Məhkəmə qərarları › İş №2-2(102)-501/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-501/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-501/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: pul tələbi 26.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 2-2(103)-707/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALL ARİ

1. İş materiallarında olan İddiaçı MMC (bundan sonra – “MK”) (tədarükçü) ilə Cavabdeh MMC (bundan sonra – Cavabdeh) (alıcı) arasında bağlanmış 2018-ci il 21 fevral tarixində AZCL/02 saylı tədarük müqaviləsinə (bundan sonra – “Tədarük Müqaviləsi”) əsasən, tədarükçü avadanlıqları tədarük etməyi, alıcı isə avadanlıqları həmin müqavilənin ayrılmaz hissəsi olan malların spesifikasiyalarında göstərilmiş miqdarda, komplektasiyada və qiymətə qəbul etməyi və onun qiymətini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş pul ilə bağlı vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə alıcı tədarükçüyə ləngimənin hər gününə görə borcun ümumi məbləğindən 0,1 məbləğində cəriməni ödəməlidir.

2. İş materiallarında olan Tədarük Müqaviləsinə 21 saylı əlavədə MK tərəfindən Cavabdehə cəmi 424.334,49 manat dəyərində malların təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmin əlavənin 1.2-ci bəndinə görə, alıcı avadanlığın ümumi qiymətinin 50%-ni cari əlavənin imzalanmasından 15 gün müddətində ödəyəcək, məbləğin qalan 50%-ni mal tədarük edildikdən və faktura imzalandığı andan 30 gün ərzində ödəməlidir.

3. İş materiallarında olan Tədarük Müqaviləsinə 22 saylı əlavədə MK tərəfindən Cavabdeh-ə cəmi 87.005,34 manat dəyərində malların təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmin əlavənin 1.2-ci bəndinə görə, alıcı avadanlığın ümumi qiymətinin 50%-ni cari əlavənin imzalanmasından 15 gün müddətində ödəyəcək, məbləğin qalan 50%-ni mal tədarük edildikdən və faktura imzalandığı andan 30 gün ərzində ödəməlidir.

4. İş materiallarında olan 2020-ci il 9 aprel tar ixli təhvil-təslim aktına əsasən, MK tərəfindən Cavabdeh-ə ƏDV daxil 424.334,49 manat dəyərində mal verilmiş, həmin mallara dair 2020-ci il 10 aprel tarixli, EBAİ seriyalı, 596.560 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh-ə göndərilmişdir.

5. İş materiallarında olan 2020-ci il 13 may tarixli təhvil-təslim aktına əsasən, MK tərəfindən Cavabdeh-ə ƏDV daxil 87.005,36 manat dəyərində mal verilmiş, həmin mallara dair 2020-ci il 20 may tarixli, EBAİ seriyalı, 596.869 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh-ə göndərilmişdir.

6. İş materiallarında olan 2020-ci il 20 sentyabr tarixli 993 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən MK-nin hesabına 20.000 manat məbləğində pul köçürülmüşdür.

7. İş materiallarında olan 2020-ci il 16 oktyabr tarixli 1045 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən MK-nin hesabına 16.866,68 manat məbləğində pul köçürülmüşdür.

8. İş materiallarında olan 2020-ci il 28 dekabr tarixli 1850 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən MK-nin hesabına 39.800 manat məbləğində pul köçürülmüşdür.

9. İş materiallarında olan 2020-ci il 30 dekabr tarixli 1871 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən MK-nin hesabına 40.000 manat məbləğində pul köçürülmüşdür.

10. İş materiallarında olan 2021-ci il 17 mart tarixli 1562 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən MK-nin hesabına 100.000 manat məbləğində pul köçürülmüşdür.

11. İş materiallarında olan 2021-ci il 17 mart tarixli 1564 saylı ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən MK-nin hesabına 18.000 man at məbləğində pul köçürülmüşdür.

12. İş materiallarında olan MK-nin Cavabdehə ünvanladığı 2020-ci il 17 sentyabr tarixili pretenziya məktubunda Tədarük Müqaviləsinə 21 və 22 saylı əlavələr üzrə yaranmış cəmi 286.640,35 manat məbləğində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

13. İş materiallarında olan Cavabdehin MK-ya ünvanladğı 2020-ci il 21 sentyabr tarixli cavab məktubunda Cavabdehin MK-ya olan borcundan 20.000 manat məbləğində pulun 5 iş günü ərzində ödəniləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. MK 2020-ci il 5 oktyabr tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 255.666,63 manat məbləğində əsas borcun, 30.973,72 manat məbləği ndə cərimənin, 30 manat məbləğində dövlət rüsumunun, cəmi 286.670,35 manat məbləğində pulun Cavabdeh-dən tutularaq MK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tədarük Müqaviləsi üzrə tədarükçü həmin müqavilənin 21 və 22 saylı əlavələrində qeyd edilmiş malları Cavabdehə təqdim etmiş və Cavabdeh tərəfindən həmin mallar qəbul edilmiş, malların qəbulu təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Lakin Cavabdeh aşağıdakı hesab-fakturalar üzrə ödənişləri həyata keçirməyərək müqavilə öhdəliklərini hələ də icra etməmişdir: 2020-сi il 9 sentyabr tarixli CL21 saylı hesab faktura üzrə ödənilməmiş malların qiyməti – 205.484,69 manat; 2020-ci il 13 may tarixli CL-22 saylı hesab-faktura üzrə ödənilməmiş malların qiyməti – 50.181,94 manat; həmçinin Tədarük Müqaviləsinin 7.4-cü bəndinə əsasən, Cavabdeh pul ilə bağlı vəzifələrini yerinə yetirmədiyinə görə əlavə olaraq 2020-ci il 16 sentyabr tarixinə 30.973,72 manat məbləğində cərimə ödəməlidir.

16. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 439.4, 441.1, 441.2, 442, 445.2, 465.2, 567, 598.1, 598.3, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

17. Sonradan MK-nın nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdehdən 76.316,48 manat məbləğində cərimənin, 30 məbləğində dövlət rüsumunun, cəmi 76.346,48 manat məbləğində pulun tutularaq MK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli 2-2(113)-272/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehdən 5.000 məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul tutularaq iddiaçı MK-ya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilmişdir (hakim – L.Əliyeva).

19. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 19.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MK Tədarük Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilədə nəzərdə tutulmuş malları Cavabdehə təqdim etsə də, Cavabdeh təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyini vaxtında icra etməmişdir. Nəticədə Cavabdeh-in MK-ya 255.666,63 manat məbləğində əsas borcu yaranmışdır. İşə məhkəmədə baxıldığı dövrdə həmin borc Cav abdeh tərəfindən MK-ya tam ödənilmişdir. Hazırda MK müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə şərtlərinə əsasən Cavabdehə hesablanmış 76.316,48 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. 19.2. Belə ki, işin materiallarından görünür ki, Tədarük Müqaviləsinə 21 və 22 saylı əlavələrdə malın dəyərinin 50%-nin əlavənin imzalanmasından 15 gün müddətində, məbləğin qalan 50%-nin mal tədarük edildikdən və faktura imzalandıqdan sonra 30 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda isə təqdim edilmiş mallara görə elektron qaimələr müvafiq olaraq 2020-ci il 10 aprel və 2020-ci il 20 may tarixində imzalandığından malların dəyərinin son hissəsi 2020-ci il 20 iyun tarixinədək ödənilməli idi. Cavabdeh isə həmin elektron qaimələr üzrə 255.666,63 manat məbl əğində borcu 2020-ci il 29 sentyabr – 2021-ci il 17 mart tarixləri arasındakı dövrdə hissələrlə ödəmişdir. 19.3. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh MK tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi öhdəliyinin icrasını gecikdirmişdir. 19.4. Müqavilənin dəbbə pulu ilə bağlı şərtinin nəzərdə tutulduğu səhifəsini tərəflərin imzalamaması, belə olan halda isə dəbbə pulunu ödəmək öhdəliklərinin yaranmaması barədə Cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə ilk növbədə qeyd etməyi zəruri sayır ki, Cavabdeh müqavilənin Cavabdehdə olan nüsxəsinin fərqləndiyini, həmin nüsxədə dəbbə pulu şərtinin nəzərdə tutulmamasını iddia etsə də, müqavilənin onlarda olan nüsxəsini məhkəməyə təqdim etməmişdir. 19.5. Bununla yanaşı, məhkəmə göstərilən dəli lin yalnız əsas borc ödənildikdən sonra keçirilmiş sonuncu məhkəmə iclasında irəli sürməsini, əvvəlki məhkəmə iclaslarında və pretenziyaya cavab məktubunda Cavabdehin göstərilən hala istinad etməməsini nəzərə alaraq göstərilən dəlilləri inandırıcı hesab etmir. 19.6. Digər tərəfdən, mülki qanunvericilikdə müqavilənin hər səhifəsinin tərəflər tərəfindən imzalanması ilə bağlı imperativ norma müəyyən edilməmişdir. Belə olan halda isə müqavilənin yalnız son səhifəsinin imzalanması tərəflərin müqavilənin digər səhifələrində nəzərdə tutulmuş öhdəlikləri daşımaması anlamına gəlmir. 19.7. Belə olan halda, Cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və Tədarük Müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan MK Cavabdeh-dən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. 19.8. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, eləcə də əsas borcun borclu tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 5.000 manat məbləğində müəyyən edilməlidir.

20. Məhkəmə öz qətnaməsini MM-in 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən 2021-ci il 4 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməs i barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 22(103)-707/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli e-2-2(113)-272/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

23. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 23.1. Baxmayaraq ki, apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, mübahisənin predmeti bölünən olduğu və MK tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsini n qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə yalnız iddia təmin olunan hissədə yoxlanılmalıdır. 23.2. Bu kontekstdə hüquqi qiymətləndirmə apararaq apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış (bax yuxarıda §§ 19.1-19.3), əlavə olaraq Cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə aşağıdakı qeyd etmişdir. 23.3. Tədarük Müqaviləsinin dəbbə pulu ilə bağlı şərtinin nəzərdə tutulduğu səhifəsinin imzalanmamasına, belə olan halda dəbbə pulunu ö dəmək öhdəliyinin yaranmamasına münasibətdə, birincisi, Cavabdeh əsas borcu tamamilə ödəməklə Tədarük Müqaviləsini qəbul edir və bütövlükdə mübahisə etmir. İkincisi, əgər Cavabdeh müqavilənin onda qalan nüsxədə dəbbə pulu şərtinin nəzərdə tutulmadığını irəli sürürsə, müqavilənin onda olan nüsxəsini məhkəməyə təqdim etməli idi ki, bunu da etməmişdir. Üçüncüsü, göstərilən dəlilin yalnız əsas borc ödənildikdən sonra irəli sürülməsi, bundan əvvəl və xüsusilə pretenziyaya cavab məktubunda həmin hala istinad edilməməsi sözügedən arqumentin inandırıcılığına tənqidi münasibət tələb edir. Dördüncüsü, müqavilənin hər səhifəsinin imzalanması şərti mülki qanunvericiliklə müəyyən edilməmişdir. Konkret bu halda, tərəflərin bərabərliyi və iradə sərbəstliyi nəzərə alınaraq, əgər müqavilənin bütün səhifələ rinin imzalanması Cavabdeh üçün xüsusi əhəmiyyət kəsb edirdisə, bunu MK-ya bildirmək və hər səhifənin imzalanmasını tələb etmək, bu mümkün olmadıqda isə müqaviləni bağlamaqdan imtina etmək yolu ilə ilk mərhələdəcə məsələnin uyğun həllinə nail ola bilərdi. 23.4. Cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, MK dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. 23.5. Məhkəmə kollegiyası tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, eləcə də əsas borcun Cavabdeh tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəmə sinin tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldaraq 5.000 manat məbləğdə müəyyən etməsi qanuni, əsaslı və ədalətli olmuşdur ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir.

24. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 5.3, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh həmin qətnamədən 2021-ci il 25 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

26. Tədarük Müqaviləsi qanunvericiliyin tələblərinə uyğun yazılı formada, hər iki tərəfin imzası və möhü rü ilə təsdiq edilmiş formada bağlanmamışdır. Qanunvericilik və işgüzar adətlər yazılı müqavilənin şərtlərinə əməl edilmədən müqavilə bağlanmasını qadağan etmir. Cavabdeh müqavilə üzrə malların adı, sayı, qiyməti şərtlərini qəbul edir. Lakin MM-in tələblərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin dəbbə pulu ilə bağlı hissəsi Cavabdeh tərəfindən imzalanmayıb və qəbul edilməyib.

27. Kassasiya şikayəti MM-nin 331.1, 463.1, 463.2-ci, MPM-nin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iştirak edən MK-nın vəkili kassasiya şikayəti ilə razı olmadıqlarını, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.

30. Cavabdeh tərəfinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

34. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə b orcludurlar.” “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin g ün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş edilməməsi; müddətdə icra...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabd ehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

35. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

119. Məhkəmə xərcləri nin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini işin materialları ilə birgə araşdıraraq, MK-nın vəkilinin izahatını dinləyərək hesab edir ki, həmin dəlil (bax yuxarıda § 26) apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

37. Əvvəla, MM-in 6.2 və 390.1-ci maddələrinə (bax yuxarıda § 34) görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, azad surətdə müqavi lələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

38. Hazırkı halda tərəflər MM-in istinad olunan maddələrinə uyğun olaraq öz aralarında sərbəst şəkildə alqı-satqı müqaviləsi bağlamış və onun şərtlərini, o cümlədən dəbbə pulu ilə bağlı şərtləri razılaşdırmışlar.

39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh 2018-ci il tarixli müqavilə üzrə əsas borcu tamamilə ödəmişdir.

40. Belə olan halda, Cavabdeh həmin müqavilə üzrə müəyyən edilmiş əsas borcun yaranmasını müəyyən edən bütün şərt və öhdəlikləri qəbul etmiş sayılır. Halbuki həmin şərtlər də müqavilədə dəbbə puluna dair şərtlərlə eyni qaydada əks etdirilmiş və rəsmiləşdirilmişdir.

41. Digər tərəfdən, Cavabdeh MK-nın məhkəməyə təqdim etdiyi müqavilə nüsxəsinin onda olan nüsxədən fərqləndiyini hesab edirdisə, MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 35) uyğun olaraq, məhkəməyə öz müqavilə nüsxəsini təqdim etməli idi.

42. Eyni zamanda, müqaviləni hər iki tərəfin səlahiyyətli nümayəndələri imzalamış və onu müəssisələrini möhürü ilə rəsmiləşdirilmişdirlər.

43. Əgər Cavabdeh müqavilənin hər səhifəsinin eyni qaydada rəsmiləşdirilməməsi, yaxud dəbbə puluna dair ayrıca (alqı-satqı müqaviləsindən kənar şəkildə) müqavilənin bağlanmaması hallarına istinad edirsə, bu zaman nəzərə alınmalıdır ki, müqavilənin hər səhifəsinin imzalanması şərti MM-də, sözügedən müqavilədə və ya tərəflərin digər razılaşmasında nəzərdə tutulmamışdır.

44. Həmçinin kassatorun istinad etdiyi MM-in 331.1, 463.1 və 463.2-ci maddələrindən dəbbə pulu haqqında razılaşmanın əsas müqavilədən (hazırkı halda alqı-satqı müqaviləsindən) ayrıca şəkildə imzalanmalı olması da görünmür.

45. Bundan başqa, göstərilən dəlilin yalnız əsas borc ödənildikdən sonra irəli sürülməsi, bundan əvvəl və xüsusilə pretenziyaya cavab məktubunda həmin hala istinad edilməməsi sözügedən arqumenti ciddi qəbul etməməyə əsas verir.

46. Nəhayət, əgər Cavabdeh həqiqətən də 2018-ci il 21 fevral tarixli AZ-Cİ/02 nömrəli Müqavilənin dəbbə pulu ilə bağlı hissəsini Cavabdeh tərəfindən imzalanmaması səbəbindən qəbul etmirdisə, bu halda özü də öz mövqeyini əsaslandırmaq üçün həmin müqavilənin müvafiq bəndinə istinad etməməli idi.

47. Halbuki Cavabdeh qarşılıqlı iddia ərizəsində (i/v 30) sözügedən müqavilənin 7.2-ci bəndinə (“Həmin müqaviləyə uyğun olaraq Malların tədarükü müddəti pozulduğu halda Tədarükçü Alıcıya ödənişin vaxt keçdiyi hər gününə tədarük edilməmiş malların ümumi məbləğində 0,1 %-i məbləğində cəriməni ödəyir.”) istinad edərək MK-dən Cavabdehin xeyrinə 20.114,98 manat məbləğində cərimənin tutulmasını xahiş etmişdir.

48. Beləliklə, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərkən nəinki müqavilənin dəbbə puluna dair şərtlərini mübahisələndirməmiş, hətta özünün qarşılıqlı iddia tələbini məhz müqavilənin dəbbə puluna dair şərtinə istinad edərək əsaslandırmış, beləliklə həmin şərti müqavilənin qüvvədə olan müddəası kimi qəbul etmişdir.

49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələbinə uyğundur. Apellyasiya instansiya məhkəməsi bununla bağlı hər hansı hüquq po zuntusuna yol verməmişdir. Kassatorun dəlili üzrə həmin məhkəmənin qətnaməsinin ləğvi üçün əsas(lar) mövcud deyildir.

50. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 22(103)-707/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar