Məhkəmə qərarları › İş №2-2(102)-485/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-485/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-485/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Cavabdeh1”nə və İsmayılova Zərnitac İsmayıl qızına qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər X3, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Cavabdeh1” və İsmayılo va Zərnitac İsmayıl qızına qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(106)-41/2023 saylı qətnaməsindən cavabdehlər “Cavabdeh1” və İsmayılova Zərnitac İsmayıl qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. LPO QSC İddiaçı ilə “Cavabdeh1” arasında bağlanmış 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə və illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 250.000 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifa də edilərək müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir.

2. LPO QSC İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsindən görünür ki, QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2013-cü il 3 may tarixində bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 ünvan 1 ünvanında mülkiyyətdə olan 0,0539 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqdan ibarət, 365.5 kv.m ümumi, 109.1 kv.m yaşayış, 256.4 kv.m yardımçı sahələrdən ibarət fərdi yaşayış evini və mülkiyyətində olan 0,0539 ha torpaq sahəsini kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir.

3. LPO QSC İddiaçı ilə Cavabd eh2 arasında 2013-cü il 3 may tarixində bağlanmış **********-1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kreditor LPO QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2013-cü il 3 may tarixində bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 Lənkəran şəhəri, Bakı-Astara magistralında mülkiyyətində olan 0,5573 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 girişli, 454.5 kv.m ümumi sahədən, 343.8 kv.m əsas sahədən və 110.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (su doldurma sexi) və mülkiyyətində olan 0,5573 ha torpaq sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2013-cü il 8 may tarixində verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, T.İsmayılov küçəsində olan 0,0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2013-cü il 10 may tarixində verilmiş RX seriyalı ******* saylı çıxarı şdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralında qeyri-yaşayış binası (su doldurma sexi) 2013cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə LPO QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə əlavə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.

6. LPO QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2014-cü il 11 iyun tarixində bağlanmış 171/06/29/14 saylı digər kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana avadanlığın və xammalın alınması məqsədilə və illik 6 faiz ödəmək şərti ilə 72 ay müddətinə 600.000 manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə edilərək müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtləri ni təşkil etmişdir. 7. 2018-ci il 13 dekabr tarixli arayışdan görünür ki, LPO QSC İddiaçı ilə “Cavabdeh1” arasında 2013-cü il 3 may tarixində bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 2018-ci il 10 dekabr tarixinə yerinə yetirilməmiş kredit öhdəliyi 232.119,57 manat əsas borc, 138.515,31 manat cərimə, müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 30.660,24 manat faiz borcu olmaqla, ümumilikdə 401.295,12 manat məbləğində təşkil etmişdir.

8. LPO QSC İddiaçı tərəfindən “Cavabdeh1”nə və Cavabdeh2 ünvanlanmış 2019-cu il 4 aprel tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Cavabdeh1”nin ümumilikdə 401.295,12 manat məbləğində borcunun yarandığı bildirilmiş, borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

9. LPO QSC İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 2019-cu il 17 aprel tarixli, **********077 saylı göndərilmiş və ünvan üzrə həmin tarixdə qeydiyyatdan keçmiş “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” bildirişin qeydə alınması barədə ərizədən görünür ki, 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan 0,0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin yüklü edilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur.

10. LPO QSC İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 2019-cu il 17 aprel tarixli, **********081 saylı göndərilmiş və ünvan üzrə həmin tarixdə qeydiyyatdan keçmiş “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” bildirişin qeydə alınması barədə ərizədən görünür ki, 2013-cü il 3 may tarixli, **********-1 saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı-Astara magistralında qeyri-yaşayış binasının (su doldurma sexi) yüklü edilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) “Cavabdeh1” və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Müəssisə” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə 2019-cu il 31 may tarixində Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 232.119,57 manat əsas borc, 138.515,31 manat cərimə, 30.660,24 manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 401.259,12 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsi (bundan sonra – “2013-cü il 3 may tarixli kredit müqaviləsi”) üzrə 232.119,57 manat əsas borc, 138.515,31 manat cərimə, 30.660,24 manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 401.259,12 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olmaqla iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasına (su doldurma sexi) yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 212.000 manat müəyyən edilməklə satılması, Lənkəran şəhəri, T.İsmayılov (hazırkı H.Əliyev) küçəsi, 0,0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 178.800 manat müəyyən edilməklə satılması, qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci 1 ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evinin boşadılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi və "xxxx" ərizə onunla əsaslandırılmışdır ki, Müəssisə ilə "xxxx" Kommersiya Bankı (bundan sonra - Bank) (“Lənkəran” filialı vasitəsi ilə) arasında 2013-cü il 3 may tarixində kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Bank tərəfindən cavabdehə illik 18 fai z ödənilməsi şərti ilə 36 ay müddətində 250.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Bakı Astara magistralında qeyri-yaşayış binası (su doldurma sexi) 2013-cü il 3 may tarixli, **********-1 saylı sonrakı ipoteka müqaviləsi əsasında və Lənkəran şəhəri, Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi, 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evi 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh hazırkı iş üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 232.119,57 manat məbləğində əsas borc, 138.515,31 manat məbləğində cərimə üzr ə borcu, 30.660,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 401.259,12 manat məbləğində borcu qalmışdır.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarının 2-ci bəndinə istinad olunmuşdur.

15. Lənkəran Rayon Məhkəməsinin 2019-cu il 26 avqust tarixli, 2(049)-1852/2019 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 2 020-ci il 7 fevral tarixli, 0166/20/AB və 0167/20/BS saylı rəylərinə və sonradan onlara verilmiş əlavələrə (3-cü cild 124-125-cı vərəqlər) əsasən, Cavabdeh2 mülkiyyətində olan: - Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 0,0539 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 365,5 kv.m ümumi, 109,1 kv.m yaşayış, 256,4 kv.m yardımçı sahədən ibarət 175 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 180.000 manat, - Lənkəran şəhəri, Bakı-Astara magistralında 0,05573 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 8 girişli, 454,5 kv.m ümumi, 343,8 kv.m əsas və 110,7 kv.m yardımçı sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar qiyməti 220.000 manat müəyyən edilmişdir.

16. Lənkəran Rayon Məhkəməsinin 2020-c i il 14 sentyabr tarixli, 2(049)-120/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir (hakim – Ə.Ələkbərov).

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 20 may tarixli, 2(106)-1346/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – M.Həsənov və İ.Əsədov).

