Məhkəmə qərarları › İş №2-2(102)-49/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-49/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-49/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı BOKT "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ”X1 və Emal Birliyi” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2-2(103)-37/2022 saylı 2022ci il 27 sentyabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC (bundan sonra mətndə-“iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh MMC-yə (bundan sonra mətndə-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “X2 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsinin və ona edilmiş 30 aprel 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən kreditdən istifadə müddətinin başa çatma tarixinədək 30 aprel 2018-ci il tarixindən 01 sentyabr 2019-cu il tarixinə kimi 54.429,50 manat əsas borcun, 3.810,12 manat faiz borcunun və 13.780,98 manat dəbbə pulu borcunun, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi 54.429,50 manat əsas borca hesablanmış 5.080,08 manat faiz borcunun və 22.352,38 manat dəbbə pulu borcunun, cəmi 99.453,06 manat borcun, iddiaçı ilə “X3 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-003 saylı kredit müqaviləsinin və ona edilmiş 30 iyul 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən kreditdən istifadə müddətinin başa çatma tarixinədək 30 iyul 2018-ci il tarixindən 01 sentyabr 2019-cu il tarixinə kimi 72.238,17 manat əsas borcun, 5.674,56 manat faiz borcunun, 13.002,84 manat dəbbə pulu borcunun, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 sen tyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi 72.238,17 manat əsas borca hesablanmış 6.742,22 manat faiz borcunun və 36.408,82 manat dəbbə pulu borcunun, cəmi 127.324,19 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 226.777,25 manat kredit borcunun, 210 manat vəkilin hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 may tarixli, e-2-2(113)-118/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə “X2 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsinin və ona edilmiş 30 aprel 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən 49.292,91 manat əsas borc, 3.297,15 m anat faiz borcu, 4.000 manat dəbbə pulu borcu, kreditdən istifadə müddətinin başa çatma 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi əsas borca hesablanmış 4.051,47 manat faiz borcu, iddiaçı ilə “X3 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-003 saylı kredit müqaviləsinin və ona edilmiş 30 iyul 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən 68.834,04 manat əsas borc, 4.604,23 manat faiz borcu, 6.000 manat dəbbə pulu borcu, kreditdən istifadə müddətinin başa çatma 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi əsas borca hesablanmış 4.761,80 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 134 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 19,16 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 10,84 manat məbləğinin isə iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 127,74 manat məbləğinin cavabdehdən, qalan 72,26 manat məbləğinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Pirverdiyev) İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 sentyabr tarixli 2-2(103)-37/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş a pellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 may tarixli e-2-2(113)-118/2021 saylı qətnaməsinin qismən, yəni 10 yanvar 2017-ci il tarixli K002/2017 saylı kredit müqaviləsi üzrə əsas borca aid hissədə ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə faiz borcu və 10 yanvar 2017-ci il tarixli K-003/2017 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və illik 5 %-lə hesablanmış faiz borcuna aid hissədə isə dəyişdirilməsi, 10 yanvar 2017-ci il tarixli K-002/2017 saylı kredit müqaviləsi üzrə əsas borcun 54.429,50 manat, faiz borcunun 3.654,28 manat, 10 yanvar 2017-ci il tarixli K003/2017 saylı kredit müqaviləsi üzrə əsas borcun 72.232,37 manat, faiz borcunun 4.831,54 manat və illik 5 %-lə hesablanmış faiz borcunun 4.815,49 manat məbləğində müəyyən edilm əsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 450 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Raqib Qurbanov, hakimlər Vüsalə Baxışova və Vidadi Məmmədov). Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022- ci il 27 sentyabr tarixli 22(103)-37/2022 saylı qətnaməsininin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab vermə mişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 10.000 (on min) manatdan az olduğu təqdirdə, apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırk i halda, işin materiallarından göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən yoxlanılmış və müvafiq kredit müqavilələri üzrə cavabdehdən iddiaçının xeyrinə əlavə olaraq 9.173,05 manat pul məbləğinin tutulması qət edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinə əsasən iddiaçının xeyrinə cavabdehdən tutulan məbləğlə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan məbləğ arasındakı fərq 9.173,05 manat təşkil edir ( 10 yanvar 2017ci il tarixli, k-002 saylı müqavilə üzrə əsas borc 54429,5-49292,91=5136,59 manat, faiz borcu 3654,28-3297,15=357,13 manat, 10 yanvar 2017-ci il tarixli, k-003 saylı müqavilə üzrə əsas borc 72232,37-68834,04=3398,33 manat, faiz borcu 4831,54-4604,23= 227,31 manat, illik 5 %-lə hesablanmış faiz borcu 4815,49-4761,8=53,69 manat, cəmi 9173,05 manat). Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehdən əlavə olaraq cəmi 9173,05 manat tutulmasını nəzərə alaraq hesab edir ki, cavabdehin hazırki kassasiya şikayəti ilə qətnamənin mübahisələndirilən hissəsi 10.000 manatadək məbləğ təşkil edir, MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şi kayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(102)-821/2022 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2022-ci il 27 sentyabr tarixli 2-2(103)-37/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(102)-821/2022 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar