Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-499/2025 25.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025 -ci il 21 may tarixli 2-2(104)-81/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 (bundan sonra-ayrı-ayrılıqda “Cavabdeh4”, “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh1”, birlikdə isə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli *** nömrəli X3 Müqaviləsinin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli *** nömrəli X3 Müqaviləsinə əsasən 2021-ci il 16 oktyabr tarixə yaranmış 25597.58 manat əsas borc, 9901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği cəmi 35642.45 manat lizinqi borcu məbləğinin və ödənilmiş 365 manat dövlət rüsumunun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-2-2(115)-159/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə Cavabdeh4 oğlu arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli *** nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 2019-cu il 7 oktyabr tarixli *** nömrəli X3 Müqaviləsinə əsasən 2021-ci il 16 oktyabr tarixə yar anmış 25.597.58 manat əsas borc, 9.901.40 manat mükafat borcu, 143.65 manat gecikdirilmiş cərimə məbləği, cəmi 35.642.45 manat lizinq borcu məbləğinin və mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev).
3. Cavabdeh1 tərəfindən 2025-ci il 11 mart tarixdə apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 7 aprel tarixli e-2-2(115)-159/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-22(115)-159/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelly asiya şikayətinin geri qaytarılması qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/25 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-2-2(115)-159/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin müəyyən edilməsi üçün iş materialları Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və R.Məcidov).
6. Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən 2025-ci il 21 aprel tarixində Gəncə Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/2025 nömrəli qərardadından verilmiş kassasiya şikayətində həmin qərardadın ləğv edilməsi xahiş edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il tarixli 2 may 2-2(104)-81/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
8. Cavabdeh1 2025-ci il 8 may tarixində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/2025 nömrəli qərardadından kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edilərək qeyd olunan qərardaddan kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiy asının 2025-ci il 14 mart tarixli 2-2(104)-81/2025 saylı qərardadı 2025-ci il 14 mart tarixdə çıxarılsa da məlumatı olmayıb, yalnız Gəncə Kommersiya Məhkəməsinin qərardadı gələndə məlumatı olub. Nümayəndə 2025-ci il 21 aprel tarixində müraciət edərək onu vəkil kimi işə əlavə etməsini xahiş etmiş və bundan sonra elektron kabinetə əlavə edilmişdir. Bundan sonra da kassasiya şikayəti vermişlər. Göründüyü kimi kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti onlardan asılı olmayan səbəbdən ötürmüşlər.
10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(104)-81/2025 nömrəli qərardadı ilə Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli 22(104)-81/2025 nömrəli qərardadından kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsindən imtina edilmiş, həmin qərardaddan verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər G.Cavadova və R.Məcidov).
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya məhkəməsinin qərardadını 2025-ci il 17 mart tarixində elektron kabinet vasitəsi ilə almışdır. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı MPM-in 128.3-cü maddəsinə əsasən 2024-cü il 18 mart tarixdən başlanmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə 2025-ci il 8 may tarixində kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə vermişdir.
12. Məhkəmə cavabdehin dəlillərini buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas vermədiyi qənaətinə gəlmiş və qeyd etmişdir ki, cavabdehin nümayəndəsi Nümayəndə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 mart tarixli qərardadından məlumatı olmadığını qeyd etsə də, «Elekton məhkəmə sistemi»ndən çıxarışdan görünür ki, qərardad 2025-ci il 17 mart tarixində onun elektron kabinetinə yerləşdirilmişdir. Bundan başqa o, məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
13. Cavabdeh1 tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikası Ko nstitusiyasının 60-cı maddəsinin İ hissəsi üzrəkassasiya şikayəti verilsə də məhkəmə elektron kabinetdə Nümayəndə şikayət verən şəxsin vəkili və nümayəndəsi olaraq elektron kabinetə əlavə etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardaddan yalnız kommersiya məhkəməsindən gələn qərardaddan sonra məlumatlı olmuşlar. 2025-ci il 21 aprel tarixində elektron kabinet vasitəsi ilə vəkil müraciəti edərək, Nümayəndə vəkil qismində elektron kabinetə daxil edilməsi xahiş edilmiş, həmin gün, vəkil kimi elektron kabinetə daxil edilmiş və dərhal da həmin gün kassasiya şikayəti verilmişdir. Məhkəmə isə hazırki qərardadın əsaslandırıcı hissəsində qeyd edir ki, guya 2025-ci il 14 mart tarixli qərardad 2025-ci il 17 mart tarixində Nümayəndə vəkil o laraq elektron kabinetinə yerləşdirilmişdir. Halbuki, vəkil olaraq Nümayəndə 2025-ci il 21 aprel tarixində müraciət edəndən sonra elektron kabinetə əlavə edilmişdir. Onda sual yaranır ki, Nümayəndə 2025- ci il 21 aprel tarixində elektron kabinetə əlavə edildiyi halda məhkəmənin qərardadı 2025ci il 17 mart tarixində hansı kabinetə əlavə edilmişdir.
15. MPM-in 360-cı maddəsi üzrə-məhkəmənin 2022-ci il 5 aprel tarixli qətnaməsi rəsmi qaydada göndərilsə də cavabdeh tərəfindən alınmamışdır. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyd edir ki, Cavabdeh1 qətnaməni 2025-ci il 10 mart tarixində alması inandırıcı deyil. Məhkəmə bir yandan qeyd edir ki, iş üzrə qətnamə poçtalyon tərəfindən geri qaytarılıb, əsaslandırıcı hissədə isə qeyd edir ki, qətnamənin cavabdeh tərəfindən həmin tarixdə alı nması inandırıcı deyil. Göründüyü kimi məhkəmə rəsmi olaraq poçt qəbzinə və geri qayıdan məhkəmə aktına deyil keçən müddətə inanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara is tinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən prosessual müddətin bərpasından imtinaya dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul edilmiş 2025-ci il 14 mart tarixli qərardadın cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə 17 mart 2025-ci il tarixində yerləşdirilməsini və prosessual müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən sübutların təqdim olunmamasını əsas götürərək, prosessual müddətin bərpasından imti na etmişdir.
22. Cavabdehin həm prosessual müddətin bərpasına dair ərizəsində, həm də kassasiya şikayətində istinadı ondan ibarətdir ki, şikayəti verən nümayəndə və vəkil elektron işə, sonuncunun 2025-ci il 21 aprel tarixində müraciətindən sonra, məhkəmənin 2025-ci il 17 mart tarixli qərardadı barədə məlumat olmuşdur.
23. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə cavabdehin ərizəsinə qiymət verilərkən nəzərə alınmalı olan məsələ, proses iştirakçısı kimi elektron işə əlavə edilməyən və ya qeydiyyatı olmayan şəxsin ona məxsus elektron kabinet vasitəsilə apellyasiya və ya kassasiya şikayəti verdikdən sonra texniki baxımdan həmin şikayətlə bağlı elektron kabinetə yerləşdirilmiş sənədlərlə tanış olmaq imkanının olubolmamasından ibarətdir.
24. Qeyd olunan məsələ ilə bağlı Ali Məhkəmə nin «Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsi» tərəfindən verilmiş 2025-ci il 24 iyul tarixli arayışda göstərilmişdir ki, vəkillər «Məhkəmə işlərinin elektron idarəetmə» sistemində proses iştirakçısı olaraq qeydiyyata alınmadığı iş üzrə də elektron kabinet vasitəsilə müvafiq iş nömrəsini daxil etməklə apellyasiya və kassasiya şikayətləri verə bilər, lakin onların məhkəmə ilə bağlı məlumatları və məhkəmə sənədlərini əldə edə bilməsi üçün «Məhkəmə işlərinin elektron idarəetmə» sistemində iş üzrə proses iştirakçısı olana qeydiyyata alınmalıdır.
25. Hazırki halda elektron işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən, ona məxsus elektron kabinet vasitəsil ilə apellyasiya şikayəti verils ə də, həmin şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində vəkil və nümayəndənin «Məhkəmə işlərinin elektron idarəetmə» sistemində iş üzrə proses iştirakçısı kimi qeydiyyatı mövcud olmamışdır. İşin materiallarından həmçinin aydın olur ki, şikayəti verən nümayəndə və vəkilin 2025-ci 21 aprel tarixli müraciəti əsasında, apellyasiya instansiyası məhkəməsinin icraatında olmuş 2-2(104)-81/25 saylı kommersiya işin 2025-ci il 2 may tarixində əlavə olunmuşdur.
26. Məhkəmə kollegiyası 2025-ci il 24 iyul tarixli arayışı elektron işin materialları ilə birgə qiymətləndirərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilən 2025-ci il 14 mart tarixli qərardad 17 mart tarixində şikayəti verən nümayəndə və vəkilin elektron kabinetinə yerləşdirilsə də, nümayəndə və vəkilin həmin sənədlə «Məhkəmə işlərinin elektron idarəetmə» sistemində iş üzrə proses iştirakçısı kimi qeydiyyata alındığı 2025-ci il 2 may tarixindən sonra texniki baxımdan imkanı olmuşdur. Daha sonra həmin qərardaddan 2025-ci il 8 may tarixində kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verilmişdir.
27. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan yuxarıda göstərilən texniki məsələlər, «Elektron məhkəmə informasiya sisteminə» məsul olan qurumdan alınmış məlumatlarla birgə aydınlaşdırılmamış, bununla da MPM-nin 133-cü maddəsinin tələbləri ((bax yuxarıda § 19) pozularaq prosessual müddətin bərpasından imtina edilmşdir.
28. Nəzərə alınmalıdır ki, « qanunla nəzərdə tutulmuş prosessual mü ddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərba ycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarı)».
29. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yeni apellyasiya baxışında MPMnin 133-cü maddəsinin tələbləri və prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan yuxarıda göstərilən texniki məsələlər nəzərə alınmaqla, cavabdehin prosessual müddətin bərpasına dair ərizə yenidən qiymətləndirilməlidir.
30. Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(104)-81/2025 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.