18. Cavabdehin nümayəndəsi məhkəməyə 2021-ci il 10 avqust tarixli ərizə ilə müraciət edərək, iddia müddəti ötürüldüyündən iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

19. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 22 oktyabr tarixli, 2-2(121)1365/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (ha kim – E.Abdullayev).

20. Birinci instansiya məhkəməsi Cavabdeh2 nümayəndəsinin məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə 2021-ci il 10 avqust tarixli ərizəyə istinad edərək hesab etmişdir ki, iddiaçı, iddia tələbi üzrə iddia müddətini ötürdüyünə görə iddia rədd olunmalıdır. 21. 2013-cü il 3 may tarixində bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 2016-cı il 3 may tarixinədək qaytarılması şərti ilə illik 18 faiz hesablanmaqla 250.000 manat məbləğində, 2014-cü il 11 iyun tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 2020-ci il 11 iyun tarixinədək qaytarılması şərtilə illik 6,12 faiz hesablanmaqla 600.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən hazırki iş üzrə mübahisə predmeti olmayan 2014-cü il 11 iyun tarixli, 171/06/29/14 saylı kredit müqaviləsi (b undan sonra – “2014-cü il 11 iyun tarixli kredit müqaviləsi”) üzrə 2017-ci il 7 avqust tarixində 19.667 manat ödənişin edildiyi, lakin həmin ödənişin 16.786,39 manat hissəsinin 2013-cü il 3 may tarixli kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2017-ci il 7 avqust tarixində hazırki iş üzrə mübahisə predmeti olan 2013-cü il 3 may tarixli kredit müqaviləsinə silindiyini, cavabdehin götürdüyü 600.000 manat məbləğində kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun vaxtı-vaxtında realizə olunduğu, həmin kredit müqaviləsi üzrə heç bir gecikməsi olmadığı 2021-ci il 22 oktyabr tarixində keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinin etirafı ilə öz təsdiqini tapmışdır.

22. Əgər cavabdeh tərəfindən 2017-ci il 7 avqust tarixində ödənilmiş 19.667 manat ödənişin 16.786,39 mana t hissəsi 2013-cü il 3 may tarixli kredit müqaviləsinə silinsəydi, o zaman 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə gecikmələrin yaranması qaçınılmaz olacaqdır. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun olaraq aparıldığını və heç bir gecikmənin olmadığını bildirmişdir.

23. Müəssisə tərəfindən 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən, 2014-cü il 11 iyul tarixindən etibarən ödənişlər olunmuşdur. 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə edilmiş 2017-ci il 7 avqust tarixli ödənişin 2013-cü il 3 may tarixli kredit müqaviləsi qüvvədə olduğu müddət ərzində deyil, məhz həmin kredit müqaviləsinin müddəti bitdikdən sonra silinməsi, yaxud sonrak ı tarixlərdə 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlərin 2013-cü il 3 may tarixli kredit müqaviləsinə silinməməsi anlaşılan olmamışdır. Bu isə iddiaçının izahatının formal xarakterli dəlil olması qənaətinə gəlməyə əsas verərək iddianın təmin olunması üçün kifayət qədər əsaslı olmamışdır.

24. Müəssisənin hesabdan çıxarışından müəyyən olunur ki, Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas borc məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci il 7 avqust tarixində 16.786,19 manat ödəniş ******************** nömrəli hesab ilə mədaxil (debet) edilərək ******************** nömrəli hesab ilə “kreditin ödənilməsi üçün mədaxil” əməliyyatı aparılaraq hesabdan məxaric (kredit) edilmişdir. Bununla yanaşı, Müəssisənin 2021-ci i 7 avqust tarixində yalnız b ir ödəniş etməsi iddiaçının nümayəndəsinin 2021-ci il 22 oktyabr tarixində keçirilən məhkəmə iclasında etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda isə Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci il 7 avqust tarixində 16.786,39 manat Müəssisənin ******************** nömrəli digər hesabı ilə məxaric (kredit üçün xərc) edilməsi qeyd olunmuş, lakin sözügedən hesabdan çıxarış bank tərəfindən rəsmiləşdirilməmişdir.

25. Məhkəmə araşdırması zamanı Müəssisə tərəfindən 2017-ci il 7 avqust tarixində 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə deyil, 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə 19.667 manat ödənişin olunduğu müəyyən edilmişdir. Bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 2014-cü il 23 iyun tarixində 2,079,99 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda iddiaçı üçün iddia müddətinin axımı 2016-cı il 3 may tarixindən başlamışdır. İşin materiallarından isə görünür ki, iddia ərizəsi 2019-cu il 31 may tarixində məhkəməyə verilmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

26. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş üzrə iddia müddəti tətbiq olunaraq, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi də əsassız olmuşdur. Ödənilmiş 90 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 375.2, 376, 377.2, 399, 445.7, 449.1 və 449.2-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi X5 Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 2.7 və 8-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı 20 21-ci il 23 dekabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

29. Şirvan Apellyasiya Məhkəməsi 2022-ci il 23 fevral tarixli sorğu məktubu ilə "xxxx" MMC-yə müraciət edərək, "xxxx" MMC-nin 2020-ci il 7 fevral tarixli qiymətləndirmə hesabatlarına ipoteka predmetlərinin likvid qiymətlərinə dair əlavələrin verilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən 2022-ci il 24 fevral tarixli məktubla apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 2020-ci il 7 fevral tarixli hesabata 1 və 2 saylı Əlavələrdə Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 0,0539 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 365,5 kv.m ümumi, 10 9,1 kv.m yaşayış, 256,4 kv.m yardımçı sahədən ibarət 175 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 155.000 manat; Lənkəran şəhəri, Bakı-Astara magistralında 0,05573 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 8 girişli, 454,5 kv.m ümumi, 343,8 kv.m əsas və 110,7 kv.m yardımçı sahədən ibarət qeyri-yaşayış binasının likvid qiymətinin 180.000 manat məbləğində təşkil etdiyi göstərilmişdir.

30. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 16 mart tarixli, 2-2(106)-29/2022 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 27 may tarixli, 9/2479 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 2013-cü il 3 may tarixli kredit xətti müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh Müəssisənin Banka sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - 2016-cı il 3 may tarixinə (müqavilənin müddətinin bitdiyi tarixə): əsas borc üzrə 250.462,51 manat, faiz borcu üzrə 3.165,71 manat məbləğində, 2018-ci il 10 dekabr tarixinə (müqavilənin müddəti bitdikdən sonra 5 faizlə hesab lanmaqla): əsas borc üzrə 233.676,12 manat, faiz borcu üzrə 31.365,79 manat məbləğində müəyyən olunmuşdur. - LD ********** identifikasiya nömrəsi 2013-cü il 3 may tarixli kredit müqaviləsinin identifikasiya nömrəsidir, 2013-cü il 3 may tarixli və 2014-cü il 11 iyun tarixli kredit müqavilələri üzrə ödənişlər vahid hesablaşma hesabı (********************) üzərindən aparıldığı müəyyən edilir və 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci il 7 avqust tarixində 19.667 manat məbləğində olmuş, həmin ödənişin 2.880,61 manatının faiz borcundan, 16.786,39 manatının isə əsas borcundan silindiyi müəyyən olunmuşdur.

31. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(106)-29/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edil məmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – T.Heydərov və O.İsmayılov).

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc alan cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi öhdəliklərinin icrasından ibarət tələbi qanuni və əsaslı olmuşdur.

33. Bununla belə, kreditor müqavilə müddəti ərzində borcalan tərəfindən 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə ödəniş edilmədiyini görərək (təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, müqavilə müddətinin sonuna, yəni 2016-cı il 3 may tarixinə əsas borcun məbləği 250.462,51 manat təşkil etmişdir) 2017-ci il 7 avq ust tarixində borcalanın bankda olan hesabına etdiyi 19.667 manat məbləğində mədaxili, borcalanın əlavə sərəncamını almadan 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə mövcud borcun silinməsinə yönəltmiş, həmin ödənişin 2.880,61 manatını faiz borcundan, 16.786,39 manatını isə əsas borcdan silmişdir. Halbuki iş materiallarında (2-ci cild 377-ci vərəq) olan həmin ödəniş qəbzində 19.667 manat məbləğində vəsait X4 adlı şəxs tərəfindən X2 filialında olan 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üçün nəzərdə tutulan AZ85MOSZ******************** saylı hesabına mədaxil olmuşdur.

34. Halbuki tərəflərin imzaladığı və öhdəlik götürdüyü cari hesab müqaviləsində müştərilərin hüquqları bölməsində qeyd olunmuşdur ki, bank hesabına pul vəsaitinin qəbul edilməsinə və hesaba salınmasına, hesabdan mü vafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair banka sərəncam vermək, bank hesabı üzrə sərəncamverici şəxsləri təyin etmək və dəyişdirmək, bank hesabından pul vəsaitinin əsasız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını yazılı qaydada tələb etmək müştərinin, hazırkı işdə isə cavabdehin hüququ kimi müəyyən edilmişdir.

35. İddiaçının (kreditorun) nümayəndəsi borc alan Müəssisə ilə aralarında bağlanan 2013-cü il 3 may tarixli kredit müqaviləsinin 5.1.10-cu bəndinə istinad edərək borc alan tərəfindən müqavilə şərtləri pozması halında, müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silməyin kreditorun hüququ olduğunu bildirsə də, nəzərə almamışdır ki, kredit müqaviləsinin bütün şərtləri müqavilə müddəti ərzində qüvvədə olmuşdur. Hazırkı halda isə müqavilə müddətinin 2016-cı il 3 may tarixində bitməsinə rəğmən, 2017-ci il 7 avqust tarixində müqavilə üzrə edilməyən ödənişi qüvvədə olmayan müqavilə şərtinə əsasən gecikmədə olan borca aid etməkdə bankın səlahiyyəti olmamışdır.

36. Bundan başqa, cavabdeh tərəfindən hazırkı iş üzrə mübahisə predmeti olmayan 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə 2017-ci il 7 avqust tarixində 19.667 manat ödənişin edildiyi, lakin həmin ödənişin 16.786,39 manat hissəsinin 2013-cü il 3 may tarixli kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2017-ci il 7 avqust tarixində hazırkı iş üzrə mübahisə predmeti ola n 2013-cü il 3 may tarixli kredit müqaviləsinə silindiyi, Müəssisənin götürdüyü 600.000 manat məbləğində kredit müqaviləsi üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun vaxtı-vaxtında realizə olunduğu, həmin kredit müqaviləsi üzrə heç bir gecikməsinin olmadığı işdə olan sübutlarla da öz təsdiqini tapmışdır. Müəssisənin hesabdan çıxarışından müəyyən olunmuşdur ki, Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas borc məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci il 7 avqust tarixində 16.786,19 manat ödəniş ******************** nömrəli hesab ilə mədaxil (debet) edilərək ******************** nömrəli hesab ilə “kreditin ödənilməsi üçün mədaxil” əməliyyatı aparılaraq hesabdan məxaric (kredit) edilmişdir.

37. Bununla yanaşı, Müəssisənin 2017-ci il 7 avqust tarixində yalnız bir ödən iş etməsi iddiaçının nümayəndəsinin 2021-ci il 22 oktyabr tarixində birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışda isə Müəssisənin ******************** nömrəli hesabında “gecikdirilmiş əsas məbləğin silinməsi” əməliyyatı üçün 2017-ci 7 avqust tarixində 16.786,39 manat Müəssisənin ******************** nömrəli digər hesabı ilə məxaric (kredit üçün xərc) edilməsi qeyd olunmuş, lakin sözügedən hesabdan çıxarış bank tərəfindən rəsmiləşdirilməmişdir.

38. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq Müəssisə tərəfindən 2017-ci il 7 avqust tarixində 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə deyil, 2014-cü il 11 iy un tarixli kredit müqaviləsi üzrə 19.667 manat ödənişin olunduğu, lakin kreditor tərəfindən heç bir hüquqi əsas olmadan həmin borcun 2013-cü il 3 may tarixli kredit müqaviləsinə aid edildiyi müəyyən olunmuşdur. Bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 2014-cü il 23 iyun tarixində 2.079,99 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı 2016-cı ildən 3 may başlamışdır. İddiaçı mövcud iddia ərizəsini 2019-cu il 6 may tarixində rabitə orqanına təhvil verməklə (1-cild 140-cı vərəq ölkədaxili kuryer xidməti göstərən "xxxx" MMC-nin 187264 saylı göndərişi) məhkəməyə müraciət etmişdir.

39. Müəssisə tərəfindən 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə deyil, 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə 19.667 manat ödənişin edildiyi nəzərə alındığı halda belə, iddia müddəti ötmüşdür. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olmuşdur ki, mübahisə predmeti olan müqavilə üzrə kreditin qaytarılma müddəti 2016-ci il 3 may tarixində bitmişdir. Odur ki, sözügedən kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımı 2016-ci il 3 may tarixindən başlamış və 2019-cu il 3 may tarixində bitmişdir.

40. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 20 may 2(106)1346/2021 tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, hazırkı iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmiş və kommersiya işi 2021-ci il 5 iyul tarixində məhkə məyə daxil olmuşdur. Bu o mənaya gəlmişdir ki, iddia ərizəsi birinci instansiyası məhkəməsinə 2021-ci il 5 iyul tarixindən, yəni sözügedən qərardad qəbul edilməmişdən əvvəl daxil olmuşdur. Həmin fakta əsaslanan iddiaçı hesab etmişdir ki, onun iddia ərizəsinin məhkəməyə daxil olduğun gün iddia müddətinin axımı kəsilmişdir. Halbuki heç də bütün iddiaların verilməsi deyil, MM-in 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddianın verilməsi iddia müddətinin kəsilməsinə səbəb olur. Hazırkı halda isə ilkin iddia ərizəsi aidiyyəti üzrə düzgün verilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə qəbul olunmuş qətnamə ləğv edilmiş və aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş qaydada verilməmişdir.

41. İddiaçın ın iddia ərizəsi 2021-ci il 5 iyul tarixində, yəni iddia müddəti bitdikdən sonra məhkəməyə daxil olmuşdur. Kommersiya məhkəməsi iş üzrə nəticəyə gələrkən, mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almış və iş üzrə düzgün qiymətləndirmə aparmışdır. Belə ki, ilkin iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada verilmədiyindən, iddia müddəti MM-in 380.1-ci maddəsinin tələbinə görə kəsilməmişdir.

42. MPM-in 151.1-ci maddəsinin tələbləri də bunu təsdiq etmişdir. Həmin maddədə qeyd olunur ki, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət olunmaqla verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsi MPM-in tələblərinə riayət edilməməklə verildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə qəbul olunmuş qətnamə ləğv olunmuş, aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə g öndərilmiş və iş 2021-ci il 5 iyul tarixində Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olan iddia ərizəsi mahiyyət etibarı ilə MPM-in tələblərinə riayət edilməklə verilən iddia olmuşdur. Bu mənada, iddia ərizəsi MPM-in tələblərinə riayət olunmaqla verilməsinə dair qayda MMin 380.1-ci maddəsində nəzərdə tutulmuş “müəyyənləşdirilmiş qaydada iddianın verilməsi” anlayışına tamamilə uyğun olmuşdur. Odur ki, bu məsələ ilə bağlı məhkəmə kollegiyasının yekun mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürmüş, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Əsas borc tələbi üzrə iddia müddəti ötürüldüyündən iddia tələbləri faiz və cərimə borcu hissələrində də rədd olunmalıdır. Eyn i zamanda, iddia tələblərinin tutmanın ipoteka predmetinə yönəldilməsi və bundan irəli gələn digər tələblər hissəsində təmin olunması da mümkünsüzdür.

44. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, MM-in 6.2, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 385.1, 386.1, 399.3, 399.4, 425.1, 442, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi X5 Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın 2.7 və 8-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka h aqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 88, 115.0.1, 119.1, 151.1, 217.1, 217.4 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. İddiaçı həmin qətnamədən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verməklə həmin qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 may tarixli, 2-2(102)-303/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli, 2-2(106)-29 /2022 saylı qətnaməsi ləğv olunmuş, işin yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və A.Abbasov).

47. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası kassatorun daşınmaz əşyalarla bağlı tələblər üzrə iddia müddətinin 6 il olmasına, cavabdeh tərəfindən iddia müddəti ərzində 2017-ci il 7 avqust tarixində ödəniş edilməsinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilləri ilə razılaşmamış, lakin apellyasiya instansiya məhkəməsinin eyni məsələlərlə əlaqədar qənaətini qanuni və əsaslı hesab etdiyindən, prosessual qənaət prinsipi baxımından bu dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hazı rkı iş üzrə iddia müddətinin ötməsinə dair gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üçün iddia müddətinin axımı 2016-cı il 3 may tarixindən başlayaraq 2019-cu il 3 may tarixində bitmiş, iddia ərizəsi isə 2019-cu il 6 may tarixində rabitə orqanına təhvil verməklə məhkəməyə müraciət edilmişdir.

48. Müəssisənin direktoru Cavabdeh2 ƏSF-yə 2019-cu il 23 aprel tarixində daxil olmuş, üzərində həmin şəxsin imzası və Müəssisənin möhürü olan 2019-cu il 22 aprel tarixli, 022 saylı məktubun surətindən görünür ki, həmin məktubda Müəssisə Bankdan götürdüyü kreditin ödənilməyən 232.119,57 manat əsas, 138.515,31 manat cərimə borcu, 30.660 manat faiz borcu, ümumilikdə 401.295,12 manat borcu qaldığını, ticarət fəaliyyətini n həcminin aşağı düşməsi səbəbindən kreditin ödənilməsinin mümkün olmadığını bildirmiş, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

49. Göründüyü kimi, Müəssisə və onun rəhbəri olan Cavabdeh2 sözügedən məktubda öz borcunu etiraf etmiş və bu məktubun tarixi məhz mübahisə predmeti olan kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi dövrə təsadüf etmişdir. Lakin işə baxan məhkəmələr MPM-in 80, 81 və 88-ci maddələrinin tələblərini pozaraq həmin məktubun aidliyinə, mümkünlüyünə və mötəbərliyinə ümumiyyətlə hüquqi qiymət verməmiş, eləcə də MM-in 380.1-ci maddəsinin tələbləri baxımından bu məktubun iş üzrə iddia müddətinin axımının kəsilməsinə təsiri imkanlarını dəyərləndirməmişdirlər. Belə ki, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi MM-in 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Maddənin mənasına görə, iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkət iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir.

50. Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli son iclas protokolundan da görünür ki, həmin iclasda iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, 2013-cü il 3 may tarixli kredit müqaviləsinə əsasən 250.000 manat məbləğində kredit götürdüyünü, lakin maddi vəziyyəti ilə əlaqədar borcu vaxtında qayta ra bilmədiyini, maddi imkanı olan kimi borcu ödəyəcəyini bir daha bildirmiş, məhkəmədən qətnamə qəbul olunarkən cərimə borcunun azaldılmasını xahiş etmişdir.

51. Ümumiyyətlə, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qəbul olunanadək cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilməsi iş materiallarından görünmür. Cavabdeh2 son məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə verdiyini və iddia tələblərini bu səbəbdən qəbul etmədiyini yalnız Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmişdir. Eyni zamanda, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən məlum olur ki, Cavabdeh2 nümayəndəsi iddia müddətinin tətbiq barədə ərizə ilə məhkəməyə 2021-ci il 10 avqust tarixində, yəni Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılandan 11 ay sonra müraciət etmişdir.

52. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş aidiyyət qaydasında verilməmişdir. İddiaçının iddia ərizəsi 2021-ci il 5 iyul tarixində, yəni iddia müddəti bitdikdən sonra Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini də əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinə verilərkən MPM-də aidiyyət qaydalarının pozulmasına görə iddia ərizəsinin geri qaytarılmasına dair tələb mövcud deyildir. Həmin dövrdə aidiyyət məsələləri istisnasız qaydada kommersiya məhkəmələrinin və ümumi məhkəmələrin öz arasında həll olurdu.

53. Odur ki, MPM-in 3.1-ci maddəsinin tələbləri baxımdan hazırkı iş üzr ə məhkəmə mübahisəsi yaranan dövrdə iddia ərizəsinin istənilən məhkəmə tərəfindən icraata qəbul olunması iddianın lazımi qaydada verilməsi anlamına gəlirdi. Hazırkı halda isə hətta Lənkəran Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə də çıxarmış, həmin zamanadək aidiyyət qaydalarının pozulması barədə hər hansı vəsatətin və ya mülahizənin olması iş materiallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi MPM-in sübutların qiymətləndirilməsinə dair tələblərini pozaraq MPM-in 217.1-ci maddəsinə zidd olan əsassız qətnamə qəbul etmişdir.

54. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 380.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tari xli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarına, MPM-in 3.1, 80, 81, 88 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

55. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(106)-41/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin edilmiş, Bank və Müəssisə arasında bağlanmış 2013cü il 3 may tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən 232.119,57 manat məbləğdə əsas borc, 80.000 manat məbləğdə cərimə borcu, 30.660,24 manat məbləğdə kredit müqavil əsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 342.779,81 manat məbləğdə kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasına (su doldurma sexi) yönəldilməsi, ipoteka predmetləri olan Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nö mrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 178.800 manat və Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyriyaşayış binasının ilkin satış qiyməti 212.100 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetləri olan həmin qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə, qeyriyaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, həmin qeyriyaşayış binası və fərdi yaşayış evi boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – S.Mayılov və C.İmanov).

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizə si ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli və tam şəkildə aydınlaşdırmamış, iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd edərkən maddi hüquq normalarını səhv tətbiq edərək, qanunsuz qətnamə qəbul etməklə qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır.

57. Lənkəran Rayon Məhkəməsində işə baxılarkən tərtib edilmiş məhkəmə iclas protokolundan da görünür ki, iclasda iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etmiş, 2013-cü il 3 may tarixli kredit müqaviləsinə əsasən 250.000 manat məbləğində kredit götürmüş, maddi vəziyyəti ilə əlaqədar borcu vaxtında qaytara bilməmiş və maddi imkanı olan kimi borcu ödəyəcəyini bir daha bildirmişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qəbul olunanadək cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilməsi iş materiallarından görünmür. Hətta, o, hazırkı məhkəmə icraatı zamanı izahat verərkən göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsində işə baxılarkən ilk məhkəmə prosesində iştirak edərək iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş və həmin ərizənin bir nüsxəsi də apellyasiya şikayətinə əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsində bir məhkəmə iclasında iştirak etmiş, digər proseslərdə, eləcə də son məhkəmə iclasında iştirak etməmişdir.

58. Apellyasiya şikayətinə əlavə olunan iddia müddətinin tətbiqi barədə ərizə 2020-ci il 14 sentyabr tarixli ərizə olmuşdur ki, həmin tarixdə son məhkəmə prosesi keçirilmiş və Cavabdeh2 isə izahatında qəti olaraq həmin mə hkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Habelə, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq barədə ərizə ilə məhkəməyə 2021-ci il 10 avqust tarixində Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılandan 11 ay sonra müraciət etmişdir.

59. Cavabdeh2 tərəfindən 2019-cu il 23 aprel tarixində Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş, üzərində Cavabdeh2 imzası və Müəssisənin möhürü olan məktubdan görünür ki, Cavabdeh2 iddiaçıdan götürdüyü kreditin ödənilməyən 232.119,57 manat əsas, 138.515,31 manat cərimə borcu, 30.660 manat faiz borcu, ümumilikdə 401.295,12 manat borcu qaldığını, ticarət fəaliyyətinin həcminin aşağı düşməsi səbəbindən kreditin ödənilməsinin mümkün olmadığını bildirmiş, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi vaxtda həmin məktubla öz mövcud borcunu etiraf etmişdir.

60. Hazırkı iş üzrə tələbin irəli sürülməsindən əvvəl, iddia müddətinin sonuna az bir müddət qalmış kreditora borcun etirafını nəzərdə tutan məktub ünvanlanmaqla borcunu etirafını göstərən hərəkətlər edilmiş və nəticədə iddia müddətinin axımı kəsilmişdir. Bununla da iddia müddətinin ötürülməsi faktı baş tutmamışdır. Habelə, birinci instansiya məhkəməsi qismində Lənkəran Rayon Məhkəməsində işə baxılarkən cavabdehlər tərəfindən iddia müddətinin ötürülməsinə dair müraciətin mövcudluğu müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, Cavabdeh2 həmin məhk əmədə iştirak etmiş və borcu qismən qəbul etdiyini bildirmişdir.

61. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlmişdir ki, hazırkı iddianın təmin olunması üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir.

62. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilələr və qanunvericiliyin imperativ normaları üzrə hesab etmişdir ki, Bank və Müəssisə arasında bağlanmış 2013cü il 3 may tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən 232.119,57 manat məb ləğdə əsas borc, 138.515,31 manat məbləğdə cərimə borcu, 30.660,24 manat məbləğdə kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu məbləğdə kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbi əsaslı olmuşdur.

63. Məhkəmə kollegiyası dəbbə pulu məbləğinin müəyyən edilməsi zamanı nəzərə almışdır ki, iddia tələbində hesablanmış və tələb olunan cərimə məbləği MM-in tələblərinə uyğun olaraq öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi səbəbindən meydana gəlmişdir. Qanunvericiliyin imkan verdiyi hədd daxilində kreditorun əmlak və əsaslı mənafeləri nəzərə alınmaqla, həmin 138.515,31 manat məbləğin 80.000 manata qədər azaldılmasını kollegiya daha doğru hesab etmişdir. Cərimə məbləğinin həddi baxımından, eyni zamanda, kreditorun mənafeləri nəzərə alınarkən tərəflər arasında bağlanmış müqavilə üzrə kreditorun gələcəkdə əldə edə biləcəyi bütün gəlirlərindən məhrum olunmasına yönəlik hazırkı vaxta kimi cavabdeh tərəfindən edilmiş bütün hərəkət və ya hərəkətsizliklər də nəzərə alınmalıdır. Belə ki, cavabdeh tərəfindən borcun ödənilməsinin yubadılmasına xidmət edən və iş üzrə mötəbər sübutlarla açıq-aşkar təsdiqini tapan bütün addımlar özlüyündə kreditorun əmlak mənafeyinə ciddi təsir edən amillərdəndir.

64. İlkin satış qiyməti tərəflər arasında mübahisələndirmədiyi üçün həmin hissə üzrə hər hansı araşdırma aparılmasına məhkəmə zərurət görmür. Bel ə ki, tərəflərin mübahisələndirmədiyi halda, bu dispozitivlik prinsipinin pozulmasına gətirib çıxara bilər.

65. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.1.2, 21.1, 269.1, 317.1, 380, 385.1, 386.1, 425, 442, 448.1, 460.1, 462.1, 463.1, 467 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 33, 36.1 və 59-cu maddələrinə, “İn san hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə” 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarına, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarın ın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2009-cu il 13 iyul tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarına, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadının 10 və 11-ci bəndlərinə, MPM-in 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

67. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 7 iyun tarixində cavabdehlərə təqdim edilmişdir.

68. Müəssisə həmin qətnamədən 2023-cü il 11 iyul tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

69. Cavabdeh2 həmin qətnamədən 2023-cü il 15 iyul tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Müəssisənin kassasiya şikayətinin dəlilləri

70. MPM-in 97.1-ci maddəsinin tələbi pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında müəyyən olunanlara riayət edilməmişdir. Kassator apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeləri ilə razılaşmayaraq qeyd edir ki, Müəssisənin qanuni təmsilçisi Cavabdeh2 apellyasiya məkhəməsində məhkəmə tərkibində olan hakimin yönəldici sua llarına cavab verərkən, Lənkəran Rayon Məhkəməsinin bu işlə bağlı olan iclasında bir dəfə iştirak etdiyini bildirsə də əslində bunu sonradan məhkəmədə təlaşlandığı üçün belə demişdir.

71. Belə ki, iş materiallarında olan iş üzrə qəbul olunmuş qətnamədən çıxarışın götürülməsinə dair olan qəbzdən görünür ki, Cavabdeh2 sonuncu məhkəmə iclasında yəni 2020-ci il 14 sentyabr tarixində məhkəmə iclasında iştirak etmiş və həmin tarixdə də tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

72. Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolllegiyasının 2021-ci il 20 may tarixli qərardadı ilə tərəflər arasında olan münasibətlərdən irəli gələn mübahisə ko mmersiya icraatı qaydasında baxılmalı olduğuna görə Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qətnaməsi ləğv olunmuş və iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardad qanuni qüvvəyə minmiş və iddiaçı həmin qərardadı mübahisələndirməmişdir. Deməli o, həmin qərardadı qəbul etmişdir. Belə olan halda iş yenidən baxılmış və əvvəlki Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qətnaməsi ləğv olunmuş, iş yeni icraatda və yenidən mahiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmışdır. Həmin icraatda da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Müəssisənin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq barədə yenidən ərizə verilmişdir.

73. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübah isə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, Müəssisənin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə tam vaxtında və yerində verilmişdir. Bu da iddiaçının iddia tələbinə tətbiq olunmalı və bununla da iddia tələbi rədd olunmalıdır.

74. Bundan başqa, keçirilmiş məhkəmə iclaslarında da kassatorun qeyd etdiyi kimi, Müəssisənin qanuni təmsilçisi Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 fevral tarixli, 2-2(102)-79/2023 saylı qərarı ilə tanış olarkən, qərarda məhkəmənin istinad etdiyi məktubun qeyd olunduğun a rast gəlmişdir. Bundan sonra cavabdeh Şirvan Apellyasiya Məhkəməsində 2023-cü il 2 may tarixində iş materialları ilə tanış olarkən həmin məktubda olan imza və möhürün ona mənsub olmamasını aşkar etmiş, həmçinin qeyd olunan məktubun kserosürətinin iş materiallarına əlavə olunduğunu görmüşdür. Məhkəmə iclasında həmin məktubda göstərilən imza və möhürün həqiqiliyinin müəyyən olunması üçün cavabdeh tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi məhkəmədən xahiş olunsa da, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi də məhkəmə iclasında həmin məktubun əslinin məhkəməyə təqdim olunmamasını və bunun qısa müddətdə təmin olunmasının mümkün olmadığın bildirmişdir. Göründüyü kimi, məhkəmənin sübut kimi istinad etdiyi "məktub"un mötəbərliyi şübhə doğurur. Qanun isə həmin sübutun mötəbərliyinin yoxlanılmasını məhkəmənin vəzifəsi kimi müəyyən etsə də məhkəmə bunu etməmişdir. b) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri

75. MM-in 460.1, 462.1, 463.1 və 467-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan maddi hüquq normalarına istinad edərək məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsini qeyd etsə də nəticədə az miqdarda azaltmışdır. Belə ki, keçirilmiş məhkəmə proseslərində iddia müddətinin tətbiq olunaraq, iddiaçının iddia tələbinin rədd olunması da məhkəmənin hesab etdiyi borclunun icranı gecikdirilməsinin qiymətləndirilməsinə imkan verir.

76. MPM-in 9.3, 14.2 və 97.1-ci maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında müəyyən olunanlara riayət edilməmişdir. Məhkəmə öz qətnaməsində girov qoyulan və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini müəyyən edərkən, tərəflərin həmin hissədə mübahisə aparmadıqlarına istinad edərək, bir növ bunu rəhbər tutaraq qərəzli olaraq cavabdehin mülkiyyətində olmuş kifayət qədər dəyəri olan əmlakları daha aşağı qiymətə qiymətləndirmişdir. Məhkəmə keçiri lmiş iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini tez diqtə etməyə çalışmış, qeyd olunan halları araşdırmamış və cavabdehin mövqeyini öyrənməmişdir. 77. "xxxx" MMC-nin qiymətləndirmə rəyində əmlakların həmin dövrdə olan qiyməti məhkəmənin əmlaklar üçün müəyyən etdiyi qiymətdən yüksəkdir. Lakin ötən dövrlərdə baş vermiş inflyasiya və əmlak bazarında olan bahalaşma əsas götürüldükdə qeyd olunan əmlakların ilkin satış qiymət daha da artıq göstərilməlidir. Qeyd olunan pozuntu cavabdehin konstitusion hüquqlarında olan mülkiyyət hüququnun məhdudlaşdırılması və pozulması kimi qiymətləndirilməlidir.

78. Cavabdeh2 kassasiya şikayətinin digər dəlilləri Müəssisənin kassasiya şikayətinin && 70-74-də göstərilən dəlilləri ilə eynilik təşkil edir.

79. Bundan əlavə, kassator qeyd edir k i, məhkəmə öz qətnaməsinin qət etdi hissəsində, "ipoteka predmetləri olan həmin qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi boşaldılması" qeyd olunmuşdur. Kassator hesab edir ki, məhkəmənin bu qənaəti tam qanunsuzdur. Əgər qeyd olunan əmlaklar satılarsa, həmin əmlakları yeni əldə edən şəxslərin hüquqları yaranır. Cavabdehin həmin əmlaklardan çıxarılması hüququ da onlara məxsus olur. Həmçinin cavabdehin qeyd olunan əmlaklardan olan fərdi yaşayış sahəsinə istifadə hüququnun olması, yəni həmin fərdi yaşayış sahəsi ndə qeydiyyatda olması məhkəmənin diqqətindən yayınmışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

80. İddiaçı Müəssisənin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması, Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 16 may tarixli, 2-2(106)41/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

81. Kassasiya şikayətinin yuxarıda & 70-də qeyd olunan dəlili ilə bağlı iddiaçı qeyd edir ki, 2013-cü il 3 may tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tərtib olunan 2019cu il 19 aprel tarixli, **********104 nömrəli iddia ərizəsi 2019-cu il 26 aprel tarixində "xxxx" MMC ölkədaxili kuryer şirkətinə təqdim edilmiş, həmin iddia ərizəsi 2019-cu il 29 aprel tarixində Lənkəran Rayon Məhkəməsinə çatdırılmış, iş icraata götürülərək 2020-ci il 14 sentyabr tarixində iş üzrə yekun məhkəmə qərarı qəbul olunmuşdur. MM-in 375.2-ci maddəsində də konkret olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı qəbul olunanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki iş üzrə də Lənkəran Rayon Məhkəməsi tərəfindən 2020-ci il 14 sentyabr tarixində məhkəmə qərarı qəbul olunmuş və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə isə qətnamədən verilmiş apellyasiya şikayətinə qoşma edilərək göndərilmişdir.

82. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi mövqe ilə yanaşdıqda belə qənaətə gəlmək olar ki, əgər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunursa, apellyasiya instansiya məhk əməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul olunursa, birinci instansiya məhkəməsi zamanı iştirak etmiş cavabdeh tərəfindən apellyasiya instansiyasında məhkəmə prosesi zamanı iddia müddətinin tətbiq olunması barədə ərizə verilirsə bu zaman iddia tələbi iddia müddətinin tətbiq olunması əsası ilə təmin edilməməlidir. Lakin faktiki olaraq birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə etməli olduğu halda etməmişdirsə iddiaçının qanuni maraqları pozulmamalıdır. Hazırkı işdə də Şirvan Apellyasiya Məhkəməsinnin 2021-ci il 20 may tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qətnaməsi aidiyyət qaydaları pozulduğuna görə ləğv olunmuş və baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

83. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “cavabdeh tərəfindən kredit müqaviləsi üzrə güzəşt olunması ilə bağlı yazdığı ərizə işə apellyasiya instansiyası məhkəməsində ilk dəfə baxılarkən məhkəməyə təqdim olunmamış sonradan iş materiallarına əlavə olunmuş və həmin ərizənin əslinin məhkəməyə təqdim olunması ilə bağlı xahiş edilmiş, lakin bankın nümayəndəsi ərizənin əslinin məhkəməyə qısa müddətdə təqdim olunmasının mümkün olmadığını bildirmişdir”.

84. Cavabdeh tərəfindən verilən kassasiya şikayətindən görünür ki, yazılmış kassasiya şikayəti yalnız cavabdehin formal mülahizələrinə əsaslanır. Belə ki, Cavabdeh2 tərəfindən 2019-cu il 23 aprel tarixində iddiaçıya daxil olmuş və üzərində onun imzası və Müəssisənin möhürü olan məktubdan g örünür ki, Cavabdeh2 iddiaçıdan götürdüyü kreditin ödənilməyən 232.119,57 manat əsas, 138.515,31 manat cərimə borcu, 30.660 manat faiz borcu, ümumilikdə 401.295,12 manat borcu qaldığını, ticarət fəaliyyətinin həcminin aşağı düşməsi səbəbindən kreditin ödənilməsinin mümkün olmadığını bildirmiş, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Belə olan təqdirdə Cavabdeh2 kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi vaxtda həmin məktubla öz mövcud borcunu etiraf etmişdir.

85. Qeyd olunan məktub işə apellyasiya instansiyası məhkəməsində ilk dəfə baxılarkən məhkəməyə təqdim olunmuş, həmin prosesdə də Cavabdeh2 və onun vəkili iştirak etmişdir. Son məhkəmə iclasında bankın nümayəndəsi tərəfindən bildirilmişdir ki, həmin sənədin əsli məhkəmə tərəfindən iclas təxirə salındığı halda bankın arxiv şöbəsindən əldə olunaraq məhkəməyə təqdim edilə bilər.

86. Bundan başqa cavabdeh tərəfindən verilən kassasiya şikayətində bir sıra prosessual hüquq normalarının apellyasiya instansiyası tərəfindən pozulması qeyd olunmuşdur. Lakin qeyd olunan dəlillərin mahiyyətini formal xarakterli mülahizələr təşkil edir. İş materiallarında olan sübutlardan və qanunvericiliyin tələbindən aydın görünür ki, cavabdehin kassasiya şikayətində vurğuladığı məsələlər tamamilə əsassızdır. Belə ki, hazırki halda yuxarıda qeyd edilən edilən halların pozulmasını sübut edən hər hansı sübut mövcud deyil və belə bir sübut cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyasında işə baxılarkən təqdim edilməmişdir. d) Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazın dəlilləri

87. Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

88. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

89. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

90. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin m addi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

91. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;...” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəli yin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa m aneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının sax lanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pul unun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şək lində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 92. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə

33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33-cü və 35-ci maddələr ləğv edilmişdir.) Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanı n tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqv im günü keçdikdən sonra təqdim olunmuş sayılır. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 36.1-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.) “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzi ldə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan y etkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 59.4-cü maddədə “çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında” sözləri “və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində” sözləri ilə əvəz edilmişdir.) 93. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasınında aşağıdakılar müəyyən edilmişdir: “Maddə

6. Ədalətli məhkəmə hüququ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir....”

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında aşağıdakılar müəyyən edilmişdir: “... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçını intizmalandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötm üş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı....” 95. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarında aşağıdakılar müəyyən edilmişdir: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüq uqunun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir” 96. “L.İ.Binnətovanın şikayəti üzrə” 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında aşağıdakılar müəyyən edilmişdir: “Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir.... Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar ç ıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın.... Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” 97. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2009-cu il 13 iyul tarixli qərarında aşağıdakılar müəyyən edilmişdir: “Məhkəmə məsələnin zahiri mənzərəsini adl ayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.” 98. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarına, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarında aşağıdakılar müəyyən edilmişdir: “… mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif f ormada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər).”

99. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarında aşağıdakılar müəyyən edilmişdir: “Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.”

100. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadında aşağıdakılar müəyyən edilmişdir: “10. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

11. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində m ülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.”

101. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışı nın prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

102. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(106)-41/2023 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlərdən 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 10.000 manat məbləğində dəbbə pulu tutulmalı, iddia tələbi 70.000 manat dəbbə pulunun tutulması hissəsində də təmin edilməməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər “Cavabdeh1” və İsmayılova Zərnitac İsmayıl qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilməlidir.

103. Məhkəmə ko llegiyası Cavabdeh2 kassasiya şikayətinin məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu az miqdarda azaltması ilə bağlı dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, iddiaçı müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə, hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.

104. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən işin halları və kreditorun əmlak mənafeləri nəzərə alınmaqla, iddiaçı tərəfindən hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmış, lakin müəyyən edilmiş 232.119,57 manat əsas borca münasibətdə 80.000 manat dəbbə pulu son zamanlar formalaşmış məhkəmə təcrübəsinə və MM-in 467-ci maddəsinin müddəalarına uyğun olmamışdır.

105. Kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu baxımdan, son zamanlar formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq, 80.000 manat cavabdehlərdən tutulması qət edilmiş dəbbə pulu azaldılaraq 10.000 manat müəyyən edilməlidir.

106. Cavabdeh2 kassasiya şikayətini n digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmadığı qənaətinə gəlir.

107. Məhkəmə kollegiyası şikayətin ilkin satış qiyməti ilə bağlı dəlillərinə münasibətdə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ilkin satış qiymətinin mübahisələndirilmədiyi üçün həmin hissə üzrə hər hansı araşdırma aparılmasına zərurət görməmişdir. Belə ki, tərəflərin mübahisələndirmədiyi halda, bu dispozitivlik prinsipinin pozulmasına gətirib çıxara bilərdi. Cavabdeh isə aşağı instansiya məhkəməsində bunu mübahisələndirmək hüququ olduğu halda, belə hüququndan istifadə etməmişdir. Belə olan təqdirdə, qeyd edilən hal işə kassasiya instansiya məhkəməsinin baxış predmetini təşkil etmir. 10

8. Cavabdeh2 kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, ipoteka predmeti olan əmlaklar satılarsa, həmin əmlakları yeni əldə edən şəxslərin hüquqları yaranır və cavabdehin həmin əmlaklardan çıxarılması hüququ da onlara məxsus olur.

109. Məhkəmə kollegiyası sözügedən dəlil ilə əlaqədar ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2023-cü il 22 iyun tarixli, 02/2023 saylı qərardadında müəyyən olunanlara əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.

110. Göründüyü kimi, qərardad ilə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair iddia tələbləri üzrə işlərə baxarkən məhkəmələrə tövsiyyə edilmişdir ki, ipoteka müqaviləsinin bağlanma tarixi 2018-ci il 28 dekabr tarixinədək və sonrakı tarix olmaqla 2 dövr üzrə nəzərə alınaraq qərardadda göstərildiyi kimi mübahisə həll edilsin.

111. Hazırkı iş üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün iddia tələbindəki və apellyasiya instansiyası məhkəməsinin əsas götürdüyü ipoteka müqaviləsi 2018-ci ilin 28 dekabr tarixinədə k, 2013-cü il 3 may tarixində bağlanmışdır. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən haqlı olaraq həmin tələbi də təmin etmiş, əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan cavabdehin əmlakları ən geci bir ay ərzində tərk etmədikdə, məcburi qaydada çıxarılması qənaətinə gəlmişdir.

112. İddia müddəti ilə bağlı Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlillərin əsassız olduğu qənaətinə gəlir və apellyasiya instansiyası məhkəməsinin bu məsələdə gəldiyi nəticə ilə razılaşır. Kassasiya şikayətinin sözügedən dəlilləri mülahizə xarakterlidir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, Cavabdeh2 2019-cu il 23 aprel tarixində Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş məktubla iddiaçıdan g ötürdüyü, ümumilikdə 401.295,12 manat borcu qaldığını, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt olunmasına köməklik göstərilməsini xahiş etməklə, kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi vaxtda həmin məktubla öz mövcud borcunu etiraf etmişdir.

113. Kassasiya şikayətinin iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməməsinə, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərinin aydın göstərilməməsinə dair dəlilləri ilə bağlı qeyd edilməlidir ki, kassasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Belə ki, iş üzrə ekspertizanın təyin edilməsi qanunvericiliyə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmə qeyd olunan ekspertizanın təyin olunması ilə bağlı həmin hüquqdan ist ifadə olunmasına zərurət görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir.

114. Müəssisənin kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlillər Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Bu səbəbdən, məhkəmə kollegiyası həmin dəlillərə yuxarıda qiymət verdiyindən onların yenidən sadalanmasına lüzum görmür.

115. Beləliklə, işə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(106)41/2023 saylı qətnaməsi dəyişdirilməli, cavabdehlərdən 2013-cü il 3 may tarixli, 1xx/xx/2758/13 saylı kredit müqaviləsi 10.000 manat məbləğində dəbbə pulu tutulmalı, iddia tələbi 70.000 manat dəbbə pulunun tutulma sı hissəsində də təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər “Cavabdeh1” və İsmayılova Zərnitac İsmayıl qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilməlidir.

116. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər “Cavabdeh1” və İsmayılova Zərnitac İsmayıl qızının kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2- 2(106)-41/2023 nömrəli qətnaməsi qismən - dəbbə pulu hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehlərdən 10.000 (on min) manat məbləğində dəbbə pulu tutulsun. İddia tələbi 70.000 (yetmiş min) manat dəbbə pulunun tutulması hissəsi ndə də təmin edilməsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar