş borcun məbləği mübahisəlndirilmir. Belə ki, iş materiallarında alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi zamanı tərtib edilmiş təhvil-təslim aktları mövcud olmasa da cavabdeh 2020-ci il 24 noyabr tarixli üzləşmə aktını imzalamaqla malın iddiaçıdan təhvil alındığını və həmin tarixə ƏDV daxil 184.468,81 manat borcunun olmasını təsdiq etmiş, iddiaçının göndərdiyi elektron qaimələrə qanunla m üəyyən edilmiş müddət ərzində etiraz etməmiş, müqavilə üzrə qismən ödənişlər həyata keçirmişdir.
24. Cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.
25. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Mülki Məcəllənin (bundan sonra-“MM”) 445.1, 448.2, 439.3–cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. MPM-in 9.1, 9.2, 9.3, 81, 8 8, 97.1-ci maddələrinin tələbləri pozulmuşdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər (borc məbləğinin düzgün qeyd olunmadığı və s.) araşdırılmamışdır. Nəticədə, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.
28. Cavabdehin iddiaçıya 2018-ci il 7 may tarixli, HA 004/0518 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin edilməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır...” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İc ranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 3 mart tarixli 2-2(103)-161/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. İşə baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin (bax §27) dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində cavabdehin apelyasiya şikayətinin dəli llərinə hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehin malların təhvil alınmasını təsdiq edən sübutun olmaması ilə bağlı şikayətdə qeyd edilənlər əsassızdır. Belə ki, iş materiallarında alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi zamanı tərtib edilmiş təhvil-təslim aktları mövcud olmasa da, cavabdeh 24 noyabr 2020-ci il tarixli üzləşmə aktını imzalamaqla malın iddiaçıdan təhvil alındığını və həmin tarixə ƏDV daxil 184.468,81 manat borcunun olmasını təsdiq etmiş, iddiaçının göndərdiyi elektron qaimələrə qanunla müəyyən edilmiş müddət ərzində etiraz etməmiş, müqavilə üzrə qismən ödənişlər həyata keçirmişdir. İşin qeyd edilən halları belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış, üzləşmə aktı ilə təsdiq edilmiş borcun öd ənilməsi barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.
37. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il 28 sentyabr tarixli 9/6361 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 2020-ci il 25 avqust tarixdən 2021-ci il 29 iyun tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz ümumilikdə 8398,37 manat, həmin pul vəsaiti üzrə 2 faiz dərəcə ilə hesablanan faiz 2640,23 manat təşkil edir. Cavabdeh tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmədiyindən, kassasiya şikayətinin qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
38. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 mart tarixli 2-2(103)161/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ:
40. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 mart tarixli 22(103)-161/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.