Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-489/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 cavabdeh “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı x1 cavabdeh “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)-238/202 4 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Hökümətinin və X1 üzrə Beynəlxalq Fondun (İFAD) razılığı əsasında “Kənd yerlərinin Kompleks İnkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədi ilə ** ilə “X3” BOKT QSC arasında 2015-ci il 8 iyul tarixli əlavə kredit müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqavilənin: - 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir; - 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. BOKT öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçü n müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəkdir; - 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməlidir.
2. Müqaviləyə 2016-cı il 1 sentyabr tarixində aşağıdakı dəyişikliklər edilmişdir: - 2.01-ci bəndin Vİ alt bəndi - Subkreditlərin müddəti və məbləği: B OKT tərəfindən bu müqaviləyə uyğun olaraq hədəf benefisiarlara sub-kreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40.000 manatadək olacaqdır. - 10.01-ci bənd - bu müqavilə 5 il müddətinə bağlanılır və tərəflərin imzaladığı gündən qüvvəyə minir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı x1 (bundan sonra-“iddiaçı”) cavabdeh “X3” BOKT QSC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 2023-cü il 7 okt yabr tarixinə Müqavilə üzrə yaranmış 518.000 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 518.900 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2015-ci il 8 iyul tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 31 may tarixinə Müqavilə üzrə 530.000 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödən işlər yerinə yetirilməmişdir.
5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, pullar benefisiarlara daxil olan vəsaitlər hesabına qaytarılmalıdır. Cavabdeh bu borc üzrə məsuliyyət daşımır. Həmin məbləğ cavabdehə borc olaraq verilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli 2-2(113)-4377/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim – Z.Pirverdiyev).
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.
8. Belə ki, iddiaçı tərəfindən fermerlərə verilməli kreditlər cavabdehin hesabına köçürülmüş, lakin borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 739.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasi ya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 2-2(103)-238/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Sadıqov və V.Baxışova).
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-nin 739.1-ci maddəsi təşkil edir və hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Çünki işin mübahisəsiz hallarına görə tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il t arixli əlavə kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə “Kənd yerlərinin Kompleks İnkişafı” layihəsi fondunda cəmləşən vəsait hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədi ilə 655.231 manat vəsait ayrılmış, həmin vəsait hesabına cavabdeh tərəfindən ailə fermer təsərrüfatlarına subkreditlər verilmiş, bu vəsaitin 137.231 manatı qaytarılmış və 518.000 manat qalıq borc qalmışdır.
13. Cavabdeh borcun məbləğini mübahisələndirmir, iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, bu vəsait “Kənd yerlərinin Kompleks İnkişafı” layihəsi üzrə ailə fermer təsərrüfatlarına təminatsız olaraq verildiyindən və iddiaçının tələb etdiyi vəsait fermer təsərrüfatları tərəfindən cavabdehə qaytarılmadığından cavabdehin hazırda bu vəsaiti iddiaç ıya ödəmək öhdəliyi yaranmadığı üçün iddia rədd edilməlidir.
14. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə istifadə məqsədi kredit verən tərəfindən müəyyən edilməklə və müəyyən müddətdən sonra qaytarılması şərti ilə faizlə pul vəsaiti verilmiş, cavabdeh həmin vəsait hesabına subkreditlər verərək gəlir əldə etmişdir. Müqavilənin 10.1-ci bəndində müqavilənin müddəti 5 il müəyyən edilmiş və 4.0.1-ci bənddə qeyd edilmişdir ki, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir. Müqavilədə cavabdehin əsas kredit borcunu hansı tarixdə qaytarmalı olduğu konkret qeyd edilməsə də, müqavilənin şərtləri bir-biri ilə əlaqəli şəkildə təfsi r edilərək müqavilə müddətinin 5 il müəyyən edildiyi, müqavilənin 4.0.1-ci bəndində “əsas borcun geri qaytarılma müddətinin sonu”na kimi faizlərin ödənilməli olduğunun nəzərə alındığı halda müəyyən olunur ki, verilmiş əsas kredit vəsaitinin qaytarılması cavabdeh tərəfindən müqavilə müddətinin sonunda icra edilməli idi. Eyni zamanda, müqavilədə əsas borcun subkreditlər qaytarıldıqdan sonra iddiaçıya qaytarılmalı olduğuna dair şərt nəzərdə tutulmamışdır.
15. Həmçinin işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında 16 iyul 2021-ci il tarixdə imzalanmış “Anlaşma memorandum”u təqdim edilmiş, həmin memorandumda da cavabdehi kreditin qaytarılması ilə bağlı öhdəliyin icrasından azad edəcək hər hansı şərt nəzərdə tutulmamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, müqavilədə bu vəsait hesabına subkreditlər verilməli olan şəxslərin dairəsinin əvvəlcədən müəyyən edilməsi (ailə fermer təsərrüfatları) və subkreditlərin təminatsız verilməsi də cavabdehi öhdəliyin icrasından azad etmir. Çünki cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən müqavilə müddətinin sonunadək sub-kreditlərin qaytarılmama riski olduğunu əvvəlcədən gördüyü və ya görməli olduğu halda müqaviləyə qaytarılmamış sub-kreditlərə görə onu məsuliyyətdən azad edən şərtin əlavə edilməsini tələb etməmişdir. MM-nin 448.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də, MM-nin 739.1-ci maddəsinə əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra edərək qalıq kredit vəsaitini iddiaçıya qaytarmağa borcludur.
17. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
18. Cavabdeh tərəfindən verilmş kassasiya şikayətində həmin qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-nin 405.1, 425.1, 425.2, 427.3, 442, 445,1, 448.1. və 739-cu maddələri üzr ə əlavə kredit müqaviləsi “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin Revolver fondunda cəmləşən vəsaitlər hesabına ailə fermer təsərrüfatlarına subkreditlərin verilməsi məqsədilə bağlanmışdır. Bu layihə pilot layihəsi, yəni sınaq xarakterli olduğuna görə, müqavilənin bütün şərtləri də layihənin məqsədinə uyğun olaraq hazırlanmış və subkreditlər də iddiaçının diktə etdiyi şərtlərə uyğun olaraq cavabdeh tərəfindən benefisiarlara verilmişdir. Cavabdehin əsas funksiyası həmin kreditləri müvafiq tranşlarla benefisiarlara vermək olmuşdur. Müqavilədən göründüyü kimi, cavabdeh tərəfindən subkreditlərin hansı ərazidə verilməsi, məqsədi, faiz dərəcəsi, faizlərin hesablanması qaydası, geri qaytarılması (geri ödəmə), subkreditlərin müddəti və məbləği iddiaçının məhz özü tərəfindən müəyyənləşdiril mişdir.
20. Əlavə kredit müqaviləsinin 2-ci bəndinin V alt bəndi müqavilənin mühüm şərti olmaqla, kreditin geri ödənilməsi, yəni kredit və faizlərin BOKT tərəfindən hansı qaydada geri qaytarılması barədədir. Müqavilənin sözügedən bəndinə uyğun olaraq BOKT-un əsas vəzifəsi benefisiarlar (borclular) tərəfindən ödənilən əsas və faiz borclarını müqaviləyə uyğun olaraq dövlət büdcəsi və “Revolver Fond”un hesabına köçürülməsini təmin etməkdir.
21. Cavabdeh müqavilə üzrə öhdəsinə düşən həmin öhdəliyi yerinə yetirmiş, benefisiarlar tərəfindən qaytarılan borcları vaxtında müqavilə üzrə göstərilən hesablara köçürmüşdür. Verilmiş kreditlərin qaytarılmaması halları müəyyən edildiyi vaxtdan cavabdeh üzərinə düşən bütün öhdəlikləri yerinə yetirərək, borclulara verilmiş kreditlərin qaytarılması istiqamət ində özündən asılı olan bütün hüquqi tədbirləri görmüşdür. Kredit müqaviləsinin bəndlərində benefisiarlar tərəfindən kreditin qaytarılmadığı təqdirdə, həmin vəsaitlərin cavabdehin öz vəsaiti hesabına geri qaytarılacağı barədə qeyd mövcud deyil.
22. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun hərəkətlər edilmiş, qaytarılmayan borclarla bağlı cavabdeh öz üzərinə düşən vəzifələri yerinə yetirmiş, bununla bağlı sübutlar, o cümlədən məhkəmə qərarları məhkəməyə təqdim olunmuşdur.
23. Kredit müqavilələri bağlandığı ilk vaxtlarda borclular müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan onlar bu öhdəliklərini yerinə yetirmək iqtidarında olmamışlar. Cavabdehin əməkdaşları dəfələrlə müştərilərin yaşadığı ünvanlarda yaranmış problemlərin həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparmaqla monitorinqlər keçirmişlər. Borclularla kredit borclarının qalan hissəsinin qaytarılması üçün görülmüş tədbirlər çərçivəsində danışıqlar aparılmış, bildirişlər göndərilmiş, lakin borclular pilot layihəsini təşkil etmiş müvafiq orqanların yarıtmaz fəaliyyəti, əməkdaşlarının iş bilməməsi səbəbindən özlərini aldanmış hesab edərək, həm pilot layihənin uğursuz olması səbəbilə, həm də maddi imkansızlıqlarını əsas gətirməklə kredit borclarının qaytarılmasına imkanlarının olmadığını bildirmişlər.
24. Yaranmış problemin həlli üçün bir neçə dəfə iddiaçıya, Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verilmiş, məsələnin həll olunmasına dair təkliflərin müzakirə olunduğu bildirilsə də, məsələnin həlli yolu ilə bağlı konkret təklif verilməmişdir. Halbuki, əlavə kredit müq aviləsinin 3.01-ci bəndinin tələbinə görə iddiaçı iş planı və büdcəyə uyğun olaraq cavabdehə maliyyə və texniki yardım dəstəyi göstərməli olduğu halda, bu vəzifəni yerinə yetirməmişdir. Müqavilənin yerinə yetirilməsində bütün məsuliyyətin birtərəfli olaraq cavabdehin üzərinə qoyulması yolverilməzdir.
25. İkitərəfli müqavilənin şərtlərindən biri kimi borclu şəxslərdən hər hansı bir girov və zaminliklə bağlı təminatın alınmamasına dair müddəaların mövcud olması kreditlərin qaytarılmamasına zəmin yaratmışdır. Bu nöqteyi-nəzərdən kreditlərin vaxtında qaytarılmamasında cavabdehin təqsirli hərəkətləri mövcud deyildir. Bundan başqa, əlavə kredit müqaviləsində subkredit müqavilələrinin cavabdehin təqsiri olmadan icra olunmadığı halda cavabdehin məsuliyyət daşıyacağı nəzərdə tutulmamışdır.
26. Məhz tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin düzgün təfsir edilməməsi, iddiaçının mənafeyinə uyğun olaraq təfsir olunması nəticədə düzgün olmayan və cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. Maddi hüquq normaları hazırkı mübahisəyə birtərəfli qaydada tətbiq edildiyindən və bu normaların kommersiya mübahisəsində iddiaçının mənafeyinə uyğun təfsir olunması həmin qətnamənin kassasiya qaydasında ləğvini şərtləndirir.
27. MPM-nin 8.2, 9.1, 88, 372.1, 372.6, 372,7, 385.1.1, 385.1.2 və 386-ci maddələri üzrə-apellyasiya məhkəməsi işin materiallarında olan sübutları tam və hərtərəfli araşdırmamış, işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İş üzrə MPM-in 386-cı maddəsinin də tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək bildirmişdir ki, 2015-ci il 8 iyul tarixli Əlavə kredit müqaviləsinin 2.01-ci bəndinin v yarımbəndində göstərilən “BOKT benefisiarlar tərəfindən ödənilən faiz məbləğlərini rübdə bir dəfə dövlət büdcəsinə, əsas borc üzrə ödənişləri isə növbəti ayın ilk 5 iş günü ərzində KTKDA tərəfindən açılan “Revolver Fond" hesabına köçürməlidir" ifadəsi cavabdehə benefisiarlar tərəfindən ödənilən vəsaitlə rin hansı müddətdə və hansı formada KTKDA-yə ödənilməsi ilə bağlı cavabdehin öhdəliklərinə dair məsələləri tənzimləyir. Bununla yanaşı benefisiarlar tərəfindən ödəniş olmadığı halda cavabdehin məsuliyyətdən azad olunması müəyyən edilməmişdir.
29. Əlavə kredit müqaviləsinin 6.01-ci bəndinə əsasən, cavabdeh kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. Beləliklə, krediti vermə səlahiyyətlərinə malik olduğu üçün subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına borcun ödənilməsinə nəzarət etmək vəzifəsi cavabdehə məxsusdur. Həmçinin, müqavilədə benefisiarlar tərəfindən öhdəliklər icra olunmadığı halda cavabdehin öhdəlikdən azad olunmasına dair hər hansı müddəa da mövcud deyildir. Eyni zamanda, müqavilənin kredit müqavilə si olması, o cümlədən ödənişlərin, faizlərin və müddətin müqavilədə əks olunmasına əsasən, habelə qanunvericiliklə də kredit münasibətlərinin mahiyyətinə istinad etsək, cavabdeh ödənişlərlə bağlı birbaşa məsuliyyət daşıyır. Belə ki, MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin kassasiya şikayətinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Kassasiya baxışının hədləri
30. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, k onsensual müqavilə olmasını göstərir....”
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı müha kimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qərarın 12-16-ci bəndləri) və hesab edir ki, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217- ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
38. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 aprel tarixli 22(103)-238/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.