Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-522/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin cavabdeh "xxxx" Firmasına və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borc, problemli kredit üzrə tələbetmə hüququnun ötürülməsi, iddia müddəti; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Cavid Hüseynlinin, İddiaçı QSC-nin vəkili Beytulla İmanverdiyevin, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2020 saylı qətnamə sindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “"xxxx" ASC-nin (bundan sonra – ASC) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 2017-ci il 21 aprel tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra – QSC) keçmişdir.
2. ASC-nin problemli aktivləri üzrə tələb hüququnun QSC-yə güzəşt edilməsinə dair 2017-ci il 21 aprel tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirl ər Kabinetinin 2017-ci il 10 Fevral tarixli 101s saylı Sərəncamının 1-ci hissəsinə əsasən, QSC, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə ASC-yə məxsus problemli aktivləri satın alır, bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri ASC-yə verir, eyni zamanda ASC həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu QSC-yə güzəşt edir.
3. ASC-nin "xxxx" firmasına qarşı (bundan sonra – Firma) müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş 2017-ci il 30 noyabr tarixli, S-100 saylı akta əsasən, Firmanın təhvil-təslim olunan tarixə ASC-yə cəmi 21.470,39 manat (əsas borc 1 4.218,80 manat; faiz borcu 7.251,59 manat) borcu yaranmışdır. 4. 1998-ci il 3 noyabr tarixli 54/98 nömrəli kredit müqaviləsinə əsasən, ASC ilə Firma arasında idxal ixrac əməliyyatlarının və respublika daxili müqavilələrin icrasına yönəltmək məqsədi ilə istifadə etmək üçün 102.000.000 manat məbləğində 12 ay (1999cu il 3 noyabr tarixədək) müddətinə kreditin verilməsi və verilmiş kreditin qəbul edilməsi və göstərilən müddətdə geri qaytarılması razılaşdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. QSC Firmaya və Cavabdeh2 (bundan sonra – Cavabdeh2) qarşı məhkəməyə 2020-ci il 8 dekabr tarixdə iddia ərizəsi ilə müraciət edərək 14.218,80 manat əsas borc, 7.251,59 manat faiz borcu olmaqla ümumilikdə 21.470,39 manat məbləğində vəsaitin və məhkəməyə iddi a verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən və Cavabdeh2 tutularaq QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası ilə əlaqədar olaraq, ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 2015-ci il 11 avqust və 2017-ci il 21 aprel tarixli müqavilələr əsasında QSC-yə keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı ASC-nin Firmaya qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 2017-ci il 30 noyabr tarixli, S-100 saylı təhvil-təs lim aktı əsasında QSC-yə təhvil verilmişdir. Akta əsasən Firmanın təhvil-təslim olunan tarixə ASC-yə cəmi 21.470,39 manat məbləğində borcu olmuşdur. Həmin borc Firma ilə ASC arasında bağlanmış 1998ci il 3 noyabr tarixli 54/98 nömrəli kredit müqaviləsinə əsasən yaranmış, borc QSC-nin idarəetməsinə keçdikdən sonra heç bir ödəniş edilməmişdir. Firma ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində Firma tərəfindən borcun qaytarılmasının mümkün olmadığı aydın olmuşdur. Bu səbəbdən, borcun Firmaya məxsus əmlaklara yönəldilməsi və həmin əmlakların QSC-nin mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır.
7. Cavabdeh Firma məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir (iş.v90).
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 may tarixli, 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim S.Nuriyeva).
9. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olma müddəti 1998-ci il 3 noyabr tarixdən 1999-cu il 3 noyabr tarixədək qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsaslı olmuş, iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı iş üzrə” 2009-cu il 7 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sorna – Mülki Məcəllə) 6.2, 193.1, 373.2, 377.1, 377.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Baxışova, hakimlər C.Yusifov və V.Məmmədov).
13. Apellyasiya məhkəməsi bildirmişdir ki, qanunvericiliyin ASC ilə Firma arasında müqavilənin bağlandığı dövrdə qüvvədə olmuş normasının tələbinə görə hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə iddia müddəti 1 il olaraq müəyyən edilmiş, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən başlandığı nəzərdə tutulmuşdur. Hazırki halda, mübahisəli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 1999-cu il 3 noyabr tarixinədək müəyyən edildiyindən, bank həmin tarixdə hüququnun pozulduğunu bildiyi halda 1 il ərzində kredit borcunun tutulması üçün iddia qaldırmamışdı r.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, Mülki Məcəllənin 196, Mülki Məcəllənin 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş redaksiyada 73, 77, 78, 82, MPM-in 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 30 avqust tarixdə iddiaçının nümayəndəsinə məxsus şəxsi elektrin kabinetdə yerləşdirilmiş və 2021-ci il 31 avqust tarixdə qəbzə imza etdirilməklə Firmanın direktoru olan Cavabdeh2 təqdim edilmişdir.
16. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, işin apellyasiya məhkəməsində müəyyən edilmiş hallları və sübutları əsasında iddia tələb inin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Firmaya verilmiş kreditə dair tələb ASC-dən “Aqrarkredif’ QSC-yə 2017-ci il 30 noyabr tarixdə təhvil-təslim Aktı əsasında ötürülmüşdür. ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar üzərinə düşən vəzifəni yerinə yetirmək məqsədilə QSC problemli borcların qaytarılması üçün cavabdehlərə qarşı 2019-cu ilin sonunda iddialar qaldırmışdır. Hazırki halda da, borc QSC-yə ötürüldükdən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Tərəflərin izahatları
18. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin həmin məhkəmədə müəyyən edilmiş halları əsasında iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
19. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-in tələbləri baxımından onun izahatı dinlənilməmişdir.
20. Cavabdeh Firmaya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
21. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə icla sına gəlməməsi işə baxılmasına mane olmur.
22. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı ma ddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı Mülki Məcəllənin 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş redaksiyada
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir ildi r.
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur.
78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
82. İddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Mülk Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıl ması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, "xxxx" ASC-nin problemli borclar üzrə tələbetmə hüquqları 2017-ci ildə QSC-yə keçmiş, QSC isə 2019-cu ildən başlamaqla həmin borclarla bağlı iddia ərizələri ilə məhkəmələrə müraciət etməyə başlamış, iddia müddəti ötürülməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
31. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
32. İş materiallarından göründüyü kimi, Bankla cavabdeh Firma arasında 1998-ci il 3 noyabr tarixdə bir il müddətinə 102.000.000 manat məbləğində kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. Göründüyü kimi tərəflərin iradə ifadəsini əks etdirən müqavilədə onun 1999-cu il 3 noyabr tarixədək bağlanması öz əksini tapmışdı r (bax §4).
33. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Cavabdehdən tələb olunan borc 1998-ci il 3 noyabr tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc tələb olunduğundan, apellyasiya məhkəməsi tərəfindən qanunun tələbinə əsasən mübahisəyə hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olmuş Mülki Məcəllənin normalarını tətbiq edilməklə qiymət verilməsi əsaslı olmuşdur.
35. Belə ki, 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş və 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir.
36. Məcəllənin 78-ci maddəsinə əsa sən, iddia müddətinin axımı iddia iddia hüququ əmələ gələn gündən, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır (həmin Məcəllənin 77, 82-ci maddələri).
37. Hazırki halda, kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin son tarixi kimi 1999-cu il 3 noyabr tarixi müəyyən olunduğundan, bank cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri icra olunmayaraq onun hüquqlarının pozulduğunu bildiyi halda bir il ərzində iddia qaldırmamış, bununla da həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına əsasən iddia müddəti ötürülmüşdür.
38. İş materiallarından göründüyü kimi, “"xxxx" ASC-nin dövlətə mə xsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 2017-ci il 21 aprel tarixli müqavilə əsasında cavabdehə keçmişdir (bax §1,2).
39. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
40. Maddi hüquq normasının tələbindən görünür ki, tələb hüququ başqa şəxsin mülkiyyətinə verilərkən bu hüquq yeni şəxsə əvvəlki sahibində olduğu vəziyyətdə keçir. Yəni, qanunvericilik tələb hüququnun başqa şəxsə ötürülməsi zamanı onun vəziyyətində hər hansı dəyişikliyin olunmasını, habelə tələbetmə hüququ ilə bağlı iddia müddətinin axımının tələbin yeni sahibinə keçdikdən sonra yenidən başlanılmasını və yaxud iddia müddətinin axımının hər hansı bir formada dayandırılmasını nəzərdə tutmamışdır.
41. Belə olan halda, cavabdeh tələbetmə hüququ ona keçdikdən sonra iddia müddətinin axımının yenidən başlanmasına və 2017-ci ildə ona ötürülmüş tələbetmə hüquqları ilə bağlı 2019-cu ildə iddia qaldırmaqla iddia müddətini ötürmədiyinə dair dəlilləri əsaslı olmamışdır. Çünki, tələbetmə hüququ yeni sahibinə ötürüldüyü halda, hər dəfə iddia müddətinin axımının yenidən baxşlanması iddia müddəti məfhumun un və qanunvericiliyin bununla bağlı göstərişlərinin əhəmiyyətsizləşməsinə səbəb olardı. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti: birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakimə si orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 43. “Stanyo Belçikaya” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 2009-cu il 7 iyul tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. İddia müddəti, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, id diaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
46. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-804/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.