Məhkəmə qərarları › İş №2-2(102)-507/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-507/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-507/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 fevral tarixli 2-2(103)-127/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışd ır. İşin halları

1. X2 məxsus və icarə əsasında İddiaçı MMC-nin sahiblik və istifadəsində olan, həmçinin "xxxx" ASC tərəfindən 32.000 manat məbləğində sığortalanmış **-CO-*** qeydiyyat nişanlı “Toyota Land-Cruiser-Prado” markalı avtomobil İddiaçı MMC-nin müştərisi olan, xarici vətəndaş (sığorta müqaviləsi üzrə sığorta olunan) X3 tərəfindən idarə edilərkən 2023-cü il 17 iyul tarixdə, səhər saatlarında İsmayıllı rayonu, Zərnava kəndi ərazisində kəndə yeganə gediş yolu olan çaydan keçid zamanı baş vermiş güclü sel nəticəsində çayda batmışdır. Hadisə barədə saat 11:15-də FHN-ə, həmçinin "xxxx" ASCyə məlumat verilmişdir. FHN xilas etmə işləri aparmış, 2023-cü il 26 iyul tarixdə cavabdeh sığorta ödənişinin verilməsindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən imtin a etmiş, avtomobil 2023-cü il 10 avqust tarixdə cavabdeh tərəfindən təmir servisinə təhvil verilmiş, cavabdeh təmirdən imtina etdiyindən 2023-cü il 9 oktyabr tarixdə avtomobil iddiaçıya qaytarılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sığorta müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyə əsasən 24.970 manat sığorta ödənişinin, 4.473 manat məbləğində əldən çıxmış faydanın, hər gecikdirilmiş gün üçün (2023-cü il 26 iyul tarixli imtina məktubunun tarixindən hesablanaraq (109 gün) 2.721 manat dəbbə pulunun və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının icarəsində olan **-CO-*** dövlət qeydiyyat nişanlı “X7 Prado” markalı avtomobil 2023-cü il 17 iyul tarixində İsmayıllı rayonu, Zərnava kəndi ərazisində güclü sel nəticəsində çayda batmış və ziyan görmüşdür. Hadisə anında avtomobil qanuni sürücü tərəfindən idarə olunmuş və baş vermiş ziyan 2023-cü il 27 iyul tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 24.970 manat məbləğində müəyyən edilmişdir. Avtomobil cavabdeh tərəfindən 32.000 manat sığorta məbləği ilə sığortalanmış, müqavilədə təbii fəlakət, o cümlədən sel riski də nəzərə alınmışdır. Hadisə faktı Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Buna görə də avtomobilə dəyən ziyana görə cavabdeh sığorta ödənişi verməlidir.

