Məhkəmə qərarları › İş №2-2(102)-52/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-52/2020

27.02.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-52/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Səhmdar Cəmiyyəti “X5” X6 və X7 qarşı iş üzrə “xxxx” Açıq QƏRAR (açar sözlər: sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmamasından ibarət olmuşdur ki, bu iki hal Qaydaların 8.17-ci bəndinin müddəları ilə əhatə olunmur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanəhməd oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, N.Əhmədovun katibliyi, İddiaçı numayəndəsi Nümayəndə2 və vəkili X13 oğlunun, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC və “xxxx” Açıq Səhmdar Cəmiyyəti“ X1 qarşı xx.xx.2019-cu il tarixli qərarın (İcra Vərəqi) ləğv edilməsi və 30168 manat borcun (cərimənin) silinməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsindən iddiaçı İddiaçı və vəkili X13 oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti X2 qarşı iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli qərarının - icra Vərəqinin ləğv edilməsi və 30.168 manat borcun (cərimənin) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 2004-cü ildə Vergilər Naziriyi tərəfindən dövlət qeydiyyatına alınmış, xx xxxxxxxx 2006-cı ildə isə İdarənin nizamnaməsi qəbul edilmiş, xx xxxx 2019-cu ildə “xxxx” ASC-nin və Yevlax RETSİ-nin əməkdaşları tərəfindən İddiaçı Meliorasiya və X11-3 nasos stansiyasının sayğaçına baxış keçirilərək nəticəsinə dair tərtib olunmuş aktda baxış zamanı, sayğac sxemində quraşdırılmış c/transformatorları əmsalı bazada 120 qeyd olunsa da faktiki olaraq K=160 göstərdiyi qeyd olunmuş, bundan sonra cavabdeh tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən 335.200 kv.st enerjinin dəyəri olaraq 30.168 manat cərimə hesablanmış, abonentin saldosuna əsasən 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfiyyat olmamış, fevral ayında 40.800 kvt.saat, mart ayında isə 15.600 kvt.saat enerji sərf edilmişdir. Akt tərtib edilməmişdən bir ay əvvəl isə cavabdeh tərəfindən sayğaca baxış keçirilsə də heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 315 s saylı sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC- nin balansına verilməsi qərara alınmışdır və həmin sərəncam əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli əmr verilərək, nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASCyə təhvil–təslim edilməsi qərara alınmış və 2014-cü ilə qeyd edilən avadanlıqlar və s. o cümlədən Aran-3 nasos stansiyası X3 balansına verilmişdir və artıq beş ildir ki, nasos stansiyası sonuncunun balansındadır və iddiaçı, yaxud onun hansısa əməkdaşı tərəfindən nasos stansiyasına və ya sayğaca müdaxilə edilməsi mümkün deyildir. Beləliklə, hesablaşma cihazı olan sayğac iddiaçının sahibliyində olmadığı üçün bu sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdeh lik daşımır, cavabdehin əməkdaşları isə maddi ziyan vuran, təqsirli və hüquqa zidd hərəkətlərə yol verən subyekti düzgün müəyyən etməmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(84)-129/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti“ Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı “xx.xx.2019-cu il tarixli qərarın (İcra Vərəqi) ləğv edilməsi və 30.168 manat borcun (cərimənin) silinməsi” iddiası təmin edilməmişdir (hakim İ.Cabbarov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Abbasov və M.R.Hüseynov) İddiaçı apellyasiya şikayəti təmin ed ilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı və vəkili X13 oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri, tərəflərin izahatları İddiaçı İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən qeyri-iş günündə, iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan, qanunsuz olaraq sayğaca baxış keçirilmiş və hazırkı mübahisəli akt tərtib olunmuşdur.Bundan başqa, akt tərtib olunduqdan 3 gün sonra, yəni xx xxxx 2019-cu il tarixdə qərar qəb ul edilərək icra vərəqəsi verilmiş, lakin həmin qərarın qəbul edilməsi vaxtı və yeri barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə bu halı da nəzərə almamışdır.Həmçinin, işdə olan abonentin saldosundan görünür ki, 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfıyyat olmamış, fevral ayında 40800 kvt.saat, mart ayında isə 15600 kvt.saat enerji sərf edilmişdir. Yəni aylıq bu qədər az sərfıyyat olan halda qərarda 335200 kvt.saat enerji itkisinin göstərilməsi qanunsuz və ədalətsizdir. Bundan başqa, akt tərtib edilməmişdən bir ay əvvəl də sayğaca baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bütün bunlar iddiaçının təqsirsiz olduğuna dəlalət etsə də, məhkəmə bu halları da nəzərə almamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx xx 2013-cü il tarixli 315s №-li sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilsin. Həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-yə təhvil- təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran- 3 nasos stansiyas ını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X3 balansına verilmişdir. Həmin aktı Yevlax EŞ-nin rəisi, həmçinin baş mühəndis və baş mühasibi də şəxsən imzalamışlar. İddiaçının numayəndəsi Nümayəndə2 və vəkili X13 oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili X10 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM -nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən, X3 şöbə rəisi Elşad Nuriyevin iştirakı ilə İddiaçı meliorasiya və X15-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən sayğac-uçot dəstinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sayğac sxemində quraşdırılmış C/T-larının əmsalı iddiaçının Yevlax EŞ-nin “Proqram bazasında” qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında olan 120 əmsalı qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir, cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb açıqdır, transformatorun 04 kv ucluqları sarınıb, faktiki axan yük Pf=60 kvt, Psay 45 kvt-dur, C/T sökülərək qablaşdırılmaqla rəy verilməsi üçün laboratoriyaya göndərilmiş, “xxxx" ASC-nin Akt komissiyasının 11 03.2019-cu il tarixli icra vərəqi xx.xx.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt əsasında hazırlanmış, qüsur olaraq yoxlama zamanı sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Habelə sxemin bərpa olunması göstərilmiş və 8380 göst x (160 əmsal-120 əmsal)=335.200 kvts hesablanmış, xx.xx.2019-cu il tarixli 136051 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokoluna əsasən, yoxlama zamanı komissiyaya təqdim edilmiş 3 ədəd cərəyan transformatorunun transformasiya əmsalları K=160 olduğu müəyyən edilmiş, Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 144617 nömrəli akta əsasən, 009885-li akt ilə sayğac keçən yükü qeyd etmədiyi üçün sayğac yenisi iıə əvəz olunub möhürlənmiş, iddiaçıya məxsus abunə haqqında məlumata əsasən, xx.xx.2019-cu il tarixli NDQ seriyalı 005485 nömrəli akt tərtib edildikdən sonra iddiaçı xx.xx.2019-cu il tarixdə 15.508,80 manat, xx.xx.2019-cu il tarixdə 12182,40 manat ödəniş etmişdir. İddia tələbini təmin etməyən məhkəmələr ona istinad etmişlər ki, cavabdeh tərəfindən iddiaçıya sayğacın əvəz olunduğu xx.xx.2018-ci il tarixdən işiəmə saatlarına görə yenidən hesablaşma aparılmış, müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapır, baxış zamanı əmsalın 160 olmasının müəyyən edilməsi işin mübahisəiəndirilməyən halıdır, bu zaman əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş edilməsinə gətirib çıxarmışdır ki, həmin itki də yuxarıda qoyd olunduğu kimi sonuncu dəfə sayğacın dəyişdirilməsi vaxtından pozuntunun aşkar olunduğu vaxta qədər hesablanmaqla iddiaçıya borc kimi hesablanmışdır. Akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, qaydaların tələbinə əsasən qüsur müəyyən olunmuş və müvafiq hesablama aparıimaq la iddiaçıya qeyd olunan borc hesablanmışdır, iddiaçının irəli sürdüyü dəlillər iddianın təmin olunmasına əsas vermir., həmçinin məhkəmənin iclasında iddiaçının nümayəndəsi X9 xx.xx.2019-cu il tarixdən hesablanmaqla sərf olunmuş enerjinin dəyərini ödəməyə razı olduqlarını bildirməklə qeyd olunan qüsurun həqiqətən mövcud olmasından xəbərdar olduqlarını etiraf etmiş, maddi hüquq norması olaraq "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə istinad etmişlər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. İş materiallarına əsasən istehlakçının – hazırkı halda məhz iddiaçının təqsirindən hesablaşma uçot cihazlarının zədələnməsi (plombları qoparıldığı); uçot cihazlarının qoşulma sxemlərinin pozulması və uçot cihazlarından kənar özbaşına yüklərin qoşulması halları müəyyən edilmir, cavabdehin müəyyən etdiyi hallar isə sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmamasından ibarət olmuşdur ki, bu iki hal Qaydaların 8.17-ci bəndinin müddəları ilə əhatə olunmur. Digər tərəfdən iş materiallarından da göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilməsi qərara alınmış, həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASCyə təhvil - təslim edilməsi haqında xx xxxxxx 2013-cü il tarixli 039ü saylı əmr verilmiş, Sərəncam və əmrin əsasında isə 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran- 3 nasos stansiyasını təmin edən transform ator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X3 balansına verilmişdir. Beləliklə, işdəki sənədlərə əsasən 2014-cü ildən cərəyan transformatorları, o cümlədən Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X3 balansına verildiyindən, iddiaçının həmin transformator yarımstansiyalarının (cərəyan transformatorları) avadanlıqları, onların texniki vəziyyəti və göstəriciləri üçün hansı məsuliyyət daşıması maddi hüquq normalarına uyğun olaraq əsaslandırılmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASCnin balansına verilməsi qərara alındığı halda apellyasiya məhkəməsi əsassız olaraq həmin sərəncamla yalnız elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilməsi qərara alındığı barədə iş materialları ilə təsdiq edilməyən bir nəticəyə gəlmiş və bununla da iddiaçının işin həlli üçün mühüm əhəmiyyət kəsb edən dəlillərinə düzgün hüquqi qiymət verilməsini təmin etməmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"na əsasən balans mənsubiyyəti sərhədi dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçıs ı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X8rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formala şdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa-yətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, tərəflər arasında balans mənsubiyyəti sərhədi dəqiq müəyyən edilməli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarım stansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq “xxxx” ASC-nin balansına verilib-verilmədiyi halı zəruri sübutlara istinadla dəqiq müəyyən edilməli, cavabdehin balansında olduğu halda iddiaçının digər şəxsin balans mənsubiyyətində olan elektrik avadanlarının texniki vəziyyətinə görə cavabdehlik daşıyıb-daşımadığı, başqa sözlə iddaçının davranışı ilə tələb olunan zərər arasında səbəbli əlaqə olub-olmadığı məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçı İddiaçı kassasiya şikayəti qsmən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar