Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-485/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: gecikdirilmiş vaxt üçün illik 5% tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul” tələbinə dair komme rsiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-159/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti icraçı İddiaçı MMC olmaqla, 2015-ci il 14 iyul tarixində imzalanmış, k/54 saylı müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalınması məqsədilə “icraçı”nın 214.760,0 manat məbləğində tender təklifini qəbul etmişdir. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “sifarişçi”yə satınalınan mühəndis-texniki çə pərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. 2. 2015-ci il 14 iyul tarixində imzalanmış, k/54 saylı müqaviləyə 1 №-li əlavə kimi təsdiq edilmiş mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalması üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən bütün xərclər daxil olmaqla yekun məbləğ tərəflər arasında 214.760 manat məbləğində razılaşdırılmışdır. 3. 2015-ci il 14 iyul tarixində imzalanmış, k/54 saylı müqaviləyə 2 №-li əlavə kimi təsdiq edilmiş müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə əsasən mallar qrafikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında malgöndərənin hesabına köçürüləcəkdir. 4. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)1239/2018 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsum unun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 5. ********** saylı 2018-ci il 6 dekabr tarixli ödəniş tapşırığına əsasən 182.000 manat məbləğində ödəniş DSX tərəfindən İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. 6. ********** saylı 2018-ci il 6 dekabr tarixli ödəniş tapşırığına əsasən 32.760 manat məbləğində ödəniş X1 vasitəsilə DSX tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 34.898,50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 439.3-cü maddəsinin tələblərinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Belə olan halda, 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr (qətnamə üzrə tutulmuş pulun ödənildiyi vaxt) ayına qədər olan müddət - 39 ay dövrü üçün cavabdeh tərəfindən MMC-yə 34.898,50 manat məbləğində pul ödənilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 oktyabr tarixli, e-2-2(113)2782/2021 nömrəli qətnaməsi ilə iddia tə min edilməmişdir (hakim – A.Əliyeva).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən K/54 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.
11. Gəldiyi nəticəni məhkəmə MM-in 439.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məh kəməsindəki ilk icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-194/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında tender yolu ilə 2015-ci il 14 iyul tarixli k/54 nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 214.760 manat məbləğində mal satmışdır. 15. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)1239/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı 2015-ci il 17 sentyabr tarixdə müqavilə əsasında sifariş verilmiş malları cavabdehə qaimə əsasında təhvil vermiş, lakin cavabdeh malın dəyərini ödəməmişdir. Qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutulmuşdur.
16. Qətnamə ilə cavabdehdən tutulmalı olan 214.760 manat əsas borc 2018-ci il 6 dekabr tarixdə iddiaçının hesabına köçürülsə də, iddiaçının nümayəndəsi cərimə borcunun ödənilmədiyini bildirmişdir.
17. İddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-in 439.3cü maddəsinə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsidir.
18. Məhkəmə kollegiyası iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-in 439.3-cü maddəsinin mübahisə üzrə tətbiq edilməli olmadığını qeyd etmiş, lakin birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı nəticəsi ilə razılaşmayaraq MPM-nin 82.3, MM-nin 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1 və 465.2-ci maddələrinə istinadla göstərmişdir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Kreditorun xeyrinə borcludan müəyyən məbləğdə dəbbə pulu tutulması MM-nin 465.2-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərə görə faizlərin tutulmasını istisna etmir.
19. Tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbi MM-nin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. Belə ki, həmin norma kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verir.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 27 dekabr tarixli, 2-2(102)-1/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim K.Abiyeva, hakimlər B.Məmmədli və İ.Dadaşov).
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət büdcəsindən maliyyələşən cavabdehlə iddiaçı arasında öhdəlik münasibətləri “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir. Həmin müqavilənin ödəmələri tənzimləyən 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfində n tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi, iddia tələbinə sözügedən müqavilənin 12.1-ci bəndinin tələbi baxımından qiymət verməmiş, ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən edilməmiş, bununla da MPM-in 88 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə iddiaçının təhvil verdiyi malın dəyərinin vaxtında ödənilməməsi ilə bağlı olduğundan, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması müəyyən ləşdirilmədən, iddia tələbinə MM-in 445.7-ci maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilə bilməz.
24. Məhkəmə kollegiyası “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında” Təlimatın 2.5-ci bəndinə istinadla qeyd etmişdir ki, dövlət büdcəsindən vəsait ayrılmadan, büdcə təşkilatının aldığı malın, işin və ya xidmətin dəyərini ödəməsi istisna olunur. İş materiallarına isə sözügedən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübut əlavə edilməmiş, MM-in 445.7-ci maddəsinin dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 may tarixli, 2-2(103)-421/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat məbləğində illik 5 faizlə əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün 30 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat məbləğində pulun tutulması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim G.Axundova, hakimlər C.Musayeva və F.Babayev).
26. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 12.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən tenderin əsas şərtlə r toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş qaydada və məbləğdə İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müəyyən olunmuş məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) İcraçıya ödənilir. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Təkrar apellyasiya araşdırması zamanı ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması, o cümlədən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübutun olması barədə məlumatların məhkəməyə təqdim edilməli olması ilə bağlı cavabdehə sorğu göndərilmişdir.
27. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş 2024cü il 27 aprel tarixli 3-38-16/2-2945/2024 saylı məktubda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)-1239/2028 nömrəli qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında bağlanmış 2015-ci il 14 iyul tarixli, k/54 nömrəli müqavilə üzrə yaranmış 214.760 manat borc, gecikdirməy ə görə 5000 manat cərimə vəsaiti və dövlət rüsumu 2018-ci ilin dekabr ayında tam şəkildə ödənilmişdir. “Dövlət Satınalmaları haqqında” Qanunun 40.5-ci maddəsinə uyğun olaraq satınalmaya dair hesabatların saxlanma müddətinin 5 il olmasını və satınalınma prosedurunun 2015-ci il 14 iyul tarixdə həyata keçirildiyi nəzərə alınsa, cavabdehin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı və onun tətbiqinə dair qaydaların təsdiq edilməsi barədə Dövlət Sərhəd Xidmətinin rəisinin 2021-ci il 10 iyun tarixli 0130 nömrəli əmrini əsas tutaraq 2021-ci il 3 avqust tarixli Q/13/932m nömrəli məhvetmə aktı əsasında məhv edilmişdir. Məktuba əlavə edilmiş 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırığında cavabdeh tərəfindən iddiaçıya 182.000 manat ödəniş edilmiş, 2018-ci il 12 iyun tarixli ********** nömrəli ödəniş tapşırığında 32.760 manat, 2018-ci il 20 dekabr tarixli qəbzdə isə 5020 manat ödəniş edildiyi öz əksini tapmışdır.
28. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanmasının nəzərdə tutulmadığını vurğulayaraq iddia tələbinin MM-in 445.7-ci maddəsinə əsasən təmin edilməli olması nəticəsinə gəlmişdir.
29. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1, 465.2, MPM-in 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(102)-549/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi – E.Şamayev, hakimlər – Ə.Xıdırov və E.Vəliyeva).
32. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya məhkəməsinin əvvəlki göstərişlərini tam icra etməmiş, yalnız Dövlət Sərhəd Xidmətinə sorğu verərək 2024-cü il 27 aprel tarixli cavab məktubunu almaqla kifayətlənmişdir. Hal buki, kassasiya məhkəməsinin göstərişləri cavabdehin iddiaya etirazının dəlillərinin müvafiq maddi hüquq normalarına uyğun yoxlanılmasına yönəldilmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında öhdəlik münasibətləri “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir.
34. Tərəflər arasında bağlanmış müqavilənin 12.1-ci bəndində əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır.
35. Apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsinin müqavilən in 12.1-ci bəndinin tələbi baxımından hüquqi qiymət verməmiş, tenderin əsas şərtlər toplusunun nədən ibarət olmasını müəyyən etməmiş, cavabdehin və müvafiq olaraq müqavilə üzrə onun öhdəliklərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini nəzərə almamış və cavabdehin MM-in 445.7-ci maddəsinə əsasən maddi məsuliyyət daşıması nəticəsinə gəlmişdir.
36. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlay an və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
37. Hazırkı iş üzrə cavabdeh dövlət büdcəsindən maliyyələşən təşkilat olmaqla, ondan tutulacaq hər bir məbləğ son nəticədə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyinin maraqlarına toxuna biləcəyindən, apellyasiya məhkəməsi həmin Nazirliyin də işə cəlb olunmasını müzakirə etməli olduğu halda bunu etməmişdir.
38. Beləliklə, məhkəmə kollegi yasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-159/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
40. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 2015-ci il 14 iyul tarixli satınalma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sifari şçi Dövlət Sərhəd Xidməti iddiaçının 214.760 manatlıq tender təklifini qəbul etmiş, lakin təqdim olunmuş malların dəyəri ödənilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli qətnaməsi ilə cavabdehdən əsas borc və əlavə ödənişlərin tutulması qərara alınmış, qətnamə 2018-ci ilin dekabrında icra edilmişdir. İddiaçı isə Mülki Məcəllənin 439.3-cü maddəsinə istinad edərək 2015-ci ilin sentyabrından 2018-ci ilin dekabrınadək – 39 ay müddətinə 34.898,50 manat qanuni faizlərin ödənilməsini tələb etmişdir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istinad etdiyi 439.3-cü maddə yalnız qanun və ya müqavilə ilə nəzərdə tutulmuş, lakin faiz dərəcəsi müəyyən edilmədikdə tətbiq olunur. Bu maddədə nəzərdə tutulan faizlər öhdəliyin pozulmasına görə məsuliyyət tə dbiri deyil, pul vəsaitindən istifadəyə görə haqq kimi çıxış edir və mahiyyət etibarilə kreditdən istifadəyə görə faizlərlə eynilik təşkil edir. Lakin iş materialları göstərir ki, tərəflər arasındakı satınalma müqaviləsində borcun üzərinə faiz hesablanması barədə müddəa mövcud deyil və qanunvericilikdə də belə hal nəzərdə tutulmamışdır. Buna görə də işin halları Mülki Məcəllənin 439.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir.
42. Kollegiya əlavə olaraq vurğulamışdır ki, məhkəmə iddiaçının göstərdiyi hüquqi əsasla məhdudlaşmadığından, irəli sürülmüş tələbin Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından – yəni borclunun icranı gecikdirməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi məsələsi üzrə də qiymətləndirilməsi zəruridir.
43. Məhkəmə kollegiyası MM-in 445.5 və 445.7-ci madd ələrinin müqayisəli təhlilindən nəticəyə gəlmişdir ki, 445.7-ci maddədə nəzərdə tutulan faizlər yalnız pul öhdəliyinin vaxtında icra edilməməsi və borclunun bu gecikmədə təqsirli olması hallarında tətbiq oluna bilər. Buna görə də iddianın həlli üçün cavabdehin öhdəliyi gecikdiribgecikdirməməsi və təqsirli olub-olmaması müəyyən edilməlidir.
44. Kassasiya məhkəməsinin göstərişi ilə tərəflərdən tenderin əsas şərtlər toplusu təqdim olunmuş, həmin sənəddə ödəniş qaydası və müddətinin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə əsasən, mallar anbara təhvil verildikdən sonra qaimələr əsasında ödənilməlidir. Halbuki ödəniş mallar anbara təhvil verildikdən 3 il sonra edilmişdir.
45. Məhkəmə cavabdehdən dövlət büdcəsindən vəsaitin ayrılma vaxtına dair sənədlər təqdim etməsini tələb etmiş, cavabdeh isə “Dövlət Satınalmaları haqqında” Qanunun 40.5-ci maddəsini və DSX rəisinin 2021-ci il 10 iyun tarixli əmrinə əsaslanan 2021-ci il 3 avqust tarixli məhvetmə aktını təqdim etmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi tenderə aid sənədlərin məhv edildiyini təsdiq etmiş, Maliyyə Nazirliyi də izahatında büdcə təşkilatlarının maliyyələşdirilməsinin təsdiq olunmuş smetalar əsasında həyata keçirildiyini, kredit sərəncamçısı əvəzinə yönəltmə səlahiyyətinin olmadığını və müvafiq sənədlərin artıq mövcud olmadığını bildirmişdir.
46. Nəticədə, ödənişin dövlət büdcəsindən vəsaitin ayrılması vaxtı müəyyən edilməmiş, mübahisənin yarandığı dövrdə qüvvədə olan “Xəzinə uçotu haqqında Təlimat”ın 2.5-ci bəndinə əsasən, büdcə vəsaiti ayrılmadan ödənişin mümkün olmadığ ı təsbit edilmişdir. Beləliklə, cavabdehin müqavilə üzrə öhdəliyin gecikdirilməsində təqsiri sübuta yetirilmədiyindən, borc məbləğinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz hesablanması üçün hüquqi əsas yoxdur.
47. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni əvvəllər eyni öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulması tələbinə mahiyyəti üzrə baxılması və həmin tələbin qismən təmin edilməsi ilə əsaslandırmışdır. Kollegiya məhkəmənin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, MM-in 439.4-cü maddəsində nəzərdə tutulmuş qanuni faizlər, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş pul öhdəliyinin gecikdirilməsinə görə faizlər (əldən çıxmış fayda) və eləcə də MM-in 462-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulu fərqli hüquqi tə biətə malik məfhumlar olduğundan əvvəllər eyni öhdəliklərinin icrasının gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun tutulması tələbinə baxılması faktı özüözülüyündə hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
48. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 443.1, 445.2.1, 445.5, 445.7, 448.2-ci, MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
49. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. MM-in 442, 443.1, 443.2, 443.9, 443.10-cu maddələri üzrə - öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca yerinə yetirilməməsi (v axtında icra olunmaması, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya müqavilə şərtlərinin pozulması ilə icra) deməkdir. Öhdəliyini icra etməyən borclu kreditorun zərərini ödəməyə borcludur. Borclu həm özünün, həm də qanuni təmsilçisinin və icrada iştirak edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşıyır. Eyni zamanda, icra predmetini başqa şəxsdən ala bilməməsi də (müqavilədə başqa hal nəzərdə tutulmayıbsa) məsuliyyətdən azad etmir. Buna görə də öhdəliyin Dövlət Xəzinədarlığı tərəfindən icra edilməməsi və ya predmetin oradan alınmasının mümkün olmaması cavabdehi məsuliyyətdən azad etmir.
51. MM-in 448.1, 448.2, 448.4-cü maddələri üzrə - məcəllə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu risk dairəsinə daxil olan bütün hallara və öhdəliklərinin hər bir təqsirli p ozuntusuna görə cavabdehdir. Borclunu qabaqcadan qərəz və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən azad etmək olmaz. O, həm özünün, həm də təmsilçilərinin və icrada iştirak edən şəxslərin hərəkət və hərəkətsizliklərinə görə məsuliyyət daşıyır. Borclu yalnız pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən bunu nəzərə almağın və nəticəni aradan qaldırmağın mümkün olmadığını sübuta yetirdikdə məsuliyyətdən azad ola bilər. Bundan başqa, maneədən xəbərdar olduqda kreditoru dərhal məlumatlandırmalıdır, əks halda gecikmiş məlumat üzündən zərərə görə də cavabdehdir. Bu işdə isə borclu həmin halların heç birini sübuta yetirməmişdir.
52. MM-in 445.5, 445.6 və 445.7-ci maddələri üzrə - Apellyasiya məhkəməsi MM-in 445.5 və 445.7-ci maddələrinin müqayisəsinə əsaslanar aq, 445.7-ci maddədə nəzərdə tutulan faizlərin yalnız borclunun təqsiri olduqda tətbiq edilə biləcəyini göstərmiş və cavabdehin öhdəliyi gecikdirdiyini müəyyən etsə də, təqsirsiz olduğu qənaətinə gəlmişdir. Halbuki öhdəlik hüququnda təqsirlilik prezumpsiyası mövcuddur və cavabdeh təqsirsizliyini sübuta yetirə bilmədikcə, təqsirli hesab edilir. İddiaçı cavabdehin təqsirini sübut etmək öhdəliyi daşımır, sübut etmə yükü cavabdehin üzərindədir. Cavabdehin öhdəliyi gecikdirməsi mübahisəsiz hal kimi müəyyən edilmişdir (qətnamənin 43-cü bəndi). Buna baxmayaraq, cavabdeh təqsirsizliyini sübuta yetirmədiyi halda məhkəmənin onun xeyrinə nəticəyə gəlməsi əsassızdır. Bundan başqa, sənədlərin məhv edilməsinə görə riskin iddiaçının üzərinə qoyulması düzgün olmayıb, bu risk cavabdehin üzərindədir.
53. MP M-in 217, 218 və 220-ci maddələri üzrə - Qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin münasibətlərinə və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, apellyasiya məhkəməsi subyektiv mülahizələrə əsaslanmış, ziddiyyətli nəticələrə gəlmişdir. Belə ki, bir tərəfdən cavabdehin təqsirsizliyinə dair sübutların olmadığını göstərmiş, digər tərəfdən isə onun təqsirsiz olduğu qənaətinə gəlmişdir. Halbuki, məhkəmə yalnız təqdim olunmuş sübutlarla əsaslandırma aparmalı idi. Qətnamə nə maddi, nə də prosessual hüquq normalarına, həmçinin iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə borclunun icranı gecikdirdiyini təsdiqləsə də, cavabdehin təqsirsizliyini sübuta yetirən hallar mövcud olmadığı halda belə nəticəyə gəlmiş və faktiki halları yanlış qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
55. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamış, hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilm iş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
57. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...”... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”
58. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1 ci maddəsi). 60. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
62. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilmə si ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli, 2-2(103)-159/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.