4. Cavab deh iddiaya etiraz edir və bildirir ki, hadisənin araşdırılması zamanı sənədlərdən, o cümlədən sürücünün qeydə alınmış video izahatından məlum olur ki, sürücüyə çayda suyun əvvəlki vaxtlara nəzərən çoxalması və avtomobilin çayı keçə bilməyəcəyi ehtimalı aydın olmuş, o yenə də risk etməklə etinasızlıq göstərmiş və avtomobili güclü sel axını olan çaya salmışdır. Nəticədə avtomobil suyun gücünə tab gətirməyərək sürüklənmiş və çayda batmışdır. Beləliklə, hadisənin baş verməsinin və maşına zərər dəyməsinin qarşısının alınması üçün bütün imkanlar mövcud olmasına baxmayaraq, sürücü tərəfindən hadisənin qarşısının alınması üçün hər hansı bir tədbir görülməmiş, nəticədə sözügedən avtomobilə zərər dəymişdir. Bu səbəbdən qeyd edilən hadisə cavabdeh tərəfindən sığorta hadisəsi kimi qiymətləndirilməmiş dir. Belə ki, hadisə üzrə sürücünün avtonəqliyyat vasitəsi ilə gur axarlı olduğunu bilə-bilə çayı keçməyə cəhd etməsi baş vermə ehtimalı əvvəldən məlum olan və heç bir təsadüfilik əlamətlərinə uyğun gəlməyən haldır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2023-cü il 20 iyul tarixli, 3-18-4/2- 2103/23 nömrəli məktubu ilə də çayda suyun gur olması və avtomobilin çayda batması faktı öz əksini tapmışdır. İddiaçının iddia etdiyi kimi hadisə o zaman təbii fəlakət hesab oluna bilərdi ki, avtomobil, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda və ya hər hansı bir yerdə dayanıqlı vəziyyətdə seldə batmış olsun. İddiaçı sözügedən avtomobilin “yolsuzluq” avtomobili olduğunu və buna görə də hadisənin baş verdi yi ərazidən keçə bilmək qabiliyyətinin olduğunu iddia edir. Təşəkkül tapmış praktikaya əsasən “yolsuzluq (və ya “off-road”) avtomobilləri tamamilə fərqli sinif avtomobillər olmaqla sadəcə asfalt deyil digər örtüklü (misal üçün, torpaq, qayalıq, qumluq, buzlu və s) yollarda hərəkət üçün nəzərdə tutulmuş avtomobillərdir. Mövcud iş üzrə hadisənin baş verdiyi yer isə “yol” adlandırılmayacaq ərazidir. Buna görə də avtomobilin həmin ərazidə idarə edilməsi yollarda idarə edilməsi ilə eyni anlam daşımamalıdır. İddiaçı cavabdehin sığorta ödənişin veriləcəyinə dair vəd verildiyini qeyd edir. Həm iddiaçının nümayəndələri ilə görüşdə, həm də yazışmalarda cavabdehin birmənalı mövqeyi qanunvericiliyə uyğun olaraq sığorta ödənişindən imtina edilməsi olmuşdur. İddiaçının nümayəndələri cavabdehin ofisində görüş zamanı avtomobilə dəymiş zərərin vizual olaraq qiymətləndirilməsini cavabdehdən xahiş etmiş, bundan sonra cavabdehin əməkdaşları tərəfindən avtomobilin müvafiq təmir müəssisəsində qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmədən bir gün sonra iddiaçının nümayəndələrinə dəfələrlə avtomobilin təmir müəssisəsindən geri götürülməsi xahiş və tələb olunsa da, iddiaçı tərəfindən avtomobil uzun müddət təmir müəssisəsinin ərazisindən götürülməmişdir. İddiaçı bu vəziyyəti öz lehinə sui-istifadə edərək əldən çıxmış faydanın da cavabdeh tərəfindən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, əldən çıxmış fayda zərərvurandan tələb edilir. İddiaçı ilə bağlanmış sığorta müqaviləsinə əsasən iddiaçının sahibkarlıq riskləri və gəliri sığorta təminatına alınmamışdır. Buna görə də əldən çıxmış fayd anın cavabdehdən tələb edilməsi, ümumilikdə nəqliyyat vasitələrinin sığortası növünə aid tələb hesab olunmur.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 oktyabr tarixli e-2-2(113)-555/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Kənan Hüseynov).

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam sığorta hadisəsinin baş verib-verməməsini müəyyənləşdirməkdir. Belə ki, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 2023-cü il 20 iyul tarixli 3-18-4/22103/23 nömrəli məktubunda hadisə haqqında məlumatın 2023-cü il 17 iyul tarixində, saat 11:14-də daxil olması, 1990-cı il təvəllüdlü X3 tərəfindən idarə olunan “Toyota Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin çayda batması müəyyən olunduğu, çayda sel axıntısının gur olması və avtomobildə insan faktoru olmadığından yanğınsöndürən – xilasedicilər tərəfindən heç bir əməliyyat aparılmadığı qeyd olunmuşdur. Həmçinin işdə olan fotoşəkillərdən görünür ki, baş vermiş intensiv yağıntılar səbəbi ilə çayda kifayət qədər bol sulu olduğu və daşqın baş verdiyi zaman sürücü çaydan keçmək cəhdi göstərmişdir. Bundan başqa, youtube üzərindən “İsmayıllı Prado” başlıqlı axtarış edildikdə mövcud olan videolardan görünür ki, uzunmüddətli yağıntılar səbəbi ilə çayda bolsululuq olmaqla, daşqın baş verən zaman qeyd edilən nəqliyyat vasitəsi ilə çaydan keçməyə cəhd edilərkən nəqliyyat v asitəsi çayda batmışdır. Hətta FHN tərəfindən verilən məktubdan da görünür ki, çayda bolsululuq və sel olduğu üçün öz xüsusi iri texnikaları vasitəsi ilə belə, çaya daxil olmamışlar. Yəni, hətta Zərnava kəndinə gedən yolun ancaq həmin çaydan keçməsi ilə mümkün olması halı qəbul olunsa belə, sürücü tərəfindən çayda daşqının bitməsini gözləmək və bundan sonra keçmək imkanı mövcud idi.

7. Bu səbəbdən, məhkəmə iddiaçının nəqliyyat vasitəsinin yolsuzluq avtomobili olması və kəndə gedən yolun ancaq həmin çaydan keçməsi ilə bağlı sığorta hadisəsinin baş verməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, əgər kəndə gedən yolun yanar meşədən keçməsi ilə bağlı yanar meşədən keçərkən nəqliyyat vasitəsinin yanaraq məhv olması ilə daşqın gələn çaydan keçməsi eyni qəbul edilməlidir. Yəni, hazır da baş vermiş hadisədə hər hansı bir təsadüfilik əlaməti mövcud deyildir. Sürücü çayda baş verən daşqını görmüş, ora daxil olmamaq və gözləmək imkanı olmuş, lakin yenə də daşqın baş vermiş çaya daxil olmuş və bunun nəticəsində nəqliyyat vasitəsinə ziyan dəymişdir. Halbuki, həmin zaman FHN-nin əməkdaşları belə daşqın səbəbindən çaya daxil olmamışlar. Həmçinin də, çayda daşqının baş verməsi təsadüfi hadisə deyildir. Belə ki, yağıntıların intensiv baş verdiyi zaman bu kimi hallar gözləniləndir. Həmçinin də, ümumi məlum olan hal ondan ibarətdir ki, intensiv yağışlar olduğu zaman bütün kütləvi informasiya vasitələri çayda daşqınların baş verməsi ilə bağlı xəbərdarlıqlar edirlər.

8. Gəldiyi nəticəni məhkəmə MM-in 883.1, 899.1, 899.1.1, 899.1.2, 899.1.3, 922.1, 922.3, 923.1, 926.1, 935.1, 935.1.1, 935.1.2, 935.1.4-cü, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 fevral tarixli 2-2(103)-127/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri qismən – cavabdehdən 16.540 manat sığorta ödənişinin alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin o lunmuş, iddia tələbləri qalan hissədə (əldən çıxmış fayda və dəbbə pulu) təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, 200 manat mediasiya xərcinin 52 faizi olan 104 manat məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – Ziya Şirinov, hakimlər – Təranə Mahmudova və Elnur Həsənov).

11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisənin həlli üçün hadisənin sığorta hadisəsi olub-olmaması və ödənişdən imtina üçün əsasların mövcudluğu araşdırılmalıdır. AS-H 164/23 saylı sığorta şəhadətnaməsinə əsasən, **-CO-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser-Prado” markalı avtomobil 32.000 manat məbləğində sığortalanmış, sığo rta riski kimi təbii fəlakət, o cümlədən sel nəzərdə tutulmuş, qanuni sürücülük hüququ olan hər bir şəxs sığorta olunan hesab edilmişdir. 2023-cü il 10 avqust tarixində cavabdeh sığorta ödənişini etməyə razılıq verərək dəymiş zərərin qiymətləndirilməsi üçün avtomobilə öz əməkdaşlıq etdikləri servisə ("xxxx" MMC) yönləndirir və servis vasitəsi ilə avtomobili təhvil alır. Avtomobil 2 ay servisdə saxlanıldıqdan sonra sığortaçı yenidən sığorta ödənişinin ödənilməyəcəyini bildirilir və avtomobil 2023-cü il 9 oktyabr tarixində həmin servisdən avtomobilin mülkiyyətçisi tərəfindən akt əsasında təhvil alınır. Aydındır ki, sığortaçı avtomobili servisə qüsur aktının verilməsi və təmir edilməsi məqsədilə göndərir. Sığortaçının bu işi görməkdə məqsədi dəymiş zərərin məbləğinin hesablanmasıdır. Cavabdeh bu halı təsdiq etmişdir.

12. Cavabdehin nümayəndəsi bu xüsusatla bağlı izahatında qeyd etmişdir ki, iddiaçının rəhbərliyinin xahişi ilə qiymətləndirmə məqsədilə avtomobili servisə göndərmişlər. Cavabdeh sığorta şirkətinin nümayəndəsi sığorta hadisəsini qəbul etmədiyini bildirərək avtomobili dəymiş ziyanla bağlı qiymətləndirmə aparmadıqlarını bildirsə də, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərkən məlum oldu ki, sığorta şirkətinin vizual qiymətləndirmə aktı mövcuddur və onlar həmin aktı e-məhkəmə vasitəsi ilə iş materiallarına sonradan əlavə etmişlər. Göründüyü kimi sığorta şirkəti sığorta hadisəsini faktiki olaraq qəbul etmişdir, sadəcə sürücünün etinasızlıq göstərməsi səbəbindən sığorta hadisəsinin qarşısının alınması imkanı olduğu halda bunu etmədiyindən sığorta ödənişin in ödənilməsindən imtina etmişdir.

13. İş kommersiya məhkəməsinin icraatında olarkən, iddiaçı tərəfindən sığorta hadisəsi baş vermiş çay ərazisinə səfər edilmiş, kəndə gediş-gəliş yolunun yalnız həmin çayın içindən keçdiyini (faktı yol nişanları, kənd camaatı və cavabdeh də təsdiqləyir), gündəlik olaraq kənd camaatının həmin “çay yolundan” istifadə etdiyini video kamera vasitəsi ilə çəkiliş edərək məhkəməyə təqdim etmişdir.

14. Təqdim edilmiş video görüntülərdə iddiaçı yenidən digər avtomobillə (prado) həmin çayı çay yolu ilə rahat şəkildə keçmiş, kənd camaatından çay daşqınları ilə bağlı könüllü müsahibələr almış və bütün bu qeyd edilənləri məhkəməyə təqdim etmişdir. Görüntülərdə kənd camaatının, həmçinin baş vermiş sığorta hadisəsinin canlı şahidi olmuş şəxslərin dediklərindən də məlum olur ki, çaya selin gəlməsi öncədən vizual baxış zamanı hiss edilmir. Belə ki, sel ani anda gəlir və sel axınının çox güclü olduğu yerli şəxslər tərəfindən də təsdiq edilir. Hətta video çəkiliş günündə çayda olan su səviyyəsinin sel hadisəsi baş verən tarixdə sel gələn ana kimi çayda olan su səviyyəsindən daha az olduğu hadisə şahidləri tərəfindən bildirilmişdir. Sel gəldikdən sonra isə su səviyyəsinin artması normal haldır və bu halda özlüyündə təbii fəlakətin yaranmasına səbəb olur.

15. Apellyasiya icraatı zamanı sığorta hadisəsi baş verən gün və əvvəlki günlər haqqında hava məlumatı sorğu edilmiş və sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən daxil olmuş 2025-ci il 23 yanvar, 3-14-20/2-083/2025 nömrəli məktubda qeyd edilmişdir ki, faktiki hava: 2023-cü il 10 iyul tarixində hava aydın (0/0), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 27,8°C, minimal temperaturu 17,1 °C, maksimal temperaturu 38,4°C, cənub-cənub şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. 2023cü il 11 iyul tarixində hava tutqun (10/10), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 21,6°C, minimal temperaturu 17,5°C, maksimal temperaturu 33,6°C, cənub istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. 5 bal - Bofort şkalasına əsasən təzə küləkdir. Axşam saatlarında yağış yağmış 12-nə keçən gecə leysan xarakterli yağışla əvəz olmuş, yağıntının ümumi miqdarı 3,3 mm olmuşdur. 2023-cü il 12 iyul tarixində hava dəyişkən buludlu (7/4), meteoroloji görünüş məsafəsi 10 20 km aralığında, havanın orta temperaturu 20,7°C, minimal temperaturu 14,7°C, maksimal temperaturu 26,9°C, cənub-cənub-qərb istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. 5 bal - Bofort şkalasına əsasən təzə küləkdir. Yağıntı qeydə alınmamışdır. 2023-cü il 13 iyul tarixində hava dağınıq buludlu (5/3), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 24,0°C, minimal temperaturu 15,7°C, maksimal temperaturu 31,9°C, cənub istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. 4 bal - Bofort şkalasına əsasən mülayim küləkdir. Yağıntı qeydə alınmamışdır. 2023-cü il 14 iyul tarixində hava dağınıq buludlu (3/3), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 23,5°C, minimal temperaturu 17,1 °C, maksimal temperaturu 30,3°C, cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. 2023-cü il 15 iyul tarixində hava az buludlu (1/1), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 24,7°C, minimal temperaturu 17,7°C, maksimal temperaturu 31,5°C, cənub istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. 2023-cü il 16 iyul tarixində hava dəyişkən buludlu (9/7), meteoroloji görünüş məsafəsi 10 20 km aralığında, havanın orta temperaturu 22,8°C, minimal temperaturu 18,3°C, maksimal temperaturu 30,6°C, qərb -ş imal- qərb istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. 4 bal - Bofort şkalasına əsasən mülayim küləkdir. 17-ə keçən gecə ildırımla müşayət edilən leysan xarakterli yağış yağmış, yağıntının ümumi miqdarı 9,0 mm olmuşdur. 2023-cü il 17 iyul tarixində hava buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 18,1 °C, minimal temperaturu 16,8°C, maksimal temperaturu 22,0°C, cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağış yağmış, yağıntının miqdarı 3,7 mm olmuşdur. 2023-cü il 18 iyul tarixində hava dəyişkən buludlu (9/9), meteoroloji görünüş məsafəsi 10 - 20 km aralığında, havanın orta temperaturu 19,8°C, minimal temperaturu 15,4°C, maksimal temperaturu 26,4°C, cənub-cənub-şərq istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. 3 bal - Bofort şkalasına əsasən zəif küləkdir. Yağıntı qeydə alınmamışdır. Qeyd: Hava şəraiti haqqında arayış İsmayıllı hidrometeoroloji stansiyasının məlumatları əsasında tərtib olunmuşdur. Zərnava kəndi ərazisində hidroloji müşahidə məntəqəsi olmadığı üçün daşqın və sel barədə məlumat təqdim olunmamışdır.

16. Göründüyü kimi hadisə günü güclü yağıntı olmamışdır. Videogörüntülərdən görünür ki, hadisə günü 2023-cü il 17 iyul tarixdə saat 18:00 radələrində hadisə olan ərazidə olan sürücü X3 bildirmişdir ki, həmin gün yağış olmamış, çay adi axınla hərəkət etmiş, heç bir sel əlaməti olmadığı halda kənddən rayon mərkəzinə doğru hərəkət edərkən qəfil çayın həcmi artmış və sel gəlmiş, nəticədə maşın sağa dönərək to rpaqda batmış, heç cür maşını hərəkət etdirə və ya çıxarda bilməmişdir. Dərhal şirkətə və FHN-nə məlumat vermişdir. FHN xilas etmə işlərini həyata keçirmişdir. Sel anidən gəlmişdir. Xarici vətəndaşdır. 2023-cü il 25 iyula qədər maşını kirayə etmişdir. Yol Polisi də əraziyə gəlmişdi. Maşında özü və arvadı olmuşdur.

17. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, sürücünün hərəkətində MM-in 935.1.4-cü maddəsində nəzərdə tutulan qəsdən etinasızlıq halları mövcud olmamış, əksinə hadisənin qəfil və təsadüfi olması təsdiq olunmuşdur. Məhkəmənin mövqeyinə görə maşını müvəqqəti, qısa müddətə kirayə edən sürücünün ailə üzvünün, yəni arvadının maşında ola-ola sel gəldiyini gördüyü halda qəsdən yola çıxması ağlabatan mühakiməyə və həyatın təbii axarına cavab vermir. Güclü selin olması və avtomobi lin batması işin mübahisəsiz halıdır. Lakin qeyd edilənlərdən görünür ki, cavabdehin arqumenti, yəni sürücünün güc sel barədə məlumatlı olması işdə olan sübutlarla öz təsdiqini tapmamış, əksinə məlumatlı olmaması, hadisənin anidən baş verməsi, təsadüfilik əlaməti təsdiqini tapmış, sığorta ödənişinin verilməsindən imtina əsasları iş üzrə müəyyən edilməmişdir. Baş vermiş sığorta hadisəsi MM-in 922.3-cü maddəsində qeyd olunan şərtlərə uyğun olmuşdur.

18. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur. Ona görə iddia tələbi sığorta ödənişinin verilməsi hissəsində əsaslıdır.

19. Ekspertiza tədqiqatının hər iki tərəfin təqdim etdiyi qüsur aktları əsasında həyata keçirildiyini nəzərə almaqla kollegiya hesab etm işdir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas yoxdur və sığortalanmış avtomobilə dəymiş ziyanın məbləği olaraq məhz ekspert rəyi ilə müəyyənləşdirilən məbləğ (16540 manat) əsas götürülməlidir.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi prosessual pozuntulara yol vermişdir. Belə ki, məhkəmə ekspertiza keçirsə də daxil olmuş ekspert rəyinə ümumiyyətlə qiymət verməmiş, ekspert xərcini tərəfdən tutmamış, əldən çıxmış fayda və dəbbə pulu barədə tələblərə münasibət bildirməmiş, cavabdehin yazılı etirazını qətnamədə göstərməmiş, təqdim edilmiş sübutların bir qismini (videogörüntülər, akt) tədqiq etməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 385.1, 386.1, 442, 448.1, 883.1, 904.1, 904.2, 922, 923.1, 923.2, 923.3, 923.4, 925.1, 925.2, 925.3, 926.1, 927.1, 933.1, 934.1, 934.2, 935.1-ci, MPM-in 14.2, 77.1, 80, 81, 88, 101.7, 102.1, 102.2, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun tam ləğv edilməsi və müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 922-ci maddəsi üzrə - tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən nəqliyyat vasitəsi digər risklərlə yanaşı təbii fəlakət riskindən də sığortalanmışdır. Mərkəzi Bank tərəfindən təsdiqlənmiş və müqavilənin ayrılmaz hissəsi olan “Nəqliyyat vasitələrini n sığortası Qaydaları”nın 27.1.6-cı yarımbəndində təbii fəlakət anlayışına sel, daşqın, zəlzələ, fırtına, tufan, dolu və digər təbii hadisələr aid edilir. Qaydaların tələbinə görə, təbii fəlakət qəfil və gözlənilməz şəkildə baş verən, insanların nəzarəti xaricində olan və ciddi zərərə səbəb ola bilən hadisədir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində təbii fəlakət riskinin sığorta müqaviləsi üzrə təminatda olduğunu təsdiqləsə də, təqdim olunmuş videogörüntülərə istinad etməklə hadisənin sel nəticəsində baş verdiyini əslində təkzib etmişdir. Videogörüntülərdə sürücü Rüstəm Cavadov bildirmişdir ki, hadisə günü yağış olmamış, çay adi axınla hərəkət etmiş, sel əlaməti müşahidə edilməmiş, yalnız qəfil çayın həcminin artması nəticəsində sel gəlmiş və avtomobil torpaqda batmışdır. Apellya siya məhkəməsinin qətnaməsindəki bu yanaşma təbii fəlakət anlayışına və hadisənin xarakterinə dair ziddiyyət yaratmışdır. Qanunvericiliyə əsasən sığorta hadisəsi yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verən, təsadüfilik və baş vermə ehtimalı əlamətlərinə malik hadisədir. Halbuki apellyasiya məhkəməsi qətnaməsində güclü selin olması və avtomobilin batmasının mübahisəsiz hal olduğunu qəbul etsə də, sürücünün sel barədə məlumatlı olmamasını əsas gətirərək hadisəni təsadüfi hal kimi qiymətləndirmiş və MM-in 922.3-cü maddəsinə uyğun sığorta hadisəsi hesab etmişdir. Obyektiv sübutlar - o cümlədən video görüntülərdən çayın su səviyyəsinin və axın gücünün yüksək olması aydın görünür. Hətta Bakı Kommersiya Məhkəməsinin istinad etdiyi kimi, “youtube” platformasında “İsmayıllı Prado ” axtarışı ilə həmin hadisə üzrə videoya baxıldıqda çayın keçilməz dərəcədə güclü axdığı açıq görünür. Buna görə də avtomobilin çayda sürüklənməsi və zədələnməsi təsadüfi hal deyil, sürücünün bilə-bilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, belə bir vəziyyət sığorta hadisəsi hesab edilə bilməz və ödəniş öhdəliyi yarada bilməz.

25. MM-in 935.1.4-cü maddəsi üzrə - sığortalı sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün mümkün tədbirləri görmədikdə, sığorta ödənişindən imtina edilə bilər. Apellyasiya məhkəməsi qətnaməsinin 73-cü abzasında sürücünün hərəkətlərində bu maddənin dispozisiyasına uyğun hərəkətlərin olmadığını, avtomobili müvəqqəti idarə edən şəxsin ailə üzvü ilə birlikdə yola çıxmasını qəsdən təhlükəyə məruz qalma kimi qiymətlə ndirməyin ağlabatan mühakiməyə uyğun olmadığını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi yalnız subyektiv “ağlabatan mühakimə”yə əsaslanır və belə yanaşma ilə sürücünün ailə üzvlərinin avtomobildə olması təqsiri istisna edən hal kimi qəbul edilməlidir. Əslində isə, maddənin mahiyyətinə görə sürücü seli görərək çaya daxil olmamaq, geri qayıtmaq və təhlükə bitənədək gözləmək imkanına malik idi.

26. MM-in 935.1.2-ci maddəsi üzrə - sığortalının və ya zərərçəkənin hadisənin baş verməsinə yönəlmiş qəsdən hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi sığorta ödənişindən imtina üçün əsas hesab olunur. Apellyasiya məhkəməsi isə qətnaməsində sığorta hadisəsinin olub-olmamasını və ödənişdən imtina üçün əsasların mövcudluğunu araşdırdığını bildirsə də, bu maddənin tətbiq edilmə imkanını nəzərdən keçirməmiş və mövqe ortaya qoymamışdır. Halbuki hadisənin təfərrüfatlarına görə sürücünün daşqının açıq-aydın olduğu halda avtomobili çaya sürməsi sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdən hərəkət kimi qiymətləndirilməli idi. Əgər məhkəmə bu maddəni tətbiq etsəydi, qətnamənin nəticə hissəsi fərqli ola bilərdi.

27. MPM-in 372.6 və 372.7-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamalı, eyni zamanda şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edib-etmədiyini müəyyən etməlidir. Lakin hazırkı iş üzrə apellyasiya məhkəməsi qətnaməni tam şəkildə araşdırsa da, sığorta ödənişindən imtina üçün digər əsasların mövcudluğunu müəyyən etməmiş və xüsusilə MM-in 935.1.2-ci maddəsi üzrə mövqe ortaya qoymamışdır.

28. MPM-in 385.2-ci maddəsi üzrə - birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyətcə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Halbuki, apellyasiya məhkəməsi qətnaməsini iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslandırmışdır. Belə ki, məhkəmə qərar qəbul edərkən 69-cu abzasda şahidlərin selin qəfil və gözlənilməz baş verdiyini bildirmələrinə, 72-ci abzasda sürücünün sel barədə məlumatlı olmamasına, 73-cü abzasda isə sürücünün ailə üzvü ilə birlikdə hərəkət etməsinin ağlabatan mühakiməyə uyğunluğuna istinad etmişdir. Bu mülahizələr yalnız formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur. Etiraz iddiaçının mövqeyinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, kassasiya şikayətində irəli sürülən arqumentlər yeni hüquqi və ya faktiki hallara əsaslanmır və apellyasiya instansiyası məhkəməsinin əsaslandırmalarını təkzib edə bilməz. Kassasiya baxışının hədləri

30. Kassasiya şikayətində iddianın sığorta ödənişinin tutulması ilə bağlı hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

922. Sığorta hadisə si 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” Maddə

935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aş ağıdakı hallarda imtina edir: 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

36. Belə ki, kassasiya şikayətində MM-in 922, 935.1.2, 935.1.4-cü və MPM-in 372.6, 372.7, 385.2-ci maddələrinin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkil də izah verilməmişdir.

37. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

38. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlən mişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.

42. Əlavə olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 935.1.2 və 935.1.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun hallar müəyyən edilməmişdir. Ona görə də, hazırkı mübahisə üzrə həmin maddələrin tətbiq edilməsi üçün əsaslar da mövcud olmamışdır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 20 fevral tarixli 22(103)-127/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar