Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-485/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-512/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 2022-ci il 16 mart tarixli AMX-2055/22 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. İddiaçı istifadəsində olan “G-400” markalı 80111557 zavod nömrəli sayğac 2023cü il 3 mart tarixində elektron hissənin işləməməsi səbəbindən çıxarılmış, müvəqqəti olaraq həmin gün “G-400” markalı 32104163 nömrəli sayğac quraşdırılmışdır. 3. 2023-cü il 29 mart tarixində Cavabdeh X1 Departamentində çıxarılan sayğaca baxış keçirilmiş, korrektorun 2020-ci il 25 dekabr tarixindən söndüyü, bu səbəbdən arxivlərin pozulduğu, mexaniki hissədən keçən 223.129 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmiş, nəticədə batareyanın tələb olunduğu göstərilmiş, bu barədə “qeyri-əhali sayğacını n yoxlanılması haqqında” 2023-cü il 10 aprel tarixli SS-14-22/3-5-2155-3 nömrəli akt tərtib olunmuş, daha sonra həmin akt əsasında “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2023-cü il 31 may tarixində ******* nömrəli akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb olunmuşdur. 4. 2023-cü il 2 iyun tarixində uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilərək, 72.278 m3 itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 6-cı ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 18.069,50 manat borc daxil olunmuşdur.
5. Cavabdeh həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması üçün 2023-cü il 25 iyun tarixində yoxlama aktı tərtib edildikdən sonra müraciət etmişdir. Plandankənar (növbədənkənar) yoxlamanın təyin olunmasının üçün əsas kimi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin və sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsinə istinad olunmuşdur (2023-cü il 25 iyun tarixli KY231934643 nömrəli çıxarış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 5 dekabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 18.069,5 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istehsalat sahəsi qeyriyaşayış sahəsidir. İddiaçı ilə cavabdeh arasında 2022-ci il 13 mart tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı haqqın da müqaviləsi bağlanmışdır. Lakin həmin qeyri-yaşayış sahəsinin sayğacı mülkiyyətçi Qanuni nümayəndə adınadır. Qaz sərfiyyatı ilə bağlı elektron qaimələr isə müqavilə əsasında iddiaçıya təqdim edilmişdir. 2023-cü il 3 mart tarixində cavabdeh sözügedən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı çıxararaq, yerinə müvəqqəti sayğac quraşdırmışdır. Sayğac çıxarılarkən bütün plombları üzərində olmuş və sayğaca kənar müdaxilə olmamış, həmin sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 2023-cü il 16 aprel tarixində isə müvəqqəti sayğac çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra cavabdeh əsas olmadan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Qanuni nümayəndə barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2023-cü il 31 may tarixli ******* nömrəli akt tərt ib etmişdir. Sonradan isə həmin akt əsasında iddiaçıya təbii qazdan istifadəyə görə 18.069,5 manat əlavə pul hesablanmış, cavabdeh bu cür əsassız və qeyriqanuni hərəkətləri ilə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin hərəkətləri qeyriqanuni və əsassız olmuşdur.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, “G-400” markalı 80111557 nömrəli sayğac cavabdehə aid sahədə yerləşdirilməmişdir. Qeyd olunan sayğacda korrektorun sönməsi nəticəsində elektron göstərici işləmədiyindən qazın sərfiyyatı mexaniki göstəriciyə hər ay müvafiq əmsallar tətbiq edilməklə hesablanmışdır. Lakin laborator şəraitdə sayğacın elektron göstəricisi və əmsallar dəqiqliklə oxuna bildiyindən qeydə alınmamış sərfiyyat yenidən hesablanmış, bu zaman hər ay üçün hesablanmış sərfiyya t çıxılaraq yekun məbləğ əldə olunmuşdur. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı sənaye qaz qurğusu istifadəçisi olduğundan məhz onun vəsaiti hesabına qüsurlu sayğac yenisi ilə əvəz edilməlidir. Sayğacdakı qüsur barədə qaz paylayıcısı tərəfindən istehlakçının məlumatlandırılmasının qanunvericilikdə vahid forması nəzərdə tutulmasa da, iddiaçıya şifahi qaydada məlumat verilmişdir. Eyni zamanda, cavabdehin hər qüsurlu sayğacı müvəqqəti sayğacla əvəz etməyə maddi imkanı mövcud deyil. Digər tərəfdən, laboratoriyada müvafiq itkinin hesablanması yoxlama olmadığından vahid məlumat reyestrində qeydə alınmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 20 fevral tarixli e-2-2(113)-676/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Əhmədov a).
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən əksi iddia olunsa da, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 2023-cü il 3 mart tarixli ******* nömrəli aktın “çıxarılmasına səbəb” qrafasında növbəti yoxlama göstərilmiş, tərtib edilmiş qeyri-əhali sayğacının yoxlanılması haqqında 2023-cü il 10 aprel tarixli SS14-2-2/3-5-2155-3 nömrəli aktda sayğacın dövlət yoxlanılmasına gətirildiyi göstərilmişdir.
11. Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmu şdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar olunmuş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanunların və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq oluna bilməz.
12. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (b undan sonra - “Əsasnamə”) hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit olunmuşdur.
13. Qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla, sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.
14. Lakin hazı rkı iş üzrə yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə bu qərarın 5-ci bəndində göstərilən çıxarışda qeyd olunanları vurğulamış və bildirmişdir ki, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar olunmuş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim olunmalı, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır. Hazırkı halda isə sayğacın dövlət yoxlaması qaydasında yoxlanılması, müvafiq halın aşkar olunması akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu 2023-cü il 3 mart - 2023-cü i l 31 may tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamış, yalnız uçotu aparılmayan təbii qazın həcminin hesablanması üçün tələbnamənin daxil edilməsi ilə əlaqədar reyestrə məlumat işlənmişdir.
15. Digər tərəfdən, laboratoriya rəyindəki məlumatlardan görünür ki, iddiaçının istifadəsində olan “G-400” markalı 80111557 zavod nömrəli sayğacda batareyanın tükənməsi ilə bağlı korrektorun sönməsi və nəticədə elektron göstəricinin işləməsi halı mövcud olmuş, bu səbəbdən sayğac sərfiyyatı düzgün qeydə almamışdır. Sayğacda yaranmış bu nasazlığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halı olmuşdur. Belə ki, sayğac çıxarılarkən tərtib edilmiş 2023-cü il 3 mart tarixli ******* nömrəli aktda plombun vəziyyəti “yerindədir” qeyd olunmuş, labora tor müayinə nəticəsində tərtib edilmiş 2023-cü il 10 aprel tarixli SS-14-2-2/3-5-2155-3 nömrəli aktda da əks hal müəyyən olunmamışdır. Belə olan halda, qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşmüş, cavabdeh isə bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir.
16. Qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə qaydaları” ilə tənzimlənir. Qeyd edilən qanunda və qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. Hazırkı halda cavabdeh müxtəlif k orreksiya əmsalları tətbiq olunmaqla hesablama aparmışdır ki, belə hesablama qaydası istinad edilən qaydalarda və qanunda nəzərdə tutulmamışdır.
17. Qanunvericiliyin tələblərinə görə, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmədiyi hallarda qazın dəyərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması nəzərdə tutulmuş, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qadağan olunmuşdur. Hazırkı halda isə cavabdehin əməkdaşları sayğacın elektron hissəsinin işləmədiyi 2020-ci ilin 12-ci ayından 2023-cü ilin 2-ci ayınadək hər ay üçün müvafiq əmsallar tətbiq etməklə və mexaniki göstəriciyə əsaslanmaqla faktura tərtib etdiyi və həmin borc məbləğləri iddiaçı tərəfindən tam ödənildiyi halda, sonradan laborator m üayinə nəticəsində tətbiq edilən əmsallarda xətaların olmasının müəyyən edilməsi və yenidən sərfiyyatın hesablanması “qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb oluna bilməz” müddəası ilə ziddiyyət təşkil etmişdir. Qeyd olunan səbəblərdən, məhkəmə 2023-cü il 31 may tarixli akt əsasında hesablanan borc məbləğinin əsassız olması və hüquqi qüvvəsinin olmaması qənaətinə gəlmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 3.2 və 16.11-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1 və 3.5-2-ci maddələrinə, Əsasnamənin 1.4, 1.5, 4.3- 1, 4.4 və 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 5.2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-512/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik e dən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 18.069,5 manat borc 2023-cü il 31 may tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış, cavabdehin əməkdaşları tərəfindən iddiaçının su təchizatı sistemi yoxlanılaraq sayğacın düzgün işləmədiyi (korrektorunun söndüyü, minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı) müəyyən edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən həyata keçirilmiş və 2023-cü il 31 may tarixində ******* nömrəli aktla rəsmiləşdirilmiş yoxlama həmin dövrdə vahid məlumat reyestrində qeydə alınmadığından nəticələri etibarsız olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi bu qərarın 5-ci bəndində göstərilənlər i vurğulayaraq bildirmişdir ki, çıxarışdan cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması üçün 2023-cü il 25 iyun tarixində yoxlama aktı tərtib edildikdən sonra müraciət edildiyi müəyyən olunmuşdur. Sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədi ilə sayğacın yoxlanılması reyestrdə qeydə alınmalı idi.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 3.2 və 16.11-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1 və 3.5-2-ci maddələrinə, Əsasnamənin 1.4, 1.5, 4.3-1, 4.4 və 5.2-ci bəndlərinə, Qaydaların 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MPM-in 9.1-ci maddəsi üzrə - İddiaçıya məxsus qaz sayğacında yaranmış nasazlıqla bağlı qaz sayğacı çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlama zamanı qaz sayğacının minimal sərfiyyatda xətasının nоrmауа uyğun olmaması, kollektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 223.129 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmişdir. Yoxlama zamanı sayğaca müdaxilə halı müəyyən olunmamış, sayğacın texniki nasazlığı səbəbindən elektron hissəsinin qaz sərfini qeydə almaması müəyyə n edilmişdir. Qaz sayğacının elektron hissəsinin qeydə almadığı qaz sərfinin hesablanaraq qeydə alınması üçün 2023-cü il 25 iyun tarixində yoxlama “sahibkarlıq sahəsində араrılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmış və bu barədə KY231934643 nömrəli çıxarış verilmişdir. Yoxlamanın müddəti 2023-cü il 25-26 iyun tarixlərini əhatə etmiş və həmin müddətdə sayğacın elektron hissəsinin qeydə almadığı qaz sərfi hesablanaraq iddiaçının hesabına qeydə alınmışdır.
26. İddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının elektron hissəsinin qeydə almadığı qaz sərfinin hesablanaraq iddiaçının hesabına qeydə alınması üçün “sahibkarlıq sahəsində араrılаn yoxlamaların vahid məlumat reyestri”ndə növbədənkənar yoxlamanın keçirilməsi qeydə alınmışdır. Həmin reyestrdə sayğacın arxiv məl umatlarının oxunmasının yoxlama kimi qeydə alınması üçün hər hansı qeyd olmadığı üçün yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin və sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi qeyd olunmuşdur. Apellyasiya məhkəməsi qeyd olunanları nəzərə almadan şikayəti təmin etməmişdir.
27. MPM-in 88-ci maddəsi üzrə - “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Apellyasiya məhkəməsi qeyd olunanları nəzərə almamışdır. Bu cür hallar da istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmamaqla, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.
28. MPM-in 386-cı maddəsi üzrə - Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq olunmasında səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsi n, yaxud qətnaməni səhv təfsir etsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə
3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə
16. Plandankənar (növbədənkənar) yoxlama... 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim e dilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.” 33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Ümumi tələblər...
5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Az ərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”
34. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılma sı qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (2023-cü il 7 iyul tarixli 2201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Sahibk arlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilmişdir). 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsi ndə nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.... 4.4. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylay ıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazda n istifadə Qaydaları”nın 5.2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz)....”
36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləs inin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
38. Cavabdeh bildirir ki, iddiaçıya məxsus qaz sayğacında yaranmış nasazlıqla bağlı qaz sayğacı çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlama zamanı qaz sayğacının minimal sərfiyyatda xətasının nоrmауа uyğun olmam ası, kollektorun sönməsi nəticəsində arxivlərin pozulması, mexaniki hissədən keçən 223.129 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmişdir. Yoxlama zamanı sayğaca müdaxilə halı müəyyən olunmamış, sayğacın texniki nasazlığı səbəbindən elektron hissəsinin qaz sərfini qeydə almaması müəyyən edilmişdir. Qaz sayğacının elektron hissəsinin qeydə almadığı qaz sərfinin hesablanaraq qeydə alınması üçün 2023-cü il 25 iyun tarixində yoxlama “sahibkarlıq sahəsində араrılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmışdır. Yoxlamanın əhatə etdiyi 2023-cü il 25-26 iyun tarixlərində sayğacın elektron hissəsinin qeydə almadığı qaz sərfi hesablanaraq iddiaçının hesabına qeydə alınmışdır.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddia çı tərəfindən silinməsi tələb edilən 18.069,5 manat borc 2023-cü il 31 may tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmışdır.
40. Göründüyü kimi, yoxlamanın həyata keçirildiyi dövrdə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması, cavabdehin həyata keçirilmiş yoxlamanın reyestrdə qeydə alınması uçun 2023-cü il 25 iyun tarixində, yəni yoxlama aktı tərtib edildikdən sonra müraciət etməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarını təşkil edir.
41. Eyni zamanda, işə baxan məhkəmələr onu da müəyyən etmişlər ki, mübahisəli yoxlama yoxlamaların vahid məlumat reyestrində plandankənar (növbədənkənar) yoxlama kimi qeydə alınmışdır.
42. Belə olan təqdirdə məhkəmə kollegiyası sözügedən yoxlamanın nəticəsinin etiba rsız olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
43. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.11-ci maddəsinin (bax § 32) tələbi ondan ibarətdir ki, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
44. Kassator öz dəlillərində iddia edir ki, yoxlamaların vahid məlumat reyestrində sayğacın arxiv məlumatlarının oxunmasının yoxlama kimi qeydə alınması üçün hər hansı qeyd ol madığı üçün yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin və sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi qeyd olunmuşdur.
45. Halbuki əvvəla, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci bəndinin (bax § 33) məzmunundan aydın olur ki, yalnız sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarının müəyyən edilməsi ilə əlaqədar keçirilən yoxlamaların deyil, həmçinin qaz qurğularının müayinəsi və ona nəzarət ilə bağlı, ümumiyyətlə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı keç irilən bütün yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulmuş qaydada həyata kеçirilməsi nəzərdə tutulmuşdur. 46. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda isə hazırda mübahisə predmeti olan yoxlamanın, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmasına əsas verən hər hansı müddəa yer almamışdır.
47. Digər tərəfdən, cavabdehin MPM-in 77.1-ci maddəsinin (bax § 36) tələblərinə uyğun olaraq, sözügedən dəlilin əsaslılığını təsdiq edə biləcək hər hansı mötəbər sübutu işə baxan məhkəmələrə təqdim etməsi də iş materiallarından görünmür.
48. Məhkəmə kollegiyası mübahisəli yoxlamanın nəticəsinin etibarsızlığı ba rədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından (bax §§ 21-22), kassasiya şikayətinin mübahisəli qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin iddiaçının üzərinə düşməsinə dair dəlili üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 36) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. O dur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-512/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-512/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.