Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-490/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 22.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ
1. İddiaçı MTK (bundan sonra – “MTK”) 2019-cu il 8 avqust tarixində Cavabdeh MMCyə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2019-cu il 4 mart tarixli PKCHRCA001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin MMC-dən tu tularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. MMC 2019-cu il 6 dekabr tarixində MTK-ya qarşı qarşılıqlı ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, görülmüş işlərə görə 729.657,20 manat, əlavə dəyər vergisinə görə 212.707,57 manat, dəymiş zərərə görə 276.365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95.167 manat, əldən çıxmış fayda kimi 1.662.647 manat, iki illik faiz borcuna görə 72.965,70 manat, cəmi 3.049.509,47 manat məbləğində pulun MTK-dan alınıb MMC-yə ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 166 adda avadanlıq, qurğu, inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınıb MMCyə verilməsi, qeyd edilən siyahıda göstərilən mal-materialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyun tarixli e-2-2(113)-40/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, MTK-dan görülmüş işlərə görə 37.374,38 manat, illik 5 %-lə hesablanmaqla 1.868,70 manat olmaqla, cəmi 39.243,08 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar:
1. EYME BUKME MAKİNA 2 ədəd;
2. KESME MAKİNA 2 ədəd;
3. SU DİSPENSERİ 1 ədəd;
4. ETREQOL EYME UCUN 1 ədəd;
5. SLANQBAUN 1 ədəd;
6. QELİB 40 -2M 9 ədəd;
7. QELİB35 -2 M 5 ədəd;
8. QELİB 40 – İM 17 ədəd;
9. QELİB 35-1M 5 ədəd;
10. QELİB KUNC 3M - 20SM 5 ədəd;
11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd;
12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd;
13. ALT AYAR MİLİ 260 ədəd;
14. QELİB 50 –İM 187 ədəd;
15. QELİB 50-2 M 75 ədəd;
16. SALYANQOZ 1500 ədəd;
17. PAYANDA ALTLİQİ 40 ədəd;
18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd;
19. SANCAQ PİM 25 ədəd;
20. PAYANDA 17 ədəd;
21. QELİB UCUN KORKULUQ 15 ədəd;
22. BADYA 1 ədəd;
23. DEMİR QELİB 50 1 M 105 ədəd;
24. DEMİR QELİB 50 1 M 75 ədəd;
25. UQOLNİK 3 M 30 ədəd;
26. UST AYAR MİLİ 280 ədəd:
27. ALT AYAR MİLİ 700 ədəd;
28. İSKELE DEST 150180 446 ədəd;
29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd;
30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd;
31. İSKELE 1.10 -150 124 ədəd;
32. İSKELE 120-150 140 ədəd;
33. İSKELE 150180 159 ədəd;
34. CARPASLAR İSKELE UCUN 150 ədəd;
35. İSKELE 150- 180 33 ədəd;
36. FLYANSL1 DİREK 3M 72 ədəd;
37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd;
38. ALT MİL48 45 ədəd;
39. BAŞLİQ NİPEL 200 ədəd;
40. AYAQ ALTİ DEMİR 32 ədəd;
41. İSKELE 150-180 dest 462 ədəd;
42. DOKA 4 M 160 ədəd;
43. Ust ayar mili 250 ədəd;
44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd;
47. Taxta Azman (5x20) 1000 metr;
48. Plywood 550 ədəd MTKdan alınaraq MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
4. MTK 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. MMC 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin – qarşılıqlı iddianın qismən təmin edilməsi hissədə dəyişdirilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 saylı qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblə rin qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia isə qismən təmin edilərək, MMC-dən MTK-nın xeyrinə 65.776,72 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
7. Qətnamə 2022-ci il 31 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
8. MMC 2022-ci il 19 may tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni ləğv edib, MTK-nın iddiasının rədd edilməsi və MMC-nin qarşılıqlı iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağı dakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 4 08.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
10. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
11. Hazırkı iş üzrə MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, MMC tərəfindən 2022-ci il 19 may tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir.
12. Halbuki MPM-in 407.1-ci maddəsində (bax yuxarıda § 9) kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
13. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 9) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
14. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 404-1.2ci maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhb ər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.